Məhkəmə qərarları › İş №2(102)-1559/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1559/2023

26.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1559/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qızıl-zinət və cehiz əşyalarının qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlak” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2327/2022 nömrəli, 31 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qayd asında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 ilə İddiaçı (bundan sonra – iddiaçı) 22 iyul 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflər arasında bağlanmış nikah 28 oktyabr 2020-ci il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuşdur.

2. Cavabdeh2 və Cavabdeh3, Cavabdeh1 valideynləridir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra - cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 15 adda, 9035 manat dəyərində qızıl-zinət əşyaları, 173 adda 15566 manat dəyərində cehiz əşyaları, 15 adda 670 manat dəyərində oğluna məxsus geyim əşyaları, 31 adda 1700 manat dəyərində özünün və qızının geyim əşyalarının, özləri olmadıqda dəyərinin, habelə ödənil miş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı nikaha daxil olarkən cehiz əmlaklarını cavabdehin yaşadığı ünvan 1 ünvanına gətirmişdir. Cavabdeh həmin əmlakları könüllü olaraq qaytarmaqdan imtina etmişdir.

5. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(076)-1099/2021 saylı iş üzrə 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Taleh Musayev) iddianın qismən təmin edilməsi, cavabdehlərdən müştərək qaydada 1 dəst 650 manat dəyərində göy qaşlı üzük-sırğa dəsti, 1 ədəd 1950 manat dəyərində 30 qram çəkidə yolka toxunuşlu boyunbağı, 1 ədəd 325 manat dəyərində 5 qram çəkidə qara qaşlı üzük, 1 dəst 975 manat dəyərində 15 qram çəkidə badam formalı üzük-sırğa dəsti, 1 ədəd 650 manat dəyərində 8 qram çəkidə 5 brilyant qaşlı üzük, 1 ədəd 845 manat dəyərində 13 qram çəkidə boyunbağı, l ədəd 650 manat dəyərində 10 qram çəkidə nazik paxlava formalı boyunbağı, 2 ədəd 260 manat dəyərində 2 qram çəkidə qırmızı qaşlı uşaq sırğası, 1 ədəd 390 manat dəyərində 6 qram çəkidə qız üçün boyunbağı, 1 ədəd 130 manat dəyərində 2 qram çəkidə V hərfi formalı klon, 1 ədəd 325 manat dəyərində 5 qram çəkidə qırmızı qaşlı üzük, 1 cüt 650 manat dəyərində 10 qram çəkidə səbət formalı qızıl sırğa, 1 dəst 400 manat dəyərində divar mebel dəsti, 1 dəst 700 manat dəyərində yataq mebeli, 1 dəst 1250 manat dəyərində mətbəx mebeli, 1 dəst 200 manat dəyərində mətbəx üçün stolstullar, 1 cüt 600 manat dəyərində divan-kreslo, 4 ədəd 300 manat dəyərində 54 kq-lıq yun döşək, 1 ədəd 15 0 manat dəyərində 25 kq-lıq 2 nəfərlik yun döşək, 7 ədəd 500 manat dəyərində tək yorğan, 1 ədəd 80 manat dəyərində 2 nəfərlik yorğan, 1 ədəd 80 manat dəyərində sintifon yorğan, 11 ədəd 550 manat dəyərində qaz tükü balış, 6 ədəd 70 manat dəyərində yun döşəkçə, 2 ədəd 40 manat dəyərində yun mütəkkə, 1 dəst 80 manat dəyərində divan üstü adyal, 2 cüt 110 manat dəyərində yataq qalın örtük, 2 cüt 60 manat dəyərində qalın, tək örtük, 2 cüt 80 manat dəyərində yay üçün yataq örtüyü, 5 ədəd 120 manat dəyərində tək, yay üçün örtük, 2 ədəd 60 manat dəyərində tək yataqüstü örtük, 6 ədəd 160 manat dəyərində skater, 6 ədəd 50 manat dəyərində künc güldan güllərlə, 1 ədəd 200 manat dəyərində uşaq çarpayısı, 1 ədəd 30 manat dəyərində döşək üzü, 20 metr 80 manat dəyərində göy və qırmızı parçalar, 25 ədəd 75 manat dəyərində stəkan məhrəbası, 4 dəst 80 manat dəyərində can məhrəbası, 30 ədəd 270 manat dəyərində əl üz məhrəbası, 1 ədəd 25 manat dəyərində sadə döşək üzü, 1 ədəd 40 manat dəyərində bahalı skater, 3 dəst 8 manat dəyərində aş dəmləmək üçün dəsmal, 4 ədəd 8 manat dəyərində döşlük, 4 dəst 8 manat dəyərində corab dəsti, 50 manat dəyərində qadın üçün alt paltarları, 6 ədəd 50 manat dəyərində xrustal sok rumkası, 6 ədəd 50 manat dəyərində xrustal içki rumkası, 6 ədəd 30 manat dəyərində xrustal duz qabı, 2 ədəd 70 manat dəyərində xrustal meyvə qabları, 2 ədəd 40 manat dəyərində xrustal qoz qabı, 2 ədəd 30 manat dəyərində xrustal qənd qabı, 6 ədəd 40 manat dəyərində xrustal armudu stəkan, 6 ədəd 40 manat dəyərində xrustal çay stəkanı, 1 ədəd 15 manat dəyərində xrustal kül qabı, 2 ədəd 130 manat dəyərində xrustal gül qabı güllərlə, 6 ədəd 50 manat dəyərində lepkalı rumka, 6 ədəd 50 manat dəyərində lepkalı kiçik rumka, 1 dəst 60 manat dəyənində sarı çaynikli kofe dəsti, 1 dəst 100 manat dəyərində çay dəsti, 1 dəst 60 manat dəyərində göy kofe servizi, 1 dəst 200 manat dəyərində yemək dəsti, 1 dəst 50 manat dəyərində kompot dəsti, 2 ədəd 30 manat dəyərində tort üçün bulud, 1 dəst 40 manat dəyərində şüşədən stəkan nəlbəki, 2 ədəd 25 manat dəyərində ləpə qabı, 2 ədəd 40 manat dəyərində pastavkasız bulud, 8 ədəd 110 manat dəyərində hündür qənd qabı, 2 ədəd 30 manat dəyərində göy qənd qabı, 2 qutu 8 manat dəyərində araq stəkanı, 2 ədəd 25 manat dəyərində sadə meyvə qabı, 1 ədəd 5 manat dəyərində göy çaynik, 4 ədəd 25 manat dəyərində şüşə və adi dəm çayniki, 1 ədəd 30 manat dəyərind ə 2 mərtəbəli çaynik, 48 ədəd 180 manat dəyərində boşqablar, 2 ədəd 12 manat dəyərində əllə olan blender, 24 ədəd 15 manat dəyərində çəngəl, 24 ədəd 15 manat dəyərində xörək qaşığı, 24 ədəd 15 manat dəyərində çay qaşığı, 2 ədəd 30 manat dəyərində 4 gözlü ləpə qabı, 1 cüt 12 manat dəyərində şüşədən pendir qabı, 1 cüt 3 manat dəyərində limon sıxan, 1 dəst 15 manat dəyərində xörək qaşığı dəsti, 1 dəst 5 manat dəyərində taxta qaşıq dəsti, 1 ədəd 5 manat dəyərində troyka, 1 dəst 30 manat dəyərində yayqı, oxlov, pol ağacı, 2 ədəd 100 manat dəyərində uşaq üçün tumboçka, 1 ədəd 10 çörək qabı, 1 ədəd 5 manat dəyərində qrafin, 1 ədəd 5 manat dəyərində gül qabı, 6 ədəd 7 manat dəyərində duz qabı, 4 ədəd 60 manat dəyərində qapaqlı xrustal qənd qabı, 6 ədəd 5 manat dəyərində yağ bıçağı, 1 ədəd 5 manat dəyərində kartof əzən, 1 ədəd 2 manat dəyərində kətə kəsən, 1 ədəd 2 manat dəyərində süzgəc, 2 ədəd 10 manat dəyərində nikel padnos, 1 ədəd 80 manat dəyərində ventilyator, 2 ədəd 20 manat dəyərində şüşədən ləpə qabı, 48 ədəd 40 manat dəyərində nəlbəki, 48 ədəd 40 manat dəyərində stəkan, 72 ədəd 80 manat dəyərində kompot stəkanı, 6 ədəd 70 manat dəyərində nikel podnos, 3 ədəd 30 manat dəyərində alüminium ləyən, 2 ədəd 14 manat dəyərində dəmir vedrə, 3 ədəd 500 manat dəyərində xalça, 1 ədəd 50 manat dəyərində jurnal stolu, 1 dəst 500 manat dəyərində qabaq stolu və 6 ədəd stul, 1 ədəd 750 manat dəyərində “Beko” paltaryuyan maşın, 1 ədəd 200 manat dəyərində “Oka” paltaryuyan maşın, 1 ədəd 200 manat dəyərində 4 gözlü qaz peçi, 1 ədəd 150 manat dəyərində aspirator, 1 dəst 200 manat dəyərində əlü zyuyan, kranı, qidroforu, 1 ədəd 150 manat dəyərində “Beko” tozsoran, 1 ədəd 200 manat dəyərində duxovka “İltimat”, 1 ədəd 50 manat dəyərində sac, 1 ədəd 80 manat dəyərində elektrik samovar “Tefal”, 2 ədəd 60 manat dəyərində divar saatı, 1 ədəd 100 manat dəyərində sandıq, 2 ədəd 70 manat dəyərində “Tefal” çaynik, 1 ədəd 30 manat dəyərində mikser, 3 ədəd 30 manat dəyərində karniz, 10 metr 150 manat dəyərində pərdə, 2 ədəd 80 manat dəyərində yataq yorğanı. 4 ədəd 450 manat dəyərində tək döşək, 1 ədəd 250 manat dəyərində 2 nəfərlik döşək, 1 dəst 20 manat dəyərində bıçaq dəsti, 2 ədəd 11 manat dəyərində böyük xörək qaşığı, 5 ədəd 300 manat dəyərində qranit qazan, 3 ədəd 60 manat dəyərində şirəli vedrə, 48 ədəd 200 manat dəyərində boşqab, 5 ədəd 125 manat dəyərində tort boşqabı, 12 ədəd 12 mana t dəyərində kabab üçün şiş, 1 ədəd 120 manat dəyərində “Beko” ütü, 1 ədəd 60 manat dəyərində dəmir ütü, 1 ədəd 50 manat dəyərində koka-muka, 1 dəst 40 manat dəyərində qrafin dəsti, 6 dəst 50 manat dəyərində araq stəkanı, 1 ədəd 60 manat dəyərində mantı qazanı, 1 dəst 10 manat dəyərində çəngəli limon qabı, 42 ədəd 26 manat dəyərində mürəbbə qabı, 1 ədəd 100 manat dəyərində toy qazanı, 1 ədəd 10 manat dəyərində kapron su termosu, 1 ədəd 10 manat dəyərində çay termosu, 7 dəst 130 manat dəyərində alüminium qazan, 12 dəst 220 manat dəyərində şirəli qazan dəsti, 2 dəst 100 manat dəyərində “Tefal” qazan dəsti, 2 ədəd 20 manat dəyərində çəngəlsiz limon qabı, 18 ədəd 40 manat dəyərində dovğa stəkanı, 1 ədəd 15 manat dəyərində staliçni salat doğrayan, 2 ədəd 20 manat dəyərində bulud boşqab, 2 ədəd 2 0 manat dəyərində vanna, 1 ədəd 5 manat dəyərində kartof əzən, 1 ədəd 5 manat dəyərində tyorka, 2 ədəd 80 manat dəyərində gül qabı, 2 ədəd 30 manat dəyərində kül qabı, 22 ədəd 20 manat dəyərində duz qabı, 2 ədəd 10 manat dəyərində salfet qabı, 4 ədəd 50 manat dəyərində meyvə qabı, 4 ədəd 90 manat dəyərində hündür tort qabı, 2 ədəd 25 manat dəyərində mərtəbəli tort qabı, 8 ədəd 90 manat dəyərində hündür ləpə qabı, 20 ədəd 40 manat dəyərində keks qabı, 2 ədəd 3 manat dəyərində banka açan, 1 ədəd 5 manat dəyərində qənd qıran, 1 ədəd 5 manat dəyərində çapacaq, 24 ədəd 50 manat dəyərində staliçni qabı, 2 ədəd 10 manat dəyərində qozqıran, 4 ədəd 8 manat dəyərində tort qotkası, 1 ədəd 1 manat dəyərində kətə kəsən, 1 ədəd 50 manat dəyərində qoz qabı, 3 ədəd 60 manat dəyərində şirəli ləyən, 4 ədə d 120 manat dəyərində çaydan, 8 ədəd 28 manat dəyərində kiçik qənd qabı, 1 ədəd 10 manat dəyərində bankabağlayan, 3 ədəd 60 manat dəyərində jaronnik tefal, 1 ədəd 10 manat dəyərində sirkə qabı, 4 ədəd 25 manat dəyərində aşsüzən, 24 ədəd 20 manat dəyərində çay qaşığı, 24 ədəd 20 manat dəyərində xörək qaşığı, 24 ədəd 20 manat dəyərində çəngəl, 1 ədəd 5 manat dəyərində zibil qabı natura halında, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin əşyaların dəyərinin alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun cavabdehlərə aid edilməsi, cavabdehlərdən müştərək qaydada 30 (otuz) manat pulun alınıb iddiaçıya İddiaçı verilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

6. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

7. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3413/2021nömrəli iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Afiq Hüseynzadə) cavabdehlərin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Qətnamədən cavabdehlər kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qə bul olunmasını xahiş etmişlər.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) (hakimlər Abiddin Hüseynov (məruzəçi), Əhməd Nurməmmədov və Zaur Əliyev) 2(102)-2742/2022 nömrəli, 06 iyun 2022-ci il tarixli qərarı ilə cavabdehlərin birgə verdikləri kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3413/2021 nömrəli iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.

10. Kassasiya instansiya məhkəməsinin mövqeyi və göstərişləri ondan ibarət olmuşdur ki, işə baxmış apellyasiya instansiyası məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni sadalanan maddi və prosessual hüquq normalarının tələbləri, xüsusilə MPM-in sübutetmə yükünün müəyyən ed ilməsi və sübutların qiymətləndirilməsi ilə bağlı müddəaları baxımından kifayət qədər əsaslandırmamış, iddiaçının izahatlarını işin müəyyən olunmuş halı kimi qiymətləndirmişdir.

11. Birinci və apellyasiya instansiyası məhkəmələri iddianı təmin tədbiri barədə qərardadın icrası nəticəsində tərtib edilmiş aktda cavabdehlərin yaşadığı evdə geyim əşyalarının aşkar olunmamasını iddianın həmin hissədə rədd etmək üçün əsas hesab etmiş, lakin eyni aktla həmin evdə qızıl-zinət əşyalarının da aşkar edilmədiyinə qiymət verməmişdir. Halbuki cavabdehlər etirazlarında (apellyasiya şikayətində) bəzi qızıl-zinət əşyalarının dəyərini, bəzilərinin isə ümumiyyətlə mövcudluğunu və ya onlarda olduğunu mübahisələndirmişlər.

12. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunmuş hissəsində bəzi əşyaların t əkrar göstərildiyi, 10 ildən artıq birgə yaşayışdan sonra bütün cehiz əşyaların tələb olunmasının ağlabatan olmadığı, tələb olunan əşyaların bir hissəsinin cehiz deyil, birgə nikah dövründə əldə edilmiş əşyalar olduğu barədə apellyasiya şikayətinin dəlillərinə formal yanaşaraq, həmin dəlilləri tərəflərlə müzakirə etməmiş, onlara əsaslandırılmış qiymət verməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 31 oktyabr 2022-ci il tarixli, 2(104)-2327/2022 nömrəli qətnaməsi ilə (hakimlər Rəhman Muradov (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev və Ədil Məmmədov) cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdehlər X2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 400 manat dəyərində stenka (divar) mebel dəsti, 700 manat dəyərində yataq mebel dəsti, 600 manat dəyərində bir cüt divan-kreslo, 150 manat dəyərində iki ədəd tək yun döşək, 150 manat dəyərində bir ədəd iki nəfərlik yun döşək, 284 manat dəyərində dörd ədəd yun yorğan, 80 manat dəyərində bir ədəd iki nəfərlik yun yorğan, 400 manat dəyərində qaz tükündən 8 ədəd balınc, 70 manat dəyərində altı ədəd yun döşəkcə, 40 manat dəyərində iki ədəd yun mütəkkə, 80 manat dəyərində bir ədəd divanüstü adyal, 55 manat dəyərində bir ədəd spalnı qalın adyal, 30 manat dəyərində bir ədəd qalın tək adyal, 80 manat dəyərində iki cüt yay üçün spalnı adyal, 200 manat dəyərində bir ədəd uşaq çarpayı, 30 manat dəyərində bir ədəd döş ək üzü, 36 manat dəyərində dörd ədəd əl-üz məhrəbası, 100 manat dəyərində bir dəst çaynı serviz, 60 manat dəyərində bir dəst göy rəngli kofe serviz, 200 manat dəyərində yemək dəsti, 30 manat dəyərində iki ədəd tort üçün bulud, 25 manat dəyərində iki ədəd ləpə qabı, 40 manat dəyərində iki ədəd pastavkasız bulud, 27,50 manat dəyərində iki ədəd hündür qənd qabı, 30 manat dəyərində iki ədəd göy rəngli qənd qabı, 25 manat dəyərində iki ədəd sadə meyvə qabı və 5 manat dəyərində bir ədəd göy çaynik, həmin əmlaklar olmadıqda onların dəyərinin alınıb iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

14. Məhkəmə kollegiyası iddianın “qızıl-zinət əşyaları” hissəsində qeyd etmişdir ki, iddiaçı qızıl-zinət əşyalarının bir hissəsinin toy olan vaxt, bir hissəsinin isə sonradan ona və uşaqlarına hədiyyə olunduğunu iddia edir. Yəni iddiaçı tərəf tələb etdiyi qızıl-zinət əşyalarının mövcudluğunu, eləcə də qeyd olunan qiymətlərə alınmasını, həmçinin həmin əşyaları saxlamaq üçün Cavabdeh2 verməsini, hazırda da sonuncuda qalmasını israrla iddia edir.

15. Cavabdeh Samaya Vəliyevə isə iddiaçıya nişan üzüyü alındığını (alındığı qiymət yadında deyil), eləcədə görünüş üçün eltisinə məxsus boyunbağını toy günü iddiaçıya verdiyini və toydan sonrada qaytarıldığını, kirvələri Arif tərəfindən boyunbağı, kirvələri Nərgiz tərəfindən 4 qara qaşlı üzük, üzük-sırğa dəstinin isə iddiaçın qonşusu tərəfindən hədiyyə alınmasını və həmin əşyaların iddiaçının özündə olmasını və saxlamaq üçün heç vaxt ona verilməməsini, iddia ərizəsində göstərilən 30 qram çəkidə yoluçnu toxunuşlu boyunbağı, 15 qram badam formalı üzük-sırğa dəsti,8 qram çəkidə beş brilyant qaşlı üzük, 10 qram nazik paxlava qaşlı boyunbağı, iki ədəd 4 (2+2=4) qram çəkidə uşaq üçün bilərziklər, 4 qram qırmızı qaşlı uşaq üçün sırğa, 6 qram qız üçün boyunbağı, 2 qram B hərfi yazılmış klon, 5 qram çəkidə qırmızı qaşlı üzük və 10 qram səbət formalı qızıl sırğanın mövcudluğunda isə ümumiyyətlə xəbəri olmamasını bildirir.

16. Məhkəmə kollegiyasının araşdırması zamanı cavabdeh tərəfindən etiraf olunmuşdur ki, iddiaçı tərəfin iddia etdiyi qızıl-zinət əşyalarından nişan üzüyü, toy günü görünüş üçün iddiaçının üzərinə taxılmış boyunbağı, (cavabdehlərin qohumuna aid) kirvələri Arif tərəfindən hədiyyə olunan boyunbağı, kirvələri Nərgiz tərəfindən hədiyyə olunan 4 qara qaşlı üzük və iddiaçın qonşusu tərəfindən hədiyyə olunan ü zük-sırğa dəsti mövcuddur. Digər qızıl-zinət əşyalarının mövcudluğundan isə cavabdeh tərəf məlumatsız olduğunu bildirmişdir.

17. Apellyasiya icraatı zamanı CD diskə baxış keçirilmiş və toy günü iddiaçının üzərində nişan üzüyü, toxunuş formalı boyunbağı, göy qaşlı sırğa və göy qaşlı üzüyün olduğu müəyyən olunmuşdur.

18. Məhkəmə kollegiyası bu hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mövcudluğu cavabdeh tərəfindən etiraf olunan qızıl-zinət əşyaları istisna olmaqla, digər əşyaların mövcudluğu barədə iddiaçı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir Eləcə də mövcudluğu etiraf olunan qızıl-zinət əşyalarının Cavabdeh2 saxlamaq üçün verilməsi sübut olunmur. 2020-ci ilin mart ayında əri tərəfindən döyülməsi nəticəsində iddiaçının Şəmkir rayonu Kür qəsəbə xəstəxanası təc ili tibbi yardım bölməsinə getməsi isə özlüyündə adları qeyd olunan qızıl-zinət əşyalarının bütövlükdə mövcudluğu və cavabdehlərdə qalması kimi qiymətləndirilə bilməz.

19. Məhkəmə kollegiyası iddianın “cehiz əşyaları” hissəsində qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində qeyd olunan və cəmi dəyəri 15566 manat dəyərində əmlakların hamısının cehiz əşyaları olduğunu bildirsə də, cavabdeh tərəf bunu qismən qəbul etmişdir. Yəni cavabdeh tərəf 10-cu sırada olan sindifondan sumkada bir dəst yorğan, eləcə də 64-cü sıradan 173-cü sarayadək adları göstərilən digər əşyaların birgə nikah dövründə alındığı bildirilmişdir. Eləcə də cavabdeh tərəf etirazda cehiz əşyaları siyahısının 51,52, 53, 55, 57, 58, 59, 60, 62, 63-cü sıralarında qeyd olunan əşyaların hazırda mövcud olmamasını (iddiaçının özü tərəfi ndən əsəbi formada sındırılmasını güman edirlər) qeyd etsələr də, lakin Cavabdeh2 izahatında həmin əşyaların (59-cu sırada 8 deyil 2 ədəd olmaqla) mövcud olduğunu bildirmişdir. Cavabdehə məxsus cehiz əşyalardan stenka (divar) mebel dəsti, yataq mebel dəsti, bir cüt divan-kreslo, iki ədəd tək yun döşək,bir ədəd iki nəfərlik yun döşək, dörd ədəd yun yorğan, bir ədəd yun yorğan, qaz tükündən 8 ədəd balınc, altı ədəd yun döşəkcə, iki ədəd yun mütəkkə, bir ədəd divanüstü adyal, bir ədəd spalnı qalın adyal, bir ədəd qalın tək adyal, iki cüt yay üçün spalnı adyal, bir ədəd uşaq çarpayısı, bir ədəd döşək üzü, dörd ədəd əl-üz məhrəbası, bir dəst çaynı serviz, bir dəst göy rəngli kofe servizi, bir dəst yemək dəsti, iki ədəd tort üçün bulud, iki ədəd ləpə qabı, iki ədəd pastavkasız bulud, iki ədəd hü ndür qənd qabı, iki ədəd göy rəngli qənd qabı, iki ədəd sadə meyvə qabı, bir ədəd göy çaynikin onlarda olduğunu və qaytarılmasına etiraz etmədiklərini bildirmişlər. 10-cu sırada olan sindifondan sumkada bir dəst yorğan, eləcə də 64-cü sıradan 173-cü sırayadək adları göstərilən digər əşyaların mövcudluğu cavabdeh tərəfindən etiraf olunsa da, həmin əmlakların birgə nikah dövründə alındığı bildirilmişdir. İddiaçı həmin əmlakların toydan sonra anası tərəfindən ona hədiyyə olunduğunu bildirsə də, bu barədə məhkəməyə sübut təqdim etməmişdir.

20. Məhkəmə kollegiyası iddianın “geyim əşyaları” tələbinə dair hissədə isə qeyd etmişdir ki, iddiaçı özünə və qızına məxsus 1700 manat dəyərində geyim əşyalarının, eləcədə oğluna məxsus 670 manat dəyərində geyim əşyalarının cavabdehlərdə qalmasını iddia ets ə də, həmin geyim əşyalarının mövcud olması və cavabdehlərin yaşadığı evdə qalması barədə sübut təqdim etməmişdir.

21. Bundan başqa, iddia ərizəsinin 8, 9, 55, 66-cı sırada göstərilən əşyaların təkrar olaraq 115,116,117,122 və 123-cü sırada göstərilməsi dəlili üzrə apelyasiya icraatı zamanı araşdırma aparılmış və həmin əşyaların eyni adda, eyni sayda olsalar da fərqli çeşiddə və fərqli qiymətdə olan əşyalar olduğu müəyyən edilmişdir.

22. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 34.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 157.2, 225.2, 666-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələrinə istinadla əsaslandırm ışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

24. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına formal olaraq istinad etməklə iddianın əsas hissəsinin təmin edilməməsi qənaətinə gəlmişdir. Qonşuya məxsus olduğu qeyd edilən boyunbağı, həqiqətdə iddiaçının özünə məxsus olmuş və toydan sonra da onda qalmışdır. Keçmiş əri içkiyə qurşandığı üçün iddiaçıya məxsus olan qızıllar daima saxlanılması üçün keçmiş ərinin anasında saxlanılmışdır. Ata-anasından xahiş edərək evlərində çatışmayan əşyaların ona cehiz kimi hədiyyə olaraq evlilikləri zamanı da verilməsini tələb etmişdir.Valideynləri də ailəsinin davamlı mövcud olması xatirinə tələblərini təmin edərək iddia ərizəsində sadaladığı ev əşyalarını ona birgə evlilikləri zamanı cehiz olaraq vermişdir. Axı necə olur ki, cavabdehlərin heç bir mötəbər sübuta əsaslanmayan etirazlarında irəli sürdükləri vəsatət iddia ərizəsinin 64-173-cü sırasındakı əşyaların guya birgə nikahları zamanı əri ilə birgə vəsaitləri ilə alınmasını iddia tələblərinin həmin hissədə təmin edilməməsinə əsas olan sübut kimi məhkəmə kollegiyası tərəfindən əsassız olaraq qiymətləndirmişdir. MPM-in normalarının tələbinə əsasən tək iddiaçı deyil, cavabdeh də iddiaya qarşı etirazının əsaslılığını sübut etməlidir.Məhkəmə kollegiyası isə təqd im edilmiş sübutlara və işin faktiki hallarına birtərəfli qiymət verərək yalnız cavabdehlərin etiraf etdiyi əşyaların mövcud olmasını sübut olunmuş kimi qiymətləndirməklə məlum əsassız və ədalətsiz qətnaməni çıxarmışdır. Apellyasiya məhkəməsi işdə olan şahid ifadələrinə, fotoşəkillərə və təcili yardımını arayışına sübut kimi istinad etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

27. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəlləsi

28. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.

29. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.

30. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

31. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

32. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. MPM

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdi kləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

42. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə kassator t ərəfindən iddianın qızıl-zinət əşyaları və cehiz əşyalarına dair iddianın təmin edilməyən hissələrində mübahisələndirildiyindən, apellyasiya məhkəməsinin qətnaməsi də yalnız mübahisələndirilən hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndi rmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yoxlanılan hissədə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

48. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2022-ci il tarixli 2(104)-2327/2022 nömrəli qətnaməsi qızıl-zinət əşyaları tələbinə və cehiz əşyaları tələbinə dair iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar