Məhkəmə qərarları › İş №2(102)-161/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-161/2024

29.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-161/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X14 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4451/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən üçüncü şəxs X8 tərəfindən verilmiş kassasiya şikayətinə 29 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıd akıları müəyyən etdi: İşin halları:

1. İddiaçı1 Cavabdeh ilə xx.xx.2003-cü il tarixdə ailə qurmuş, onların birgə nikahından bir uşağı, İddiaçı2 anadan olmuşdur. 2. 2007-ci ildən hazırkı iş üzrə tərəflər, həmçinin cavabdehin digər ailə üzvləri birlikdə bir ailə kimi hazırkı iş üzrə mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala qəsəbəsi ünvanında yerləşən yaşayış evində yaşamağa başlamışlar. Onlar həmin evdə birgə təsərrüfat aparmış, lakin sonradan ailə münasibətlərinin kəskinləşməsi nəticəsində tərəflərin münasibətləri pozulmuş və iddiaçılar həmin evi tərk etməli olmuşdur.

3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3759/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsinə əsasən İddiaçı1 ilə Cavabdeh arasında nikah pozulmuşdur. X1 Gülyaz Məhəmməd qızının keçmiş baldızıdır. İş üzrə qəbul ed ilmiş məhkəmə aktları. a)Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala qəsəbəsi, nömrəsiz fərdi yaşayış evinə köçürülmələri, iş üzrə ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.

5. X6 cavabdeh tərəfdən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı1 Cavabdeh ilə Laçın rayonu Kamallı kənd icra nümayəndəliyinin 12 mart 2003-cü il tarixli 06 № ilə qeydə alınmış rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü İddiaçı2 adlı bir övladı doğulmuşdur. Nikaha dax il olduqdan uzun müddət sonra ailə münasibətləri pozulduğuna görə “nikahın pozulması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsinə hal-hazırda Bakı şəhəri Xəzər rayon məhkəməsinin hakimi Ramilə Xəzri tərəfindən baxılır. Ailə münasibətləri pozulduqdan sonra cavabdeh onu və İddiaçı2 evdən qovmuşdur, ona görə də bacısının yanında yaşamağa məcbur olmuşlar. Belə ki, İddiaçı2 Azərbaycan Dövlət Pedaqoji Universitetinin 2-ci kurs tələbəsidir. Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi 2004-cü ildə birgə nikah vaxtı alınmışdır. Lakin torpaq sahəsi alğı-satqı olunan zaman qaynanasının adına rəsmiləşdirilmişdir. Təxminən 2012-ci ildə qaynanası vəfat etdiyi üçün torpaq sahəsi və fərdi yaşayış evi baldızı X2 adına keçirildiyini söyləmişl ər. Həmçinin, torpaq sahəsi və fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarışı yoxdur. Torpaq sahəsinə dair bələdiyyə sənədi vardır. O, 1993-cü il tarixdən orta məktəbdə ibtidai sinif müəllimi işləyir. Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala qəsəbəsünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə sərf olunan vəsaitin böyük qismi onun tərəfindən sərf orlunmuşdur. Belə ki, müəllim maaşını toplayıb evin tikintisinə sərf edilməsi üçün Cavabdeh vermişdir. Eyni zamanda, bankdan kredit götürüb tam məbləği evin tikintisi üçün Cavabdeh vermişdir. X19 dövlət tərəfindən verilən evi satmış və həmin məbləği ona Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə sərf olunmaq üçün pay vermişdir. Hətta ailəsinə dəstək olmaq üçün hər dəfə maddi sıxıntıl ar olduğu zaman bankdan kredit götürərək Cavabdeh vermişdir. Bu günə kimi ailəsinə həm maddi, həm də mənəvi dəstək olmuşdur. Həmin evin tikintisində və evin içərisinə alınan əşyaların hamısı onun zəhməti və maddi dəstəyi nəticəsində ərsəyə gəlmişdir. Bütün qohumları və yaxın insanlar hamısı bunun şahididir. Evin tikintisindən sonra alınan soyuducu, paltar yuyan maşın, soba, ütü, dvd, kombi sisteminin çəkilməsi və alınması, mikrovalnovka, divan dəsti, xalça onun tərəfindən alınmışdır. Həmin əşyalar ona məxsusdur. 2013-cü ildə Cavabdeh vərəm xəstəliyinə düşdüyü üçün 2 il müddətində onun maddi dəstəyi ilə müalicə olunmuşdur. Ona və qızına aid qızılları da satıb cavabdehin müalicəsinə sərf etmişlər. Hal-hazırda Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala qəsəbəsi ünvanında yerləşən fərdi y aşayış evində ona və İddiaçı2 yaşamaq üçün şərait yaratmır. Cavabdeh mütəmadi olaraq ona və İddiaçı2 qarşı təzyiqlər göstərir. Belə ki, onu təhqir edərək şiddətə məruz qoyur. Hesab edir ki, övladı İddiaçı2 gələcək təminatı kimi və yaşayış yerlərinin etibarlı olması məqsədilə birgə nikah dövründə alınmış Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala qəsəbəsi ünvanında fərdi yaşayış evinə köçürülməlidirlər.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməmiş və göstərmişdir ki, İddiaçı1 ilə 2003-cü ildə ailə qurmazdan xeyli əvvəl iddiaçının atası özünə məxsus Xəzər rayonun Yeni Qala qəsəbəsində yerləşən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini onlara verəcəyini vəd etmiş, lakin 2002-ci iyun ayında qəflətən vəfat etdikdən bir müddət sonra iddiaçının bacıları həmin evi və to rpaq sahəsini onlardan almış və onları oradan qovmuşlar. İddiaçıların köçmək istədikləri fərdi yaşayış evinin ona və onlara heç bir aidiyyəti yoxdur. Həmin evin yerləşdiyi torpaq sahəsini anası 2006-cı ildə özünə məxsus 300 baş heyvanı sataraq almış, anası, həmin vaxt sağ olan qardaşı və bacısı Dilbər torpaq sahəsindəki fərdi yaşayış evini 2007-cı ildə tikdikdən sonra X13 ora köçüb yaşamağa başlamış, həmin evin tikilməsində onun və keçmiş arvadı olan ididaçı İddiaçı1 heç bir maddi dəstəyil olmamışdır. Torpaq sahəsinin bir hissəsinin anası 2010-cu ildə əslən Şəki şəhərindən olan bir şəxsə 4000 ABŞ dollarına satmış, əldə olan vəsait hesabına evin inşasını tam olaraq başa çatdırmışlar. Həmin torpaq sahəsi anasının adına olduğundan bütün kommunal xidmətləri (qaz, işıq, su və s.) anasının adına olmuş, anasının ölümündən sonra bacısının evin kommunal xidmətlərinə dair sənədlər bacısı Dilbərin adına keçirilmişdir. Hazırkı mübahisənin predmetini təşkil edən fərdi yaşayış evində onlar bacısı Dilbərin razılığı ilə müvəqqəti olaraq yaşamış və əşyalarını orada yerləşdirmişlər. Gülyaz da daxil Laçın rayonunun Kamanlı kənd icra nümayəndəliyində ayrı təsərrüfatdadırlar, köç başlayan kimi rayona qayıdacaqlar. İddiaçı1 iddia ərizəsində qeyd edir ki, bankdan kreditlər götürmüş və mübahisəli evin tikintisinə sərf etmişdir. Həqiqət tamamilə başqadır, belə ki, adı çəkilən evin tikintisi tam olaraq 2011-ci ildə başa çatmış, İddiaçı1 isə krediti 2018-ci ildə götürmüş, lakin pulu həmin vaxt məhkəmədə olan işinə görə borca düşən qardaşının tələbatına və xəstə bacısına xərcləmiş, qohum olduqlarından isə o, buna etiraz etməmişdir. O, 2008-ci ildən “Akkordd” şirkətində, sonra “Yeni Həyat” şirkətində mühafizəçi işləmişdir, 2014-cü ildən isə Yeni Qala qəsəbəsindəki məktəbdə gözətçi işində işləmişdir, cavabdeh isə əmək haqqı aldığından onların əlavə kredit almağa ehtiyacları olmamışdır. Hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etmək əvəzinə, ümumi sözlərlə kifayətləndiyindən iddia rədd edilməlidir. Mübahisənin predmeti olan fərdi yaşayış evinin ona aidiyyəti yoxdur, həmin ev bacısı X4 məxsusdur, evin bütün kommunal xidmətləri bacısının adınadır. Ev 3 yataq otağı, bir qonaq otağı, mətbəx və dəhlizdən ibarətdir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil1 iddianı qəbul etməmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. Göstərmişdir ki, ev cavabdehin anasına məxsusdur. Ana evi öz qızına bağışlamışdır. İddiaçılar həmin evə müvəqqəti köçürülüb və yaşamışlar.

9. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 izahatında göstərmişdir ki, adı çəkilən fərdi yaşayış evinin iddiaçılara və cavabdehə heç bir aidiyyəti yoxdur, bu evin yerləşdiyi torpaq sahəsi anasının vəsaiti hesabına alındıqdan sonra orada tikinti işləri aparılmış və yaşayış üçün ev inşa edilmişdir. Həmin torpaq sahəsinin əldə olunmasında və tikinti işlərinin aparılmasında iddiaçıların və cavabdehin heç bir rolu, iştirakı və vəsaiti olmamışdır, evin kommunal xidmətləri onun adınadır.

10. Məhkəmə iclasında şahid qismində iştirak ed ən X20 ifadəsində göstərmişdir ki, iddiaçı ilə 2007-ci ildən eyni məktəbdə işləyir. Mübahisəli evə bir neçə dəfə yas və digər səbəbdən gedib. Evi kimin aldığını bilmir, lakin Gülyaz həmin evin təmiri üçün iş yoldaşları ilə lotoreya oynayırdı.

11. Digər şahid X21 göstərmişdir ki, iddiaçı Gülyaz ilə 2007-ci ildən bir məktəbdə işləyir və bir qəsəbədə yaşayırlar. O, mübahisəli evə 2 dəfə yas mərasiminə gedib. Gülyaz həmin evin tikintisi üçün kredit götürmüşdü. Yaxın iş yoldaşı kimi bundan xəbəri olmuşdur. İddiaçı kredit götürüb evə avadanlıq alırdı. Onlar həmin evdə yasda olanda evə təzə suvaq vurulduğunu görmüşdür.

12. Digər şahid X15 göstərmişdir ki, tərəflərin Qala qəsəbəsində qonşusudur. O, 2000-ci ildən oradan yaşayır, tərəfləri həmişə bir yerdə görüb. İddiaçı onun nəvələrinin müəllimi olub. İddiaçı Gülyaz və cavabdehin ailəsi birlikdə gəlib həmin evə köçüblər.

13. Digər şahid X16 göstərmişdir ki, Gülyaz ilə 2007-ci ildən eyni məktəbdə işləyir. Həmçinin, qonşu küçələrdə yaşayırlar. Müəllimlər lotoreya oynayırdılar həmişə. Gülyaz deyirdi ki, həmin pulla evin qapı-pəncərəsini alır. O, Dilbəri də tanıyır, həmin ünvanda görüb.

14. Digər şahid X10 göstərmişdir ki, o, cavabdehin bacısının əridir. Gülyaz özü evdən çıxıb getmişdir. O da bir ağsaqqal kimi arvadı ilə birlikdə gedib Gülyazdan qayıtmasını xahiş etsə də, qayıtmamışdır. Gülyaz əri Mürşüdlə başqa evdə yaşayırdılır. Mürşüdün anası torpaq sahəsində ev tikidikdən sonra Gülyazla Mürşüdü mübahisəli evə yanlarına köçürmüşdür. 2007-ci ildən mübahisəli evdə yaşayırlar.

15. Digər şahid X11 ifadəsində göstərmişdir ki, Mürşüdün q ardaşıdır. 2006-cı ildə mal-qara ilə İmişli bazarına getmişlər, heyvanı satıb Bakıya gətirib evi tikiblər. O, həmin vaxt kirayədə qalırdı. Şahin evi tikdirdi. Əvvəllər anası, bacısı, ölən qardaşı və Mürşüd fermada yaşayırdılar. Gülyaza atası Qala qəsəbəsində ev vermişdi. Sonradan anası Gülyazgili də həmin evdə yaşamağa çağırdı. 2007-ci ildən hamısı həmin evdə yaşayırdılar.

16. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Emin Məmmədli 2(003)471/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, iddiaçılar İddiaçı2 və İddiaçı1 Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.

17. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə öz başına tikili hesab edilən evlə bağlıdır və qanunvericilikdə özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə qeyd olunmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur, həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının t ələblərinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur.

18. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2007-ci də yaranmış, iddiaçılar həmin tarixdə mübahisəli fərdi yaşayış evinə köçmüşdür. Ona görə də, mübahisəyə Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin müddəaları tətbiq edilməlidir. İşin mübahisələndirilməyən halı ilə müəyyən edilmişdir ki, mübahisəli yaşayış evi özbaşına tikilidir və həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda həmin evə dair yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı iddiaçı ilə cavabdehlər arasında notarial qaydada razılaşmanın bağlanması, o cümlədən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün ola bilməzdi. Ona görə də mübahisəyə, hüquq mübahisəsinin yarandığı vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin (2009-cu ilin oktyabr ayınadək qüvvədə olan) normaları tətbiq edilməlidir. Baxılan işdə iddiaçılar cavabdehin anasının razılığı ilə mübahisəli evə köçmüş və onları n ailə üzvü kimi 15 il müddətində həmin evdə yaşamış və onlar birgə təsərrüfat aparmışlar. Məhkəmə iclasında iddiaçı ilə Cavabdeh arasında nikahın pozulması bildirilsə də, istinad edilən normanın məzmununa əsasən yaşayış sahəsinə köçürülmüş şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. İşin mübahisə edilməyən halları ilə iddiaçının həmin evdə 15 il yaşaması, cavabdehlə birgə təsərrüfat aparması, mübahisəli evi cavabdehin anasına məxsus olması və onun razılığı ilə iddiaçıların həmin evə köçürülməsi, mübahisəli evdə müəyyən təmir işləri aparılarkən iddiaçıların həmin evdə yaşaması, iddiaçıya məxsus cehiz əşyalarının hazırda da həmin evdə olması və hazırda iddiaçıların bacının evində yaşayaraq yaşayış sa həsinə ehtiyacının olmasıdır. Cavabdeh bu halları mübahisələndirmir. İddiaçılar 15 il müddətində mübahisəli evdə cavabdehlərlə birgə yaşamaqla birgə təsərrüfatın aparılmasında iştirak etmişdir. İşin mübahisəli halları isə mübahisəli evin cavabdehin anasına məxsus olması, sonuncu tərəfindən qızına (Dilbər Fərmanova) bağışlanması, cavabdehin həmin evə hər hansı aidiyyətinin olmaması və iddiaçı Gülyazın həmin evdə hər-hansı yaxşılaşdırma işlərini aparmamasıdır. İddiaçının Cavabdehla mübahisə yaranması səbəbindən mübahisə predmeti olan evdən müvəqqəti olaraq getməsi onun yaşayış yerini itirməsi üçün əsas olmamışdır. Belə ki, iddiaçıya məxsus əşyaların hələ də mübahisəli evdə olması, onun həmin evdən daimi olaraq getməsi faktını istisna edir. Bundan başqa yuxarıda qeyd olunduğu kimi, iddiaçı Gü lyazın köçdüyü evin yaxşılaşdırılmasında iştirak etdiyini irəli sürmüş, Cavabdeh isə orada Gülyazın hər-hansı yaxşılaşdırma aparmadığını bildirmişdir. Məhkəmənin qənaətinə görə, mübahisəsi gedən tikilidə 15 il ərzində fasiləsiz yaşamış iddiaçı Gülyazın evin cari təmirində və qorunub saxlanmasında iştirak etmədiyini qəbul etmək ağlabatan mühakimə əsasında mümkün deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı Gülyaz 2007-ci ildə məktəbdə müəllimə işləmiş, həmin tarixdən dəfələrlə bankdan kreditlər götürmüşdür.

19. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180, 228.1 və 228.2 -ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

20. Üçüncü şəxs X9 apellyasiya şikayəti verərək qət namənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilib ona görə ki, evə köçürülməsi iddia olunan mübahisəli ev ona məxsusdur, Ağcabədi rayonu qış otlaq sahəsində yerləşən yataqda yaşadığı müddətdə onun 300 baş heyvanı vardı. Həmin təsərrüfata o baxırdı, yaşlı və xəstə qadın olan anası da onun himayəsində idi. Həmin heyvanları satıb 2006-cı ildə mübahisəli torpaq sahəsini almış və orada 3 otaqdan ibarət 1 mərtəbəli ev tikdirmişdir, həmin evin iddiaçılara və cavabdehə heç bir aidiyyəti yoxdur. Evi tikdirəndə onlar hələ Ağcabədidə yaşayırdilar. Bakı şəhəri Qala qəsəbəsində yerləşən fərdi yaşayış evinə iddiaçı və cavabdehə müvəqqəti olaraq sığınacaq kimi yaşamalarına etiraz etməmiş, o həmin evini onlara həmişəlik verməmiş, onların həmin evə dair istifadə hüquqları yoxdur. Məhkəmə qətnamənin nəticə hissəsində belə qənaətə gəlir ki, guya İddiaçı1 və İddiaçı2 mərhum anasının (iddiaçının qaynanasının) razılığı ilə 2007-ci ildə məskunlaşdıqları X13 Bakı şəhəri Qala qəsəbəsində yerləşən həmin mübahisəli fərdi yaşayış evinə köçmüşlər və 15 ildən artıqdır ki, orada yaşayırlar. Məhkəmə belə hesab etmişdir ki, bu səbəbdən köhnə Mənzil Məcəlləsinin 123-cü maddəsi tətbiq olunmalıdır. Həmin normanın tələbinə əsasən yaşayış yerinin mülkiyyətçisinin özünə məxsus evə köçürdüyü ailə üzvü onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməyibsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Lakin məhkəmə bu əsaslandırmanı apararkən nəzərə almayıb ki, ev onun anası tərəfindən deyil, onun tərəfindən öz zəhməti ilə artırdığı heyvanlarının satışından əldə olunmuş maliyyə vəsaiti ilə alınmışdır. Bundan başqa, məhkəmə qətnamənin bir hissəsində köhnə Mənzil Məcəlləsinin 123-cü maddəsinin tətbiq olunmasını bildirir, elə həmin vərəqdə bir qədər yuxarıda Mülki Məcəllənin 228.1 və 228.2ci maddələrinin müddəalarının tətbiq edilməli olmasını göstərir. Qeyd olunan maddi hüquq normaları hər ikisi də mənzildən istifadə hüququnun yaranması ilə bağlı münasibətləri tənzimləyir və başqa-başqa hüquqi nəticələr yaradır.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər G.T.Axundova (sədrlik edən və məruzəçi), C.C.Musayeva və F.F.Babayev) 2(103)-4451/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin ed ilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsində düzgün olaraq qeyd göstərilmişdir ki, hazırki münasibətlər 2007-ci ildə yarandığından mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsi tətbiq olunmalı idi. Lakin nə qədər ki, mübahisə predmeti olan daşınmaz əmlak dövlət reyestrində qeydiyyatdan keçməmişdir, Mülki Məcəllənin 228-ci maddəsi deyil, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi tətbiq edilməlidir.

24. Məhkəmənin qənaətinə görə hazırkı halda tərəflər arasında yaranan münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin tətbiq edilməsi üçün mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış əmlak olmalıdır. Lakın hazırkı mübahisə predmeti olan ev özabaşına tikilidir. Özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması və eyni zamanda şəxslərin özbaşına tikinlidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur.

25. Belə olan halda birinci instansiya məhkəməsi hazırkı münasibətlərə bu münasibətlərin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin tətbiq edilməli olması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Münasibətlər yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeydşərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstəri lən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarəd arın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

26. Apellyasiya instansiyası mübahisə predmeti olan mənzilə dair kommunal xidmət müqavilələri müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 ilə bağlanmasına münasibətdə qeyd edib ki, cavabdeh və cavabdeh tərəfindən məhkəməyə dəvət olunmuş şahidlər də təsdiqləmişdir ki, iddiaçılar cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 anasının razılığı ilə mübahisə predmeti olan mənzildə yaşamışlar. İddiaçı da iddia ərizəsində qeyd etmişdir ki, qaynanasının vəfatından sonra fərdi yaşayış evi baldızının adına keçirilmişdir. Apellyasiya şikayəti verən şəxsin də istinad etdiyi müqavilə və qəbzlərin tarixi 2020-2022-ci illərə aiddir.

27. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Cavabdeh tərəfdən mütəqil tələb irəli sürməyən çüncü şəxs (Vəkil2 ) kassasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə hərtərəfli, obyektiv, qərəzsiz baxaraq, formalaşmış məhkəmə təcrübəsi və maddi hüquq normaları çərçivəsində müb ahisəli münasibətlərə hüquqi qiymət vermək əvəzinə bunu etməmiş, əksinə qanunu pozan cavabdehin maraqlarına xidmət edən mövqe tutmuşdur. Bununla da ədalətli məhkəmə araşdırması ilə bağlı konstitusiya ilə müəyyən olunmuş hüququ kobud şəkildə pozulmuşdur. İşin mübahisəsiz halıdır ki, həmin torpaq sahəsini Ağcabədidə yerləşən 300 baş mal-qaradan ibarət təsərrüfatını satıb alımışdır və həmin evə mənim mülkiyyət hüququ vardır. Həm iddiaçı, həm də cavabdeh bildirir ki, onlar sonradan hazır evə köçmüşlər. Belə olan halda ona məxsus mülkiyyətə hansı əsasla ailə üzvü olmayan şəxslər köçməlidirlər. Onları saxlamaq vəzifəsi daşımır, onlar ailə üzvləri deyil, evdən istifadə hüquqları da yoxdur.

30. Avropa Məhkəməsi “X25rşı” qərarının 139-cu bəndində xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsind ə “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunlar tərəfindən həmin marağın “mülkiyyət hüququ” hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət” hesab edilməsinin qarşını almır. İş üzrə məhkəmələrin müəyyən etdiyi, eləcə də işin mübahisə doğurmayan halı ondan ibarətdir ki, torpağı və həmin torpaqda inşa edilmiş fərdi yaşayış evinin sahibi sonradan 3-cü şəxs qismində prosesə cəlb olunmuş Dilbər Fərmanovadır. İş üzrə məhkəmədə dindirilmiş şahidlər və digər sübutlarla müəyyən olunur ki, 300 baş mal-qarasını sata raq əldə etdiyi maliyyə vəsaiti hesabına həmin torpaq sahəsini alan və orada ev inşa etdirən məhz Dilbər Fərmanovadır, o, sonralar qardaşı, hazırki iş üzrə cavabdeh olan Cavabdeh müvəqqəti olaraq öz evinə şərtlə buraxmışdır. Hazırki iş üzrə iddiaçılar isə onun keçmiş gəlini və qardaşı qızıdır ki, evin sahibi olan Dilbər Fərmanovanın ailə üzvü sayılmırlar, eləcə də Dilbər onları saxlamaq vəzifəsi də daşımır. Belə olan halda Dilbər Fərmanovanın evinə keçmiş qardaşı arvadının və qardaşı qızının köçürülməsi mülkiyyət hüququnun kobud şəkildə puzulmasıdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi

32. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəfləri n razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

33. Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.

34. Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya m üqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

35. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

36. Maddə 180.2.Özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

37. Maddə 180.4.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 01 sentyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi

38. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilənmüqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı(əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddədin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sıra sından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvləri nin eyni hüquq və vəzifələrinə onlar da malikdirlər.

39. Maddə 123, 1-ci hissə. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər.Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri saylırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqların köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam v erildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğu n olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələ rək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırki kassasiya şikayətində müstəqil tələb irəli sürməyən məhkəmə aktını tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüqu q normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir, həmin dəlillərə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır və həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.

50. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikay əti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfdən üçüncü şəxs X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-161/2024 nömrəli iş üzrə 04 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar