Məhkəmə qərarları › İş №2(102)-1580/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1580/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1580/2025 12.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh4, Göygöl rayon Toğanalı bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: bələdiyyə ilə bağlanmış torpağın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və bunun əsasında verilmiş çıxarışın ləğvi, zəbt edilmiş torpaq sahəsinin üzərindəki qanunsuz tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşa d Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh4, Göygöl rayon Toğanalı bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və bunun əsasında verilmiş çıxarışın ləğvi, tikilinin sökülməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi, əvvəlki vəziyyətinə qaytarılması və cavabdehin çıxarılması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)-94/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıd akı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Xanlar Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə X11, İddiaçı2, İddiaçı1 və İddiaçı4 Xanlar rayonu Toğana kənd ərazisində yerləşən 0,10 ha torpaq sahəsi verilmişdir.

3. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyul 2019-cu il tarixli 2(104)-1462 nömrəli qətnaməsinin surətindən görünür ki, X4 miras qalmış JN-212A KOD 50810018 Torpağın mülkiyyət verilməsinə dair şəhadətnamədə qeyd olunan 0,10 ha torpaq sahəsinin ona düşən ¼ hissəsinə hər bir vərəsənin 1/24 hissədə payı müəyyən edilməklə, ümumilikdə Cavabdeh4 1/24 hissə, X2 1/24 hissə, X3 1/24 hissə, İddiaçı2 İsrəfil qızının 7/24 hissə, İddiaçı1 İsrəfil qızın ın 7/24 hissə və İddiaçı4 İsrəfil oğlunun 7/24 hissədə müəyyən edilmişdir. Goygöl rayonu Toğanalı kəndində yerləşən və X4 miras qalmış fərdi yaşayış evinə Cavabdeh4 1/6 hissə, X2 1/6 hissə, X3 1/6 hissə, İddiaçı2 İsrəfil qızının 1/6 hissə, İddiaçı1 İsrəfil qızının 1/6 hissə və İddiaçı4 İsrəfil oğlunun 1/6 hissədə payları müəyyən edilmişdir.

4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 06 noyabr 2020-ci il tarixli çıxarışın və fərdi yaşayış evinin 05 noyabr 2020-ci il tarixli **********93-10302 nömrəli texniki pasportunun surətindən görünür ki, Göygöl rayonu Toğana kəndində yerləşən 62,4 kv metr tikilinin 1/6 hissəsi və 0,10 ha torpaq sahəsinin 1/24 hissəsi Cavabdeh4, 62,4 kv metr tikilinin 1/6 hissəsi və 0,10 ha torpaq sahəsinin 1/24 hissəsi X2, 62,4 kv met r tikilinin 1/6 hissəsi və 0,10 ha torpaq sahəsinin 7/24 hissəsi İddiaçı4 İsrafil oğlunun, 62,4 kv metr tikilinin 1/6 hissəsi və 0,10 ha torpaq sahəsinin 7/24 hissəsi İddiaçı1, 62,4 kv metr tikilinin 1/6 hissəsi və 0,10 ha torpaq sahəsinin 7/24 hissəsi İddiaçı2 və 62,4 kv metr tikilinin 1/6 hissəsi və 0,10 ha torpaq sahəsinin 1/24 hissəsi X3 xüsusi mülkiyyətindədir.

5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02 noyabr 2018-ci il tarixli çıxarışın və 01 noyabr 2018-ci il tarixli A seriyalı 326159 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətlərindən görünür ki, Göygöl rayonu Toğana kənd ərazisində yerləşən 0,05 ha torpaq sahəsi Göygöl rayonu Toğanalı bələdiyyəsinin xüsusi mülkiyyətindədir.

6. Daşınmaz əmlakın 22 yanvar 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli alqısatqı müqaviləsinin surətindən görünür ki, Göygöl rayon Toğanalı bələdiyyəsi mülkiyyətində olan Göygöl rayonu Toğana kənd ərazisində yerləşən 500 kv metr hissəsini Cavabdeh4 satmışdır.

7. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 mart 2019-cu il tarixli RX seriyalı ******* nömrəli **********09 reyestr nömrəli Çıxarışın və 11 mart 2019-cu il tarixli A seriyalı 346887 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətlərindən görünür ki, Göygöl rayonu Toğana kənd ərazisində yerləşən 0,05 ha torpaq sahəsi Cavabdeh4 xüsusi mülkiyyətindədir.

8. Göygöl rayon İcra Hakimiyyətinin 14 yanvar 2022-ci il tarixli 03 nömrəli sərəncamı ilə X8 qardaşı İddiaçı4 və bacıları İddiaçı3, eləcədə İddiaçı1 qəyyum təyin edilmişdir. İş üzrə qəbul edilm iş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar cavavdhlərə qarçı iddia ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu Toğanalı kənd bələdiyyəsi ilə Cavabdeh4 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və bunun əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli qərarı olə onlara verilmiş torpaq sahəsinin zəbt edilmiş 0,05 ha üzərində tikilmiş qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsi, əvvəlki vəziyyətinə qaytarılması və cavabdehin çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarından çıxış etməklə tələbini onunla əsaslandırmışdır ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 Göygöl rayonu (keçmiş Xanlar rayonu) Toğana kəndində yerləşən 0,10 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində yerləşən köhnə tikilmiş yaşayış evində yaşayırlar, lakin onların xəbəri olmadan torpaq sahəsinin 0,05 ha hissəsinə dair Cavabdeh4 ilə Göygöl rayonu Toğanalı bələdiyyəsi arasında 22 yanvar 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmış və çıxarış verilmişdir. Halbuki, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olmadığından satıla bilməzdi. Cavabdeh qanunsuz olaraq mübahisəli torpaq sahəsini zəbt edərək tikinti işlər aparır.

11. Birinci instansiya məhkəməsində Cavabdeh4 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, ona satılmış 0,05 ha torpaq sahəsi Xanlar rayon Aqrar İslahat Komitəsinin xx.xx.1997-ci il tarixli qərarı ilə iddiaçılara verilmiş 0,10 ha torpaq sahəsi ilə üst-üstə düşmür və həmin torpaq sahəsinə heç bir aidiyyatı yoxdur.

12. Göygöl Rayon Məhkəməsinin 2(066)-354/2020 saylı, 06 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim R.Məmmədov).

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı tərəflərin təqdim etdikləri sübutları sadalamış, sonda hazırkı işə aidiyyatı olmayan, U.Ağayevanın cavabdehlər X12 və X13 və qeyrilərinə qarşı iddiası üzrə müəyyən edilmiş hallara əsaslanmışdır.

14. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 140, 144.1, 152.1, 337.1, 337.5, 360.1, 389.1 və 567-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4, 216-220, 227 və 360 -cı maddələrinə istinadla əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. İddiaçılar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

16. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Onların adlarına tərtib olunmuş vərəsəlik qaydasında verilən çıxarış ləğv edilmiş və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əvvəlki vəziyyətinə qayıtmışdır. Buna baxmayaraq Cavabdeh4 Göygöl rayonu Toğanalı bələdiyyəsindən 0,05 ha torpaq sahəsi almış və həmin torpaq sahəsi əvvəlki hüquqi vəziyyətin ə qaytarılmış şəhadətnamənin koordinatları ilə üst-üstə düşür və eynilik təşkil edir. Buna baxmayaraq birinci instansiya məhkəməsinin icraatı zamanı iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilməmiş və koordinatların üst-üstə düşüb-düşməməsi araşdırılmamışdır.

17. Apellyasiya icraatı zamanı məhkəmə tikinti-texniki və torpaqşünaslıq-yerquruluşu ekspertizaları təyin olunmuş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 09 avqust 2023-cü il tarixli 10/2709 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 23 iyun 2023-cü il tarixli 3-21-3-33/2-5741/2023 nömrəli mütəxəssis rəyinə əsasən Torpağın mül kiyyətə verilməsinə dair JN-212A KOD50810018 nömtəli şəhadətnamə ilə X11, İddiaçı2, İddiaçı1 və İddiaçı4 İsrəfil oğlunun mülkiyyətinə verilmiş Xanlar rayonu Toğana kənd ərazisində yerləşən və torpaq islahatı əsasında mülkiyyətə verilmiş torpaqlara dair adlı siyahıda və ərazinin kompleks yerquruluşu layihəsində mövcud olan 0,10 ha torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 mart 2019-cu il tarixli RX serialı ******* nömrəli çıxarışa əsasən (Göygöl rayonu Toğanalı kənd bələdiyyəsi tərəfindən 22 yanvar 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən satılan 500 kv metr torpaq sahəsi) Cavabdeh4 xüsusi mülkiyyətində olan Göygöl rayonu Toğana kənd ərazisində yerləşən 0,05 ha torpaq sahəsi müəyyən hissədə üst-üstə düşür; RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh4 mülkiyyətində olan 0,05 ha (500 kv metr ) torpaq sahəsinin 358 kv metr qədər hissəsi Torpağın mülkiyyətə verilməsinə dair JN-212A (KOD ********) nömrəli şəhadətnamədə göstərilən 0,10 ha (1000 kv metr) torpaq sahəsində yerləşir; Cavabdeh4 İsrafil oğlunun inşa etdirdiyi fərdi yaşayış evi torpaqların üst-üstə düşən hissəsində inşa edilmişdir.

18. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-36/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – R.Muradov (sədrlik edən və məruzəçi), Ə.Məmmədov və F.Mehdiyev) apellyasiya şikayətləri qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbinin qismən təmin edilməsi, Göygöl rayon Toğanalı bələdiyy əsi ilə Cavabdeh4 arasında bağlanmış 22 yanvar 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli aqlı-satqı müqaviləsi qismən, yəni 358 kv metr torpaq sahəsinə dair hissədə etibarsız hesab olunması, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Cavabdeh4 İsrafil oğluna verilmiş 12 mart 2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarış qismən, yəni 358 kv metr aid hissədə ləğv olunması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə əsasən hesab etmişdir ki, Göygöl rayon Toğanalı bələdiyyəsi tərəfindən cavabdeh X1 0,05 ha torpaq sahəsinin 358 kv metr qədər hissəsi JN-212A KOD50810018 nömtəli şəhadətnaməyə əsasən X11, İddiaçı2, İddiaçı1 və İddiaçı4 İsrəfil oğlunun mülkiyyətinə verilmiş t orpaq sahəsinin hüdüdları daxılində olan torpaq olduğundan Göygöl rayon Toğanalı bələdiyyəsi ilə Cavabdeh4 arasında bağlanmış 22 yanvar 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli aqlı-satqı müqaviləsi qismən, yəni 358 kv metr torpaq sahəsinə dair hissədə etibarsız hesab olunmalıdır.

20. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 iddia ərizəsində alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 İsrafil oğlunun adına verilmiş 12 mart 2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsini qeyd etsələr də, apellyasiya icraatı zamanı İddiaçı2 və onun vəkili Vəkil2 ərizə verərək çıxarışın etibarsızlığı dedikdə onun ləğvini nəzərdə tuduqlarını bildirmışlər. Alqı-satqı müqaviləsi 358 kv metr torpaq sahəsinə aid hissədə etibarsız hesab e dildiyindən kollegiya hesab edir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Cavabdeh4 İsrafil oğluna verilmiş 12 mart 2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarış qismən, yəni 358 kv metr aid hissədə ləğv olunmalıdır.

21. Apellyasiya məhkəməsi Cavabdeh4ov Həsən İsrafil oğlunun inşa etdirdiyi tikilinin sökülməsinə münasibətdə isə hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, işə əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyul 2019-cu il tarixli 2(104)-1462 nömrəli qətnaməsi ilə Goygöl rayonu Toğanalı kəndində yerləşən və X4 miras qalmış fərdi yaşayış evinə Cavabdeh4 1/6 hissə, 0,10 ha torpaq sahəsinin ¼ hissəsinə olan miras əmlakda isə isə hər bir vərəsənin payı 1/24 hissə olmaqla, ü mumilikdə Cavabdeh4 1/24 hissə, X2 1/24 hissə, X3 1/24 hissə, İddiaçı2 İsrəfil qızının 7/24 hissə, İddiaçı1 İsrəfil qızının 7/24 hissə və İddiaçı4 İsrəfil oğlunun 7/24 hissədə paylar müəyyən edilmişdir. Apellyasiya icraatı zamanı da müəyyən olunmuşdur ki, miras əmlaklarda vərəsələrin payı müəyyən olunsa da, naturada bölgü aparılmamışdır.

22. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 139.1, 140, 141.1, 141.3, 152.1, 152.5, 157.1, 238.1, 337.1, 337.2, 337.3 və 337.4-cu və MPM-nin 14.1, 77.1, 87.2, 88 və 217.3-cü maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

23. Cavabdeh4 İsrafil oğlu (vəkili X5) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətna məsinin qismən, yəni Cavabdeh4 İsrafil oğlu ilə Toğanalı bələdiyyəsi arasında bağlanmış AN-1№ ******* nömrəli alqı-satqı müqaviləsinin qismən, yəni 358 kv metr torpaq sahəsinə dair hissədə etibarsız hesab edilməsi və ona verilmiş 12 mart 2019-cu il tarixli RX seriyalı № ******* nömrəli çıxarışın qismən, yəni 358 kv metr aid hissədə ləğv olunmasına dair hissədə ləğv edilməsini, birinci instansiya məhkəməsinin 06 mart 2020- ci il tarixli 2(066)-354/2020 saylı qətnaməsinin qüvvədə saxlanılmasını və 150 manat ekspertiza xərcinin iddiaçılardan tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qətnaməsi maddə və prosessual hüququ normalarının pozulması ilə qəbul edilmiş, iddianı qismən təmin edərkən iddiaçıların mülkiy yəti kimi göstərdiyiyi 0,10 ha torpaq sahəsinin 1/24 hissəsinin ona məxsus olduğunu nəzərə almamışdır. Həmçinin reyestr xidmətinin nümayəndəsinin məhkəmə iclaslarına dəvət olunması barədə vəsatətləri əsassız olaraq təmin olunmamış, bələdiyyə mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış və ona satılmış 500 kv metr torpaq sahəsinin iddiaçılara məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməsinin mümkünsüzlüyünü, bu baxımdan ekspert rəylərinin obyektiv olmadığını diqqətdən qaçırmışdır.

25. Cavabdeh İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi (vəkili X18) ) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin Göygöl rayon Toğanalı bələdiyyəsi ilə Cavabdeh4 arasında bağlanmış 22 yanvar 2019-cu il tarixli AN-İ seriyalı 0737648nömrəli aqlı-satqı müqaviləsinin qismən, yəni 358 kv metr torpaq sahəsinə dair hissədə etibarsız hesab olunması, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Cavabdeh4 İsrafil oğluna verilmiş 12 mart 2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarışın qismən, yəni 358 kv metr aid hissədə ləğv olunması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göygöl rayonu, Toğana kəndində yerləşən 0,05 ha torpaq sahəsini Cavabdeh4 Göygöl rayon notariat ofisinin xx.xx.2019-cu il tarixli, 4Ə-27 reyestr nöm rəli daşınmaz əmlakın alqısatqı-müqaviləsi əsasında Toğanalı kənd bələdiyyəsindən əldə edilmişdir və həmin müqavilə əsasında onun adına xx.xx.2019cu il tarixli, **********09 reyestr nömrəli çıxarış verilmişdir. Müqavilənin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş hər hansı bir hal aşkar edilməmişdir, 0,05 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatı hələ də qüvvədədir. Məhkəmə həmçinin torpaq sahələrinin üst-üstə düşməsi barədə ekspert rəyinə düzgün qiymət verməmiş, nəzərə almamışdır ki, baza məlumatlarına görə 0,05 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olan sahəyə aiddir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-440/2024 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh4 və Azərbaycan Respublikası Ə mlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (hakimlər: Əhməd Nurməmmədov- sədrlik edən və məruzəçi, Zəki Babayev və Abiddin Hüseynov)

28. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, iddiaçıların (həmçinin cavabdeh də birgə mülkiyyətçidir) ümumi birgə mülkiyyətində olan 0,10 ha torpaq sahəsinin cizgiləri torpaq islahatı ilə əlaqədar 30 yanvar 2006-cı il tarixdə tərtib edilmiş “Torpağın mülkiyyət verilməsinə dair” Şəhadətnaməyə əsasən müəyyən edilmişdir, sonradan məhkəmə qətnaməsi ilə həmin torpaq sahəsinə və torpaq sahəsində olan yaşayış evinə birgə mülkiyyətçilərdən birindən miras qalmış əmlakın bölgüsü ilə bağlı yenidən paylar müəyyən olunmuş, 05 noyabr 2020-ci il tarixdə yaşayış evinin Texniki pasportu işlənmiş və 0,10 ha həyətyanı torpaq sahəsinin planı da həmin pasportda əks etdirilmişdir.

29. Cavabdehin mülkiyyəti kimi 12 mart 2019-cu il tarixdə dövlət qeydiyyatına alınmış 0,05 ha torpaq sahəsi əvvəlcə 02 noyabr 2018-ci il tarixdə Göygöl rayonu Toğanalı bələdiyyəsinin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, 01 noyabr 2018-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. Alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi Cavabdeh4 mülkiyyətinə keçdikdən sonra 11 mart 2019-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi yenidən sonuncunun adına işlənmişdir.

30. Daşınmaz Əmlakın Kadastrı publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 16 mart 2023-cü il tarixli məktubunda Cavabdeh4 mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin 358 kv metr qədər hissəsinin iddiaçılara məxsus 0,10 ha torpaq sahəsinin hüdudlarında yerləşməsi göstərilmiş, həmin idarənin mühəndisi tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09 avqust 2023-cü il tarixli ekspert rəyində də iddiaçılara və cavabdehə məxsus torpaq sahələrinin 358 kv metr qədər hissəsinin üst-üstə düşməsi göstərilmişdir.

31. Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2023-cü il tarixli rəyinin verilməsi üçün əsas olmuş Daşınmaz Əmlakın Kadastrı publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 11 may 2023-cü il tarixli mütəxəssis rəyinin torpaq sahəsinin yerləşmə mö vqeyi müəyyən edildikdən sonra, kameral şəraitdə ƏMDX-nin elektron baza və ortofoto materialları üzərində tədqiqat aparılması nəticəsində tərtib olunması göstərilmişdir.

32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanına, həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na görə torpaqların elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsu zluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.3-cü bəndinə əsasən digər məsələlər yanaşı, həmin sistem və xəritə hazırlanarkən torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) və AZCAD-a inteqrasiya edilm işdir.

33. Göründüyü kimi həm iddiaçılara məxsus 0,10 ha, həm də cavabdehə məxsus 0,05 ha sahələrə torpaq sahəsinin planı və ölçüsü sənədləri Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasından və rəqəmsal kadastr xəritəsinin tərtib olunmasından sonra işlənmişdir, cavabdehə məxsus torpaq sahəsi həm də ilk əvvəl bələdiyyənin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Torpaq sahələrinin qismən üst-üstə düşməsi qənaətinə gələn apellyasiya məhkəməsi göstərilən halları, yəni mübahisənin predmeti olan torpaq sahələrinə dair yerquruluşu sənədlərinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanın icrasından sonra iş lənməsini, belə olan halda həmin sənədlər üzrə torpaq sahələrinin sərhədlərinin üst-üstə düşməsi ehtimalının olmamasını, ekspert rəyinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) və AZCAD-da olan məlumatlara əsasən verilmədiyini nəzərə almamışdır.

34. Bu səbəbdən, Cavabdeh4 məxsus 0,05 ha torpaq sahəsinin iddiaçılara məxsus 0,10 ha torpaq sahəsinin sərhədlərinin daxilində yerləşib-yerləşmədiyini müəyyən etmək üçün torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) və AZCAD-da olan məlumatlara əsaslanan ekspert rəyi alınmalı, bundan sonra toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

35. İş üzrə məh kəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/7742 saylı rəyində aşağıdakılar göstərilmişdir: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: “Torpağın mülkiyyətə verilməsinə dair” JN-212A (kod-********) nömrəli Şəhadətnamə barədə, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD) heç bir məlumat mövcud olmadığından, qərardadın 1-ci və 3-cü suallarının cavablandırılması mümkün deyildir. Bu səbəbdən də, araşdırma zamanı həmin şəhadətnamədə göstərilən 0.10 h a torpaq sahəsinin məkan göstəriciləri öz əksini tapmış olduğu, torpaq islahatı əsasında tərtib olunmuş, ərazinin kompleks yerqurulu layihəsinə istinad olunmuşdur. Torpaq islahatı əsasında tərtib olunmuş, ərazinin kompleks yerqurulu layihəsinə istinadən JN-212A (kod********) nömrəli Şəhadətnamədə göstərilən 0.10 ha 1000.0 kv.m torpaq sahəsinin naturada yerləşmə vəziyyəti (950.0 kv.m) müəyyən olundu. “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli RX seriyalı ******* nömrəli (reyestr nömrəsi **********09) Çıxarışa əsasən Cavabdeh4 Göygöl rayonu Toğana (xəritə materiallarında Toğanalı) kəndində yerləşən xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS və AZCAD) istinadən müəyyən olundu. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-212A (kod-********) nömrəli Şəhadətnamədə göstərən 0.10 ha (naturada yerləşmə vəziyyətinə əsasən 950.0 kv.m) torpaq sahəsi, torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS və AZCAD) istinadən, xx.xx.2019-cu il tarixli RX seriyalı ******* nömrəli (reyestr nömrəsi **********09) Çıxarışda qeyd olunan, Cavabdeh4 Göygöl rayonu Toğana (xəritə materiallarında Toğanalı) kəndində yerləşən xüsusi mülkiyyətində olan 0.05 ha (500.0 kv.m) torpaq sahəsi ilə 371.0 kv.m hissədə üstüstə düşdüyü müəyyən olundu. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-212A (kod********) nömrəli Şəhadətnamədə göstərən 0.10 ha (naturada yerləşmə vəziyyətinə əsasən 950.0 kv.m) torpaq sahəsinin, torpaqların elektron kadastr u çotu informasiya sisteminə (TEKUİS və AZCAD) istinadən, xx.xx.2019-cu il tarixli RX seriyalı ******* nömrəli (reyestr nömrəsi **********09) Çıxarışda qeyd olunan, Cavabdeh4 Göygöl rayonu Toğana (xəritə materiallarında Toğanalı) kəndində yerləşən xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsi ilə 371.0 kv.m hissədə üst-üstə düşməsi barədə 3-cü sualın cavabında qeyd olunmuşdur. Həmin üst-üstə düşən hissə, faktiki olaraq Cavabdeh3 faktiki istifadəsindədir. Əlavə olaraq qeyd olunur ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********93 reyestr nömrəli Çıxarış və həmin Çıxarışın AA-546095 nömrəli plan və ölçü sənədinə əsasən İddiaçı2 Cavabdeh4 İsrəfıl oğlu və digər 4 (dörd) ailə üzvünün paylı mülkiyyətində olan 0.10 ha torpaq sahəsi, RX seriyalı ******* n ömrəli **********09 reyestr nömrəli Çıxarış və həmin Çıxarışın A-346887 nömrəli plan və ölçü sənədinə əsasən Cavabdeh4 İsrəfıl oğlunun mülkiyyətində olan 0.05 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olundu. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər.

36. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)-94/2025 nömrəli qətnaməsi ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmi ş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilmişdir (hakimlər: Şamil Rzaquliyev, Rüfət Məcidov, Loğman Süleymanov).

37. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, keçmiş Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə Xanlar rayonu Toğana kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi Torpağın mülkiyyət verilməsinə dair JN212A KOD50810018 nömrəli şəhadətnamə əsasında X11, İddiaçı2, İddiaçı1 və İddiaçı4 mülkiyyətinə verilmiş, həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi X9 məxsus olmuş, sonuncunun vəfatından sonra ev və həyətyanı torpaq sahəsi vərəsəlik qaydasında vərəsələrin, yəni hazırkı iş üzrə iddiaçılar və cavabdeh - mərhum Cavabdeh4 mülkiyyəti nə keçərək torpaq sahəsi üzərində Cavabdeh4 1/24 hissə, X2 1/24 hissə, X3 1/24 hissə, İddiaçı2 7/24 hissə, İddiaçı1 7/24 hissə və İddiaçı4 İsrəfil oğlunun 7/24 hissədə, fərdi yaşayış evi üzərində Cavabdeh4 1/6 hissə, X6 1/6 hissə, X3 1/6 hissə, İddiaçı2 1/6 hissə, İddiaçı1 1/6 hissə və İddiaçı4 İsrəfil oğlunun 1/6 hissədə payları müəyyən edilmişdir. Eləcə də Göygöl rayon Toğanalı bələdiyyəsi mülkiyyətində olan Göygöl rayonu Toğana kənd ərazisində yerləşən 500 kv.m hissəsini Cavabdeh4 satmış və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 mart 2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarış tərtib olunmuşdur.

38. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, aşağı məhkəmə ümumilikdə iddia tələbini təmin etməməkdə haqlı olsa da, lakin məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamışdır.

39. Belə ki, işdən göründüyü kimi iddiaçıların və Cavabdeh4 mərhum anaları X9 məxsus hazırkı Göygöl rayonunun Toğana kəndində 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi olmuş, Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə həmin 0.10 ha torpaq sahəsi X11, İddiaçı2, İddiaçı1 və İddiaçı4 mülkiyyətinə verilmiş, bununla bağlı onların adına Torpağın mülkiyyətə verilməsinə dair JN-212A KOD 50810018 nömrəli şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi ilə qonşuluqda yerləşən torpaq sahələri bələdiyyəyə məxsus olmuş, Toğana bələdiyyəsi adına 0,05 ha torpaq sahəsinə dair mülkiyyət hüququna dair çıx arış aldıqdan sonra həmin 0,05 ha torpaq sahəsini hazırkı iş üzrə Cavabdeh4 alğı-satqı müqaviləsi əsasında satmış, sonuncu adına həmin torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair çıxarış almış özünə məxsus torpaq sahəsində tikinti işləri aparmışdır. Hazırda iddiaçılar cavabdehin onlara məxsus torpaq sahəsini zəbt edərək orada tikinti işləri gördürdüyünü qeyd edərək məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət etmişlər.

40. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edilmişdir ki, məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə ekspertizası təyin edilmiş, aparılmış araşdırma nəticəsində “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********93 reyestr nömrəli Çıxarış və həmin Çıxarışın AA-546095 nömrəli plan və ölçü sənədinə əsasən İddiaçı2 Cavabdeh4 İsrəfıl oğlu və digər 4 (dörd) ailə üzvünün paylı mülkiyyətində olan 0.10 ha torpaq sahəsi, RX seriyalı ******* nömrəli **********09 reyestr nömrəli Çıxarış və həmin Çıxarışın A-346887 nömrəli plan və ölçü sənədinə əsasən Cavabdeh4 İsrəfıl oğlunun mülkiyyətində olan 0.05 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. İddiaçılara məxsus torpaq sahəsi ilə cavabdehin adına olan torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən olunduğuna görə iddia təmin edilməməlidir.

41. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 140, 148.2, 337.1, 337.4, 152.1, 157.2-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

42. İddiaçı2 (Vəkil2) kassasiya şika yəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

43. Kassasiya şikayətinin dəlilinə görə, cavabdehlərin tikdiyi ev onların mülkiyyətində olan torpaq sahəsində tikilmiş, bu hal ekspert və mütəxəssis rəyi ilə təsdiq olunmuşdur. Lakin işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi işin bu halına Konstitusiyanın 60-cı maddəsinə müvafiq olaraq qiymət verməmiş, iddiaçıların mülkiyyət hüququ pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

45. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adı na qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

46. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

47. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

48. Maddə

324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərə fli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (1, 2 və 5-ci bəndlər).

49. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

50. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır.

51. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

52. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Resp ublikasının Mülki Prosessual Məcəlləsi

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nət icə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəb ul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya instansiyası məhkəməsinin göstərişləri istiqamətində araşdırma aparılmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulması müəyyən olunmur.

63. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, apellyasiya icraatı zamanı Cavabdeh4 məxsus 0,05 ha torpaq sahəsinin iddiaçılara məxsus 0,10 ha torpaq sahəsinin sərhədlərinin daxilində yerləşib-yerləşmədiyini müəyyən etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert rəyi ilə bu hal təkzib olunmuşdur.

64. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sü but növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən, gəldiyi nəticəni iş üzrə keçirilmiş ekspert rəylərinə uyğun əsaslandırmaqla, MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.

65. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

66. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhk əmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)94/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar