Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1560/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: sosial ödənişlərin köçürülməsi və əmək haqqı tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) sosial ödənişlərin köçürülməsi və əmək haqqı tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7437/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1999-cu ildə “Texnimost” LİM-ə müddətli əmək müqaviləsi ilə baş mexanik vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2002-ci il "xxxx" ASC-yə əmək müqaviləsi ilə mexanik vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2002-ci ildə “Texnomost” LİM-ə əvəzçilik üzrə baş mexanik vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-cı il "xxxx" ASC-də baş mexanik vəzifəsinə keçirilmiş, xx.xx.2010-cu il “Texnomost” LİM-dən əvəzçilik üzrə baş mexanik vəzifəsində işdən azad edilmişdir. xx.xx.2012-ci ildə Qazaxstan Respublikasında "xxxx" ASC-nin filialının baş mexaniki vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat ixtisarı) işdən azad edilmişdir. xx.xx.2020-ci il "xxxx" MMC-yə əvəzçilik üzrə mexanik vəzifəsinə qəbul edilmiş, xx.xx.2021-c i ildə həmin MMC-də əlavə iş yerindən əsas iş yerinə keçirilmişdir. 2. "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 157 saylı əmək müqaviləsinə görə, iddiaçı baş mexanik vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək 12 ay müddətinə bağlanmışdır. (bənd 2.3.). İşçinin aylıq əmək haqqı 265 manat müəyyən edilmişdir. (bənd 4.1.). əmək haqqı və digər ödənişlər işçinin bankdakı hesabına köçürülür və ya nəgd şəkildə ödənilir. (bənd 4.2.). Əmək haqqından yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada tutulmalara yol verilir. Həmin tutulmalar haqqında işçi qabaqcadan məlumatlandırılır. (bənd 4.4.). İşçinin iş qünləri həftədə 6 qündən ibarətdir. (bənd 4.9.). İşçinin məcburi dövlət sosial sığortası üçün qan unvericiliklə müəyyən olunmuş qaydada hər ay sığorta haqqı ödənilir və işəgötürən tərəfindən o, əlavə sığorta edilir. (bənd 6.1.). 3. "X1 "xxxx" ASC-nin 24.12. 2020-ci il tarixli, ia-199 nömrəli əmrinə görə, iddiaçının xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatların ixtisar edilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi, orta aylıq əməkhaqqının iki misli məbləğində işdənçıxarma müavinətinin ödənilməsi əmr edilmişdir.
4. Elektron Hökumət portalından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sığorta olunanlara məlumatların verilməsi barədə çıxarışdan müəyyən olunur ki, 2006-2019-cu illər ərzində iddiaçıya hesablanmış əmək haqqının 25%-i sosial sığorta haqqı qismində DSMF-nin hesabına köçürülmüşdür və onun sığorta kapitalı 59.029,60 manat təşkil edir. 5. "X1 "xxxx" ASC-nin iddiaçıya verdiyi 2019-cu ildə hesablanmış əmək haqqının məbləği barədə xx.xx.2021-ci il tarixli, 478/21 nömrəli arayışa görə, göstərilən dövrdə iddiaçının əmək haqqı vergilər daxil olmaqla 683,13 manat- 900 manat arası, ezamiyyə xərcləri isə 2399 manat-4629 manat arasında dəyişmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı köçürmədən yayındırılmış 80441,14 manat pul vəsaitinin cavabdehdən tutularaq DSMF-nin hesabına köçürülməsi və cavabdehdən 166.500 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İşlədiy i müddətin axırıncı ilini (xx.xx.2012-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək) şirkətin Qazaxstan Respublikasında olan tikinti sahələri üzrə ayda 5000 AZN olmaqla yüksək maaşla mexanik vəzifəsində işləmişdir. Qazaxstan Respublikasında işləyərkən 3 dəfə ürək damar çatışmamazlığından əməliyyat olunmuşdur. Sonuncu dəfə xx.xx.2019-cu ildə əməliyyat olunandan sonra təxminən 6 ay (sağalana kimi) xəstəliklə bağlı arayışı olub. 2020-ci ilin iyun ayının 18-də işə başlamalı idi. Lakin şirkət rəhbərinin müavini Vaqif Hacıyevlə söhbət zamanı o işin həcminin az olduğunu bildirərək 3 aylıq ödənişsiz məzuniyyətə getməsini və o vaxta kimi işlərin açılacağı təqdirdə işə qayıda biləcəyini bildirmişdir. xx.xx.2020-ci ildə 3 aylıq ödənişsiz məzuniyyəti başa çatdıqdan sonra kadrlar şöbəsi ilə əlaqə saxla yaraq işə qayıtmalı olduğunu bildirmiş, xx.xx.2020-ci ildə ştat vahidinin iki aydan sonra ixtisara düşəcəyi barədə xəbərdarlıq edilmişdir. İxtisara düşməsi barədə xəbərdarlıq ediləndə işləmirdi. İşləmədiyi müddətdə 2 aydan sonra ixtisara düşəcəyi barədə xəbərdarlıq alıb 2 ay işləməmişdir. Qeyd edilənlərdən başqa ona məlum olmuşdur ki, aylıq gəlirinin düzgün göstərəilməməsi səbəbindən DSMF-na köçürülən vəsait də həqiqəti əks etdirməmişdir. Belə ki, Beynəlxalq Bankdan çıxarışla (2013 iyun ayından 2019-cu ilin sonuna kimi) DSMF-yə köçürülən vəsait arasında kəskin fərq mövcud olmuşdur. Bank tərəfindən verilən çıxarışla bu vəsaitə uyğun ödəmə 81617,85 manat olmalı idi, cəmi köçürülən məbləğ isə 17819,24 AZN təşkil etməklə 63798,51 manat vergidən yayındırılmışdır. 2012-ci ilin yanvar ayından 201 3-cü ilin iyun ayına kimi aldığı maaş 5000 x 15,5 ay= 77.500 AZN uyğun olaraq 19.3750 AZN köçürülməli idi, 2723,37 manat köçürülmüş, 16.642,63 manat yayındırılmışdır. 2006-cı ildən 2012-ci ilə kimi aldığı maaş yadında deyil. Araşdırmasına görə DSMF-na köçürülməmiş vəsait 80.441,14 manat təşkil edir ki, bu da onun gələcəkdə alacağı təqaüdün 2 dəfə az olması ilə nəticələnib. Bu məsələni araşdırmaq üçün “Evrascon “ASC-yə getmiş, dəfələrlə müraciət etmiş, verilmiş maaşın ezamiyyə xərcləri kimi ödənildiyi bildirilmişdir. Bu da yuxarıda qeyd etdiyi hesabatla kəskin ziddiyyət təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 saylı qərarına əsasən Qazaxstan Respublikasına ezamiyyə pulu 1 günə 130 ABŞ dollar təşkil edir. Beləliklə ezamiyyət xərci: - Ezami yyət 90 ay x 30.4=2736 x 130=355.680 dollar; Yemək pulu 90 ay x 30.4=2736 x 5= 13.680 dollar; - Yaşamaq üçün 90 x 300=27.000 dollar; - Qalıq ezamiyyə pulu 315.000 x 1,7=535.500 AZN; - 90 aylıq maaş 900 AZN hesabı ilə 81.000 AZN; - Qalıq ezamiyyə pulu 535.500-369.000= 166.500 AZN. Şirkətin dediyi kimi əgər maaş ezamiyyə xərcləri kimi verilibsə, onda ona 166.500 manat az ezamiyyə xərci ödənilmişdir. "xxxx" ASC-nin rəhbər vəzifəli şəxslərinin qanunvericiliyin tələblərini kobud surətdə pozması nəticəsində əmək qanunvericiliyi və digər qanun qüvvəli normalarla nəzərdə tutulan hüquqları bilərəkdən və qəsdən pozulmuş, külli miqdarda vəsait vergidən yayındırılmışdır. Əgər nəzərə alınsa ki, bu həmin şirkətdə işləyən bütün işçilər barəsində yol verilmişdir, onda vergidən yayındırılan vəsaitin həcmi xüsusilə küllü miqdarda müəyyən edilə bilər. Cavabdehə dəfələrlə müraciətinə baxmayaraq, əmək müqaviləsini uzun müddət verməkdən imtina etmişdir. Lakin sonradan 2021-ci ilin oktyabr ayında əldə etdiyi müqavilədən məlum olmuşdur ki, müqavilə saxtalaşdırılmış, 5000 manat maaş aldığı halda bu müqavilədə əks olunmamış, 265 manat əmək haqqı göstərilmişdir. Qeyd etdiyi qanun pozuntuları və cinayət xarakterli əməllərlə bağlı Yasamal rayon prokuroruna ərizə ilə müraciət etmiş, izahatı alınmış və qanun pozuntusuna hüquqi qiymət veriləcəyi bildirilmişdir. 2022-ci ilin yanvar ayında Yasamal rayon prokuroru şikayətə məktubla cavab verərək məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. Həmin cavabdan Azərbaycan Respublikasının Baş Prokuroruna müraciət etmiş, müraciəti yenidən Yasamal rayon prokurorluğun a göndərilmiş və Yasamal rayon prokurorluğu xx.xx.2022-ci il tarixli məktubu ilə bir daha işin mülki xarakterli olmasını əsas gətirərək məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir.
8. Cavabdeh X1 "xxxx" ASC iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək göstərmişdir ki, iş üzrə iddiaçı tərəfindən müəyyən edilmiş müddət ötürülmüşdür. Belə ki, Əmək Məcəlləsinin tələblərinə əsasən, iddia müddəti əmək mübahisələrində maddi tələblərlə bağlı bir il təşkil edir, lakin iddiaçı bu müddəti ötürmüşdür. Bu səbəbdən iddia müddətinin tətbiq edib iddianı rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsində iddiaçı məhkəmənin və proses iştirakçılarının suallarını cavablandırarkən bildirmişdir ki, cavabdeh təşkilatda 1999-cu ildən 2019-cu ilədək baş mexanik vəzifəsində çalışmışdır. 500 manat məbləğində pulu nəğd şəkildə almış, qalan təxmini 4500 manat məbləğində pul isə kartına köçürülmüşdür. Qeyd etdiyi 500 manat xırda xərclər- siqaret pulu və bu kimi xərclər üçün nəzərdə tutulmuşdur. Əmək haqqının hansı məbləğdə olması barədə dəqiq məlumatı yoxdur. Qazaxstana ezam edilməmişdən əvvəl 2000 manat əmək haqqı almışdır. Bilirdi ki, qeyd olunmuş əmək haqqı 900 manat olub. 2013-cü ildən sonra əmək haqqını plastik kart vasitəsi ilə almışdır.
10. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı ezamiyyətdə olan zaman ona qidalanmasına və əlavə xərclərinə görə pul ödənilmişdir. İddiaçı özü də qeyd etmişdir ki, siqaret puluna qədər şirkət tərəfindən ödənilmiş dir və hərtərəfli təmin olunmuşdur. Nazirlər Kabinetinin qərarında qeyd olunmuş məbləğ şirkət tərəfindən ödənilmişdir. Yəni tərəf özü etiraf edir ki, əmək haqqı, ezamiyyət pulu və digər xərclərinə görə verilən haqqları əldə edib. Həmin sözü gedən haqqlar iddiaçının hesabına şirkət tərəfindən göndərilmiş sənədlər əsasında köçürülmüşdür. Bankdan həmin sənədləri almağa çalışsa da, bu mümkün olmamışdır. Şirkətdə ödənilmiş məbləğlərin siyahısı kitabçada qeyd edilsə də, məhkəməyə hər-hansısa bir sənəd təqdim edə bilmir. 80000 manata gəldikdə isə, qeyd etmək istəyir ki, İddiaçı ona ezamiyyət dövründə ödənilmiş ezam pullarını özünün əmək haqqısı hesab etsə də, bu belə deyi. İllərdir şirkətdən 5000 manata yaxın haqq alan iddiaçı yanız işdən azad edildikdən sonra hazırki məsələləri iddia etməyə başl ayıb. O ki qaldı vergidən yayınma məsələsinə, Vergi Xidmətinin əməkdaşı əvvəlki məhkəmə iclasında iştirak edib və şirkətin vergidən yayınma halının olmadığını bildirib. Bundan başqa, altı aydır şirkətdə yoxlamalar gedir və hazırda elə bir hal müşahidə olunmur. Göstərilənlərə əsasən, əsassız olduğuna görə və iddia müddəti ötürüldüyündən, iddia müddəti tətbiq olunmaqla, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun nümayəndəsi X6 iddia tələbi ilə bağlı bildirdi ki, onlar tərəfindən sığorta hesabatında tam olaraq ödənilməli olan pensiya məbləği dəqiq hesablanmış və iddiaçının hesabına köçürülmüşdür. Odur ki, iddia tə ləbinin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
12. Digər üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər.
13. Yasamal Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov, iş N 2(004)-2997/2022) iddia təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddianın predmetini cavabdeh tərəfindən sosial sığorta haqqının düzgün hesablanmaması nəticəsində yaranmış fərqin cavabdehdən tutulub müvafiq qurumun hesabına ödənilməsi, digər bir predmetini isə ezamiyyə xərclərinin düzgün hesablanmaması nəticəsində dəymiş ziyanın cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbləri təşkil edir.
15. İddianın birinci predmetinin faktiki əsası kimi iddiaçı 2018-2019-cu ill ər arasında onun əmək haqqının 5000 manat olmasını, sosial sığorta haqqının həmin məbləğdən hesablanmalı olmasını göstərmişdir. Lakin, təqdim olunmuş və məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının cavabdeh təşkilatda işlədiyi dövr ərzində əmək haqqının yuxarı məbləği 900 manatı keçməmişdir. Bundan artıq məbləğlər isə ezamiyyə xərclərindən ibarət olmuşdur ki, həmin xərclərdən də sosial sığorta haqqının tutulması qanunvericiliklə nəzərdə tutulmamışdır. Eyni zamanda, iddia tələbi əlavə ezamiyyə xərclərinin ödənilməməsi nəticəsində dəymiş maddi ziyanın cavabdehdən tutulması hissəsində də əsaslandırılmamış, iddiaçı 2012-ci ildən başlayaraq ABŞ dollarının məzənnəsinin 1,70 manatla hesablanmalı olması, yemək pulunun gündəlik 5 ABŞ dolları, yaşamaq pulunun isə aylıq 300 ABŞ dolları təşkil etməsi ilə bağlı iddia ərizəsinə heç bir mötəbər sübut əlavə etməmişdir. Hazırda isə iddiaçı mötəbərliyini sübut edə bilmədiyi əsasla cavabdehdən əlavə sosial sığorta haqqının tutulub müvafiq quruma, dəymiş maddi ziyanın tutularaq ona ödənilməsini tələb edir ki, bu da qəbul oluna bilməz.
16. Digər tərəfdən, məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməsi nəzərə alınaraq, iddia tələbi bu əsasla da rədd edilməlidir.
17. Belə ki, iddiaçı uzun bir dövr ərzində, yəni, 2012-ci ildən başlayaraq cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan vurulmasını göstərməsinə baxmayaraq, bu barədə qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair heç bir əsas gətirə bilməmişdir.
18. Mə hkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Konstitusiyanın 60 (İ), Mülki Məcəllənin 372, Əmək Məcəlləsinin 287, 292, 294, 195 (d), 288 (d), 296-cı,= maddələrinə, Nazirlər Kabineti “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar 2008ci il tarixli, 14 saylı Qərarı, Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları”, Maliyyə Nazirliyi Kollegiyasinin 18 yanvar 2012-ci il tarixli Q-01 Qərarı ilə təsdiq edilmiş “X4”nın “Ümumi qaydalar” bölməsinin 1-ci bəndi, Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarı və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
19. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.
20. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Rayon Məhkəməsi iddiaçının onun təqdim etdiyi sənədlərə səhv yanaşmış, halbuki, həmin sənədlərdən aşkar surətdə görünür ki, bank çıxarışı və müq avilədə göstərilən məbləğ arasında kəskin ziddiyyət var və həmin sənədlər sosial sığortanın düzgün hesablanmadığını, əmək haqqı fərqini, vergidən yayınma halını təsdiq edir. Cavabdeh tərəf isə Rayon Məhkəməsinin dəfələrlə vaxt verməsinə baxmayaraq iddianı təkzib edəcək sənədləri təqdim etməmiş və bunu bankdan müvafiq sənədləri əldə edə bilməməsi ilə əlaqələndirmişdir. Bank isə şirkətə xidmət edən bank kimi fəaliyyət göstərdiyi üçün cavabdeh ASC-nin əldə etmək istədiyi bütün sənədləri onlara təqdim etməyə borcludur. Bundan başqa, Rayon Məhkəməsinin iddianın iddia müddətinin ötürülməsi ilə verilməsi barədə qənaəti də səhvdir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh ASC-nin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş və Rayon Məhkəməsi qətnaməsinin əsasları na uyğun izahat vermişdir.
22. Üçüncü şəxs ƏƏSMN yanında DSMF apellyasiya şikayəti ilə bağlı yazılı mülahizə təqdim edərək qeyd etmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən, fərdi uçotu məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı (sığortaçı) aparır. Bu sahədə göstərilən xidmətlər elektron olduğu halda da, sığortaçının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Qanunun 5-ci maddəsində sığortaolunanın fərdi uçot məlumatlarına əlavə edilməli məlumatlar sadalanır. Sığorta stajının hər ayı üçün məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər, həmçinin sığortaedən tərəfindən fə rdi şəxsi hesaba hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği bu məlumatlar sırasındadır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti həyata keçirir. İşin hallarından göründüyü kimi, iddiaçı tərəfindən əmək hüquqlarının pozulması halları iddia olunur. Həmçinin, sığortaedən tərəfindən verilən rüblük hesabatlarda göstərilən əməkhaqqı ilə işçilərə faktiki ödənilən əməkhaqqı arasında məbləğ fərqi varsa, məcburi dövlət sosial sığortası ilə yanaşı vergi ödənişlərindən də yayınma halı mövcu ddur. Məhkəmə prosesinin gedişində bu nüansların hərtərəfli və obyektiv araşdırılması zəruridir.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova, Rəşad Həsənov iş N 2(103)-7437/2022) birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının 5.000 manat məbləğində məhz əmək haqqı alması onun tərəfindən təqdim edilmiş sənədlərdə öz əksini tapmır. Müəyyən edilir ki, müzakirə edilən tələb sübuta yetmir və buna görə hesab edilməlidir ki, iddiaçının daha yüksək məbləğdə məcburi dövlət sosial sığorta haqqı kimi pul əvəzinin hesablanmasını tələb etmək hüququ yaranmamışdir və Rayon Məhkəməsi bu tə ləbi təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızıdır.
25. İddiaçı bildirir ki, ona 166.500 manat az ezamiyyə xərci ödənilmişdir. Belə ki, ezamiyyət pulu, yemək pulu, yaşamaq və s. üçün ödəniş iddia ərizəsində qeyd olunan məbləğlərdə ödənilməli idi. Bunları bildirən iddiaçı, öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmir.
26. İddiaçı iddia müddətinin üzrlü səbəbdən ötürdüyünü, ilk əvvəl cavabdeh ASC ilə mübahisəni barışıqla həll etməyə çalışdığını, daha sonra cavabdeh ASC-nin hərəkətlərindən hüquq–mühafizə orqanlara şikayət etdiyini, mübahisənin həllinə nail ola bilmədiyi üçün ən sonda məhkəməyə müraciət etdiyini bildirir. Məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi bu hallar iddia müddətinin üzrlü səbəbdən ötürülməsi üçün əsas təşkil edə bilməz.
27. Məhkəmə kollegiyası iddia tələbinin rədd edilən hissəsində öz mövqeyini Əmək Məcəlləsinin 154, 296, Vergi Məcəlləsinin 101, 101.1-1, 102.1, “Sosial Sığorta haqqında” Qanunun 14.1-14.4-cü maddələrinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Kollegiyasinin xx.xx.2012-ci il tarixli. Q-01 saylı qərarı ilə təsdiq edilmiş “X2” 1-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin həmin qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normalarının” 7-ci, Azərbaycan Respublikasının Nazirlər Kabineti “Ezamiyyə xərclərinin normaları haqqında” xx.xx.2008-ci il tarixli, 14 saylı qərarının 4 və 7-ci bəndlərinə istinadla əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (Vəkil) qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yenid ən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız onun təqdim etdiyi sübutları araşdırmışdır. Cavabdeh tərəfə dəfələrlə təkib edici sübutların təqdim edilməsi üçün vaxt verilsə də cavabdeh hər hansı sübut təqdim etməmiş, müxtəlif əsassız bəhanələr gətirilmişdir. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. İş materiallarında təqdim etdiyimiz sübutlar məhkəmə tərəfindən təsvir olunsa da maddi hüquq normaları düzgün təfsir edilərək tətbiq olunmamışdır.
30. Məhkəmə müddəti n ötürülməsi məsələsini düzgün qiymətləndirməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, hüquqlarının bərpası üçün ilkin olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyatı orqanlara müraciət etmişdir. 39-cu yarım bənddə məhkəmə qeyd edir ki, iddia müddətinin ötürülməsi üzürlü səbəb sayıla bilməz. Halbuki göründüyü kimi o, mübahisənin ilkin həlli üçün cavabdehlə və digər orqanlarla o cümlədən prokurorluqla həllinə cəhd etmişdir. DSMF köçürmələrin doğru olmaması isə 16 oktyabr 2020-ci ildə Bank çıxarışı əldə edildikdən sonra ona məlum olmuşdur. İddia ərizəsi xx.xx.2021-ci ildə məhkəməyə daxil olmuşdur. Buna qədər isə Mediyasiya xidmətinə müraciət etmişdir. Təqdim olunmuş sənədlərdən məlum olur ki, mediyasiya prosesinə sentyabr ayında başlanılmış, 28 sentyabr 2021-ci ildə mediyasiya arayışı verilmişdir. Yəni, artıq məhkəmənin qətnamədə qeyd etdiyi müddətin ötürülməsi təsdiqini tapmır. İddia müddətinin bitməsinə bir ay qalmış o, artıq mediasiya prosesinə başlamışdır.
31. Kassator apellyasiya instansiyası məhkəməsi tərəfindən Vergi Məcəlləsinin 101, 101.1-1, 102.1, “Sosial Sığorta haqqında” Qanunun 14.1-14.4-cü maddələrinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Kollegiyasinin xx.xx.2012-ci il tarixli. Q-01 saylı qərarı ilə təsdiq edilmiş “X2” düzgün tətbiq edilməməsinə istinad etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
33. Maddə
296. Bənd
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vur ulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi
34. Maddən 101.1. Bu Məcəllənin 101.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı cədvələ uyğun tutulur: Vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda verginin məbləği-14 faiz; 2500 manatdan çox olduqda- 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi
35. Maddə 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıya n, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavə vəsaitin, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin qanunvericiliklə nəzərdə tutulan məbləği; müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş ezamiyyə xərclərinin məbləğləri “Sosial Sığorta haqqında” Qanun
36. Maddə 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.
37. Maddə 14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:
38. Maddə 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi;
39. Maddə 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi.
40. Maddə
15. Məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan aşağıdakı gəlir növləri istisna olunmaqla əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə hesablanır: iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavələr; faktiki ezamiyyə xərclərinin, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərə findən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin (görüşlərin keçirilməsi ilə bağlı qonaqların görüş yerinə gətirilməsi və görüş yerindən aparılması xərcləri, ictimai-iaşə obyektlərində qonaqlar üçün ziyafətlərin təşkili, habelə bu tədbirlərin keçirilməsi üçün hazır yeməklərin alınması üzrə çəkilmiş xərclər və görüşlərə cəlb edilmiş tərcüməçilərin xidmət haqları) əvəzinin ödənilməsi və s. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Ezamiyyə xərclərinin normaları haqqında” xx.xx.2008-ci il tarixli, 14 saylı Qərarı:
41. Bənd 4. ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər ilə bağlı xərclər daxildi r
42. Bənd
7. Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlar istisna olmaqla digər təşkilatlar ezamiyyə xərclərinin ödənilməsi üçün öz sərəncamlarında qalan mənfəət hesabına bu qərarla müəyyən edilmiş normalardan əlavə vəsait ayıra bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin həmin qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları:
43. Bənd
7. Qazaxıstan Respublikasına ezamiyyə xərclərinin 1 günlük norması 130 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübu tlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 418.3. Prosessual hüquq normalarını n pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırda kassator qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
54. Kassator şikayətində göstərmişdir ki, məhkəmə yalnız onu n təqdim etdiyi sübutları araşdırmışdır. Cavabdeh tərəfə dəfələrlə təkib edici sübutların təqdim edilməsi üçün vaxt verilsə də cavabdeh hər hansı sübut təqdim etməmiş, müxtəlif əsassız bəhanələr gətirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini əsassız sayaraq qeyd edir ki, məhkəmə yalnız təqdim edilən sübutları araşdıraraq ona qiymət vermişdir. MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki vəziyyətdə iddiaçı öz iddiasının əsasını təstiq edən sübut təqdim edə bilməmişdir.
55. Kassasiya şikayətinin digər dəlili isə iddiaçı tərəfindən iddia müddətinin ötürülməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası bu dəlili də əsassız hesab edərək qeyd edir ki, kassasiya şikayətində göstərilən hallar iddia müddətinin üzrlü səbəbdən ötürülməsi kimi qiymətləndirilə bilməz. Məhkəmələr iddia müddətinin tətbiq edilməsində haqlı olmuş və heç bir pozuntuya yol verməmişlər.
56. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
57. Odur ki, qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərar a aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7437/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.