Məhkəmə qərarları › İş №2(102)-481/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-481/2025

07.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-481/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: aliment öhdəliklərinə xitam verilməsi 07.03.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı alimentə xitam verilməsi tələbinə dair iddia üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2024-cü il tarixli 2(104)1932/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 07 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibat i binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Gəncə Şəhər Nizami rayon Məhkəməsinin 2(044)-5183/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən, xx.xx.2014-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər anası Cavabdeh himayəsində qalması; xx.xx.2016-cı ildən başlayaraq İddiaçı xx.xx.2014-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir.

2. Gəncə Şəhər Nizami rayon Məhkəməsinin 2(044)- 3804/2017 nömrəli, xx.xx.2017-cı il tarixli qətnaməsinə əsasən, iddia təmin edilərək Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(044)- 5183/2016 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx. xx.2017-ci il tarixdən başlayaraq İddiaçı xx.xx.2014-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü Turxan Məmmədovun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə İddiaçı tutulan alimentin ödənilməsinə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, alimentin qət edilməsi üçün məhkəməyə müraciət edilərkən Belçika səlahiyyətli orqanlarının verdiyi doğum haqqında şəhadətnamə təqdim olunmuşdur. İddiaçı qeyd etmişdir ki, keçən bu dövr ərzində cavabdehlə uşağ ın gələcəyi bağlı birgə qərar vermək üçün əlaqə qura bilməmiş, o cümlədən uşaqla ünsiyyət saxlamağa imkan verilməmişdir. İddiaçının ata kimi uşağı ilə ünsiyyətinin təmin olunması və onun gələcəyi ilə bağlı qərarlarda iştirak etməsi məqsədilə uşağın yerinin müəyyən edilməsi üçün vəkil araşdırması çərçivəsində müvafiq orqanlara vəkil sorğuları verilmişdir. Bu araşdırmalar nəticəsində əldə olunan məlumatlardan belə başa düşülür ki, İddiaçı övladı xx.xx.2014-cü il təvəllüdlü Turxan Məmmədov böyük ehtimalla xarici vətəndaş tərəfindən övladlığa götürülmüş və Belçika qurumlarında başqa ad, soyad və başqa vətəndaşlıq vəziyyəti statusunda qeydə alınmışdır. Əks halda 8 yaşlı uşağın bu günə kimi Azərbaycan Respublikasının aidiyyəti qurumlarının heç birinin məlumat bazasında qeydə alınmaması ağlabatan deyil və həyatın rutin axışına ziddir.

5. Məhkəmə tapşırığına cavab olaraq, Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin konsulluq idarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan müəyyən olunmuşdur ki, Gəncə Şəhər Məhkəməsinin X2 ilə bağlı daxil olmuş sorğu Səfirliyin notası ilə Belçika tərəfinə təqdim edilmişdir. Belçika tərəfindən cavab olaraq Belçika tərəfindən qeyd olunan məsələdə səlahiyyətli olan aidiyyəti dövlət prokurorluğunun Niderland dilli bölgəsində yerləşdiyi səbəbindən müvafiq qaydada uyğun olaraq sözügedən hüquqi yardım ilə bağlı sorğunun Niderland dilində göndərilməsi xahiş edilmişdir. Eyni zamanda Belçikanın Brasschaat bələdiyyəsindən əldə edilmiş məlumata əsasən, 2014-cü il 14 dekabr tari xində anadan olmuş X1 adında hərf dəyişikliyi edilmiş (əvvəlki adı “Turkhan” kimi qeyd olunmuş, hazırda isə “Turhan”) və bu barədə müvafiq akt tərtib edilmiş (əlavə olunur). Həmçinin, T.Məmmədov heç kim tərəfindən övladlığa götürülməmişdir. Qeyd olunan məlumat Turxan Məmmədovun anası Cavabdeh tərəfindən də təsdiq edilmişdir.

6. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-51/2024 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir (sədrlik edən hakim Xədicə Səfərli).

7. Birinci instansiya məhkəməsi iddianı rədd edərək, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı aliment öhdəliyini xitam verilməsini xahiş etmiş, tələbini birgə nikahdan doğulmuş uşağın xarici vətəndaş tərəfindən övladlığa götürülməsi və Belçika qurumlarında başqa ad, soyad və başqa vətəndaşlıq vəziyyəti statusunda qeydə alınması ilə əsaslandırmışdır. Məhkəmə tapşırığına cavab olaraq təqdim olunmuş məlumata əsasən, 2014-cü il 14 dekabr tarixində anadan olmuş X1 adında hərf dəyişikliyi edildiyi (əvvəlki adı “Turkhan” kimi qeyd olunmuş, hazırda isə “Turhan”) və bu barədə müvafiq akt tərtib edildiyi, T.Məmmədovun heç kim tərəfindən övladlığa götürülmədiyi, qeyd olunan məlumatın Turxan Məmmədovun anası Cavabdeh tərəfindən də təsdiq olunduğu müəyyən edilmişdir. İddiaçının təmsilçisi məhkəmə tapşırığına verilmiş cavabı əsassız hesab etsə də, bu halı təsdiqləyən hər hansı dəlil təqdim etməmişdir. Beləliklə, məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilməsi üçün əsaslar müəyyən olunmadığından, iddia təmin edilməməlidir.

8. Birinci instansiya məhkəməsi g əldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-75.4, 113.2., 113.2.1-113.2.5-ci və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın təmin edilməməsinə əsas kimi, Belçika Səfirliyinin (məhkəmə tapşırığına cavab verilməsi səlahiyyəti xaricində olmasına baxmayaraq) mübahisəli xx.xx.2024-cü il tarixli cavab məktubunu götürmüşdür. Qeyd olunduğu kimi, məhkəmə tapşırığının icrası Belçika Səfirliyinə həvalə olunmadığı kimi, onun verdiyi məlumat da birtərəfl idir. İlk öncə qeyd edilməlidir ki, Səfirliyinin xx.xx.2024-cü il tarixli məktubuna (bir gün sonra tərtib olunmuş) xx.xx.2024-cü il tarixli vətəndaşlıq vəziyyəti aktları kitabından çıxarış Azərbaycan dilində deyil, digər bir ifadə ilə niderland dilində olan bir sənədin mötəbər sübut kimi qəbul edilərək işə yekun qiymət verilməsi qəbul edilməzdir. Ayrıca əlavə edilməlidir ki, Google Translate proqramı vasitəsilə tərcümə ediləndə uşağın “Turxan” adının xx.xx.2021-ci il tarixdən “Turhan” kimi dəyişdirildiyini müəyyən edilir. Lakin Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Belçika qurumlarına göndərilən məhkəmə tapşırığında uşağın adının dəyişdirilib-dəyişdirilməməsi məsələsi yox, onun yaşadığı halda üçüncü şəxslər tərəfindən övladlığa götürülüb götürülməməsi, övladlığa g ötürüldüyü halda bu barədə vətəndaşlıq vəziyyəti aktının hansı tarixdən yekun rəsmiləşdirilməsi və aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənilib-ödənilmədiyi barədə rəsmi məlumatın əldə edilməsi barədə idi. Göründüyü kimi, səlahiyyətlərini aşaraq məhkəmə tapşırığını “icra etməyə çalışmış” Belçika Səfirliyi məhkəmə tapşırığındakı suallara cavab verə bilməmiş, hazırki iş üzrə əhəmiyyət kəsb etməyən 2021-ci ildə baş vermiş bir məsələ barədə məlumat verərək çaşqınlıq yaratmışdır. Ayrıca, cavabdehin- uşağın anasının da fikrini yazması ayrıca ironik bir vəziyyət yaratmışdır. Nəticədə məhkəmə öz qərardadının icra olunaraq işin hərtərəfli tam və obyektiv araşdırılması yerinə, cavabdehin Səfirliyə telefonla verdiyi məlumatı daha mötəbər sübut kimi qəbul etmişdir.

11. Gəncə Apellyasiya Məhk əməsinin Mülki Kollegiyasının 03 oktyabr 2024-cü il tarixli 2(104)-1932/2024 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-51/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (Süleymanov Loğman -sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov İslam və Rzaquliyev Şamil).

12. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, ailə qanunvericiliyində məhkəmə qaydasında tutulan alimentin ödənilməsinin xitamına əsas verən hallar müəyyən edilməmişdir və hazırki iş üzrə məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilməsi üçün əsaslar müəyyən olunmadığından iddia təmin edilməməlidir.

13. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respub likasının Ailə Məcəlləsinin 113.2,113.2.2-113.2.5-ci və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayətin dəlliləri apellyasiya şikayətin dəlliləri ilə eynilik təşkil etmişdir, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tapşırığı Belçika Səfirliyinə yox, Belçika Krallığının səlahiyyətli orqanlarına göndərilmişdir. İş materiallarından isə görünür ki, məhkəmə qərardadı ilə göndərilən məhkəmə tap şırığı isə, heç Belçika Krallığının səlahiyyətli orqanlarına ümumiyyətlə gedib çatmamışdır. Hətta iddiaçı tərəfindən Belçika Səfirliyinə sorğu ünvanlanaraq, xx.xx.2024-cü il tarixli məktublarında bildirdiklərixx.xx.2014-cü il təvəllüdlü T.Məmmədovun heç kim tərəfindən övladlığa götürülməməsi faktını təsdiq edən müvafiq sənədin (məktubun) surətini rəsmi qaydada verilməsi xahiş edilsədə də, bu günə kimi cavab verilməmişdir. Əlaqə saxladığları konsul isə, bu işlə bağlı onu narahat etməməyi bildirmişdir.

16. Kassator şikayətini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.4-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.2, 80, 81, 217.2, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı yaz ılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi

18. Maddə 113.2 Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir:

19. Maddə 113.2.1. Uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə;

20. Maddə 113.2.2. Aliment ödənilən uşaq övladlığa götürüldükdə;

21. Maddə 113.2.3. Aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda;

22. Maddə 113.2.4. Aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

29. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. İddiaçı özü hər hansı sübut təqdim etməməklə və ehtimallar əsasında iddia qaldırmış, aliment ödənilməsinə xitam verilməsi üçün əsasların mövcudluğunu təsdiq etmək üçün məhkəmədən müvafiq sübutları toplamağı tələb etmiş, məhkəmənin əldə etdiyi sübutları isə yetərli hesab etməmişdir.

34. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdi kləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. İddiaçının kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

36. Buna görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münas ibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2024-cü il tarixli 2(104)-1932/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar