Məhkəmə qərarları › İş №2(102)-1617/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1617/2024

15.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1617/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: dövlət qeydiyyatı olmayan yaşayış sahəsinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 2(103)7056/2023 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inziba ti binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 09 iyun 2004-cü il tarixli akta əsasən X2 Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Parnik küçəsində yerləşən 1380 kv.m. həyətyanı sahəsini İddiaçı1 4000 ABŞ dollarına satmışdır.

2. Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 keçmiş gəlinidir. Belə ki, iddiaçıların oğlu X6 və Cavabdeh 24 iyul 2007-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 22 may 2008-ci il tarixdə İddiaçı2 Elşad qızı, 24 noyabr 2009-cu il tarixdə X3 və 29 dekabr 2014-ci il tarixdə X4 adlı övladları anadan olmuş, sonradan ailə münasibətləri pisləşdiyi üçün nikahları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur.

3. Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Parnik küçəs ində yerləşən 1380 kv.m. torpaq sahəsinə dövlət qeydiyyatına alınmayan fərdi yaşayış evi inşa olunmuş və həmin evdə Cavabdeh uşaqları ilə birgə yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə, sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini azaldılmasını dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıların Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Parnik küçəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar Suraxanı rayonu, Hovsan qəsəbəsi, Parnik küçəsində yerləşən 1380 kv.m həyətyanı torpaq sahəsini 09 iyun 2004-cü ildə həmin qəsəbə sak ini X1 şahidlərin iştirakı ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən almış, həmin sahədə fərdi yaşayış evini inşa etmişlər. İddiaçılar həmin ünvanda birgə yaşamış, 2007-ci ildə oğulları Elşad Quliyev Cavabdeh ilə ailə qurduqdan sonra, iddiaçılar digər övladlarının yanına köçməklə, mübahisəli evi Elşad Quliyevin və ailəsinin istifadəsinə vermişlər. Artıq bir ilə yaxındır ki, oğlu ilə onun həyat yoldaşı Cavabdeh arasında ailə-məişət münasibətləri zəminində münaqişə yaranmış, cavabdeh küçə qapısında və evin giriş qapısında olan açar-qıfılları dəyişdirməklə, iddiaçılara həmin evdə yaşamalarına maneçilik törətmişdir.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(010)-2903/2023 nömrəli qətnaməsi ilə (hakim F.F.Mirzəyeva) iddia təmin edilmiş, iddiaçıla r İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Parnik küçəsində (indiki M.Ş.Vazeh küçəsi) yerləşən fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş və öz hüquqi statusuna görə özbaşına tikilidir. Eyni zamanda, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olsa da, həmin evdən istifadə ilə əlaqədar maneçilik törətməsi, əmlak hüquqlarının həyata keçirilməsinə maneə kimi qiymətləndirilməlidir.

8. Məhkəmə qeyd etmişdir ki, mübahisəli ev eyni zamanda fiziki obyekt kimi əşyadır və mübahisəli evin özbaşına tikili statusuna malik olması, həmin evdən istifadə etməsini məhdudlaşdıran hal kimi qəbul edilə bilməz. Ona g örə də, mübahisəli evin hüquqi statusuna görə özbaşına tikili olması, həmin evdən istifadə ilə əlaqədar edilən maneələrin aradan qaldırılması ilə bağlı məhkəmədə iddia qaldırmağa mane deyil. Özbaşına tikilinin dəqiq kimin tərəfindən inşa edilməsi iş materialları ilə müəyyən olunmur. Lakin, torpaq İddiaçı1 2004-cü ildə verildiyindən, cavabdeh isə ora 2007-ci ildə köçdüyündən, elə nəticəyə gəlinir ki, həmin torpaq sahəsində 2007-ci il üçün artıq tikili var idi. Həmin ünvanda qaz sayğacı İddiaçı2 adına 2016-cı ildə rəsmiləşdirilmişdir. İddiaçılar həmin evdə müəyyən müddət yaşasalar da, son zamanda orda yaşamırlar.

9. Məhkəmə qeyd etmişdir ki, mübahisəli ev özbaşına tikili olsa da, həmin əmlakdan istifadə ilə bağlı hüquqlar məhdudlaşdırıla bilməz. Həmçinin, məhkəmə iclasında tərəflər razılığ a gəldiyindən, iddiaçılar yalnız evə köçürülməsini tələb etmiş, cavabdeh isə bununla razılaşmışdır.

10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1, 135.2, 135.4, 135.5, 152.1, 152.5, 152.6, 152.11, 154.1, 180.1, 180.2, 180.3-cü, Mülki Prosessual Məcəllənin 4.1, 4.2, 77.1, 88-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması bar ədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh 12 sentyabr 2023-cü il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında şəxsən iştirak edə bilməmiş, iddiaçıların gəlib onunla yaşamasına razı olmamışdır. İddiaçılar son 15 ildə heç vaxt Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Parnik küçəsində yerləşən və onun son 15 ildə daimi yaşadığı evdə yaşamayıblar. İddiaçıların hər ikisi ünvan 1 ünvanında yaşayırlar. Cavabdeh iddiaçıların yalnız həqiqətən evsiz qaldıqları halda mübahisəli evə köçüb yaşamasına razı ola bilər. Məhkəmə, ilk öncə iddiaçıların yaşayış sahəsi ilə təmin olunub-olunmamasını aydınlaşdırmalı idi. Lakin, hakim tərəfindən bu hal aydınlaşdırılmadan qanunsuz və ədalətsiz qərar qəbul etmişdir.

13. Bakı Apellyasiya Məh kəməsinin Mülki kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 2(103)-7056/2023 nömrəli qətnaməsi ilə (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər K.H.Əkbərovdan və İ.S.Şirinovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(010)2903/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur.

14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi cavabdeh və onun 3 azyaşlı qız övladı tərəfindən istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə iddiaçıların köçürülməsi üçün əsasın və ehtiyac ın yaranıb-yaranmaması ilə bağlıdır. Lakin iddiaçılar qeyd olunan evin (özbaşına tikilinin) yaşayış sahəsindən istifadə etmək və yaşamaq ehtiyacı yarandığına dair də məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Çünki, qeyd olunan xüsusatları sübut etmək yükü iddiaçıların üzərinə düşsə də, bu hallara dair məhkəməyə ümumiyyətlə heç bir mötəbər sübut təqdim etməmişlər. Əksinə, iddia ərizəsinin məzmunundan və işin faktiki hallarından məlum olur ki, iddiaçılar hüquqdan pis niyyətlə sui-istifadə edərək cavabdehə zərər vurmaq məqsədilə bu iddianı irəli sürmüşlər. Çünki, cavabdehin hansısa formada onların hüquqlarını pozmasına dair heç bir dəlil irəli sürməyiblər.

15. Bundan başqa, iddiaçılar cavabdehin keçmiş qayınatası və qayınanası olsa da, ailə qanunvericiliyi əsasında onunla birli kdə yaşamaq və ondan özlərinin saxlanılmasını tələb etmək hüququ olmadığından daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin mübahisəli özbaşına tikilinin yaşayış sahəsinə köçmək səlahiyyəti də ola bilməz. Çünki, iddiaçıların bu istəyi ən azından keçmiş gəlini olan cavabdehin bilavasitə razılığı ilə şərtləndirilir. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, mübahisə predmeti olan özbaşına tikiliyə faktiki sahiblik və oradan istifadə edən cavabdehi isə belə razılığı verməyə məcbur etmək hüquqa uyğun sayıla bilməz. Bir anlığa təsəvvür edilsə ki, iddiaçılar mübahisə predmeti olan evdə heç vaxt yaşamayıblar, cavabdeh isə 2007-ci ildən köçüb orada yaşadığından həmin tikili cavabdehin adına mülkiyyət hüququ əsasında qeydə alınmış, onda tərəflər arasında qohumluq münas ibətlərinə xitam verildikdən sonra hazırki mübahisəyə qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsinin müddəalarının tətbiqi nəzərdən keçirilə bilərdi. Bu mənada, tərəflər arasında qayınatagəlin və qayınana-gəlin münasibətlərinə də xitam verildiyindən, iddiaçılar isə nəinki başqa ünvanda yaşadığından, ümumiyyətlə köçmək istədikləri ünvanda heç vaxt yaşamadığından və hazırki evə köçürülmə ilə bağlı iddiaya analogiya baxımından Mülki Məcəllənin 228-ci maddəsinin tətbiqi də mümkün olmazdı. Buna baxmayaraq, nə özbaşına tikilinin, nədə onun yerləşdiyi torpaq sahəsinin iddiaçılara hər hansı bir hüquq müəyyənedici sənədlə məxsus olmasına dair də işdə heç bir mötəbər (Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixli 5-20/2- 228/2023 nömrəli məktubu və xx.xx.2004-cü il tarixli akt hüquq müəyyənedici sənəd olmadığından mötəbər sübut sayılmır bax.i.v.7-8) sübutlar yoxdur. Bu barədə iddiaçılar tərəfindən məhkəməyə hüquq müəyyən edən heç bir mötəbər sübut təqdim edilməmişdir.

16. Məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür özbaşına tikililərə hər hansı bir hüquq əldə etmədən və tanımadan köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yeri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Qeyd olunduğu kimi, hazırki iş üzrə iddiaçılar cavabdehin keçmiş qayınatası və qaynanası olsa da köçmək istədiy i özbaşına tikilinin yaşayış sahəsinə də ehtiyacları yoxdur. Çünki, apellyasiya baxışı zamanı da iddiaçıların köçmək istədikləri evdə (özbaşına tikilidə) heç vaxt, ən azından isə son 15 ildə yaşamadıqları, başqa ünvanda yaşayış sahələrinin olduğu və orada yaşamaları təsdiq olundu. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Hovsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 oktyabr 2023-cü il tarixli cavabdehin nümayəndəsi və vəkilinə ünvanladığı məktubda iddiaçıların 40 ildən artıq müddətə ünvan 3 ünvanda yaşadıqlarının müəyyən olunduğu, İddiaçı1 həmin ünvanda, İddiaçı2 isə Bağça küçəsi 16 ünvanda qeydiyyatda olduğu göstərilmişdir. Yəni, rəsmi dövlət qurumunun verdiyi məlumatda da, iddiaçıların heç vaxt köçmək istədikləri ünvanda yaşamadıqları açıq-aşkar təsdiq olu nur. Demək ki, iddiaçıların başqa yaşayış yeri mövcuddur və oğlunun keçmiş gəlini ilə nikahı pozulmuş, münasibətləri davam etmir və bir evdə yaşamırlar. Ona görə də iddiaçılar bu davranışı ilə köçmək istədiyi tikilidə həqiqətən yaşamaq üçün marağının və ehtiyacının olmadığını büruzə vermiş olurlar. Bu cür vəziyyətdə yaşayış sahəsinə hansısa formada ehtiyacları yaranmadığı üçün keçmiş gəlini olan cavabdehin yaşadığı özbaşına tikiliyə köçürülməsi üçün zərurət də olmamışdır.

17. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsindən, ona etirazdan, apellyasiya şikayətindən və apellyasiya baxışı zamanı tərəflərin verdiyi izahatların məzmunundan bəlli olur ki, əslində iddiaçıların məqsədi cavabdehin yaşadığı özbaşına tikiliyə köçmək olmamışdır. Çünki, mübahisəli özbaşına tikiliyə köçürülməsinə dair qətnam ə çıxarılsa da iddiaçıların məqsədi yalnız keçmiş gəlini olan cavabdehin azyaşlı uşaqlarına görə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və yığılmış aliment borcundan imtina etməsinə nail olmaq üçün ona təsir etmək məqsədilə bu iddianı irəli sürmüşlər. Lakin bunun üçün, yəni nail olmağa çalışdığı məqsəd üçün iddiaçılar düzgün yol (vasitə) seçməmişdir. Başqa sözlə mübahisəli özbaşına tikiliyə köçürülməni tələb etməklə, əslində həqiqi məqsədlərinə bu yolla çatacaqlarına dair düşüncələri onların yanlış iddia verməsinə səbəb olmuşdur. Ən azından ona görə ki, cavabdeh onları köçmək istədikləri evdən heç vaxt qovmamış yaxud həqiqi ehtiyacları olduğu və ya yarandığı halda hər hansı bir maneə yaratmamışdır. Əksinə, apellyasiya baxışı zamanı cavabdeh keçmiş ərinin mübahisəli özbaşına tikilidə yaşamas ına heç bir etirazının olmadığını təsdiqlədi. Məhkəmə isə müəyyən edilmiş bu faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.

18. Cavabdehin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsində iddianı etiraf etmiş olsa belə, bu cür etiraf cavabdehin həqiqi iradə ifadəsini əks etdirməmişdir. Çünki, cavabdehin, nümayəndəsi və vəkilinin apellyasiya baxışı zamanı izahatlarından aydındır ki, əslində o, keçmiş ərinin mübahisəli evə (özbaşına tikiliyə) köçüb yaşamasına etiraz etməmiş və buna razı olmuşdur. Nümayəndəsi və vəkilinə də keçmiş əri barədə bu cür tapşırıq vermişdir. Bununla yanaşı, cavabdehin iddianı etiraf etməsi məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır və ya bu hərəkətlərin n əticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər (MPM 52.2, 191.1). Lakin, cavabdehin nümayəndəsi və vəkilinin etirafı məhkəmə iclas protokoluna yazılmamış və protokolu cavabdeh və iddiaçı imzalamamış, eləcə də cavabdeh iddianı yazılı ərizə ilə etiraf etməmişdir. Bu cür vəziyyətdə iddianın etiraf edilməsi birinci instansiya məhkəməsi tərəfindən təsdiq edilə bilməzdi.

19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında xoş olmayan gərgin münasibətlər mövcuddur. Belə ki, iddiaçıların köçmək istədiyi mübahisəli özbaşına tikili hal-hazırda cavabdeh və onun üç azyaşlı qız övladının sahibliyində və istifadəsindədir. Demək iddiaçıların həmin evə (özbaşına tikiliyə) köçürüləcəyi vəziyyətdə onların təhlükəsiz, münaqişəsiz şəraitd ə və hər hansı bir arzuolunmaz hadisə olmadan birgə yaşayacaqları da inandırıcı və ağlabatan görünmür. Ona görə də, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə, həm də tərəflərin gərgin qarşılıqlı münasibətləri baxımından düzgün olmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

20. İddiaçı1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 2(103)-7056/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 6.1.1, 6.1.2, 6.1.5, 6.1.7, 6.2, 11.2, 14.2.1, 16.1, 27.1, 27.3, 135.1, 152.6, 157.8, 158.2, 159, 163.1, 164.1, 166.3, 324.1, 329.2, 560.3.4-cü, Mülki Prosessual Məcəllənin 2.1, 9.1, 88-ci maddələrinin tələbləri pozulmuşdur.

22. Belə ki, iddia tərəfi mübahisələndirilən fərdi yaşayış evinin torpaq sahəsini müəyyən pul müqabilində alaraq, orada fərdi yaşayış evi inşa etdirmiş və həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları qeydə alınmasa da, göstərilən əşyalar onların əmlakıdır və bu işin mübahisəsiz halıdır. Sözügedən torpaq sahəsinin və evin iddiaçıların istifadəsində olması, eləcə də, hətta qaz sayğacının 2016-2022-ci illərdə İddiaçı2 təhvil verilməsinə dair bağlanmış müqavilələr də qeyd olunan fərdi evin iddiaçıların əmlakı olmaqla, onların istifadəsində olduğunu bir daha təsdiq edir. Məhkəmənin iddiaçıların mübahisəli yaşayış evinə ehtiyacının olmadığı və onların cavabdehə zərər vurmaq məqsədilə hüquqdan pis niyyətlə sui-i stifadə etmələri barədə qənaətləri əsassızdır və heç bir mötəbər sübutlarla təsdiq olunmur. Eləcə də, məhkəmənin iddiaçıların heç vaxt mübahisəli fərdi yaşayış evində yaşamadıqları, onların bu sahəyə köçmək səlahiyyətlərinin olmadığı, yalnız cavabdehin razılığı ilə köçə bilmələri barədə qənaətləri də absurddur. Şəxsin bir neçə yaşayış yeri ola bilər və əgər şəxs hansısa səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o yaşayış yerini itirmir. Şəxsin yaşayış yerini müəyyən müddət tərk etməsi onun həmin yaşayış yerindən yenidən istifadəsini məhdudlaşdıra bilməz. Eləcə də, apellyasiya məhkəməsinin iddiaçıların həmin evə köçməkdə məqsədlərinin cavabdehə olan aliment borcundan imtina edilməsinə nail olmaq üçün təsir kimi istifadə etmələrinə dair qənaəti ilə bağlı iş materiallarında hər hansı mötəbər sübutlar mövcud deyildir. Həmçinin, apellyasiya məhkəməsinin digər bir qənaətinə görə, cavabdehin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsində iddianı etiraf etmiş olsa da belə, bu cür etiraf cavabdehin həqiqi iradə ifadəsini əks etdirməmişdir. Məhkəmənin bu qənaəti də əsaslı hesab edilə bilməz, çünki cavabdehin etibarnamə üzrə nümayəndəsi onun həqiqi iradəsini ifadə etmiş və onun dedikləri hansısa səbəbdən protokolda qeyd olunmasa da belə, məhkəmə baxışının audio-video yazısında öz əksini tapmışdır. İddiaçıların özlərinə məxsus əmlakı olan fərdi yaşayış evindən istifadəyə cavabdehin razılıq verməsi ilə şərtləndirilməsi, həmçinin iddiaçıların digər yaşayış yerinin olması mülki hüququn prinsiplərinə və mülki hüquq normalarına uyğun deyildir. Məhkəmənin iddiaçıların guya həmin evə köçürüləcəyi vəziyyətdə onların təhlükəsiz, münaqişəsiz şəraitdə və ya hər hansı arzu olunmaz hadisə olmadan birgə yaşayacaqlarının inandırıcı və ağlabatan olmamasına dair gəldiyi nəticələri də iş materiallarında konkret heç bir mötəbər sübut öz təsdiqini tapmır.

23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

24. Cavabdeh Quliyeva (Nağıyeva) Natəvan Zülfəli qızı kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

25. Etiraz işin faktiki halları ilə əsaslandırılmış, maddi və prosessual hüquq normalarına istinad olunmamışdır. Kassasiya baxışının hədləri:

26. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

27. Apellyasiya instans iyası məhkəməsinin qətnaməsi iddiaçılardan yalnız İddiaçı1 tərəfindən kassasiya qaydasında mübahisələndirilsə də, iddiaçıların tələbləri bölünməz olduğundan, hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

28. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə z idd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər ba ğlamaq ixtiyarı yoxdur.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaların a və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tu tulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normaları müəyyən olunmuş işin faktiki hallarına uyğun düzgün tətbiq edilməmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

32. Belə ki, hazırki müb ahisənin predmetini təşkil edən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması, lakin faktiki mövcud olmaqla hazırda cavabdeh tərəfindən istifadə olunması işin mübahisəsiz hallarıdır.

33. Mübahisəli yaşayış sahəsinə köçmək istəyən iddiaçılar tələblərinin dəlili kimi, həmin evin yerləşdiyi torpaq sahəsinin onlar tərəfindən alınmasına, fərdi yaşayış evinin inşa olunmasına və sonradan oğlulları Elşad Quliyevin ailəsinin (o cümlədən cavabdehin) istifadəsinə vermələrinə, hazırda isə cavabdehin onların özlərinin yaşayış sahəsindən istifadələrinə maneə yaratmasına istinad etmişlər.

34. İddianı rədd edən apellyasiya məhkəməsi mövqeyini iddiaçıların qeyd olunan özbaşına tikiliyə ehtiyaclarının yaranmasına dair sübutlar təqdim edilməmiş, cavabdehin iddiaçıları saxlama q öhdəliyi yaranmamış, iddiaçılar hüquqdan sui-istifadə etmək məqsədi ilə hazırki iddianı vermişlər.

35. Apellyasiya kollegiyasının əsaslandırılması ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar ilk olaraq cavabdehin mübahisəli yaşayış sahəsindən çıxarılmaqla, onların köçürülməsi tələbini irəli sürsələr də, sonradan tələblərinin həcmini azaltmış və yalnız özbaşına tikili olan evə köçürülməsini xahiş etmişlər.

36. Belə olan halda, iddiaçıların hüquqdan sui-istifadə etməklə hazırki iddianı vermələri maddi hüquq normaları nöqteyi-nəzərdən əsaslandırılmamışdır.

37. Belə ki, apellyasiya məhkəməsinin də göstərdiyi kimi, məhkəmə təcrübəsində özbaşına tikililərin inşa olunmasında əməyi və zəhməti olan, o cümlədən maddi vəsait xərcləmiş şəxslərin bu tikililərə köçürülməsi təcrübəs i mövcuddur.

38. Bəllidir ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etməsə də, o, fiziki obyekt olaraq özündə onu inşa etdiyi şəxsin (şəxslərin) əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan şəxsləri həmin tikiliyə köçürmək barədə qətnamə qəbul edə bilər.

39. Bu zaman yaşayış sahəsinə köçmək istəyən şəxsin başqa yaşayış sahəsinə də malik olmaları önəm kəsb etmir. Belə ki, ev özbaşına tikili olsa da, həmin evin inşasına vəsait xərclənmişdir və həmin evin inşasına sərf edilmiş vəsait, istifadə olunan materiallar vəsaiti xərcləyən, materialı alan şəxsə məxsusdur.

40. Beləliklə, belə tələbi təmini üçün məhkəmələrin müəyyən etməli olduğu zəruri hal - fərdi yaşayış evinin hansı tərəfin vəsaiti hesabına inşa edilməsidir.

41. Lakin, hazırki işdə apellyasiya məhkəməsi həmin halı müəyyən etmədən mübahisəyə hüquqi qiymət vermiş, mübahisəli evin kimin vəsaiti hesabına inşa edilməsi, kimə məxsus olması, kimin həmin evdə yaşamaq haqqının olmasını müəyyən etmədən mübahisəni həll etmişdir.

42. Halbuki, iddiaçılar evin yerləşdiyi torpaq sahəsinin 09 iyun 2004-cü ildə, yəni övladları ilə cavabdehin nikahlarından əvvəl alınmasını, evin də onların vəsaiti hesabına inşa edilməsini, evin kommunal xidmətlərinin onlarla bağlanmış müqavilələr əsasında çəkilməsini iddia etməklə, bunun sübutu kimi torpağın alqı-satqısına dair sadə yazılı aktı, “Azəriqaz” İB ilə bağlanmış müq avilələri təqdim etmişlər.

43. Nəzərə alınmalıdır ki, cavabdeh tərəf də birinci instansiya məhkəməsində verdiyi iddia ərizəsinə etirazda, habelə apellyasiya şikayətində mübahisəli evin yerləşdiyi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün iddiaçıların hazırki tələbi irəli sürməyə subyektiv hüquqa malik olmamalarını, iddiaçıların 15 il müddətində bu evdə yaşamamalarını bildirsə də, cavabdehin həmin evə gəlin köçdüyünü, həmin zaman evin yarım tikili olmasını göstərmişdir. Eyni zamanda, 24 avqust 2023-cü il tarixli məhkəmə iclas protokoluna əsasən cavabdeh birinci instansiya məhkəməsində sədrlik edən hakimin sualına cavab olaraq 2007-ci ildən həmin evdə yaşadığını, gəlin gələndə evin mövcud olmasını, sonra evi təmir etmələrini, evin atasının köməyi ilə inşa olu nmasını bildirmişdir.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

45. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafi əsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

46. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

47. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

48. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmas ını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 2(103)-7056/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar