Məhkəmə qərarları › İş №2(102)-1612/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1612/2020

22.05.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1612/2020 22.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı Ərizəçi Qaflan oğlunun və vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2019-cu il tarixli X5 nömrəli qərardadından Ərizəçi və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi Qaflan oğlunun maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktın müəyyən edilməsi” haqqında ərizəsi ilə məhkəməyə müraciət edərək, a nası- 31 avqust 1939-cu ildə Azərbaycan Respublikası Kirovabad (Gəncə) şəhərində anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış X2 17 iyul 2003-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Həqiqət Əhmədova) 09 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı anası - 31 avqust 1939cu ildə Azərbaycan Respublikası Kirovabad (Gəncə) şəhərində anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış X2 17 iyul 2003-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi haqqında ərizəsinin təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Elşad Şamayev - sədrlik edən və məruzəçi, Məmməd Məmmə dov və Şeyda Məhərrəmova) 12 dekabr 2019-cu il tarixli X5 saylı qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 oktyabr 2019-cu tarixli, № X5 saylı qətnaməsindən Ərizəçi apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün həmin məhkəməyə göndərilmişdir. Ərizəçi və vəkili Nümayəndə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2019-cu il tarixli X5 nömrəli qərardadının ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayon məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli, iş № X5 saylı qətnaməsinin surəti id diaçıya nə rəsmi, nə də qeyri rəsmi qaydada təqdim edilməmişdir. X3 21 oktyabr 2019-cu il tarixdə imzaladığı məktub və ona əlavə edilən qətnamənin surəti, poçt şöbəsinə 02 noyabr 2019-cu il tarixdə, yəni qətnamənin elan olunduğu gündən 23 gün sonra təqdim edilmişdir. Ərizəçiyə isə məlum qətnamə poçt vasitəsilə 06 noyabr 2019-cu il tarixdə təqdim edilmişdir. Belə olan halda qətnamədən apellyasiya şikayət vermə müddəti 06 noyabr 2019-cu il tarixdən hesablanmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası həmin halları tam araşdırmamışdır. Bakı şəhəri, Nizami rayon məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli, X5 saylı qətnaməsindən apelyasiya şikayəti vermə müddəti heç bir halda keçməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə məlum qə tnamənin ərizəçiyə 06 noyabr 2019-cu il tarixdə rəsmi qaydada təqdim edildiyini nəzərə alsaq, qətnamədən apellyasiya şikayəti vermə müddəti 06 dekabr 2019-cu il tarixdə bitmiş olurdu. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən apellyasiya şikayətinin mümkünlüyü halları araşdırılarkən işin faktiki halları səthi araşdırılmış və apellyasiyanın qeyrimümkünlüyü barədə məlum qərardad qəbul edilərkən maddi hüquq və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçı Ərizəçi Qaflan oğlu və vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdirlər. Maraqlı şəxs işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmi ş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə ərizəçinin və onun etibarnamə əsasında nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə baxaraq, qətnaməni elan etmiş və qətnamənin surəti ərizəçinin nümayəndəsi, vəkil Nümayəndə 09 oktyabr 2019-cu il tarixdə qəbzə imza edilməklə rəsmi qaydada təqdim olunmuşdu r. Qətnamənin poçt vasitəsi ilə ərizəçiyə göndərilməsini və ona təqdim olunmasını təsdiq edən sübut iş materiallarına əlavə olunmamışdır. Həmçinin ərizəçi tərəfindən həmin qətnamədən apellyasiya şikayəti poçt orqanına 21 noyabr 2019-cu il tarixdə təqdim edilməklə, 27 noyabr 2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; -363.1 və 363.1.3-cü maddələrinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət ke çdikdən sonra verilmişdirsə şikayət birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır; -366.2-ci maddəsinə görə isə əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İşdən görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin X5 saylı 09 oktyabr 2019-cu il tarixli qətnaməsinin surəti Ərizəçi nümayəndəsi və vəkil Nümayəndə 09 oktyabr 2019-cu il tarixdə qəbzə imza edilməklə rəsmi qaydada təqdim olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə 09 oktyabr 2019-cu il tarixdə qəbzə imza edilməklə ərizəçinin nümayəndəsinə rəsmi şəkildə təqdim edildiyinə görə apellyasiya şikayətini vermək üçün müddət həmin tarixdən hesablanmalıdır. Ərizəçinin sonradan qətnamənin surətini alması, prosessual hərəkəti vaxtında həyata keçirmək vəzifəsindən azad etmir. M əhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsas vermir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.12.2019-cu il tarixli X5 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar