Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1546/2020 19.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi, tutmanm ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş kassasiya şikayətinə açıq mə hkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ə.Səmədov) İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi, tutmanm ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 22519.96 manat əsas, 3733.38 manat faiz, 31.65 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 26284.99 manat məbləğində borcun tutularaq İddiaçı İKB -yə ödənilməsi, tutmanın ipoteka predmeti olan S küçəsində yerləşən, 2 otaqlı, 50.75 kv.m ümumi sahədən ibarət X nömrəli evin X nömrəli mənzilinə yönəldilməsi, həmin mənzil açıq hərrac vasitəsilə satılması, ipoteka predmeti olan S küçəsində yerləşən, 2 otaqlı, 50.75 kv.m ümumi s ahədən ibarət x nömrəli evin x nömrəli mənzilin ilkin satış qiyməti 55.000 manat qiymətləndirilməsi, mənzil satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 S küçəsində yerləşən, x otaqlı, 50.75 kv.m ümumi sahədən ibarət x nömrəli evinx nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılması, həmin mənzil boşaldılaraq və Banka təhvil verilməsi, “İddiaçı" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015- ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, satışdan əldə olunmuş vəsait hesabına 26284.99 manat pul vəsaiti tutularaq İddiaçı İKB ASC-nin xeyrinə ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı Cavabdeh1 tutularaq İddiaçı İKB -yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Kərimli, hakimlər X.Cəmilova və A.Hüseynov) Sabunçu rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi faiz borcu və ümumi borcun məbləği hissəsində dəyişdirilərək, iddia qismən təmin edilərək, Cavabdeh1 22519,96 manat əsas, 2733,38 manat faiz, 31,65 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 25284,99 manat nəbləğində borc tutularaq İddiaçı İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait hesabına 25284,99 manat pul vəsaiti tutularaq.ddiaçı İddiaçı İKB ASC-nin xeyrinə ödənilməsi qə t edilmiş, qətnamə qalan hissədə Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh X4 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işüzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı İKB-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmeti nə yönəldilməsi tələbinə dair iddia vermişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Çünki apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qəbul etdiyi qətnaməni işin aşağıda qeyd edilən halları və həmin hallara tətbiq edilməli olan maddi-hüquq normaları ilə əsaslandırmışdır. Belə ki, iş materiallarından görünür ki,,xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "İddiaçı” İKB ASC-nin 13 saylı filialından illik 25%-lə 36 ay müddətinə 14000 ABŞ dolları məb ləğində kredit götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 tərəfindən S küçəsində yerləşən x nömrəli evin x nömrəli mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli əlavəyə əsasən borcun məbləğinin 22844,43 manat olması, kreditin müddətinin 88 ay olması, son ödəmə tarixinin xx.xx.2022ci il tarixi olması müəyyən edilmişdir. Borclunun banka olan borcu 22519,96 manat əsas, 3733,38 manat faiz, 31,65 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 26284,99 manat təşkil edir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkə tdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəl lənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödən ilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. İşin mübahisələndirilməyən hallarına görə, bankla Cavabdeh1 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqavilədən irəli gələn öhdəliklərin təminatı kimi Cavabdeh1 özünə məxsus olan əmlakı bankın xeyrinə ipoteka ilə yüklü etmiş, bank tərəfindən öhdəliklər yerinə yetirilmiş, borcalan isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşı nmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və p rosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X4in kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1546/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1546/2020
19.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver