Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1593/2022 18.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aktının əsaslandırılması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul və ziyanın ödənilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2725/2021 nömrəli iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 18 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin bin asında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Siyəzən şəhərində yerləşən 0,0044 ha torpaq sahəsi Siyəzən bələdiyyəsinin 30 yanvar 2003-cü il tarixli, 1-9 nömrəli qərarı və torpaq icarəsi müqaviləsi əsasında 99 il müddətinə X5 icarəyə verilmiş, icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonuncunun ölümündən sonra torpaq sahəsinə icarə hüquqları 02 mart 2020-ci il tarixdə vərəsəlik qaydasında ½ hissədə Cavabdeh1, ½ hissədə Cavabdeh2 xeyrinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin müvafiq ərazi idarəsində dövlət qeydiyyatına alınmışdır.
2. Siyəzən rayonu dövlət notariat ofisinin dövlət notariusu X9 tərəfindən 11 mart 2020-ci il tarixdə reyestrdə 7E-37 nömrə ilə təsdiq edilmiş AR-İİ seriyalı, 033868 nömrəli etibarnamə əsasında Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) yuxarıda qeyd olunan torpaq sahəsi üzərindəki icarə hüququndan onlara məxsus olan hissələrə dair bütün hüquqları 1 il müddətinə, yəni 11 mart 2021-ci il tarixədək İddiaçı (bundan sonra – iddiaçı) etibar etmişlər. Etibarnamə 07 sentyabr 2020-ci il tarixdə ləğv edilmişdir.
3. Torpaq sahəsinin üzərində 44 kv.m. ölçüdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış qeyri-yaşayış sahəsi mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onlara ödədiyi 320 ABŞ dolları və 3740 manat nağd pulun, təmirə xərclədiyi 4450 manatın, avadanlıqların alınmasına və quraşdırı lmasına sərf edilmiş 3750 manat məbləğində vəsaitin, vəkilə ödədiyi 1000 manat pulun, 30 manat dövlət rüsumunun, avtomobilini tələsik ucuz qiymətə satdığına görə ona dəymiş 2000 manat məbləğində ziyanın, bankdan kredit götürdüyünə görə ödəməli olduğu 1837,48 manat faizin, kredit alarkən bank xərclərinə çəkilmiş 60 manat xərcin, ümumilikdə 320 ABŞ dolları və 16807,48 manat məbləğində pulun, habelə əsəb-stress keçirdiyinə, eləcə də psixoloji gərginlik və narahatlıq yaşadığına görə ona vurulmuş mənəvi ziyana görə 5000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Siyəzən şəhəri ərazisində yerləşən 0,0044 ha torpaq sahəsi Siyəzən bələdiyyəsinin 30 yanvar 2003-cü il tarixli, 1-9 nömrəli qərarı və torpaq icarəsi müqa viləsi əsasında 99 il müddətinə cavabdehlərin mərhum atası X5 icarəyə verilmiş, icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu torpaq sahəsi üzərində məişət cihazlarının təmiri yeri kimi fəaliyyət göstərən 44 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi mövcud olsa da, həmin qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Həmin yeri almaq qərarına gəlmiş və dostu Şahin vasitəsilə Ramanı tapmış, obyektin sənədlərinin olmaması, lakin, torpağın Ramanın mərhum atasına məxsus olması müəyyənləşmişdir. Cavabdeh1 bu obyekti 20000 manata satmaq istədiyini bildirsə də, 18000 manata razılaşmışlar. Sonradan obyektə bitişik torpaq sahəsinin də satılması barədə razılaşmışlar. Cavabdeh1 torpağın sənədini vərəsəlik qaydasında öz adına keçirməsi üçün müəy yən qədər pul vəsaitinə ehtiyacı olduğunu bildirmiş, iddiaçı isə sənədləşmə üçün lazım olan pulları ödəməsi, sonradan isə ödədiyi pulların razılaşdırılmış 18000 manat puldan çıxılacağı barədə cavabdehlə razılaşmışdır. Müxtəlif cavabdehlərə iddia tələbində göstərdiyi məbləğdə pullar vermiş, lakin cavabdehlər alqı-satqı üçün sənədləri tam qaydaya sala bilməmişlər. Martın 15-dən etibarən obyektdə təmir işlərinə başlamış, aprelin sonunadək təmiri bitirmiş, obyektin təmirinə usta pulu da daxil 4450 manat məbləğində pul xərcləmişdir. İddiaçı orada gözəllik salonu açaraq, avadanlıqların alınmasına da əlavə olaraq 3750 manat pul xərcləmişdir. Pandemiya şərtlərinə görə 05 may 2020-ci il tarixdən gözəllik salonlarının fəaliyyətinə icazə verilmiş və həmin vaxtdan salon fəaliyyətə başlamışdır. 04 se ntyabr 2020-ci il tarixdə Cavabdeh1 İddiaçı zəng edərək sonuncunu görüşə çağırmış, onlar yenidən “Bənövşə” kafesində görüşmüşlər. Bu zaman Cavabdeh1 İddiaçı ev almaq üçün ona əlavə olaraq 3000 manat pul verməsini xahiş etmiş, sonuncu buna etiraz edərək, yalnız obyekt adına keçirildikdən sonra, bütün pulu verəcəyini bildirmişdir. Bu zaman Cavabdeh1 arxadakı torpağın qiymətini ucuz təklif etdiyini, oranın kvadratını 220 manata deyil, 500 manata satdığını bildirmiş, iddiaçı isə bu qiymətlə razılaşmamışdır. Bundan 3 gün sonra, 07 sentyabr 2020-ci il tarixdə cavabdehlər etibarnaməni ləğv etdirərək, iddiaçıdan obyektdən çıxmağını tələb etmiş, habelə ona hədə-qorxu da gəlmişlər. 2021-ci ilin yanvar ayında Cavabdeh1 obyektə verilən elektrik enerjisinin verilişini dayandırmışdır.
6. Cavabdeh1 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, 2020-ci ilin yanvar ayında ilk dəfə görüşərkən obyektin qiymətini 20 000 manata razılaşmış, həmçinin bu obyektin arxa hissəsində yerləşən torpaq sahəsini adına sənədləşdirdikdən sonra, iddiaçıya 15000 manata satacağı barədə sövdələşmişlər. 2020-ci ilin fevral ayında ikinci dəfə iddiaçı ilə görüş zamanı, sonuncuya sənədləşmə işlərini tam yekunlaşdırdıqdan sonra, mağazanı və arxadakı 40 kv.metr torpağı birlikdə satacağını, sənədləşməyə qədər isə mağazanı icarə haqqı ödənilmək şərtilə, iddiaçıya icarəyə verə biləcəyini təklif etmiş, sonuncu da bu şərtlərlə razılaşmışdır. Beləliklə, 11 mart 2020-ci il tarixdə iddiaçıya obyektdən istifadə etmək üçün qardaşı Kamillə birlikdə etibarnamə vermişlər. Sonradan iddiaçı qiymətdə razılaşmadığından, alqı-satqı baş tutmamışdır. Bundan əlavə, iddiaçı ondan və qardaşı Kamildən obyektdə təmir işlərinin aparılması üçün icazə istəməmiş, bununla bağlı onların razılıqları olmamışdır. Təmir işləri gedən zaman iddiaçı öz ailə üzvləri ilə birlikdə obyektdə olduğundan, o, ora getməmiş, buna görə iddiaçının orada hansı işləri gördüyündən məlumatlı olmamışdır. Təxminən 2021-ci ilin yanvar ayında obyektə elektrik enerjisinin verilməsi onun ərizəsi əsasında aidiyyəti orqan tərəfindən dayandırılmışdır. İddiaçının müxtəlif vaxtlarda ona özü və digər şəxslər vasitəsilə guya 320 ABŞ dolları və 3740 manat pul verməsi barədə iddiaları həqiqəti əks etdirmir. Çünki, iddiaçı ona icarə haqqı ödəməmiş, təkcə 2020-ci ilin fevral ayında iddiaçının Əjdər adlı qohumundan 120 ABŞ dolları pul almışdır. Qeyd edilənlər ə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, mübahisəli obyektlə bağlı danışıqlara 11 mart 2020-ci il tarixdə qoşulmuşdur. Bu tarixdə iddiaçıya obyektdən istifadə etmək üçün qardaşı Ramanla birlikdə etibarnamə vermiş, həmin etibarnaməni də istədikləri vaxt ləğv edə bilərdilər. İcarə haqqını aylıq 300 manata razılaşmışlar. Etibarnamə verilərkən iddiaçının qeyd etdiyi kimi sonuncu qardaşı Ramana, Raman da ona pul verməmişdir (həmçinin iddiaçı sonradan da ona obyektin icarəsinə görə hər hansı məbləğdə pul verməmişdir). Həmçinin, iddiaçı onlardan obyektdə təmir işlərinin aparılması üçün icazə istəməmiş, bununla bağlı razılıqları olmamışdır. İddiaçıya dəymiş ziyanı qəbul etmir, əksinə 1 il 3 ay ərzində iddiaçı obyektin icarə haqqını ödəməyərək, onları gəlirdən məhrum etmişdir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. X3 ifadəsində göstərmişdir ki, İddiaçı yaxın dostudur, Cavabdeh1la da əvvəllər yaxşı münasibətləri olmuşdur. Onun vasitəçiliyi ilə iddiaçı və Cavabdeh1 mübahisəli obyektin qiymətini 18000 manata razılaşmış və sənədlər qaydasına düşəndən sonra cavabdehlər bu obyektin arxa hissəsində olan torpaq sahəsini də iddiaçıya satmaq barədə razılığa gəlmişlər. Həmçinin, obyektin sənədləri tam hazır olandan sonra tərəflər arasında alqı-satqı da olmalı idi. 2020-ci ilin mart ayının əvvəlində İddiaçı ondan 120 manat pulu Cavabdeh1 verməsini xahiş etmiş, o, da bu pulu cavabdehə vermişdir. Daha sonra, İddiaçı Ramana verdiyi h əmin məbləğdə pulu ona qaytarmışdır. Onun yanında digər Cavabdeh2la danışıqlar olmamışdır.
9. X8 ifadəsində göstərmişdir ki, o, İddiaçı üçün sözügedən obyektdə kafel vurmuş, obyektdə işləyərkən Cavabdeh1 da bu obyektə gəlib-getmişdir. 2020-ci ilin aprel ayında obyektdə işləyərkən Raman Vüqardan bir dəfə onun yanında 20 manat pul istəmiş, həmin vaxt Vüqarda pul olmadığı üçün bu pulu sonuncunun əvəzinə Ramana o, vermiş, sonradan İddiaçı bu pulu ona qaytarmışdır. Bir dəfə də obyektdə işləyərkən İddiaçı onun yanında cavabdeh Ramana 50 manat pul vermişdir. Bundan əlavə, Vüqardan Ramanın pulu hansı məqsədlə istəməsinin səbəbini soruşmamışdır.
10. X6 ifadəsində göstərmişdir ki, iddiaçının qohumudur. Sözügedən obyektdə 2020ci ilin mart-aprel aylarında usta işləyərək, suvaq, elektrik işi və sante xnik işlərini görmüşdür. İddiaçı bunun müqabilində ona 1200 manat zəhmət haqqı da vermişdir. Cavabdeh1 həmin vaxt obyektə gəlib, orada usta işlədiyini görsə də, buna heç bir etiraz bildirməmişdir. 2020-ci ilin aprel ayının əvvəlində obyektdə işləyərkən iddiaçı Ramana onun yanında 200 manat pul vermişdir.
11. X2 ifadəsində göstərmişdir ki, iddiaçı onun bacısı oğludur. Cavabdeh1 da Siyəzən şəhər sakini kimi tanıyır. İddiaçı Cavabdeh1la mübahisəli obyektə dair razılaşmadan sonra, sonuncuya müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə, o cümlədən bir dəfə 3000 manat pul verdiyini bildirdikdə, o, bu pulları verərkən notarial müqavilə bağlamamasını bacısı oğluna irad tutmuşdur. İddiaçı isə Cavabdeh1 notariat orqanına getməkdən yayındığını, həmçinin cavabdehin pulları ondan şənbə-bazar günlərində (not ariat orqanının işləmədiyi vaxt) istədiyini bildirmişdir. Sonradan bir dəfə Cavabdeh1 məxsus “Bənövşə” kafesində Vüqar, o və Raman bu mövzu ilə əlaqədar söhbətləşərkən, sonuncu Vüqardan 3000 manat pul aldığını etiraf etmişdir.
12. X1 ifadəsində göstərmişdir ki, iddiaçı qaynının oğlu, Cavabdeh1 da uzaq qohumudur. Mübahisə yarandıqdan sonra Cavabdeh1 qayınatası olan qohumu Sabir Zeynalovun evinə barışıq əldə edilməsi üçün Vüqarla birlikdə getmişlər. Həmin vaxt orada Raman, Sabir və Vüqar olmuş, o zaman Raman Vüqardan obyektin açarlarını almaq istədikdə, o, iddiaçının cavabdehə aid obyektin təmirinə, avadanlıqların alınmasına xeyli miqdarda xərc çəkdiyini bildirib, açarları təhvil verməsinə mane olmuşdur. Bundan başqa, söhbət zamanı cavabdeh Raman iddiaçı Vüqarın ona 4000 manat pul verdiyini də bildirmişdir. Lakin, həmin vaxt onun yanında iddiaçı Ramana hər hansı məbləğdə pul verməmişdir.
13. İş üzrə qəbul edilmiş qərardad əsasında verilən "xxxx" MMC-nin 10 mart 2021-ci il tarixli, 29 nömrəli rəyində qeyd olunmuşdur ki, Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən 44 kv.m ölçülü qeyri-yaşayış sahəsində aparılmış yenidənqurma və təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 4258 manat, ora quraşdırılmış mebellərin və avadanlıqların işlənmə dərəcəsi nəzərə alınmaqla hazırkı vəziyyətdə ümumi qiyməti 2900 manat müəyyən olunmuşdur.
14. Siyəzən Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiyası məhkəməsi) 2(059)-63/2021 nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim B.Ələkbərov) iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı xeyrinə 3300 manat və 3 20 ABŞ dollarının ödəniş vaxtına manatın məzənnəsi üzrə pulun tutulması, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə sonuncunun təmirə çəkdiyi 4258 manat xərc, vəkilin göstərdiyi hüquqi yardıma görə ödədiyi 500 manat məsrəf, məhkəmə-əmtəəşünaslıq (müstəqil qiymətləndirici) ekspertizası üçün ödədiyi 400 manatın 38%-i, yəni 152 manatı, iddia tələbi üzrə ödədiyi 30 manat dövlət rüsumunun 38%-i, yəni 11,40 manatın tutularaq ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi şahidlər Şahin Quliyevin, Cavid Sazmaninin, Əfqan Nəzərovun, eləcə də Yaqut Məmmədovanın ifadələrinə qiymət verərək qeyd etmişdir ki, şahidlər iddiaçı tərəfin dostu və qohumu olmaqla, sonuncunun cavabdehlərlə, o cümlədən Cavabdeh1la olan münasibətlərini bildiyi ndən, iş üzrə iddiaçı tərəfindən ifadə vermələri baxımından və beləliklə də, şahid dəvət edildikləri tərəf baxımından işin nəticəsi ilə bağlı maraqlı olduqlarından, eyni zamanda verilmiş şahid ifadələri cavabdehlərə, o cümlədən Cavabdeh1 ödənilmiş vəsaitin müqəddəratına tam şəkildə aydınlıq gətirmədiyindən əsaslı hesab edilməməli və mötəbər sübut kimi qəbul edilməməlidir. Həmçinin, bu şahid ifadələrinin əsaslı və mötəbər olmamasına dəlalət edən hallardan biri də sonuncuların göstərdikləri məbləğlərin iş materiallarına əlavə edilmiş CD diskə köçürülmüş səs yazılarında İddiaçıla Cavabdeh1 danışıqları zamanı alınması etiraf edilmiş məbləğlərlə üst-üstə düşməməsidir. Belə ki, şahidlər Şahin Quliyevin, Cavid Sazmaninin, Əfqan Nəzərovun, eləcə də Yaqut Məmmədovanın ifadələrində ödənilmiş məblə ğlərə münasibətdə CD diskə köçürülmüş səs yazılarında tərəflərin etiraf etdikləri məbləğlər arasında ziddiyyətli məqamlar ortaya çıxarmışdır ki, bu da sonda onların ifadələrinə daxili inamın yaranmaması ilə nəticələnmişdir. Belə olan təqdirdə isə verilən bu şahid ifadələrinin ödənilmiş məbləğlərlə bağlı hissədə əsaslı və mötəbər sübut kimi qəbul edilməsi istisna edilir.
16. Birinci instansiya məhkəməsi tərəflərin izahatı, işin faktiki halları, o cümlədən tədqiq edilmiş CD diskə köçürülmüş səs yazıları və digər sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçıla Cavabdeh1 2020-ci ilin yanvar ayının sonlarında Siyəzən şəhəri ərazisində yerləşən 0,0044 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsinin torpağın sənədləşmə xərcləri də daxil olmaqla, 18000 manata alqı-satqısı barədə razıla şmış, bundan əlavə, sonuncu qeyri-yaşayış sahəsinin arxasında boş torpaq sahəsi olduğunu və həmin torpaq sahəsini öz adına rəsmiləşdirmək üçün bələdiyyəyə müraciət etdiyini bildirərək, bu torpağı da almasını iddiaçıya təklif etmiş, bu məqsədlə İddiaçı Cavabdeh1 2020-ci ilin fevral-mart ayları ərzində şəxsən və bilavasitə cəmi 3300 manat, eləcə də 320 ABŞ dolları məbləğində pul vermişdir. Bundan sonra, 11 mart 2020-ci il tarixdə cavabdehlər Raman və Cavabdeh2lar Siyəzən şəhərində yerləşən 0,0044 ha torpaq sahəsi üzərindəki icarə hüququndan onlara məxsus olan hissələrə dair bütün hüquqları 1 il müddətinə, yəni 11 mart 2021-ci il tarixədək İddiaçı etibar etmişlər. Daha sonra, 2020-ci ilin mart-aprel ayları ərzində iddiaçı, etibarnaməli idarəçiliyinə keçmiş torpaq sahəsi üzərində yerləşən qeyr i-yaşayış sahəsində vicdanlı sahib kimi yenidənqurma və təmir işlərinə başlamış, habelə oraya mebellər və avadanlıqlar quraşdırmışdır. Lakin, sonradan tərəflər arasında münasibətlər pozulmuş, nəticədə alqısatqı baş tutmamış və cavabdehlər iddiaçıya 11 mart 2020-ci il tarixdə verdikləri etibarnaməni 07 sentyabr 2020-ci il tarixdə notariat ofisinə gedərək ləğv etdirmişlər. Bu səbəbdən də, iddiaçı hazırda cavabdehlər tərəfindən hüquq və mənafeyinin pozulduğunu əsas gətirməklə, çəkmiş olduğu xərclərin, eləcə də ona dəymiş maddi və mənəvi zərərin əvəzini tələb edir.
17. Məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh1 Siyəzən şəhəri ərazisində 0,0044 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsinə görə torpağın sənədləşmə xərcləri də daxil olmaqla, 2020-ci ilin fevral-mart ayları ərzində şəxsən və bilavasitə verdiyi cəmi 3300 manat, eləcə də 320 ABŞ dolları məbləğində pulu, həmçinin cavabdehlərdən həmin qeyri-yaşayış sahəsində, ora onun etibarnaməli idarəçiliyində olduğu müddətdə vicdanlı sahib kimi görmüş olduğu yenidənqurma və təmir işlərinin dəyərinin əvəzini tələb etməkdə haqlı olsa da, sözügedən tikilidə quraşdırılmış avadanlıqların dəyərini istəməsi üçün hüquq və maraqları pozulmamışdır.
18. Məhkəmə göstərmişdir ki, Siyəzən şəhəri ərazisində 0,0044 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsi üçün alınmaqla, quraşdırılmış avadanlıqlar daşınar əşya olmaqla, tikilidən ayrılması mümkündür və bunların həmin tikilidən ayrılması ora hər hansı bir formada ziyan vurmamaqla, tikilinin təyinatına təsir etmir. Mülki Məcəllənin tələblərinə əsasən iddiaçı əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Bu halda isə İddiaçı sözügedən tikiliyə quraşdırmış olduğu avadanlıqları oradan ayırmaqla, çıxarmaq imkanı istisna edilmədiyindən həmin əşyalara görə cavabdehlərdən hər hansı bir məbləğdə vəsaitin tutulması hazırkı məqamda mümkünsüzdür, habelə məqsədəmüvafiq deyildir.
19. Məhkəmə iddia tələbinin “avtomobilini tələsik ucuz qiymətə satdığına görə ona dəymiş 2000 manat məbləğində ziyanın cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş CD diskə köçürülmüş səs yazılarından da göründüyü kimi alqı-satqının dəyərinin ödənilməsi üçün İddiaçı Cavabdeh1 özünə məxsus “Mercedes Benz” mark alı avtomobilini satacağını, hətta bunun üçün həftə içi satılmasa, avtomaşını bazara çıxarıb, maşın alverçisinə dəyərindən ucuz verəcəyini qeyd edib, pulun qalıq hissəsini tamamlamaq üçün bankdan kredit götürəcəyini də bildirmişdir. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı özünə məxsus avtomaşını üçüncü şəxsə dəyərindən ucuz satarkən bu zaman ona kənar şəxslər, o cümlədən cavabdehlər tərəfindən təsir və ya təzyiq olmamış, məhz iddiaçının özü sərbəst surətdə iradəsini ifadə etməklə, öz təşəbbüsü və niyyəti ilə avtomaşınını ucuz qiymətə realizə etmişdir. Belə olan təqdirdə qeyd edilənə münasibətdə iddiaçıya cavabdehlər tərəfindən hər hansı bir formada zərər vurulması halı müəyyən edilmir ki, bu zaman da sonunculardan iddiaçının xeyrinə hər hansı bir məbləğdə vəsaitin tutulması is tisna edilir.
20. Həmçinin, məhkəmə qeyd etmişdir ki, cavabdehlərin, iddiaçının qarşısında alqısatqının dəyərinin ödənilməsi üçün kredit alarkən çəkilmiş bank xərclərini ödəmək, eləcə də götürülmüş kreditə görə banka faiz ödənişləri etmək barədə qanunvericiliyin tələblərinə müvafiq müqavilə bağlayaraq öhdəlik götürdükləri müəyyən edilməmişdir. İddiaçı kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıdığından banka olan xərcin, eyni zamanda borcun da məhz onun tərəfindən ödənilməli olması tam əsaslıdır və mübahisə edilməzdir.
21. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, sübutların tədqiqi zamanı iddiaçı cavabdehlərin hərəkətləri nəticəsində onun hər hansı mənəvi sarsıntı, iztirablar k eçirməsi halları barədə sübut təqdim etməmiş, habelə iddia tələbində mənəvi zərərlə əlaqədar göstərilən hallar məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 362.1, 158.2, 157.2, 529.1, 529.2, 529.3, 386.1, 390.1, 406.1, 329, 157-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı və cavabdehlər ayrıayrılıqda apellyasiya şikayəti vermiş, iddiaçı qətnamənin ləğv edilməsi, iddianın tam təmin edilməsinə, cavabdehlər isə qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
24. İddiaçı idd ia ərizəsi ilə eyni məzmun təşkil edən apellyasiya şikayətində göstərmişdir ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmənin yol verdiyi səhvlər aradan qaldırılmalı, iş üzrə qanuni, əsaslı və obyektiv qətnamə çıxarılmalıdır.
25. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, iddia tələbində göstərilənlər həqiqətə uyğun deyildir və əsassızdır. Məhkəmə işi birtərəfli aparmış, qeyriobyektiv qətnamə qəbul etmişdir. İddiaçı məhkəməyə heç bir sübut təqdim etməmiş, yalnız dost və qohumlarından ibarət şahidləri məhkəməyə gətirmiş, onlar da ziddiyyətli ifadələr vermişlər. Odur ki, qətnamənin ləğv edilməli və iş üzrə iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir.
26. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Qulyev və G.Tağızadə, iş №2(105)2725/2021) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmamışdır. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsini satılması ilə əlaqədar cavabdehlərə ödəniş etdiyini, onlardan etibarnamə aldığını və etibarnamə əsasında əmlakı istifadə etdiyini bildirmişdir.
28. İş materiallarından görünür ki, iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış sahəsi və üzərində yerləşdiyi torpaq sahəsi cavabdehlərin mülkiyyətində deyildir. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Belə olan halda həmin torpaq sahəsinin cavabdehlər tərəfindən ona satılması qeyri-mümkündür.
29. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış sahəsinin cavabdehlər tərəfindən iddiaçıya satılması iş materialları ilə təsdiqini tapmır.
30. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla cavabdehlərin mərhum atalarına icarəyə verilmişdir. Həmin torpaq sahəsinin cavabdehlərin adına icarəyə verilməsinə dair iş materiallarında hər hansı sübut mövcud deyildir. İddiaçı cavabdehlərə 320 ABŞ dolları və 3740 manat nağd pul ödəməsini bildirsə də, buna d air iş materiallarına mötəbər sübut əlavə etməmişdir. Məhkəmə iddia tələbinin qeyd edilən hissəsi üzrə şahid ifadələrini iddia tələbinin əsaslı olması üçün mötəbər sübut kimi qiymətləndirməmişdir və qeyd etmişdir ki, şahidlər iddiaçının yaxın tanıdığı şəxslər olduğu üçün və iddiaçının maraqlarını müdafiə etdikləri üçün iddia tələbində dolayısı yolla maraqlı şəxslərdir. Həmçinin qeyd edilən məbləğdə pulun şahidlərin iştirakı ilə cavabdehlərə verilməsini təsdiq edilmir.
31. Göründüyü kimi, iddiaçı qeyri-yaşayış sahəsinin alınması ilə əlaqədar cavabdehlərə qeyd edilən məbləğdə pul verməsini sübuta yetirə bilməmişdir. Belə ki, qeyri-yaşayış sahəsinin cavabdehlər tərəfindən iddiaçıya satılması barədə hər hansı müqavilə imzalanmamış, müqavilə üzrə tərəflər üzərilərinə hər hansı öhdəliklər götürm əmişlər.
32. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 21, 362.1, 158.2, 157.2, 529.1, 529.2, 529.3, 386.1, 390.1, 406.1, 329, 157-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə iddia tələbinin tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
34. İddia ərizəsi və apellyasiya şikayəti ilə eynilik təşkil edən kassasiya şikayətində göstərilmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, tətbiq olunmalı olan maddi hüquq normalarını tətbiq etməmiş, tətbiq etdiyi normaları isə, səhv təf sir etmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
37. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
38. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
39. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağ lı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
40. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
41. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Mülki Prosessual Məcəllə
42. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə ə saslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
43. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
46. Maddə 217.1. Mə hkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 49. 392.1. Apellyasiya instansiyası m əhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir:... 392.1.5. məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar.
50. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sü rülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyə n edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin iddianın rədd olunması barədə qətnaməsi iddiaçının kassasiya şikayəti əsasına tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə çıxarılmış və iddia təmin olunmamışdır.
57. Mülki Prosessual Məcəllənin 9, 14 və 88-ci maddələrinə əsasən belə olan halda tam hüquqlu məhkəmə kimi işə baxan apelyasiya instansiyası məhkəməsi öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, s ənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.
58. Eyni zamanda, prosessual qanunvericiliyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhk əmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir (MPM-in 217, 220-ci maddələri).
59. Apellyasiya instansiyası məhkəməsi tərəfindən belə iş üzrə qəbul edilmiş məhkəmə aktında işin müəyyən edilmiş halları, məhkəmə nəticəyə gəlməsi barədə motivləri və rəhbər tutduğu qanunlar (iddia tələbinin qanuni əsası) göstərilməli, hansı dəlillərə əsasən qətnamənin ləğv edildiyi və iddianı rədd olunduğu əsaslandırılmalıdır.
60. Lakin hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılması və məhkəmə aktlarının tərtib olunmasına dair prosessual qanunvericiliyin sadalanan tələblərinə riayət olunmamışdır.
61. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin məzmununa cüzi dəyişiklik etməklə həmin aktı öz qətnaməsində təkrarlamış, iş materiallarını və tətbiq edilən hüququ eyni qaydada sadalamış, yalnız iddianın təmin edilən hissəsinə münasibətdə fərqli ifadələr istifadə etməklə qətnaməni ləğv etmişdir.
62. Məhkəmə öz qətnaməsində həm qeyri-yaşayış sahəsinin üzərində yerləşdiyi torpaq sahəsinə cavabdehlərin icarə hüquqlarının dövlət qeydiyyatına alındığı barədə çıxarışa istinad etmiş, həm də belə nəticəyə gəlmişdir ki, həmin torpaq sahəsinə cavabdehlərin hüquqlarını təsdiq edən sənədlər mövcud deyil.
63. Bundan başqa, apellyasiya instansiyası məhk əməsi iş materiallarına əlavə edilmiş CD diskə köçürülmüş səs yazılarına tərəflərin izahatlarına əsaslanaraq qeyd etmişdir ki, Siyəzən şəhərindəki 0,0044 ha torpaq sahəsi üzərindəki tikiliyə, habelə torpaq sahəsinin sənədləşdirilməsinə görə Cavabdeh1 İddiaçı müxtəlif vaxtlarda 3000 manat, 100 manat, 200 manat olmaqla, cəmi 3300 manat, eləcə də 200 ABŞ dolları pulu şəxsən almış, habelə bu hal onun tərəfindən etiraf edilmişdir. Lakin daha sonra bu hala tam zidd olaraq məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı qeyri-yaşayış sahəsinin alınması ilə əlaqədar cavabdehlərə qeyd edilən məbləğdə pul verməsini sübuta yetirə bilməmişdir.
64. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, iddiaçı iddianın təmin edilməyən, cavabdeh isə iddianın təmin edilən hissəsində qətnaməni mübahisələndirmişdir. Qətnamənin əsaslandırıcı hissəsindən məlum olur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsi ilə razılaşmış və həmin hissədə iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin mövqeyini eynilə öz qətnaməsinə köçürmüşdür. Belə olan halda, qətnamənin iddianın təmin edilməyən hissəsində də ləğv olunmasının hüquqi əsası aydın deyildir.
65. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə o lunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
66. Məhkəmə kollegiyası hesab edir ki, sadəcə bir sıra qanunvericilik normalarının sadalanması və mübahisənin mahiyyətinə qiymət vermədən iddianın əsassız olması barədə qənaəti əks etdirən bir neçə ümumi xarakterli cümlədən ibarət olan məhkəmə aktı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.
67. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birin ci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
68. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməs i Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
69. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
70. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl edil məməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir.
71. Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir (Kuznetsov və digərlərinin Rusiya Federasiyasına qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli qərar).
72. Qeyd edilənləri nəzərə almaqla Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi və əsaslandırılmadığı üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına gönd ərilməli, təkrar apelyasiya baxışı zamanı mübahisə ilə bağlı həm işin faktiki vəziyyəti əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməklə, həm də müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır.
73. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2725/2021 nömrəli iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.