Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1544/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının X14 Sərvətlər Nazirliyi Yanında Milli Hidrometeorologiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi,işə bərpa və əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X14 Sərvətlər Nazirliyi Yanında Milli Hidrometeorologiya Xidmətinə qarşı “əmrin ləğv edilməsi,işə bərpa və əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Mə hkəməsinin Mülki kollegiyasının 2(103)1072/2025 nömrəli, 19 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə 20 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Azərbaycan Respublikasının X14 Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorogiya Xidmətinin X5 Mərkəzinin aparıcı mütəxəssis hidroloqu vəzifəsində işləmiş, onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə xidmətin 714/k saylı xx.xx.2024-cü il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir.
2. Əmək müqaviləsinin ləğv edilməsinə əsas ondan ibarət olmuşdur ki, işçi xx.xx.2024-cü il tarixdə (həftənin birinci günü) heç bir üzrlü səbəb olmadan işə çıxmamışdır. Bu barədə Xidmət tərəfindən Milli Hidrometeorogiya Xidmətinin Həmkarlar İttifaqı Komitəsinə xx.xx.2024-cü il tarixdə təqdimat verilmiş və komitənin yığıncağının 5 nömrəli xx.xx.2024-cü il tarixli protokolu ilə qərara alınmışdır ki, Milli Hidrometeorogiya Xidmətinin X5 Mərkəzinin aparıcı mütəxəssis hidroloqu İddiaçı əmək müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə və icra intizamını kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh X14 Sərvətlər Nazirliyi Yanında Milli Hidrometeorologiya Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” təl əbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X14 Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin onunla olan əmək müqaviləsinə xitam verilməsinə dair 714/K saylı, xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, onun işinə bərpa edilməsi və xx.xx.2024-cü il tarixdən boş dayanmasına görə öz vəzifəsi üzrə müəyyən edilmiş ştat cədvəli üzrə əmək haqqı məbləğinin məhkəmə qətnaməsinin qanuni qüvvəsini alan günə qədər hesablanaraq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 29 ildir ki, X4 Mərkəzində fəaliyyət göstərir. Ali təhsilli olmaqla bərabər sakit təbiətli, kollektiv üzvləri ilə xoşrəftarlı, əməkdaşlarla konflikt yaşamayan, həmçinin özünün vəzifə borclarına aid olmayan məsələlərdə də təcrübəsiz işçilərə qayğı və dəstək göstərməyi bacaran bir şəxsdir. Təsadüfi deyildir ki, keçən müddət ərzində əmək intizamını pozduğu üçün hər hansı məsuliyyətə cəlb edilməmiş və ya hər hansı intizam tənbehi almamışdır. Bir müddət öncə Milli Hidrometeorologiya Xidmətinin X4 Mərkəzinin direktoru X3 mərkəzin əməkdaşı İddiaçı münasibətləri pozulmuşdur. Belə ki, əvvəllər İddiaçı yanında (nisbətən aşağı vəzifədə) çalışan Rasim Cahangirovla sonralar vəzifəsində irəli çəkildikdən sonra, İddiaçı onun rəhbərliyi altında işləmişdir. Həmin dönəmin başlanğıcında X9 Rzayevin münasibətləri normal olsa da, bir müddət sonra rəhbər ilə işçinin dostluğu sarsılmışdır. Ona görə də Rasim Cahangirov çalışmışdır ki, İddiaçı kollektivdən uzaqlaşdırsın. Hazırda o, müvəqqəti də olsa öz məqsədinə nail olmuşdur. İddiaçı əmək müqaviləsinə 714/K saylı, 24 iyun 2024-cü il tarixli əmr ilə 25 iyun 2024-cü il tarixdən xitam verilmişdir. “Gursululuq və daşqınlar dövründə hidroloji işlərin aparılması haqqında” xx.xx.2024-cü il tarixli, 388/Ü nömrəli əmrə əsasən onun işə cəlb edildiyi qeyri-iş günləri üçün əvəzgün götürmək hüququ olmuşdur, mərkəzin direktoru Rasim Cahangirov tərəfindən təsdiq edilən növbətçilik cədvəli (həmin cədvəlin təsdiqlənmə tarixi yoxdur) üzrə xx.xx.2024-cü il tarixdə, yəni Ramazan bayramı günü işə çıxdığı üçün, xx.xx.2024-cü il tarixdə işləmiş olduğu istirahət gününü xx.xx.2024-cü il tarixdə əvəzgün olaraq istifadə etməsini kobud intizam pozuntusu kimi qiymətləndirərək, əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsi məsələsi Həmkarlar İttifaqi Komitəsinin müzakirəsinə çıxarıl mış və 20 iyun 2024-cü il tarixdə onun işdən azad edilməsinə razılıq verilmişdir. Halbuki İddiaçı rəhbəri olduğu Rasim Cahangirovun qəbuluna düşə bilmədiyindən (Rasim Cahangirov bilərəkdən İddiaçı mərkəzin əməkdaşları olan votsap qrupundan xaric etmiş, nömrəsini bloklamış, özünü isə qəbul etməkdən yayınmışdır) xx.xx.2024-cü il tarixdə əvəzgün olaraq istirahət hüququndan istifadə edəcəyi barədə məlumatı mərkəzin direktorunun köməkçisi, X1 əməkdaşı Gülnarə Kərimovaya bildirmişdir. X10 Cahangirovla eyni binada, qonşu otaqlarda oturur. xx.xx.2024-cü il tarixdə İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair Həmkarlar İttifaqi Komitəsinin təşkil etdiyi iclasda iddiaçı da iştirak etmişdir. Həmin iclasda İddiaçı həmkarları tərəfindən müdafiə olunacağına ümid etsə də, bu baş vermədi. Belə ki, o nun 29 illik əmək fəaliyyəti, ali təhsilli olması, himayəsində iki tələbənin olması, indiki vaxtadək heç bir intizam tənbehinə məruz qalmaması, əməksevərliyi, ziyalı bir ailənin nümayəndəsi olması, işləməməli olduğu, lakin işlədiyi istirahət gününü əvəzgün kimi götürdüyü (halbuki özü tərəfindən rəhbərliyin köməkçisinə məlumat verilmiş – xəbərdarlıq edilmiş və onun bir gün işə gəlməməsinə görə müəssisənin heç bir iş fəaliyyəti pozulmamış, müəssisəyə və ya dövlətə heç bir zərər dəyməmişdir) nəzərə alınmadı. Komitənin islasında demək olar ki, heç kim İddiaçı müdafiəsinə cəhd etmədi. Bu isə komitənin iclasının formal xarakter daşıdığını, İddiaçı nə olursa olsun işdən çıxarılmasına dair qərarın əvvəlcədən qəbul edildiyi qənaətinə gəlməyə əsas verir. Aşağıdakılara əsasən hesab edir ki, 714/K say lı, xx.xx.2024-cü il tarixli əmr qanunsuzdur, məhkəmə qaydasında ləğv edilməlidir:
1. Cavabdeh X14 Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov tərəfindən imzalanan “Gursululuq və daşqınlar dövründə hidroloji işlərin aparılması haqqında” 388/Ü saylı, xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, “......Hidrologiya mərkəzinin və regional hidrometeorologiya mərkəzlərinin növbətçilik edən işçilərinə iş günü kimi yazılmaqla əmək haqqlarına Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən qanuna müvafiq əlavələrin hesablanmasını və ya işçinin arzusu ilə ona əmək haqqı əvəzinə başqa istirahət gününün verilməsini təmin etsinlər;”.
2. İddiaçı cavabdeh X14 Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudova ünv anlan xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, “Gursululuq dövründə istirahət və bayram günləri işə cəlb ediləcəyi üçün 6 aprel tarixindən 30 iyun tarixədək həftənin 5-ci (beşinci) gününün istirahət günü kimi müəyyən edilməsi xahiş edilir”.
3. X4 Mərkəzinin direktoru Rasim Cahangirov tərəfindən təsdiqlənən növbətçilik cədvəlindən görünür ki, həmin cədvəlin təsdiqlənmə tarixi yoxdur, lakin 388 /Ü saylı, xx.xx.2024-cü il tarixli əmrə istinad edildiyindən və cədvəlin təyinatı üzrə ilk istirahət və ya qeyri-iş günü kimi xx.xx.2024-cü il nəzərdə tutulduğundan onun xx.xx.2024 – xx.xx.2024-cü il intervalında təsdiqlənməsi ehtimal edilir, İddiaçı xx.xx.2024-cü ildə, yəni Ramazan bayramı günü növbədə olmalıdır (cədvələ müvafiq olaraq İddiaçı xx.xx.2024-cü ildə işə çıxmışdır, iş funksiyasını yerinə yetirmişdir, hesabatlar göndərmişdir və onun həmin gün işə çıxmadığına dair heç bir sənədləşmə və ya rəsmiləşdirmə işi aparılmamış, xəbərdarlıq, tənbeh və ya digər intizam tədbiri görülməmişdir) və o, həmin günü işdə - növbəsində olmuşdur. Həmin cədvələ əsasən İddiaçı daha sonra xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə, yəni şənbə və ya bazar günləri növbətçilik cədvəli üzrə işə çıxmalı olduğu halda, işə çıxmış, eləcə də işə çıxdığı qeyri-iş günü əvəzinə hər həftənin 5-ci günü istirahət etmişdir. Lakin İddiaçı xx.xx.2024-cü il tarixə qədər, yəni xx.xx.2024-cü il tarixdə işə çıxdığı Ramazan bayramı günü üçün istirahət günü verilməmiş və ya əmək haqqına əlavə hesablamalar aparılmamışdır. Halbuki X14 Sərvətlər Nazirliyinin yan ında Milli Hidrometeorologiya Xidməti və Milli Hidrometeorologiya Xidmətinin Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış (2023 – 2026-cı illər üçün) xx.xx.2023-cü il tarixli Kollektiv müqavilənin “2.13.”-cü bəndində nəzərdə tutulur ki, “iş vaxtından artıq vaxtda, istirahət günlərində görülən işlərin ödənməsi tarif (vəzifə) maaşının ikiqat məbləğindən az olmamaq şərtilə həyata keçirilir.”
4. İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinə X4 Mərkəzinin direktoru Rasim Cahangirov tərəfindən xx.xx.2024-cü il tarixdə dərkənar qoyularaq, etiraz edilmədiyi bildirilmişdir.
5. Cavabdeh X14 Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov tərəfindən imzalanan “Gursululuq və daşqınlar dövründə hidroloji işlərin aparılması ilə əlaqədar istirahət və iş günü hesab edil məyən bayram günləri işləyən işçilərə istirahət gününün verilməsi haqqıda” 406/K saylı, xx.xx.2024-cü il tarixli əmrinin 1-ci bəndindən görünür ki, “Gursululuq dövrü ilə əlaqədar aprel-may-iyun aylarında Azərbaycan Respublikasının X14 Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin və X2 istirahət və iş günü hesab edilməyən bayram günləri növbətçilik edəcək aşağıda adları qeyd edilən işçilərinə əmək haqqı əvəzinə ümumi iş həftəsi saatlarından kənara çıxmamaq şərtilə həftəlik günlərdə dəyişiklik edilməklə onların arzusu ilə əvəzgün olaraq istirahət günü verilsin”.
6. Cavabdeh X14 Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov tərəfindən imzalanan “Gursululuq və daşqınlar dövründə hidroloji işlərin aparılması ilə əlaqədar istirahət və iş günü hesab edilməyən bayram günləri işləyən işçilərə istirahət gününün verilməsi haqqıda” 406/K saylı,xx.xx.2024-cü il tarixli əmrinin 1.9-cu bəndindən görünür ki, “X4 Mərkəzinin aparıcı mütəxəssis hidroloqu İddiaçı öz ərizəsinə əsasən növbətçilik edəcəyi istirahət və iş günü hesab edilməyən bayram günləri üçün əmək haqqı əvəzinə hər həftənin cümə günü istirahət günü verilsin”.
7. Mediasiya təklifinə cavab məktubunda cavabdeh bildirmişdir ki, guya İddiaçı xx.xx.2024-cü il tarixli, 406/K saylı əmrə əsasən verilən istirahət günlərindən istifadə etmişdir, lakin, xx.xx.2024-də üzrlü səbəb olmadan və rəhbərliyə məlumat vermədən bütün iş günü işə gəlməmişdir. Halbuki bu belə olmamış, İddiaçı istifadə etmədiyi qeyri-iş günündə növbətçilik etdiyi üçün xx.xx.2024-cü ildə is tirahət etmiş, bu barədə əvvəlcədən mərkəzin rəhbərinin köməkçisinə məlumat vermiş, həmin gün üçün heç kim onu axtarmamış və müəssisəyə heç bir zərər dəyməmişdir. Göründüyü kimi, xx.xx.2024cü ildə cavabdeh əmr imzalayaraq Hidrologiya mərkəzinin və regional hidrometeorologiya mərkəzlərinin növbətçilik edən işçilərinə iş günü kimi yazılmaqla əmək haqlarına Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən qanuna müvafiq əlavələrin hesablanmasını və ya işçinin arzusu ilə ona əmək haqqı əvəzinə başqa istirahət gününün verilməsini təsdiq etmişdir. Həmin tarixdə, yəni xx.xx.2024-cü ildə işçidən, yəni İddiaçı ərizə alınmışdır ki, işlədiyi qeyri-iş günü üçün ikiqat əmək haqqı tələb edə bilməsin və ona başqa gün istirahət günü verilsin. Daha sonra tarixsiz növbətçilik cədvəli təsdiq edilib ki, İddiaçı xx.xx.2024-cü ildə, yəni Ramazan bayramı günü işə çıxsın. Ramazan bayramı günü İddiaçı işə çıxdıqdan sonra, yəni xx.xx.2024-də onun ərizəsinin üstünə dərkənar qoyulub. Halbuki artıq həmin tarixə İddiaçı xx.xx.2024-cü ildə bayram günü işə cəlb edilmişdi. Belə olduğu halda ya onun əmək haqqı ikiqat hesablanmalı və ödənməli idi, ya da arzusuna uyğun başqa bir gün istirahət günü verilməli idi ki, İddiaçı də bunu xx.xx.2024-də istifadə etmişdir. xx.xx.2024-cü ildə verilən 406/K saylı əmr ilə İddiaçı işə cəlb edildiyi istirahət və ya bayram günlərinə əvəz olaraq başqa bir günün həftənin 5-ci (beşinci) günü verilməsinə dair rəsmiləşmə işi icra edildiyi tarixdə, artıq İddiaçı 11.04.024cü ildə işə cəlb edilmişdi və həmin tarixə qüvvədə olan əmr üzrə onun istədiyi gün əvəzgün göt ürmək hüququ var idi ki, İddiaçı də bunu xx.xx.2024-cü ildə istifadə etmişdir. Bununla bağlı İddiaçı xx.xx.2024-cü ildə izahatı alınmışdır və izahatında göstərilənlər qeyd edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə işə gəlməməsinə üzrlü səbəb olmuş, o, xx.xx.2024-cü ildə işə cəlb edildiyi Ramazan bayramı gününə əvəz olaraq tam günü işə çıxmamışdır. Bundan əlavə 27 may 2024-cü il tarixdə onun işə çıxmamasına görə işəgötürənə heç bir zərər dəyməmişdir və bununla bağlı heç bir rəsmiləşdirmə işi yoxdur. Belə ki, Əmək Məcəlləsinin 70-cimaddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifəsini kobud surətdə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edil ə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmçinin o da, qeyd edilməlidir ki, 29 ildir ki, həmin kollektivdə işləyən işçi işə gəlmədəyi halda, rəhbərlik və ya ya iş yoldaşları tərəfindən axtarılmamış, nəyə görə işə gəlməməsi soruşulmamışdır. Çünki, işlədiyi kollekti vdə bilirdilər ki, o, işə cəlb edildiyi gün üçün evdə qalmışdır və bu barədə mərkəzin rəhbəri Rasim Cahangirov X1 əməkdaşı Gülnarə Kərimova vasitəsilə məlumatlı olmuşdur.
5. Cavabdeh X14 Sərvətlər Nazirliyi Yanında Milli Hidrometeorologiya Xidmətinin nümayəndəsi X8 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, iddiaçının təqdim etdiyi növbətçilik cədvəlində Xidmət rəhbərinin möhürü və imzası olmadığından, onun hər hansı qüvvəsi yoxdur. Həmçinin xx.xx.2024-cü il tarixdə mütəxəssislər deyil, yalnız texniki işçilər işdə olmuşdur və bununla bağlı texniki işçilərin izahatları da mövcuddur. Belə ki, həmin izahatlarda da texniki işçilər iddiaçını görmədiklərini bildirmişlər. İddiaçının xx.xx.2024-cü il tarixdə guya gördüyü işlərə dair məhkəməyə təqdim etdiyi elektron poçt dan çıxarışlar isə mötəbər hesab oluna bilməz, çünki belə elektron poçt məktubların istənilən yerdən göndərilməsi mümkündür. Bundan əlavə, iddiaçı xx.xx.2024-cü il tarixdə işə çıxmayacağı barədə heç kimi xəbərdar etməmiş və bununla bağlı hər hansı ərizəsi də mövcud deyil. İddiaçı bu halın əsası kimi müdirlə münasibətinin olmamasını göstərsə də, bu onu məlumat vermək öhdəliyindən azad etmir və işəgötürənin işçinin işə gəlməmək səbəblərini araşdırmaq vəzifəsi kimi öhdəliyi yoxdur. Bundan başqa, xx.xx.2024-cü il tarixi bazar ertəsi gününə təsadüf edir, halbuki əmrə əsasən həftənin cümə günlərinin əvəzləşdirilməsi nəzərdə tutulmuşdur.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3417/2024 nömrəli,xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia tələbi rədd edilmişdir.
7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ilkin olaraq hazırkı mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan X14 Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorogiya Xidmətinin xx.xx.2024-cü il tarixli 714 /k nömrəli əmrinin qanuniliyi yoxlanılmalıdır. İşin mübahisələndirilməyən halıdır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə işdə olmamışdır. Hazırda məhkəmədə mübahisələndirilən hal odur ki, iddiaçı məhkəməyə bildirir ki, xx.xx.2024-cü il tarixli, 406/K saylı əmr ilə o, işə cəlb edildiyi istirahət və ya bayram günlərinə əvəz olaraq başqa bir günün, həftənin 5-ci gününün verilməsi barədə rəsmiləşdirmə işi icra edildiyi tarixdə, artıq iddiaçı xx.xx.2024-cü il tarixdə işə cəlb edilmişdi və həmin tarixə qüvvədə olan əmr üzrə onun istədiyi günü əvəzgün götürmək hüququ var idi ki, İddi açı də bunu xx.xx.2024-cü ildə istifadə etmişdir. Lakin cavabdeh Xidmət iddiaçının xx.xx.2024-cü il tarixdə işdə olmasına etiraz edərək bildirir ki, iddiaçı həmin gün işə cəlb olunmamışdır. Belə ki, iddiaçının işə cəlb olunmadığına dair növbətçilik cədvəlinin və davamiyyət jurnalından çıxarışın surətini təqdim edir. Bu baxımdan məhkəmə araşdırması zamanı işin faktiki halları ilə qeyd olunan tarixdə iddiaçının cavabdehin müvafiq tapşırığı və əmri əsasında işə cəlb olunması, o cümlədən həmin tarixdə özünün də iddia etdiyi kimi işdə olması təsdiqini tapmır.
8. İddiaçının xx.xx.2024-cü il tarixdə bütün iş günü işə gəlməməsi işin mübahisəsiz halı olmaqla, xx.xx.2024-cü il tarixdə bayram günü hesab olunan qeyri-iş günündə isə işə cəlb olunmadığı və işdə olmaması məhkəmə araşdırması zamanı öz təs diqini tapmışişin faktiki halıdır. İddiaçı xx.xx.2024-cü il tarixdə bayram günündə işlədiyindən və həmin gün üçün ona əvəzgün verilmədiyindən istirahətini xx.xx.2024-cü il tarixə keçirdiyini, bu barədə səlahiyyətli şəxsləri X1 əməkdaşı Gülnarə Kərimova vasitəsilə məlumatlandırdığını bildirir, lakin bu hala dair hər hansı sübut təqdim etmir.
9. Məhkəmə iş materiallarına istinadən iddiaçının bu arqumentinə münasibətdə qeyd etmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə işə gəlməyəcəyi (bu gündən istirahət günü kimi istifadə edəcəyini) barədə nə buna səlahiyyətli olan şəxsləri məlumatlandırmış, nə də ki, öz qərarını onlarla razılaşdırmış, bu barədə xəbər verməyi vəzifə baxımdan onun işə gəlməməsinin həlli məsələsində hər hansı səlahiyyətə malik olmayan stansiyanın əməkdaşına məlumat verdiyini bildirmişdir. Ümumiyyətlə, cavabdeh orqanda istirahət günü ilə bağlı məsələnin bu qaydada həll edilməsi (işçilərin özü tərəfindən və məhz hər hansı əməkdaşa bir gün əvvəl məlumat verməklə və s.) öz təsdiqini tapmır. Ona bu günün istirahət günü kimi verilməsini təsdiq edən hər hansı rəsmi sənəd mövcud deyil. İddiaçı özü də əvvəllər (bir dəfə olsun belə) bu qaydada hər hansı gündən istirahət günü kimi istifadə etməsini bildirmir. Bununla belə, iddiaçı özünün müəyyən etdiyi qaydaya uyğun olaraq, xx.xx.2024-cü il tarixini özünə istirahət günü elan etmiş və hüquqi nəticə etibarı ilə heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir. Bu səbəbdən də iddiaçının həmin tarixdə icazə almadan və hər hansı üzürlü səbəb göstərmədən işə gəlməməsi birmənalı şəkildə onun bu dəlillərinin əsassız olduğunu təsdiq edir. Göstərilən bu hal da Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin iddiaçı tərəfindən pozulması anlamı daşıyır.
10. İddiaçının xx.xx.2024-cü il tarixdə istirahət və bayram günləri üçün növbətçilik cədvəlinə əsasən işə çıxmasına, bu barədə təqdim etdiyi növbətçilik cədvəli üzrə onun xx.xx.2024-cü ildə işə çıxması barədə cədvəldə adının qarşısında “+” işarəsinin olduğuna dair dəlillərə münasibətdə məhkəmə göstərmişdir ki, iddiaçının Milli Hidrometeorogiya Xidmətinin 2024-cü il 6 aprel tarixli 388/Ü saylı əmrinə əsasən, yaz-yay (aprel) gursululuq dövründə X4 Mərkəzinin işçilərinin istirahət və bayram günləri üçün növbətçilik cədvəli xidmətin rəisi Nazim Mahmudov tərəfindən imzası və xidmətin möhürü ilə təsdiq edilməmişdir. Göründüyü kimi, iddiaçının istinad etdiyi sənə d mötəbər sübut hesab edilə bilməz. Çünki qeyd olunan cədvəl lazımi qaydada təsdiq olunmamışdır. Belə olan halda isə iddiaçının təsdiq olunmayan növbətçilik cədvəlini əsas götürüb işə çıxdığını bildirməsi, məhkəmə tərəfindən əsaslı hesab oluna bilməz. Bunun əksinə cavabdehin məhkəməyə təqdim etdiyi və xidmətin rəisi Nazim Mahmudov tərəfindən imzası və xidmətin möhürü ilə təsdiq edilmiş növbətçilik cədvəlində isə sözügedən xx.xx.2024-cü il tarixdə iddiaçının adının qarşısında heç bir qeydiyyat aparılmamışdır. Bu isə məhkəməyə onu deməyə əsas verir ki, iddiaçının bu hissədə dəlili mötəbər sübutlarla təsdiq olunmur.
11. İddiaçı xx.xx.2024-cü il tarixdə işdə olmasını digər tərəfdən onunla əsaslandırır ki, o, həmin gün işdə olarkən elektron poçt ünvanı vasitəsilə işlə bağlı hesabatlar vermişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə işdə olduğunu iddia etsə də, həmin elektron poçtun iddiaçı tərəfindən məhz iş yerində olarkən göndərilməsi, habelə iddiaçının gün ərzində sadəcə müxtəlif ünvanlara elektron poçtun göndərilməsinin əmək funksiyalarının icrası ilə bağlı olması və digər mühüm hallar müəyyən olunmur.
12. Bundan başqa, X5 Mərkəzinin aparıcı mütəxəssis hidroloqu İddiaçı tərəfindən X14 Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorogiya Xidmətinin rəisi Nazim Mahmudova ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəyə əsasən, o, gursululuq dövründə istirahət və bayram günləri işə cəlb ediləcəyi üçün 06 aprel tarixdən 30 iyun tarixədək həftənin 5-ci gününün istirahət günü kimi müəyyən edilməsini xahiş etmiş və direktor R.Ə. Cahangirov etiraz etməməsi barədə ərizəyə qeyd əlavə etmişdir. Belə ki, gursululuq dövründə təbii fəlakət riskinin artması ilə baş verə biləcək daşqın təhlükəsini, o cümlədən 2010-cu ildə baş verən böhranlı vəziyyəti nəzərə alaraq Respublika çaylarında gursululuq və daşqınlar dövründə hidroloji müşahidələrin mütəmadi olaraq aparılması, ölkə çaylarında gözlənilən sel, daşqın təhlükəsi, su anbarlarında suyun səviyyəsi, yerüstü su obyektlərində (çay, göl, su anbarları və s.) müşahidə olunan faktiki hidroloji (suyun səviyyəsi, sərfi və s.) parametrlər barədə məlumatların, proqnoz və xəbərdarlıqların dəqiqliyinin artırılması ilə əlaqədar xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək istirahət və iş günü hesab edilməyən bayram günləri işləyən işçilərə istirahət gününün verilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 may tari xli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X14 Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorogiya Xidməti haqqında Əsasnamə”nin 5.4.3-cü yarımbəndinə əsasən X5 Mərkəzinin aparıcı mütəxəssis hidroloqu İddiaçı öz ərizəsinə əsasən növbətçilik edəcəyi istirahət və iş günü hesab edilməyən bayram günləri üçün əməkhaqqı əvəzinə hər həftənin cümə günü istirahət günü verilməsi əmr edilmişdir.
13. Göründüyü kimi, cavabdeh Xidmət yaz (aprel-may-iyun) aylarında gursululuq dövründə təbii fəlakətlərin baş verə bilmə ehtimallarını əvvəlcədən bilmək müəyyən etmək və qarşısını almaq məqsədi ilə gücləndirilmiş rejimi ilə işçiləri növbətçilik üzrə işə çıxarır və bunu istirahət və qeyri-iş günləri olan bayram günlərində işə çıxan işçilərə öz arzuları ilə ya işə çıxdıqları qeyri-iş günü üçün ikiqat əmək haqqı, ya da həftənin bir günü əvəzgün götürməklə işə çıxmamaları ilə kompensasiya edir. Bununla bağlı olaraq, iddiaçı xx.xx.2024-cü il tarixdə öz ərizəsi ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əvəzgün kimi həftənin 5-ci (Cümə) gününü seçmişdir. Lakin iddiaçının əvəzgün kimi istifadə etdiyini dediyi xx.xx.2024-cü il tarixi həftənin 1-ci (Bazar ertəsi) günü olmuşdur.Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həya ta keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Beləliklə, iddiaçının xx.xx.2024-cü il tarixdə işə çıxmayacağı barədə məlumatı əvvəlcədən verməsi və hansı üzrlü səbəblərdən işə çıxmaması barədə hər hansı mötəbər dəlil onun tərəfindən məhkəməyə təqdim edilməmişdir.Qüvvədə olan əmək qanunvericiliyi hər hansı səbəbdən deyil, konkret olaraq işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi halında işçinin işə çıxmamasını üzrlü hallar kimi istisna edir. İddiaçının isə sözügedən tarixdə işə çıxmamasının sadalanan üzrlü hallardan biri ilə əlaqədar olmadığı açıq aşkardır. İlkin olaraq iddiaçının xx.xx.2024-cü il tar ixdə işə çıxması məhkəmə araşdırılması zamanı onun tərəfindən təqdim edilən hər hansı mötəbər dəlillə öz təsdiqini tapmır. İkincisi o, əvəzgün kimi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək yalnız cümə günlərini istifadə etməli idi, lakin o, 27 may tarixini əvəzgün kimi istifadə etdiyini bildirir. İddiaçı məhkəməyə əmək münasibətlərinə qanunsuz xitam verilməsi əsaslarına dair dəlillərini təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də qeyd edilən əmrin ləğv edilməsi üçün heç bir əsas yoxdur.
14. İddiaçı məhkəməyə cavabdehlə həmkarlar ittifaqı komitəsinin bağladığı kollektiv müqaviləni təqdim edərək, göstərir ki, əslində onun iş vaxtından başqa, qeyri-iş və istirahət günlərində işə cəlb olunması zamanı həmin gün üçün ikiqat əmək haqqı almaq hüququ olmuşdur. Yəni cavabdehin əvəzgün kimi digər istirahət günü verməsi düzgün olmamışdır. Halbuki onun ikiqat əmək haqqı və ya əvəzgün seçmək hüququ cavabdeh tərəfindən ona təklif edilmiş, o, öz ərizəsi ilə əvəzgün verilməsini xahiş etmişdir. Əgər onun bununla bağlı bir narazılığı olmuşdursa, o, həmin halı işəgötürənlə və ya məhkəmə qaydasında mübahisə edə bilərdi. Lakin o, həmin halı mübahisə etməmişdir. İddiaçı belə mübahisəni etsə idi belə, onun xx.xx.2024-cü il tarixdə işə çıxması və xx.xx.2024-cü il tarixdə üzrlü səbəbdən işə çıxmaması öz təsdiqini tapmır. Belə olan halda işəgötürən tərəfindən iddiaçıya münasibətdə onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə tutduğu vəzifədən azad edilməsinə dair əmr verilməsinə əsas mövcud olmuşdur.
15. Məhkəmə gəldiyi nəticəni Azə rbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1 və 4-cü hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinin “e” bəndinə, 10-cu maddəsinin “b” bəndinə, 11-ci maddəsinin “b” bəndinə, 70-ci maddəsinin “ç” bəndinə, 72-ci maddəsinin “a” bəndinə, 76-cı maddəsinin 1-ci hissəsi, 80-ci maddəsinin 1ci hissəsi, 83-cü maddəsinin 1-ci hissəsi, 83-cü maddəsinin 2-ci hissəsi, 95-ci maddəsinin 1-ci hissəsi, 186-cı maddəsinin 2-ci hissəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunm ası barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2024-cü ildə əmr imzalayaraq Hidrologiya mərkəzinin və regional hidrometeorologiya mərkəzlərinin növbətçilik edən işçilərinə iş günü kimi yazılmaqla əmək haqlarına Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən qanunamüvafiq əlavələrin hesablanmasını və ya işçinin arzusu ilə ona əmək haqqı əvəzinə başqa istirahət gününün verilməsini təsdiq etmişdir. Həmin tarixdə, yəni xx.xx.2024-cü ildə işçidən, yəni İddiaçı ərizə alınmışdır ki, işlədiyi qeyri-iş günü üçün ikiqat əmək haqqı tələb edə bilməsin və ona başqa gün istirahət günü verilsin. Daha sonra tarixsiz növbətçilik cədvəl təsdiq edilib ki, İddiaçı 11 aprel 2024-cü ildə, yəni Ramazan bayramı günü iş ə çıxsın. Ramazan bayramı günü İddiaçı işə çıxdıqdan sonra, yəni xx.xx.2024-də onun ərizəsinin üstünə dərkənar qoyulub. Halbuki artıq həmin tarixə İddiaçı 11 aprel 2024-cü ildə bayram günü işə cəlb edilmişdir. Belə olduğu halda ya onun əmək haqqı ikiqat hesablanmalı və ödənməli idi, ya da arzusuna uyğun başqa bir gün istirahət günü verilməli idi ki, İddiaçı də bunu 27 may 2024-cü ildə istifadə etmişdir. xx.xx.2024-cü ildə verilən 406/K saylı əmr ilə İddiaçı işə cəlb edildiyi istirahət və ya bayram günlərinə əvəz olaraq başqa bir günün həftənin 5- ci (beşinci) günü verilməsinə dair rəsmiləşmə işi icra edildiyi tarixdə, artıq İddiaçı 11 aprel 2024- cü ildə işə cəlb edilmişdir və həmin tarixə qüvvədə olan əmr üzrə onun istədiyi gün əvəzgün götürmək hüququ var idi ki, İddiaçı də bunu 27 may 20 24-cü ildə istifadə etmişdir. Bununla bağlı İddiaçı xx.xx.2024-cü ildə izahatı alınmışdır və izahatında göstərilənlər qeyd edilmişdir. Cavabdehin rəisi Nazim Mahmudov tərəfindən imzalanan “Gursululuq və daşqınlar dövründə hidroloji işlərin aparılması ilə əlaqədar istirahət və iş günü hesab edilməyən bayram günləri işləyən işçilərə istirahət gününün verilməsi haqqıda” 406/K saylı, 18 aprel 2024-cü il tarixli əmrinin 1.9.-cu bəndindən görünür ki,: - “X4 Mərkəzinin aparıcı mütəxəssis hidroloqu İddiaçı öz ərizəsinə əsasən növbətçilik edəcəyi istirahət və iş günü hesab edilməyən bayram günləri üçün əmək haqqı əvəzinə hər həftənin cümə günü istirahət günü verilsin”. Mediasiya təklifinə cavab məktubunda cavabdeh bildirmişdir ki, guya İddiaçı xx.xx.2024-cü il tarixli, 406/K saylı əmrə əsasən veri lən istirahət günlərindən istifadə etmişdir, lakin xx.xx.2024-də üzürlü səbəb olmadan və rəhbərliyə məlumat vermədən bütün iş günü işə gəlməmişdir. Halbuki bu belə olmamış, İddiaçı istifadə etmədiyi qeyri-iş günündə növbətçilik etdiyi üçün xx.xx.2024-cü ildə istirahət etmiş, bu barədə əvvəlcədən mərkəzin rəhbərinin köməkçisinə məlumat vermiş, həmin gün üçün heç kim onu axtarmamış və müəssisəyə heç bir zərər dəyməmişdir. Təqdim edilmiş və regional idarənin rəhbəri tərəfindən təsdiq edilən növbətçilik cədvəlinin mötəbərliyinin nəzərə alınmaması işin hallarına uyğun deyil. Belə ki, həmin növbətçilik cədvəli reallığı əks etdirmişdir. Lakin cavabdeh tərəf həmin növbətçilik cədvəlinin təhrif olunmuş variantını məhkəməyə təqdim etsə də, məhkəmə həmin növbətçilik cədvəlində olan uyğunsuzluqlara və onun sonradan tərtib edilməsinə, eləcə də, rəsmiləşdirilməsindəki qanunsuzluqlara əhəmiyyət verməmişdir. Bu işə baxılması zamanı mübahisəyə aidiyyəti olmayan halların araşdırılması, işin həqiqi hallarının müəyyən edilə bilməməsi ilə nəticələnmişdir. Belə ki, məhkəmə təqdim edilmiş bir sıra sübutları nəzərə almadan iddianı əsassız hesab etmişdir. Bu qərar maddi və prosessual hüquq normalarına zidd olmaqla, düzgün olmayan araşdırmanın və düzgün olmayan yekun qərarın ərsəyə gəlməsi ilə nəticələnmişdir. Məhkəmə həqiqətə nail ola bilməmişdir. Məhkəmə işə birtərəfli baxaraq, yekun qərarını iddiaçı tərəfindən istinad etdiyi halları sübut edə bilməməsi ilə əsaslandırmışdır. Lakin bu belə deyil, məhkəmə sadəcə olaraq iddiaçı tərəfindən təqdim olunan mötəbər sübutları, qətnamədə sadalasa belə, qəbu l etməmiş, cavabdehin nümayəndəsinin heç bir sənədlə təsdiq edilməyən izahatlarına (mülahizələrinə) əsasən qərar qəbul etmişdir. Hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir. Lakin Yasamal Rayon Məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verilmiş mümkün vasitələrdən lazımi şəkildə istifadə edilməmiş, müvafiq lazımi prosessual tədbirlər görülməmişdir, nəticə isə göz qabağındadır. Məhkəmənin növbəti səhvlərindən biri təqdim edilmiş və regional idarənin rəhbəri tərəfindən təsdiq edilən növbətçilik cədvəlinin mötəbərliyinə şübhə ilə yanaşmaq olmuşdur. Belə ki, həmin növbətçilik cədvəli reallığı əks etdirmi şdir. Lakin, cavabdeh tərəf həmin növbətçilik cədvəlinin təhrif olunmuş variantını məhkəməyə təqdim etsə də, məhkəmə həmin növbətçilik cədvəlində olan uyğunsuzluqlara və onun sonradan tərtib edilməsinə, eləcə də, rəsmiləşdirilməsindəki qanunsuzluqlara əhəmiyyət verməmişdir. Ümumiyyətlə, məhkəmə araşdırmasının iddiaçının sübutlarının qarşı tərəfin izahatları əsasında təkzib edilməsi formasında qurulduğunu aşkar etmək çətin deyil. Birinci instansiya məhkəməsinin qarşısına qoyduğu məqsəd pozulmuş əmək hüquqlarının bərpa edilməməsi olmuşdur.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1072/25 nömrəli iş üzrə 19 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – İmanov Azad (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd və Talışin ski Fuad) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və öz mövqeyində qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş onun xx.xx.2024-cü ildə işə çıxması barədə adının qarşısında “+” işarəsinin olduğunu göstərən növbətçilik cədvəli xidmətin rəisi Nazim Mahmudov tərəfindən imzası və xidmətin möhürü ilə təsdiq edilməmişdir. Belə olan halda cədvəl lazımi qaydada təsdiq olunmadığından mötəbər sübut hesab oluna bilməz. İş materiallarında olan cavabdehin məhkəməyə təqdim etdiyi və xidmətin rəisi Nazim Mahmudov tərəfindən imzası və xidmətin möhürü ilə təsdiq edilmiş növbətçilik cədvəlində isə sözügedən xx.xx.2024-cü il tarixdə iddiaçının adının qarşısında heç bir qeydiyyat aparılmamışdır
20. İddiaçı xx.xx.2024-cü il tarixdə işdə olmasını digər tərəfdən onunla əsaslandırır ki, o, həmin gün işdə olarkən elektron poçt ünvanı vasitəsilə işlə bağlı hesabatlar vermişdir.Kollegiya apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə işdə olduğunu iddia etsə də, həmin emaillərin iddiaçı tərəfindən məhz iş yerində olarkən göndərilməsi halı müəyyən olunmur. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixində işə gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir.
21. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə hesab etmişdir ki, iddiaçı əmək müqaviləsinə qanunsuz xitam verilməsi əsaslarına dair dəlillərini təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də qeyd edilən əmrin ləğv edilməsi üçün heç bir əsas yoxdur.
22. Məhkəmə kollegiyası gəldiyi nəticəni Əmək Məcəlləsinin 10-cu,11-ci, 68-ci maddəsinin 1-ci hissəsi, 70-ci, 71-ci, 72-ci, 76-cı, 80-ci, 83-cü, 95-ci və 186-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti əsasən, iddia ərizəsinin və apellyasiya şik ayətinin dəlilləri ilə əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, apellyasiya məhkəməsi İddiaçı birbaşa rəhbəri olmuş Rasim Cahangirov tərəfindən təsdiq edilən növbətçilik cədvəlini mötəbər sübut hesab etməməklə yanlışlığa yol vermiş, işin həqiqi hallarını araşdıraraq, həqiqətin ortaya çıxmasına nail olmamışdır. Belə ki, X14 Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov tərəfindən təsdiqlənən növbətçili cədvəlində, işçilərin gursululuq dövründə işə cəlb edilməli olan tarix 20 aprel kimi qeyd edilir. Halbuki müvafiq əmrdən də göründüyü kimi gursululuq dövrü aprel, may, iyun aylarını əhatə edir və “Gursululuq və daşqınlar dövründə hidroloji işlərin aparılması haqqında” 388/Ü saylı əmr 6 aprel 2024-cü ildə verilmişdir. Belə olduğu halda apellyasiya mə hkəməsi əsassız olaraq 2024-cü ilin aprel ayının 10,11,12,13 və 14-nə düşən və gursululuq dövrünə təsadüf edən qeyri-iş günlərdə işin necə təşkil edildiyini, daha doğrusu əmrin əksinə olaraq təşkil edilmədiyini araşdırmamış, araşdırmaq istəməmiş və buna hüquqi qiymət verilməmişdir. İddiaçı 27 may 2024-cü il tarixə qədər, 11 aprel 2024-cü il tarixdə işə çıxdığı Ramazan bayramı günü üçün istirahət günü verilməmiş və ya əmək haqqına əlavə hesablamalar aparılmamışdır. Halbuki X14 Sərvətlər Nazirliyinin yanında Milli Hidrometeorologiya Xidməti və Milli Hidrometeorologiya Xidmətinin Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış (2023-2026-cı illər üçün) 04 oktyabr 2023-cü il tarixli Kollektiv müqavilənin “2.13.”-cü bəndində nəzərdə tutulur ki,: - “iş vaxtından artıq vaxtda, istirahət günləri ndə görülən işlərin ödənməsi tarif (vəzifə) maaşının ikiqat məbləğindən az olmamaq şərtilə həyata keçirilir.” İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinə X4 Mərkəzinin direktoru Rasim Cahangirov tərəfindən xx.xx.2024-cü il tarixdə dərkənar qoyularaq, onun işə cəlb edildiyi qeyri-iş və bayram günlərinin əvəzi kimi hər həftənin cümə günün istirahət günü verilməsinə etiraz edilmir. Lakin xx.xx.2024-cü il tarixdən, xx.xx.2024-cü il tarixə qədər İddiaçı nəzərdə tutulan və əsaslı olan istirahət hüququndan istifadə etməyə şərait və imkan yaradılmamışdır. X13 tərəfindən imzalanan “Gursululuq və daşqınlar dövründə hidroloji işlərin aparılması ilə əlaqədar istirahət və iş günü hesab edilməyən bayram günləri işləyən işçilərə istirahət gününün verilməsi haqqında” 406/K saylı, 18 aprel 2024-cü il tarixl i əmrinin 1-ci bəndindən görünür ki,: - “Gursululuq dövrü ilə əlaqədar aprel-mayiyun aylarında Azərbaycan Respublikasının X14 Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin və X2 istirahət və iş günü hesab edilməyən bayram günləri növbətçilik edəcək aşağıda adları qeyd edilən işçilərinə əmək haqqı əvəzinə ümumi iş həftəsi saatlarından kənara çıxmamaq şərtilə həftəlik günlərdə dəyişiklik edilməklə onların arzusu ilə əvəzgün olaraq istirahət günü verilsin”. 25. 11 aprel 2024-cü il tarixi Ramazan bayramına təsadüf etmişdir. 26 may 2024cü il tarixi isə həftənin bazar gününə düşmüşdür. Yəni həmin vaxtlar istirahət və qeyri-iş günlərinə düşdüyündən o 27 may 2024-cü il tarixdə, yəni həftənin 1-ci günündə istirahət günü kimi istifadə etmişdir. Bu haqda Cənu b RHMM-nın direktoru 23 may 2024-cü ildə işdən evə qayıdarkən Rasim Cahangirova məlumat vermək istəsə də direktoru nə kabinetində görə bilməmiş, nədə ki, onun mobil telefonuna zəng vurmağına baxmayaraq əlaqə saxlaması mümkün olmamışdır. Lakin onun katibəsinə bu barədə məlumat verərək direktora deyiləcək sözləri katibəsinin ona deyəcəyini bildirmişdir. 27 mayda Rasim Cahangirov onu işdə görməmişdirsə ona zəng vurmamasının səbəbi məlum deyil. Əgər onunla əlaqə saxlasaydı və ona desəydi ki, sən gəl işinə, o isə əvəzində onu saymayıb gəlməsəydi onda hörmətsizlik etmiş olardı. O, isə əvəzində nə həmin günü nədə ki ondan sonrakı günləri onu otağına çağırmadan və onunla söhbət etmədən heç bir şeyi aydınlaşdırmadan 27 mayda departamentin rəhbərliyinə və həmkarlar ittifaqına əvvəlcədən ona qarşı dü şünülmüş planını irəli sürərək yazılı məlumat vermiş və bildirmişdir ki, İddiaçı işdə yoxdur və onun haqqında ədəbsiz paylaşmalar etmişdir.
26. Eyni zamanda 29 may tarixində məhkəməyə müraciət də etmişdir. 30 may tarixində işdən evə getmək istəyəndə İddiaçı öz otağına Rasim Cahangirov çağırmış və demişdir: “- sən sabahı gün, yəni 31 mayda işə gəlmək əvəzinə səni departamentdə həmkarların iclasına dəvət ediblər, saat 11:00-da. O soruşanda ki, ondan başqa kimlər var. Rasim Cahangirov deyib ki, bircə səni çağırıblar. O deyib ki, hansı işlə bağlı çağırıblar. Rasim Cahangirov əvəzində deyib ki, mən səni çoxdandır işdən rədd etmək istəyirdim, lakin əlimdə tutarlı səbəb yox idi ki, səni torbaya salım. İndi isə vardır. Sən Bakıya gedərsən və sənə orada hər şeyi yaxşı başa salarlar”. O həmişə Rasim ə köməklik etmişdir. Rasim 2012-2022-ci ilin oktyabr ayınadək Lerik Stansiya rəisi olmuşdur və Rasim Texniki Universiteti bitirdiyindən işləri apara bilməmişdir və iddiaçı ona həmişə köməklik etmişdir. Belə ki, işlərində sənədlərini yoxlamışdır və buraxılmış səhvləri aradan qaldırılmasında və departamentə yollanmasında şəxsən iştirak etmişdir. 2022-ci ilin oktyabr ayından mərkəzə müdir təyin olunduqdan qısa bir zaman içində əvvəlki kimi öz işini görəcəyini ona demişdir. X6 vurduğu mənəvi ziyan səbəbindən o, çox güclü sress keçirtmişdir. Belə ki, 01-25 iyun tarixlərində hər gün işdə olmuşdur. Saat 09:00-dan 18:00dək və günortanı da işdə keçirtmişdir. Rasim Cahangirov işdə hamıya tapşırıq verərək bildirib ki, heç kim onunla söhbət etməsin, heç kəs onun oturduğu otağa girməsin və aylıq sənədl ərini belə ona verməsinlər. Rasim Cahangirov paralel olaraq Lənkəran Məhkəməsinə müraciət edib ki, guya o, ona böhtan atmışdır və onu təhqir edib şəxsiyyətini alçaltmışdır və mənəviyyatına ziyan vurmuşdur. Bütün bunları o özünə qarşı şər atılması kimi qəbul etmişdir və bunların hamısı uydurmadır.
27. İddiaçı evlidir və iki uşaq atasıdır, hər iki övladı Türkiyyə Respublikasında İnstitutda təhsil alır. Bu uşaqların təhsili üçün İnstitutda oxumalarından ötəri vəsaiti o ödəyir. Lakin 25 iyun 2024-cü il tarixdən bəri uşaqların təhsil haqlarını ödəyə bilmir. Ona görə də işə bərpa olunmağını istəyir ki, bu uşaqların təhsil haqlarını ödəyə bilsin. b)
28. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası nın Əmək Məcəlləsi
29. Maddə 10. “b” bəndi. əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməkdir.
30. Maddə 11. “b” bəndi. bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir.
31. Maddə 68, 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
32. Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
33. Maddə 71, 2-ci hissə. bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasl a əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
34. Maddə 72. “a” bəndi. özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
35. Maddə 95, 1-ci hissə. iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurta rması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq n ormalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zər urətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyaçı məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq norma larının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
49. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün fak tiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həm çinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
50. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qə rara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1072/2025 nömrəli iş üzrə 19 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.