Məhkəmə qərarları › İş №2(102)-1566/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1566/2023

11.04.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1566/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Sumqayıt Şəhər Mühafizə İdarəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Sumqayıt Xovlu-İplik Açıq Tipli Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti) QƏRARİ Açar sözlər: sağlamlığa vurulmuş zərər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı, Həsənov Vüqar Təvəkkül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Sumqayıt Şəhər Mühafizə İdarəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Sumqayıt Xovlu-İplik Açıq Tipli Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti) sağlamlığa vurulmuş zərərə görə ödəncin verilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2031/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 11 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. 14/4 saylı, xx.xx.1982-ci il tarixli, Forma H-İ akta əsasən, 1982-ci ilin sentyabr ayının 7-də, gecə saat 03:00 radələrində bədbəxt hadisə baş vermişdir. Hadisə nəticəsində Sumqayıt şəhər Mühafizə Şöbəsinin əməkdaşı Müzəffərov Teyyub Qafar oğlu xəsarət almışdır. Bu barədə akt tərtib edilmişdir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı zona TSEK tərəfindən verilmiş arayışa əsasən, Müzəffərov Teyyub Qafar oğluna istehsalat xətası nəticəsində 2-ci dərəcə əlillik qrupu müddətsiz olaraq verilmişdir.

3. Sumqayıt şəhər Xalq Məhkəməsinin 14 may 1984-cü il tarixli qətnaməsi ilə cavabdeh Xovlu İplik fabrikindən və Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin X10nin yanında müəssisədənkənar mühafizə şöbəsindən müştərək qaydada birdəfəlik olaraq xx.xx.1983-cü ildən xx.xx.1984-cü il tarixə kimi 16 ay üçün 2174 manat 56 qəpik, yəni, Sumqayıt Xovlu İplik fabrikindən 1087 manat 28 qəpik və müəssisədən kənar mühafizə şöbəsindən 1087 manat 28 qəpik pulun alınıb iddiaçı Müzəffərov teyyub Qafar oğluna ve rilməsi, cavabdehlər Xovlu İplik fabrikindən və Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin X10nin yanında müəssisədənkənar mühafizə şöbəsindən müştərək qaydada hər ay 1984-cü ilin may ayının 10-dan 1985-ci ilin yanvar ayının 10-na kimi Sumqayıt Xovlu İplik fabrikindən 67 manat 95 qəpik və müəssisədənkənar mühafizə şöbəsindən 67 manat 95 qəpik pulun alınıb Müzəffərov teyyb Qafar oğluna verilməsi (fərq 185 manat, 91 qəpikdir), Cavabdeh Sumqayıt Xovlu İplik fabrikindən 90 manat 80 qəpik və müəssisədənkənar mühafizə şöbəsindən 90 manat 80 qəpik dövlət nəfinə rüsum alınması qət edilmişdir.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş 22 saylı, xx.xx.2020-ci il tarixli arayışa əsasən, Müzəffərov Teyyub Qafar oğlu DSMF Sumqayıt Şəhər Şöbəsində 2-ci qrup əlil olaraq xx.xx.1989-cu il tarixindən ömürlük əmək pensiyası alır.

5. MŞB/6-1055 saylı, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən, Müzəffərov teyyub Qafar oğlu ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. 6. “Xalq Bank” Sumqayıt Filialının AZ81HAJCFCRAZN**********1001 saylı hesabdan çıxarışa əsasən, sonuncu dəfə 2019-cu ilin avqust ayının 14-də iddiaçının kart hesabına 140,03 manat mədaxil edilmişdir. Bundan sonra həmin kart hesabına hər hansı vəsait mədaxil edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi i lə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sumqayıt Şəhər Mühafizə İdarəsinin istehsalat qəzası nəticəsində əmək xəsarəti almağı ilə əlaqədar iddiaçıya ödənilməli olan aylıq ödənclərin ödənilməsini dayandırmasının qanunsuz sayılması,istehsalat qəzası nəticəsində əmək xəsarəti alması ilə əlaqədar iddiaçıya 01 yanvar 2022-ci il tarixdən məbləği 240 manatdan aşağı olmamaqla aylıq ödənclərin hesablanaraq ödənilməsi, 01 iyul 2019-cu il tarixdən 2021-ci ilin dekabr ayı da daxil olmaqla ödənilməmiş məbləği 200 manatdan aşağı olmamaqla aylıq ödənclərin toplanaraq 6000 (altı min) manat birdəfəlik ödəniş şəklində iddiaçıya ödənilməsi,ilkin mediasiya sessiasının keçirilməsi ilə bağlı ödədiyi 50 manat pul vəsaitinin i ddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sumqayıt şəhər Mühafizə İdarəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1981-ci ildə keçmiş Azərbaycan Boru Prokatı Zavodunda metal kəsici peşəsi üzrə işlədiyi dövrdə (hal-haızrda Azərbaycan Boruyayma Zavodu adlandırılır) müdiriyyətin razılığı əsasında Sumqayıt şəhər keçmiş Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin X10 yanında Müəssisədənkənar mühafizə şöbəsində(hal-hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sumqayıt şəhər Mühafizə İdarəsi adlandırılır) əlavə işçi olaraq işə qəbul olunmuş,atıcı kimi 6 nömrəli komandaya daxil edilmiş və işləmək üçün Sumqayıt Xovlu İplik Fabrikinə göndərilmişdir.1982-ci ilin sentyabrın 6-dan 7-ə keçən gecə işdə olarkən iş vaxtında ağır bədən xəsarəti almış, aldığı xəsarətlər nəticəsində peşə əmək qabiliyyətinin 80%-ni itirərək İİ qrup əlillik dərəcəsi almışdır. Həmin xəsarətlər hal-hazırda da iddiaçının səhhətinə ciddi təsir göstərməkdədir. İş vaxtı zamanı işəgötürənin təqsiri ucbatından xəsarət almağı və bunun nəticəsində peşə əmək qabiliyyətinin 80%-ni itirməyi Sumqayıt şəhər Mühafizə İdarəsinin 29 dekabr 1982-ci il tarixli, 14/4 saylı “İstehsalatda bədbəxt hadisə haqqında” aktı, 6 saylı Tibbi sosial Ekspert Komissiyasının arayışları, həmçinin Sumqayıt Şəhər Məhkəməsinin 14 may 1984-cü il tarixli, 3-2/2-1984 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə öz təqdiqini tapmışdır. İş vaxtı iş yerində xəsarət alımağı ilə ə laqədar olaraq iddiaçıya sonradan İİ qrup əlillik dərəcəsi verilmişdir. Sözügedən hadisə nəticəsində iddiaçı peşə əmək qabiliyyətinin 80%-ni itirdiyindən, qanunvericiliyə görə əsas iş yeri üzrə aldığı əmək haqqının əmək qabiliyyətini itirdiyi dərəcəyə mütanasib olan hissəsi xəsarət almağında təqsirkar olan işəgötürənlər, yəni Sumqayıt Xovlu İplik Fabriki və Sumqayıt şəhər keçmiş Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin yanında Müəssisədənkənar mühafizə şöbəsi tərəfindən ödənilməli idi. Lakin onlar bu ödənişi ödəməkdən yayındıqlarına görə iddiaçı həmin dövrdə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 14 may 1984-cü il tarixli,3-2/2-1984 saylı qətnaməsi ilə onların iddiaçının iş vaxtı xəsarət almağında və bunun nəticəsində əmək qabiliyyətinin 80%-n i itirməyində təqsirli olduqları sübuta yetirilmiş,10 yanvar 1983- cü il tarixdən 10 may 1984-cü il tarixədək 16 ay üçün həmin dövrdə olan məzənnə ilə 2174 manat 56 qəpik pul vəsaitinin müştərək qaydada Sumqayıt Xovlu İplik Fabrikindən və Sumqayıt şəhər keçmiş Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin X10nin yanında Müəssisədənkənar mühafizə şöbəsindən alınaraq iddiaçıya ödənilməsi, həmçinin 1984-cü ilin may ayından 1985-ci ilin yanvar ayınadək,yəni ilkin tibbi arayışda göstərilmiş əmək qabiliyyətinin itirildiyi və növbəti tibbi müayinənin təyin edildiyi müddət ərzində hər iki təşkilatdan hər ay müvafiq pul məbləğinin iddiaçıya ödənilməsi qət edilmişdir.Sonradan iddiaçının əmək qabiliyyəti bərpa olunmadığından iddiaçıya müddətsiz olaraq İİ qrup əlillik dərəcəsi verilmişdir. Beləliklə, h əm Sumqayıt Xovlu İplik Fabriki, həm də Sumqayıt şəhər keçmiş Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin X10nin yanında Müəssisədənkənar mühafizə şöbəsinin hüquqi varisi olaraq Sumqayıt şəhər Mühafizə İdarəsi iddiaçının 1982ci ilin sentyabrın 6-dan 7-ə keçən gecə işdə olarkən iş vaxtında ağır bədən xəsarəti almağında, aldığı xəsarətlər nəticəsində peşə əmək qabiliyyətinin 80%-ni itirməyində təqsirli olduqlarından,qanunvericiliyə uyğun olaraq hər iki təşkilat tərəfindən hər ay müvafiq pul məbləğinin iddiaçıya ödənilməsi həyata keçirilmiş və 2019- cu ilin əvvəllərinədək hər iş yerindən 140 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilmişdir. Lakin 2019-cu ilin əvvəllərində Sumqayıt şəhər Mühafizə İdarəsinin rəhbərliyi dəyişdikdən sonra sözügedən ödənişlərin həyata keçirilməsi dayandırılmış dır. Bununla bağlı iddiaçı Sumqayıt şəhər Mühafizə İdarəsinə rəsmi müraciət etdikdə iddiaçıya ödəniş edilməsi üçün əsasın olmaması və yuxarıda qeyd edilən məhkəmə qətnaməsində iddiaçıya edilməli olan ödənişin müddətinin guya 1985-ci ilin may ayınadək göstərilməsi ilə əsaslandırmağa çalışmışlar. Halbuki,iddiaçıya edilən aylıq ödəniş məhkəmə qərarı əsasında deyil, müvafiq normativ-hüquqi akt əsasında həyata keçirilirdi. Göründüyü kimi, iddiaçıya ödənilən aylıq ödənişlərin kəsilməsi üçün hər hansı hüquqi əsaslar yoxdur və həmin ödənişlər davamlı olaraq həyata keçirilməlidir. Bu səbəbdən hesab edir ki,cavabdehin iddiaçının müraciətinə verdiyi imtinada əsaslandığı halların hər hansı hüquqi əsası yoxdur və 1982-ci ilin sentyabrın 6-dan 7-ə keçən gecə işdə olarkən iş vaxtında ağır bədən xəsarət i almağı ilə əlaqədar olaraq əmək qabiliyyətini itiriməyinə görə cavabdeh tərəfindən aylıq ödənişlərin iddiaçıya ödənilməsinin bərpa olunması və bugünədək iddiaçıya verilməmiş ödənişlər üzrə yaranmış borcun birdəfəlik olaraq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməlidir. Eyni zamanda məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, əmək qabiliyyətini itiriməyinə görə cavabdeh tərəfindən iddiaçıya verilən aylıq ödənişlərin miqdarı da düzgün hesablanmamış və qanunvericliklə müəyyən olunandan az miqdarda iddiaçıya ödənişlər edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003- cü il 9 yanvar tarixli 3 saylı Qərarı ilə təsdiq edilmiş ”İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Qərarının 3.5-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Lakin bu normanın ziddinə olaraq 01 iyul 2019-cu il tarixədək cavabdehin iddiaçıya ödədiyi aylıq ödənişlərin miqdarı 140 manat təşkil etmişdir. Nəzərə alınsa ki, Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında minimum əmək haqqının məbləği 250 (iki yüz əlli) manat müəyyən edilmişdir, belə olan halda 01 iyul 2019-cu il tarixdən s onra iddiaçıya ödənilməli olan aylıq ödənişlərin miqdarı sözügedən qərarın 3.5-ci bəndinə əsasən minimum əmək haqqının 80 faizindən, yəni 200 manatdan aşağı olmamalı idi. Halhazırda isə ölkə üzrə minimum əmək haqqının miqdarı 300 manat müəyyən edildiyindən, ödənilməli olan aylıq ödənclərin miqdarı 240 manatdan aşağı olmamalıdır. Cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan aylıq ödənişlərin ödənilməsi qanunsuz olaraq dayandırıldığından, iddiaçı sözügedən problemin həlli üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş,lakin məhkəmə iddia tələbinin mülki xarakterli olduğunu əsas gətirərək iddianı mümkün saymayaraq mülki məhkəmə icraatı qaydasında iddia tələbi ilə məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Bu səbəbdən sözügedən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pozulmuş hüququmu müdafiə etmək qərarına gəlmişdir.

9. Məhkəmə iclasında iddiaçı Müzəffərov Teyyub Qafar oğlu iddia tələbini müdafiə etmiş, iddia ərizəsində qeyd edilənləri təsdiq etmiş, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-Vəkil iddia tələbini müdafiə etmiş, İddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında cavabdeh Sumqayıt Şəhər Mühafizə İdarəsinin nümayəndəsi Nümayəndə1 iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı Müzəffərov Teyyub Qafar oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək bildirmişdir ki, 1981-ci ildən Sumqayıt şəhər Mühafizə İdarəsində (əvvəlki adı: Sumqayıt Xalq Deputatları Soveti İcr aiyyə Komitəsinin X10 yanında Müəssisəədnkənar Mühafizə Şöbəsi) əlavə işçi kimi işə qəbul edilmiş, atıcı kimi 6 №-li komandaya daxil olunmuş və işləmək üçün Sumqayıt Xovlu İplik Fabrikinə göndərilmişdir.1982-ci ilin sentyabr ayının altısından yeddisinə keçən gecə işdə olarkən (iş zamanı) ağır bədən xəsarəti almış, əmək qabiliyyətinin 80 %-ni itirmiş, 2-ci qrup əlil olmuşdur. İşdə bədbəxt hadisənin baş verməsi ilə bağlı sənədləşmənin sonunda Azərbaycan Sovet Sosialist Respublikası adından Sumqayıt şəhər Xalq Məhkəməsinin xx.xx.1984-cü il tarixdə, 3/2-2 saylı iş üzrə çıxardığı qətnamədə iddiaçının əsas iş yeri üzrə əmək haqqının 319 manat, 69 qəpik təşkil etməsi, əmək qabiliyyətinin itirdiyi 80 %-i 255 manat 91 qəpik təşkil etməsi və bundan 120 manat pensiya alması, qalan 135 manat 91 qəpi k fərqi cavabdehdən tələb etməsi, 20 % itirilməmiş məbləğin 63 manat 98 qəpik təşkil etməsi göstərilmişdir. Həmin qətnaməyə əsasən iddiaçıya cavabdehlər Sumqayıt Xovlu İplik fabrikindən və Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin X10 yanında Müəssisədənkənar Mühafizə Şöbəsindən müştərək müştərək qaydada birdəfəlik olaraq 10 yanvar 1983-cü ildən 10 may 1984-cü il tarixə kimi 16 ay üçün 2174 manat 56 qəpik, yəni Sumqayıt Xovlu İplik fabrikindən 1087 manat 28 qəpik, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin X10 yanında Müəssisədənkənar Mühafizə Şöbəsindən 1087 manat 28 qəpik alınaraq iddiaçıya verilməsi cavabdehlərə öhdəlik kimi qoyulmuşdur.Ona görə də 10 may 1984-cü ildən 10 yanvar 1985-ci il tarixə kimi hər iki qurum tərəfindən ayrıayrılıqda 67 manat 95 qəpik pulun Müzəffər ov Teyyub Qafar oğlunun xeyrinə ödənilməsi qətnamədə öz əksini tapmışdır. Baxmayaraq ki, məhkəmə qətnaməsinə əsasən İddiaçı 10 yanvar 1985-ci il tarixə kimi 67 manat 95 qəpik müavinət ödənilməsi öhdəlik kimi göstərilmişdir, ona 2019-cu ilin sonlarına kimi ödəniş olunmuşdur. Bundan əlavə tibbi komissiyanın sonuncu rəyinin nə vaxt alınması qətnamədə aydın deyildir. Daha sonra 1984-cü ilin qətnaməsində Sumqayıt Xovlu İplik fabriki İddiaçı əsas iş yeri kimi göstərilmiş, əsas iş yerinin nərdivanından yıxılan iş yoldaşı Fətəliyev onun üstünə yıxılmış və o, xəsarət almışdır. Əmək intizamının pozulması Fətəliyevin iş ayaqqabılarını geyməməsi və icazəsiz aşağı mərtəbəyə düşməsi də göstərilmişdir. Mövcud Qanuna əsasən əlilliyə görə müavinət alan şəxsin pensiya hüququ yarandıqda və ona əmək pensiyası təyin olunduqda həmin müavinət dayandırılır. Hazırda İddiaçı pensiya hüququ əldə etmişdir. Bundan əlavə İddiaçı əsas iş yerində, Sumqayıt Xovlu İplik Fabrikində xəsarət almışdır. Hesab edir ki, İddiaçı iddia tələbi əsassızdır və ona görə rədd edilməlidir.

12. Məhkəmə tərəfindən Sumqayıt Xovlu-İplik Açıq Tipli Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişdir.

13. Əvvəlki məhkəmə prosesində iştirak edən Sumqayıt Xovlu-İplik Açıq Tipli Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 bildirmişdir ki, istehsalatda bədbəxt hadisə baş verdiyi müddətdən bugünkü günədək ödənişləri ödəyirlər və ödəməyə davam edəcəklər. Hesab edirlər ki, həmin vəsait ödənilməlidir.

14. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müd afiəsi Nazirliyi yanında X6 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişdir.

15. Məhkəmə iclasında iştirak edən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X6 Xidmətinin Abşeron Xızı regional şöbəsinin nümayəndəsi Nümayəndə4 bildirdi ki, iddia tələbi əsaslıdır. İddia tələbində göstərilən ödəncləri iddiaçı xəsarət aldığı zaman işlədiyi təşkilat yəni hazırki halda Sumqayıt şəhər Mühafizə İdarəsi ödəməlidir. İddiaçının təqdim etdiyi sənədlərdən də göründüyü kimi istehsalatda bədbəxt hadisə baş verərkən iddiaçı Müzəffərov Teyyub Qafar oğlu Sumqayıt şəhər Mühafizə Şöbəsinin əməkdaşı olmuşdur. Odur ki, iddia tələbi təmin edilməlidir. Hətta bir məqamı da əlavə olaraq qeyd etdi ki, iddiaçı qanunvericiliyin normalarına görə müvafiq vəzifədə işləyən işçinin əmək haqqına mütənasib ödənc istəyə bilər, lakin hazırki halda iddiaçı minimum əmək haqqına mütənasib ödənc istəyir. Odur ki, iddia tələbi əsaslıdır, ona görə də təmin edilməlidir.

16. Sumqayıt şəhər məhkəməsinin (hakim X3) 2(060)-2367/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sumqayıt Şəhər Mühafizə İdarəsinin istehsalat qəzası nəticəsində əmək xəsarəti almağı ilə əlaqədar iddiaçı Müzəffərov Teyyub Qafar oğluna ödənilməli olan aylıq ödənclərin ödənilməsini dayandırması qanunsuz hesab edilmiş, İstehsalat qəzası nəticəsində əmək xəsarəti alması ilə əlaqədar iddiaçı Müzəffərov Teyyub Qafar oğluna 01 yanvar 2022-ci il tarixdən məbləğ i 240 manatdan aşağı olmamaqla aylıq ödənclər hesablanaraq cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sumqayıt Şəhər Mühafizə İdarəsi tərəfindən ödənilməsi 01 avqust 2019-cu il tarixdən 2021-ci ilin dekabr ayı daxil olmaqla ödənilməmiş 5744 (beş min yeddi yüz qırx dörd) manat pulun birdəfəlik ödəniş şəklində cavabdehdən alınaraq iddiaçı Müzəffərov Teyyub Qafar oğluna ödənilməsi, ilkin mediasiya sessiasının keçirilməsi ilə bağlı iddiaçı Müzəffərov Teyyub Qafar oğlu tərəfindən ödənilmiş 50 manat pul vəsaitinin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sumqayıt şəhər Mühafizə İdarəsinin üzərinə qoyulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.

17. Məhkəmə qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Müzəffərov Teyyub Qafar oğlu 1981-ci ildə keçmiş Azərbaycan Boru Prokatı Zavodunda metal kəsici peşəsi üzrə işlədiyi dövrdə (hal-haızrda Azərbaycan Boruyayma Zavodu adlandırılır) müdiriyyətin razılığı əsasında Sumqayıt şəhər keçmiş Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin X10 yanında Müəssisədənkənar mühafizə şöbəsində(hal-hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sumqayıt şəhər Mühafizə İdarəsi) əlavə işçi olaraq işə qəbul olunmuş, atıcı kimi 6 nömrəli komandaya daxil edilmiş və işləmək üçün Sumqayıt Xovlu İplik Fabrikinə göndərilmişdir.1982-ci ilin sentyabrın 6-dan 7-ə keçən gecə işdə olarkən iş vaxtında ağır bədən xəsarəti almış, aldığı xəsarətlər nəticəsində peşə əmək qabiliyyətinin 80%-ni itirərək İİ qrup əlillik dərəcəsi almışdır. Həmin xəsarətlər halhazırda da iddiaçının səhhətinə ciddi təsir göstərməkdədir. İş vaxtı zamanı işəgötürənin təqsiri ucbatından xəsarət almağı və bunun nəticəsində peşə əmək qabiliyyətinin 80%-ni itirməyi Sumqayıt şəhər Mühafizə İdarəsinin 29 dekabr 1982-ci il tarixli, 14/4 saylı “İstehsalatda bədbəxt hadisə haqqında” aktı, 6 saylı Tibbi sosial Ekspert Komissiyasının arayışları, həmçinin Sumqayıt Şəhər Məhkəməsinin 14 may 1984-cü il tarixli, 3-2/2-1984 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə öz təqdiqini tapmışdır. İş vaxtı iş yerində xəsarət alımağı ilə əlaqədar olaraq iddiaçıya sonradan İİ qrup əlillik dərəcəsi verilmişdir. Sözügedən hadisə nəticəsində iddiaçı peşə əmək qabiliyyətinin 80%- ni itirdiyindən, qanunvericiliyə görə əsas iş yeri üzrə aldığı əmək ha qqının əmək qabiliyyətini itirdiyi dərəcəyə mütanasib olan hissəsi xəsarət almağında təqsirkar olan işəgötürənlər, yəni Sumqayıt Xovlu İplik Fabriki və Sumqayıt şəhər keçmiş Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin yanında Müəssisədənkənar mühafizə şöbəsi tərəfindən ödənilməli idi. Lakin onlar bu ödənişi ödəməkdən yayındıqlarına görə iddiaçı həmin dövrdə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 14 may 1984-cü il tarixli,3-2/2-1984 saylı qətnaməsi ilə onların iddiaçının iş vaxtı xəsarət almağında və bunun nəticəsində əmək qabiliyyətinin 80%-ni itirməyində təqsirli olduqları sübuta yetirilmiş,10 yanvar 1983-cü il tarixdən 10 may 1984-cü il tarixədək 16 ay üçün həmin dövrdə olan məzənnə ilə 2174 manat 56 qəpik pul vəsaitinin müştərək qaydada Sumqay ıt Xovlu İplik Fabrikindən və Sumqayıt şəhər keçmiş Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin X10nin yanında Müəssisədənkənar mühafizə şöbəsindən alınaraq iddiaçıya ödənilməsi, həmçinin 1984-cü ilin may ayından 1985-ci ilin yanvar ayınadək,yəni ilkin tibbi arayışda göstərilmiş əmək qabiliyyətinin itirildiyi və növbəti tibbi müayinənin təyin edildiyi müddət ərzində hər iki təşkilatdan hər ay müvafiq pul məbləğinin iddiaçıya ödənilməsi qət edilmişdir.Sonradan iddiaçının əmək qabiliyyəti bərpa olunmadığından iddiaçıya müddətsiz olaraq İİ qrup əlillik dərəcəsi verilmişdir. Beləliklə, həm Sumqayıt Xovlu İplik Fabriki, həm də Sumqayıt şəhər keçmiş Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin X10nin yanında Müəssisədənkənar mühafizə şöbəsinin hüquqi varisi olaraq Sumqayıt şəhər Mühafizə İdarəs i iddiaçının 1982- ci ilin sentyabrın 6-dan 7-ə keçən gecə işdə olarkən iş vaxtında ağır bədən xəsarəti almağında, aldığı xəsarətlər nəticəsində peşə əmək qabiliyyətinin 80%-ni itirməyində təqsirli olduqlarından,qanunvericiliyə uyğun olaraq hər iki təşkilat tərəfindən hər ay müvafiq pul məbləğinin iddiaçıya ödənilməsi həyata keçirilmiş və 2019-cu ilin əvvəllərinədək hər iş yerindən 140 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilmişdir. Lakin 2019-cu ilin avqust ayından Sumqayıt şəhər Mühafizə İdarəsi sözügedən ödənişlərin həyata keçirilməsi dayandırılmışdır. Həmin dayandırma müvafiq normativ aktlara ziddir. Ona görə də məhkəmə hesab edir ki, ödənişlərin ödənilməsi davam etməlidir.

18. Məhkəmə, iddianın 01 iyul 2019-cu il tarixdən 2021-ci ilin dekabr ayı da daxil olmaqla ödənilməmiş məb ləği 200 manatdan aşağı olmamaqla aylıq ödənclərin toplanaraq 6000 (altı min) manat birdəfəlik ödəniş şəklində iddiaçıya ödənilməsi hissəsinə münasibətdə araşdıraraq qeyd etmişdir ki, iş materiallarında olan şəxsi hesabdan çıxarışa və iddiaçının sonradan bildirdiyinə əsasən 2019-cu ilin iyul ayında cavabdeh tərəfindən iddiaçıya ödəniş edilmişdir. 2019-cu ilin avqust ayında Azərbaycan Respublikasında minimum əmək haqqının miqdarı 180 manat təşkil etmiş, ödənilməli məbləğ 80 % olduğu üçün 180 manatın 80 %-i 144 manat təşkil etməlidir. 2019-cu ilin avqust ayı üçün cavabdeh 144 manatı ödəməmişdir. Sonrakı 28 ay isə, 2019-cu ilin sentyabr ayından 2021-ci ilin dekabr ayı da daxil olmaqla Azərbaycan Respublikası ərazisində minimum əmək haqqı 250 manat təşkil etmişdir. Ödənilməli məbləğ 80 % olduğ u üçün 250 manatın 80 %-i 200 manat təşkil etməlidir. Buna görə də iddia tələbi bu hissədə qismən təmin edilməlidir. (Belə ki: iyul ayı ödənilmiş, 2019-cu ilin avqust ayı üçün 144 manat+ sonrakı 28 ay, 2019-cu ilin sentyabr ayından 2021-ci ilin dekabr ayı da daxil olmaqla 200 manat (28x200=5600)=5744 manat).

19. Məhkəmə iddianın istehsalat qəzası nəticəsində iddiaçının əmək xəsarəti alması ilə əlaqədar iddiaçıya 01 yanvar 2022-ci il tarixdən məbləği 240 manatdan aşağı olmamaqla aylıq ödənclərin hesablanaraq ödənilməsi hissəsini araşdıraraq qeyd etmişdir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hazırda Azərbaycan Respublikası ərazisində minimum əmək haqqının məbləği 300 manat təşkil edir. Ödənilməli məbləğ 300 manatın 80 %-i olduğu üçün, 300 manatın 80 %-i 2 40 manat olduğu üçün tələb əsaslıdır. Ona görə də hər ay 240 manat məbləğində ödənclərin ödənilməsi davam etməlidir.

20. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1118.1, 1119.2, 1126.1, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 saylı Qərarı ilə təsdiq edilmiş ”İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Qərarının 1.1-ci bəndinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

21. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2367/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qətnam əsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

22. Azərbaycan Respublikası Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Xalq Məhkəməsinin xx.xx.1984-cü il tarixdə, 3/2-2 saylı iş üzrə çıxardığı qətnamədə iddiaçının əsas iş yeri üzrə əmək haqqının 319 manat, 69 qəpik təşkil etməsi, əmək qabiliyyətinin itirdiyi 80 %-i 255 manat 91 qəpik təşkil etməsi və bundan 120 manat pensiya alması, qalan 135 manat 91 qəpik fərqi cavabdehdən tələb etməsi, 20 % itirilməmiş məbləğin 63 manat 98 qəpik təşkil etməsi göstərilmişdir. Həmin qətnaməyə əsasən iddiaçıya cavabdehlər Sumqayıt Xovlu İplik fabrikindən və Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin X10 yanında Müəssisədənkənar Mühafizə Şöbəsindən müştərək qaydada birdəfəlik olaraq 10 yanvar 1983-cü ildən 10 may 1984-cü il tarixə kimi 16 ay üçün 2174 manat 56 qəpik, yəni Sumqayıt Xovlu İplik fabrikindən 1087 manat 28 qəpik, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin X10 yanında Müəssisədənkənar Mühafizə Şöbəsindən 1087 manat 28 qəpik alınaraq iddiaçıya verilməsi cavabdehlərə öhdəlik kimi qoyulmuşdur. Ona görə də 10 may 1984-cü ildən 10 yanvar 1985-ci il tarixə kimi hər iki qurum tərəfindən ayrı-ayrılıqda 67 manat 95 qəpik Müzəffərov Teyyub Qafar oğlunun xeyrinə ödənilməsi qətnamədə öz əksini tapmışdır. Baxmayaraq ki, məhkəmə qətnaməsinə əsasən T.Müzəffərova 10 yanvar 1985-ci il tarixə kimi 67 manat 95 qəpik müavinət ödənilməsi öhdəlik kimi göstərilmişdir, ona 2019-cu ilin sonlarına kimi ödəniş olu nmuşdur. Bundan əlavə tibbi komissiyanın sonuncu rəyinin nə vaxt alınması qətnamədə aydın deyildir. Daha sonra 1984-cü ilin qətnaməsində Sumqayıt Xovlu İplik fabriki İddiaçı əsas iş yeri kimi göstərilmiş, əsas iş yerinin nərdivanından yıxılan iş yoldaşı Fətəliyev onun üstünə yıxılmış və o, xəsarət almışdır. Əmək intizamının pozulması Fətəliyevin iş ayaqqabılarını geyməməsi və icazəsiz aşağı mərtəbəyə düşməsi də göstərilmişdir. Mövcud Qanuna əsasən əlilliyə görə müavinət alan şəxsin pensiya hüququ yarandıqda və ona əmək pensiyası təyin olunduqda həmin müavinət dayandırılır. Hazırda İddiaçı pensiya hüququ əldə etmişdir. Bundan əlavə İddiaçı əsas iş yerində, Sumqayıt Xovlu İplik Fabrikində xəsarət almışdır. Bu səbəbdən İddiaçı iddia tələbi əsassızdır və ona görə rədd edilməlidir. Odur ki, S umqayıt Şəhər Məhkəməsinin e-2(060)2367/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahş edilmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən cavabdeh Sumqayıt Şəhər Mühafizə İdarəsinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, tərəflər arasında hər hansı razılıq əldə etmək mümkün deyil. Müavinət 1984-cü il tarixli qətnamə ilə təyin olunub. Hazırda əlilliyə görə müavinət alan şəxsin pensiya hüququ yaranıb və müavinət dayandırılmalıdır. Amma məhkəmə qətnaməsi bu mövqenin əksinədir. İddiaçı Sumqayıt Xovlu-İplik ATSC-də xəsarət alıb. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)2367/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2367/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

25. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil Hafiz oğlu apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, iddiaçının aldığı vəsait müavinət deyil, zərərə görə ödənilən məbləğdir, bu zaman pensiya hüququnun yaranması həmin məbləğin ödənilməsinin dayandırılmasına əsas ola bilməz. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2367/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən üçüncü şəxs Sumqayıt Xovluİplik ATSC-nin nümayəndəsi Nümayəndə3 göstərdi ki, təmsil etdiyi təşkilat bu günə qədər məhkəmə qətnaməsi əsasında ödənişi qaydasında icra etmişdir. Bundan sonra da ödəməyə etirazları yoxdur. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxmışdır.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi Nümayəndə4 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X1 (sədrlik edən və məruzəçi hakim), X2 və X5) 2(105)-2031/2022 saylı xx.xx.20 22-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşaraq hesab etmişdir ki, məhkəmə işin hallarına və qanunvericilik normalarının tələblərinə uyğun nəticəyə gəlmişdir.

30. Cavabdeh təşkilat ödənişin dayandırılmasını iddiaçının yaşa görə əmək pensiyası alması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası cavabdeh təşkilatın gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 saylı Qərarı ilə təsdiq edilmiş ”İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Qərarının 2.3-cü bəndinin tələblərinə əsasən zərərə görə aylıq ödəncin məbləği müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur(zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir)

31. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin 01 iyul 2019-cu il tarixdən 2021-ci ilin dekabr ayı da daxil olmaqla ödənilməmiş məbləği 200 manatdan aşağı olmamaqla aylıq ödənclərin toplanaraq 6000 (altı min) manat birdəfəlik ödəniş şəklində iddiaçı ya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdeh tərəfindən 2019-cu ilin iyul ayında ödəniş edildiyindən və 2019-cu ilin avqust ayında Azərbaycan Respublikasında minimum əmək haqqının miqdarı 180 manat təşkil etdiyindən ödənilməli məbləğ 80 % olduğu üçün 180 manatın 80 %-i 144 manat təşkil etməlidir. 2019-cu ilin avqust ayı üçün cavabdeh 144 manatı ödəməmişdir. 2019-cu ilin sentyabr ayından 2021-ci ilin dekabr ayı da daxil olmaqla Azərbaycan Respublikası ərazisində minimum əmək haqqı 250 manat təşkil etmişdir. Ödənilməli məbləğ 80 % olduğu üçün 250 manatın 80 %-i 200 manat təşkil etməlidir. Bu səbəbdən də birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini qeyd edilən hissədə qismən təmin etmiş, cavabdehdən 5744 manat məbləğində pulun tutulması qənaətinə gəlmişd ir. Bundan başqa iddia tələbinin istehsalat qəzası nəticəsində iddiaçının əmək xəsarəti alması ilə əlaqədar iddiaçıya 01 yanvar 2022-ci il tarixdən məbləği 240 manatdan aşağı olmamaqla aylıq ödənclərin hesablanaraq ödənilməsi hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırda Azərbaycan Respublikası ərazisində minimum əmək haqqının məbləği 300 manat təşkil edir. Ödənilməli məbləğ 300 manatın 80 %-i olduğu üçün, 300 manatın 80 %-i 240 manat müəyyən edilməlidir. bu baxımdan birinci instansiya məhkəməsi hər ay 240 manat məbləğində ödənclərin ödənilməsi davam etdirilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur.

32. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 118.1, 1119.2, 1126.1, Mülki Prosessual Məcəllənin 88, 217.3-cü maddələrinə istinad etm işdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2031/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh (Nümayəndə1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin tam rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.

34. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Sumqayıt şəhər Xalq Məhkəməsinin xx.xx.1984-cü il tarixdə, 3/2-2 saylı iş üzrə çıxardığı qətnamədə iddiaçının əsas iş yeri üzrə əmək haqqının 319 manat, 69 qəpik təşkil etməsi, əmək qabiliyyətinin itirdiyi 80 %-i 255 manat 91 qəpik təşkil etməsi və bundan 120 manat pensiya alması, qalan 135 manat 91 qəpik fərqi cavabdehdən tələb etməsi, 20 % itirilməmiş məbləğin 6 3 manat 98 qəpik təşkil etməsi göstərilmişdir. Həmin qətnaməyə əsasən iddiaçıya cavabdehlər Sumqayıt Xovlu İplik fabrikindən və Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin X10 yanında Müəssisədənkənar Mühafizə Şöbəsindən müştərək qaydada birdəfəlik olaraq 10 yanvar 1983-cü ildən 10 may 1984-cü il tarixə kimi 16 ay üçün 2174 manat 56 qəpik, yəni Sumqayıt Xovlu İplik fabrikindən 1087 manat 28 qəpik, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin X10 yanında Müəssisədənkənar Mühafizə Şöbəsindən 1087 manat 28 qəpik alınaraq iddiaçıya verilməsi cavabdehlərə öhdəlik kimi qoyulmuşdur. Ona görə də 10 may 1984-cü ildən 10 yanvar 1985-ci il tarixə kimi hər iki qurum tərəfindən ayrı-ayrılıqda 67 manat 95 qəpik Müzəffərov Teyyub Qafar oğlunun xeyrinə ödənilməsi qətnamədə öz əksini tapmışdır. Baxmayaraq ki, məhkəmə qətnaməsinə əsasən İddiaçı 10 yanvar 1985-ci il tarixə kimi 67 manat 95 qəpik müavinət ödənilməsi öhdəlik kimi göstərilmişdir, ona 2019-cu ilin sonlarına kimi ödəniş olunmuşdur. Bundan əlavə tibbi komissiyanın sonuncu rəyinin nə vaxt alınması qətnamədə aydın deyildir. Daha sonra 1984-cü ilin qətnaməsində Sumqayıt Xovlu İplik fabriki İddiaçı əsas iş yeri kimi göstərilmiş, əsas iş yerində nərdivandan yıxılan iş yoldaşı Fətəliyev onun üstünə yıxılmış və o, xəsarət almışdır. Əmək intizamının pozulması Fətəliyevin iş ayaqqabılarını geyməməsi və icazəsiz aşağı mərtəbəyə düşməsi də göstərilmişdir. Mövcud Qanuna əsasən əlilliyə görə müavinət alan şəxsin pensiya hüququ yarandıqda və ona əmək pensiyası təyin olunduqda həmin müavinət dayandırılır. Hazırda İddiaçı pensiya hüqu qu əldə etmişdir. Bundan əlavə İddiaçı əsas iş yerində, Sumqayıt Xovluİplik Fabrikində xəsarət almışdır. Hesab edirik ki, İddiaçı iddia tələbi əsassızdır və ona görə rədd edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

35. Maddə 21 zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

36. Maddə 118.1 fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.

37. Maddə 1119.2 zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyini n ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir.

38. Maddə 1126.1 həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquqi varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

42. Maddə

88. M əhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qər ardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

46. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 saylı Qərarı ilə təsdiq edilmiş ”İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Qərarı

47. Bənd 1.1 işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir

48. Bənd 2.1 stehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir.Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud pe şə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir.

49. Bənd 2.3 zərərə görə aylıq ödəncin məbləği müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur(zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir).

50. Bənd 3.5 istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təsbit edilir və ödənilir. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni bütövlü kdə mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğunda n apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 55. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

56. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdi kləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin e dilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2031/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar