Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1595/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli qətnaməsi ilə (hakim R.Quliyev, iş № 2(005)-751/17) İddiaçı-nin cavabdehlər Cavabdeh 2, Cavabdeh1 və X3 qarşı “kredit müqaviləsi üzrə borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı-nin xeyrinə 02R000029809 saylı kredit razılaşması üzrə 37163,68 ABŞ dolları kredit borcu, 7505,99 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 45669,67 ABŞ dolları məbləğində borcun, 02R********** saylı kredit razılaşması üzrə 115543,64 ABŞ dolları kredit borcu, 20717,57 ABŞ dolları faiz borcu və 2000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 138261,21 ABŞ dolları, hər iki müqavilə üzrə ümumilikdə 183930,88 ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının, cəmi 62 manatın iddiaçının xeyrinə tutulması, tutulan məbləğin Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X5 prospektində yerləşən 41 nömrəli evin 74 nömrəli mənzilinə ilkin satış qiyməti 130000 manat məbləğində müəyyən edilməklə və Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 9 nömrəli evin 50 nömrəli mənzilinə ilkin satış qiyməti 355000 manat məbləğində müəyyən edilməklə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına İddiaçı-yə olan borcun ödənilməsi, ipoteka predmeti olan mənzillər açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzi ndə Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, X5 prospektində yerləşən 41 nömrəli evin 74 nömrəli mənzilindən, eləcə də cavabdehlər Cavabdeh2 və X2 Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 9 nömrəli evin 50 nömrəli mənzilindən çıxmadıqları təqdirdə, onların məcburi qaydada çıxarılmaları, satışdan götürülən və ya əldə edilən məbləğin göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsinin Cavabdeh2 qaytarılması, satışdan götürülən və ya əldə edilən məbləğ banka olan borcun ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin ediməmişdir. Həmin qətnamədən cavabeh Cavabdeh1 apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kolle giyasının 19 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Şamayev-sədrlik edən və məruzəçi, M.Məmmədov və Ş.Məhərrəmova, iş № 2(103)-518/19) apelyasiya şikayəti təmin edilərək Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli qətnaməsi qismən, yəni 31 oktyabr 2013-cü il tarixli 02R000029809 və 27 fevral 2015-ci il tarixli 002R********** saylı kredit razılaşmaları üzrə kredit borcunun zamin Cavabdeh1 tutularaq İddiaçı-yə ödənilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək İddiaçı-nin “kredit müqaviləsi üzrə borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası Cavabdeh1 münasibətdə təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən həm iddiaçı, həm də Cavabdeh1 kassasiya şikayətləri vermişlər. İddiaçı kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2019-cu il tarixli qətnaməsinin - İddiaçı-nin Cavabdeh1 münasibətdə iddia tələbinin rədd edildiyi hissədə ləğv olunmasını, tutulmuş borc məbləğlərinin Cavabdeh1 tutulması barədə iddianın təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh1 isə kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X3 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə 02R000029809 saylı kredit razılaş ması üzrə 37163,68 ABŞ dolları kredit borcu, 7505,99 ABŞ dolları faiz borcu və 12331,07 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 57000,74 ABŞ dolları, 02R********** saylı kredit razılaşması üzrə 115543,64 ABŞ dolları kredit borcu, 20717,57 ABŞ dolları faiz borcu və 39681,54 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 175942,75 ABŞ dolları, hər iki müqavilə üzrə cəmi 232943,49 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, Nərimanov rayonu, X5 prospektində yerləşən 41 nömrəli evin Cavabdeh2 mülkiyyətindəki 74 nömrəli mənzilinə və Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 9 nömrəli evin Cavabdeh2 mülkiyyətindəki 50 nömrəli mənzilinə yönəldilməsinə, həmin əmlakların açıq hərracdan satılması və ümumilikdə cəmi 232943,49 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının ipoteka predmetlərinin hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı-yə ödənilməsi, hərracdan satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması, Bakı şəhəri, Nərimanov rayonu, X5 prospektində yerləşən 41 nömrəli evin Cavabdeh2 mülkiyyətindəki 74 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzilə istifadə hüququnun itirilməsi, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 9 nömrəli evin Cavabdeh2 mülkiyyətindəki 50 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və X2 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayətləri mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmamas ı ilə əsaslandırılmışdır. İddiaçının vəkili Ş.Sadıqov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. O, eyni zamanda cavabdehin kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçi ni, vəkil Ş.Sadıqovun izahatını dinləyərək, kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli və Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 19 sentyabr 2019cu il tarixli qətnaməsi həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini kredit borcunun zamin Cavabdeh1 tutulması hissəsində ləğv edib həmin hissədə tələbi rədd edərkən aşağıdakıları nəzərə almışdır. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, 24 oktyabr 2013-cü il tarixli 02L000010972 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 120 ay müddətinə ******* ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 31 oktyabr 2013-cü il tarixli 02R000029809 saylı kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 ABŞ Dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 27 fevral 2015-ci il tarixli 002R********** saylı kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 150000 ABŞ Dolları məbləğində kredit verilmişdir. 20 fevral 2015-ci il tarixli 002S**********01 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 kredit müqaviləsi üzrə Cavabdeh2 bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmi n öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. 28 oktyabr 2013-cü il tarixli 02M000001606 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, X5 prospektində yerləşən 41 nömrəli evin 74 nömrəli mənzili bank qarşısında ipotekaya qoymuşdur. Bununla yanaşı 20 fevral 2015-ci il tarixli 002M**********01 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 9 nömrəli evin 50 nömrəli mənzili bank qarşısında ipotekaya qoymuşdur. Həmçinin müəyyən olunmuşdur ki, İddiaçı kredit razılaşmalarında göstərilən məbləğdə pulu Cavabdeh2 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər bu müqavilə üzrə öhdəlikləri lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və m ülki qanunvericiliyin tələblərini pozmuşlar. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 442, 443.5, 470.1, 472, 739-cu maddələrinin tələbləri baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Həmçinin zamin Cavabdeh1 kredit müqaviləsi üzrə borclu Cavabdeh2 bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürdüyündən kredit müqaviləsi üzrə yaranmış borcu hər iki cavabdeh iddiaçıya müştərək qaydada ödəməlidir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini zaminə münasibətdə əsaslı saymamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpote ka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında izah edilmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsini n “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarda əks olunmuş hüquqi mövqeyinə görə, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 iyul 2019-cu il Qərarında isə izah olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyəti nin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. İş üzrə mübahisə olunmayan hal ondan ibarətdir ki, İddiaçı və zamin Cavabdeh1 arasında zaminlik müqaviləsi 20 fevral 2015-ci il tarixdə, yəni bankla borcalan arasında bağlanmış 24 oktyabr 2013-cü il tarixli kredit xətti müqaviləsi və 31 oktyabr 2013-cü il tarixli kredit razılaşmasından sonra, 27 fevral 2015-ci il tarixli kredit razılaşmasından isə əvvəl bağlanılsa da, zaminlik müqaviləsində kreditin verilməsinin əsas şərtləri, o cümlədən faiz dərəcəsi qeyd olunmamışdır. Həmçinin zaminin kreditin verilməsinin əsas şərtlərinə dair əlavə razılığın alınmasına dair sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan müddəaları baxımından Cavabdeh1 zaminlik müqaviləsindən irəli gələn öhdəliklərinə xitam verilməlidir. Həmçinin qeyd olunmuşdur ki, hazırkı iş üzrə Cavabdeh1 vəsatəti əsasında məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə borcalanın banka kredit razılaşmaları əsasında borcunun mövcud olması öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətlərinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onl ar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə qismən sübuta yetirə bilmişdir. Az ərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətlərinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən sa xlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 19 sentyabr 2019-cu il tarixli, 2(103)-518/19 saylı qətnaməsi həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1595/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1595/2020
17.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver