Məhkəmə qərarları › İş №2(102)-160/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-160/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-160/2021 05.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-***/2020 nömrəli iş üzrə xx.xx2020ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 aprel 2021-ci il tarixdə Ali Məhkəməni n binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli Dİ-019-USD saylı kredit müqaviləsinə əsasən Bank borcalana mənzil alınması məqsədilə 48 ay müddətinə illik istifadə haqqı 18 % hesabı ilə 65.000 ABŞ dolları məbləğində kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.4.2-ci bəndinə əsasən borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişlərin ödənilməsini öhdəsinə götürmüş, məxaric orderlərinə əsasən Cavabdeh1 06 mart 2014-cü il tarixdə İddiaçı ASC-nin “Əməliyyat idarəsi” filialından komisyon haqq çıxıldıqdan sonra qalan 63893 ABŞ dolları məbləğində nağd pul almışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliklər in təminatı olaraq digər Cavabdeh2 məxsus ünvan nömrəli mənzili Bank qarşısında ipoteka ilə yüklü edilmiş və yüklülük rəsmi reyestrdə qeydə alınmışdır. 20.06.2017-ci il tarixə borcalanın Banka 44.398,74 ABŞ dolları əsas, 13.186,52 ABŞ dolları faiz, 3.542,87 ABŞ dollar cərimə borcu olmaqla, cəmi 61.128,13 ABŞ dolları borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2014-cü il 06 mart tarixli kredit müqaviləsi üzrə 44398,74 ABŞ dolları məbləğində əsas borc, 13186,52 ABŞ dolları məbləğində faiz borcu və 3542,87 ABŞ dolları cərimə borcu olmaqla, ü mumilikdə 61128,13 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 məxsus olan ünvan nömrəli mənzilinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus həmin mənzilə tutma yönəldikdə və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh1 ünvan nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və Cavabdeh1 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 06 mart 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-nin Əməliyyat İdarəsi filialından illik 18 faizlə 48 ay müddətinə 65000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 məxsus olan ünvan nömrəli mənzili 2014-cü il 06 mart tarixli ipoteka müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 06 mart tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 2.5-ci bəndinə əsasən bank ikiqat faizlə cərimə hesablayıb borcludan tələb edir. 20.06.2017-ci ilə dək Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 44398,74 ABŞ dolları məbləğində əsas borcu, 13.186,52 ABŞ dolları məbləğində faiz borcu və 3542,87 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 61.128,13 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-***/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 41567,80 ABŞ dolları əsas, 12345,64 ABŞ dolları faiz, 400 ABŞ dolları cərimə olmaqla, cəmi 54313,44 (əlli dörd min üç yüz on üç ABŞ dolları, 44 sent) ABŞ dolları borcun ödəniş anında məzənnə nəzərə alınmaqla manatla və 30 (otuz) manat dövlət rüsumunun alınıb iddi açı ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manatın 129 manat hissəsinin Cavabdeh1, 16 manat hissəsinin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülməsi, tutulacaq məbləğ ilkin satış qiymətinin 330.000 (üç yüz otuz min) manat müəyyən edilməklə Cavabdeh2 məxsus ünvan 7 saylı mənzilə yönəldilməsi, Cavabdeh2 məxsus ünvan 7 saylı mənzil açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi, ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməli ola n kredit borcu və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi ipoteka qoyan Cavabdeh2 qaytarılması, ünvan 7 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin evdən istifadə hüququnun itirilmiş hesab edilməsi, cavabdehlərin həmin mənzildən çıxarılmaqla mənzil boşaldılıb iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nə təhvil verilməsi, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış Dİ-019-USD saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. “xxxx” MMC-nin Ç-347 saylı, 13.04.2018-ci il tarixli rəyinə əsasən ünvan 7 saylı mənzilin hazırki bazar dəyəri 330000 (üç yüz otuz min) manat təşkil edir. Mə hkəmə Ekspertizası Mərkəzinin 09 sentyabr 2019-cu il tarixli 16177 saylı rəyinə Cavabdeh1 Dİ-019-USD saylı, 06 mart 2014-cü il tarixli kredit müqaviləsi üzrə 20.06.2017-ci il tarixə 41567,80 ABŞ dolları əsas kredit borcu, 12345,64 ABŞ dolları faiz borcu olduğu müəyyən edilir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Fərid Hətəmzadə) 2(001)-***/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 41567,80 ABŞ dolları əsas, 12345,64 ABŞ dolları faiz, 400 ABŞ dolları cərimə olmaqla, cəmi 54313,44 (əlli dörd min üç yüz on üç ABŞ dolları, 44 sent) ABŞ dolları borcun ödəniş anında məzənnə nəzərə alınmaqla manatla və 30 (otuz) manat dövlət rüsumunun alınıb iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manatın 129 manat hissəsinin Cavabdeh1, 16 manat hissəsinin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülməsi, tutulacaq məbləğ ilkin satış qiymətinin 330.000 (üç yüz otuz min) manat müəyyən edilməklə Cavabdeh2 məxsus ünvan 7 saylı mənzilə yönəldilməsi, Cavabdeh2 məxsus ünvan 7 saylı mənzil açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi, ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməli olan kredit borcu və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əl də olunmuş pul vəsaitinin qalan hissəsi ipoteka qoyan Cavabdeh2 qaytarılması, ünvan 7 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin evdən istifadə hüququnun itirilmiş hesab edilməsi, cavabdehlərin həmin mənzildən çıxarılmaqla mənzil boşaldılıb iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nə təhvil verilməsi, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış Dİ-019-USD saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda, bunu etməmişdir. Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə əsasən ekspert rəyini sübut növü kimi qəbul edilərək, Cavabdeh1 ekspert rəyinə uyğun olaraq 41.567,80 ABŞ dolları əsas, 12.345,64 ABŞ dolları faiz borcu tutulmalıdır. xx.xx.2014-cü il müqavilənin şərtlərinə əsasən iddiaçı 3542,87 ABŞ dolları məbləğində cərimə pulu tələb etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən qeyd etmişdir ki, 41.567,80 ABŞ dolları əsas borc üzrə 3542,87 ABŞ dolları məbləğində cərimənin hesablanması ədalətli deyildir. Bu səbəblə məhkəmə, 3542,87 ABŞ dolları məbləğində hesablanmış cərimə məbləğinin 400 (dörd yüz) ABŞ dolları həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab etmişdir. İşin hallarına qiymət verərək, tərəflər ara sında bağlanmış ipoteka müqaviləsinin şərtlərinə və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ödənilməsini, öhdəliyin icrasını təmin etmək məqsədilə bağlanmış ipoteka müqaviləsinə uyğun olaraq ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 385.1, 442, 445, 448.1, 421.2, 424.5, 269.5, 319, İpoteka Haqqında Azərbaycan Respublikası Qanunun 33, 34.1.1, 39.3.3, 59.3, 59.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçı apelyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-***/2019 saylı xx.xx.2019-cu il tarixli qətna məsinin qismən – ipoteka predmeti olan daşınmaz əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində, əsas və faiz borcun qismən təmin edilməsi hissəsində ləğv edərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsas və faiz borcunun azaldılması və əmlakın ilkin satış qiymətinin 330000 manat müəyyən edilməsi hissəsində qanunsuz və əsassız olduğuna görə ləğv edilməklə, iddia tam təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi əsas və faiz borcunu ekspert rəyinə istinad etməklə müəyyən etmişdir. Halbuki, Bank ilə Cavabdeh1 arasında bağlanan Dİ-019-USD saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi 48 ay müddətinə bağlanılmış k reditin bitmə tarixi xx.xx.2018-ci il olmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən kredit müqaviləsinin müddəti bitməmiş, 20.06.2017-ci il tarixə olan borc cavabdehdən tələb olunmuşdur. Qeyd olunan tarixdən sonra cavabdehə faiz borcu hesablana biləcəyi halda, ekspert rəyində əsassız olaraq əsas və faiz borcunun məbləği azaldılmışdır. Bundan əlavə, ipoteka qoyulmuş əmlakın hazırkı bazar dəyəri hərracda satılması üçün qətnamə üzrə müəyyənləşdirlmiş ilkin satış qiymətindən dəfələrlə aşağıdır və qətnamə üzrə müəyyən edilmiş qiymət həmin əmlakın real dəyərini əks etdirmir. Belə ki, birinci instansiya məhkəməsi əmlakın ilkin satış qiymətini ekspert rəyinə əsasən 330000 manat müəyyən etmişdir. Halbuki, tərəflər arasında bağlanmış Dİ-İP-015 USD saylı, xx.xx.2014-cü il tarixli ipo teka müqaviləsi ilə ipoteka predmetinin ilkin satış qiyməti 250000 manat dəyərində qiymətləndirilməsi barədə tərəflər razılığa gəlmişlər. Həmin vaxtdan 4 ilə yaxın müddət keçmiş, bu müddət ərzində xüsusilə son zamanlar baş vermiş iqtisadi hadisələr nəticəsində daşınmaz əmlak bazarında qiymətlər əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Aidə Hüseyn - sədrlik edən, məruzəçi, Raqib Qurbanov və Xumar Mərdanova) xx.xx2020-ci il tarixli, 2(103)-***/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Binəqədi Rayon Məhkəməsinin 2(001)***/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olar aq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317, 319.1, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində də əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları üzrə tərtib olunan ekspert rəylərini mübahisələndirsə də, hər iki rəy kifayət qədər əsaslandırıldığından, rəylərin məlumatlarını şübhə altına almaq üçün əsaslar olmadığından təkrar ekspertizanın keçirilməsi zəruri hesab edilmir. İddiaçı tərəfindən kassasiya şikayəti verilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx2020-cu il tarixli, 2(103)-***/2020 saylı qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə bank arasında bağlanan Dİ019-USD saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi 48 ay müddəti bağlanmış, kreditin bitmə müddəti xx.xx.2018-ci il tarixi olmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən kredit müqaviləsinin müddəti bitməmiş, 20.06.2017-ci il tarixə olan borc cavabdehdən istənilmişdir. Qeyd olunan tarixdən sonra da cavabdehə faiz borcu hesablana biləcəyi halda, ekspert rəyində əsassız olaraq əsas və faiz borcunun məbləği azaldılmışdır. İpoteka qoyulmuş əmlakın hazırkı bazar dəyəri hərracda satılması üçün qətnamə üzrə müəyyənləşdirilmiş ilkin hərrac qiymətindən dəfələrlə aşağıdır və qətnamə üzrə müəyyən edilmiş qiymət həmin əmlakın real dəyərini əks etdirmir. İş materiallarından göründüyü kimi, məhkəmə əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qərar qəbul edərkən, iş materiallarına əlavə edilmiş ekspert rəyinə istinad etmişdir ki, qeyd olunan ekspert rəyi ilə ipoteka predmeti olan ünvan mənzilin bazar qiyməti 330.000 manat qiymətləndirilmişdir. Halbuki tərəflər arasında bağlanmış Dİ-İP-015 USD saylı, xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi ilə ipoteka predmetinin ilkin satış qiymətinin 250.000 manat dəyərində qiymətləndirilməsi barədə tərəflər razılığa gəlmişlər. Həmin vaxtdan 4 ilə yaxın müddət (ekspert rə yinin verildiyi tarixə) keçmişdir. Bu müddət ərzində, xüsusilə son zamanlar baş vermiş iqtisadi hadisələr nəticəsində daşınmaz əmlak bazarında qiymətlər əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşlə əlaqədar şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

467. Məhkəmə i şin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytar ılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

4. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir; əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Ka ssasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrə k, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya məhkəməsinin baxış predmetini iddiaçının apellyasiya şikayəti əsasında qətnamənin əsas və faiz borcunun təmin edilməmiş hissəsi və ipotekanın qiyməti hissəsi təşkil etdiyindən kassasiya şikayəti əsasında qətnamənin qanuniliyi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normala rı düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissələrdə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərdən əsaslı olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya şikayətinin dəlillərinə ətraflı qiymət verilmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə ödənilməli olan əsas borc məbləği müvafiq ekspertiza keçirilməklə müəyyən edilmiş, faiz məbləğləri iddiada göstərilən müddət çərçivəsində ekspert rəyi ilə müəyyən edilmişdir. Həmçinin ipotekanın satış qiyməti ilə bağlı “xxxx” MMC-nin tərəfindən verilmiş Ç-347 saylı, 13.04.2018-ci il tarixli rəy əsas götürülərək ünvan 7 saylı mənzilin hazırki bazar dəyəri 330.000 (üç yüz otuz min) manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıd ır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayət i təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx2020-ci il tarixli, 2(103)-***/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar