Məhkəmə qərarları › İş №2(102)-16/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-16/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-16/2021 16.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” İKB ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və X1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-***/21 (Açar sözlər: kasasiya şikayətinin geri qaytarılması) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-****/2017 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadından Cavabdeh3 tərəfindən verilmiş kas asiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” İKB ASC cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və X1 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-****/2016 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Fuad Abdıyev) iddia tələbi qismən təmin edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Mədinə Bağırova sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Saqi Məmmədov) 2(103)-***/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Qəhrəman Allahverdiyev - sədrlik edən və məruzəçi, İlqar Xələfov, Ənvər Şadiyev) 2(102)-***/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin dəbbə pulunun tutulması hissəsində dəyişdirilməsi, Cavabdeh1 tutulan dəbbə pulunun miqdarının 800 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh3 Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)***/2017 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə apelyasiya məhkəməsinin qəbul etdiyi qətnamənin Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən tam yoxlanılması əsası ilə kasasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə kollegiyası kasasiya şikayətini geri qaytarması barədə gəldiyi nəticəni onunla əsaslandırımışdır ki, kasasiya instansiyası məhkəməsi hazırki iş üzrə apelyasiya istansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini kasasiya qaydasında işə ba xarkən artıq tam həcmdə yoxlamış və xx xxxx 2019cu il tarixdə yekun qərar qəbul etmişdir. Yalnız həmin qərar qəbul edildikdən sonra Cavabdeh3 və vəkili X2 Bakı Apellyasiya Məhkəməsi MK-nın xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişlər. XXXXXXX şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2017-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki,...məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh3 (vəkili X2) kasasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və kasasiya şikayətinə baxılmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsasland ırılmışdır ki, əgər digər cavabdeh kasasiya şikayəti veribsə qərar ona münasibətdə qəbul edilməlidir. Bir nəfərin hüququndan istifadə etməsi digər cavabdehlərin hüquqlarının istifadəsi demək deyil. Hazırda məhkəmə qərarı vətəndaş olaraq onun məhkəmədə hüquqlarını müdafiə etmək hüququndan məhrum etmişdir. Həmçinin Ali Məhkəmənin başqa hakimlərinin qərarları mövcuddur ki, onlar bu tip hallarda işi icraata götürmüş və mövüafiq qərar qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı “xxxx” İKB ASC-nin səlahiyyətli nümayəndəsi, Cavabdeh3, vəkili X2, digər cavabdehlər Cavabdeh4, Cavabd eh1 və X3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası Mülki və Kommersiya Kollegiyalarının “Apelyasiya və kasasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 04/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli Qərardadına əsasən, apelyasiya və kasasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kasasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kasasiya qaydasında yoxlanılması yolverilməzdir. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qərardad iş üzrə Cavabdeh3 tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)****/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-****/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə tam olaraq yoxlanılmışdır. Hazırki halda kasasiya qaydasında tam yoxlanılmış apelyasiya instansiyası məhkəməsinin aktının sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə kasasiya qaydasında yoxlanılması Azərbaycan Respublikası Mülki və Kommersiya Kollegiyalarının “Apelyasiya və kasasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 04/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli Qərardadına əsasən yolverilməzdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-****/2017 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar