Məhkəmə qərarları › İş №2(102)-2199/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2199/2024

11.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2199/2024 11.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı Cavabdeh qarşı qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi (iş məhkəmədə baxılmalı deyildirsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1286/2024 nömrəli, 2 aprel 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-355/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında Səadət Sarayında xx.xx.2007-ci il tarixdə 1083 akt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X2 anası Cavabdeh yanında qalması müəyyən edilmiş və yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X1 üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 250 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.

2. Yasamal rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli rəyinə əsasən, cavabdeh komissiyaya verdiyi izahatında nikah pozulduqdan sonra 2021-ci il in noyabr ayınadək iddiaçı və övladı ilə birlikdə yaşadığını, sonradan onların keçmiş qayınanasının yanına köçməsinə etiraz etmədiyini, övladını son bir aydır görə bilmədiyini göstərmişdir. Həmçinin uşaq komissiyaya verdiyi izahatında həmişə atası ilə yaşadığını, anasının onunla heç vaxt maraqlanmadığını, uzun müddətdir onu görmədiyini, bütün bunlara görə atasının yanında qalmaq istədiyini bildirmişdir. 3. 26.04.2022-ci il tarixli arayışa əsasən, həmin tarixə X3 aliment borcu 3500 manat təşkil etmişdir. Həmçinin icra işindən görünür ki, X4 tərəfindən icra sənədi üzrə heç bir ödəniş edilməmiş, eyni zamanda tələbkarın ərizəsinə əsasən zəruri məcburi icra tədbirləri həyata keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X1 üçün Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş aylıq 250 manat alimentin tutulması ilə bağlı icra sənədi üzrə yaranmış 4.500 manat məbləğdə aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında nikahın məhkəmə qaydasında pozulmasına baxmayaraq, ailə kimi iddiaçıya məxsus olan ünvan 1 ünvanında yaşamağa davam etmişlər. İddiaçının atası xx.xx.2021-ci il tarixdə ölümündən sonra o, X9 ilə birlikdə atasına məxsus ünvan 2 ünvanında yerləşən mənzilə köçmüşdür və həmin vaxtdan övladı ilə birgə yaşayır, onun bütün xərclərini özü qarşı layır. Baxmayaraq ki, nikah pozularkən iddiaçı xx.xx.2008-ci il təvəllüdlü X5 anasından ayırmamaq üçün Cavabdeh yanında saxlanılmasına və iddiaçının 250 manat məbləğində aliment ödəməsinə razılıq vermiş, həmin vaxt uşağın fikri nəzərə alınmamış, iş üzrə Qəyyumluq və Himayəçilik Komisiyasında uşağın mənafeyi baxımından hansı valideynin yanında qalmasına dair ətraflı araşdırma aparılmamış, hansı valideynin yanında qalmasının uşağın maraqlarına uyğunluğu öyrənilməmiş, eləcə də, həmin vaxt 13 yaşında olmasına baxmayaraq öz taleyi ilə bağlı qərar qəbul edilərkən uşağın fikrini söyləməsi və bunun nəzərə alınmalı olmasına dair qanunun tələbinə və bu sahədə formalaşmış vahid məhkəmə təcrübəsinə əməl olunmamışdır. Məhz buna görə də valideynləri ayrılandan sonra Kənan İsmayılov atasına daha çox bağl ı olduğundan onun yanında qalmışdır. Hazırda övladının bütün xərclərini iddiaçı ödəyir, belə olan halda məhkəmə qətnaməsində formal olaraq anaya aliment ödənilməsi əsassız olur. Hadisələrin sonrakı axarı və X9un davranışları göstərdi ki, onun atasına daha çox bağlılığı olduğu halda anasının yanında saxlanılması uşağa psixoloji cəhətdən pis təsir etmişdir. Bundan başqa anası Cavabdeh 14 saylı Poliklinikada işləməsi, günün çox hissəsinin işdə olması, eləcə də, doğulduğu vaxtdan X9un atası ilə daha çox vaxt keçirməsi, bağçadan və birinci sinifdən başlayaraq hər gün onun tərəfindən təhsil müəssisələrinə aparılması, dərsləri, təlim tərbiyəsi ilə məşğul olması, onu əlavə tədris planı üzrə ingilis dili və riyaziyyat fənlərindən repititorlara, eləcə də, idman dərnəklərinə aparması və gündəlik hə yatında ehtiyaclarının ödənməsində çox iştirak etməsi səbəbindən atasına bağlılığı daha çox olmuş, bu baxımdan övladının anasının himayəsinə verilməsi uşağın maraqlarına və qabiliyyətlərinin inkişaf etdirilməsinə cavab verməmişdir. X9 nikah pozulduqdan sonra faktiki olaraq heç vaxt anasının himayəsində olmamış, ondan ayrı yaşamamışdır, onun bütün xərclərini istər nikah dövründə, istərsə də nikah pozulduqdan sonra tam şəkildə iddiaçı ödəmişdir və hazırda da ödəyir. Qeyd etmişdir ki, nikah pozulduqdan övladı və keçmiş həyat yoldaşı olan Cavabdeh ilə birlikdə bir müddət ünvan 3 ünvanındakı mənzildə birlikdə yaşamaqda məqsədi övladına psixoloji travma yaşatmamaq olmuşdur ki, hazırda da həmin məqsədlə cavabdeh onun müliyyətində olan qeyd olunan mənzildə yaşamağa davam edir. Baxmayaraq ki, xx.xx.2021-ci il tarixdən onunla birlikdə öz istəyi ilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüş və hazırda da həmin ünvanda onunla birlikdə yaşamağa davam edir. Cavabdeh onun aliment borcuna görə hədələdiyindən hazırda əsassız olaraq hesablanan borcun silinməsini tələb edir. Məhz oğlunun psixoloji travma yaşamaması səbəbindən bu qədər müddətdir ki, xx.xx.2021-ci ildən o heç vaxt aliment tələb etməmişdir, halbuki həmin aliment uşağa təyin olunmuş, iddiaçı isə uşağa həmin aliment məbləğindən artıq məbləği ona xərcləyir.

6. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-4147/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair mülki iş üzrə icraat eyni tərəflər arasında “uşağın atanın himayəsinə verilməsi və aliment tələbi”nə dair həmin məhkəmənin icraatında olan e2(004)-2248/2022 nömrəli mülki işə baxılıb qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır.

7. Daha sonra Yasamal Rayon Məhkəməsinin 2(004)-114/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən mülki iş üzrə icraat təzələnmişdir. Belə ki, məhkəmənin icraatında olan e-2(004)-2248/2022 nömrəli mülki iş üzrə qəbul edilmiş qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1429/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış və yekun məhkəmə aktı qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir.

8. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etiraz verərək xx.xx.2008-ci il təvəllüdlü X2 iddiaçı X3 razılığı ilə onun yanında qalmaqla 250 manat sabit pul məbləğində alimentin təyin edilm əsi barədə Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsinin olmasını nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında dinlənilmiş X6 ifadəsində bildirmişdir ki, onun 15 yaşı var və İncəsənət Gimnaziyasında təhsil alır. İncəsənət sahəsində aktyorluq ilə məşğuldur. O, valideynləri ilə babası vəfat etməzdən əvvəl birlikdə yaşayıb. 2021-ci ilin noyabr ayında babası vəfat edib və o, atası ilə birgə ata-nənəsinin yanına digər mənzilə köçmüşdür. 2021-ci ilin noyabr ayının 11-dən sonra atası ilə birgə qalmış, noyabr ayından sonra anası ilə əlaqə saxlamamışdır.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 4 noyabr 2023-ci il tarixli e-2(004)-114/2023 nömrəli qətnaməsi ilə (hakim Günel Əkbərli) iddia tələbi təmin edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1429/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, məhkəmə baxışı zamanı tərəflərin 2021-ci ilin noyabr ayınadək uşaqları ilə birlikdə iddiaçıya məxsus mənzildə yaşamaları müəyyən edilmişdir. Bunu həm tərəflər, həm də uşaq bildirmişdir. 2021-ci ilin noyabr ayında isə iddiaçı uşağı hər hansı bəhanə ilə cavabdehdən almamışdır. Sadəcə olaraq, onlar ayrılmış və bu zaman uşaq iddiaçı ilə bilrikdə getmişdir. Bu məsələyə aydınlıq gətirilərkən, həm birinci (xx.xx.2022-ci il), həm də 7 aya yaxın müddət keçdikdən sonra apellyasiya (xx.xx.2023- cü il) instansiyası məhkəmələrində, uşaq eyni mövqedən çıxış edərək, öz istəyi ilə iddiaçı ilə getdiyini, cavabdehlə deyil, məhz iddiaçı ilə yaşamaq istədiyini qətiyyətlə bildirmişdir. Uşağın iddiaçının təsiri, o cümlədən iradəsinə zidd olaraq onunla yaşaması, yaşadığı dövrdə də onların arasında hər hansı problemin yarandığı və ya anlaşılmazlığın yaşandığı, habelə iddiaçının uşağın emosional-iradi sferasına və psixi durumuna neqativ təsir göstərə biləcək hər hansı hərəkətə yol verməsi halı müəyyən edilməmişdir. Uşağın anası ilə yaşamaq məsələsinə dair mövqeyinin iddiaçının təsiri nəticəsində formalaşması halı da müəyyən edilməmişdir. Əksinə uşağın özü də onun anası ilə ünsiyyətdə olmasına atasının etiraz etmədiyini, hətta şənbə və bazar günləri məcburi şəkildə anasının yanına apardığını bildirmişdir. Həmçinin uşaq məhkəmə qaydasında cavabdehin yanında saxlanılmasına baxmayaraq, hazırda iddiaçının yanında qalır. Bununla belə, uşaq hüquqi baxımdan cavabdehin himayəsində qalmaqla faktiki olaraq iddiaçının himayəsindədir.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, ananın xx.xx.2021-ci il tarixdən xx.xx.2021ci il tarixədək olan dövr ərzində uşağın saxlanılmasında bilavasitə iştirakı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı özü izahatında ananın nadir hallarda uşağa geyim əşyası almasını göstərməsinə baxmayaraq bildirmişdir ki, bu hal xərclərin cüzi hissəsini təşkil etmişdir. Məhkəmə iclasında dinlənilən Kənan İsmayılzadə də izahatında təsdiq etmişdir ki, onun maddi xərcləri atası tərəfindən qarşılanmışdır. Beləliklə, atanın qeyd olunan dövr ərzində uşağın saxlanılmasında iştirakı və xərclərin əksər hissəsinin onun tərəfindən ödənilməsi öz təsdiqini tapmamışdır.

13. Məhkəmə tədqiq edilmiş mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək qeyd etmişdir ki, məhkəmənin qətnaməsi ilə uşağa görə atadan alimentin tutulması qət edilsə də, o, mütəmadi olaraq övladı ilə birgə yaşamış zəruri ehtiyaclarını qarşılamış, valideynlik borcunun yerinə yetirilməsi üçün mümkün zəruri tədbirləri görmüş, sabit məbləğdə cavabdehə alimenti ödənişi etməməklə övladının qanunla qorunun mənafelərinə xələl gətirməmiş və övladının saxlanılmasında bilavasitə iştirak etmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1, 49.2, 52, 58.2, 60.4, 78.1, 78.2. 100.2, 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 4, 13 və 19-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsini n 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1286/2024 nömrəli, 2 aprel 2024-cü il tarixli qərardadı ilə (hakimlər – Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Xəyal Sarıyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi birinci insta nsiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisənin düzgün həlli üçün Ailə Məcəlləsinin 106.5 və 107.2-ci maddələri nin təhlil olunması zəruridir.

18. Ailə Məcəlləsinin 107.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcuddursa, maddənin məzmununda “aliment ödəməli şəxsin iddiası üzrə” sözləri qeyd olunduğundan işə mülki mühakimə (iddia icraatı) icraatı qaydasında baxılmalıdır. Həmin hallar aşağıdakılardır: məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə.

19. Lakin hazırkı mübahisə üzrə qeyd olunan hallar mövcud deyildir. Buna görə də məhkəmə kollegiyası hesab edib ki, Ailə Məcəlləsinin 107. 2-ci maddəsi bu iş üzrə tətbiq oluna bilməz.

20. Ailə Məcəlləsinin 106.5-ci maddəsi isə icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər birinin onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət etmək imkanını nəzərdə tutur.

21. Həmçinin, “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununun 7ci maddəsinə əsasən alimentin məhkəmənin qətnaməsində göstərilən miqdarına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcları müəyyən etmək icra məmurunun vəzifəsi kimi nəzərdə tutulmuşdur.

22. Hazırkı mübahisənin məzmununu da məhz məhkəmənin qətnaməsinə əsasən tutulmalı olan borcun silinməsi (müəyyən edilməsi) təşkil edir. Buna görə də bu borcun müəyyən olunması icra məmurunun səlahiyyətindədir və iddia ərizəsində göstərilən hallar icra məmuru tərəfindən araşdırılmalıdır.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə” 08 dekabr 2023-cü il tarixli, 04/2023 nömrəli qərardadında şərh olunan hallar hazırkı işlə eyniyyət təşkil etməsə də, həmin qərardada əsasən gəlinən nəticə ondan ibarət olmuşdur ki, əgər mübahisə məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdədirsə, borclunun ərizəsi əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilməlidir.

24. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd edilənlərə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qətnamə qanuni və əsas lı deyildir, şikayətin dəlilləri qismən təsdiq edilməklə qətnamənin ləğvinə əsas verir. Buna görə də şikayət qismən təmin edilərək qətnamə ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir

25. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.3, 106.5. 107.2-ci maddələrinə, “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə” 08 dekabr 2023-cü il tarixli, 04/2023 nömrəli qərardadına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (Vəki l1) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarını düzgün təvsir və tətbiq etməmişdir. Belə ki, borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Bu maddi hüquq normasının tələbi o deməkdir ki, qətnamə və ya saziş əsasında icranı həyata keçirən icraçı ödənil əcək alimenti hesablayır və tutulmasını təmin edir, bu zaman tərəflər onun alimentin hesablanması və tutulması barədə hərəkətlərindən narazıdırsa yəni bir tərəf az, digəri çox hesablanmasın hesab edirsə onda məhkəməyə şikayət edə bilr. Hazırkı işdə isə aliment ödəməli olan şəxs deyir ki, bu alimenti uşağa xərcləmiş, uşaq da anasının yanında deyil, atasının yanında öz istəyi ilə qalmışdır. Məhkəmədə sübut olunmuşdur ki, bu alimentdən də artıq pul uşağa ata tərəfindən xərclənmişdi. Hətta bunu ana da etiraf etmişdir. Bundan əlavə aliment uşağa görə təyin olunur, valideynlər ayrı yaşadıqda uşaqdan ayrı yaşayan valideyn uşağı saxlayan digər valideyinə ödəyir.

28. Apellyasiya instansiyası məhkəməsinin əsaslandığı Ali Məhkəmənin 04/2023 saylı qərardadında şərh olunur ki, alimentin tutulması tər əflər arasında mübahisə predmeti deyilsə, yalnız həmin alimentin hansı məbləğdə və qaydada ödənilməsi mübahisə doğurursa onda bu işə iddia icraatı çərçivəsində deyil, icra icraatı çərçivəsində baxılmalıdır. Belə ki, tələb alimentin tutulmasıdır ki, bu da tərəflər arasında mübahisə doğurmur, mübahisə icra üsulu ilə əlaqədardır. Apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin bu mövqeyini düzgün şərh etməmiş, hazırkı işlə əlaqəsinin olmamasına baxmayaraq işə tətbiq etməklə qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib icraata xitam vermişdir.

29. İddiaçı kassasiya şikayətini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 106,107-ci maddələrinə, Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına, Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 218-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmuş, etirazda kassasiya şikayəti dəlillərinin əsassız olması qeyd edilməklə apellyasiya məhkəməsinin qərardadının dəyişdrilmədən saxlanılması xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

31. Maddə Maddə 106.3. Borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir.

32. Maddə 106.5. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qa ydada şikayət edə bilər.

33. Maddə 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu

34. Maddə

7. İcra xidmətinin icra məmuru icra ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir: alimentin məhkəmənin qətnaməsində və ya aliment ödənilməsi barədə sazişdə göstərilən miqdarına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcları müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə” 0 8 dekabr 2023-cü il tarixli, 04/2023 nömrəli Qərardadı 35. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələb qətnamənin icra qaydasının müəyyən edilməsi barədə müraciətdir.... Məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdə bu məsələ borclunun ərizəsi əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilir.... Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli, hər iki halda iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvaf iq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

40. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

44. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətind ən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tət biq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

49. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan normaları əsasında iddia tələbi üzrə icraatın mümkünlüyü ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apelyasiya instansiyası məhkəməsi bununla bağlı istinad etdiyi əsasları qərardadında ətraflı şərh etmişdir və həmin məsələləri təkrarlamağa lüzum qalmır.

50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

51. Kassatorun dəlilləri apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticədən fərqli nəticəyə gəlməyə və qərardadın ləğvinə əsas vermir.

52. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti tə min edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1286/2024 nömrəli, 2 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar