Məhkəmə qərarları › İş №2(102)-1615/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1615/2023

18.04.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1615/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, əqddən irəli gələn mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisial əhəmiyyəti, qanuni qüvvəyə minmiş hökmün mülki işlər üzrə preyudisiallığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair” tələblərinə dair mü lki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-44/2022 nömrəli, 14 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə “X3” MTK (bundan sonra – MTK) xx.xx.2007-ci il tarixli birgə fəaliyyət haqqında müqaviləyə və həmin müqaviləyə xx.xx.2012-ci il tarixli əlavə dəyişikliklər barədə sazişə əsasən, son olaraq belə razılaşmışlar ki, MTK, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 36 (Xocalı prospekti 32 və ya Xocalı prospekti 1181-ci məhəllə) ünvanda inşa etdiyi çoxmərtəbəli binanın 1-ci mərtəbəsində 195 kv.m; 2-ci mərtəbəsində 36 9 kv.m; 3-cü mərtəbəsində 556 kv.m və 4-cü mərtəbəsində 556 kv.m qeyri-yaşayış sahələrini bayır hissəsi tam təmir edilmiş vəziyyətdə iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə həmin ərazidə özünə məxsus olan mənzilləri MTK-nın istifadəsinə verməyi, həmçinin MTK tərəfindən inşa edilən yaşayış binasının tikintisinin başa çatması üçün 1.000.000 manat məbləğində işlər görməyi öz öhdəsinə götürmüşdür.

2. Hazırda iddiaçı MTK ilə arasında bağlanmış bu müqavilələrə istinadla MTK ilə digər cavabdehlər arasında eyni qeyri-yaşayış sahələrinə dair bağlandığını iddia etdiyi aşağıdakı müqavilələrin etibarsız hesab edilməsini və onların həmin sahələrdən çıxarılmalarını tələb edir.

3. MTK ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 11 saylı müqaviləyə əsasən, MTK, inşa etdiyi çoxmərtəbəli binanın A1 blokunda 1-ci və 2-ci mərtəbələrdə 132 kv.m, 3-cü mərtəbədə 300 kv.m, 4-cü mərtəbədə 300 kv.m qeyri-yaşayış sahələrini, eyni tarixli, 24 saylı müqaviləyə əsasən isə binanın A1 blokunda 10, 11 və 12-ci mərtəbələrdə cəmi sahəsi 1770 kv.m olan yaşayış sahəsini binanın inşası başa çatdıqdan sonra Cavabdeh1 verməyi, sonuncu isə həmin sahələri qəbul etməyi və vaxt-vaxtında dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.

4. Cavabdeh1 bu müqavilələrdən irəli gələn öhdəliyin icrası ilə bağlı MTK-ya qarşı iddia qaldırmış, həmin iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5834/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilərək, binanın A1 blokunun 12-3-4 mərtəbəsində yerləşən 860 kv.m qeyri-yaşayış sahəsinə və 10-11-12 mərtəbələrində yerləşən 1770 kv.m yaşayış s ahəsinə sahiblik və istifadə hüququnun tanınması, MTK tərəfindən müqavilə öhdəliklərinin icra edilərək həmin daşınmaz əşyaların onun sahibliyinə və istifadəsinə verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır (Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1496/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)2939/2016 nömrəli, xx.xx.2016-ci il tarixli qərarı).

5. Hazırki iş üzrə iddiaçı, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə ərizə ilə müraciət edərək, qeyd olunan iş üzrə Ali Məhkəmənin qərarından Ali Məhkəmənin Plenumuna təqdimat verilməsini xahiş etmiş, Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı bu qərardaddan konstitusiya şikayəti vermiş, Azərbayc an Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərardadı ilə şikayət əsasında başlanmış konstitusiya işinin icraatına xitam vermişdir.

6. MTK ilə digər Cavabdeh2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 09 saylı müqaviləyə əsasən, MTK, inşa etdiyi çoxmərtəbəli binanın 1-ci mərtəbəsində sahəsi 150 kv.m olan 14 saylı mağaza sahəsini; xx.xx.2009-cu il tarixli nömrəsiz müqaviləyə əsasən, 3-cü mərtəbəsində sahəsi 600 kv.m olan 30-31-43 saylı mağaza sahəsini; xx.xx.2009-cu il tarixli 17 saylı müqaviləyə əsasən, binanın “A1” blokunun 5-ci mərtəbəsində sahəsi 82,7 kv.m olan iki otaqlı 8 saylı mənzili; xx.xx.2009-cu il tarixli 18 saylı müqaviləyə əsasən, binanın “A1” blokunun 4-cü mərtəbəsində sahəsi 136,1 kv.m olan üç otaqlı 1 saylı mənzili və xx.xx.2009-cu il tarix li 19 saylı müqaviləyə əsasən binanın “A1” blokunun 8-ci mərtəbəsində sahəsi 136,1 kv.m olan üç otaqlı 21 saylı mənzili Cavabdeh2 verməyi, sonuncu isə həmin əşyaları qəbul etməyi və dəyərini vaxtı-vaxtında ödəməyi öz öhdəsinə götürmüşdür.

7. X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 179.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(101)-520/2014 saylı cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmündən görünür ki, zərərçəkmiş şəxs Cavabdeh2 nümayəndəsi (qardaşı) ifadəsində bildirmişdir ki, yoxlama nəticəsində X1 onların şirkətinə aid 36 mənzilin satışının uçotundan gizlətdiyi ortaya çıxdığından H.Əliyev xəstəxanadan qayıtdıqdan sonra onların şirkətinə vurduqları ümumi ziyanın 1.360.689 manat məbləğində olan hissəsinin bir hissəsi H.Əl iyev tərəfindən nağd olaraq ödənilmiş, həmin məbləğin qalan hissəsi isə, yəni xx.xx.2009-cu il tarixli müqaviləyə və maliyyə arayışına əsasən MTK-nın binasında tikilmiş sahəsi 150 kv.m və 600 kv.m. olan 2 ədəd qeyri-yaşayış sahəsi və xx.xx.2009-cu il tarixli 3 ədəd mənzildən ibarət yaşayış sahəsi, ümumilikdə 345,9 kv.metrlik ərazi natura şəklində şəxsən Cavabdeh2 adına rəsmiləşdirilməklə əvəzləşdirilmiş, təqribən 200.000 manatdan bir artıq isə ödənilməmiş qalmışdır (hökmün 10-cu vərəqi). Cinayət işinin baxılması zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, üzərilərində MTK-nin sədri Hikmət Yigitdöl tərəfindən imzalanması qeyd edilən Cavabdeh2la MTK arasında bağlanmış yuxarıda qeyd edilən müqavilələrdə, həmin müqavilələr ilə bağlı MTK-nın adından verilmiş maliyyə arayışlarında və qəbzlə rdəki imzalar H.Yigitdöl tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən imzalanmışdır (hökmün 20-ci vərəqi).

8. Cavabdeh2, MTK ilə arasında bağlanmış yuxarıda qeyd olunan müqavilələrdən irəli gələn öhdəliyin icrası ilə bağlı iddia qaldırmış, həmin mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4851/2016 nömrəli, xx.xx.2016-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsinin ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia təmin edilərək, sözügedən daşınmaz əşyaların (qeyri-yaşayış sahələri və mənzillər) Cavabdeh2 verilməsi vəzifəsi MTK-ya həvalə edilmişdir. Qərar icraya yönəldilərək, icra edilmişdir (əsas: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 21.012.2017 -ci il tarixli aktı – İ cild, səh.113).

9. MTK, Ali Məhkəmənin bu qərarından konstitusiya şikayəti vermiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərardadı ilə şikayət əsasında başlanmış konstitusiya işinin icraatına xitam vermişdir.

10. Bakı Ağır Cinayətlər Məhkəməsinin MTK-nin sədri Hikmət Yigitdölün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(101)-78/2020 nömrəli cinayət işi üzrə xx.xx.2020ci il tarixli hökmündə qeyd olunmuşdur ki,...mübahisəli sahələr üzərində Cavabdeh1 məhkəmə qərarı ilə sahiblik və istifadə hüququ tanınsa da həmin sahələr MTK tərəfindən girov məqsədi ilə Cavabdeh1 adına yazılmış, sahələr sonuncuya satılmamış, MTK-nın sədri H.Yigitdöl ilə Cavab deh1 arasında razılaşmanın baş tutmaması səbəbindən sonuncu müqavilələrin əsllərini H.Yigitdölə qaytarmış, sonuncu da müqavilələri cıraraq məhv etmişdir. Cavabdeh1 girov məqsədi ilə adına yazılmış xx.xx.2007-ci il tarixli 860 kv.m qeyri yaşayış sahəsi və 1.770 kv.m yaşayış sahələrinə dair müvafiq qaydada ləğv edilməmiş müqavilələrin nüsxələrini Bakı şəhəri, Yasamal rayonunda yerləşən notariat kontorundan əldə edib, çoxmərtəbəli binanın “A1” blokunun 1-2-3-4 mərtəbəsində yerləşən 860 kv.m qeyri-yaşayış sahəsinə və 10-11-12 mərtəbəsində 1.770 kv.m yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınmasına dair iddiası üzrə mülki işə baxan Xətai Rayon Məhkəməsinin ləğv edilməmiş 2(011)-5834/15 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə həmin qeyri-yaşayış və mənzillərə Cavabdeh1 sahiblik və istifadə hüququnun tanınmasına şərait yaratdığına görə qeyd olunan epizodlar üzrə H.Yigitdölə Cinayət Məcəlləsinin 308.2ci maddəsi üzrə düzgün olaraq ittiham elan edilmişdir (hökmün 110-cu vərəqi).

11. Hökmdə, həmçinin qeyd edilmişdir ki,...yuxarıda qeyd olunan sahələr H.Yigitdöl tərəfindən Cavabdeh2 satılmamış, sahələr girov məqsədi ilə sonuncunun adına rəsmiləşdirilmiş, həmin müqavilələrin müvafiq qaydada ləğv olunmasını rəsmiləşdirməmişdir. H.Yigitdöl qanunvericiliyə uyğun olaraq hər hansı hüquqi prosedura qəsdən əməl etmədən öz qulluq səlahiyyətlərdən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, xx.xx.2009, xx.xx.2009 və xx.xx.2009-cu il tarixli həmin alğı-satqı müqavilələrinin qüvvədə olmasına baxmayaraq, həmin sahələri sonradan müxtəlif şəxslərə sataraq Cavabdeh2 girov məqsə di ilə adına yazılmış xx.xx.2009-cu, xx.xx.2009-cu və xx.xx.2009cu tarixli yaşayış və qeyri-yaşayış sahələrinə müvafiq qaydada ləğv edilməmiş müqavilələrin surətindən istifadə edib, binanın “A1” girişinin 4-cü mərtəbəsində yerləşən sahəsi 136,1 kv.m olan 1 saylı mənzilin, 5-ci mərtəbəsində yerləşən sahəsi 82,7 kv.m olan 8 saylı mənzilin, 8-ci mərtəbəsində yerləşən sahəsi 136,1 kv.m olan 21 saylı mənzilin, həmin binanın 1-ci mərtəbəsində yerləşən sahəsi 150 kv.m olan 14 saylı mağazanın (qeyri-yaşayış sahəsinin), həmin binanın 3-cü mərtəbəsində yerləşən sahəsi 600 kv.m olan 30, 31 və 43 saylı mağazaların ona təhvil verilməsinə dair iddiası üzrə Xətai Rayon Məhkəməsinə müraciət etməsinə və qeyd olunan mənzil və qeyri-yaşayış sahələri ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Ko llegiyasının xx.xx.2016-ci il tarixli, 2(102)-24851/16 saylı qərarı ilə iddia təmin edilməklə qeyri-yaşayış və mənzillərə sonuncunun istifadə hüququnun tanınmasına şərait yaratdığına görə H.Yigirdölə Cinayət Məcəlləsinin 308.2-ci maddəsi üzrə düzgün olaraq ittiham elan edilmişdir (hökmün 111-112 vərəqləri).

12. Həmin hökmlə, MTK-nın sədri H.Yigirdöl təqsirli bilinərək ona müvafiq cəzanın təyin edilmiş, onun bu iş üzrə iddiaçıya vurduğu zərərin əvəzinin ödənilməsi məqsədi ilə binanın A1 blokunun Xocalı prospekti boyu 1-ci mərtəbəsində 195 kv.m qeyri-yaşayış sahəsinin; “2-ci mərtəbəsində 369 kv.m qeyri-yaşayış sahəsinin; A1 blokunun 3-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən 556 kv.m tam mərtəbə hissəsinin və A1 blokunun 4-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən 556 kv.m t am mərtəbə hissəsinin MTK və xx.xx.2018-ci il tarixdə müqavilə imzalamaqla yaranmış problemlərin həllini üzərinə götürmüş "xxxx" MMC tərəfindən iddiaçıya verilməsi qərara alınmışdır (hökmün 112 vərəqi). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1la MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 11 və 24 saylı müqavilələrin qismən, yəni iddiaçı ilə MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli “Birgə fəaliyyət haqqında” müqavilə və həmin müqaviləyə əlavə və dəyişikliklər barədə xx.xx.2012-ci il tarixli “Sazişdə” nəzərdə tutulmuş qeyri-yaşayış sahələri ilə üst-üstə düşən hissədə etibarsız hesab edilməsi, cavabdehin həmin qeyri-yaşayış sahələrini boşaltması və tikili dən çıxarılması; - Cavabdeh2la MTK arasında bağlanmış MTK tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindəki 150 kv.m sahəsi olan 14 saylı mağaza barədə xx.xx.2009-cü il tarixli, 9 saylı; 3-cü mərtəbədə sahəsi 600 kv.m olan 30, 31 və 43 saylı mağazalar barədə xx.xx.2009-cu il tarixli nömrəsiz; A1 blokunun 5-ci mərtəbəsində yerləşən sahəsi 82,7 kv.m olan 2 otaqlı 8 saylı mənzil barədə xx.xx.2009-cu il tarixli, 17 saylı; A1 blokunun 4-cü mərtəbəsində yerləşən sahəsi 136,1 kv.m olan 3 otaqlı mənzil barədə xx.xx.2009-cü il tarixli 18 saylı və A1 blokunun 8-ci mərtəbəsində yerləşən sahəsi 136,1 kv.m olan 3 otaqlı mənzil barədə xx.xx.2009-cu il tarixli 19 saylı müqavilələrin iddiaçı ilə MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli “Birgə fəaliyyət haqqında” müqavilə və həmin müqaviləyə əlavə və dəyişikliklər barədə xx.xx.2012-ci il tarixli “Sazişdə” nəzərdə tutulmuş sahələr ilə üst-üstə düşən hissədə etibarsız hesab edilməsi, cavabdehin həmin qeyri-yaşayış sahələrini boşaltması və tikilidən çıxarılması; - cavabdehdən ona vurduğu 300.000 manat maddi, 30.000 manat mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını tələb etmişdir.

14. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinadla tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər arasında bağlanmış müqavilələr onunla MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli birgə fəaliyyət haqqında müqavilədən sonra bağlanmışdır. Həmin müqavilələr, onunla bağlanmış birgə fəaliyyət haqqında müqavilədə və onun əsasında bağlanmış razılaşmalarda nəzərdə tutulmuş sahələr ilə üst-üstə düşdü kləri hissələrdə yalan əqd olaraq etibarsız hesab edilməlidir. Çünki müqavilələr əslində alğı- satqı üçün deyil, cavabdehlər arasında bağlanmalı olan girov müqaviləsi kimi bağlanmış, müqavilələr əsasında MTK-ya hər hansı bir ödəniş edilməmişdir.

15. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-3281/2019 nömrəli, 26 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia rədd olunmuşdur.

16. Birinci instansiya məhkəməsi müqavilələrin etibarsızlığı tələbinin rədd olunması hissəsində gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi MTK tərəfindən qeyd edilən ünvanda inşa edilmiş yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 sahiblik və istifadə hüquqları qanuni qüvvəsini almış m əhkəmə qətnamələri ilə müəyyən edilmişdir.

17. Bundan başqa, iddiaçı, cavabdehlər arasında bağlanmış müqavilələri yalan əqd hesab edərək, əhəmiyyətsiz olduğunu bildirsə də, qanuni qüvvəsini almış məhkəmə aktları ilə həmin müqavilələrin qanunvericiliyin tələblərinə riayət olunmaqla bağlandığı müəyyən edilmişdir.

18. Digər tərəfdən, mülki qanunvericiliyə əsasən tərəf əqdin əhəmiyyətsiz olmasına istinad edərək o halda iddia irəli sürə bilər ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticəsinin tətbiqi haqqında əqdin icrasına başlanıldığı gündən bir il keçməmiş olsun (Mülki Məcəllə 354.1-ci maddə). İşin hallarından göründüyü kimi, iddiaçı 2007 və 2009-cu il tarixlərdə bağlanmış müqavilələri mübahisələndirmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTKya qarşı mübahisələri 2014 və 2015-ci illərdə olsa d a, 2018-ci ildə məhkəməyə müraciət etməyə başlamışdır.

19. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 324.1, 324.4, 337.1, 354.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 82.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. İddiaçı apellyasiya şikayət verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-44/2022 nömrəli, 14 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə, apellya siya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1la MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 11 saylı müqavilənin binanın A1 blokunun üçüncü mərtəbəsindəki 300 kv.m və dördüncü mərtəbəsindəki 300 kv.m ölçülü qeyri-yaşayış sahələrinin Cavabdeh1 verilməsi barədə hissəsi iddiaçı ilə MTK arasında bağlanmış “Birgə fəaliyyət haqqında” xx.xx.2007-ci il tarixli müqavilə, habelə həmin müqaviləyə əlavə və dəyişikliklər barədə xx.xx.2012-ci il tarixli Sazişdə nəzərdə tutulmuş A1 blokunun üçüncü mərtəbəsində 556 kv.m və dördüncü mərtəbəsində 556 kv.m qeyri-yaşayış sahəsi (binanın tam mərtəbəsi) ilə üst-üstə düşən hissədə etibarsız hesab edilməsi, Cavabdeh1 həmin qeyri-yaşayış sahəsini boşaltması və hə min sahədən çıxarılması, cavabdehlər Cavabdeh2la MTK arasında bağlanmış xx.xx.2009-cu il tarixli nömrəsiz müqavilənin binanın A1 blokunun üçüncü mərtəbəsində yerləşən 600 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh2 verilməsi barədə hissədə, iddiaçı ilə” MTK arasında bağlanmış “Birgə fəaliyyət haqqında” xx.xx.2007-ci il tarixli müqavilə, habelə həmin müqaviləyə əlavə və dəyişikliklər barədə xx.xx.2012-ci il tarixli Sazişdə nəzərdə tutulmuş A1 blokunun üçüncü mərtəbəsində 556 kv.m qeyri-yaşayış sahəsi (binanın tam mərtəbəsi) ilə üst-üstə düşən hissədə etibarsız hesab edilməsi, Cavabdeh2 həmin qeyri-yaşayış sahəsini boşaltması və həmin sahədən çıxarılması, cavabdehlər Cavabdeh2 və MTK arasında bağlanmış xx.xx.2009-cu il tarixli 18 saylı müqavilənin MTK arasında bağlanmış xx.xx.2009-cu il tarixli n ömrəsiz müqavilənin binanın A1 blokunun dördüncü mərtəbəsində yerləşən sahəsi 136,1 kv.m olan 3 otaqlı mənzil (hazırda qeyri-yaşayış sahəsi olan) sahəsinin Cavabdeh2 verilməsi barədə hissəsi iddiaçı ilə MTK arasında bağlanmış “Birgə fəaliyyət haqqında” xx.xx.2007-ci il tarixli müqavilənin, habelə həmin müqaviləyə əlavə və dəyişikliklər barədə xx.xx.2012-ci il tarixli Sazişdə nəzərdə tutulmuş A1 blokunun üçüncü mərtəbəsində 556 kv.m qeyri-yaşayış sahəsi (binanın tam mərtəbəsi) ilə üst-üstə düşən hissədə etibarsız hesab edilməsi, Cavabdeh2 həmin qeyri-yaşayış sahəsini boşaltması və həmin sahədən çıxarılması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı, mübahisəli sahələr üzərində cavabdehlərin sahiblik və istifadə hü quqlarının tanınması barədə yuxarıda qeyd edilən məhkəmə aktlarının qəbul edilməsinə əsas olmuş mülki işlər üzrə, cavabdehlər İsfəndiyar və Cavabdeh1lar isə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixli hökmün qəbul edilməsi üçün əsas olmuş 1(101)-78/2020 nömrəli cinayət işi üzrə tərəf olmamışlar.

23. MPM-in 82.3-cü maddəsində predyusiallıq ancaq qətnamə çıxarılan zaman işdə iştirak etmiş şəxslərin və mübahisə predmetinin eyniliyini nəzərdə tutduğu halda 82.4-cü maddəsinin predyusiallığa dair tələbi tamamilə fərqlidir. 82.3-cü maddədəki preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlər sə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. 82.4-cü maddənin tələbinə görə isə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

24. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 ilə "xxxx" Prestij MTK arasında bağlanmış x x.xx.2007-ci il tarixli, 11 saylı müqavilə ilə Cavabdeh1 verilmiş və MTK tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının “A1” blokunun 3-cü mərtəbəsində 300 kv.m və 4-cü mərtəbədə yerləşən 300 kv.m qeyri-yaşayış sahələri, iddiaçı ilə həmin MTK arasında bağlanmış “Birgə fəaliyyət” haqqında xx.xx.2007ci il tarixli müqavilə, habelə həmin müqaviləyə əlavə və dəyişikliklər barədə xx.xx.2012-ci il tarixli sazişdə nəzərdə tutulmuş həmin yaşayış binasının “A1” blokunun 3-cü mərtəbəsində 556 kv.m və “A1” blokunun 4-cü mərtəbəsində 556 kv.m qeyri-yaşayış sahələri ilə üst-üstə düşür.

25. Bundan əlavə, cavabdehlər Cavabdeh2 ilə MTK arasında bağlanmış xx.xx.2009-cu il tarixli nömrəsiz müqavilə ilə Cavabdeh2 verilmiş və MTK tərəfindən inşa olunmuş yuxarıda qeyd edilən binanın “A1” blokunun 3-cü m ərtəbəsində yerləşən 600 kv.m qeyri-yaşayış və xx.xx.2009-cu il tarixli 18 saylı müqavilə ilə Cavabdeh2 verilmiş həmin binanın “A1” blokunun 4-cü mərtəbəsində yerləşən sahəsi 136,1 kv.m olan 3 otaqlı mənzilinin sahəsi (hazırda qeyri-yaşayış sahəsidir) iddiaçı ilə MTK arasında bağlanmış yuxarıda qeyd edilən “Birgə fəaliyyət haqqında” müqavilə, habelə həmin müqaviləyə əlavə və dəyişikliklər barədə sazişdə nəzərdə tutulmuş həmin yaşayış binasının “A1” blokunun 3-cü mərtəbəsində 556 kv.m və “A1” blokunun 4-cü mərtəbəsində 556 kv.m qeyri-yaşayış sahələri ilə üst-üstə düşür.

26. Qeyd edilən sahələrin bu səbəbdən iddiaçıya aid olması hazırkı işin baxılmasında preyudisial xarakter daşıyan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmü ilə də müəyyən edilmişdir. Odur ki, iddiaçının həmin sahələr ilə bağlı olan müqavilələrin etibarsız hesab edilməsi və cavabdehlərin mübahisəli sahələrdən çaxarılması barədə tələbi əsaslı hesab edilməlidir.

27. Kollegiya öz mövqeyini, Mülki Məcəllənin 152.1, 152.5, 157.2-ci və MPM-in 14.2, 15.2, 15.4, 77.1, 82.3, 82.4, 233.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

28. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişlər.

29. Kassasiya şikayətləri eyni məzmunda belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qanuni qüvvəyə minmiş və etibarlılığı məhkəmələr tərəfindən yoxlanılmış müqavil ələri etibarsız hesab etmiş, bununla da, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” məhkəmə üçün məcburi xarakter daşıyan qərarlarına istinad etməmiş, formalaşmış hüquqi mövqeyə zidd qətnamə çıxarmışdır. Qanuni əsaslarla cavabdehlərin mülkiyyətində olan əmlaka dair müqavilələrin etibarsız hesab edilməsi qanunsuz və əsassız olmaqla, sonuncuların mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əq dlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

32. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

33. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

34. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundu r, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarı 35....istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan R espublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

36. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

37. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.

38. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Ali Məhkəməsinin Mülki və Kommersiya kollegi yalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı Qərardadı

39. Bənd

27. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir.

40. Bənd

36. Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir.” məzmunundakı hüquqi mövqedən də görünür ki, əqdin etibarlılığının yoxlanılmasının zəruri şərti etibarsızlıq barədə tələbin irəli sürülməsi deyil, sadəcə tələbin əqdə söykənməsidir. Odur ki, məhkəmə “əqdin etibarsız sayılması, əqdən doğan öhdəliyin icrası üzrə və s.” tələbləri, yaxud bu iddialara etiraz əsasında tərəflərin faktiki münasibətlərində baş vermiş halları, varsa əqdi mübahisələndirmə (iradənin qarşı tərəfə çatdırılması) faktını araşdırır, əqdin etibarlı olub-olmamasına görə mübahisəni həll edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

43. Maddə 15.4. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir.

44. Maddə 77.1. Hər bir tərəf öz tə ləblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

46. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 233.3. Qətnamə qanu ni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

52. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlama q zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətlərində qətnamə yalnız iddianın təmin olunan hissələrində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Baxılan iş üzrə iddiaçı mübahisəli qeyri-yaşayış sahələrinə dair cavabdehlər arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi ilə bağlı tələbini onunla əsaslandırmışdır ki, həmin müqavilələr onunla MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli birgə f əaliyyət haqqında müqavilədən sonra bağlanmaqla, bu müqavilə və onun əsasında bağlanmış razılaşmalarda nəzərdə tutulmuş sahələr ilə üst-üstə düşdükləri hissələrdə yalan əqd olmaqla etibarsızdırlar. Belə ki, bu müqavilələr əslində alqı-satqı kimi deyil, girov müqaviləsi kimi bağlanılmış və müqavilələr əsasında MTK-ya hər hansı ödəniş edilməmişdir.

56. Apellyasiya məhkəməsi iddianı təmin etdiyi hissədə cavabdehlər arasında bağlanmış müqavilələri etibarsız hesab edərkən gəldiyi qənaəti belə əsaslandırmışdır ki, MTK tərəfindən həm iddiaçı ilə, həm də cavabdehlərlə bağlanmış müqavilələrdəki qeyriyaşayış sahələri üst-üstə düşür. Qeyd edilən sahələrin bu səbəbdən iddiaçıya aid olması hazırkı işin baxılmasında preyudisial xarakter daşıyan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə də müəyyən edilmişdir.

57. Kollegiya, aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

58. İlk növbədə qeyd olunmalıdır ki, MTK-nın eyni qeyri-yaşayış sahələrinin verilməsinə dair bir neçə şəxslə müqavilə bağladığı qəbul edilsə belə, bu hal özüözlüyündə həmin müqavilələrdən birinin (və ya bir neçəsinin) etibarsızlığına səbəb hesab edilə bilməz.

59. Bu halda MTK mübahisəli qeyri-yaşayış sahəsini (eyni əşyanı) müqavilə əsasında bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüş sayılır ki, belə vəziyyətdə, yəni fərdi müəyyən əşyaya haqq iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydaları qanunvericilikdə aydın şəkildə tənzimlənmişdir (Mülki Məcəllə, 452.1-ci maddə).

60. Həmin maddənin tələbinə əsasən, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni üçüncü şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur. Çünki, borclunun artıq başqasının mülkiyyətinə keçmiş (verilmiş) əşyanı kreditora verməsi obyekt iv səbəbdən mümkün deyil. Əgər əmlak hələ verilməmişsə, onda öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur.

61. O da nəzərə alınmalıdır ki, fərdi müəyyən əşyanın verilməsinə dair bir neçə müqavilə bağlandıqda, yuxarıda qeyd olunan əsaslardan hər hansı birinə uyğun olaraq onlardan birinə üstünlük verilməsi, digər müqavilələrin etibarsızlığı nəticəsini doğurmur. Çünki mülki qanunvericilikdə fərdi müəyyən əşyaların alqı-satqısı baxımından belə bir etibarlılıq şərti nəzərdə tutulmayıb, əskinə Mülki Məcəllənin 452.1-ci maddəsinin son iki cümləsində nəzərdə tutulan müddəalar bu müqavilələrin hamısının etibarlı olduğunu (bu qayda təbii ki, həmin müqavilənin əqdin etibarlılığı ilə bağlı mülki qanunvericilikdə müəyyən edilmiş şərtlərə uyğun olduğu hallara aidd ir) göstərir.

62. Yəni, qeyd edilən normanın mənasına görə, fərdi müəyyən əşyanın başqasına verilməsinə dair bir neçə şəxslə müqavilə bağlanmışsa, əşyanın təhvil verilməsi ilə bağlı daha əvvəl iddia irəli sürünə üstünlük verilir.

63. Əgər ilk müqavilədən sonra bağlanmış müqavilələr etibarsız olsaydı, belə hesab olunardı ki, məhkəmə etibarsız müqaviləyə əsaslanaraq ilk iddia sürənin tələbini təmin etmişdir. Halbuki, müqavilə etibarsızdırsa, onda məhkəmə qərarı ilə təmin olunmalı bir haqq da olmaz. Əks yanaşma, Mülki Məcəllənin 452.1-ci maddəsinin tətbiqi imkanlarını istisna edərdi.

64. Göründüyü kimi, apellyasiya məhkəməsi MTK tərəfindən iddiaçı və cavabdehlərlə bağlanmış müqavilələr üzrə qeyri-sahələrinin üst-üstə düşməsinə istinad edərək, cavabdehlərlə bağlanmış müqavilələri etibarsız hes ab etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, yuxarıda qeyd olunan hüquqi mövqelərə əsasən bu hal (fərdi müəyyən əşyanın başqasına verilməsinə dair bir neçə şəxslə müqavilə bağlanması) həmin müqavilələrdən birinin (və ya bir neçəsinin) etibarsızlığına deyil, qanunla müəyyən edilmiş qaydalar çərçivəsində onlardan birinin digərinə münasibətdə üstünlüyünə əsas verir.

65. Beləliklə, apellyasiya instansiya məhkəməsi işdə olan sübutların mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tam, hərtərəfli, obyektiv qiymətləndirilməsi nəticəsində eyni əşyaya (hazırkı halda qeyri-yaşayış sahəsinə) dair bir neçə müqavilə bağlandığını müəyyən edərsə, Mülki Məcəllənin 452.1-ci maddəsinə müəyyən edilmiş qaydaları tətbiq etməklə mübahisəni həll etməlidir.

66. Kollegiya, onu da qeyd edir ki, ape llyasiya instansiya məhkəməsi mübahisəli qeyri-yaşayış sahələrinə dair MTK ilə digər cavabdehlər arasında ağlanmış müqavilələri etibarsız hesab edərkən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünü bu iş üzrə preyudisial hesab etməklə mülki prosessual hüquq qanunvericiliyin tələblərini də pozmuşdur.

67. Belə ki, MPM-in 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

68. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə hökmündə əks olunan faktların iki növü mülki işlərə baxılarkən sübut olunmaqdan azaddır. Bunların birincisi hadisənin olub-olmaması, yəni cinayətin törədilib-törədilməməsi, ikincisi isə bu əməlin konkret şəxs tərəfindən edilməs i, yəni cinayətin subyekti barədə məsələdir. Yalnız bu faktlar mülki iş üzrə hamı üçün məcburidir və heç bir şəxs tərəfindən mübahisələndirilə bilməz.

69. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündə MTK-nın sədri tərəfindən mübahisəli qeyri-yaşayış sahələrinə dair cavabdehlərlə alqı-satqı deyil, girov müqaviləsinin bağlandığı və əşyaya dair qüvvədə olan müqavilələr ləğv edilmədən yeni müqavilələrin bağlandığı göstərilmişdir ki, bu faktlar artıq qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmiş hesab edilsə belə, həmin halların hazırkı iddia tələbi çərçivəsində müqavilələrin etibarsızlığına səbəb olub-olmaması mülki məhkəmə icraatı qaydaları çərçivəsində mülki qanunvericiliyin normlarına əsasən qiymət verilməli olan məsələdir.

70. Qeyd olunanlardan əlavə, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən MTK ilə aralarında bağlanmış müqavilələrdən irəli gələn öhdəliyin (əşyanın verilməsi) icrası ilə bağlı MTK-ya qarşı iddialar qaldırılmış və həmin işlər üzrə qanuni qüvvəsini almış məhkəmə aktları ilə mübahisəli sahələrin MTK tərəfindən cavabdehlərə təhvil verilməsi qət edilmişdir (§ 4-5, 8-9).

71. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin İİ hissəsində deyilir ki, məhkəmə qərarının icra olunmaması müəyyən edilmiş məsuliyyətə səbəb olur.

72. Eyni zamanda, mülki prosessual qanunvericiliyin tələbinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətna məsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir (§ 42-43).

73. Hazırkı iş üzrə etibarsız hesab edilməsi tələb edilən müqavilələrdən irəli gələn öhdəliklərin icrası barədə qanuni qüvvəyə minmiş icrası məcburi olan məhkəmə aktlarının olması, həmin işə baxan məhkəmələr tərəfindən bu əqdlərin et ibarlılıq şərtlərinə uyğunluğu yoxlanılmaqla hüquqi müstəvidə keçərli (etibarlı) olmasının təsdiq edilməsi deməkdir (§ 35-40).

74. Qanuni qüvvəsini almış məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etməsə də, məhkəmələr bu işlərə baxarkən hüquqi müəyyənlik prinsiplərinin tələblərini nəzərə almaqla, bir-biri ilə ziddiyyət təşkil edən, eləcə də, biri digərinin icrasını qeyri-mümkün edən məhkəmə aktlarının əmələ gəlməməsi üçün gəldikləri nəticəni kompleks şəkildə əsaslandırmalıdırlar.

75. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətl i olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. 6

76. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

77. Beləliklə, Kollegiya bu qənaətə gəlir ki, işə baxan məhkəmələr yuxarıda qeyd edilən halları nəzərə almamış, sadalanan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işin hallarına hüququn tətbiqində səhv nəticəyə gəlmişlər. Ona görə də kassasiya şikayətləri təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apelyasiya baxışına göndərilməlidir.

78. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-44/2022 nömrəli, 14 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar