Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1609/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)11125/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Əliyev, iş № 2(001)-2278/2019) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə q arşı əmlak tələbinə dair iddiası qismən təmin edilərək 2186,5 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.C.Kazımov, T.S.Səmədov və İ.S.Şirinov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi iddiaçının apelyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 2019-cu ilin yanvar ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2006-cı ilin noyabr ayında X2 ilə rəsmi nikaha girməklə ailə qurmasını və birgə nikahdan iki uşaqlarının olmas ını, xx xxxxxxx 2016-cı il tarixdə arvadının vəfat etməsini, arvadının anası Cavabdeh1 və arvadının bacısı Cavabdeh2 arvadının ağır xəstə olduğu dövrdə və ondan sonra özbaşına mənzilinə girərək orada olan 14.100 ABŞ dolları və 12.018,21 manat məbləğində pul vəsaitini, arvadına və qızına aldığı 750 əyarlı 17 adda, 583 əyarlı 11 adda qızıl-zinət əşyalarını, “HTC M8” markalı mobil telefonunu oğurlamalarını əsas göstərməklə həmin əşyaların və pul məbləğlərinin onlardan alınmasına, eləcə də mərhum arvadının işlədiyi Cavabdeh3 MMC tərəfindən maddi yardım və əmək haqqı şəklində mərhumun əri kimi ona verilmək əvəzinə 13.336,48 manat məbləğində pul vəsaitinin Natalya və Cavabdeh2lara verilməsini əsas göstərməklə həmin məbləğin Cavabdeh3 MMC-dən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sə drlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından göründüyü kimi kassasiya şikayətinin dəlilləri Cavabdeh3 MMCyə münasibətdə iddianın rədd olunmasının əsassız olması ilə bağlıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.7-ci maddəsinə görə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Müəyyən olunmuşdur ki, iddiaçının arvadı Nın vəfatı ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən Cavabdeh3 MMC tərəfindən mərhumun plastik kartı hesabına onun əmək haqqının üç misli miqdarında, yəni 13.336,48 manat məbləğində müavinət ödənilmişdir. İddiaçı həmin müavinətin mərhum arvadının vərəsəsi kimi yalnız ona ödənilməli olmasını iddia etsə də, işdən görünür ki, onunla yanaşı mərhumun anası da onun birinci növbə vərəsələri hesab olunur. Həmin məbləğin anası tərəfindən mərhumun plastik kart hesabından götürülməsi həmin məbləğin Cavabdeh3 MMC-dən yenidən tələb edilməsi üçün iddiaçıya əsas verməmişdir. Belə olduqda kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanıl malıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1609/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1609/2020
11.03.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver