Məhkəmə qərarları › İş №2(102)-2795/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2795/2024

31.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2795/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:alimentin miqdarının azaldılması 31.10.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri: Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 aprel 2024-cü il tarixli, 2(103)2603/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh ilə İddiaçı 18 fevral 2011-cü il tarixdə rəsmi nikah əsasında ailə qurmuş və onların birgə nikahından 06 may 2011-ci il tarixdə X5, 10 iyun 2012-ci il tarixdə X3 və 21 avqust 2013-cü il tarixdə X6 adlı, üç övladları doğulmuşdur.

2. Bakı Şəhəri, Sabunçu Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(008)389/2023 saylı qətnaməsi ilə Cavabdeh ilə X4 arasında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra onların birgə nikahından 06 may 2011-ci il tarixdə doğulmuş X5, 10 iyun 2012-ci il tarixdə doğulmuş X3 və 21 avqust 2013-cü il tarixdə doğulmuş X2 atası Cavabdeh himayəsinə verilməsi, məhkəməyə müraciət olunduğu 16 may 2022-ci il tarixdən başlayaraq uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün X1 hər ay, hər uşağa görə 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində alimenti n tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri, Sabunçu Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(008)-389/2023 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarının azaldılaraq, 06 may 2011-ci il tarixdə doğulmuş X5, 10 iyun 2012-ci il tarixdə doğulmuş X3 və 21 avqust 2013-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan hər ay, hər uşaq üçün 50 manat olmaqla cəmi 150 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi və onun 10.422 manat aliment borcunun 7.722 manat hissəsini ödəməkdən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cava bdehlə nikahı pozulduqdan sonra X7 ilə faktiki nikah münasibətinə girmişdir. Elə həmin dövrdə onun X7 ilə faktiki nikah münasibətindən 21 sentyabr 2022-ci il tarixdə bir qız, 19 iyul 2023-cü il tarixdə bir oğlan uşaqları doğulmuşdur. Məhkəmədə işə baxıldığı zaman onun himayəsində səkkiz aylıq körpəsi olmuş, eyni zamanda, həmin dövrdə yenidən hamilə qalmışdır. Onun 2-ci övladı məhkəmənin yuxarıda qeyd edilən qətnaməsi çıxarıldıqdan 2 ay sonra doğulmuşdur. İkinci dəfə ailə həyatı qurmasından və himayəsində körpə övladlarının olmasından məlumatsız olan məhkəmə, qətnamədə hər uşaq üçün ondan 193 manat aliment tutmuşdur. Lakin hazırda onun məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini ödəməyə maddi imkanı yoxdur. Övladları körpə və südəmər olduğundan övladlarına baxmaqla məşğuldur. Ha zırda heç yerdə işləmir, evdar qadındır və aylıq gəliri, vəsaiti, ali təhsili yoxdur. İş yeri olan qadınlara belə Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə hamilə vaxtı və uşaq doğulduqdan 3 yaşına çatanadək sosial güzəştlər nəzərdə tutulur. Lakin məhkəmə qətnamədə bu halları nəzərə almamışdır. Başa düşür ki, övladlarının saxlanmasına görə hər iki valideyn bərabər məsuliyyət daşıyır. Lakin o, hər uşaq üçün 193 manat məbləğində aliment ödəmək iqtidarında deyil. O, hər uşaq üçün hər ay 50 manat, ümumilikdə 150 manat məbləğində aliment ödəyə bilər. O, həmin məbləği hazırda faktiki nikah münasibətlərində olduğu şəxsin köməyi ilə ödəməyə çalışar. Ondan alimentin tutulması 16 may 2022-ci il tarixdən hesablanmağa başlanılmışdır və onun aliment borcu 10422 manat təşkil edir.

5. Bakı şəhəri Xəzə r Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, e-2(003)576/2024 saylı qətnaməsi ilə (hakim- Ə.S.Qəhrəmanov) iddia tələbi rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının müəyyən olunmuş alimentin miqdarının azaldılmasının səbəbi kimi təqdim etdiyi əsaslarişləməməsi, evdar qadın olması, ikinci dəfə nikaha girməsi və həmin nikahdan iki övladığının doğulması məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, iddiaçının maddi vəziyyətində əhəmiyyətli dərəcədə pisləşmə olmasına dəlalət edən hal kimi qəbul edilə bilməz. Belə ki, Bakı Şəhəri, Sabunçu Rayon Məhkəməsi tərəfindən 17 may 2023-cü il tarixdə qətnamə çıxarılarkən bu əsaslar nəzərə alınmışdır.

7. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının qaz ancının olmaması övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda iddiaçı əmək qabiliyyətlidir və öz bacarığına uyğun müvafiq fəaliyyətlə məşğul olmaq iqtidarındadır.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması müəyyən edilmişdir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etməklə yalnız minimum təminat səviyyəsini nəzərdə tutur. İddiaçının isə iddiasının təmin edilməsi halında hər uşaq üçün yaşayış minimumundan çox aşağı bir məbləğdə alime nt müəyyən olunmasına gətirib çıxarar ki, bu da uşaqların təminat səviyəsinə pis təsir edə bilər. Halbuki, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir.

9. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Ailə Məcəlləsinin 112.1-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iş üzrə halların tədqiqinin qurtardığını elan etmədən və məhkəmə çıxışlarına keçmədən, habelə çıxış üçün tərəflərə söz vermədən və tərəflərin replika hüququnun istifadə üçün şərait yaratmadan müşavirə otağına getmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 aprel 2024-cü il tarixli, 2(103)2603/2024 saylı qətnaməsi ilə (hakimlər: F.Ş.Talışinski sədrlik edən, məruzəçi, A.N.İmanov və M.A.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, e-2(003)-576/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, yetkinlik yaşına çatmayanlara ödə nilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, icra məmuru tərəfindən aliment üzrə borcu n müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənləri əsas tuturaq qeyd etmişdir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanm aq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Alimentin müəyyən edilməsi üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Dəyişən şəraitə və tələbatlara müvafiq aliment məbləğinin müəyyən edilməsi (dəyişdirilməsi) üzrə tələblərin yenidən baxılmasını istisna etmir. Hazırki münasibətlər həddində qeyd edilməlidir ki, artıq 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Yəni, artıq 2023-ci ilə münasibətdə yaşayış minimumu üzrə tələbat artmışdır. İddiaçının yenid ən ailə qurması (halbuki yeni rəsmi nikah mövcud deyil), habelə digər əsassız və sübuta yetirilməyən dəlilləri onu aliment öhdəlikləri vəzifəsindən azad etmir (aliment məbləğinin azadılması və borcların silinməsi). Ona görə də apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 17 Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Ailə Məcəlləsinin 76, 106.3, 106.4, 106.5, 107.1, 107.2, 112.1-ci maddələrinin, habelə MPM-in 77.1, 77.3-cü maddələrinin tələblərini istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəm əsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə vəziyyətində dəyişiklik baş vermişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi bu dəyişikliyi nəzərə almamaqla Ali Məcəlləsinin 112-ci maddəsinin tələblərini pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

21. Maddə

99. Ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13—16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər.

22. Maddə 101.2. Məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı maddəsinə uyğun müəyyən edilir.

23. Maddə 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.

24. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və y a maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu

25. Maddə

1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamas ına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

35. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsini iddianın- 10.422 manat aliment borcunun 7.722 manat hissəsini ödəməkdən azad edilməsinin rədd olunması hissəsində dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də kassasiya instansiyası məhkəməsi, mübahisələndirilən hissədə kassasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparmağa lüzum görmür və belə qənatə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qeyd olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Lakin, iddianın- alimetin miqdarının azaldılmasının rədd olunması hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə kassasiya instansiyası məhkəməsi razılaşmır və hesab edir ki, alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə və maddi vəziyyətində baş vermiş dəyişiklikləri nəzərə almamaqla apellyasiya instansiyası məhkəməsi Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərini pozub.

37. Belə ki, işin mübahisə olunmayan hallarına görə, tərəflər 18 fevral 2011-ci il tarixdə rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahından 06 may 2011-ci il tarixdə Nuray, 10 iyun 2012-ci il tarixdə Z eynəb və 21 avqust 2013-cü il tarixdə Hüseyn adlı üç övladları doğulub. Sonradan Bakı Şəhəri, Sabunçu Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(008)-389/2023 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulub və nikah pozulduqdan sonra hər üç uşaq atası Cavabdeh himayəsinə verilib və 16 may 2022ci il tarixdən başlayaraq uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Könül Qəniyevadan hər ay, hər uşağa görə 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilib.

38. Həmçinin işdən görünür ki, tərəflərin nikahı pozulduqdan sonra X13 Aşumovla faktiki nikah münasibətinə girib və onların ər-arvad münasibətindən 21 sentyabr 2021-ci il tarixdə bir qız uşağı; 19 iyul 2023-cü il tarixdə isə bir oğlan uşağı doğulub.

39. Hazırda iddiaçı, məhkəmə tərəfindən alimentin miqdarı hər ay, hər uşağa görə 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində müəyyən olunduqdan sonra, ailə və maddi vəziyyətində dəyişikliyin baş verdiyini göstərib, alimentin miqdarının azaldılaraq ondan cavabdehin xeyrinə tutulacaq alimentin hər ay, hər uşağa görə 50 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində müəyyən edilməsini iddia edir.

40. Cavabdeh isə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə və maddi vəziyyətində hər hansı dəyişikliyin baş vermədiyini göstərib, iddiaya etiraz edir.

41. Əvvəla, sözügedən normada göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və yaxud aliment ödəməkdən azad etmənin əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətin də dəyişikliyin baş verməsi və tərəflərin diqqətəlayiq başqa maraqları təşkil edir.

42. Qanunun mənasına görə, tərəflərin ailə vəziyyətlərinin dəyişməsi dedikdə- aliment ödəyən valideynin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi başa düşülür.

43. Tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə isə onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs alimentin miqdarının artırılmasını tələb edə bilər.

44. Hər bir halda işə baxan məhkəmə tərəflərin həm də d iqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla alimentin miqdarını dəyişə və yaxud aliment ödəyən şəxsi alimenti ödəmək vəzifəsindən azad edə bilər.

45. Göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını o, halda dəyişə, yəni alimentin miqdarını artıra və ya azalda, habelə aliment ödəməli olan valideyni aliment ödəmək vəzifəsindən o, halda azad edə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətlərində hər hansı dəyişiklik baş vermiş olsun.

46. Eyni zamanda “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqe ondan ibarət olmuşd ur ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyəcisi kimi ödənilən verginin məbləği və sair), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və sair), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sair qanunverciliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqlarının olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirməlidir. Diqq ətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsinə digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələləri nəzərə almalıdırlar.

47. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə, habelə Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarında formalaşdırdığı hüquqi mövqeyə uyğun deyil.

48. Belə ki, apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə tərəflərin maddi, ailə vəziyyətlərini, onların gəlirlərini, digər qazanc mənbələrini, təhsillərini, hansı peşəyə sahib olmalarını, iş yerlərini, yaşayış səviyyələrini, əmlak vəziyyətlərini, habelə tərəflərin özlərini və onlarla birlikdə yaşayan ailə üzvlərini saxlamaq üçün minimum tələbatlarını ödəməyə maddi imkanlarının olub-olmadığını tam, hərtərəfli və obyektiv araşdırmayıb. Halbuki, işdən görünür ki, sözügedən qətnamə ilə X8 Qəniyevin xeyrinə tutulacaq alimentin miqdarı hər ay, hər uşağa görə 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində müəyyən olunduqdan sonra, iddiaçının həm ailə, həm də maddi vəziyyətində dəyişikliklər baş verib.

49. Belə ki, iddiaçının ikinci dəfə Həsən Aşumov adlı şəxslə faktiki ər-arvad münasibətindən 19 iyul 2023-cü il tarixdə bir oğlan uşağı da doğulub. Belə olan halda iddiaçı həm cavabdehlə birgə nikahından doğulmuş üç övladını, həm də Həsən Aşumovla faktiki nikahından doğulmuş iki övladığını saxlamağa borcludur.

50. Digər tərəfdən işdən görünür ki, məhkəmə tərəfindən alimentin miqd arı müəyyən olunarkən iddiaçının himayəsində səkkiz aylıq körpəsi olub və qətnamə çıxarıldıqdan iki ay sonra isə onun Həsən Aşumovla faktiki nikah münasibətindən ikinci övladı doğulub. Eyni zamanda hazırda iddiaçı evdar qadındır, körpə və südəmər övladlarına baxdığı üçün işləmir və işdə, onun aylıq qazancı və başqa gəlirləri barədə heç bir sübut yoxdur.

51. Əksinə, iddia ərizəsindən, apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən görünür ki, iddiaçının cavabdehə hər ay, hər uşağa görə 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanı yoxdur.

52. Göründüyü kimi, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə və maddi vəziyyətində açıq-aşkar dəyişikliklər baş verib, yəni uşaqların sayı artdığı üçün onun maddi vəziyyəti d ə ağırlaşıb. Bu fakt iddiaçının cavabdehə ödənilməmiş 10.422 manat aliment borcunun olması ilə də təsdiq olunur.

53. Belə olan halda kassasiya instansiyası məhkəməsi hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə və maddi vəziyyətində hər hansı dəyişikliyin olmamasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Halbuki, MPM-in 217.1-ci maddəsinin mənasına görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

54. Daha sonra apellyasiya instansiyası məhkəməsi- iddiaçının alimentin miqdarının azaldılmasının səbəbi kimi təqdim etdiyi- işləməməsi, evdar qadın olması, ikinci dəfə nikaha girməsi və bu nikahdan iki övladının doğulması barədə əsasların qeyd olunan qətnamə çıxarılarkən nəzərə alındığını və həmin əsasların iddiaçının maddi vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsinə dəlalət edən hal kimi qəbul edilmədiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla da razılaşmır.

55. Belə ki, əvvəla sözügedən qətnamə ilə X8 Qəniyevin xeyrinə hər ay, hər uşağa görə 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində aliment tutularkən, Könül Qəniyevanın ümumiyyətlə məhkəmə iclasında iştirakı təmin olunmayıb, nəticədə onun mübahisəli məsələyə münasibəti öyrənilməyib, başqa sözlə iddiaçının alimentin miqdarının azaldılmasının səbəbi kimi göstərdiyi əsaslar həmin işə baxılmasının predmeti olmayıb. Yəni, iddiaçının istinad etdiyi qeyd olunan əsaslar məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra ortaya çıxıb.

56. Ona görə də işə yenidən apellyasiya qaydasında baxıl arkən ilk növbədə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə və maddi vəziyyətində baş vermiş dəyişikliklər tam, hərtərəfli və obyektiv yoxlanılmalı və onun hər ay, hər uşağa görə 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanın olub-olmadığı, aliment borcunun yaranma səbəbləri araşdırılmalı və nəticəsindən asılı olaraq mübahisələndirilən hissədə iddianın əsaslılığına düzgün hüquqi qiymət verilməlidir.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 aprel 2024-c ü il tarixli, 2(103)-2603/2024 saylı qətnaməsi qismən- iddianın alimentin miqdarının azaldılması tələbinin rədd olunması hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar