Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2290/2024 11.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X19 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Kateqoriya və açar sözlər: Alimentin azaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər X19 və Cavabdeh2 qarşı “alimentin azaldılması ” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1168/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydas ında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) ilə X19 rəsmi nikah münasibətlərindən xx.xx.2005-ci il təvəllüdlü X9, xx.xx.2006-cı il təvəllüdlü X5 xx.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2013-cü il təvəllüdlü X17 doğulmuşdur.
2. İddiaçı ilə Cavabdeh2 qeyri-rəsmi nikah münasibətlərindən xx.xx.2007-ci il təvəllüdlü X18 doğulmuşdur.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3622/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2006-cı il tarixdə anadan olmuş X3 atasının cavabdeh İddiaçı olduğunun müəyyən edilməsi, qətnamənin xx.xx.2006-cı il təvəllüdlü X3 doğum haqqında akt qeydində müvafiq düzəlişlərin edilməsi üçün əsas olması, X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla, iddiaçını n hər ay qazancının (başqa gəlirlərinin) 1/10 (onda bir) hissəsi miqdarında aliment tutularaq cavabdeh X4 ödənilməsi qət edilmişdir.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)914/2020 saylı qətnaməsi ilə Cavabdeh2 iddia tələbi qismən təmin olunaraq, xx.xx.2007-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsində aliment tutularaq Cavabdeh2 verilməsi qət edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7068/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)914/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanı lmışdır. Qətnamədən cavabdeh İddiaçı vermiş olduğu kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7068/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə kassasiya şikayəti vermə müddəti ötürüldüyündən kassasiya şikayəti geri qaytarılmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-6331/2021 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 7068/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)1437/2020 saylı qətnaməsi ilə X15 iddiasının təmin edilməsi, cavabdeh İddiaçı, xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2005-ci il təvəllüdlü X9, x x.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2013-cü il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında aliment tutularaq iddiaçı X16 ödənilməsi qət edilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7375/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(103)-7375/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4878/2021 nömrəli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)7375/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Elektron sistemdən çıxarışa əsasən, iddiaçı “X23 İnternational LLC” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində mühəndis vəzifəsində çalışır və onun əmək haqqı 3920,08 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlər X19 və Cavabdeh2 qarşı "aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-914/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixindən hesablanmaqla ondan hər ay qazancının 1/10 hissəsində alimentin tutularaq Cavabdeh2 ödənilmə si haqqında və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-1437/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2005ci il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixindən hesablanmaqla ondan hər ay hər uşağa görə qazancının 1/10 hissəsində, cəmi üç uşağa görə qazancının 3/10 hissəsində alimentin tutularaq cavabdeh X16 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi işin faktiki halların uyğun əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, X6 “atalığın müəyyən edilməsi və s.” tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2006-cı il təvəllüdlü X3 atası olması faktının müəyyən olunması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay gəlirlərinin 1/4 hissəsi miqdarında ailmentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)3622/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2006-cı il tarixdə anadan olmuş X3 atasının İddiaçı olmasının müəyyən edilməsi və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla hər ay qazancımın (başqa gəlirlərimin) 1/10 (onda bir) hissəsi miqdarında alimentin tutularaq X4 ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Bir müddət öncə cavabdehlərə tərəfindən aşağıdakı məzmunlarla mediasiya qaydasında təkliflər edilmişdir: X19 ilə olan ailə münsibətlərindən dünyaya gələn xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2008- ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək, hər uşağa görə qazancının 1/10 hissəsi miqdarında olmaqla üç uşağa görə alimentin məbləğinin cəmi olaraq qazancının 3/10 hissəsi miqdarında müəyyən edilməsi barədə razılığa gəlinməsini X16 xx.xx.2022-ci il tarixli məktubla təklif etsə də, onun tərəfindən təklifinə cavab verilməmişdir. Cavabdeh2 ilə olan ailə münsibətlərindən dünyaya gələn xx.xx.2007-ci il təvəllüdlü X2 üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək, bir uşağa görə qazancının 1/10 hissəsi miqdarında müəyyən edilməsi barədə razılığa gəlinməsini Cav abdeh2 xx.xx.2022-ci il tarixli məktubla təklif etsə də, onun tərəfindən təklifinə cavab verilməmişdir. Cavabdehlər tərəfindən təklifinə cavab verilməməsindən sonra Mediasiya Şurasına müraciət edib tələblərinin icrasında köməklik göstərilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixində 5 saylı Mediasiya Təşkilatında iclas keçirilərək, MŞB/5-01209 saylı məktubla ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilib məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Bu səbəblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bildirir ki, onun cavabdehlərlə qurduğu ailə həyatından ümumilikdə 5 uşağı vardır. Cavabdeh2 və X19 məhkəməyə müraciət edərkən digər nikahdan övladlarının olmasına əhəmiyyət verməyərək, hər biri uşağının sayına görə də aliment tutulması haqqında qətnamələr in qəbul edilməsinə nail olmuşlar. Qətnamələrdən narazı qaldığı üçün yuxarı instansiya məhkəmələrinə şikayət verərək qətnamələrin ləğv edilməsini, aylıq sabit olaraq tutulan alimentin miqdarının hər uşaq üçün əmək haqqının 1/10 hissəsi miqdarında ödəmək iqtidarında olduğunu bildirsə də, bu və digər hallar yuxarı instansiya məhkəmələrində icraat aparılarkən (işin əvvəlki instansiya məhkəmələrində baxılan zaman digər uşaqların mövcud olması ilə bağlı müvafiq sənədlərin tərəfindən təqdim edilməməsinə görə) həmçinin də cavabdehlərə etdiyi təkliflər də nəzərə alınmamışdır. Belə olan halda da, o, aldığı əmək haqqının 85 faizini (Mürşüdlü Ləman 50 faiz, Cavabdeh2 25 faiz, İsgəndərova Ülkər 10 faiz) alimentlərə ödəyir. Bu da onun maddi vəziyyətini çətinləşdirməklə dolanışığını mümkünsüz edərək h üquqlarını kobud şəkildə pozur. Hazırda hesab edir ki, ondan tutulmalı olan aliment məbləğlərinin tərəflərə münasibətdə hər uşağa görə gəlirlərinin 10 hissəsi miqdarına azaldılmasına dair qətnamə qəbul edilməlidir. O, övladlarının saxlanılması üçün alimenti ödəməkdən boyun qaçırmır və aldığı əmək haqqının 10 faizi onların hər birinin normal maddi təminatının ödənilməsinə kifayət edir. Qanunvericiliyin tələblərinə uyğun olaraq uşağın saxlanılması vəzifəsinin hər iki valideynin borcu olduğunu və Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən üç və daha artıq uşağa görə tutulmalı olan alimentin maksimal məbləğinin qazancın yarısı hissəsi miqdarında olmalı olmasını əsas götürərək mövcud iddianı əsaslı və qanuni hesab edib məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
13. Cavabdeh2 iddia tələbinə qarşı etirazını bildirərək qeyd etmişdir ki, iddiaçı heç bir vaxt uşağı ilə maraqlanmayıb, uşaq atasını tanımamış, o, ailə qurduğu qadınlarla nikaha daxil olmamış, faktiki yaşamış, iddiaçı “vahabidir”, onu və uşağını kafir adlandırmış, o isə övladına yaxşı təhsil vermiş, oğlu bir neçə dil bilmişdir. Qanunvericilik uşaqla bağlı hər bir məsələdə uşağın maraqlarının üstün tutulmasını vurğulayır, halbuki iddiaçının tələbi təmin olunarsa, uşağının maddi təminatı nəzərə çarpan dərəcədə azalacaqdır.
14. Cavabdeh X20 iddia tələbinə qarşı etirazını bildirərək qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində beş uşağının hərəsinə gəlirlərinin 1/10 hissəsini, yəni 10%-ni vermək istəyirsə, bu, beş uşağa görə 50% etmişdir ki, bu da ədalətli yanaşma sayıla bilər. Lakin bu şərtlə ki, əgər bu qayda başqa uşaqla ra münasibətdə də təmin edilsin. Odur ki, məhkəmə qətnaməsi ilə alimentin müvafiq olaraq iddiaçının iddia tələbinə uyğun şəkildə azaldılması ilə iddianın bərabərlik hüququnun pozulmaması şərti ilə digər cavabdehdən olan uşağına münasibətdə də təmin ediləcəyi təqdirdə iddiaçının ondan olan uşaqlarına münasibətdə də təmin edilməsinə etiraz etmədiyini, yekun məhkəmə qərarı çıxarılarkən mövqeyinin nəzərə alınmasını xahiş etmişdir.
15. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-1952/2023 saylı, 16 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia tələbi təmin edilməmişdir.
16. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, qüvvədə olan qanunvericiliyə əsasən, valideynlər uşaq larını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Uşaqların maddi tələbatının əhəmiyyətli dərəcədə artması, yaşayış minimumu həddinin artaraq hazırkı iqtisadi şəraitdə uşağın saxlanılması üçün xərclərin miqdarının dəyişməsi nəzərə alınaraq və tərəflərin birgə nikahından olan uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması prinsipi rəhbər tutularaq, məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş alimentin məbləğinin azaldılması uşaqların mənafeyinə zidd olduğundan iddia təmin edilməmişdir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.2, 112.1-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13, 19-cu, Azərbayca n Respublikasının MPM-in 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı aldığı əmək haqqının rəsmi olaraq 85 faizini (Mürşüdlü Ləman 50 faiz, Cavabdeh2 25 faiz, İsgəndərova Ülkər 10 faiz) faktiki olaraq isə 70 faizini alimentlərə ödəyir. Bu da onun maddi vəziyyətini çətinləşdirməklə dolanışığını mümkünsüz edərək hüquqları kobud şəkildə pozulur. Hazırda iddiaçıdan tutulmalı olan aliment məbləğlərinin tərəflərə münasibətdə hər uşağa görə gəlirlərinin 1/10 hissəsi miqdarına azaldılmasına dair qətnamə qəbul edilməlidir. Çün ki qanun belə deyir və belə bir tələb qoymuşdur. Lakin məhkəmə qanunun tələblərini bir kənara qoyaraq şəxsi mülahizələrə söykənən, konkretlik olmayan, ümümi əsaslandırılmış qətnamə ilə iddiaçının iddiasının əsassız olması qənaətinə gəlir. İddiaçı övladlarının saxlanılması üçün alimenti ödəməkdən boyun qaçırmır və aldığı əmək haqqının 10 faizi onların hər birinin normal maddi təminatının ödənilməsinə kifayətdir. Hazırkı halda isə iddiaçının 5 övladının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə qazancının 1/10 hissəsində müəyyən ediləcək alimentin miqdarı açıq-aşkar uşaqların mənafeyinə uyğundur. Belə ki, iş materiallarında olan əmək haqqının məbləğini 10-a böldükdə 392 manat pul alınır ki, bu məbləğ də 2024- cü il üçün nəzərdə tutulmuş yaşayış minimumundan 157 ma nat çox ödəniş deməkdir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1168/2024 nömrəli iş üzrə 21 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər –Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Fuad Talışinski) Apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-914/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixindən hesablanmaqla İddiaçı hər ay qazancının 1/10 hissəsində aliment tutularaq Cavabdeh2 və Bakı şəhəri Səbail Rayon Məhkəməsini n xx.xx.2020-ci il tarixli, 2(009)1437/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixindən hesablanmaqla İddiaçı hər ay hər uşağa görə qazancının 1/10 hissəsində, cəmi üç uşağa görə qazancının 3/10 hissəsində aliment tutularaq X16 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçının maddi vəziyyətində dəyişiklik olduğundan ondan tutulan alimentin miqdar ı maddi vəziyyətinə uyğun olaraq uşaqların mənafeyinə zərər verməyəcək şəkildə azaldıla bilər. Belə ki, qanunvericiliyin tələbinə əsasən 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Hazırkı halda iddiaçıdan 5 uşağa görə cəmi əmək haqqısı və başqa gəlirlərinin ½ hissəsi miqdarında aliment tutula bilər.
22. İddiaçının hazırkı iddia tələbi üzrə cavabdehlərdən nikah münasibətlərindən dörd uşağı olduğundan, həmçinin iddiaçının digər nikah münasibətindən olan xx.xx.2006- cı il təvəllüdlü X5 üçün artıq qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3622/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə uşaq yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçıdan hər ay qazancının (başqa gəlirlərinin) 1/10 (onda bir) hissəsi miqdar ında aliment tutulması qət edildiyindən, eyni zamanda qanunvericilikdə uşaqların birinin digərlərinə münasibətdə hər hansı üstünlük verilmədən, hər birinə bərəbarə hüquqlar təsbit olunduğundan alimentin miqdarı iddiaçının aylıq qazancından beş uşağa görə tutula biləcək ümumi aliment məbləğinin ½ hissəsi miqdarında, yəni xx.xx.2007-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/10 hissəsində, xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2013cü il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün isə hər ay qazancının (başqa gəlirlərinin) 3/10 hissəsində müəyyən edilməlidir.
23. Alimentin tutulması tarixinin nə vaxtdan hesablanmasına münasibətdə məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tə ləbindən hazırkı aliment məbləğinin xx.xx.2020-ci il tarixdən tutulmasını xahiş etsə də həmin hissədə iddia tələbi qismən təmin edilməli, aliment məbləği iddia tələbində göstərilən tarixdən deyil, iddiaçının məhkəməyə müraciət tarixindən, yəni xx.xx.2023-cü il tarixindən hesablanmalıdır.
24. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
25. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iddia tələbi qismən təmin edilməməlidir.
26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konst itusiyasının 17, 34-cü maddəsinin ıv hissəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.2, 75.1, 75.4, 76.1.3, 112.1-ci, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü, 27-ci maddəsinin 2-ci bəndinə, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununu 4, 5, 13 və 19-cu maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli qərarının 8.2, 8.6, 8.14-cü bəndlərinə, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına, “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə, “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri b) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iş üzrə yenidən araşdırma aparılaraq iddia tələbinin rədd edilməsinə dair yekun qərar çıxarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırkı işə baxarkən maddi hüquq normalarının tələblərini pozmuş, onun övladının yaşayış tərzinin pisləşməyinə gətirib çıxaracaq qətnamə qəbul edilmişdir. İddiaçı indiyədək dəfələrlə eyni tələblərlə məhkəməyə müraciət etsə də, iş kassasiya instansiyası məhkəməsinədək getmiş və heç bir nəticə əldə etməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bütün normaları düzgün tətbiq etməyərək hansısa maraqlardan irəli gələrək övladlarının haqqı olan vəsaitdən onları məhrum edir. Hesab etmişdir ki, kassasiya şikayəti araşdırılmalı və müvafiq yeni qərar çıxarılmalıdır.
29. Birinci instansiya məhkəməsi işə baxarkən işin hallarını nəzərə alsa da, apellyasiya məhkəməsi işin faktiki halları nəzərə almadan, təqdim etdikləri sübutlara hüquqi qiymət vermədən iddiaçının əsassız və qanunsuz tələbini dəlil kimi qiymətləndirərək qətnamə çıxarmışdır. Qanunvericiliyin tələbindən irəli gələrək məhkəməyə ilkin müraciət etmişdir. İddiaçı isə hər dəfə müxtəlif bəhanələrlə və müxtəlif tələblərlə məhkəməyə müraciət edərək öz atalıq vəzifəsindən boyun qaçırmağa çalışmışdır. Əvvəlindən rəsmi nikahlarının olmamasına səbəb də elə iddiaçının belə məsuliyyətsizliyi olmuşdur. İddiaçının kifayət qədər qazancının olmasına baxmayaraq, övladının hansı şərtlər altında böyüdüyünü, hansı təhsil müəssisəsində təhsil aldığını, hansı kurslara və s. hazırlıqlara getdiyini sanki bilmədən halal zəhmətilə qazandığı əmək haqqısını övladından qaçırmasına anlam vermək qeyri-mümkündür. Belə ki, onun kifayət qədər gəliri vardır və övladlarının əvvəlki həyat tərzinin qo runub saxlanması üçün onun əmək haqqısının və başqa gəlirlərinin cəminin 1/4 hissəsi məbləğində alimentin tutulması zəruridir. Azərbaycan RespublikasıAilə Məcəlləsinin 76.1.1-ci maddəsinin tələbi qazancı və əlavə (başqa) gəlirləri nəzərdə tutulur. Hakimlə isə nədənsə hansısa maraqlardan irəli gələrək işə baxarkən yalnız şəxsin rəsmi əmək haqqısını nəzərə almışdır. Qeyd etmişdir ki, iddiaçının hazırkı dövr üçün başqa gəlirləri kifayət qədərdir. Onun bir çox şəxsi biznesi, əlavə gəlirləri vardır. Hesab etmişdir ki, məhkəmə övladlarının əvvəlki yaşayış tərzinin təmin olunması məqəsdilə alimentin məbləğinin dəyişdirilmədən saxlanılması zəruridir.
30. Apellyasiya instansiya məhkəməsi qətnaməni çıxararkən prosessual normaları düzgün tətbiq etməmiş, iş üzrə heç bir araşdırma aparmadan, yalnız idd iaçının məhkəməyə təqdim etdiyi sənədə əsaslanaraq yekun nəticəyə gəlmişdir. Qeyd etmişdir ki, iddiaçı məhkəməyə sənəd təqdim edərək, guya rəsmi əmək haqqısının 3920,08 manat təşkil etdiyini bildirmişdir. Həmin sənəd özlüyündə şübhə yaradır. Apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qətnaməsindən görünür ki, məhkəmə nəinki onun etirazını araşdırmış, hətta birinci instansiya məhkəməsinin qətnaməsini ümumiyyətlə ləğv edərək, qərəzli şəkildə tam ziyanlarına qətnamə çıxarmışdır. Hesab etmişdir ki, qətnamə ləğv edilməlidir və işə tam, hərtərəfli və obyektiv baxılaraq, bütün hallar araşdırılaraq iş üzrə yekun məhkəmə qərarı çıxarılmalıdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respubli kasının Konstitusiyası
32. Maddə
17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
33. Maddə
34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi
34. Maddə 55.2. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir.
35. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
36. Maddə75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
37. Maddə 76.1.3. Alim ent ödənilməsi barədə razılıq olmadıqda 3 və daha çox uşağa görə valideynlərindən qazancın və (və ya) başqa gəlirlərinin yarısı miqdarda aliment tutulur.
38. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu
39. Maddə
4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqların ın müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) həmçinin “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir.
40. Maddə
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərb aycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd e tibarsızdır.
41. Maddə
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır.
42. Maddə 19 (birinci hissə). Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı
43. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir....Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli qərar
44. Bənd 8.7. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi i lə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.
45. Bənd 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli dir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olma masına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır
55. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilm əsi üçün əsasdır.
56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)914/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixindən hesablanmaqla İddiaçı hər ay qazancının 1/10 hissəsində aliment tutularaq Cavabdeh2 ödənilməsi hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə dəyişdirilmiş alimentin məbləğinin xx.xx.2023-cü il tarixdən hesablanması hissəsi istisna olmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normala rı düzgün tətbiq olunmuşdur.
60. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli qərarının 8.14-cü bəndinə də istinad etmişdir. Göstərilən Qərarın həmin bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
61. Lakin apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissədə dəyişdirilmiş alimentin tutulması tarixinin hesablanmasına münasibətdə hesab etmişdir ki, iddiaçı tələbində hazırkı aliment məbləğinin xx.xx.2020-ci il tarixdən tutulmasını xahiş etsə də həmin hissədə iddia tələbi qismən təmin edilməli, aliment məbləği iddia tələbində göstərilən tarixdən deyil, iddiaçının məhkəməyə müraciət tarixindən, yəni xx.xx.2023cü il tarixindən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
62. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsi səhv tətbiq edilmişdir. Əslində iddia “aliment tutulması” tələbi d eyil, məhkəmə tərəfindən əvvəlcə müəyyənləşdirilmiş aliment məbləğinin azaldılması tələbidir. Aliment məbləği azaldılarkən isə dəyişdirilmiş alimentin hansı vaxtdan tutulması iş üzrə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsini tətbiq etməklə müəyyən edilə bilməz. 63. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu b arədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
64. Yuxarıda qeyd edilənlərə görə də Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2024-cü il tarixli 2(103)-1168/2024 nömrəli qətnaməsi “Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-914/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixindən hesablanmaqla İddiaçı hər ay qazancının 1/10 hissəsində aliment tutularaq Cavabdeh2 ödənilsin” hissəsi, dəyişdirilmiş alimentin məbləğinin xx.xx.2023-cü il tarixdən h esablanması hissəsində dəyişdirilməli, xx.xx.2007-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün bu qərar qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla İddiaçı hər ay qazancının 1/10 hissəsində aliment tutularaq Cavabdeh2 ödənilməlidir.
65. Kollegiya hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2024-cü il tarixli 2(103)-1168/2024 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Çünki mübahisələndirilən qalan hissədə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası da müb ahisələndirilən qalan hissədə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2024-cü il tarixli 2(103)-1168/2024 nömrəli qətnaməsi “Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-914/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixindən hesablanmaqla İddiaçı hər ay qazancının 1/10 hissəsində aliment tutularaq Ca vabdeh2 ödənilsin” hissəsi, dəyişdirilmiş alimentin məbləğinin xx.xx.2023-cü il tarixdən hesablanması hissəsində dəyişdirilsin. xx.xx.2007-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün bu qərar qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla İddiaçı hər ay qazancının 1/10 hissəsində aliment tutularaq Cavabdeh2 ödənilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2024-cü il tarixli 2(103)-1168/2024 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.