Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1561/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alimentdən azadetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «ödənilməli olan aliment borcundan azad edilmə» tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-199/2025 nömrəli, 28 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasın da baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı ilə Cavabdeh qeyri-rəsmi, faktiki olaraq ailə qurmuşlar. Onların 19 iyul 2017-ci il təvəllüdlü Ayan, 06 noyabr 2018-ci il təvəllüdlü Aylin adlı iki nəfər uşaqları olmuşdur. Sonradan aralarındakı münasibət pozulmuş və ayrılmışlar. Mingəçevir Şəhər Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçıdan uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 100 manat alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə uşaqlarının yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün təyin edilmiş alimentin məbləği artırılaraq, hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat miqdarında müəyyən edilmi şdir.
2. Mingəçevir Şəhər Məhkəməsinin 2-746 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə İddiaçı iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cəmi 260 manat aliment alınıb verilməlidir. İddiaçı aprel ayı 2024-cü il daxil olmaqla cəmi 7670 manat aliment borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh ödənilməli olan 7670 manat aliment borcundan azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə qeyri-rəsmi ailə qurmuşlar. Birgə münasibətlərindən 19 iyul 2017-ci il təvəllüdlü Ayan, 06 noyabr 2018ci il təvəllüdlü Aylin adlı iki nəfər uşaqları doğulmuşdur. Aralarındakı münasibət pozulmuş və ayrılmışlar. Mingəçevir Şəhər Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən ondan uşaqların yetkinlik yaşma çatana kimi saxlanması üçün hər ay hər uşağa 100 manat alimentin tutulub Cavabdeh qızma verilməsi qət edilmişdir Müəyyən edilmiş alimenti də çətinliklə ödəyirdi. O, Qarabağ uğrunda döyüşlərdə, vətən müharibəsində iştirak etmək üçün səfərbərliyə getmiş, 3 yanvar 2021-ci ildə qayıtmışdır. 03 yanvar 2021-ci ildə mübaribədən qayıtdıqdan, bir müddət sonra psixi problemləri olduğu üçün Mingəçevir şəhər Rayonlararası Nevroloji Dispanserdə xx.xx.2021-ci ildən qeydiyyata düşmüşdür. Stasionar müalicə olunmuşdur. Cavabdeh 2021-ci ildə yen idən Mingəçevir Şəhər Məhkəməsinə alimentin artırılması barədə iddia ərizəsi ilə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsini 2(051)-746/21 saylı, 27 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 manat, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 manat, cəmi 260 manat sabit pul miqdarında alimentin hər ay ondan tutulub Cavabdeh verilməsi qət edilmişdir. Hazırda ağır xəstəlikdən əziyyət çəkir, ayağında çürümə gedir, infeksiya bütün bədəninə yayılıb. Bununla bağlı dəfələrlə stasionar qaydada müalicə olunmuşdur, lakin sağalmamışdır. Əlilliklə bağlı müraciət etmişdir. Hazırda işləmir, maddi imkanı da yoxdur. Anası ona baxır, dərmanlarını müalicəsini anasının köməyi ilə alır. Ağı r xəstəliyi xx.xx.2021-ci ildən başlayıbdır. Xəstənin tibbi kitabçasında və xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışlardan görünür ki, o, dəfələrlə əməliyyat olunmuş, müalicələr götürmüşdür. Yalnız heç bir köməyi olmamışdır. Ona görə də aliment borcu yaranmışdır. Xəstənin tibbi kitabçasında və xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək stasionar müalicə olunmuş, xəstəliyi sol budun flekmonası; Xəstənin tibbi kitabçasında və xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək stasionar müalicə olunmuş, xəstəliyi sol budun flekmonası; Xəstənin tibbi kitabçasında və xəstənin ambulator, stasionar tibbi kartasından çıxa rışdan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək stasionar müalicə olunmuş, xəstəliyi sol baldırın flekmonası, əməliyyatdan sonrakı vəziyyət; Xəstənin tibbi kitabçasında və xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək stasionar müalicə olunmuş, xəstəliyi qarnın ön divarının böyük ölçülü flekmonası; Xəstənin tibbi kitabçasında və xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək stasionar müalicə olunmuş, xəstəliyi qaraciyərin absesi; Xəstənin tibbi kitabçasında və xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək stasionar müalicə olunmuş, xə stəliyi qaraciyərin absesi; Xəstənin tibbi kitabçasında və xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışdan görünür ki, xx.xx.2024-ci il tarixdən xx.xx.2024-cü il tarixədək stasionar müalicə olunmuş, xəstəliyi sağ qabırğa altı nahiyənin böyük ölçülü flekmonası; Hətta Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-172/2024 saylı. xx.xx.2024-cü il tarixli qərarından da görünür ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Həbs olduğu 10 gün müddəti belə tamam olmamış, xəstəxənada əməliyyat edilmişdir. Onun xəstəliyi imkan vermir ki, əmək fəaliyyət ilə məşğul olsun. Onun özü belə anasının pensiyası ilə dolanır.
5. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsi ilə tanı ş olarkən iddia tələbinin tam qanunsuz və əsassız olduğunu müəyyən etdi. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(051)-746/2021 saylı qətnaməsinə əsasən İddiaçı xx.xx.2017-ci il təvəllüdlü qızı X6 və xx.xx.2018-ci il təvəllüdlü qızı X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 manat məbləğdə alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Buna baxmayaraq Mingəçevir Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsi hazırki vaxtadək icra edilməmiş qalır. İddiaçı hazırki vaxta 7930 manat aliment borcu yaranmışdır. Onu da bildirir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(051)-325/2022 saylı qərarına əsasən İddiaçı azyaşlı uşaqlarının saxlanılması üçün aliment borcunu ödəmədiyinə görə İ nzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 gün müddətinə inzibati həbs və Mingəçevir Şəhər Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 3(051)-172/2024 saylı qərarına əsasən isə 10 gün müddətinə inzibati həbs edilmişdir. Lakin bunlara baxmayaraq İddiaçı yenə də aliment borcunu ödəməkdən imtina edir. Hesab edir ki, İddiaçı gələcəkdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməkdən qorxaraq hazırkı iddia tələbi ilə məhkəmə müraciət etmişdir. O, dəfələrlə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə müraciət edərək borclu İddiaçı aliment borcunun ödənilməsini tələb etmişdir. Lakin, İddiaçı ona olan aliment borcunu ödəməkdən imtina edir. O özü Mingəçevir şəhərində yaşayır. Maddi vəziyyə ti olduqca ağırdır. O uşaqlarını saxlamaqda çətinlik çəkir. İddiaçı isə uşaqlarına baxmaq əvəzinə bəzi xanımla doğum günü tədbirini kafedə keçirərək “tik-tok” platforması üzərindən şəkilləri yayır. Hesab edir ki, İddiaçı bir valideyn olaraq uşaqlarının qayğısına qalmalı və uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün mütləq aliment ödəməlidir. Çünki uşaqları saxlamaq həm atanın, həm də ananın borcudur. Bundan başqa onu da qeyd edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi həqiqəti əks etdirmir və iddiaçı aliment borcunu ödəməkdən yaxa qurtarmaq üçün hazırki iddianı qaldırmışdır. Halbuki, iddiaçının uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün yığılmış 7930 manat məbləğdə alimentin silinməsi üçün heç bir əsas yoxdur. Odur ki, məhkəmədən İddiaçı ona qarşı “al iment borcundan azad edilmə” tələbinə dair iddiasının rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Mingəçevir Şəhər Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, e-2(051)1299/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid olunması qət edilmişdir. (E.Cəbrayılzadə)
7. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilmədi və iddiaçı tərəfindən aliment borcundan azad olunmaq üçün əsaslı sübutlar təqdim olunmamışdır. İddiaçının xəstəlikləri ilə bağlı təqdim etdiyi arayışlar və sair sənədlər onun əmək qabiliyyətlı olmaması üçün əsas deyil, əks təqdirdə ona əmək qabiliyyətinin olmaması və ya məhdud əmək qabiliyyətli olması ilə bağlı əlillik dərəcəsi təyin olunardı. Bununla bağlı da iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eyni zamanda AZEMİS portalından çıxarışdan aydın olur ki, iddiaçının əlilliyi yoxdur. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, iddiaçı əmək qabiliyyətlidir və o, əməklə məşğul olub qazanc əldə edərək yığılan aliment borcunu ödəməyə borclu olmaqla yanaşı, həmçinin buna qadirdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 107.2 və 112.1-ci, “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 5, 8 və 13cü, “Uşaq Hüquqları Haqqında” Konvensiyasının 3 və 6-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 119-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Mingəçevir Şəhər Məkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(051)-1299/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasını, 7670 manat aliment borcundan azad edilməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyаsiyа şikаyəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuşdur. Belə ki, Elektron Məhkəmə Sistemindən görünür ki, ilk iddia xx.xx.2024-cü il tarixdə Mingəçevir Şəhər Məhkəməsinə daxil olmuşdur. Elektron Məhkəmə Sistemindən görünür ki, 23 oktyabr 2024-cü il tarixdə yekun məhkəmə aktı qəbul edilmişdir. 5 ay 13 günə işə baxılmışdır. 5 dəfə məhkəmə iclası keçirilmişdir. 1) Bakı şəhəri Nəsim i rayon Məhkəməsində olduğu üçün xx.xx.2024-cü il tarixə saat 14:10-a təyin olunmuş məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməmişdir. (Bununla bağlı ərizə vermişdir) 2) xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclası; 3) xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclası 4) xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclası 5)xx.xx.2024-cü il tarixli məhkəmə baxışı iclası-yekun qərar Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 172.1.3-cu maddəsinə əsasən digər mübahisələrə dair işlərə - 4 ay müddətində məhkəmədə işə baxıb, həll edilməsi müddəti göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 188.1ci maddəsinə əsasən işə baxılmasının təxirə salınmasına məhkəmənin əsaslandırılmış qərardadı ilə, qabaqcadan nəzərdə tutula bilməyən müstəsna hallarda yol verilir. Elektron kabinetdən də görünür ki, hakim tərəfindən işə baxılmasının təxirə salınmasına məhkəmənin əsaslandırılmış qərardadı yoxdur. Nə səbəbə mülki iş 5 ay 13 günə işə baxılması bilinmir. Ondan başqa da yekun məhkəmə aktı yəni qətnamə elektron kabinetə 19 noyabr 2024-cü il yerləşdirilmişdir. Bu da əsas verir ki, Mingəçevir Şəhər Məhkəməsinin hakimi prosessual hüquq normalarını pozmuşdur. Demək olar ki, Cavabdeh bütün məhkəmə iclaslarında iştirak etmişdir. Bütün sübutları iddia ərizəsi veriləndə təqdim edilmişdir. Məhkəmə öz təşəbbüsü ilə sübut toplamamış, əsassız olaraq aylarla məhkəmə hazırlıq iclasını təxirə salmışdır. Qətnamədən də görünür ki, cavabdeh əvvəlki məhkəmə iclasında iddianın təmin olunmasını xahiş etmişdir. Ancaq Mingəçevir Şəhər Məhkəməsinin hakimi iddianı rədd etmişdir. Çıxarılmış qətnamənin qanunsuz və əsassız olduğu bundan bilinir. Mingəçevir Şəhər Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(051)-1299/2024 saylı qətnaməsində onun tərəfindən təqdim olunmuş sənədləri sübut kimi qəbul etmiş, əsaslandırmış, ancaq ədalətsiz və qanunsuz olaraq iddia rədd olunmuşdur. O, ağır xəstəlikdən əziyyət çəkir, ayağında çürümə gedir, infeksiya bütün bədəninə yayılıbdır. Bununla bağlı dəfələrlə stasionar qaydada müalicə olunmuşdur. Lakin sağalmamışdır. Əlilliklə bağlı müraciət etmişdir. Hazırda işləmir, maddi imkanı da yoxdur. Anası baxır ona, dərmanlarını müalicəsini anasının köməyi ilə alır. Ağır xəstəliyi xx.xx.2021-ci ildən başlayıbdır. Xəstənin tibbi kitabçasında və xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışlardan görünür ki, o, dəfələrlə əməliyyat olunmuşdur, müalicələr götürmüşdür. Yalnız heç bir köməyi olmamışdır. Ona görə də aliment borcu yaranmışdır. Onun xəstəliyi imkan vermir ki, əmək fəaliyyət ilə məşğul olsun. Onun özü belə anasının pensiyası ilə dolanır. Qollarının altında çəliklərlə hərəkət edir. Göründüyü kimi qanunvericilik şəxsin xəstəliyini nəzərə alaraq, aliment borclarının ödəməkdən tamamilə azad edilmə və ya qismən azad edilmə nəzərdə tutulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(051)-1299/2024 saylı qətnaməsinin əsaslandırılmasında isə məhkəmə onun əlillik dərəcəsinin olmamasını əsas tutub iddianı rədd etmişdir. Onun əlillik dərəcəsi olsaydı, təqaüd alıb, aliment borcunu ödəyərdi. Onu da qeyd edir ki, xəstəlikləri ilə bağlı bütün sənədlərin əslini məhkəmə ondan almışdır. Hər iki valide yin uşaqlarını saxlamağa borcludur. Cavabdeh sağlamdır, heç bir əlillik dərəcəsi yoxdur. O, ikinci dəfə ailə həyatı qurmuşdur.
11. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-199/2025 nömrəli 28 yanvar 2025-ci il tarixli qətnaməsi ilə Mingəçevir Şəhər Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, e-2(051)-1299/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (X1 (sədrlik edən və məruzəçi), X8 və X5 ibarət tərkibdə)
12. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin hakim tərəfindən işə baxılmasının təxirə salınmasına dair məhkəmənin əsaslandırılmış qərardadının olmaması, mülki işə 5 ay 13 günə baxılmasının səbəbinin bilinməməsi, məhkəmənin öz təşəbbüsü ilə sübut toplamaması, əsassız olaraq aylarla məhkəmə hazırlıq iclasını təxirə sal masına dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, işdə olan məhkəmə iclas protokollarından göründüyü kimi məhkəmə iclasları təxirə salınarkən təxirə salınmanın dəqiq səbəblərinə istinad edilmiş, məhkəmə iclaslarının əsassız təxirə salınması halı müəyyən edilməmişdir.
13. Məhkəmə apellyasiya şikayətinin “qətnamədən də göründüyü kimi cavabdehin əvvəlki məhkəmə iclasında iddianın təmin olunmasını xahiş etməsi, ancaq Mingəçevir Şəhər Məhkəməsinin iddianı rədd etməsinə dair” dəlilini əsaslı hesab etməyərək qeyd etmişdir ki, işdə olan cavabdehin iddiaya etirazından və birinci instansiya məhkəməsində keçirilmiş iclaslar üzrə məhkəmə iclas protokollarından göründüyü kimi cavabdeh iddianı qəbul etməmiş, əksinə iddianın rədd edilməsini xahiş etmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsində cavabdehin iddianın təmin edilməsini xahiş etməsi kimi göstərilən fikir texniki yanlışlıq kimi qiymətləndirilə bilər.
14. İddiaçının ağır xəstəlikdən əziyyət çəkməsi, bununla bağlı dəfələrlə stasionar qaydada müalicə olunması, lakin sağalmaması, onun xəstəliyinin əmək fəaliyyət ilə məşğul olmasına imkan verməməsinə dair dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı xəstəliyi, müalicə alması ilə bağlı sənədləri birinci instansiya məhkəməsinə təqdim etməsinə baxmayaraq, onun tərəfindən əmək qabiliyyətli olmamasına dair hər hansı bir sübut təqdim edilməmişdir.
15. İddiaçının hazırda işləməməsi, maddi imkanının da olmamasına dair dəlillərinə də münasibətdə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Az ərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarına əsasən aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir.
16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56, 75, 76, 78, 107.1, 107.2 və 112.1-ci maddələrinə, BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasına, BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi»nə, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununa, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətini n dəlilləri
17. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(107)-199/2025 saylı ləğv edilməsini, iddianın təmin olunmasını, 7670 manat aliment borcundan azad edilməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti iddia ərizəsi və apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işə baxan məhkəmələr təqdim olunan sübutları düzgün qiymətləndirməmişdir.
19. Kassasiya şikayətində Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76, 78, 107.2 və 112-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
21. Maddə 56.1. Vali deynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
22. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
23. Maddə 76.2. Alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
24. Maddə 78.1. Aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmas ı üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
25. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
26. Maddə 107.1. Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər.
27. Maddə 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.
28. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq baş qa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyası
29. Maddə
3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirl əri görürlər.
30. Maddə
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
31. Maddə 18 bənd
1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.
32. Maddə
27. Hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi»nin 33. 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 34. 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu
35. Maddə
3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində b öyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.
36. Maddə
8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
37. Maddə 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazla rının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır;
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassa siya baxışının hədləri
43. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyaçı məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassa siya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
47. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmam asına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
48. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tən zimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-199/2025 nömrəli iş üzrə 28 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.