Məhkəmə qərarları › İş №2(102)-1581/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1581/2021

08.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1581/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər:mülkiyyət hüququnun müdafiəsi) 08.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili X1, Cavabdeh1 və onun vəkili Vəkil Rufulla qızının, Digər Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin sökül məsi tələbi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1830/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünə əsasən, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1,60 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində **********30 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır, hal-hazırda onun mülkiyyətindədir. Azərbaycan Respublikas ı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1,60 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə 667 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 iddiaçının mülkiyyətində olan Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 1,60 ha torpaq sahəsindən çıxarılmaları və həmin torpaq sahəsində Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş tikilinin – ev və hasarın öz hesablarına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 1,60 ha torpaq sahəsi onun mülkiyyətindədir. Ona məxsus olan torpaq sahəsində qanunsuz olaraq Cavabdeh1 tərəfindən ev və hasar, Cavabdeh2 tərəfindən ev tikilmişdir. Cavabdehlərdən ona məxsus zəbt edilmiş torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsində tikilmiş hasarın sökülməsini tələb etsə də sonuncular bu tələbə məhəl qoymamışdır. Hazırda özünə məxsus olan Cavabdeh1 və İddiaçı tərəfindən zəbt edilmiş Abşeron rayon u, Aşağı Güzdək qəsəbəsində yerləşən 1,60 ha torpaq sahəsində qanuni istifadə, sahiblik və sərəncam vermək hüquqlarını həyata keçirə bilmir. İş xx.xx.2019-cu il tarixli, 18377 saylı ekspert rəyindən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətitərəfinlən tərtib edilmiş mütəxəssis rəyinə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsinin Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olub-olmamasının aydınlaşdırılması mütəxəssisin səlahiyyətinə aid deyildir. Məhkəmə tərəfindən təqdim edilmiş iş materiallarında RX seriyalı, ******* saylı, xx.xx.2014-cü il tarixdə **********30 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış hüqu qların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən İddiaçı mülkiyyətində olan 1,60 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin planı və ölçüsünün döngə nöqtələrinin koordinatları kadastr məlumat bazasına və faktiki istifadə vəziyyətinə uyğun müəyyən edilərək döngə nöqtələrinin koordinatları daxilində Cavabdeh1 faktiki istifadəsində olan 0,0417 ha torpaq sahəsini daxilində 96 kvadrat metr yaşayış evi, Cavabdeh2 faktiki istifadəsində olan 124 kvadrat metr sahədə yarımçıq tikili inşa olunmuşdur. Abşeron Rayon Məhkəməsinin (hakim Cəmilə Səfiyeva) 2(012)-37/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi iddiaçının adına dövlət reyestrində qeydə alınmış və bununla da iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir ki, onun bu hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İş materiallarında olan ekspert rəyi ilə sübuta yetirilmişdir ki, iddiaçının mülkiyyətində olan 1,60 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin planı və ölçüsünün döngə nöqtələrinin koordinatları kadastr məlumat bazasına və faktiki istifadə vəziyyətinə uyğun müəyyən edilərək döngə nöqtələrinin koordinatları daxilində Cavabdeh1 faktiki istifadəsində olan 0,0417 ha torpaq sahəsini daxilində 96 kvadrat metr yaşayış evi, Cavabdeh2 faktiki istifadəsində olan 124 kvadrat metr sahədə yarımçıq tik ili inşa olunmuşdur. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslıdır, təmin edilməlidir. Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, o, 2014-cü il Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.0417 ha torpaq sahəsinin üzərində tikiliyə 20000 manat ödəniş etməklə almış, həmin torpaq sahəsinin və onun üzərindəki tikiliyə dair müvafiq plan və cizgilər olan texniki sənədlər mövcud olmuşdur. Həmin sənədlərə əsasında müvafiq torpaq vergiləri ödəmişdir. İddiaçı həmin əraziyə sahiblik etdiyi müddətdən bu günə kimi torpaq sahəsi ilə bağlı hər hansı iddiası olmamış, lakin sonradan koordinatları dəqiq olmayan müvafiq sənədləri məhkəməyə təqdim etməklə onun sahibliyində olan torpağın ona aid olmasını və onun həmin ərazidən çıxmağını tələb etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Lətifə Məmmədova sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Telman Quliyev) xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğu üçün təmin oluna bilməz. Cavabdeh apelyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Cavabdeh iddiaçının mübahisəli torpağa dair sənədərinin saxta olduğunu, onun həmin to rpaq sahəsində inşa etdiyi tikilinin sökülməsinin qanunsuz olduğunu qeyd etsə də, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Onun bu dəlili iş materialları ilə, o cümlədən iş üzrə keçirilmiş ekspert rəyi ilə təkzib olunmuşdur. Qətnamə qanuni və əsaslı olduğundan cavabdeh Lətif Hüsyenova münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkil X5) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və proses sual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 və onun vəkili Vəkil Rufulla qızı məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçının vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin əsassız hesab edərək rədd edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Digər Cavabdeh2 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: Maddə

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 152.1-ci Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə qeyd edilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassa siya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1830/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar