Məhkəmə qərarları › İş №2(102)-1584/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1584/2025

23.06.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1584/2025 23.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 İsa oğlunun və İddiaçı2 cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa (Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən), məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, X2 (məruzəçi), Babayev Zəki Baba oğlundan və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “İri Ş əhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 yanvar 2025-ci il tarixli 2(103)-618/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 23 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı1 və İddiaçı2 İsə oğlu qardaşdırlar. 2009-cu ilin oktyabr ayından "xxxx" ASC Binəqədi rayon Su kanal İdarəsinin su və kanalizasiya şəbəkələrinin istismarı sahəsi Qəza bərpa işləri üzrə çilingər vəzifəsində işləmişlər. 2. "xxxx" ASC Binəqədi rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 7 0 nömrəli “İntizam məsuliyyəti haqqında” əmrinə əsasən Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin ustası X6, qəza-bərpa işləri üzrə çilingərlər İddiaçı2, İddiaçı1, X3 AR ƏM-nin 186cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. 3. "xxxx" ASC Binəqədi rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 27/K nömrəli və xx.xx.2024-cü il tarixli, 28/K nömrəli “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrlərinə əsasən İddiaçı1 və İddiaçı2 ilə bağlanmış əmək müqavilələrinə əmək vəzifələrini kobud şəkildə pozduğuna görə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xx.x x.2024- cü il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR "xxxx" ASC-nin Binəqədi Rayon Sukanal İdarəsinin İddiaçı1 barəsində olan 27-K No-li, xx.xx.2024-ci il tarixli “əmək müqaviləsinin ləğv edilməsi” haqqında” əmrin və xx.xx.2024-cü il tarixli 70 saylı “İntizam məsuliyyəti haqqında” əmrin ləğv edilərək İddiaçı1 işə bərpa olunmağı və itirilmiş günlərə görə ödənilməyən əmək haqqının ödənilməsi, AR "xxxx" ASC-nin Binəqədi Rayon Sukanal İdarəsinin İddiaçı2 İsə oğlu barəsində olan 28-K No-li, xx.xx.2024-ci il tarixli “əmək müqaviləsinin ləğv edilməsi” haqqında” əmrin və xx.xx.2024-cü il tarixli 70 saylı “İntizam məsuliyyəti haqqında” əmrin ləğv edilərək İddiaçı2 İsə oğlunun işə bərpa olunmağı və itirilmiş günlərə görə ödənilməyən əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 və İddiaçı2 İsə oğlu qardaşdırlar. 2009-cu ilin oktyabr ayından "xxxx" ASC Binəqədi rayon Su kanal İdarəsinin su və kanalizasiya şəbəkələrinin istismarı sahəsi qəza bərpa işləri üzrə çilingər vəzifəsində işləmişlər. Hətta xx.xx.2021-ci il tarixli 67/K əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında əmrlə İddiaçı1 xx.xx.2021-ci il tarixdən 6-cı dərəcə ilə Binəqədi rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Su təchizatı Xidmətinin qəza-bərpa işləri üzrə çilingər peşəsinə təyin edilmişd ir. xx.xx.2022-ci il tarixli 29/K əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında əmrlə İddiaçı2 İsə oğlu xx.xx.2022-ci il tarixdən 6-cı dərəcə ilə Binəqədi rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Su təchizatı Xidmətinin qəza-bərpa işləri üzrə çilingər peşəsinə təyin edilmişdir. Onlarla bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Onlar cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 27-k saylı və xx.xx.2024-cü il tarixli 28-k saylı əmrlərlə razılaşmırlar. Belə ki, onlar əmək müqaviləsi ilə üzərlərinə düşən əmək funksiyalarını tam icra etmişlər. İş zamanı əmək vəzifələrini pozmamışlar. İşdən azad edilərkən həmkarlar ittifaqının üzvü olmaqlarına baxmayaraq araşdırma apar ılsa da, araşdırma birtərəfli aparılmış, onların işdən çıxarılmaqlarına aydınlıq gətirilməmişdir. İş yeri üzrə rəhbərlik onlarla qərəzli rəftar etmiş, onların işdən kənarlaşmaqları üçün bəhanələr axtarmışdır. Buradan da aydın görünür ki, rəhbərlik bütün bu qanunsuzluqları qərəzli şəkildə etmişdir. Ona görə də hesab edirlər ki, onların işdən çıxarılmağı əsassız və qanunsuzdur. Belə ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olduqları zaman (3 fəhlə, 1 sürücü, 1 mühəndis) onlarla gedən mühəndis Qəhrəmanov Nicata sahə rəisi Malik zəng etdi ki, idarə rəisi Sultan müəllimin tapşırığına əsasən Vorovskidə yerləşən Qara Qarayev küçəsi mənzil 23 /B-də su xətti yaranmış borca görə dayandırılmalıdır. Onlar mühəndis Nicatla birlikdə həmin mənzilə getmişlər. Həmin mənzilin sahibi Altay adlı şəxslə görüşmüşl ər və onlara verilən göstərişə və yaranmış borca görə onun mənzilinin suyunu dayandırmağa məcbur olduqlarını demişlər. Lakin o etiraz edərək həftə sonuna qədər ona möhlət verilməsini istəmiş, suyu dayandırmağa icazə verməmişdir. Onlar da bu səbəbdən suyu kəsməmişlər. Su pulu yığanların qrup rəisi İlhamiz bəy idarənin rəisi Sultan müəllimə zəng edib bildirmişdir ki, sizin göndərdiyiniz briqada düzgün işləmir və mənzilin suyunu dayandırmırlar. Ev sahibi ilə aralarında mübahisə yaranan zaman mühəndis X12 müəllimə zəng edərək demişdir ki, mübahisəni yoluna qoymaq üçün, suyu sakitçiliklə kəsməkləri üçün onlara polis göndərsin. Sultan müəllim isə Nicata cavab olaraq bildirmişdir ki, polis oyuncaq deyil ki, hər mübahisəyə görə işə polis cəlb edilsin. Bundan sonra Nicata demişdir ki, hamısı İdarəy ə qayıtsın. Onlar idarəyə daxil olanda Sultan müəllim onları ikinci mərtəbənin piləkənlərində qarşılamış və onları təhqir etməyə başlamışdır. Onları təqdir edərək demişdir ki, “yoğunluğuna bir bax, biriniz ev sahibini tutardınız, digəriniz isə mənzilə verilən suyu dayandırardınız”. Bu zaman qardaşı Vüqar ona demişdir ki, “Sultan müəllim, əgər biz o mənzilin suyunu məcbur şəkildə dayandırsa idik, ev sahibi bizi polisə verəcəkdi. Onlar da mübahisənin böyüməsini istəməmişlər”. Bu söhbətlərdən sonra onlara şiddətli töhmət verilmişdir. Şiddətli töhmət verildikdən bir neçə gün sonra isə Həmkarları təmsil edən Xədicə xanım onlara verilən şiddətli töhmətlərə görə iclas etmiş və qeyd etmişdir ki, rəis düz qərar verib. Həmin iclasda İlhamiz müəllim də var idi. İclasdan sonra dəhlizdə İlhamiz bəylə o nun arasında mübahisə yaranmış və o hər ikisinə bildirmişdir ki, hansı yolla olur olsun polis vasitəsilə də olsa onları işdən çıxardacaq. Bundan sonra onlara məlum olmuşdur ki, xx.xx.2024-cü ildə hər ikisi ilə bağlanmış əmək müqavilələrinə cavabdeh tərəfindən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndə və vəkili Vəkil1 izahatında bildirmişdir ki, iddianı müdafiə edir. AR Əmək Məcəlləsinin 80.1-ci maddəsinə görə “Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir”. Həmkarlar Təşkilatı nın iclasında yalnız iddiaçıların sonuncu xəbərdarlıqla şiddətli töhmətin ləğv edilməsi ilə bağlı ərizələrinə baxılmışdır. Hesab edir ki, sonuncu xəbərdarlıqla şiddətli töhmət də iddiaçılara əsassız olaraq verilmişdir. Belə ki, ev yiyəsi su xəttinin kəsilməsinə imkan verməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X14 nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçılar dəfələrlə rəhbərlik tərəfindən verilən tapşırığı yerinə yetirməmişlər. Hətta 2022-ci ildə İddiaçı1 töhmət verilmişdir. Bundan başqa iddiaçılar etik davranış qaydalarını tələblərini də kobud şəkildə pozmuşlar. Bu, Həmkarlar Təşkilatının iclas prot okolunda da öz əksini tapmışdır. Bununla bağlı fotoşəkillər Elektron məhkəmə informasiya sisteminə yerləşdirilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. İddiaçıların işdən çıxarılması həmin hadisələrə görə olmuşdur.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)3886/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, "xxxx" ASC Binəqədi Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 27/K nömrəli əmrin ləğv edilməsi və İddiaçı1 əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X20 tərəfindən İddiaçı1 İsa oğluna ödənilməsi; "xxxx" ASC Binəqədi Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 28/K nömrəli əmrinin ləğv edilməsi və İddiaçı2 əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi və xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X20 tərəfindən İddiaçı2 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Kərim Xudayev)

9. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Su Təsərrüfatı X4 Respublika Komitəsi üzvləri olan hazırki iş üzrə iddiaçıların əmək müqaviləsinə xitam verilməsi məsələsinə baxarkən onların iştirakını təmin etməmiş, təmin etməməklə yanaşı qərəzli mövqe nümayiş etdirərək, razılıq məktubunda işçinin ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən işdən çıxarılmasını zəruri edən halları əsaslandırmamış dır. Məktubunda qəza bərpa işləri üzrə çilingər işləyən İddiaçı2 və İddiaçı1 əmək funksiyasını layiqincə yerinə yetirmədiyini və müəssisə daxilində nizam intizam qaydalarına əməl etmədiyini və bununla da əmək müqaviləsinin tələblərini kobud şəkildə pozduğunu formal şəkildə qeyd etmişdir. Azərbaycan Su Təsərrüfatı X4 Respublika Komitəsinin Nizamnaməsinin 3.6-cı bəndində işçinin hüquqlarının qorunmasını təmin etmək üçün işçinin iştirakının təmin edilməsi də əlavə olaraq normada öz yerini tapmışdır. Cavabdeh isə işçinin işdən çıxarılmasına razılıq verilməsi məsələsinə həmkarlar ittifaqında baxılması zamanı işçinin iştirakının təmini üçün zəruri tədbirlər görməmişdir. İclas keçiriləcəyi təqdirdə onun yeri və vaxtı barədə işçi məlumatlandırılmalı idi. Lakin belə bir iclasın təşkil olunması isə öz təsdiqini ümumiyyətlə tapmamışdır.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, Binəqədi rayon Sukanal İdarəsinin Yerli X5 xx.xx.2024-cü il tarixli İclas protokolundan da görünür ki, həmin iclasın gündəliyini İddiaçı2 və İddiaçı1 xx.xx.2024-cü il tarixdə onlara tətbiq edilmiş intizam cəzasının ləğv edilməsi ilə bağlı olan xx.xx.2024-cü il tarixli ərizələri təşkil etmişdir. Bu baxımdan həmin iclasın işçinin AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən işdən çıxarılması ilə bağlı təşkil olunduğu istisna edilməlidir.

11. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Su Təsərrüfatı X4 Respublika Komitəsinin Binəqədi rayon Sukanal İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 42 nömrəli məktubunu həmkarlar ittifaqı təşkilatının razılığı kimi qəbul etməyərək qeyd etmişdir ki, idd iaçıların əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilərkən cavabdeh tərəfindən iddiaçıların üzvü olduğu Azərbaycan Su Təsərrüfatı X4 Respublika Komitəsinin formal razılığı alınmışdır.

12. Bundan başqa məhkəmə qeyd etmişdir ki, cavabdeh həmçinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, 27/K nömrəli və xx.xx.2024-cü il tarixli, 28/K nömrəli əmrlərində İddiaçı1 və İddiaçı2 əmək vəzifələrini kobud şəkildə pozması səbəbindən (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) onların əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verildiyini qeyd etsə də, işçinin təqsirli davranışının nədə ifadə olunmas ını (nədən ibarət olmasını) habelə əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini göstərməmişdir.

13. Məhkəmə iddia tələbinin xx.xx.2024-cü il tarixli 70 saylı “İntizam məsuliyyəti haqqında” əmrin ləğv edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçılar iddia tələbinin bu hissəsi ilə bağlı tələblərinin əsası kimi istinad etdikləri faktı təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədiklərindən iddia tələbi bu hissədə təmin olunmamalıdır.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68, 69.1, 70-ci maddəsinin ç bəndi, 73.1, 80.1, 80.2, 83.1, 83.2, 84.1, 84.2, 186.2, 187, 189.3, 300-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apell yasiya instansiyası məhkəməsində icraat

15. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işin hallarına düzgün qiymət verilməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Su Təsərrüfatı X4 Respublika Komitəsinin Binəqədi Rayon Sukanal İdarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli 13-16-5/3/2-02/1/569/2024 saylı məktuba dair Binəqədi rayon Sukanal İdarəsinin qəza-bərpa işləri üzrə çilingəri, İddiaçı2 və İddiaçı1 əmək funksiyasını layiqincə yerinə yetirməməsi, müəssisə daxili intizam qaydalarına əməl edilməməsi və bununla da əmək müqaviləsinin tələblərinin kobud şəkildə pozulması və əmək müqavil əsinin ləğv edilməsi ilə əlaqədar 05 iyun 2024-cü il tarixli 42 saylı əmr ilə razılığın verilməsi öz əksini tapmışdır. Məhkəməyə 05 iyun 2024-cü il tarixli 42 saylı əmr təqdim edilmişdir. Həmin sübutda həmkarlar ittifaqı təşkilatının əmək müqaviləsinə xitam verilməsi açıq-aşkar görünür. Lakin məhkəmə qətnamə qəbul edərkən həmin sübutları qiymət verməyərək əsassız qətnamə qəbul etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-618/2025 nömrəli 15 yanvar 2025-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)- 3886/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər X10 (məruzəçi), X7 və X1 ibarət tərkibdə)

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh iddiaçılar ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəll əsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam versə də, məhz həmin pozuntu ilə bağlı həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etdiyini təsdiq edən hər hansı bir sənədi təqdim edə bilməmişdir.

19. Məhkəmə kollegiyası apellyasiya məhkəməsində keçirilən icraat zamanı sonradan məhkəməyə təqdim olunmuş, X19 İttifaqına ünvanlanmış xx.xx.2024-cü il tarixli təqdimat və sonuncunun həmin təqdimatla bağlı verdiyi razılıq məktubuna münasibətdə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyə görə həmin sənədlərin məhz hazırki mərhələdə verilməsi Mülki Prosessual Məcəllənin 361.4-cü maddəsinə əsasən yolverilməz hesab olunmalıdır.

20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi öz izahatında işçilərin işdən çıxarıl ma əsası kimi sonuncuların abonentlərin evlərinə getmələri və rəhbərliyin göstərişindən kənara çıxaraq onların sularını kəsməmələri olduğunu bildirmiş, yəni işdən çıxma və şiddətli töhmətin verilmə əsaslarının eyni olduğunu ifadə etmişdir. Lakin Əmək Məcəlləsinin 189.1-ci maddəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Göründüyü kimi cavabdeh sözügedən normanın tələblərinə də əməl etməyərək qanunvericiliyə zidd olaraq iddiaçıların əmək müqavilələrinə xitam vermişdir.

21. Kollegiya o cümlədən qeyd etmişdir ki, Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edil miş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Lakin iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə baxmayaraq, həmin əmr verilərkən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, əmrdə yalnız ümumi şəkildə işçilərin Həmkarlar İttifaqının xx.xx.2024-cü il tarixli iclasında etdikləri qeyri-adekvat hərəkətlərə istinad edilmişdir.

22. Bundan başqa kollegiya qeyd etmişdir ki, Əmə k Məcəlləsinin 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Lakin iş materialları ilə müəyyən edilir ki, iddiaçıya işdən çıxarılması ilə bağlı intizam tənbehi verilməmişdən əvvəl ondan yazılı izahatın verilməsi tələb edilməmiş (bununla bağlı hər hansı sübut iş materiallarında mövcud deyildir), ehtimal edilən nöqsan barədə fikri dinlənilməmiş, onun cavabdeh təşkilatda işlədiyi müddətdə intizam məsuliyyətinə cəlb edilməməsi, şəxsiyyəti və peşəkarlıq səviyyəsi kimi hallar nəzərə alınmamışdır.

23. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 71, 72, 80, 83, 187, 189, 300-cü m addələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025ci il tarixli 2(103)-618/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, məhkəməyə təqdim edilən “intizam məsuliyyəti haqqında” 70 saylı xx.xx.2024-cü il tarixli, 40 saylı xx.xx.2022-ci il tarixli əmrlərin, xx.xx.2024-cü il tarixli Binəqədi Rayon Sukanal İdarəsinin X1 9ının Təşkilatının iclas protokolun, həmçinin həmkarların keçirtdiyi iclas zamanı etik davranış qaydalarının kobud şəkildə pozulması videokamerada qeydə alınaraq fotoşəkillər iş materiallarında öz əksini tapmışdır. Belə ki, işçinin təqsirli hərəkətləri qeyd edilən sənədlərlə, həmçinin əmək müqaviləsinin xitam verilməsi haqqında əmr ilə sübut olunur. Bu kimi sübutların mövcudluğuna baxmayarq məhkəmə öz növbəsində qərəzli və birtrəfli mövqedən çıxış edərək işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş və araşdırmamışdır.

26. Kassasiya şikayətində Əmək Məcəlləsinin 19, 80-cı, Mülki Prosessual Məcəlləsinin 88-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayəti ilə bağlı etiraz daxil edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respu blikasının Əmək Məcəlləsi

28. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

29. Maddə 70. “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

30. Maddə

71. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, ha belə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

31. Maddə

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi.

32. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

33. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir.

34. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

35. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

36. Maddə 189.3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.

37. Maddə 300. 1-ci hissə. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərin ə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir..

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara v ə hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.

38. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol ver ilməmişdir.

39. MPM-nin 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır

40. Cavabdehin kassasiya şikayətində maddi hüquq pozuntusu olaraq Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinin pozulduğu qeyd edilir. Həmin normaya əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Kassasiya şikayətinin dəlili bundan ibarətdir ki, iddiaçıların işdən azad edilməsi barədə həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılıq alınmış, məhkəmə bu sübutu nəzərə almamışdır.

41. Kollegiya bu dəlillə bağlı qeyd edir ki, Əmək Məcəlləsinə əsasən həmkarlar ittifaqı təşkilatının razılığının olması iddiaçılar barəsində qəbul edilmiş əmrlərin qanuni və əsaslı hesab edilməsi üçün kifayət etmir. Hazırkı halda məhkəmə müəyyən etmişdir ki, iddiaçılara pozuntu olduğu iddia edilən eyni əmələ görə həm sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, həm də eyni əsasla işdən azad edilmişlər.

42. Bundan əlavə işdən görünür ki, iddiaçılar ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam veriısə də, məhz həmin pozuntu ilə bağlı həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edildiyini təsdiq edən sübut birinci instansiya mə hkəməsinə təqdim edilməmiş, cavabdeh həmin sübutu apellyasiya məhkəməsində keçirilən icraat zamanı təqdim etsə də Mülki Prosessual Məcəllənin 361.4-cü maddəsinə əsasən məhkəmə qeyd edilən sübutu qəbul etməmişdir. Həmin normaya əsasən apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.

43. Kassasiya şikayətində sadalanmış digər normaların pozuntusu işin faktiki hallarına istinad edilərək əsaslandırıldığından kassasiya baxışının hədlərinə aid edilməmişdir.

44. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, işə baxmış məhkəmə tərəfindən kassasiya şikayətində q eyd edilmiş maddi və prosessual pozuntulara yol verilmədiyindən kassasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 2(103)618/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar