Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1549/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Quliyev Gündüz Ağababa oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı İKB ASC-nin vəkili Məmmədov Natiq Sədrəddin oğlunun iştirakı ilə, Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şi kayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı İKBASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə börcun ödənlməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair”iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətairayon məhkəməsinin 28 iyun 2019-cuil tarixli qətnaməsi ilə (sədrlik edən S.Mehrəliyev, iş 2(011)465/2019) iddianın qismən təmin edilməsi, Cavabdeh 22.12.2014 tarixli, 22-A-1-0-1680-14 saylı kredit müqaviləsi üzrə 19777,64 manat əsas borc, 3447,32 manat faiz borcu və 27,51 manat cərimə borcu olmaqla cəmi 23252,47 (iyirmi üç min iki yüz əlli iki manat qırx yeddi qəpik) manat məbləğində borc və 55,20 (əlli beş manat iyirmi qəpik) məhkəmə xərcləri İddiaç ı İKBASC-nin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş, Cavabdeh mülkiyyətində olan “Suzuki SX4” minik markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı (2014-ci il buraxılışlı, ağ mirvari rəngli, mühərrik: M16A-1874517, ban: TSMJYB22S********) avtomobiliə yönəldilərək açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğ iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunmuş vəsait pul tələbinin təmin edilməsi üçün kifayət etmədiyi halda borcun qalan hissəsi ümumi qaydada Cavabdeh tutulması, İddiaçı İKB ilə Cavabdeh arasında bağlanmış 22.12.2014 tarixli, 22-A1-0-1680-14 saylı kredit müqaviləsinin ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 132 (bir yüz otuz iki) manat hissəs i Cavabdeh, 18 (on səkkiz) manat hissəssi İddiaçı İKB ASC-dən tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev(sədrlik edən və məruzəçi), R.Qurbanovvə A.Hüseyn, iş № 2(103)-12298/2019) İddiaçı İKB ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli qətnaməsi faiz borcunun məbləği hissəsində dəyişdirilərək, Cavabdeh 22.12.2014 tarixli, 22-A-1-0-168014 saylı kredit müqaviləsi üzrə 5902,18 (beş min doqquz yüz iki manat on səkkiz qəpik) manat faiz borcu İddiaçı İKB ASC-nin xeyrinə tutulması qət edilmiş, qətnamə qalan hissədə yəni, Cavabdeh 22.12.2014 tarixli, 22-A-1-0-1680-14 saylı kredit müqaviləsi üzrə 19777,64 manat əsas borc, 27,51 manat cərimə borcu olmaqla və 55,20 (əlli beş manat iyirmi qəpik) məhkəmə xərcləri İddiaçı İKB ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş, Cavabdeh mülkiyyətində olan “Suzuki SX4” minik markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı (2014-ci il buraxılışlı, ağ mirvari rəngli, mühərrik: M16A-1874517, ban: TSMJYB22S********) avtomobiliə yönəldilərək açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğ iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunmuş vəsait pul tələbinin təmin edilməsi üçün kifayət etmədiyi halda borcun qalan hissəsi ümumi qaydada Cavabdeh tutulması, İddiaçı İKB ilə Cavabdeh arasında bağlanmış 22.12.2014 tarixli, 22-A1-0-1680-14 saylı kredit müqaviləsinin ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 132 (bir yüz otuz iki) manat hissəsi Cavabdeh, 18 (on səkkiz) manat hissəssi İddiaçı İKB ASC-dən tutulub dövlət büdcəsinə keçirilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmış və beləliklə Cavabdeh cəmi 25.762,53 manat məbləğində pulun tutularaq İddiaçı İKB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini i şin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinixahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı İKB ASC-nin vəkili Məmmədov Natiq Sədrəddin oğlu izahatında göstərmişdir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya inst ansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının pr osessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı İKB ilə Cavabdeh arasında bağlanmış 22.12.2014 tarixli, 22-A1-0-1680-14 saylı kredit müqaviləsi ilə borc alana avtomobil almaq məqsədilə illik 18%-lə 36 ay müddətinə 15360 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan sonra 22.12.2014 tarixli, 22-A-1-0-1680-14 saylı kredit müqaviləsinə 23.12.2016-cı il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği günün məzənnəsi ilə konvertasiya edilməklə 19777,65 manat təşkil edir və müddəti 23,02.2021-ci tarixinədək uzadılmışdır. Eyni zamanda İddiaçı İKB ilə Cavabdeh arasında bağlanmış 22.12.201 4 tarixli, 22-A1-0-1680-14 saylı ipoteka müqaviləsi ilə kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində ipoteka qoyanın mülkiyyətində olan “Suzuki SX4” minik markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı (2014- ci il buraxılışlı, ağ mirvari rəngli, mühərrik: M16A-1874517, ban: TSMJYB22S********) avtomobil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və yüklülük barədə 22.12.2014-cü il tarixli, AA seriyalı, 128531 saylı çıxarış verilmişdir. İş üzrə iddiaçı kredit müqaviləsində göstərilən məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunver iciliyin şərtlərini pozmuşdur. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə bağlı cavabdehə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisənin məhkəmədən kənar qaydada həll olunması cəhdi heç bir nəticə verməmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 739, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 421.2, 741, 269.1, 269.4, 269.5, 317, 279, 319.1, 295, 296-cımaddələrini tətbiq etmişdir. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi faktiki halların sadalanması ilə kifayətlənmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda, yalnız faktiki hall arın sadalanması və kassatorun mülahizələri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 14 may 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21 iyun 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasını n nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1549/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1549/2020
10.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver