Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1545/2020 12.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əhmədov Əhməd Abbas oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsindən üçüncü şəxs X3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim A.Rzayev) xx.xx.2018-ci il tarixli, 2(001)*****/2018 nömrəli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehqarşı “qət olunmuş kredit borcunun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-*****/2013 saylı qətnaməsi ilə Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiasının təmin edilərək, “xxxx” MMC-dən xx.xx.2011-ci il tarixli, 020020 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 49633.63 ABŞ dolları, faiz borcu üzrə 5794.07 ABŞ dolları, cəmi 55457.70 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun ip oteka predmeti olan X5 məxsus vərəsəlik hüququ ilə Cavabdeh Firidun qızına keçmiş Bakı şəhəri, ********* küçəsində yerləşən 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əldə olunmuş puldan banka olan borca ödənilməsi, iddia təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh Firidun qızından tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Cəmilova, İ.Xəlilov, İ.Kərimli) xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsi ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-*****/2018 nömrəli qətnaməsinin dəyişdi rilmədən saxlanılması qət edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “qət olunmuş kredit borcunun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-*****/2013 saylı qətnaməsi ilə Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiasının təmin edilərək, “xxxx” MMC-dən xx.xx.2011-ci il tarixli, 020020 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 49633.63 ABŞ dolları, faiz borcu üzrə 5794.07 ABŞ d olları, cəmi 55457.70 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun ipoteka predmeti olan X5 məxsus vərəsəlik hüququ ilə Cavabdeh Firidun qızına keçmiş Bakı şəhəri, ********* küçəsində yerləşən 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əldə olunmuş puldan banka olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 və vəkili Vəkil2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, ipoteka ilə yüklü edilmiş əmlaka miras qoyanın vərəsələri-arvadı və qızı vərəsəlik şəhadətnaməsi almışlar. Onların miras əmlakda payları bərabərdir. H azırki işdə tələb vərəsələrdən birinə yönəlmişdir. Hazırki qətnamə ilə iddia tələbi vərəsələrdən birinə qarşı təmin olunub, digər vərəsə isə hesab edir ki, bununla onun hüquqları pozulmuşdur. Etiraz onunla bağlıdır ki, həmin vərəsənin də mirasdan bərabər pay almaq hüququ vardır. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, sözügedən mənzil ipoteka predmeti olsa da, artıq həmin əmlak vərəsəlik qaydasında vərəsələrə keçmiş və həmin əmlak artıq başqa şəxslərin mülkiyyətidir. Belə olan vəziyyətdə tələbin yalnız vərəsələrdən birinə yönəlməsi, digərinə qarşı tələbin yönəlməməsi gələcəkdə həm qətnamənin icrasını da çətinləşdirməklə bərabər onun hüquqlarını da pozmuş olur. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli, 2(103)-*****/2019 saylı qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı Ləğv prosesin də olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, əvvəla qeyd olunmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-*****/2016 saylı xx. xx.2016-cı il tarixli qərardadı ilə maraqlı şəxs Cavabdeh apelyasiya şikayəti təmin edilərək, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisinin cavabdehlər “xxxx” MMC-yə və X5 qarşı iddia tələbi üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qəbul etdiyi xx xxxxxxx 2013-cü il tarixli qətnaməsi” tutmanın mənzilə yönəldilərək, açıq hərracdan satılması və cavabdeh X4 həmin mənzilə yaşayış və istifadə hüquqlarına xitam verilməsi və mənzil satıldıqdan sonra 1 aydan gec olmayaraq boşaldılması” hissədə ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilmiş, İddiaçı ASC-nin əvvəlki ləğvedicisi “xxxx” MMC-yə isə izah olunmuşdur ki, o, həmin şəxsdən miras qalmış ipoteka predmeti olan əmlakı qəbul edən vərəsələri hazırkı tələb üzrə cavabdeh qoymaqla həmin şəxslərə qarşı təkrarən iddia irəli sürə b ilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1). Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (317.1). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33 və 34-cü m addələrinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, X6 xx xxx 2011-ci il tarixdə vəfat etmişdir. xx xxxxxxxx 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx xxx 2011-ci il tarixdə vəfat etmiş X4 vərəsələri arvadı Cavabdeh və qızı X2r və onların hər birinə miras əmlakdan bərabər hissələrdə irs ayrılmışdır. Hazırki iş üzrə Cavabdeh miras əmlakı qəbul etdiyindən, mərhum borclunun əvəzinə öhdəliyi icra etməlidir. 3-cü şəxs Ü1 apellyasiya şikayətində göstərdiyi “miras əmlakın vərəsələr tərəfindən qanunla müəyyən edilmiş qaydada qəbul edilməməsi və vərəsələr arasında paylarına uyğun bölüşdürülməməsi” barədə dəlilinə münasibətdə apellyasiya kollegiyası qeyd etmişdir ki, xx.xx.2013-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən görünür ki, Cavabdeh və X3 xx.xx.2011-ci ildə vəfat etmiş X4 vərəsələridirlər və onların hər birinə miras əmlakdan bərabər hissələrdə irs ayrılmalıdır. Apellyasiya kollegiyası apellyasiya şikayətinin dəlillərinin əsassızlığı ilə bağlı qeyd etmişdir ki, qüvvədə olan məhkəmə qətnaməsi ilə ipoteka ilə yüklü edilmiş əmlaka tutma yönəldilməlidir. Həmin əmlaka miras qoyanın vərəsələri- arvadı və qızı vərəsəlik şəhadətnam əsi almışlar. Onların miras əmlakda payları bərabərdir. Hazırkı işdə tələb vərəsələrdən birinə qarşı yönəlmişdir. İşdən görünür ki, miras əmlak Bakı şəhəri, ****************** küçəsi, ev 71, mənzil 1-dən ibarətdir. Həmin əmlak 55 457.70 ABŞ dolları məbləğində pulun təminatıdır və həmin əmlakın satışından qeyd olunan məbləğ ödənilməlidir. İpoteka ilə yüklü edilmiş əmlakın dəyərinin borcun məbləğindən artıq olması barədə məlumat yoxdur, həmin mənzilin satışından sonra borcun tam olaraq ödəniləcəyi də məlum deyil. Hazıkı qətnamə ilə iddia tələbi vərəsələrdən birinə qarşı təmin olunub, digər vərəsə hesab edir ki, bununla onun hüquqları pozulmuşdur. Etiraz onunla bağlıdır ki, həmin vərəsənin də mirasdan bərabər pay almaq hüququ var. Əvvəla, qeyd olunmalıdır ki, həmin qətnamə ipoteka ilə yüklü e dilmiş əmlaka yönəlmə ilə bağlıdır. Əmlakın neçə vərəsəyə keçməsindən asılı olmayaraq ona qətnamədə nəzərdə tutulan tutma yönələcəkdir. Tələbin hansı vərəsəyə qarşı irəli sürülməsindən asılı olmayaraq iddia təmin olunandır. Bundan başqa, qüvvədə olan qanunvericiliyə əsasən (Mülki Məcəllənin 1306.1. maddə) vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Hazırkı işdə cavabdeh kimi keçən Cavabdeh vərəsələrdən biridir və ona qarşı iddia təmin olunan iddiadır. Həmin əmlaka digər vərəsənin olması iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, yuxarıda qeyd olunan normaya görə tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh payına düşən hissəyə yönəldilməsi digər vərəsənin hüquqları nı pozmur. Çünki həmin əmlak tam olaraq bank qarşısında ipoteka ilə yüklü edilmişdir və digər vərəsəyə qarşı tələb irəli sürüləcəyi təqdirdə belə iddia tələbi təmin olunandır və onun razılığının alınmasına zərurət yoxdur. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, apelyantın etirazı əslində icra sənədinin icrasını ləngitməyə hesablanmışdır. Yuxarıda qeyd olunduğu kimi, mənzilin açıq hərracda satışından sonra əldə ediləcək məbləğin bütün borcu ödəyəcəyinə kifayət etməsi inandırıcı deyil. Apelyant məhkəmə qətnaməsinin formal əsaslarla ləğv olunması yolu ilə icranın gecikdirilməsinə nail olmağa çalışır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlill əri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və apelyasiya kollegiyası düzgün olaraq vurğulamışdır ki, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh payına düşən hissəyə yönəldilməsi digər vərəsənin hüquqlarını pozmur. Çünki həmin əmlak tam olaraq bank qarşısında ipoteka ilə yüklü edilmişdir və digər vərəsəyə qarşı tələb irəli sürüləcəyi təqdirdə belə iddia tələbi təmin olunandır və onun razılığının alınmasına zərurət yoxdur. Kassasiya yoxlaması zamanı da apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaət ə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 tərəfindən kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)*****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1545/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1545/2020
12.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver