Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1609/2022 16.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: əmlak tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2938/2021 nömrəli iş üzrə 03 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı X1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İşin halları İddiaçı Cavabdeh ilə 28 f evral 2019-cu il tarixdə rəsmi nikaha girmiş, birgə nikahdan 10 aprel 2020-ci il tarixdə Qəmbər adında uşaqları olmuşdur. Münasibətləri pozulduğundan hazırda tərəflər ayrı yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin yanvar ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə ailə münasibətləri pozulduqdan sonra ona məxsus cehiz əşyaların cavabdehin yaşadığı evdə qalmasını əsas göstərməklə həmin əşyaların cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1481/2021 saylı, 04 may 2021-ci il tarixli qətnaməsi ilə ( hakim: C.İ.Səfiyeva) iddia tələbi qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Qətnamədən İddiaçı apellyasiya şikay əti verərək məhkəmə tərəfindən işdəki sübutlara düzgün qiymət verilmədən, işin halları tam və hərtərəfli araşdırılmadan qətnamə qəbul edilməsini əsas göstərərək qətnamənin ləğv edilib, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2938/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.O.Quliyev (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və L.M.Məmmədova) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(012)-1481/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzg ün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini və ya işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh vəkili kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2(105)2938/2021 saylı qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 34.1 Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225.2 Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunduğundan, kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Kassasiya ins tansiyası məhkəməsinin mövqeyi İddiaçı ona məxsus olan və iddia ərizəsində göstərilən bütün cehiz əşyaların cavabdehin qanunsuz sahibliyində olmasını iddia etsə də, məhkəməyə bunu təsdiq edə biləcək mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası cehiz əşyaların bir qisminin cavabdehdə olmasının iddiaçı tərəfindən sübuta yetirilməmiş olması qənaətinə gələrək hesab etmişdir ki, həmin hissədə iddia rədd olunmalıdır. Belə ki, iddiaçı həmin hissədə tələbinin əsaslı olmasını qanunda müəyyən olunmuş sübutetmə vasitələri ilə sübuta yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhk əməsinin qətnaməsini qanuni və əsaslı sayır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas vermir. Şərh olunanlara əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qərara aldı: İddiaçı X1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2938/2021 nömrəli iş üzrə 03 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1609/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1609/2022
16.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver