Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1541/2024 04.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tikiilinin sökülüb ərazidən çıxarılmasına yaradılan maneənin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 dekabr 2023-cü il tarixli, 2(105)-2060/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 4 iyun 2024-cü il tarixdə Ali M əhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-174/2016 saylı qərardadı ilə Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi, 5,975 ha torpaq sahəsində inşa edilmiş “Polistirobeton” istehsal edən müəssisənin bazar qiymətinin müstəqil mütəxəssis tərəfindən müəyyən edilməsi qərara alınmışdır. 2. "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli qiymətləndirmə hesabatına əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi, 5,975 ha torpaq sahəsində inşa edilmiş “Polistirobeton” istehsal edən müəssisənin həmin dövrə bazar qiyməti 611.000 manat təşkil edir. Həmçinin tədqiqat aparılmış ərazidə 242 kv.metr ofis binası, 92 kv.metr yeməkxana binası, 41,5 kv.metr WC b inası, 1112,9 kv.metr anbar (istehsalat binası) və 430 kv.metr köməkçi tikili mövcuddur.
3. Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-463/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi, 5,975 ha torpaq sahəsində "xxxx" MMC, X9 və X10 tərəfindən qanunsuz inşa edilmiş tikilinin onların hesabına sökülərək torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması, Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçının sahibliyinə və istifadəsinə verilməsi və cavabdehlərdən müştərək qaydada 2013-cü ilin iyun ayında verilmiş 644.000 manat, 2014-cü ilin aprel ayında verilmiş 200.000 manat, xx.xx.2015-ci il tarixdə verilmiş 500.000 manat olmaqla, cəmi 1.344.00 0 manat və həmin pul məbləğinin ödənilməməsi nəticəsində əldən çıxmış fayda kimi 366.600 manat olmaqla, cəmi 1.710.600 manat pulun tutularaq Cavabdeh verilməsi, iddianın qalan hissədə əsassız olduğundan və iddiaya cavab verməli olmayan şəxslərə qarşı yönəldildiyindən rədd edilməsi qət edilmişdir.
4. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)329/2019 saylı icra sənədi üzrə icra icraatına başlanılmışdır.
5. Cavabdeh Abşeron rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən o icra sənədi üzrə sökülməsi nəzərdə tutulan tikilinin və üzərində olan əmlakların çox qiymətli və bahalı olması səbəbindən həmin əmlaklar hesabına hətta ona olan borcu bağlamağın mümkün olduğunu bildirmiş, bu səbəbdən həmin əmlakın realizə edilməsi və ona olan borcun bağlanması üçün icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişdir.
6. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-329/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə tələbkar Cavabdeh Abşeron rayon İcra və Probasiya şöbəsinə ünvanladığı ərizəsində icra sənədinin “İcra haqqında” Qanunun 17.1.10-cu maddəsinə əsasən icraatının dayandırılmasını xahiş etmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-329/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin “İcra haqqında” Qanunun 17.1.10-cu maddəsinə əsasən icrasının dayandırılması qərara alınmışdır.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-3603/2020 saylı qərarı ilə X10 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı qətnaməsi qismən, yəni iddianın X7 münasibətdə təmin olunmuş hissəsində ləğv edilmiş, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı qətnaməsi ilə X9 və X3 apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək, Cavabdeh mülki yyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi, 5,975 ha torpaq sahəsində "xxxx" MMC, X9 və X10 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülərək, torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçının sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlərdən müştərək qaydada 500.000 manat pulun tutularaq Cavabdeh verilməsi qət edilmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-407/2021 saylı qətnaməsi ilə X3 apellyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)463/2017 saylı qətnaməsi X7 münasibətdə təmin olunmuş hissələrdə, yəni Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi, 5,975 ha torpaq sahəsində X11 tərəfindən qanunsuz i nşa edilmiş tikilinin X4 hesabına sökülərək torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması, Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin X4 qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçının sahibliyinə və istifadəsinə verilməsi və X1 2013-cü ilin iyun ayında verilmiş 644.000 manat, 2014-cü ilin aprel ayında verilmiş 200.000 manat, xx.xx.2015-ci il tarixdə verilmiş 500.000 manat olmaqla, cəmi 1.344.000 manat və həmin pul məbləğinin ödənilməməsi nəticəsində əldən çıxmış fayda kimi 366.600 manat olmaqla, cəmi 1.710.600 manat pulun tutularaq iddiaçıya verilməsi hissələrində ləğv edilmiş, həmin hissələrdə iddia tələbləri təmin edilməmişdir.
10. Bakı şəhəri Səbail Rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-2607/2021 saylı qətnaməsi ilə "xxxx" MMC-nin və X3 Cavabdeh qarşı cəmi 754.213 manat məbləğində əmlakın avtomat 1000A 1 ədəd (dəyəri 900 manat), avtomat 800A 2 ədəd (dəyəri 1400 manat), dizel generator Tl 518DM5A 1 ədəd (dəyəri 37500 manat), forklift liuGong CLG2035H 1 ədəd (dəyəri 20000 manat), notebook HP g6 2379 1 ədəd (dəyəri 535 manat), polisterolbeton istehsal edən avadanlıqlar və istehsal xətti 1 komplekt (270348 ABŞ dolları), panno paylayıcı 1 ədəd (dəyəri 950 manat), qızdırıcı fen 2 ədəd (dəyəri 1346.40 manat), sement çəni 1 ədəd 50 tonluq (dəyəri 12500 manat) və digər əmlakların qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və həmin əmlaklar olmadığı halda əmlakların dəyərinin hazırkı bazar qiymətinə uyğun olaraq cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə iddiası rədd edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)1822/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-2607/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)3949/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-1822/2022 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yeni apellyasiya baxışına qaytarılmışdır.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 365/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-2607/2021 saylı qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 2(102)-3817/2023 saylı qərarı ilə "xxxx" MMC-nin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 may 2023-cü il tarixli, 2(103)-365/2023 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
15. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-1/2023 saylı qərardadı ilə "xxxx" MMC-nin şikayəti təmin edilmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurunun “icraatın dayandırılması barədə” xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı icra vərəqəsi üzrə icr aatın təzələnməsi, habelə icra hərəkətlərinin müvafiq icra qurumu tərəfindən davam etdirilməsi qərara alınmışdır.
16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 8(105)-50/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 8(012)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “inşa edilmiş bina və tikililərin torpaq sahəsindən çıxarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5,973 ha torpaq sahəsində "xxxx" MMC tərəfindən inşa edilən 242 kv.me tr sahəsi olan 2 mərtəbədən ibarət ofis binası, 92 kv.metr sahədən ibarət yeməkxana binası, 41.5 kv.metr sahədən ibarət WC binası, 1112,9 kv.metr sahədən ibarət anbar (istehsalat binası) və 430 kv.metr sahədən ibarət köməkçi tikilinin sökülüb ərazidən çıxarılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən qəbul edilmiş qətnamələrə, qərarlara və keçirilmiş ekspert rəylərinin nəticələrinə əsasən cavabdehin mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5,973 ha torpaq sahəsində inşa edilən tikililər iddiaçının mülkü kimi qiymətləndirilərək ona təhvil verilməlidir. Abşeron Rayon Məhkəməsində olan 2(012)-174/2016 saylı mülki iş üzrə "xxxx" Qiymətləndirmə Şirkəti tərəfindən cavabd ehin mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5.975 ha torpaq sahəsində inşa edilmiş tikilinin (Polistirolbeton zavodu) hazırkı dövr üçün orta bazar qiymətinin nə qədər təşkil etdiyinə dair 12 noyabr 2016-cı il tarixli ekspert rəyi alınmışdır. Qiymətləndirmənin aparılması üçün mübahisəli “Polistirolbeton” zavoduna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, cavabdehə məxsus torpaq sahəsində iddiaçı şirkət tərəfindən 242 kv.metr sahəsi olan 2 mərtəbəli ofis binası, 92 kv.metr sahədən ibarət yeməkxana binası, 41.5 kv.metr sahədən ibarət WC binası, 1112.9 kv.metr sahədən ibarət anbar (istehsalat binası) və 430 kv.metr sahədən ibarət köməkçi tikili qanunsuz olaraq inşa edilmişdir.
19. Sonradan iddiaçı ərizə təqdim edərək tələbini dəqiqləşdirmiş, mübahisəli torpaq sahəsində iddiaçı tərəfindən inşa edilən 242 kv.metr sahəsi olan 2 mərtəbəli ofis binası, 92 kv.metr sahədən ibarət yeməkxana binası, 41.5 kv.metr sahədən ibarət WC binası, 1112.9 kv.metr sahədən ibarət anbar (istehsalat binası) və 430 kv.metr sahədən ibarət köməkçi tikilinin sökülüb ərazidən çıxarılmasına yaradılan maneələrin aradan qaldırılması və sökülən bütün material və qurğuların iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Abşeron Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(012)-118/2023 saylı qətnaməsi ilə (hakim M.Abbasova) iddia tələbi təmin edilməmişdir.
21. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əvvəlki məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən əmlakların sahibi iddiaçıdır. Hazırkı halda bu əmlakların cavabdehə məx sus torpaq sahəsində qalması, onların çıxarılması barədə məhkəmə qətnaməsinin icra edilməməsi iddiaçıya indiki iddianı qaldırmağa hüquqi əsas vermir. Başqa sözlə, iddiaçı ona məxsus olan mübahisəli əmlakların alınmasını qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsi prosesində təmin etməli, bu mümkün olmadıqda isə onların dəyərini bu əmlaklardan bəhrələnən şəxsdən tələb etməlidir.
22. Beləliklə, məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hazırkı mübahisə üzrə sübutetmə yükü onun üzərinə düşürdü.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 1092.1, 1092.2-ci maddələri nə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
24. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, iş üzrə Abşeron Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-118/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eyni məzmunda olmuşdur.
26. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə yazılı etiraz ünvanlayaraq apellyasiya şikayətinin təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-118/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
27. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 dekabr 2023-cü il tarixli, 2(105)-2060/2023 nömrəli qətnaməsi ilə (hakimlər L.Rəhimli (sədrlik edən və məruzəçi), İ.Dəmirov və F.Məmmədov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-118/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli tikililərin iddiaçının hesabına sökülməsi və cavabdehin mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən həmin torpaq sahəsinin ilkin vəziyyətə gətirilməsi öz-özlüyündə söküntü nəticəsində əldə olunmuş tikinti materiallarının, eləcə də digər mal-məmulatların iddiaçının mülkiyyətinə keçməsi ilə nəticələnəcəkdi r. Buna görə də hazırkı iddia tələbinin təmin olunması hüquqi müəyyənlik prinsipinin pozulması ilə yanaşı, mövcud mübahisəyə dair eyni hüquqi mövqeyi ifadə edən fərqli qətnamələrin yaranmasına səbəb olacaqdır.
29. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirmişdir və qeyd etmişdir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
30. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Ona görə də bir inci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
31. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 239.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
32. İddiaçı (vəkili X5) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində təqdim olunmuş sübutlar əsasında iddianın tam təmin olunması barədə yeni qərar qəb ul edilməsini xahiş etmişdir.
33. Şikayət onunla əsaslandırılmışdır ki, qanuni qüvvəsini almış mövcud məhkəmə aktında qanunsuz tikililərin sökülməsi nəticəsində əldə olunmuş tikinti materiallarının borcluya təhvil verilməsi qeyd olunmadığı üçün hazırkı iş üzrə vindikasiya hüququnun borclu subyekti olan cavabdeh əmlakın çıxarılmasına maneçilik yaradır. İstinad edilən mövcud məhkəmə aktı öz preyudisiallığı ilə bu maneələri istisna edərək iddiaçının mülkiyyət hüququnun təminatını özündə ehtiva etmir. Məhz bu səbəbdən də iddiaçı vindikasiya iddiası ilə cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
34. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə, Mülki Məcəllənin 157-ci maddəsinə, habel ə “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsinə istinad etməklə əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq İnsan Hüquqlarının və X8 X6
36. Maddə 6. hissə
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyası
37. Maddə 60. hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
38. Maddə 135.4. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bi lməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
39. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
40. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
41. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
42. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
43. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
44. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
45. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
46. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına mü vafiq olaraq qiymət verir.
51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
54. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qə tnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fakt lara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
58. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb.
59. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əg ər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etirazına və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir.
60. Hazırkı işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi nəinki iddia tələbinin qanuni əsasını tapıb, hətta müvafiq normaların dispozisiya şərtləri ilə işin halları arasındakı uyğunluğu (uyğunsuzluğu) belə yoxlamayıb və qətnamədə hər hansı maddi hüquq normalarına istinad etməyib.
61. Hazırkı işdən, iddiaçının tələbindən və istinad etdiyi hallardan məlum olur ki, iddiaçı çıxarıldığı, başqa sözlə cavabdehin sahibliyinə və istifadəsinə qaytardığı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5.973 ha torpaq sahəsi üzər ində inşa edilmiş tikililər sökülmədiyi üçün özünə məxsus olduğunu iddia etdiyi- sahəsi 242 kv.metr olan 2 mərtəbəli ofis binasının; sahəsi 92 kv.metr olan yeməkxana binasının; sahəsi 41,5 kv.metr olan WC binasının; sahəsi 1112,9 kv.metr olan anbar (istehsalat) binasının; sahəsi 430 kv.metr olan köməkçi tikilinin cavabdehin sahibliyində qaldılğını və nəticədə onun əsassız varlandığını göstərib, sözügedən tikililərin sökülüb ərazidən çıxarılmasına yaradılan maneələrin aradan qaldırılmasını və sökülən bütün material və qurğuların ona təhvil verilməsini iddia edir.
62. Mövcud vəziyyətdə hazırkı iş üzrə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.2, 157.6, 157.7, 1091 və 1092-ci maddələri nəzərdən keçirilə bilər. Həmin normalara əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən ö z əmlakını geri tələb edə bilər. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Vicdanlı sahib isə əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda isə onların dəyərini ödəməlidir.
63. İşə baxan məhkəmələr qanuni qüvvəyə minmiş məhkəmə aktlarına istinad edərək müəyyən etmişlər ki, mübahi sələndirilən əmlakların sahibi iddiaçıdır. Lakin hazırkı halda həmin əmlakların cavabdehə məxsus torpaq sahəsində qalması, onların çıxarılması barədə məhkəmə qətnaməsinin icra edilməməsi iddiaçıya indiki iddianı qaldırmağa hüquqi əsas vermir. Başqa sözlə, mübahisəli tikililərin iddiaçının hesabına sökülməsi və cavabdehin mülkiyyətində olan sözügedən torpaq sahəsinin ilkin vəziyyətə gətirilməsi öz-özlüyündə söküntü nəticəsində əldə olunmuş tikinti materiallarının, eləcə də digər mal-məmulatların iddiaçının mülkiyyətinə keçməsi ilə nəticələnəcəkdir. Buna görə də hazırkı iddia tələbinin təmin olunması hüquqi müəyyənlik prinsipinin pozulması ilə yanaşı, mövcud mübahisəyə dair eyni hüquqi mövqeyi ifadə edən fərqli qətnamələrin çıxarılmasına səbəb ola bilər.
64. Əvvəla, kassasiya instansiyası mə hkəməsi, işə baxan məhkəmələrin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçının cavabdehə qarşı hazırkı tələbləri “sözügedən tikililərin sökülüb ərazidən çıxarılmasına cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasından və sökülən bütün material və qurğuların ona təhvil verilməsindən” ibarətdir. Bu tələblər isə ümumiyyətlə əvvəlki məhkəmə baxışlarının predmeti olmamışdır.
65. Digər tərəfdən işin mübahisə olunmayan hallarına görə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 avqust 2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi məhz həmin iş üzrə tələbkar olan Cavabdeh ərizəsinə və əsassız şikayətlərinə əsasən ötən 4 il müddət ərzində icra olunmamışdır.
66. Belə ki, Cavabdeh 16 oktyabr 2019-ci il tarixdə Abşeron Rayon İcra və Probasiya şöbəsinə əri zə verərək, icra sənədi üzrə sökülməsi nəzərdə tutulan tikililərin və üzərində olan əmlakların çox qiymətli və bahalı olması səbəbindən həmin əmlakların hesabına ona olan borcu bağlamağın mümkün olduğunu bildirmiş və bu səbəbdən də həmin əmlakların realizə edilməsi və borcun bağlanması üçün icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmiş və Abşeron Rayon İcra və Probasiya şöbəsinin 21 oktyabr 2019-cu il tarixli qərarı ilə icra sənədi üzrə icraat “İcra haqqında” Qanunun 17.1.10-cu maddəsinə əsasən dayandırılmışdır.
67. Yalnız, "xxxx" MMC-nin çoxsaylı müraciətlərindən sonra Abşeron Rayon Məhkəməsinin 2 fevral 2023-cü il tarixli, 8(012)-1/2023 saylı qərardadı ilə şikayət təmin edilərək, Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun “icra üzrə icraatın dayandırılması haqqın da” 21 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, icra sənədi üzrə icraat təzələnmiş və icra hərəkətlərinin müvafiq icra qurumu tərəfindən davam etdirilməsi qərara alınmışdır. Cavabdehin təkrar həmin qərardaddan verdiyi şikayət isə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 may 2023-cü il tarixli, 8(105)50/2023 saylı qərardadı ilə təmin edilməmişdir.
68. Nəzərə alınmalıdır ki, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Mülkiyyətin məhkəmə müda fiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Belə əşya-hüquqi iddialardan biri də neqator iddiadır.
69. Neqator iddia dedikdə - mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin hayata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı müqavilədən kənar tələbi başa düşülür. Vindikasiya iddiası kimi, neqator iddia da mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələrindəndir. Neqator iddia irəli sürmək hüququna mülkiyyətçi, habelə titul sahibi əmlaka sahib olduqda, lakin ondan istifadə və onun üzərində sərəncam imkanlarından məhrum olduqda malik olur. Baqa sözlə, neqator iddianın predmeti sahiblikdən məhrum etmə ilə əlaqədar olmayan pozuntunun a radan qaldırılmasına yönələn iddiaçının tələbidir. Əksər hallarda üçüncü şəxs özünün qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi ilə mülkiyyətçiyə əmlakdan istifadə səlahiyyətlərini həyata keçirməyə maneə törədir. Neqator iddianın əsasını iddiaçının əmlakdan istifadə, onun barəsində sərəncam hüquqlarının əsasları və bu səlahiyyətlərin həyata keçirilməsinə üçüncü şəxsin fəaliyyəti ilə maneə yarandığını təsdiqləyən şərtlər təşkil edir.
69. Apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddələrin tələblərini pozaraq, sözügedən tikililərin, material və qurğuların sökülüb ərazidən çıxarılmasına cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılıb-qaldırılmadığını araşdırmadan, cavabdehə məxsus torpaq sahəsində olan tikililərin, material və qurğuların ötən 4 il müddət ərzində iddi açı tərəfindən sökülüb ərazidən çıxarılmamısının səbəblərini aydınlaşdırmadan, zərurət yarandığı halda qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 avqust 2019-cu il tarixli qətnaməsi üzrə başlanmış icra işini tələb edib ona baxış keçirmədən, başqa sözlə tərəflər arasındakı hazırkı mübahisənin mahiyyətinə varmadan, hazırkı iddia tələbinin təmin olunmasının hüquqi müəyyənlik prinsipinin pozulmasına və mövcud mübahisəyə dair eyni hüquqi mövqeyi ifadə edən fərqli qətnamələrin çıxarılmasına səbəb olacağına dair yanlış nəticəyə gəlmişdir.
70. Daha sonra işdən görünür ki, sözügedən qətnamə Cavabdeh xeyrinə olan hissədə tam icra olunaraq Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5,975 ha torpaq sahəsi "xxxx" MMC, X9 və X3 qanunsuz sahibliyindən və istifadəsindən g eri alınaraq onun sahibliyinə, istifadəsinə verildiyi və hətta 29 aprel 2021-ci il tarixli aktla 500.000 manat pul vəsaiti də ona geri qaytarıldığı halda, qətnamənin digər hissəsi, yəni tikililərin "xxxx" MMC, X9 və X3 hesabına sökülməsi hissəsi bu günədək icrasız qalmışdır. 71. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 28.2-ci maddəsinə əsasən, icraatda tərəflər tələbkar və borcludur.
72. Həmin Qanunun 28.3-cü maddəsinə görə, xeyrinə və ya maraqlarına uyğun olan icra sənədi verilmiş fiziki və ya hüquqi şəxs tələbkar sayılır.
73. Həmin Qanunun 28.4-cü maddəsində göstərilir ki, icra sənədinə əsasən müəyyən hərəkətləri etməli (icra sənədində göstərilmiş pul vəsaitini və başqa əmlakı verməli, digər vəzifələri yerinə yetirməli və ya qadağalara əməl etməli) olan və yaxud müəyyən hərəkətlə ri etməkdən çəkinməli olan fiziki və ya hüquqi şəxs borclu sayılır.
74. Həmin Qanunun 17.1.10-cu maddəsində göstərilir ki, tələbkarın müvafiq xahişi olduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır.
75. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi işə baxarkən sadalanan normaların tələblərini, habelə hazırkı iş üzrə iddiaçının sözügedən icra sənədi üzrə borclu, cavabdehin isə tələbkar olmasını və sonuncunun heç bir əsas olmadan tələbkar kimi hüququndan sui-istifadə edərək icra sənədi üzrə icraatın ötən 4 il müddət ərzində məcburi olaraq dayandırılmasına nail olmasını nəzərə almamış və cavabdehin bütün bu hərəkətlərini tikililərin, material və avadanlıqların sökülərək torpaq sahəsindən çıxarılmasına yaradılan maneələr kimi qiymətləndirməməklə yuxarıda sadalanan normaların tə ləblərini pozmuşdur.
76. Bundan başqa işdən görünür ki, iddiaçı eyni zamanda cavabdehə qarşı ayrıca icraatda “avadanlıqların və digər əmlakların qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və həmin əmlaklar olmadığı halda, onların dəyərinin hazırkı bazar qiymətinə uyğun olaraq cavabdehdən tutularaq ona ödənilməsi” barədə iddia qaldırıb və hazırda həmin iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır.
77. Azərbaycan Respublikası MPM-in 43.1-ci maddəsində göstərilir ki, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilir. Həmin Məcəllənin 43.2-ci maddəsinə görə bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər.
78. Həmin Məcəllənin 365-ci maddəsində göstərilir ki, apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur.
79. Qeyd olunan normaların mənasına görə, müxtəlif məhkəmələrin icraatında olan işlərə o halda birgə baxılıb, qətnamə çıxarıla bilər ki, həmin işlər biri-biri ilə əlaqəli olsun və işlərə birgə baxılması bilavasitə ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə xidmət etsin.
80. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yeni dən baxılması üçün həmin məhkəməyə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə hazırkı işlə, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan sözügedən mülki işə birgə baxılmasının mümkünlüyü məsələsi müzakirə olunmalı və bundan sonra yuxarıda sadalanan nöqsanlar aradan qaldırılmaqla, iş üzrə qanuni və əsaslı məhkəmə aktı qəbul olunmalıdır.
81. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 dekabr 2023-cü il tarixli, 2(105)-2060/2023 saylı qətnaməsi ləğv edilsin, mü lki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.