Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1576/2025 29.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Bərdə rayonu Göyüşlü Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): servitutun müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bərdə rayonu Göyüşlü Bələdiyyəsinə qarşı “torpaq sahəsinə gediş-gəliş yolunun açılması” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 4 fevral tarixli 2(*04)-446/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(02*)-**27/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X4 Cavabdeh2 qarşı “yolun açılması və maneənin qadağan qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilımişdir ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22.06.*998-ci il tarixli qərarı ilə Bərdə rayonun Bala Göyüşlü kəndində yerləşən 0,28 ha torpaq sahəsi X9, X2, X5, X6 və İddiaçı mülkiyyətinə verilmiş, onların torpaq sahəsi üzərində mülkiyyət hüquqları JN-053A kod 6*002028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Eyni zamanda iddia tələbinin rədd edilməsi onunla əsaslandırıl mışdır ki, iddiaçının iddia etdiyi yoldan keçmək üçün cavabdehin mülkiyyyətində olan torpaq sahəsindən keçməsinə ehtiyac yoxdur, iddiaçının yerli baxış zamanı iddiaçının torpaq sahəsinə hən piyada yolunun, həm də avtomobil yolunun olduğu müəyyən edilmişdir. İddiaçının yolun verilməsini tələb etdiyi yer bələdiyyəyə məxsus kənd daxili ərazidir (səh. 25-27).
2. Gəncə Apellyasiya Məhkəməsinin 23.*0.2020-ci il tarixli 2(*04)-2798/2020 saylı qətnaməsi ilə X4 apelyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(02*)-**27/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmışdır (səh. 28-29).
3. Bundan sonra X9 cavabdeh Bərdə rayon Böyük Göyüşlü kənd bələdiyyəsinin sədrinə qarşı “qonşuluq hüququnun pozulmasına və həyətə gediş gəliş yolunun açılması” tələbinə dair idd ia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bərdə Rayon Məhkəməsinin 20.05.202*-ci il tarixli 2(02*)-*329/202* saylı qətnaməsi ilə onun iddia tələbi rədd edilmişdir. Məhkəmə iddia tələbinin rədd olunmasını həmçinin onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli ərazidə əlavə ikinci girişin açılması ilə bağlı mövqeyini əsaslandıra bilməyib (səh. 30-33).
4. Daha sonra iddiaçı X3 Cavabdeh2 və maraqlı şəxs Bala Göyüşlü kənd Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən həyətyanı topaq sahəsinə gediş-gəliş yolunun istifadəsinə törədilən maneələrin aradan qaldırılması və ona məxsus həyətyanı torpaq sahəsinin əkin hissəsinə gediş-gəliş yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tyarixli, 2(02*)-*80 /2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (səh. 39-43).
5. Gəncə Apellyasiya Məhkəməsinin 25.*0.2022-ci il tarixli 2(*04)-228*/2022 saylı qətnaməsi ilə X* apelyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tyarixli, 2(02*)-*80/2022 saylı qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd olunmuşdur (səh. 48-54).
6. Bundan sonra Tərtər rayonu dövlət notariat kontorunda bağlanmış bağışlama müqaviləsi əsasında, JN-053A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinin 0,*56 ha hissəsi üzərində mülkiyyət hüququ İddiaçı keçmiş, həmin torpaq sahəsinə onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 26.0*.2023-cü ildə qeydiyyata alınmışdır (səh. 9-*0). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya m əhkəməsində icraat
5. İddiаçı İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh*nə qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Bərdə rayonu Bala Göyüşlü kəndində yerləşən 0.*56 ha həyətyanı torpaq sahəsinə giriş-çıxış yolunun açılması və Cavabdeh2 qanunsuz hərəkətlərinə qadağa qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, bələdiyyə mülkiyyətində olan yol onun torpaq sahəsinin yanından keçsə də, onun mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış yolu yoxdur. Həmçinin qonşuluğunda olan və yaşayan Cavabdeh2 yolun açılmasına maneə yaradır. Hətta hədə-qorxu gələrək və onu təhdid edərək əməllərindən əl çəkmir.
7. İddiaçı məhkəmə iclasında verdiyi izahatında həmçinin bildirmişdir ki, hazırda yol olmadığından atasının evində yaşamaq məcburiy yətində qalmışdır.
8. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir, çünki orada yol olmayıb. O, həmin sahədə ağaclar əkib. Atası iddiaçıya pay torpaq sahəsi vermişdirsə, yol da verməli idi. Saldığı bağ bələdiyyə mülkiyyətində olan torpaqlarda yerləşir. Ona görə də, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.
9. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(02*)-3*87/202 nömrəli qərardadı ilə mülki iş üzrə ekspertiza təyin edilmişdir.
10. DƏDKR 7 saylı Bərdə ərazi idarəsinin 07.0*.2024-cü il tarixli mütəxəssis rəyi, habelə həmin rəy əsasında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən *82203*663 qeydiyyat nömrəli çıx arışla İddiaçı mülkiyyətində olan 0,*56 ha həyətyanı torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair JN-53A nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş 0,28 ha həyətyanı torpaq sahəsindən verildiyi üçün gediş-gəliş yolu hazırda mövcud deyil. İlkin torpaq islahatı zamanı JN-53A nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu həmin həyətin şimal hissəsindəki kəndarası yoldan nəzərdə tutulmuşdur. Kompleks yerquruluşu layihəsinə əsasən JN-53A saylı şəhadətnamə ilə mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsinin cənub hissəsində normadan artıq istifadə olunan *2*BB nömrə ilə 0,02 ha bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi və su arxı mövcud olduğundan həmin hissədən gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Cavabdeh2 iddia olunan mübahisəli ərazidə bələdiy yə mülkiyyətinə aid ümumi istifadəli torpaq sahəsindən bağ salaraq istifadə edir.
11. Bərdə Rayon Məhkəməsinin 8 oktyabr 2024-cü il tarixli 2(02*)-*82/2024 nömrəli qətnaməsi ilə (hakim Fuad Babaşov) iddia tələbinin təmin edilməsi, İddiaçı mülkiyyətinə verilmiş Bərdə rayonunun Bala Göyüşlü kəndində yerləşən 0.*56 ha həyətyanı torpaq sahəsinə su arxı mövcud olan və bələdiyyə mülkiyyətində olmaqla bağ sahəsi salmaq üçün Cavabdeh2 istifadəsinə verilmiş və hazırda bağ olan yerdən ağacların seyrək (az) olduğu hissədən 3 metr enində giriş-çıxış yolunun açılması, Cavabdeh2 iddiaçının torpaq sahəsinə açılacaq olan gediş-gəliş yoluna maneə törətməsi ilə bağlı qanunsuz hərəkətlərinə qadağa qoyulması, ödənilmiş *00 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
12. Məhkəmə mövqeyini onu nla əsaslandırmışdır ki, Bərdə rayonunun Bala Göyüşlü kəndində yerləşən 0.*56 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir, həmin torpaq sahəsi atası X4 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,28 ha həyətyanı torpaq sahəsindən verilmişdir. Həmin torpaq sahəsinə həyətin şimal hissəsindəki yoldan girib-çıxmaq çətinlik yaratdığından iddiaçı ondan istifadə edə bilmir. Mütəxəssis rəyinə əlavə edilmiş sxematik plandan məlum olur ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin su arxı mövcud olan arxa hissəsindən bağ sahəsi salaraq istifadə edir.
13. Məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinə su arxı mövcud olan və bələdiyyə mülkiyyətində olmaqla bağ sahəsi salmaq üçün cavabdehin istifadəsinə verilmiş və hazırda bağ olan yerdən - ağacların seyrək (az) olduğu hissədən 3 metr eni ndə yol açılmalı, cavabdehin gediş-gəliş yoluna ağac əkməklə maneə törətməsi sübut olunduğundan onun iddiaçının torpaq sahəsinə açılacaq gediş-gəliş yoluna maneə törətməsi ilə bağlı qanunsuz hərəkətlərinə qadağa qoyulmalıdır.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının *3 və 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *52.5 və *57.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.*, 55, 66.*, 82, 84.* və ***-ci, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun *7-ci “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun *-ci, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin *7-ci maddələrinə, "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azə rbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *4 fevral 2003-cü il tarixli qərarında və “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarında qeyd edilən hüquqi mövqeyə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsin in qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Bərdə rayonun Bala Göyüşlü kəndində yerləşən həyətyanı torpaq sahəsinə bitişik olmaqla kənd bələdiyyəsinin mülkiyyətində olan 0,04 ha torpaq sahəsində salınmış çəkil bağının qorunması və qulluq edilməsi bələdiyyə tərəfindən * oktyabr 202*-ci il tarixli akt əsasında ona həvalə edilmişdir. 4 ildən çoxdur ki, təmannasız olaraq həmin bağı mühafizə edir, orada əkilmiş *00-dən çox çəkil (tut), sərf, qoz və heyva ağaclarına qulluq edərək onları suvarır, bu məqsədlə öz vəsaiti hesabına bağa kolxoz vaxtından çəkilmiş su arxını vaxtaşırı təmizlədir, arxın içərisinə qoruma zolağı kimi sıra ilə sərv ağacları da əkmişdir. 0,04 ha torpaqdakı çəkil və digər ağacların budanmasını edir, zərurət olduqda öz vəsaiti hesabına ziyanvericilərə qarşı dərmanlama işləri də aparır, yeni ağac tingləri də əkir. Sözügedən 0,04 ha torpaq sahəsindən mübahisənin predmeti olan yolun açılması tələbinə dair 2020-2022-ci illərdə Bərdə Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 4 qətnaməsi olmuş və həmin qətnamələrlə iddiaçıların iddia tələbləri rədd edilmişdir. İddiaçı yol açılmasını tələb etdiyi 0,*56 ha torpaq sahəsi həmin mülki işlər üzrə iddiaçılar X9 və X* (İddiaçı valideyinləri) yol açılmamasını tələb etdikləri 0,28 ha torpaq sahəsinin 0,*56 ha hissəsidir. Bərdə rayon Böyük Göyüşlü bələdiyyəsi öz mülkiyyətində olan, qorunmasını və qulluq edilməsini ona tapşırdığı 0,04 ha çəkil bağının içərisindən keç məklə İddiaçı həyətyanı torpaq sahəsinə yol açılmasına israrla razı deyildi. Azərbaycan Respublikası Prezidentinin 27.**.20*7-ci il tarixli 3406 saylı sərəncamı ilə “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 20*8-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Həmin Proqramda baramaçılığın və ipəkçiliyin inkişafı üçün yeganə xammal mənbəyi olan mövcud çəkil (tut) ağaclarının qorunması və yeni çəkil (tut) bağlarının salınmasının zəruriliyi ön plana çəkilmiş, bu işlə məşğul olan sahibkar və fiziki şəxslərin həvəsləndirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılması, çəkil (tut) ağaclarını kəsən və ya məhv edən şəxslərin qanunun bütün ciddiliyi ilə məsuliyyətə cəlb edilmələrinin təmin olunması dövlət və hakimiyyət orqanlarının qarşısında vəzifə olaraq qoyu lmuşdur. Hazırda mübahisələndirilən qətnamə icra olunduğu təqdirdə Bərdə rayonu Böyük Göyüşlü bələdiyyəsinin 0*.*0.202*- ci il tarixli aktı ilə qorunması və qulluq edilməsi ona tapşırılmış 0,04 ha çəkil bağında ən azı *0-*5 ədəd çoxillik və məhsuldar çəkil ağacı kəsilməlidir. Bu isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş sözügedən Dövlət Proqramına və bilavasitə sərəncama ziddir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçının yol açılmasını tələb etdiyi torpaq sahəsi bələdiyyə tərəfindən tut ağacları əkib-becərmək üçün ona istifadəyə verilmişdir. O da həmin sahədə ağaclar əkmişdir. Əslində, iddiaçının evindən ümumi istifadədə olan yola başqa giriş-çıxışı vardır. Lakin idd iaçının yol açılmasını tələb etdiyi yerdə əkilmiş ağacların kəsilməsi qanunsuzdur. Çünki həmin ağaclar Azərbaycan Respublikası Prezidentinin 27.**.20*7-ci il tarixli 3406 saylı sərəncamı ilə “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 20*8-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində əkilmiş ağaclardır. İddiaçı və valideynləri artıq 5 ildir ki, onu məhkəməyə verirlər.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, 20*8-ci ildə atası mübahisəli ərazidən yol açmaq istəyəndə orada heç bir ağac əkilməmişdi. Cavabdeh 2020-ci ildə texnika gətirərək o ərazidə ağaclar əkdi. Onun isə ümumi istifadədə olan yola çıxış üçün başqa yolu yoxdur. Ona məxsus 0,*56 ha torpaq sahəsi valideynlərinə m əxsus 0.28 ha torpaq sahəsinin bir hissəsidir. Valideynləri əvvəllər mübahisəli ərazidən yol kimi istifadə etməmişlər. Onun yol açmaq istədiyi ərazi isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Yol açmaq istədiyi yerdə 2020-ci ilə qədər ağac əkilməmişdir, yol açmaq istəyəndə gətirib ora ağac əkmişlər. Valideylərinə məxsus 0.28 ha torpaq sahəsinin sonunculara qalan hissəsindən (sol tərəfdən) ümumi yola çıxış var, lakin onun payına düşən 0.*5 ha torpağın ümumi yola çıxışı yoxdur. Orada ev tikmək istəyir, lakin texnika və avtomobil yol olmadığından torpaq sahəsinə keçə bilmir.
19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(*04)-446/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - İslam Həsənov (sədrlik edən və məruzəçi), Günay Cavadova və Rüfət Məcidov) apellya siya şikayətinin təmin edilməsi, Bərdə Rayon Məhkəməsinin 8 oktyabr 2024-cü il tarixli 2(02*)-*82/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və yeni qətnamə qəbul edilməklə iddianın təmin edilməməsi, ekspertiza xərci olan *00 manat məbləğində pulun iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, məsələnin hərtərəfli və obyektiv həlli üçün ilk növbədə iddiaçıya məxsus torpaq sahəsinə gediş-gəliş yolunun nəzərdə tutulub-tutulmaması, əgər nəzərdə tutulmuşdursa həmin yolun cavabdehlərə məxsus sahədən keçib-keçməməsi araşdırılmalıdır. Göstərilən halların araşdırılması da bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər. Bu isə MPM-nin 97.*-ci maddəsinə əsasən, işə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurmuşdur.
21. Məhkəmə kollegiyası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyini işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab etmişdir ki, rəy əsaslıdır. Belə ki, rəyin qeyri-obyektiv olması barədə tərəflərin hər hansı arqumenti olmamışdır. Bundan əlavə, iş üzrə alınmış mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş torpaq sahələrinin ölçü planı ilə torpaq sahələrinin yerləşmə koordinatları və torpaq sahəsindən faktiki istifadə vəziyyəti aşkar şəkildə müəyyən edilməklə, verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır.
22. İş üzrə verilmiş ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində o lan 0.*56 ha həyətyanı torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair JN-53A saylı şəhadətnamə ilə onun valideynlərinin mülkiyyətə verilmiş 0.28 ha həyətyanı torpaq sahəsinin bir hissəsidir. İlkin torpaq islahatı zamanı JN-53A saylı şəhadətnamə ilə mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu həmin həyətin şimal hissəsindəki kəndarası yoldan nəzərdə tutulmuşdur. Lakin iddiaçıya məxsus 0.*56 ha torpaq sahəsi JN-53A saylı şəhadətnamə ilə mülkiyyətə verilmiş 0.28 ha həyətyanı torpaq sahəsinin hüdudlarından ayrılmış sahə olduğu üçün həmin torpağa gediş-gəliş yolu hazırda mövcud deyildir. Bununla belə, JN-53A saylı şəhadətnamə ilə mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsinin cənub hissəsində *2*BB nömrə ilə 0.02 ha bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi və su axarı möv cud olduğundan həmin hissədən (iddia edilən ərazidən) gediş-gəliş yolu nəzərdə tutulmamışdır.
23. Göründüyü kimi, iddiaçının yol açılmasını tələb etdiyi sahədən ümumiyyətlə gediş-gəliş yolu nəzərdə tutulmamışdır.
24. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin *8.2, 20, 47, 49-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *57.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 fevral 2025-ci il tairxli, 2(*04)-446/2025 saylı qətnaməsinin ləğv edilməsinə və işin yenidən apellyasiya instansiya məhkəməsinin qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti iddia ərizəsi ilə analoji məzmunda əsaslandırılmaqla qeyd edilmişdir ki, işə baxan apelyasiya instansiya məhkəməsi tərəfindən sübutlar düzgün qiymətləndirilməmiş, bununla da maddi və prossesual hüquq normaları pozulmuş və nəticədə apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
29. Maddə *52.*. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
30. Maddə *75.*. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.
31. Maddə *75.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razıla şmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər.
32. Maddə *75.3. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir.
33. Maddə 255.6. Servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın.
34. Maddə *69.*. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.
35. Maddə 255.*. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müə yyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir.
36. Maddə 256.*. Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
37. Maddə *8.2. Küçə və yol kimi nəzərdə tutulan torpaq sahələri ümumi istifadədə olan torpaq sahələridir.
38. Maddə
20. Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir.
39. Maddə
47. Ümumi istifadədə olan torpaqlar bələdiyyə mülkiyyətinə aid olmaqla, ümumi istifadədə olan torpaql ara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin-küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.
40. Maddə
49. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxs lərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 2*7.*. Məhkəməni n qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 4*6.*. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 4*6.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 4*8.4-cü maddəsin də nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
49. Maddə 4*8.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Avropa İnsan Hüquq ları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
54. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
56. Kassasiya şikayətinin digər dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib -edilmədiyini yoxlayır.
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
58. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 4*6, 4*7 və 4*9cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 4 fevral tarixli 2(*04)446/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.