Məhkəmə qərarları › İş №2(102)-1604/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1604/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1604/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin və İddiaçı1 cavabdeh Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh Kommersiya Bankına qarşı ilkin, Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh Kommersiya Bankının qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin ləğvi, bəyənmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, eyni zamanda “xxxx” MMC-nin d irektoru İddiaçı1, onun vəkili X1, cavabdehin vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-373/2020 nömrəli iş üzrə 28 iyul 2020-ci il tarixli qətnaməsindən cavabdeh Ləğv prosesində olan QSC Cavabdeh KB tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 26 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh Kommersiya Bankı (bundan sonra – cavabdeh və ya Bank) ilə “xxxx” Məhdud Məsuliyyəli Cəmiyyəti (bundan sonra – iddiaçı MMC, müqavilələrdə hüquqi şəxsi onun Nizamnaməsi əsasında fəaliyyət göstərən direktor İddiaçı1 təmsil etmişdir) arasında 18 mart 2008-ci il tarixli, ********** saylı, illik faiz dərəcəsi 18% olmaqla 12 ay müddətinə, 1.000.000,00 m anat məbləğində kredit xətti müqaviləsi; 10 iyun 2011-ci il tarixli, 170/03/979/11 saylı, illik faiz dərəcəsi 19% olmaqla 24 ay müddətinə, 600.000,00 manat məbləğində kredit xətti müqaviləsi və 30 aprel 2013-cü il tarixli, 170/03/2742/13 saylı, illik faiz dərəcəsi 12% olmaqla 36 ay müddətinə, 445.600 manat məbləğində kredit xətti müqaviləsi bağlanmışdır. Sonuncu 30 aprel 2013-cü il tarixli, 170/03/2742/13 saylı kredit xətti müqaviləsinin şərtlərinə əsasən kredit bu müqavilə qüvvəyə mindikdən sonra müqavilənin şərtləri nəzərə alınmaqla borcalanın yazılı müraciəti daxil olduğu tarixdən 3 gündən gec olmayaraq kreditor tərəfindən borcalanın hesabına köçürülür (bənd 3.1). Kredit məbləği müqavilə qüvvəyə mindikdən sonra bu müqavilə ilə müəyyən edilmiş müddətdə borcalanın yazılı müraciətinə əsasə n bilavasitə ödəniş vasitəsinə yönəldilə bilər (bənd 3.4). Borcalan tərəfindən müqavilə şərtləri pozulduqda müqaviləyə xitam vermək və borc alanın hesabından krediti, ona hesablanmış faizləri və digər ödənişləri borc alanın sərəncamı olmadan silmək Bankın hüququdur (bənd 5.1.10). 30.04.2013-cü il tarixli kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin icrasını təmin etmək məqsədilə tərəflər əvvəlki müqavilələr üzrə öhdəliyin təminatı qismində bağlanmış 18.03.2008-ci il tarixli, ********** saylı ipoteka müqaviləsinə 02.05.2013-cü il tarixli, 6 saylı Əlavə Saziş bağlamış və Sazişə əsasən İddiaçı1 mülkiyyətində olan Sumqayıt şəhəri, Bakı-Rostov şosesi ünvanında yerləşən Şamot tozu istehsal sahəsini (bundan sonra – mübahisəli əmlak kompleksi) Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İddiaçı M MC-nin direktoru İddiaçı1 28 yanvar 2015-ci il tarixdə Banka yazılı müraciət edərək, müəssisədə yaranmış maliyyə çətinliyi ilə əlaqədar olaraq, Bankla 17.03.2008-ci il tarixli, 14.06.2011-ci il tarixli və 30.04.2013-cü il tarixli kredit müqavilələrinə əsasən MMCnin kredit borclarının ödəmə müddətlərinin uzadılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(081)–4498/2016 nömrəli iş üzrə 04 oktyabr 2016-cı il tarixli qərarı ilə Bank müflis elan edilmiş və iflas prosedurunun başlanılmış, Əmanətlərin Sığortalanması Fondunun Bankın ləğvedicisi təyin olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30.04.2013cü il tarixli kredit müqaviləsinin, o cümlədən həmin kredit müqaviləsinin təminatı qismində 18.03.2008-ci il tarixli ipoteka müqaviləsinə bağlanmış 02.05.2013-cü il tarixli əlavə sazişin ləğv edilməsi, qeyd edilən əlavə saziş əsasında ipoteka ilə əlavə yüklü edilmiş mübahisəli əmlak kompleksinin əlavə yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar kredit müqaviləsi ilə müəyyən edilmiş məbləğdə kredit vəsaitindən onlara vəsaitin ayrılması üçün dəfələrlə yazılı şəkildə Banka müraciətlər etmələrinə baxmayaraq, müraciətləri cavabsız qalmış və kredit müqaviləsinin bağlandığı tarixdən bu günədək onlara hər hansı bir vəsait ayrılmamışdır ki, bu da bağlanmış müqavilə üzrə tərəflərdən biri olan Bank tərəfindən öhdəliklərin əhəmiyyətli dərəcədə pozulmasıdır. Müqavilə ilə mü əyyən edilmiş kredit məbləğinin onlara verilməməsi müqavilənin açıq-aşkar formada əhəmiyyətli dərəcədə pozulması olub, bu pozuntu onları müqavilə üzrə haqqı çatanlardan xeyli dərəcədə məhrum etmişdir. Digər tərəfdən, Bank tərəfindən icra edilməyən müqavilənin şərtlərinə və tələblərinə əsasən kredit müqaviləsinin əsası olan müqavilənin predmetini təşkil edən kreditin təyinatı istehsal olduğu halda, kreditdən təyinatına uyğun istifadə edilməsi cavabdeh tərəfindən təmin edilməmiş, başqa sözlə cavabdeh sözügedən vəsaiti kredit müqaviləsinin təyinatına uyğun istifadə etmək üçün onlara nağd və ya nağdsız formada (nağdsız yazılı sərəncam verməklə təyinatına uyğun istifadə etmək üçün) verməmişdir. Bir sözlə, Bank müqavilə üzrə götürdüyü öhdəliyi ümumiyyətlə icra etməmişdir. Tərəflər arasında imz alanmış kredit müqaviləsi üzrə kreditorun üzərinə düşən öhdəliklər (müqavilə üzrə kredit məbləğinin istehsal təyinatı üçün verilməməsi) cavabdeh tərəfindən icra edilmədiyindən iddiaçının əsas öhdəliyi yaranmamışdır. Beləliklə də, əsas öhdəlikdən, başqa sözlə kredit müqaviləsindən kənar mövcud olmayan və müstəqil xarakter daşımayan ipoteka müqaviləsinə əlavə sazişin heç bir hüquqi qüvvəsi yoxdur. Belə olduğu təqdirdə mövcud olmayan əsas öhdəliklə bağlı imzalanmış ipoteka müqaviləsinə əlavə saziş də ləğv edilməlidir. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək kredit müqaviləsi üzrə əsas və hesablanmış faiz borcunun ödənilməsi və tələbin ipoteka predmetlərinə yönəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, lakin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 259.0.1-ci maddəsinə əsasən tələbin ipoteka predmetinə yönəldilməsi proseduruna əməl edilmədiyindən və bu qaydanı tətbiq etmək imkanı itirilmədiyindən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-4339/2016 nömrəli iş üzrə 06 oktyabr 2016-cı il tarixli qərardadı ilə (hakim N.Bağırov) qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Birinci instansiya məhkəməsinin 2(009)-4339/2016 nömrəli iş üzrə 06 oktyabr 2016cı il tarixli qətnaməsi ilə (hakim N.Bağırov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən bu qənaətə gəlmişdir ki, Bank kredit müqaviləsi üzrə 445600 manat məbləğində kredit açması və kreditin istehsal üçün verilməsi ilə bağlı öhdəlik götürsə də, onun tərəfindən bu öhdəliklər yerinə yetirilməmiş, nəticədə iddiaçı tərəf müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Cavabdeh tərəfindən müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulduğundan və cavabdehin bu hərəkətləri müqavilənin ləğv edilməsi üçün əsas olduğundan, məhkəmə hesab etmişdir ki, iddia tələbi kredit müqaviləsinin ləğv edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Birinci instansiya məhkəməsi, həmçinin bu qənaətə gəlmişdir ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımadığına və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlandığına görə, habelə kredit müqaviləsinin ləğv edilməsi hissəsində iddia əsaslı olduğuna görə ipoteka müqaviləsinə əlavə sazişin ləğv olunması barədə tələb də əsaslıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6, 152.1, 385.1, 421.2, 423.1, 423.2, 425.1, 425.2, 442, 443.1, 443.5-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 33, 34-cü maddələrinə və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.7-ci maddəsinə istinadla əsaslandırmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-804/2017 nömrəli iş üzrə 01 fevral 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Bağırova (sədrlik edən və məruzəçi), M.Məmmədov və S.Məmmədov) birinci instanisiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə d əyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-4024/2017 nömrəli iş üzrə 23 may 2017-ci il tarixli qərarı ilə (hakimlər – Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və Ə.Şadiyev) cavabdehin kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin 01 fevral 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin göstərişi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qatnaməsi qəbul olunana kimi Bankın müflis elan edilməsi və iflas prosedurunun başlanılması ilə bağlı “Banklar haqqında” Qanunun 72. 1.2ci maddəsinə əsasən iş üzrə icraatın dayandırılması barədə qərardad çıxarılmasına dair vəsatət verilmişdir. Məhkəmə həmin vəsatətin təmin olunmasından imtina barədə protokol qərar qəbul etsə də, imtinanı əsaslandırmamışdır. Bundan başqa, məhkəmə sözügedən müqavilələri ləğv edərkən kredit məbləğinin verilməsi üçün hər hansı sərəncamın olmasına və krelit alana pulun ayrılmasına dair Bank tərəfindən hər hansı mötəbər sübutların təqdim olunmaması, bununla Bankın kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməsi və pozması ilə əsaslandırmışdır. Lakin iş metariallarından görünür ki, cavabdeh qarşılıqlı iddia qaldıraraq Bankla iddiaçı MMC arasında bağlanmış kredit müqaviləsi üzrə ayrılan 445600 manat məbləğində vəsaitin müqavilənin 5.1.10-cu bəndinə əsasən digər kredit müqavilələri üzrə ya ranmış borclara görə silindiyini, kredit müqaviləsi üzrə banka qaytarılmamış 16610,01 manat əsas borc, 7187,24 manat faiz borcu və 39802,07 manat cərimə borcu, cəmi 212999,32 manat borcu olduğunu göstərmiş, bu halları təsdiq edən sübutları qarşılıqlı idida ərizəsinə əlavə etmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsa da, məhkəmə qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş və iş materiallarında olan iddiaçı MMC-nin kredit müqaviləsi üzrə Banka kredit borcunun olması barədə sənədlərə hüquqi qiymət verməmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya instansiyası məhkəməsinin 2(103)-8583/2017 nömrəli iş üzrə 05 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin və əvvəlki apellyasiya instansiyası məhkəməsinin mövqeyini təkrarlamış, kassasiya instansiyası məhkəməsinin göstərişi ilə bağlı qeyd etmişdir ki, hazırkı tələb iflas prosesində olan banka qarşı kreditor tələb yox, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn tələb olduğuna görə hazırkı iş üzrə məhkəmə icraatının dayandırılmasına əsaslar olmamışdır. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Kassasiya instansiyası məhkəməsinin 2(102)-1010/2018 nömrəli iş üzrə 23 fevral 2018-ci il tarixli qərarı ilə (hakimlər – Ə.Əhmədov (sədrlik edən və məruz əçi), M.Əhmədova və İ.Dəmirov) cavabdehin kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, əvvəla, apellyasiya instansiya məhkəməsi kassasiya instansiyası məhkəməsinin bundan əvvəlki qərarında şərh edilən məcburi göstərişlərə əməl etməmişdir. Digər tərəfdən işə əlavə edilmiş sübutlardan görünür ki, kredit müqaviləsi bağlanmazdan əvvəl Bank hesab müqaviləsi bağlanmış və bundan sonra iddiaçı MMC tərəfindən aparılan bütün əməliyyatlar həmin hesab üzərində öz əksini tapmışdır. İddiaçı MMC-nin bank hesabından çıxarış işə əlavə edilməsinə və həmin hesabdan çıxarışda MMC-nin hesabına daxil olan kredit məbləğləri, məxari cləri, mədaxilləri və bütün silinmələr göstərilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin yazılı sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 88-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmişdir. MMC-nin işə əlavə edilmiş hesabından çıxarışdan görünür ki, Bank tərəfindən onun hesabına 445600 manat kredit məbləği ayrılmış və kredit müqaviləsinin 5.1.10-cu bəndinə əsasən həmin məbləğ MMC-nin Banka olan digər kredit borclarına görə silinmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hala diqqət yetirməmiş, sözügedən kredit müqaviləsinin şərtlərinin məhz iddiaçılar tərəfindən pozulmasına əhəmiyyət verməmiş, müqavilənin şərtlərinə görə iddiaçıların sərəncamı olmadan kredit müqaviləsinə xitam vermək, onların hesabından krediti, ona hesablanmış faizləri və digər ödənişləri silməyin cavabdehin vəzifəsi deyil, hüququ sayılmasını nəzərə almamış və hansı dəlillərə əsasən apellyasiya şikayətini təmin etməməsini qətnamədə göstərmədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Bundan başqa, sözügedən kredit müqaviləsi 30 aprel 2013-cü il tarixdə bağlandığı halda, iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə 10 avqust 2016-cı il tarixdə, yəni 3 ildən sonra müraciət etmişlər. Eyni zamanda iddiaçılar sözügedən kredit müqaviləsi üzrə 28 yanvar 2015-ci il tarixdə ərizə ilə Banka müraciət edərək kredit müqaviləsinin müddətinin uzadılmasını xahış etmişlər. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara əhəmiyyət verməmiş, iddiaçıların kredit müqaviləsinin bağlan masından 3 ildən sonra nəyə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin, həmçinin sözügedən kredit müqaviləsi üzrə kredit ayrılmadığı halda, onların nəyə görə 28 yanvar 2015-ci il tarixdə ərizə ilə Banka müraciət edib kredit müqaviləsinin müddətinin uzadılmasını xahiş etmələrinin səbəblərini araşdırmamış və nəticədə işin müəyyən edilmiş həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Digər tərəfdən, kredit müqaviləsi üzrə iddiaçılar tərəfindən müəyyən ödənişlər həyata keçirilmiş və bununla bağlı Bank tərəfindən məhkəməyə maliyyə arayışları təqdim edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş maliyyə arayışlarının mötəbərliyini nəyə görə şübhə altına almasını qətnamədə əsaslandırmamışdır. e) Apellyasiya instansiyası məhkəməsində ki üçüncü icraat Apellyasiya instansiyası məhkəməsinin 2(103)-5028/2018 nömrəli iş üzrə 25 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və S.Seyidova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin və bundan əvvəlki apellyasiya instansiyası məhkəmələrinin mövqeyini təkrarlamışdır. Məhkəmə kassasiya instansiyası məhkəməsi tərəfindən verilən göstərişlərlə bağlı qeyd etmişdir ki, 30 aprel 2013-cü il tarixli kredit müqaviləsinin 5.1.10-cu bəndinə görə “borc alan” tərəfindən müqavilə şərtləri pozulduqda müqaviləyə xitam vermək və “borc alan”ın hesabından krediti, ona hesablanmış faizləri və digər ödəniş ləri “borc alan”ın sərəncamı olmadan silməyin Bankın hüququnun olması qeyd edilsə də, iddiaçı tərəfindən məhz həmin kredit müqaviləsi üzrə hər hansı şərtin pozulması müəyyən edilmir. Bundan əlavə, iddiaçının Bankla bağladığı və bu işə aidiyyəti olmayan digər kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirməməsi hazırkı mübahisələndirilən müqavilə üzrə hər hansı şərtin pozulması kimi qəbul edilməməklə hazırkı iddia tələbinin təmin edilməməsi üçün əsas ola bilməz. Həmçinin tərəflər arasında sözügedən kredit müqaviləsi 30 aprel 2013-cü il tarixdə bağlandığı halda, həmin müqavilə üzrə iddiaçının 2015-ci il tarixdə ərizə ilə Banka müraciət edərək kredit müddətinin uzadılmasının xahiş etməsi, iddiaçıların hazırkı iddia ərizəsi ilə məhkəməyə 10 avqust 2016-cı il tarixdə, yəni 3 ildən sonra mü raciət etməsi barədə xüsusatlar iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Cavabdeh tərəfindən iddia ərizəsinə əlavə edilmiş kserosurətlərdən də məhz sonuncu müqavilə üzrə ödənişlərin həyata keçirilməsinin müəyyən edilməsi mümkünsüz olmaqla, həmin kserosurətlər mübahisələndirilən müqavilədən öncəki müqavilələrə aiddir ki, qeyd edilən çıxarışlar qəbul edildiyi halda belə, hazırkı iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. ə) Kassasiya instansiyası məhkəməsindəki üçüncü icraat Kassasiya instansiyası məhkəməsinin 2(102)-2972/2019 nömrəli iş üzrə 06 may 2019-cu il tarixli qərarı ilə (hakimlər – E.Vəliyeva (sədrlik edən və məruzəçi), Q.Əsgərov və S.Hacıyev) cavabdehin kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin 25 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi əvvəlki kassasiya məhkəməsinin göstərişinə diqqət yetirməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilən göstərişlərlə bağlı apellyasiya məhkəməsinin dəyərləndirməsi işin faktik hallarına uyğun deyil və tərəflərin qarşılıqlı münasibətlərini düzgün əks etdirməməklə maddi və prossesual hüquq normalarının tələblərinə ziddir. İddia ərizəsindən görünür ki, iddiaçı bağlanmış 30.04.2013-ci il tarixli kredit müqaviləsi üzrə dəfələrlə Banka pulun ayrılması ilə bağlı müraciət etdiyini, lakin Bank tərəfindən ona pul verilmədiyini bildirir. Bank isə həmin müqavilə üzrə pulu iddiaçı hüquqi şəxsin mövcud olan bank hesabına köçürüldüyünü və hesabda olan vəsaitin Bankla iddiaçı hüquqi şəxs arasında əvvəllər bağlanmış müqavilələr üzrə yaranmış borcların silinməsinə yönəldiyini bildirir. Həqiqətən də, birinci instansiya məhkəməsində işə baxılarkən Bank tərəfindən məhkəməyə təqdim edilmiş qarşılıqlı iddia ərizəsindən görünür ki, tərəflər arasında hazırkı iddianın predmetini təşkil edən 30.04.2013-ci il tarixli kredit müqaviləsindən əvvəl daha iki müqavilə bağlanmış və hər üç müqavilə üzrə cavabdehdən ödənilməmiş qalan borc tələb edilmişdir. Həmin müqavilələrin də 5.1.10-cu bəndində Bankın belə hüququ əks olunmuşdur. Belə olan təqdirdə, məhz 30.04.2013-ci il tarixli kredit müqaviləsi üzrə borcalan tərəfindən hər hansı şərtin pozulmaması buna görə d ə, Bank tərəfindən müqavilənin 5.1.10-cu bəndinə istinad edilməsinin əsassız olması barədə iddiaçının kassasiya şikayətinə etirazının dəlili və apellyasiya məhkəməsinin bu barədə mövqeyi əsaslı hesab edilə bilməz. Bank iddiaya etirazının əsası kimi tərəflər arasında mövcud olmuş həqiqi münasibətlərə istinad edərək, əvvəlki kredit müqavilələri üzrə borca görə sonuncu kredit məbləğinin silindiyini bildirdiyindən, məhkəmə bu dəlilin yoxlanması üçün tərəflər arasında bağlanmış əvvəlki iki kredit müqavilələri üzrə 30.04.2013-ci il tarixə borcun olub-olmaması, həqiqətən həmin məbləğin borca görə silinib-silinməməsini bank hesabından təqdim edilmiş çıxarışlara əsasən araşdırmalı idi. Çünki mülki prossesual qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcm usunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən işə baxılarkən müştərinin (iddiaçının) bank hesabından çıxarış təqdim edilmiş və həmin hesabdan çıxarışda müştərinin hesabına daxil olan kredit məbləğləri, məxariclər, mədaxillər və bütün silinmələr göstərilmişdir. Bankın iş materiallarına əlavə etdiyi çıxarışlardan mübahisələndirilən kredit müqaviləsi üzrə iddiaçı tərəfindən ödənişlərin həyata keçirilməsini apellyasiya instansiyası məhkəməsi müəyyən edə bilməmişdirsə, bunun üçün məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinin zəruriliyinə diqqət yetirməyərək, tərəflərin həm yazılı, həm də şifahi olara q məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətlərini heç bir əsas göstərmədən təmin etməmişdir. Halbuki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Apellyasiya instansiya məhkəməsi ödənişlərin hansı kredit müqaviləsi üzrə həyata keçirilməsini, əvvəllər götürülmüş iki kredit müqaviləsi üzrə borcların həqiqətən olması, olduğu təqdirdə hansı məbləğdə borcun qalması, mübahisələndirilən kredit müqaviləsindəki məbləğin əvvəlki kredit müqavilələri üzrə borcların silinməsinə istifadə edilib-edilməməsi müəyyən etmək üçün məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə zəruri olmasına dair tərəflər in vəsatətlərinə düzgün qiymət verməmişdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi kredit müqaviləsinin müddəti bitdikdən sonra həmin müqavilə üzrə kreditin verilməməsi əsası ilə kredit müqaviləsinin ləğv edilməsi tələbinin mümkünlüyünə Mülki Məcəllənin 399-cu maddəsi baxımından qiymət verməmiş, sözügedən kredit müqaviləsi üzrə kredit ayrılmadığı halda, müqavilənin ləğvinin iddiaçının nəyə görə 28 yanvar 2015-ci il tarixdə ərizə ilə Banka müraciət edib kredit müqaviləsinin müddətinin uzadılmasını xahiş etməsinin səbəblərini araşdırmamış və nəticədə işin müəyyən edilmiş həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. f) Apellyasiya instansiyası məhkəməsindəki dördüncü icraat Apellyasiya instansiyası məhkəməsinin 2(103)-373/2020 nömrəli iş üzrə 28 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Kərimli (sədrlik edən və məruzəçi), Z.Şirinov və R.Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin və bundan əvvəlki apellyasiya instansiyası məhkəmələrinin mövqeyini təkrarlamış, qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən kreditin təyinatı istehsal olduğu halda, kreditdən təyinatına uyğun istifadə edilməsi Bank tərəfindən təmin edilməmiş, Bank həmin vəsaiti kredit müqaviləsinin təyinatına uyğun istifadə etmək üçün onlara nağd və ya nağdsız formada verməmişdir. Bankın nümayəndələri müqavilənin qeyd olunan tələblərinə əməl etmədiyini, yəni müqavi lənin təyinatına uyğun olaraq kredit vəsaitini ayırmadığını açıq-aşkar etiraf etmişlər. Tərəflər arasında imzalanmış 30.04.2013cü il tarixli kredit müqaviləsinin 3.2-ci maddəsinə əsasən kredit üzrə kredit məbləğinin ödənilməsi məsələsi bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq kreditor tərəfindən sərəncam qəbul edilməsi qaydasında həll edilir. Bank müqavilə qüvvəyə mindikdən sonra borcalanın müraciətlərinə əsasən pul məbləğlərinin verilməsi ilə bağlı hər hansı sərəncam verməmişdir. Bundan əlavə, müqavilənin 5.1.10-cu bəndinə əsasən, Bank yalnız borc alan tərəfindən müqavilə şərtləri pozulduqda müqaviləyə xitam vermək və borc alanın hesabından krediti, ona hesablanmış faizləri və digər ödənişləri borc alanın sərəncamı olmadan silmək hüququna malikdir. Lakin məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, borcalan tərəfindən 30.04.2013-cü il tarixli kredit müqaviləsi üzrə hansı şərtlərin pozulması barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Bundan əlavə, 30.04.2013-cü il tarixdə imzalanmış müqavilə üzrə vəsait ayırıb ondan 1 gün sonra müqavilənin 5.1.10-cu bəndinə, yəni borc alan tərəfindən müqavilə şərtlərinin pozulmasına istinad etməklə həmin vəsaitin silinməsi qanunsuz olmuşdur. Bundan əlavə, əmlak ipoteka yüklülüyündən azad edilərkən 18 mart 2008-ci il tarixli ipoteka müqaviləsinə əlavə saziş qismində 5 dəfə saziş bağlanması, həmin sazişlərin halhazırda qüvvədə olması və bu sazişlərə əsasən sözügedən əmlakın ipoteka ilə yüklü edilməsi, 6 saylı əlavə sazişi ləğv edərkən ondan əvvəl bağlanmış sazişlərə məhkəmə tərəfindən münasibət bildirilməməsi barə də apelyasiya şikayətinin dəlili ilə bağlı Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbi həcmində qətnamə çıxararaq yalnız 18 mart 2008-ci il tarixli ipoteka müqaviləsinə 02.05.2013-cü il tarixli 6 saylı əlavə sazişin ləğv edilməsini qət etmiş, əmlakı yalnız həmin əlavə saziş üzrə əlavə yüklülükdən azad etmişdir. Bu barədə iddia tələbi olmadığına görə birinci instansiya məhkəməsi haqlı olaraq digər əlavə sazişlərə münasibət bildirməmişdir. Bank tərəfindən ilk iddiaya qarşı kredit müqavilələri üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetlərinə yönəldilməsi barədə qarşılıqlı iddialar verilsə də, birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddiaya münasibət bildirilməməsi barədə apelyasiya şikayətinin dəlili ilə bağlı Məhkəmə kollegiy ası qeyd etmişdir ki, Bank tərəfindən “İpoteka haqqında” Qanunun 36-cı maddəsinin tələblərinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl edilmədiyindən və bu qaydanı tətbiq etmək imkanı itirilmədiyindən, MPM-in 259.0.1-ci maddəsinə əsasən 06 oktyabr 2016-cı il tarixli qərardadla birinci instansiya məhkəməsi qarşılıqlı iddianı baxılmamış saxlamışdır. Bank həmin qərardaddan şikayət verməmiş, 21 noyabr 2016-cı il tarixli məktubla birinci instansiya məhkəməsinə müraciət edərək qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmiş, sənədlər geri qaytarılmışdır. Buna görə də apellyasiya şikayətinin həmin dəlili də əsassızdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında mübahisələndirilən kredit müqaviləsi 30 aprel 2013-cü i l tarixdə bağlandığı halda, iddiaçıların hazırkı iddia ərizəsi ilə məhkəməyə 10 avqust 2016-cı il tarixdə, yəni 3 ildən sonra müraciət etməsi, həmçinin sözügedən kredit müqaviləsi üzrə kredit ayrılmadığı halda, onların 28 yanvar 2015-ci il tarixdə ərizə ilə Banka müraciət edib kredit müqaviləsinin müddətinin uzadılmasını xahiş etmələri hazırkı iddianın rədd edilməsinə əsas ola bilməz. Təkrar apellyasiya icraatı zamanı iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 01.06.2020-ci il tarixli 29195 saylı rəyinə əsasən Bank ilə iddiaçı MMC arasında bağlanmış 18.03.2008-ci il tarixli ********** saylı, 10.06.2011-ci il tarixli 170/03/979/11 saylı və 30.04.2013-cü il tarixli 170/03/2742/13 saylı kredit müqavilələri üzrə MMC-nin ödənişlərinə dair ödəniş sənədləri (qəbzləri və ya ödəniş tap şırıqları) olmadığından, MMC tərəfindən göstərilən kredit müqavilələrindən hansı birinə ödəniş edildiyini müəyyən etmək mümkün olmamışdır. 18.03.2008-ci il tarixli ********** saylı kredit xətti müqaviləsinin, 25.11.2010-cu il tarixli 01 saylı, 18.02.2011-ci il tarixli 02 saylı və 24.12.2012-ci il tarixli 04 saylı əlavə sazişlərin şərtləri nəzərə alınmaqla iddiaçı MMC-nin Banka olan borcu 18.03.2008-ci il tarixli ********** saylı kredit xətti müqaviləsi, 25.11.2010cu il tarixli 01 saylı, 18.02.2011-ci il tarixli 02 saylı və 24.12.2012-ci il tarixli 04 saylı əlavə sazişlər üzrə tam ödənilmişdir. 18.03.2008-ci il tarixli ********** saylı kredit xətti müqaviləsi üzrə 05.04.2011-ci il tarixli 03 saylı əlavə saziş və 30.04.2013-cü il tarixli 05 saylı əlavə saziş bağlanmış, lakin təqdim edilmiş s ənədlərə əsasən 03 saylı və 05 saylı sazişlər icra edilməmişdir. MKR-dən çıxarışda ********** saylı kredit müqaviləsi üzrə borcun 01.05.2013cü il tarixdə tam bağlanması göstərilmişdir. İddiaçının cavabdehə 10.06.2011-ci il tarixli 170/03/979/11 saylı kredit xətti müqaviləsi üzrə 30.04.2016-cı il tarixə 77917,05 manat borcunun olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələrində kreditin verilməsinə dair xidmət haqqı (komisyon haqq) nəzərdə tutulmamasına baxmayaraq, təqdim edilmiş çıxarış məlumatlarına əsasən verilmiş kredit məbləğlərinə görə 29097,77 manat məbləğində xidmət haqqı (komisyon haqq) tutulmuşdur. Müqavilədə xidmət haqqı nəzərdə tutulmadğı nəzərə alındıqda müəyyən edilmiş 77917,05 manat məbləğində borc qalığından hesablanmış 29097,77 manat məbləğində xid mət haqqı çıxıldıqda 48819,28 manat məbləğində borc müəyyən edilir. Rəydə həmçinin qeyd olunmuşdur ki, 30.01.2013-cü il tarixdə cavabdeh tərəfindən iddiaçının hesabına 445600 manat məbləğində pul vəsaiti köçürülmüş, həmin tarixdə həmin məbləğ 25.11.2010-cu il tarixli 01 saylı, 18.02.2011-ci il tarixli 02 saylı, 24.12.2012-ci il tarixli 04 saylı əlavə saziş və 30.04.2013-cü il tarixli 170/03/2742/13 saylı kredit müqaviləsi üzrə banka olan borclara silinmişdir. 30.04.2013-cü il tarixli 170/03/2742/13 saylı kredit müqaviləsi üzrə ayrılmış kredit vəsaiti həmin müqavilənin şərtlərinə əsasən digər kredit müqavilələri üzrə kredit borclarına silinə bilməzdi. Halbuki, həmin 445600 manat məbləğində ayrılmış kredit vəsaitinin Bank tərəfindən tərtib edilmiş hesabdan çıxarışlarda digər kredit vəsaitlər inə silinməsi görünmür. Beləliklə, Məhkəmə kollegiyası Mülki Məcəllənin 425.1, 421.1, 421.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 10.1-ci maddəsinə istinadla hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Apellyasiya instansiyası məhkəməsi sözügedən kredit müqaviləsi üzrə Bank tərəfindən Borcalana müqavilədə qeyd edilən məbləğdə pulun ayrılıb onun başqa kreditlərinə yönəldilməsinə əhəmiyyət verməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı tərəf kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz işin faktiki halları, habelə apellyasiya baxışı zamanı iddiaçı tərəfin istinad etmədiyi yeni dəlillərlə əsaslandırılmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etdi. İddiaçı, eyni zamanda iddiaçı MMC-nin direktoru İddiaçı1 və onun vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası mə hkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata ke çirilirsə, etibarlıdır (maddə 358.1). Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur (maddə 358.2). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1). Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu M əcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.1 və 421.2). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır (maddə 10.1). İpotekaya aşağıdakı hallarda xitam verilir:... əsas öhdəliyə xitam verildikdə (maddə 48.1.2). MPM Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qü vvəsi yoxdur (maddə 88). Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir (maddə 420). Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən:...417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarı Qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, baxılan iş üzrə iddiaçılar cavabdehlə aralarında bağlanmış kredit və ipoteka müqavilələrinin, ipoteka ilə yüklü edilmiş əmlak üzərində yüklülüyün ləğv olunmasını xahiş edirlər. İddiaçılar tələbin əsası kimi kredit müqaviləsi üzrə pulun müqaviləyə uyğun olaraq borcalana verilmədiyinə istinad edirlər. İd dia tələbinin qanuni əsasını Mülki Məcəllənin 421-ci və “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddələri təşkil edir. Həmin maddələrdə ifadə edilmiş dispozisiya şərtlərinə əsasən hazırkı iddianın təmin olunması üçün cavabdehin iddiaçı MMC ilə bağlanmış kredit müqaviləsinin şərtini əhəmiyyətli dərəcədə pozduğu, yəni müqavilədə nəzərdə tutulan pul məbləğini borcalana vermək öhdəliyini yerinə yetirmədiyi sübut olunmalıdır. İş üzrə Bankla iddiaçı MMC arasında 18 mart 2008-ci il tarixli, ********** saylı, illik faiz dərəcəsi 18% olmaqla 12 ay müddətinə, 1.000.000,00 manat məbləğində kredit xətti müqaviləsi; 10 iyun 2011-ci il tarixli, 170/03/979/11 saylı, illik faiz dərəcəsi 19% olmaqla 24 ay müddətinə, 600.000,00 manat məbləğində kredit xətti müqaviləsi və 30 aprel 2013cü il tarixli, 170/03/27 42/13 saylı, illik faiz dərəcəsi 12% olmaqla 36 ay müddətinə, 445.600 manat məbləğində kredit xətti müqaviləsinin bağlandığı işin mübahisə olunmayan halıdır. Həmçinin sonuncu apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsasında müəyyən edilmişdir ki, 18.03.2008-ci il tarixli ********** saylı kredit xətti müqaviləsinin, 25.11.2010-cu il tarixli 01 saylı, 18.02.2011-ci il tarixli 02 saylı və 24.12.2012-ci il tarixli 04 saylı əlavə sazişlərin şərtləri nəzərə alınmaqla iddiaçı MMC-nin Banka olan borcu 18.03.2008-ci il tarixli ********** saylı kredit xətti müqaviləsi, 25.11.2010-cu il tarixli 01 saylı, 18.02.2011-ci il tarixli 02 saylı və 24.12.2012-ci il tarixli 04 saylı əlavə sazişlər üzrə tam ödənilmişdir. 18.03.2008-ci il tarixli ********** saylı kredit xətti müqaviləsi üzrə 05.04.2011-ci il tarixli 03 saylı əlavə saziş və 30.04.2013-cü il tarixli 05 saylı əlavə saziş bağlanmış, lakin təqdim edilmiş sənədlərə əsasən 03 saylı və 05 saylı sazişlər icra edilməmişdir. Ekspert rəyi əsasında iddiaçı MMC-nin cavabdehə 10.06.2011-ci il tarixli 170/03/979/11 saylı kredit xətti müqaviləsi üzrə 30.04.2016-cı il tarixə 77917,05 manat borcunun olması müəyyən edilmişdir. 30.01.2013-cü il tarixdə cavabdeh tərəfindən iddiaçı MMC-nin hesabına 445600 manat məbləğində pul vəsaiti köçürülmüş, həmin tarixdə həmin məbləğ 25.11.2010-cu il tarixli 01 saylı, 18.02.2011-ci il tarixli 02 saylı, 24.12.2012ci il tarixli 04 saylı əlavə saziş və 30.04.2013-cü il tarixli 170/03/2742/13 saylı kredit müqaviləsi üzrə Banka ola n borclara silinmişdir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən kreditin təyinatı istehsal olduğu halda, kreditdən təyinatına uyğun istifadə edilməsi Bank tərəfindən təmin edilməmiş, Bank həmin vəsaiti kredit müqaviləsinin təyinatına uyğun istifadə etmək üçün onlara nağd və ya nağdsız formada verməmişdir. Kassasiya instansiyası məhkəməsinin qərarlarında ifadə edilmiş göstərişlərə bağlı məhkəmə, həmçinin qeyd etmişdir ki, tərəflər arasında mübahisələndirilən kredit müqaviləsi 30 aprel 2013-cü il tarixdə bağlandığı halda, iddiaçıların hazırkı iddia ərizəsi ilə məhkəməyə 10 avqust 2016-cı il tarixdə, yəni 3 ildən sonra müraciət etməsi, həmçinin sözügedən kredit müqaviləsi üzrə kredit ayrılmadığı halda, onların 28 yanvar 2015-ci il tarixdə ərizə ilə Banka müraciət edib kredit müqaviləsinin müddətinin uzadılmasını xahiş etmələri hazırkı iddianın rədd edilməsinə əsas ola bilməz. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçı MMC-nin 28 yanvar 2015-ci il tarixdə ərizə ilə Banka müraciət edib kredit müqaviləsinin müddətinin uzadılmasını xahiş etməsi barədə işin müəyyən edilmiş və tərəflərin mübahisələndirmədikləri halına tətbiq edilməli hüquq normalarını tətbiq etməmiş, MPM-in 88 və 420-ci maddələrinin tələblərini pozmuş və bununla da apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmaqla bağlı qanunvericiliyin məqsədinə zidd qərar qəbul etmişdir. Halbuki işin iddiaçı MMC-nin 28 yanv ar 2015-ci il tarixdə ərizə ilə Banka müraciət edib kredit müqaviləsinin müddətinin uzadılmasını xahiş etməsi barədə müəyyən edilmiş halına tətbiq edilməli olan Mülki Məcəllənin 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Bu baxımdan Bankın pulun iddiaçı MMC-nin əvvəlki kredit müqaviləsi üzrə hesablanmış borclarına silinməsi barədə hərəkəti borcalan tərəfindən sonradan bəyənildiyinə görə etibarlı olmuşdur. Nəzərə alınmalıdır ki, 30 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə verilmiş pulun əvvəlki kredit müqaviləsi üzrə hesablanmış borclara silinməsinin qanuniliyi barədə məsələ hazırkı məhkəmə baxışının predmetindən kənardır və Bank tərəfindən gələcəkdə müqavilə üzrə borcun tutulması barədə iddiaçı MMC-yə iddia qaldırılacağı halda həmin məsələyə hüquqi qiymət verilə bilər. Həmçinin “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsinə əsasən iddiaçıların tələbinin ikinci hissəsi barədə tələb ilk tələbin əsas öhdəliyə (kredit müqaviləsinə) xitam verilməsindən asılı olduğundan tələbin birinci hissəsi təmin edilmədiyi halda iddia tələbi qalan hissədə də təmin oluna bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, həmin məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyndən və iş üzrə müəyyən edilmiş hallar və sübutlar yeni qərar qəbul olunmasına imkan verdiyindən MPM-in 417.1.4 və 417.2-ci maddələrinə əsasən yeni qərar qəbul edilməli və iddia təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 4 19-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh Kommersiya Bankının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-373/2020 nömrəli iş üzrə 28 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qərar qəbul olunsun. İddiaçılar “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin və İddiaçı1 cavabdeh Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh Kommersiya Bankına qarşı kredit müqaviləsinin, habelə həmin kredit müqaviləsinin təminatı qismində bağlanmış ipoteka müqaviləsinə əlavə sazişin ləğv edilməsi, qeyd edilən əlavə saziş əsasında ipoteka ilə əlavə yüklü edilmiş mübahisəli əmlak kompleksinin əlavə yüklülükdən azad edilməsi barədə iddia tələbləri rədd edilsin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar