Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3706/2025 15.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: alimentlə bağlı mübahisələr, alimentin azaldılması, aliment məbləğinin iki uşağa münasibətdə müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-759/2025 nömrəli, 4 sentyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 15 dekabr 202 5-ci il tarixində yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahdan xx.xx.2015-ci il təvəllüdlü X9 doğulmuşdur.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)4737/2019 saylı qətnaməsi ilə alimentin məbləği dəyişdirilərək, X5 yetkinlik yaşına çatanadək İddiaçı qazancın və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.
3. İddiaçı ilə X4 arasında bağlanmış nikahdan xx.xx.2023-cü il təvəllüdlü X10 doğulmuşdur.
4. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən Cavabdeh xx.xx.2024-cü il tarixdə sərhəd portu Budapeşt olmaqla ölkə ərazisini tərk etmişdir. 5. xx.xx.2023-cü il tarixdə bağlanmış elektron əmək müqaviləsinə ə sasən İddiaçı “ADA” Universitetində riyaziyyat və statistika üzrə baş müəllim vəzifəsində işləməklə 6597.12 manat əmək haqqı alır. 6. 20.06.2024-cü il tarixdə bağlanmış elektron əmək müqaviləsinə əsasən İddiaçı “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi” X11 şöbə müdiri vəzifəsində işləməklə 5440 manat əmək haqqı alır. 7. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 74.1 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
8. Mediasiya prosesi üzrə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən X4 və İddiaçı arasında razılığa əsasən birgə nikahdan olan xx.xx.2023-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatana qədər atası İddiaçı övladının saxlanması üçün aldığı əmək haqqı nın və digər gəlirlərinin 1/6 hissəsini ödəməyə razılıq vermişdir. Tərəflər arasında razılığa əsasən ata İddiaçı övladı X7 yetkinlik yaşına çatana qədər 2025-ci ilin aprel ayından başlayaraq hər ayın 1-dən 10-na qədər X3 şəxsi bank hesabına aliment ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərin birgə razılığına əsasən ata İddiaçı 2025-ci ilin yanvar, fevral və mart ayı ödənilməmiş alimentini aldığı əmək haqqının və digər gəlirlərinin 1/6 hissəsini aprel ayının 1-dən 10-na qədər ana X3 bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. X6 1, 2 və 3-cü bəndlərini öz imzaları ilə təsdiqləmişər. Barışıq sazişinin 1, 2 və 3-cü bəndələrinə görə saziş İddiaçı tərəfindən vaxtında icra edilmədiyi təqdirdə X4 məhkəməyə müraciət etmək hüququna malikdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-4737/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək onun qazancın və başqa gəlirlərinin 1/6 (altıda bir) hissəsi miqdarında alimentin tutularaq Cavabdeh verilməsi və ödəniləcək aliment miqdarının 50 faizinin uşağın adına açılmış bank hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehlə birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X9 dünyaya gəlmişdir. Uşaq hazırda anasının himayəsində yaşayır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)4737/2019 saylı qətnaməsi ilə uşağın saxlanması üçün iddiaçıdan qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmuşdur. Cavabdehlə nikahı pozulduqdan bir müddət sonra iddiaçı nikaha daxil olmuş və bu nikahdan xx.xx.2023-cü il təvəllüdlü X10 dünyaya gəlmişdir. Hazırda iddiaçının qazancının müəyyən hissəsi də X1 xərclənir. Mövcud vəziyyətdə övladların arasında hüquq bərabərliyi prinsipini əsas götürərək iddiaçı əvvəlki nikahdan doğulan övladına ödənilən aliment məbləğinin azaldılmasının məqsədəuyğun olmasını hesab edir. Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. İşin hallarından görünür ki, iddiaçının hazırda 2 övladı var, deməli, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)4737/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı 1 uşağın saxlanması üçün nəzərdə tutulduğundan həmin qətnamə ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi mütləqdir.
11. Cavabdeh Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ünvanlandığı etirazında bildirmişdir ki, əvvəla, iddiaçının maddi vəziyyəti sabitdir və daha yaxşıdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, alimentin miqdarının dəyişdirilməsi üçün iddiaçının ailə və ya maddi vəziyyətində əsaslı dəyişiklik olmalıdır. Halbuki, İddiaçı əmək haqqı sabit və yüksəkdir və maddi vəziyyətində heç bir mənfi dəyişiklik olmamış, əksinə maddi gəlirlə ri artmışdır. İddiaçı ADA Universitetində professor və İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində Statistika şöbəsinin müdiri kimi iki yüksək maaşlı vəzifə daşıyır. İddiaçının aylıq rəsmi gəliri 10000 manat civarındadır. Əlavə gəlirlərini isə iddiaçı bəyan etmir. Bundan əlavə, iddiaçı həm də Fransanın “TotalEnergies” şirkətindən aylıq 2000 avro (≈ 3600 manat) məbləğində təqaüd alır, kriptovalyuta ticarətindən gəlir əldə edir, xaricdə təhsil alan tələbələrə fərdi qaydada repetitorluq və konsultasiya xidmətləri göstərir (vergi öhdəliyi yaratmadan), Çexiya və Fransadakı daşınmaz əmlaklarından əldə etdiyi kirayə gəlirlərini xarici bank hesablarına qəbul edir. Bu qədər gəliri olan şəxsin alimentin azaldılmasını istəməsi yalnız maliyyə məsuliyyətindən yayınmaq cəhdidir. Bütün bunlar iddiaçının maddi vəziyyətinin ağırlaşmadığını, əksinə, daha da yaxşılaşdığını və mövcud aliment məbləğinin dəyişdirilməsi üçün heç bir obyektiv əsas olmadığını sübut edir. İkincisi, uşağın dolanışıq səviyyəsinin azaldılması yolverilməzdir. Birgə nikahdan dünyaya gələn övladları Orucova Fərəh hazırda Çexiya Respublikasında yaşayır və təhsil alır. Çexiyada uşağın dolanışıq və təhsil xərcləri Azərbaycana nisbətən qat-qat yüksəkdir. Uşağın böyüməsi, inkişafı və gələcəkdə sağlam, savadlı və cəmiyyətə faydalı bir fərd kimi yetişməsi üçün ildə təxminən 45.000 manat vəsait tələb olunur. Bu məbləğ hər biri konkret xidmətlərə və fəaliyyətlərə əsaslanan rəsmi xərclərdir. Aşağıda aylıq və ya qeyd edilən müddət üzrə əsas xərclər göstərilmişdir (orta kurs valyutasına əsasən 1 CZK ≈ 0.085 AZN), Sağlamlıq sığortası (mütləq və qanuni tələbdir): 2500 CZK (≈ 213 AZN), Sağlam və balanslaşdırılmış qidalanmа: 8000 CZK (≈ 680 AZN); Uşağın dərisinin həssaslığı və sağlamlıq xüsusiyyətləri nəzərə alınaraq seçilən hipoallergik dermatoloji və tibbi təyinatlı şəxsi istifadə vasitələri: 600 CZK (≈ 51 AZN), Geyim və məktəb ləvazimatları: 2500 CZK (≈ 213 AZN), dərs sonrası məktəb proqramı: 750 CZK (≈ 64 AZN), məktəb yeməkxanasında qəlyanaltı: 700 CZK (≈ 60 AZN), sinif fondu: 550 CZK (≈ 47 AZN), təbiət məktəbləri (ildə 4 dəfə): hər biri 7000 CZK (≈ 595 AZN), qış düşərgəsi (ildə 1 dəfə): 10000-12000 CZK (≈ ***-**** AZN), yay düşərgəsi (ildə 1 dəfə): 8000-9000 CZK (≈ 680-765 AZN), yay məktəbi (8 həftə): həftəlik qiyməti 6000–8000 CZK arası dəyişir (≈ 510-680 AZN), məktəbin sosial tədbirləri (kino, teatr və s.): təxminən 600 CZK (≈ 51 AZN), fərdi Çex dili qrammatikası üzrə repetitor: hər saat üçün 800 CZK (≈ 68 AZN), dərnəklər və kurslar: rəsm: 1200 CZK (≈ 102 AZN), gimnastika: 3100 CZK (≈ 264 AZN), şahmat: 3900 CZK (≈ 332 AZN), karate: 1000 CZK (≈ 85 AZN), musiqi məktəbi nəzdində piano: 2400 CZK (≈ 204 AZN), üzgüçülük: 2900 CZK (≈ 247 AZN), badminton: 1000 CZK (≈ 85 AZN), keramika: 1500 CZK (≈ 128 AZN). Yuxarıda qeyd olunan gündəlik həyat və fəaliyyətlərin davam etdirilməsi üçün tələb olunan cari xərclərlə yanaşı, bir dəfəlik kapital xarakterli xərclər də mövcuddur. Bu xərclərə xüsusi idman geyimləri, idman alətləri və vasitələri (məsələn, velosiped, skuter, konki, xizək və s.), musiqi alətləri (piano, fleyta), ağıllı saat, rəsm ləvazimatları (molbert, çərçivələnmiş kətan əsaslar, boya dəstlə ri, fırçalar və s.) və digər zəruri vasitələr daxildir. Bundan əlavə, yaxın gələcəkdə gözlənilən aşağıdakı vacib xərclər mövcuddur: uşağın xüsusi istedadını nəzərə alaraq musiqi məktəbinin direktorunun və piano ixtisas müəlliminin tövsiyəsinə əsasən, növbəti tədris ili başlayanadək alınmalı olan 57790 CZK (≈ 4912 AZN) dəyərində professional rəqəmsal və ya 151990 CZK (≈ 12920 AZN) dəyərində akustik piano; təxminən bir il sonrakı riyaziyyatfizika təmayüllü gimnaziyaya qəbul imtahanlarına hazırlaşmaq məqsədilə bu ilin sentyabr ayından etibarən klassik riyaziyyat, Heyne riyaziyyatı, çex dili və biologiya fənləri üzrə fərdi abituriyent hazırlığı; aylıq 4000 CZK (≈ 340 AZN); piano üzrə xarici ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə iştirak; hər yarış üçün təxminən 10000 CZK (≈ 850 AZN) xə rci tələb olunur. Uşaq 1 yaş 2 ayından etibarən cavabdehin himayəsində böyüyür və uşağın bütün fiziki, emosional və sosial ehtiyacları yalnız cavabdeh tərəfindən qarşılanır. İddiaçı (ata) isə nə ünsiyyət qurur, nə zəng edir, nə də görüşmək təşəbbüsü göstərir. Bu, uşağın ata fiquruna olan mənəvi ehtiyacının qarşılanmamasına və nəticədə dərin psixoloji boşluğun formalaşmasına səbəb olur. Mövcud psixoloji vəziyyətin yaratdığı fəsadları azaltmaq və uşağın emosional sabitliyini təmin etmək məqsədilə müntəzəm uşaq psixoloqu seanslarına ehtiyac yaranmışdır. Hazırda bu seansların saatlıq dəyəri 1800 CZK (≈ 153 AZN) təşkil edir və bu, əlavə daimi maliyyə yükü yaradaraq cavabdehin üzərinə düşən məsuliyyəti daha da artırır. Təhsil uşağın konstitusiya ilə təsbit olunmuş əsas hüququ olmaqla yanaşı, onu n cəmiyyətə inteqrasiyası, fərdi inkişafı və gələcək uğurları üçün vacibdir. Uşaq dövlət məktəbində ödənişsiz əsaslarla təhsil alır, yuxarıda qeyd olunan xərclərin heç biri lüks deyil və bunlar valideynin övladına göstərməli olduğu ən əsas diqqət və qayğının rəsmi və zəruri formalarıdır. Uşağın sinif yoldaşları və yaşıdları ilə müqayisədə həyat tərzi bərabər, bəzən isə daha aşağı səviyyədədir. Belə ki, Fərəhdən fərqli olaraq sinifdəki əksər uşaqlar özəl hazırlıq kurslarında iştirak edir, həmçinin yay və qış tətillərində xarici ölkələrdə düşərgələrə qatılırlar. Yuxarıda təqdim edilən xərclər siyahısına tətil, əyləncə, ad günü tədbirləri, intellektual və inkişafetdirici oyuncaqlar, bədii kitablar, ensiklopediyalar və digər bu qəbildən olan zəruri sosial və psixoloji dəstək xarakterli xərclər daxil edilməmişdir. Uşağın sağlamlığı, intellektual səviyyəsi, dünyagörüşü, sinif yoldaşları və dostları arasında ayrı-seçkilik və sosial təzyiqlərə məruz qalmaması, eyni zamanda yaşadığı xarici ölkədə uğurla uyğunlaşması üçün bu xərclər zəruridir. Fərəh həm yaşıdları, həm də cəmiyyətin gözləntiləri baxımından bu imkanlardan geri qalmalı deyil. Fərəhin təhsili, sağlamlığı və psixoloji rifahı naminə bu qədər maddi yükün təkbaşına ananın üzərinə qoyulması həm qanunvericiliyə, həm də ədalət prinsipinə ziddir. Uşaq yalnız ananın deyil, həmçinin atanın da övladıdır. Bu səbəbdən alimentin azaldılması uşağın həyat keyfiyyətinə, təhsilinə, gələcək potensialına, sosial bərabərliyinə və psixoloji inkişafına birbaşa zərbə vura bilər. Başqa bir məsələ, iddiaçının ikinci övladla birlikdə yaşaması alim entin azaldılması üçün əsas deyil. İddiaçı iddiasında ikinci nikahdan övladının olmasını əsas gətirərək alimentin azaldılmasını tələb edir. Lakin bu, əsaslı tələb deyil, çünki iddiaçının ikinci övladı ilə birlikdə yaşadığı məlumdur və ona ayrıca aliment ödəmir. Bu isə o deməkdir ki, ikinci uşağın xərcləri ümumi büdcədən ödənilir. Belə olan halda, birinci uşağın maddi təminatına toxunmaq onun hüquqlarını pozmaqdır. Göründüyü kimi aliment məbləğinin azaldılması üçün heç bir hüquqi əsas yoxdur. İddiaçı valideynlik vəzifələrini yerinə yetirməkdən faktiki olaraq boyun qaçırmaq üçün digər nikahından dünyaya gələn övladını bəhanə gətirmişdir. Halbuki, onun maddi vəziyyəti hər iki övladını saxlamaq üçün yetir. İddiaçı 13 mart 2025-ci il tarixində ikinci nikahdan olan birgə yaşadığı övladına əmək h aqqının 1/6 hissəsi miqdarında aliment ödəməsi barədə barışıq sazişi bağlamış və bu sazişi alimentin azaldılması üçün sübut kimi məhkəməyə təqdim etmişdir. Qeyd edilən sənəd Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, birinci övladla bağlı mövcud aliment məbləğinin azaldılması üçün qanuni əsas sayıla bilməz. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən - alimentin miqdarı aliment ödəyənin və aliment alanın ailə və maddi vəziyyətində və ya sağlamlıq vəziyyətində əsaslı dəyişiklik baş verdikdə dəyişdirilə bilər. Bu maddənin tələbinə əsasən, alimentin azaldılması yalnız iddiaçının maddi və ya ailə vəziyyətində obyektiv və əsaslı dəyişiklik baş verdikdə mümkündür. Halbuki ikinci övladla bağlı aliment öhdəliyi iddiaçının şəxsi təşəbbüsü və könüllü razılığı ilə götürülmüşdür və onun mad di vəziyyətini pisləşdirən hüquqi hal kimi qiymətləndirilə bilməz. İddiaçının maddi vəziyyəti olduqca yaxşıdır, bir neçə yerdən rəsmi və qeyri-rəsmi gəlirləri var və hər iki övladına aliment verəcək gücündədir. İddiaçı görünüş naminə hazırkı arvadı ilə barışıq sazişi bağlamış və bu sazişlə birinci övladı qarşısındakı öhdəliyini azaltmaq istəmişdir. Halbuki, həmin sazişə gələcəkdə riayət olunubolunmayacağı belə qeyri-müəyyəndir. MPM-in 80-ci maddəsinin tələbinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qeyd edilən barışıq sazişi isə, iddiaçı tərəfin tələbini hüquqi baxımdan müəyyən edən faktlarla və hallarla əlaqədar ola bilməz. MPM-nin 88-ci maddəsinə görə isə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bundan əlavə, Ailə Məcəlləsinin 76.1.1 və 76.2-ci maddələrinə və eyni zamanda ali hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasına əsasən valideynlərin uşaqlarını saxlamaq vəzifəsi dəyişməz və mütləq xarakter daşıyır. Valideynin digər övlada qarşı yeni könüllü öhdəlik götürməsi, birinci övladın hüquqi təminatının zəiflədilməsi üçün qanuni əsas ola bilməz. İddiaçı formal xarakter daşıyan bir sazişlə bu öhdəliyini yerinə yetirməkdən boyun qaçırmağa çalışır. Ümumiyyətlə, iddiaçının birgə yaşadığı övladı üçün hal-hazırda birgə yaşadığı və nikahda oldu ğu arvadı ilə bağladığı sözdə “barışıq sazişi” əsasında, onun bank hesabına pul köçürməsi heç cür anlaşılan deyildir. Bu hal əslində ailə daxilində vəsaitin “bir cibdən digər cibə” köçürülməsindən başqa bir şey deyildir və aliment öhdəliyinin real icrası kimi dəyərləndirilə bilməz. İddiaçıya birinci övladının yaşadığı ölkədəki təhsil, tibbi xidmət və ümumi yaşayış xərcləri, eləcə də övladı qarşısında daşıdığı – onun sağlamlığı, təhsili və digər sosial təminatlarını qarşılamaq üçün tələb olunan maddi vəsait tam məlum olsa da, o, görünüş naminə bağladığı formal xarakterli sazişə əsaslanaraq bu öhdəliklərdən yayınmağa və aliment məbləğinin azaldılmasına nail olmağa çalışır ki, bu da həm qanuna, həm də ədalət prinsipinə və uşağın maraqlarına ziddir.
12. Məhkəmə baxışında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsində qeyd edilənlərdən savayı, əlavə olaraq bildirmişdir ki, iddiaçının hazırda 2 övladı var. Onun gəlirlərindən aliment tutulması qət edilmişdir. Lakin bu, iddiaçının indiki nikahından doğulan övladının hüquqlarının pozulmasına səbəb olur. Belə ki, iş materiallarına da əlavə etdikləri əmək müqavilələrindən görünür ki, iddiaçının mediasiyaya müraciət etdiyi və iddia verildiyi vaxt gəliri bir iş yerində 4248.92 manat, indiki əmək haqqı isə 6597.12 manat olmuşdur. Əvvəlki əmək haqqının dörddə biri 1062 manat, indiki məbləğin altıda biri isə 1100 manat edir, yəni aliment məbləğinin iddiaçıdan tutulacaq hissəsi azalsa da, məbləğin miqdarı artmışdır. Həmçinin digər iş yerindən gəliri əvvəl 4340 manat olmuş, xx.xx.2023cü il tarixdən əmək haqqı isə 5440 manat məbləği ndə olmuşdur. Ali Məhkəmənin müvafiq Plenum qərarında aliment miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanılması əsas meyardır. Həmin meyar hazırkı aliment miqdarının azaldılması üçün əsasdır. Bütün bunlar göstərir ki, aliment miqdarının azaldılması uşağın həyat şəraitinin dəyişməsinə təsir göstərmir. Aliment miqdarının azaldılması barədə iddia qaldırılsa da, uşağın əvvəlki təminat səviyyəsi qorunaraq saxlanılır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə əsasən, 2025-ci il üçün ölkə üzrə 285 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Həmçinin iddiaçının hazırkı nikahdan olan həyat yoldaşı da narazılıq edir ki, övladlarının saxlanması üçün yetəri qədər xərc çəkilə bilmir. Həm də cavabdeh halha zırda Praqada yaşayır və işləyir, buna uyğun olaraq da müvafiq əməkhaqqı alır. Ona övladının saxlanması üçün hər ay müəyyən məbləğdə müavinət verilir. Müvafiq qanunvericilik aktlarına əsasən iddiaçıdan alınacaq alimentin azaldılması zəruridir.
13. Zaqatala Rayon Məhkəməsinin 2(033)-607/2025 saylı, 24 aprel 2025-ci il tarixli qərardadı ilə iddia tələbinə “ödəniləcək aliment miqdarının 50 faizinin uşağın adına açılmış bank hesabına köçürülməsinə” dair hissəsində xitam verilmişdir.
14. Zaqatala Rayon Məhkəməsinin 2(033)-607/2025 nömrəli, 24 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Vüqar Məmmədov)
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin dəlillərindən və əlavə edilmiş sənədlərə əsasən iddiaçının qazancının və başqa gəlirlərinin mi qdarı alimentin müəyyən edildiyi vaxtda olandan keçən dövrdə azalmamış, əksinə, artmış və hazırda 12037,12 manat təşkil edir. Bu isə alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində pisləşməyə doğru dəyişikliyin olmadığını təsdiq edir. Alimentin müəyyən edildiyi vaxtdan 26 sentyabr 2015-ci il təvəllüdlü X2 xərclərinin artması isə işin mübahisəsiz halıdır.
16. Birinci instansiya məhkəməsinin mövqeyinə görə xx.xx.2025-ci il tarixli MŞB/200121 saylı mediasiya prosesi üzrə təsdiq edilmiş barışıq sazişinin hazırkı mübahisəyə ilə bağlı işin həlli mərhələsində bağlanması isə, onun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olduğunu təsdiq edir. Belə olan halda iddiaçının tələbinin əsası kimi istinad etdiyi həmin əqd, iddia tələbinin təmin edilməsinə əsas ola bilməz. Eyni zamanda 26 sentyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan qazancın və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulması, aylıq qazanc və başqa gəlirləri artaraq 12037,12 manatadək yüksəlmiş və aylıq minimum 285 manat maddi təminat hüququ olan iddiaçının, eləcə də onun yeni nikahdan doğulmuş aylıq minimum 246 manat maddi təminat hüququ olan xx.xx.2023-cü il təvəllüdlü X7 hüquqlarını pozmur.
17. Bundan başqa, iddiaçı alimentin onun qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında müəyyən edilməsinin tərəflərin birgə nikahdan doğulmuş, hazırda Çexiya Respublikasında yaşayan və təhsil alan Fərəh Orucovanın saxlanması üçün yetərli olması barədə sübut təqdim etməmişdir. İşdə olan sübutlarla isə həmin ha l təsdiq edilməmişdir.
18. Birinci instansiya məhkəməsi alimentin iddiaçının qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında müəyyən edilməsinin tərəflərin birgə nikahdan doğulmuş və hazırda Çexiya Respublikasında yaşayan və təhsil alan Fərəh Orucovanın saxlanması üçün yetərli olması halının təsdiq olunmadığını nəzərə alaraq, iddianın təmin edilməsini hazırda Çexiya Respublikasında yaşayan və təhsil alan 26 sentyabr 2015-ci il təvəllüdlü X5 üstün tutulmalı və daha yaxşı təmin edilməli olan mənafeyinə zidd hesab etmişdir.
19. Birinci instansiya məhkəməsi onu da vurğulamışdır ki, yeni nikaha girənədək Fərəh Orucovanın saxlanması üçün qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment ödəmək öhdəliyinin olması iddiaçıya bəlli olsa da, o, yeni nikaha daxil olduğundan, həmi n hal alimentin miqdarının azaldılmasına əsas ola bilməz. Belə ki, yeni nikaha daxil olma və bu nikahdan uşağın doğulması əvvəlki nikahdan olan uşağın maddi təminatının azaldılmasına əsas sayılması, əvvəlki aliment öhdəliyinin azaldılması üçün iddiaçını qeyri müəyyən sayda yeni nikah münasibətinə daxil olmağa və ya uşaq sayında artıma təşviq xarakteri daşıyır. Başqa sözlə, yeni doğulan uşaqlarını saxlamaq öhdəliyini hazırda saxlamaq öhdəliyi olan uşağının maddi təminatı hesabına icra etməsi üçün iddiaçıya şərait yaradır ki, bu da qəbul edilməzdir.
20. Beləliklə, birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, alimentin miqdarının azaldılması üçün Ailə Məcəlləsinin 112-ci maddəsində müəyyən edilmiş əsas olmadığı üçün “aliment miqdarının azaldılması” tələbi rədd edilməlidir.
21. Biri nci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsi, “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 3-cü, Ailə Məcəlləsinin 112.1-ci, “Uşaq hüquqları haqqında” Qanunun 5, 13-cü, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanununun 1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının alimentin miqdarının azaldılması üçün Ailə Məcəlləsinin 112-ci maddəsində müəyyən edil miş əsasların olmadığını qeyd etmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı ilə müəyyən edilmiş aliment öhdəliklərinə münasibətdə, tərəflərdən birinin ailə və (və ya) maddi vəziyyətində əhəmiyyətli dəyişiklik baş verdikdə, habelə digər diqqətəlayiq hallarda, məhkəmə həmin qərarın dəyişdirilməsi və ya aliment ödəməkdən azad edilməsi barədə qərar qəbul edə bilər. Bu norma aliment münasibətlərində dəyişən həyat şəraiti və sosial-iqtisadi amillərin nəzərə alınması zərurətindən irəli gəlir və məhkəməyə alimentin miqdarının ədalətli şəkildə tənzimlənməsi üçün səlahiyyət verir. İş üzrə mövcud olan faktiki halların qiymətləndirilməsi zamanı, xüsusilə də iddiaçının ailə vəziyyətində baş vermiş dəyişiklik, eləcə də övladlar arasında hüquq bərabərlik prinsipinin təmin olu nması zərurəti işə baxan məhkəmə tərəfindən lazımi şəkildə nəzərə alınmamışdır. Halbuki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment öhdəliklərinin dəyişdirilməsi üçün tərəflərin ailə və maddi vəziyyətində baş verən dəyişikliklər, eləcə də digər diqqətəlayiq hallar məhkəmə tərəfindən qiymətləndirilməli və hüquqi nəticə doğuran əsaslar kimi nəzərə alınmalıdır.” Ailə Məcəlləsinin 76.1.2cimaddəsinə müvafiq olaraq, aliment ödənilməsi ilə bağlı valideynlər arasında razılaşma olmadıqda, məhkəmə 2 uşağa görə alimentin valideynin qazancının 1/3 hissəsi miqdarında tutulmasını müəyyən edir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-4737/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı 1 uşağın saxlanması üçün nəzərdə tutulmuşdur. Amma hazırda iddiaçının 2 uşağı vardır. Uşaqların sayı artdığı üçün əvvəlki qərar artıq real vəziyyəti əks etdirmir. Bu halda alimentin miqdarının dəyişdirilməsi qanuna uyğundur və uşaqların hüquqlarının daha əlverişli qorunması məqsədinə xidmət etməlidir. Həmçinin məhkəmə alimentin iddiaçının qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında müəyyən edilməsinin tərəflərin birgə nikahdan doğulmuş və hazırda Çexiya Respublikasında yaşayan və təhsil alan Fərəh Orucovanın saxlanması üçün kifayət etməməsi ilə bağlı arqumentini əsas gətirmişdir. Qeyd edilməlidir ki, Fərəh Orucovanın xaricdə təhsil alması aliment ödəyən valideynin maddi imkanlarından kənar, digər valideynin seçimi əsasında həyata keçirilən şəxsi seçimdir və bu seçimdən yaranan əlavə maliyyə yükünün tamamilə bir valideynin üzərinə qoyulması qanunvericili kdə nəzərdə tutulmur.Ailə Məcəlləsinin 76.1.2-ci maddəsi alimentin məbləğinin müəyyən edilməsində uşaqların sayına görə ümumi normativ çərçivə təqdim edir və məhkəmə hər bir konkret halda uşaqların ehtiyaclarını, valideynlərin maddi imkanlarını, eləcə də digər amilləri nəzərə alaraq alimentin məbləğini tənzimləyir. Beləliklə, 2 uşağın saxlanması üçün qazancın 1/3 hissəsinin tutulması normativ meyar olsa da, valideynin maddi vəziyyəti, uşaqların saxlanması xərcləri və digər səbəblər əsasında məhkəmə alimenti azalda bilər. İddiaçının aliment məbləğinin 1/6 hissəyə endirilməsi onun maddi imkanlarına uyğun və uşaqların təminatı baxımından məqbul hesab edilə bilər. Qanunvericilikdə müəyyən edilmiş normativlər ümumi çərçivəni təşkil etsə də, məhkəmələr aliment məbləğinin müəyyən edilməsində uşaq ların sayını, valideynin maddi imkanlarını, uşaqların ehtiyaclarını, valideynin həyat şəraitini və digər əhəmiyyətli halları nəzərə almaqla qərar qəbul etməlidir. Bu prinsiplər ədalətli və balanslaşdırılmış qərarların verilməsini təmin edir. Beləliklə, Ailə Məcəlləsinin 76.1.2-ci maddəsi məhkəməyə aliment məbləğinin dəyişdirilməsi üçün hüquqi əsas yaradır. İddiaçının alimenti azaldılmasını tələb etməsi, onun maddi imkanlarının azaldığı, övladların digər valideyn və ya sosial təminat mexanizmləri vasitəsilə dəstəkləndiyi və ya digər obyektiv səbəblər nəzərə alınmaqla qanuni əsaslandırıla bilər. İşin hallarından görünür ki, iddiaçının iki övladı var: biri əvvəlki nikahdan, digəri isə hazırkı nikahdan doğulub. Bu baxımdan, uşaqların hüquqlarının bərabərliyi prinsipi tələb edir ki, alimentin t əyin olunması zamanı hər iki uşaq nəzərə alınmalıdır. Məhkəmənin qərarında, iddiaçının birinci nikahdan olan övladı üçün aliment miqdarı nəzərdə tutulmuş, lakin ikinci nikahdan olan uşağın hüquqları nəzərə alınmamışdır ki, bu da “Uşaq hüquqları haqqında” Qanunun 6-cı maddəsinin və Ailə Məcəlləsinin əsas prinsiplərinə ziddir. Belə ki, qanunvericiliyin məzmunu uşaqlar arasında ayrı-seçkiliyə yol vermir və onların hüquqlarının tam və bərabər şəkildə təmin olunmasını tələb edir. Bundan əlavə, uşaqların hüquqlarının qorunması və onların zəruri ehtiyaclarının təmin olunması valideynlərin qarşılıqlı hüquq və öhdəliklərinə aiddir. Məhkəmə alimentin təyini zamanı iddiaçının gəlirlərini, ailə vəziyyətini, uşaqların sayı və ehtiyaclarını, həmçinin uşaqların yaşını və təhsil şəraitini nəzərə almalıd ır. Bütün bu hallar onu göstərir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi hüquq normalarının tələblərinə tam əməl etməmiş, iddiaçının ailə və maddi vəziyyətinin obyektiv qiymətləndirilməsini həyata keçirməmiş və nəticədə ədalətli qərarın qəbul edilməsinə imkan verməmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilərək işə mahiyyəti üzrə yenidən baxılması və iddia tələbinin təmin edilməsi zəruridir.
24. Apellyasıya baxışında video-konferans əlaqə sistemi vasitəsilə məhkəmə iclasına qoşulan cavabdeh apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, iddiaçının gəlir səviyyəsində pisləşməyə doğru hər hansı dəyişiklik baş verməmiş, əksinə, onun aylıq gəliri yaxşılaşaraq hazırda 12037,12 manat təşkil edir. Bununla yanaşı, tərəflərin birgə nikahından olan azyaşlı övladı Orucova Fərəhin fak tiki yaşayış və təhsil xərcləri əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, uşaq hazırda Çexiya Respublikasında yaşayır və orta məktəbdə təhsil alır, onun aylıq və illik sağlamlıq, təhsil, sosial və psixoloji təminat xərcləri artmışdır. İddiaçı ikinci nikahdan doğulan övladı Sara ilə faktiki birgə yaşayır. 1/6 hissə aliment də könüllü razılaşma ilə ödənilir. Odur ki, apellyasiya şikayəti əsassızdır.
25. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-759/2025 nömrəli, 4 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2(033)-607/2025 nömrəli qətnaməsi ləğv olunmuş, iddia təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-4737/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək iddiaçının qazancının və başqa gəlirlərinin 1/6 (altıda bir) hissəsi miqdarında alimentin tutularaq cavabdehə verilməsi qət edilmişdir (hakimlər Taleh Musayev (sədrlik edən və məruzəçi), Ələddin Məcidov, Elman İsayev).
26. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işin hallarına görə tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X9 adlı bir uşağı var, tərəflər sonradan ayrılmış və azyaşlı uşaq anasının himayəsində yaşadığından Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019- cu il tarixli, 2(005)-4737/2019 saylı qətnaməsi ilə uşağın saxlanması üçün iddiaçının qazanc və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq cavabdehə ödənilməsi qət e dilmişdir. Nikah pozulduqdan bir müddət sonra iddiaçı, X4 ilə nikaha daxil olmuş və bu nikahdan xx.xx.2023-cü il təvəllüdlü X10 adlı uşaqları doğulmuşdur. Daha sonra X12 Orucovla arasında yaranmış ailə münasibətlərindən irəli gələn mübahisənin məhkəmədənkənar həll edilməsi üçün Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət etmiş və tərəflər arasında xx.xx.2025-ci il tarixli Barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtlərinə əsasən iddiaçı, X4 ilə birgə nikahlarından xx.xx.2023-cü il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün aldığı əmək haqqının və digər gəlirlərinin 1/6 hissəsni ödəməyə razılıq vermişdir. Bundan sonra Barışıq sazişinin şərtləri iddiaçı tərəfindən icra olunmadığına görə X4 “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməs i” barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-717/2025 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, barışıq sazişinin təsdiq edilməsi qət edilmişdir.
27. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq göstərmişdir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. İrəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müv afiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
28. İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin azaldılmasından ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir.
29. Qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya alimen t ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
30. Apellyasiya instansiya məhkəməsi ilkin olaraq qeyd edib ki, ailə hüquq münasibətlərində uşaq hüquqlarına xüsusi önəm verilir və onların hüquqlarına toxunan bütün məsələlərin həllində uşaqların hüquqları üstün tutulur. Bu, uşaq hüquqları ilə bağlı bir sıra milli və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktlardan irəli gəlir. Belə ki, «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanu nvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq Hüquqları” haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
31. Apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, uşağın aliment hüququ iki formada – məhkəmədənkənar və məhkəmə qaydasında həll olunur. Alimentin ödənilməsinin məhkəmədənkənar qaydası Ailə Məcəlləsinin 94-cü maddəsində müəyyən olunmuşdur. Həmin normaya görə aliment ödənilməsi barədə saziş (alimentin miqdarı, ödənilmə qaydası və şərtləri) aliment ödəməli olan şəxslə onu alan şəxs arasında, aliment ödəməli olan və (və ya) onu alan şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs olduqda isə həmin şəxslərin qanuni nümayəndələri arasında bağlanır. Aliment ödənilməsi barədə saziş yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Aliment ödənilməsi barədə saziş notariat qaydasında təsdiq edildikdə, icra vərəqəsi qüvvəsinə malik olur.
32. Alimentin məhkəmə qaydasında tutulmasının əsasları isə Ailə Məcəlləsinin 75.4 və 76.1-ci maddəsində müəyyən olunmuşdur. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi, 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda tutulur.
33. Apellyasiya instansiya məhkəməsi şərh olunanlara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq diqqətə çatdırmışdır ki, iddiaçının cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X9 üçün qazancın (başqa gəlirlərin) 1/4 hissəsi məbləğində alimentin tutulması əsassızdır. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı hazırda X4 ilə birgə nikahlarından xx.xx.2023-cü il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün aldığı əmək haqqının və digər gəlirlərinin 1/6 hissəsi həddində aliment ödəyir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin göstərilən faktiki hallarını nəzərə almamış, Ailə Məcəlləsinin 76.1.2-ci maddəsində 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulması nəzərdə tutulsa da, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə maddi hüquq normasının tələblərinin pozulması ilə çıxarılmışdır.
34. Göründüyü kimi iddiaçının cavabdeh ilə birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü Fərəh adlı uşaq və X4 ilə birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü Sara adlı uşaq doğulmuşdur. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı iki müxtəlif nikahdan doğulmuş uşaq üçün aliment ödəyir. Birinci instansiya məhkəməsi isə ikinci nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü Sara adlı uşağın maraqlarını və iki uşaq üçün alimentin ödənilməsi ilə bağlı ailə qanunvericiliyinin tələblərini nəzərə almamışdır.
35. Apellyasiya instansiya məhkə məsi həmçinin birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli MŞB/2-00121 saylı mediasiya prosesi üzrə təsdiq edilmiş barışıq sazişini hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd kimi qiymətləndirməsini əsassız hesab edərək qeyd etmişdir ki, qeyd olunan barışıq sazişi Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-717/2025 nömrəli qətnaməsi ilə təsdiq edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
36. Apellyasiya instansiya məhkəməsi qeyd olunanları nəzərə aldığını göstərməklə, belə qənaətə gəlmişdir ki, iddia təmin edilməlidir. İddia təmin olunarkən iddiaçının azyaşlı uşaqlarından biri xx.xx.2015-ci il təvvəllüdlü Fərəh adlı uşaq cavabdehin himayəsində olduğundan Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin tələbləri nəzərə alınaraq iddiaçının qazancının və başqa gəlirlərinin altıda bir hissəsi miqdarında aliment tutularaq cavabdehə ödənilməlidir.
37. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 56.1, 75.1, 75.4, 76.1, 76.2, 78.1, 112.1-ci, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27.2-ci, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanununun 1ci, Mülki Prosessual Məcəllənin 14.2. 77.1, 82.3-cü maddələri, və “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və u şaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8 nömrəli Qərarının 8.3-cü bəndinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı fevral ayında iddia qaldırmış, mart ayında aliment ödədiyini bildirirək, barışıq sazişi imzalamış və amma nə birinci instansiya məhkəməsi zamanı, nə də ki apellyasiya instansiyası na şikayət verdiyi zaman alimenti ödəmədiyi ortaya çıxmışdır. Alimenti ödəmədiyinə görə iyun ayında arvadı məhkəməyə müraciət etmiş və iyun ayında məhkəmə sazişin şərtlərini təsdiq edərək məhkəmə qətnaməsi çıxarmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki barışıq sazişinin təsdiqlənməsi iddiaçının ikinci uşağa aliment ödədiyi mənasına gəlir. Lakin bu hal məhkəmədə sübuta yetirilməmişdir, halbuki iddiaçı faktiki birgə yaşadığı, normal ailə münasibətlərində olduğu arvadı ilə birinci uşağına verdiyi alimenti azaltmaq üçün bağladığı formal əqdin icra edilməməsi məhkəmə araşdırması ilə sübuta yetiriləcəkdir. İddiaçının aliment məbləğini azaldılması üçün indiki arvadı ilə bağladığı formal əqdin, məhkəmə tərəfindən təsdiq edilməsinin, apellyasiya instansiyası tərəfindən qanuni qüvvə sini almış qətnamə kimi qəbul edilməsi isə ümumiyyətlə absurddur. İlk öncə qeyd etmək lazımdır ki, xx.xx.2025-ci il tarixli, MŞB/2-00121 saylı mediasiya prosesi üzrə təsdiq edilmiş barışıq sazişi hazırkı mübahisəyə ilə bağlı işin həlli mərhələsində bağlanmış və iddiaçı tərəfindən ilk dəfə məhkəməyə müraciət edilərkən, ümumiyyətlə, belə bir halın mövcudluğu iddia ərizəsində qeyd edilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, qeyd edilən barışıq sazişinin bağlanılması və məhkəmə tərəfindən təsdiq edilməsi iddiaçının ikinci övladı üçün aliment ödədiyi mənasına gələ bilməz. Əksinə, işin hallarından bəlli olduğu kimi, iddiaçı ikinci arvadı ilə guya ki, alimentin ödənilməsi barədə sazişi mart ayında bağlanmış və arvadı Lamiyə Quliyeva xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət edərək iddiaçı tərəfindən barışıq sazişinin şərtlərinin icra edilmədiyini, yəni şəxsin aliment ödəmədiyini bildirmişdir. Əslində tərəflər bu hərəkətləri ilə öz-özlərinin niyyətlərini ifşa etmişdir. Belə ki, ilk öncə formal saziş bağlanmış, daha sonra saziş icra edilməyərək məhkəmə formasında təsdiqlədilmişir. İddiaçı mart ayından bəri (guya ki 1 yanvar tarixindən) aliment ödəmirdisə niyə birinci instansiya məhkəməsinə qazancının 1/6 hissəsini aliment üçün arvadının bank hesabına köçürdüyünü bildirmişdir. Qeyd edilən barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi apellyasiya instansiyası tərəfindən MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələnd irilməməsi və yenidən sübut edilməməsi kimi dəyərləndirilmişdir. Halbuki müvafiq barışıq sazişinin Şabran Rayon Məhkəməsi tərəfindən yalnızca şərtləri təsdiqlənmiş və barışıq sazişinin məcburi icra edilməsinə yönəlmişdir. Yəni, məhkəmənin sazişi təsdiqləməsi prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir. Apellyasiya instansiyası tərəfindən iddiaçının indiki arvadı ilə birgə yaşayıb-yaşamaması, ikinci övladına aliment veribverməməsi, iyun ayında qanuni qüvvəsini almış barışıq sazişinin icra edilib-edilməməsi barədə müvafiq icra şöbəsindən müvafiq məlumatların əldə edilib-edilməməsi araşdırma predmeti olmamış, yalnızca formal bağlanan, icra edilməyən barışıq sazişi iki uşağa aliment verilməsi qənaətinə gətirib çıxarmış bununla da ədalətli məh kəmə araşdırması prinsipi pozulmuşdur. İddiaçının mart ayında bağladığı sazişlə alimentin azaldılması iddiasında olması və iyun ayında hələ də bu alimenti ödəməməsi məhkəmənin sazişin formal olması barədə qənaətə gəlməsi üçün ən böyük əsas olmalı idi. Hal-hazırda qeyd edilən əqd cavabdeh tərəfindən məhkəmə qaydasında mübahisələndirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 40.Kassasiya şikayətinə iddiaçının etirazı daxil olmuşdur. Etiraz iddia ərizəsinin dəlillərinə uyğun məzmunda əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ü çün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qey ri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən o lunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiya Maddə 27.2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqları valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təc rübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı Bənd 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasi ya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
42. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin q ətnaməsini tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
43. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Apellyasiya m əhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
46. İddia tələbi aliment məbləğinin uşaqların sayına uyğun müəyyən edilməsi barədədir.
47. İşin müəyyən edilən halına görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-4737/2019 saylı qətnaməsinə əsasən X5 yetkinlik yaşına çatanadək iddiaçıdan onun qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında cavabdehin xeyrinə aliment tutulub. Eyni zamanda iddiaçının yeni nikahından xx.xx.2023-cü il təvəllüdlü X10 adlı bir qızı da vardır.
48. Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin tələbinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. Göründüyü kimi, qanunvericilik 2 uşağa görə bir q ayda olaraq alimentin miqdarını müəyyən edib.
49. Apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Ailə Məcəlləsinin 76.1.2-ci maddəsini düzgün tətbiq etmişdir.
50. Üstəlik, Ailə Məcəlləsinin 76.2-ci maddəsi bu qaydadan kənara çıxmanı da istisna etmir. Həmin normada aliment paylarının miqdarının məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilməsini nəzərdə tutmuşdur.
51. Qanuna görə 2 uşağa üçün qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur və iddiaçının iki uşağı vardır, belə olan halda, iddiaçının hər iki uşağı nəzərə alınmaqla onun cavabdehlə nikahından olan uşağına 1/6 hissədə aliment tutulması barədə gəlinən nəticə işin hallarına uyğun olmaqla əsaslıdır.
52. Buna görə də məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşır və əlavə şərhə zərurət görmür.
53. Belə ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
54. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər əsassızdır.
55. Belə ki, cavabdeh kassasiya şikayətində iddiaçın ın yeni nikahdan olan arvadı ilə bağladığı barışıq sazişinin formal olmasını, bu sazişlə iddiaçının əvvəlki nikahdan olan uşağına ödənilən alimenti azaltmaq məqsədi güddüyünü bildirmişdir.
56. Məhkəmə kollegiyası bu dəlillə bağlı izah edir ki, əvvəla, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu vəzifəni valideynlər məhkəmə aktı (qətnamə, əmr) olmadan yerinə yetirməlidirlər. Aliment ödənilməsi isə o hallarda olur ki, valideyn uşaqlarını saxlamaqla bağlı vəzifəsini könüllü yerinə yetirmir və uşaqların saxlanması öhdəliyi məhkəmə aktı ilə məcburi qaydada valideynin üzərinə qoyulur.
57. Hazırki işin halları baxımından iddiaçının digər (yeni) nikahdan olan uşağını saxlamaq vəzifəsi qanundan irəli gəlir və bunun üçün həmin uşağa aliment ödənilməsi barədə barışıq sazişinin olub-olmamasının iş üçün hər hansı hüquqi əhəmiyyəti qalmır. İşin müəyyən edilən halı odur ki, iddiaçının ayrı nikahlardan olsa da, iki uşağı vardır.
58. Bu da o deməkdir ki, yeni nikahdan olan uşağa aliment ödənilməsi barədə saziş və ya məhkəmə aktının olub-olmamasından asılı olmayaraq, iddiaçı onu saxlamağa borcludur və alimentin məbləği də qeyd edildiyi kimi uşaqların sayına görə ödənilir. Başqa sözlə, aliment ödənilməsi barədə saziş və ya məhkəmə aktı yoxdursa, bu, o demək deyil ki, valideyn öz himayəsində olan uşağı saxlamır.
59. Həmçinin o da nəzərə alınmalıdır ki, bütün uşaqlar bərabər səviyyədə maddi təminat hüququna malikdirlər.
60. Əks yanaşma, bir neçə (hətta üç və daha artıq) ayrı nikahın hər birindən bir və ya daha artıq uşağı olan valideynin əmək haqqının qanunda nəzərdə tutulan həddən daha a rtıq tutulmasına və ya ümumiyyətlə, tam tutulmasına şərait yaradar.
61. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-759/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.