Məhkəmə qərarları › İş №2(102)-1587/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1587/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1587/2025 03.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqavilənin icrasından imtinanın, birtərəfli qaydada ləğv edilməsinin və müqavilənin ləğv edilməsi ilə bağlı bildirişin qanunsuz sayılması, mənzil üzrə ödənişlərin qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin birtərəfli qaydada ləğvinin əsasları, öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki k ollegiyasının 28 yanvar 2025-ci il tarixli, 2(103)477/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cavabdeh MTK (“İcraçı”) ilə İddiaçı (“Sifarişçi”) arasında bağlanmış Daşınmaz əmlakın (mənzilin) sifarişi barədə 04 oktyabr 2023-cü il tarixdə müqavilənin: * 1.1-ci bəndinə əsasən “İcraçı” Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı-Masazır şosesi ünvanında yerləşən Cavabdeh MTK-ya məxsus olan yaşayış binasının 2-ci binanın, 4-cü blokun, 7-ci mərtəbəsi, ümumi sahəsi 69,15 kv.m olan 2 otaqlı 52 nömrəli mənzili inşa edib təmirsiz vəziyyətdə “Sifarişçi”yə təhvil verməyi və kommunal xidmətlər göstərməyi, “Sifarişçi” isə mənzilin dəyərini bu müqaviləyə əsasən 60 ay müddətinə hissəhissə ödəməyi öhdəsinə götürür; * 1.2-ci bəndinə əsasən “Sifarişçi”nin bu müqavilədə nəzərdə tutulan mənzilə görə hissə-hissə ödədiyi məbləğ (əlavədəki cədvəl üzrə) onun ümumi məbləğinə aid edilir. Ödəniş cədvəli müqavilənin tərkib hissəsidir və bu müqavilə olmadan etibarsız sayılır; * 2.7-ci bəndinə əsasən mənzilin dəyəri ödənilib başa çatanadək “Sifarişçi” mənzili üçüncü şəxsə özgəninkiləşdirə bilməz, əgər mənzilin dəyərini bu müqavilənin əlavəsi olan ödəniş cədvəlinə uyğun olaraq vaxtlı-vaxtdında (iki ay ardıcıl olaraq cədvəl üzrə tam ödəniş etməzsə) ödəyə bilməzsə mənzil “İcraçı”ya geri qayıdır, həmin mənzil satılır və “Sifarişçi”nin imzaladığı əlavə müqavilədə qeyd olunan şərtlər ilə cərimə tutularaq qalan məbləğ “Sifarişçi” yə qaytarılır; * 3.1.6-cı bəndinə əsasən “İcraçı”, ödəniş cədvəlinə uyğun olaraq iki ay ardıcıl ödənişlər edilmədiyi təqdirdə bu müqaviləyə birtərəfli qaydada xitam vermək, mənzili satışa çıxarmaq və əldə olunan vəsait hesabına “Sifarişçi”nin ödədiyi pul məbləğini 10% tutqu tutaraq ona geri qaytarmaq hüququna malikdir. * 3.2.2-ci bəndinə əsasən “Sifarişçi” mənzilin dəyərini müqavilə ilə müəyyən olunmuş müddətdə ödəniş qrafikinə əsasən “İcraçı”ya ödəməyi öhdəsinə götürür. Əks təqdirdə müqavilə birtərəfli qaydada ləğv edilir; * 3.7-ci bəndinə əsasən “Sifarişçi” tərəfindən mənzilə görə bu müqavilənin şərtlərinə əsasən müəyyən edilmiş ödənişlər (əsas borc və cərimə) 2 ay müddətində ödənilmədikdə müqavilənin predmeti olan 52 saylı mənzili boşaldaraq, olunmuş daxili dəyişikliklər “İcraçı” tərəfi ndən qəbul edilmədiyi halda, binanın qeyd olunmuş çertyoj planına əsasən təhvil vermək öhdəliyi daşıyır. Bu zaman “Sifarişçi”nin ödədiyi məbləğdən mənzilin müqavilə üzrə dəyərinin 10%-i “İcraçı”ya qalmaq şərtilə yerdə qalan məbləğ həmin mənzil satıldıqdan sonra və ya “Sifarişçi”nin imzaladığı əlavə müqavilənin bəndləri əsas götürülərək cərimələr tutulur, qalan vəsait həmin mənzil satıldıqdan sonra əlavə müqavilədə nəzərdə tutulmuş qaydada “Sifarişçi”yə qaytarılacaqdır.

2. Müqaviləyə əlavə edilmiş aylıq ödəniş cədvəlinə əsasən “Sifarişçi” ilkin ödəniş olaraq 5.000 manat, qalan 60 ay müddətində isə hər ay 1207,5 manat olmaqla, ümumilikdə 77.448 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Ödənişin başlanğıc tarixi 04 noyabr 2023-cü il tarix olmaqla, ödəniş hər növbəti ayın 4-ü həyata keçirilməl idir.

3. Kassa mədaxil orderlərinə əsasən İddiaçı tərəfindən 04 oktyabr 2023-cü il tarixdə ilkin ödəniş qismində 5.000 manat, 30 noyabr 2023-cü il tarixdə 1207 və 11 yanvar 2024-cü il tarixdə 1207 manat məbləğində ödəniş edilmişdir.

4. Cavabdeh MTK tərəfindən İddiaçı ünvanlanmış olan 14 fevral 2024-cü il tarixli bildirişə əsasən İddiaçı ilə Cavabdeh MTK arasında 04 oktyabr 2023-cü il tarixdə bağlanmış müqavilə üzrə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı tərəfindən öhdəliyin yerinə yetirilmədiyi, sözügedən müqavilənin 3.1, 3.7, 3.8 və 3.9-cu bəndlərinə əsas verərək müqaviləyə birtərəfli xitam verildiyi, müqavilənin predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı-Masazır şosesi ünvanında yerləşən Cavabdeh MTK-ya məxsus olan yaşayış binasının 2-ci binanın 4-cü girişin 7- ci mərtəbəsində yerləşən 2 otaqlı 52 saylı mənzilin imzalanmış olan əlavə müqaviləyə əsasən satışa çıxarıldığı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı-Masazır şosesi ünvanında yerləşən və kooperativə məxsus olan yaşayış kompleksinin 2-ci binanın, 4-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 69,15 kv.m olan 2 otaqlı 52 nömrəli mənzilə dair bağlanmış 04 oktyabr 2023-cü il tarixli daşınmaz əmlakın (mənzilin) sifarişi haqqında müqaviləyə cavabdeh tərəfindən birtərəfli qaydada xitam verilməsi barədə hərəkətlərin qanunsuz hesab edilməsi, 04 oktyabr 2023-cü il tarixli daşınmaz əmlakın (mənzilin) sifarişi haqqında müqaviləyə xitam verilməsi barədə 14 fevral 2024-cü il tarixli bildirişin və müqavilənin icrasından birtərəfli qaydada imtina edilməsinin qanunsuz hesab edilməsi, 04 oktyabr 2023-cü il tarixli daşınmaz əmlakın (mənzilin) sifarişi haqqında müqavilə üzrə öhdəliklərin icrasının və İddiaçı tərəfindən edilən ödənişlərin qəbul edilməsinin Cavabdeh MTK tərəfindən bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 15 fevral 2024-cü il tarixdə növbəti ödəniş etmək üçün MTK-nın yerləşdiyi ofisə yaxınlaşmış, lakin oradan ona bildirmişlər ki, mənzilə dair bağlanılmış müqavilə birtərəfli qaydada ləğv edilmiş, mənzil artıq iddiaçıya məxsus deyil və satışa çıxarılmışdır. Mənzil satıldıqdan sonra müqaviləyə görə ödənişlər geri qaytarılacaqdır. İdd iaçı bu hərəkətlərin qanunsuz olmasını və ödənişlərin qəbul edilməsini tələb etsə də, MTK ödənişləri qəbul etməkdən imtina etmiş və 14 fevral 2024-cü il tarixdə iddiaçıya bildiriş göndərərək müqaviləyə xitam verilməsini və mənzilin satışa çıxarıldığını bildirmişdir. Müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı bildiriş və müqavilənin icrasından imtina edilməsi ilə bağlı MTK-nın hərəkətləri qanunsuz olmuşdur. İddiaçı tərəfindən ödənişlər həyata keçirilsə də, onlar tam cədvələ uyğun həyata keçirilməmişdir. Belə ki, ödəniş cədvəlinə əsasən 04 noyabr 2023-cü il tarixdə edilməli olan ödəniş 30 noyabr 2023-cü ildə, 04 dekabr 2023-cü ildə edilməli olan ödəniş 11 yanvar 2024-cü ildə edilmişdir. Ödənişlər gecikmə ilə aparılsa da, MTK ödənişləri qəbul etmiş və buna hər hansı etirazını bild irməmişdir. 15 fevral 2024-cü ildə növbəti ödənişi həyata keçirmək istəyərkən MTK ödənişi qəbul etməmiş və müqavilənin ləğv edilməsi ilə bağlı ünvanına artıq bildirişin göndərilməsini bildirmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən ödənişlər cədvəl üzrə iki dəfə ardıcıl olaraq pozulsa da, həmin pozuntu əhəmiyyətli olmamış, hər iki ödəniş MTK tərəfindən qəbul edilmiş və həmin gecikmələrə hər hansı etiraz bildirilməmişdir. MTK müqavilə üzrə ödənişləri qəbul etməkdən imtina etməklə, faktiki olaraq müqavilənin icrasından birtərəfli qaydada imtina etmişdir. Lakin həmin imtina müqavilənin birtərəfli qaydada ləğv edilməsi və ya xitam verilməsi anlamına gəlmir.

7. Cavabdeh tərəf birinci instansiya məhkəməsində iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı müqavilənin ləğvinin əsası kimi aylıq pu l ödənişlərinin müqavilənin əhəmiyyətsiz pozuntu olduğunu əsas gətirmişdir. Birincisi, şəxs artıq elə ilk aylardan gecikmələrlə ödənişlər etmiş, ikincisi, gecikmə 2 ay 11 gün olmuşdur. Bu müddət kifayət qədər əhəmiyyətli bir zamandır və müqavilə şərtinin pozuntusudur. Yəni şəxs 04 yanvar 2024-cü və 04 fevral 2024-cü il tarixlərdə ödəniş etməmiş, yanvar ayında qrafik üzrə dekabrın ödənişini edərək öhdəliyini bitmiş hesab etmiş, 04 yanvar 2024-cü və 04 fevral 2024-cü il üçün heç bir ödəniş etməmişdir. İddiaçının ödənişləri bu formada gecikdirməklə ödəməsini sanki normal ödəniş periodu kimi göstərməsi və MTK-nın yerinə bu pozuntunun əhəmiyyətsiz olması qənaətinə gəlməsi qəbul edilməzdir. İddiaçı həm gecikdirməni qəbul etmiş, həm də ona haqq qazandırmağa çalışmışdır. Müqavilə öhdəlikləri vicda nla icra edilməlidir. İddiaçı müqavilə öhdəliyinin heç bir ay da olsun icrasını vicdanlı icra etməmiş, gecikdirmələr etmiş, indi də məhkəməni bunu normal hal kimi, qanun və müqavilə pozuntusu kimi qəbul etməməsini xahiş etmişdir. MTK 2 ay 10 gün müddətində müqavilə öhdəliyini pozmanı əhəmiyyətli hesab edir. Digər tərəfdən müqavilədə bu şərt nəzərdə tutulduğundan iddiaçı belə pozuntulara yol verəcəyi təqdirdə müqavilənin birtərəfli qaydada ləğv ediləcəyini bilmiş və qəbul etmişdir. Müqavilə öhdəliyinə vicdanlı yanaşan alıcı 60 aylıq müqavilənin ilk ayından etibarən gecikmələrə yol vermir. Əgər şəxs elə ilk aylarda belə pozuntulara yol verirsə, maddi vəsaiti vaxtlı-vaxtlı ödəmələr etməyə imkan vermirsə və yaxud maddi vəsaiti olmasına baxmayaraq, öhdəliyini gec icra etməyə meyillidirsə bu m üqavilə tərəfi kimi MTK-nın müqavilə şərtlərinə uyğun davranmağa məcbur edir. Belə vəziyyətdə müqavilə münasibətlərini davam etdirmək MTK-nın vəzifəsi, öhdəliyi deyil, hüququdur. Ödəniş cədvəlindəki gecikmələri və son olaraq 2 ay 10 gün müddətində qrafik üzrə ödəniş etməməsini nəzərə almasını xahiş edirlər.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(006)2111/2024 nömrəli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh MTK ilə İddiaçı arasında 04 oktyabr 2023-cü il tarixdə daşınmaz əmlakın (mənzilin) sifarişi barədə müqavilə bağlanmışdır. Bağlanmış müqavilə əsasında tərəflər öz üzərinə müəyyən öhdəliklər götürmüşlər. Müqavilənin əsas şərtlərindən biri “Sifarişçi” tərəfindən mü qavilə şərtlərinə əməl edilmədiyi, yəni müqavilənin əlavəsi olan ödəniş cədvəlinə uyğun olaraq vaxtlı-vaxtında (iki ay ardıcıl olaraq cədvəl üzrə tam ödəniş etməzsə) ödəniş edilmədiyi təqdirdə, mənzilin “İcraçı”ya geri qayıtması, satılması və “Sifarişçi”nin imzaladığı əlavə müqavilədə qeyd olunan şərtlər ilə cərimə tutularaq qalan məbləğin “Sifarişçi”yə qaytarılmasından ibarət olmuşdur. Lakin göründüyü kimi, iddiaçı tərəfindən həmin şərtlərə əməl edilməyərək, ödənişlərdə dəfələrlə gecikmələrə yol verilmiş və bu gecikmələr Cavabdeh MTK-nın müqaviləyə birtərəfli qaydada xitam verməsinə səbəb olmuşdur.

10. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan sənədlərlə iddiaçı tərəfindən ilkin ödənişdən savayı iki ay üçün ödəniş edildiyi müəyyən olunsa da, bu ödənişlər də vaxtlı-vaxtında həyata keçirilməmişdir. Belə ki, müqaviləyə əlavə olan cədvələ görə ödənişlər hər ayın 4-ü həyata keçirilməklə, ödənişin başlanğıc tarixi 04 noyabr 2023-cü il müəyyən edilmişdir. İddiaçı isə 04 noyabr 2023-cü il tarixində etməli olduğu ödənişi 30 noyabr 2023-cü il tarixində, 04 dekabr 2023-cü il tarixində isə etməli olduğu ödənişi 11 yanvar 2024-cü il tarixdə gecikmələrlə həyata keçirmişdir.

11. Birinci instansiya məhkəməsi göstərmişdir ki, iddiaçının əsas dəlillərindən biri gecikmələrlə olsa belə etmiş olduğu ödənişlərin MTK tərəfindən qəbul edilməsi və bu məsələ ilə əlaqədar ona hər hansı bir etirazın bildirilməməsi ilə bağlı olmuşdur. İddiaçının bu dəlilinə isə MTK tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsində aydınlıq gətirilmiş və bildirilmişdir ki, gecikmələrlə edilmiş olan ödənişlər o nlar tərəfindən qəbul edilmiş olsa da, bu ödənişlər gecikdirilmiş aylar üzrə edilməli olan ödəniş qismində qəbul edilmişdir. Yəni iddiaçının yanvar ayının 11-i etdiyi ödəniş əslində gecikdirmiş olduğu dekabr ayı üçün nəzərə alınmış və bununla da iddiaçı mahiyyət etibarı ilə yanvar ayı üçün etməli olduğu ödənişin də vaxtının gecikdirilməsinə səbəb olmuşdur. Nəticədə iddiaçı müqavilə şərtlərini pozaraq iki ay ardıcıl olaraq ödəniş etməmiş və müqavilə ilə üzərinə götürmüş olduğu öhdəliyin icrasını pozmuşdur. Bütün yuxarıda sadalanmış hallar isə MTKya müqavilənin icrasından birtərəfli qaydada imtina etməsinə haqq qazandırmış və onun tərəfindən hər hansı pozuntuya yol verilməsinə səbəb olmamışdır.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmasını iddia etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi həmin hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Əksinə toplanmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, iddiaçının öhdəliklərini icra etməməsi müqavilənin birtərəfli qaydada ləğvinə səbəb olmuşdur.

13. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 14, 385, 389, 390, 405, 421, 425, 442-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2025-ci il tarixli, 2(103)-477/202 5 nömrəli qətnaməsi ilə (hakim S.Səlimovanın sədrliyi və məruzəsi ilə, hakimlər A.İsgəndərov və M.Rüstəmli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, müqavilə üzrə ödənişləri vaxtında, daha sonra isə iki ay ardıcıl icra etmədiyini etiraf edən iddiaçı apellyasiya şikayətində cavabdehin etiraz etmədən tərəfindən aparılan ödənişləri qəbul etməklə müqavilə şərtlərinin pozulması faktını qəbul edərək onu əhəmiyyətli hesab etmədiyini, nəticədə tərəflər arasında bağlanılmış müqavilə üzrə yeni işgüzar münasibətlər formalaşmasını bildirsə də, bu halı təsdiq edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırması zamanı isə iddiaçının ödənişləri gecikdirməsi, daha sonra iki dəfə ardıcıl ödəniş etməməsi nəticəsində MTK tərəfindən müqaviləyə bir tərəfli qaydada xitam verməsi öz təsdiqini tapmışdır.

17. Apellyasiya kollegiyası iddiaçı tərəfin müqavilə üzrə ödənişlərin aparılması qaydasında mövcud olan problemlərlə bağlı vaxtında ödənişlərin edilə bilinməməsinə dair izahatlarında qeyd olunan dəlil üzrə qeyd etmişdir ki, həmin binada yerləşən digər mənzilə dair bağlanmış müqavilə üzrə iddiaçının vaxtında ödənişlər aparması tərəflərin izahatları ilə təsdiq olunduğundan qeyd olunan dəlil inandırıcı deyildir.

18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60, 125, 127, 129-cu, Mülki Məcəllənin 5, 6, 385, 386, 389, 390, 405, 42 1, 423, 425, 442, 443, 752, 753-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2025-ci il tarixli, 2(103)-477/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar, bu mümkün olmadığı halda isə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyas ı məhkəməsi tərəfindən Azərbaycan Mülki Məcəllənin 404.1, 404.2, 421.1-421.3-cü, Mülki Prosessual Məcəllənin 9.1-9.3, 88, 138.1, 138.2, 372.6, 372.7-ci maddələri pozulmuşdur.

21. Belə ki, tərəflər arasında bağlanılmış müqavilədə müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsi adlı bölmə olmamış, müqavilənin 2.7 və 3.1.6-cı bəndləri isə “Təhviltəslim və ödənişlər” və “tərəflərin hüquq və vəzifələri” adlı bölmələrdə yerləşdiyindən, həmin bəndlər müqavilənin birtərəfli qaydada ləğvi üçün şərt kimi qəbul edilə bilməz. Digər tərəfdən, tərəflər arasında bağlanılmış müqavilənin 3.1.6-cı bəndində ödəniş cədvəlinə uyğun olaraq iki ay ardıcıl ödənişlər edilmədiyi təqdirdə bu Müqaviləyə birtərəfli qaydada xitam vermək “İcraçı”nın hüquqları kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, müqavilənin ləğv edi lməsi hüququnun yaranması üçün ödənişlərin ardıcıl olaraq iki ay ərzində edilməməsi tələb olunur. Cavabdeh və işə baxan məhkəmələr ödənişlərin gecikdirilməsini, onların ödənilməməsi kimi təfsir etmişlər. Halbuki, gecikdirilmə və icra edilməmə fərqli anlayışlardır və hüquqi nəticələri ayrıdır. Digər tərəfdən iddiaçı tərəfindən gecikdirmə ilə aparılmış ödənişlər cavabdeh tərəfindən qəbul edilmiş və qəbul edilən zaman hər hansı etiraz irəli sürülməmişdir. Belə olan halda, həmin aylar üzrə edilməli olan ödənişlər gecikdirmə ilə aparılsa da, icra edilmiş hesab edilir və “ödənilməyən” ödənişlər kimi qəbul edilə bilməzdir. Cavabdeh, müqavilə üzrə ödənişlərin gecikdirilməsini onun şərtlərinin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirərək müqaviləni birtərəfli qaydada ləğv etmişdir. Lakin, əgər həmin pozuntu həqiqətən də əhəmiyyətli olmuşdursa, cavabdeh ödənişləri qəbul etməməli, gecikmənin əhəmiyyətli pozuntu hal olması barədə etirazını bildirməli və bu halın təkrarlanacağı təqdirdə müqavilənin ləğvi üçün əsas təşkil edəcəyi barədə qarşı tərəfə əvvəlcədən xəbərdarlıq etməli idi. Yaxud, həmin şərti başa düşülən və konkret formada müqavilənin müddəalarında əks etdirməli idi. Lakin göründüyü kimi cavabdeh müqavilənin daha güclü tərəfi kimi onun 2.7 və 3.1.6-cı bəndlərini öz xeyrinə şərh və təfsir etmiş və Mülki Məcəllənin tələblərinə zidd olaraq müqaviləni birtərəfli qaydada ləğv etmişdir. Məhkəmələr isə işə baxarkən müqavilənin birtərəfli qaydada ləğv edilməsini Mülki Məcəllənin 421.1 və 421.2-ci maddəsinin tələblərinə zidd olmasını nəzərə almamışlar. Bundan əlavə, birinci i nstansiya məhkəməsində işə baxılarkən iddiaçının hüquqlarını Vəkil1 müdafiə etmişdir. Lakin, apellyasiya şikayəti verilərkən iddiaçı yeni vəkil və nümayəndə - Vəkil3 Oktay oğlu ilə müqavilə bağlamışdır. İş üzrə apellyasiya şikayəti, eləcə də hazırkı kassasiya şikayəti Vəkil3 tərəfindən tərtib edilərək imzalanmış və məhkəməyə təqdim edilmişdir. Bununla belə, apellyasiya şikayətinin Vəkil3 tərəfindən verilməsinə baxmayaraq, işə apellyasiya qaydasında baxılarkən məhkəmə iclasının vaxtı və yeri barədə ona hər hansı məlumat verilməmiş, o, “Elektron məhkəmə” informasiya sistemində tərəf kimi əlavə edilməmişdir. Nəticədə, Vəkil3 keçirilən məhkəmə proseslərindən və qəbul edilmiş qətnamədən xəbərsiz qalmışdır. Beləliklə, apellyasiya instansiya məhkəməsi kobud prosessual pozuntu etməklə iddiaçının v əkili və nümayəndəsi – Vəkil3 məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırmamış və işə onun iştirakı olmadan baxmışdır.

22. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

23. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutla ra və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

25. Apellyasiya məhkəməsinin qətnaməsi kassator tərəfindən bütövlüklə mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə bo rcludurlar. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tu tulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-ci maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

27. Azərbaycan Respublikasının Mülki Prose ssual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməl idir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozu ntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının hazırkı kassasiya şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, tərəflər arasında bağlanmış müqavilənin iddiaçı tərəfindən əhəmiyyətli dərəcədə pozdulduğu və bu səbəbdən cavabdehin müqavilənin ləğvinə yönəldilmiş hərəkətlərinin qanuni olması nəticəsinə gəlmişdir. (bax bənd 16-17)

30. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

31. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə “müqavilənin ləğvi”nə dair xüsusi bölmənin (fəslin) olmaması, bunu tənzimləyən bəndlərin (müvafiq olaraq müqavilənin 2.7, 3.1.6, 3.2.2 və 3.7-ci bəndlərinin ) tətbiq edilə bilməməsi anlamına gəlmir. Müqavilənin həmin bəndləri ilə isə tərəflər öhdəliklərinin lazımi qaydada icra edilməməsi səbəbi ilə müqavilənin ləğv etmə imkanını və qaydasını müəyyən etmişlər.

32. İddiaçı tərəfindən ödənişlərdə etdiyi gecikmənin ödənişlərin edilməməsi kimi qiymətləndirilmənin səhv olunmasına dair kassasiya şikayətinin dəlili həmçinin əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tərəfindən müqavilə üzrə 2023-cü ilin noyabr və dekabr aylarının ödənişləri gecikmə ilə həyata keçirilmiş, 2024-cü ilin yanvar və fevral aylarının ödənişləri isə ümumiyyətlə həyata keçirilməmişdir.

33. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq iddiaçının öhdəliyini müqavilə ilə müəyyən olunan qaydada icra etməməsini müqaviləni ə həmiyyətli dərəcədə pozması kimi qiymətləndirmiş və onun bu mövqeyi Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olmuşdur.

34. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.... İkitərəfli müqav ilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.

35. İddiaçının nümayəndəsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamasına dair kassasiya şikayətinin dəlili həmçinin açıq-aydın əsassızdır.

36. Belə ki, Mülki Prosessual Məcəllənin 376-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin iclasının vaxtı və yeri barədə işdə iştirak edən şəxslər məlumatlandırılmalıdırlar. Həmin Məcəllənin 46-cı maddəsinə görə isə, işdə iştirak edən şəxslərə - tərəflər, üçüncü şəxslər, ərizəçilər, ma raqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar aid edilmişdir. Göründüyü kimi, tərəfin nümayəndəsi və ya vəkili işdə iştirak edən şəxs hesab olunmur və onun ayrıca məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması öhdəliyi qanunla müəyyən olunmamışdır.

37. Hazırkı iş materiallarından müəyyən olunur ki, iddiaçının özü məhkəmə iclasının vaxtı və yeri barədə “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış kabinet, habelə mobil telefon nömrəsinə göndərilmiş SMS vasitəsi ilə məlumatlandırılmış və bu hal, onun apellyasiya məhkəməsinə ünvanladığı ərizə ilə təsdiq olunmuşdur.

38. Odur ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 376.2 -ci maddəsini düzgün tətbiq etməklə, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya M əhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2025-ci il tarixli, 2(103)-477/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar