Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2676/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: alimentin azaldılması, valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-422/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasınd a baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı və Cavabdeh2 25 oktyabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, xx.xx.2014-cü il tarixdə X11 doğulmuşdur.
2. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(043)-114/2015 nömrəli qətnaməsinəəsasən, iddia təmin edilmiş, xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment xx.xx.2015-ci il tarixdən hesablanaraq İddiaçı tutularaq Cavabdeh2 xeyrinə ödənilməsi qət edilmişdir.
3. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(043)-7498/2018 nömrəli qətnaməsinəəsasən, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh2 arasında 25 oktyabr 2013-cü il tarixdə 1017 saylı akt qeydi ilə bağlan mış nikahın pozulması, boşanmadan sonra xx.xx.2014-cü il tarixdə anadan olmuş X11 adlı uşağın anası Cavabdeh2 yanında saxlanması qət edilmişdir.
4. İddiaçı ilə Cavabdeh1 xx.xx.2021-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş, birgə nikahdan xx.xx.2021-ci il tarixdə X9 doğulmuşdur.
5. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci iltarixli e-2(043)-1011/2022 nömrəli qətnaməsinə əsasəniddia təmin edilmiş,xx.xx.2021-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşınaçatanadək saxlanılması üçün İddiaçı xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentintutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ alimentin miqdarının dəyişdirilməsi tələbinə dair” ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(043)-114/2015 nömrəli qətnaməsi ilə xx.xx.2014-cü il tarxdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında müəyyən olunmuş alimentin miqdarını azaldaraq xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan hər ay qazancının və başqa gəlirlərinin 1/8 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh2 xeyrinə ödənilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(043)-1011/2022 nömrəli qətnaməsi ilə xx.xx.2021-ci təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər a y qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında müəyyən olunmuş alimentin miqdarını azaldaraq xx.xx.2021-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan hər ay qazancının və başqa gəlrlərinin 1/8 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən müəyyən olunmuş iki uşağa görə hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment hazırkı vəziyyətinə görə həddindən çoxdur. Faktiki olaraq hər uşağa görə 1/4 hissə aliment tutulduqda iddiaçının qazancının yarısı alimentin tutulmasına yönəlmişdir. Həmçinin Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə görə məhkəmə tərəfindən 2 uşağa görəqazancın (başqa gəlirlərin) üçdə bir hissəsi hər ay aliment tutulur. Sadalan maddi hüquq normaya görə hər uşağa görə iddiaçının qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında alimenin tutulması nəzərdə tutulmuşdur. Eyni zamanda iddiaçının maddi vəziyyəti dənəzərə alınmalı idi. Belə ki, pandemiya ilə bağlı iddiaçının uçuşları azalmış, 14 may 2022-ci il tarixdən rəsmi kirayə müqaviləsi əsasında ayda 400 manat ödəməklə kirayədə qalmışdır. Bundan başqa, iddiaçının aylıq qazancından və digər gəlirlərindən tutqular aparıldıqdan sonra onun “Paşa Həyat” Sığortaya 1843 manat borcu qalmışdır. Nəticə etibarı ilə, iddiaçının aylıq qazancından bütün tutqular aparıldıqdan sonra əmək haqqından ona heç nə qalmamışdır.
8. Cavabdeh2 cavabdeh İddiaçı qarşı “valideynin əlavə xərclərdə iştirak” tələbinə dair qarşılıqlı iddia ər izəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 müalicə xərcləri üçün cavabdeh İddiaçı hər ay 600 manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh1 birgə yaşamışlar. Aliment tələbinin məqsədi hazırkı iddia tələbini qaldırmaq olmuşdur. Onların birgə yaşaması məhkəməyə təqdim edilmiş vəsatət təmin olunduqdan və sübutlar əldə olunduqdan sonra sübuta yetiriləcəkdir. İddiaçı alimentin azaldılmasının əsası kimi əmək haqqının azalmasını qeyd etsə də, aliment köçürülən bank hesabından çıxarışdan görünmüşdür ki, əmək haqqında artımlar olmuşdur. İddiaçı əmək haqqının azalmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Kirayədə yaşamasını ə sas gətirsə də, bu onu göstərmişdir ki, gəliri yüksəkolmuşdur ki, 400 manat məbləğində kirayə müqaviləsi bağlamışdır. Bundar başqa kirayə müqaviləsi üzrə ödənişin həyata keçirilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Kirayə müqaviləsini formal olaraq bağlamışdır. İddiaçı və digər cavabdeh tərəfindən olunan hərəkətlərin məqsədi ona ödənilən alimentin miqdarının azaldılmasına nail olmaqdır. X11 aktiv uşaq olmuş, idmanla məşğul olmuş, məktəbdən sonra hazırlıq məşğələlərinə getmişdir. O, yaşayış yeri olmadığı üçün uşağı ilə birgə kirayə yaşamışdır. Uşağı idmana və hazırlıq məşğələlərinə apardığı üçün heç bir yerdə işləməmişdir. Uşağın bütün xərclərini xeyrinə ödənilən alimentlə qarşılamışdır. Bütün bunlar qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş arayışlarla öz sübutunu tapmışdır. Bun dan paşqa X11 ağciyər fibrozu xəstəliyindən, kəskin formada xroniki bronxitdən və ürək genişlənməsindən əziyyət çəkmiş, mütəmadi olaraq müalicə olunmuşdur. Bu isə Cavabdeh2 maddi cəhətdən çətinlik yaratmışdır. Daim dərman alınmalı və uşaq həkim nəzarətində olmalıdır. Qeyd olunanlarla bağlı aylıq 600 manatdan yuxarı xərc çəkilmişdir.
10. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-335/2023 nömrəli iş üzrə 21 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mustafayev Mustafa) ilk iddia qismən təmin edilmiş, qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Gəncə şəhəri, Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(043)-114/2015 nömrəli qətnaməsi ilə xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi m iqdarında müəyyən olunmuş alimentin miqdarının azaldılması və uşağın yetkınlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh2, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(043)-1011/2022 nömrəli qətnaməsi ilə xx.xx.2021-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında müəyyən olunmuş alimentin miqdarının azaldılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ilk iddia üzrə iddiaçıdan hər ay qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh1 ödənilməsi qət edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi ilk iddia ilə bağlı qeyd etmişdir ki,ailə qanunvericiliyi aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulmasını nəzərdə tutmuşdur. Hazırda iddiaçı 2 uşağa münasibətdə ayrı-ayrılıqda qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment ödədiyindən ümumilikdə 2 uşağa görə qazancının 2/4 hissəsində, yəni yarısı miqdarında aliment ödəyir ki, bu da məhkəmənin qənaətinə görə Ailə Məcəlləsinin 76.1-ci maddəsinin tələblərinə uyğun olmamışdır.
12. Birinci instansiya məhkəməsi bu baxımdan hesab etmişdir ki, iddiaçının 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment ödəməsi Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən tərəflərin maddi və ailə vəziyyətinə uyğun olardı. Alimentin 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda tutulması nəticəsinə gələrkən, məhkəmə həmçinin tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması barədə qanunvericiliyin tələblərini də nəzərə alır. Belə ki, hazırkı vəziyyətdə iddiaçının aldığı əmək haqqını nəzərə alsaq, iddiaçının hər uşağa münasibət ödəyəcəyi qazancının 1/6 hissəsində aliment həmin uşaqların həm qanunla müəyyən edilmiş yaşayış minimumuna uyğun təminatına, həm də uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına imkan vermişdir.
13. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respu blikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” X14 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəyə əsasən, Əli Vəlizadə xx.xx.2023-cü il tarixdə X10 PHŞ X2 müayinə olunmuş və hazırda onda “Dəqiqləşdirilməmiş kəskin bronxit”in olduğu müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar Ə.Vəlizadənin ambulator müalicəyə (desloratadin, montelukast), hipoallergik pəhrizə və kəskinləşmə dövründə stasionar müalicəyə ehtiyacı vardır. Müalicəyə sərf olunacaq vəsaitin miqdarının təyini məhkəmətibbi ekspert komissiyasının səlahiyyətlərinə aid olmadığı qeyd olunmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 müalicə xərcləri üçün cavabdeh İddiaçı hər ay 600 manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, xx.xx.2014-cü il tarixd ə anadan olmuş X5 müalicəsi üçün 600 manat xərcin tələb olunmasını, həmin xərclərin nədən ibarət olmasını təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 76.1, 782, 81.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Qanunun 8, 13, 19-cu maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh2 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xa hiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi araşdırakən iş materiallarına əlavə olunmuş sübutları qiymətləndirməmişdir. Belə ki, iş materiallarında olan Cavabdeh1 və İddiaçı məxsus "xxxx" ASC-də olan bank hesablarından çıxarış məlumatlarından görünmüşdür ki, Cavabdeh1 məxsus bank kartı da İddiaçı tərəfindən istifadə olunmuşdur. Belə ki, müxtəlif dövrlərdə Cavabdeh1 məxsus kartla İddiaçı alış-veriş zamanı Almaniya Federativ Respublikasında istifadə etmişdir. Bundan başqa müxtəlif dövrlərdə Cavabdeh1 məxsus kartla İddiaçı öz kartına köçürmələr etmişdir. Bu isə onu göstərmişdir ki, Cavabdeh1 aliment tələbi formal olmuş əvvəlcədən düşünülmüşdür. Belə ki, Cavabdeh1 və İddiaçı birgə yaşamışdır. Cavabdeh1 iddianı qaldırmaqda məqsədi onun xeyrinə tutulan alim entin miqdarını azaltmaq olmuşdur. İşin hallarından da görünmüşdür ki, cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutulmasına etiraz etməmişdir. Məhkəmə qətnaməsindən şikayət verməmişdir. Ancaq onun xeyrinə alimentin tutulması ilə bağlı qətnamədən bütün məhkəmə instansiyalarına şikayət vermişdir. Eyni zamanda onun xeyrinə tutulan aliment barədə məhkəməyə məlumat verməmişdir. Məqsəd hazırkı iddia ilə məhkəməyə müraciət etmək olmuşdur. Bundan başqa iş materiallarında olan İddiaçı müxtəlif banklardan olan hesabdan çıxarış məlumatlarından görünür ki, İddiaçı mərc oyunları oynamışdır. Bu isə onun əyani sübutu olmuşdur ki, iddia ərizəsində qeyd etdiyi kimi maddi vəziyyəti pisləşməmişdir. Maddi vəziyyəti pisləşmiş şəxs gələn gəliri mərc oyunlarına sə rf etməzdi. Məhkəmə zamanı qeyd olunanlar sübut olunsa da məhkəmə sübutları nəzərə almamış, maddi normalara əsaslanaraq qətnamə çıxarmış, maddi norma ilə yanaşı sübutlara da qiymət verməli idi. Qanunvericiliyin tələbinə əsasən qətnamə maddi və prosessual normalara əsaslanmalıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan da göründüyü kimi əmək haqqı gəlirləri artmışdır. Bundan başqa məhkəmə qaşılıqlı iddia tələbini təmin etməmə əsası kimi heç bir sübut təqdim etməməyini əsas gətirmişdir. Lakin məhkəmə prosesi zamanı reseptləri və digər xəstəlik sənədlərini məhkəməyə təqdim etmişdir. Məhkəmənin öz mülahizəsi və digər tərəflərin xahişi ilə ekspertiza keçirilmişdir. Ekspert rəyinə əsasən X5 “Dəqiqləşdirilməmiş kəskin bronxitin”in olduğu müəyyən edilmişdir. İş matreriallarında rese ptlərin olmasına baxmayaraq məhkəmə tərəfindən həmin sübutlara qiymət verilməmişdir. Məhkəmə qətnaməsi yalnız məhkəmə iclasında hərtərəfli tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Göründüyü kimi məhkəmə işə baxarkən bütün faktiki halları araşdırmamışdır. Bu isə nəticədə qətnaməni şübhə altına alır. Qanunvericiliyin tələbinə görə qətnamə əsaslı olmalıdır. Sübutlara qiymət versə idi məhkəmə qeyd olunan maddi normanı tətbiq etməzdi. Belə ki, Cavabdeh1 aliment köçən kartı İddiaçı istifadəsindədir və hər ay keçən aliment Rauf Əliyevin kart hesabına köçürülmüşdür. Göründüyü kimi Cavabdeh1 ödənilən aliment formal olaraq ödənilmişdir. Məqsəd Cavabdeh2 ödənilən alimentin miqdarını azaltmaq olmuşdur. Qeyd olunanlar İddiaçı və Cavabdeh1 kart hesabından çıxarışda əks olunsa da məhkəmə həmin sübu tlara qiymət verməmişdir. Eyni zamanda köçürülən pullar İddiaçı tərəfindən mərc oyunlarına ödənilir. Bir daha sübut olunur ki, Cavabdeh1 tərəfindən aliment tələbi uşağın saxlanması üçün deyil məqsədli şəkildə Cavabdeh2 ödənilən alimentin azaldılması məqsədilə qaldırılmışdır. Əks təqdirdə ödənilən aliment təyinatına uyğun uşağın saxlanması üçün istifadə edilərdi, İddiaçı kart hesabına göndərilməzdi. Məhkəmə alimentin miqdarını azaldarkən uşağın əvvəlki təminatını nəzərə almamışdır.
18. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-422/2024 nömrəli mülki iş üzrə 13 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X12 (sədrlik edən və məruzəçi), X6 və X1) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Gəncə Şəhər Məhkəməsinin e2(125)-335/2023 saylı, 21 avqust 2023-cü il tarixli qətn aməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyator şikayətində göstərmişdir ki, Cavabdeh1 aliment tələbi formal olmuş əvvəlcədən düşünülmüşdür. Belə ki, Cavabdeh1 və İddiaçı birgə yaşamışlar. Cavabdeh1 iddianı qaldırmaqda məqsədi onun xeyrinə tutulan alimentin miqdarını azaltmaq olmuşdur. İşin hallarından görünür ki, cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutulmasına etiraz etməmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin bu dəlilləri əsassıdır. Belə ki, mülki işin materiallarında olan Gəncə şəhəri, Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(043)-1011/2022 nömrəli qətnaməsinə əsasən, xx.xx.2021-ci il tarixdə anada n olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir.
21. Göründüyü kimi, xx.xx.2021-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin tutularaq Cavabdeh1 ödənilməsi barədə qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 76.1, 81.1, 112.1-ci maddələrinə, “Azərbaycan Respublika sında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa, “Uşaq hüquqları haqqında” Qanununa, habelə MPM-in 77.1, 81, 88, 112.1, 217.3, 384.0.1, 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh2 (vəkil X7) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ona aid olan hissədə ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
26. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
27. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddəbir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
28. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdəmüstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyətiolmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilənkənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmətərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
29. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindənalimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddivəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu
30. Maddə
13. Uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyənedilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 217.3. Qətnamə iş ü zrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməs i tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətna mə Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
42. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
43. Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, İddia çı onun xeyrinə tutulan alimentin məbləğinin azaldılması üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
44. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, ailə qanunvericiliyi aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulmasını nəzərdə tutmuşdur. Hazırda iddiaçı 2 uşağa münasibətdə ayrıayrılıqda qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment ödədiyindən ümumilikdə 2 uşağa görə qazancının 2/4 hissəsində, yəni yarısı miqdarında aliment ödəyir ki, bu da məhkəmənin qənaətinə görə Ailə Məcəlləsinin 76.1-ci maddəsinin tələblərinə uyğun olmamışdır.
45. Apellyasiya instansiyası məhkəməsi, Cavabdeh2 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment ödəməsi Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən tərəflərin maddi və ailə vəziyyətinə uyğun olardı.
46. Alimentin 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda tutulması nəticəsinə gələrkən, apellyasiya instansiyası məhkəməsi həmçinin tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə almaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması barədə qanunvericiliyin tələblərini də nəzərə almışdır.
47. Belə ki, hazırkı vəziyyətdə iddiaçının aldığı əmək haqqını nəzərə alaraq, onun bir uşağa münasibətdə ödəyəcəyi qazancının 1/6 hissəsində aliment həmin uşaqların həm qanunla müəyyən edilmiş yaşayış minimumuna uyğun təminatına, həm də uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına imkan vermişdir.
48. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, “Məhkəmə Tibbi Ekspertiza və X3” X14 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəyə əsasən, X xx.xx.2023-cü il tarixdə X10 PHŞ X2 müayinə olunmuş və hazırda onda “Dəqiqləşdirilməmiş kəskin bronxit”in olduğu müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar X ambulator müalicəyə (desloratadin, montelukast), hipoallergik pəhrizə və kəskinləşmə dövründə stasionar müalicə yə ehtiyacı vardır. Müalicəyə sərf olunacaq vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid olmadığı qeyd olunmuşdur. Cavabdeh2 xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 müalicə xərcləri üçün İddiaçı hər ay 600 manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 müalicəsi üçün 600 manat xərcin tələb olunmasını, həmin xərclərin nədən ibarət olmasını təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də ilk iddianı qismən təmin, qarşılıqlı iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir.
49. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, Cavabdeh2 kassasiya şikayətində göstərdiyi dəlillər iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə kollegiyası q ə r a r a aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 fevral 2024-cü il tarixli, 2(104)-422/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.