Məhkəmə qərarları › İş №2(102)-1627/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1627/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1627/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı “xxxx” ASC-nin vəkili Kərimov Əsgər Elyaz oğlunun iştirakı ilə, Cavabdeh3 və vəkili Qanbayev Emil Məhəmməd oğlunun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyul 2019 il tarixli, 2(103)-10080/2019 saylı qətnaməsindən verdikləri kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 aprel 2019-c u il tarixli qətnaməsi ilə (hakim K.F.Əmirxanova, iş № 2(005)-211/2019) iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı kreditin ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 MMC və Cavabdeh3 1.197.347.78 manat məbləğində əsas borc, 10000 manat məbləğində cərimə borcu, cəmi 1.197.357.78 (bir million yüz doxsan yeddi min üç yüz əlli yeddi manat 78 qəpik) manatın, ödənilmiş dövlət rüsumuna görə 30 manatın və ipotekanın qeydə alınması üçün 60 manatın “xxxx” ASC-nin xeyrinə tutulması, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 1.760.000.00 manat müəyyən edilməklə açıq hərracdan satılması, əldə edilən vəsaitin “xxxx” ASC-yə ödənilməsi, artıq qalan pulun cavabde hlərə ödənilməsi, qeyri-yaşayış sahəsinin satıldıqdan sonra ən gec bir ay ərzində boşaldılması qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyul 2019 il tarixli, 2(103)10080/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi T.S.Səmədov, İ.S.Şirinov və E.C.Kazımov) cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı kreditin ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, xxxx Açı q Səhmdar Cəmiyyəti ilə "Cavabdeh1” MMC arasında bağlanmış 26.12.2012-ci il tarixli 109255-14971 saylı "Baş kredit razılaşması" əsasında bank kredit alana 26.12.2022-ci il tarixinədək 3 000 000 (üç milyon dollar) ABŞ dolları məbləğində kredit xətti açmışdır. Bank ilə X.Ə.Vəliyev arasında bağlanmış 30.06.2014-cü il tarixli, 109255-1-4971/2 saylı “Bərpa olunmayan Kredit xətti müqaviləsi”nə əsasən Cavabdeh1 MMC-yə illik 13.50 (on üç tam onda beş) faiz hesablanması şərti ilə 48 (qırx səkkiz) ay müddətinə tranşlarla 30.06.2014cü il tarixdə 275.000.00 (iki yüz yetmiş beş min dollar) ABŞ dolları, 12.09.2014-cü il tarixində 100.000.00 (yüz min) ABŞ dolları, 13.10.2014-cü il tarixdə isə 380.000.00 (üç vüz səksən min dollar) ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə X.Ə.Vəliyev arasında ba ğlanmış 09.01.2015-ci il tarixli, 109255-1-4971 3 saylı “Bərpa olunmayan Kredit xətti müqaviləsi”nə əsasən Cavabdeh1 MMC-yə illik 13.5 (on üç tam onda beş) faiz hesablanması şərti ilə 42 (qırx iki) ay müddətinə tranşla 55.000.00 (əlli beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş və Baş Kredit Razılaşmasına əsasən veriləcək kreditin təminatı kimi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 və Cavabdeh4 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında yerləşən, 1163.8 kv.m. ümumi, 1163.8 kv.m. əsas, - kv.m yardımçı sahəsi olan qeyri-yaşayış sahəsi 109724NLDV1J-684 saylı, 26 dekabr 2012-ci il tarixli "İpoteka müqaviləsi" əsasında bank qarşısında ipoteka ilə yüklü etmişdir. Eyni zamanda Baş Kredit Razılaşması üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təm in etmək məqsədi ilə Cavabdeh3 30.06.2014-cü il tarixli, 235391 saylı zaminlik müqaviləsi əsasında Cavabdeh1 MMC bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Bank ilə Cavabdeh1 MMC arasında bağlanmış 30.06.2014-cü il tarixli, 109255-1-4971/2 saylı, “Bərpa olunmayan Kredit xətti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı razılaşmaya əsasən Cavabdeh1 MMC -nin 02 iyun 2015-ci il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 688 606 (altı yüz səksən min altı yüz altı) ABŞ dolları məbləğində olan borcu illik 13,5 (on üç tam onda beş) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə uzadılmışdır. Bank ilə Cavabdeh1 MMC arasında bağlanmış 09.01.2015-c il tarixli, 109255-1-4971/3 saylı, “Bərpa olunmayan K redit xətti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı razılaşmaya əsasən Cavabdeh1 MMC -nin 02 iyun 2015-ci il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 54.370 (əlli dörd min üş yüz yetmiş) ABŞ dolları məbləğində olan borcu illik 13,5 (on üç tam onda beş) faiz hesablanması şərti ilə 37 (otuz yeddi) ay müddətinə uzadılmışdır. Daha sonra bank ilə Cavabdeh1 MMC arasında bağlanmış 26.12.2012-ci il tarixli, 109255- 1-4971 saylı “Baş kredit razılaşması”nın 2.1-ci il bəndinə dəyişiklik edilərək kredit xəttinin məbləğinin valutyasına ABŞ dollarından əlavə AZN/RUB/AVRO olan ekvivalent əlavə edilmişdir. Bank ilə Cavabdeh1 MMC arasında bağlanmış 30.06.2014-cü il tarixli, 109255-1-4971/2 saylı, “Bərpa olunmayan Kredit xətti müqaviləsi”nə və 09.01.2015-ci il tarixli, 109255-1-4 971/3 saylı “Bərpa olunmayan Kredit xətti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə 02 saylı razılaşmaya əsasən Cavabdeh1 MMC-nin 27 iyul 2016-ci il tarixinə mövcud olan borcu Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsi ilə konvertasiya edilərək 1 211 573 (bir milyon iki yüz on bir min beş yüz yetmiş üç) AZN məbləğində olan borcu illik 15 (on beş) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə uzadılmışdır. Bank ilə Cavabdeh1 MMC arasında bağlanmış 30.06.2014-cü il tarixli 109255-1-4971/2 saylı, “Bərpa olunmayan Kredit xətti müqaviləsinə və 09.01.2015-c il tarixli 109255-1-4971/3 saylı, “Bərpa olunmayan Kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 03 saylı razılaşmaya əsasən Cavabdeh1 MMC-nin 27 iyul 2016-ci il tarixinə mövcud olan borcu kapit allaşdırılaraq 1 225 396 (bir milyon iki yüz iyirmi beş min üç yüz doxsan altı manat) AZN məbləğində olan borcu illik 15 (on beş) faiz hesablanması şərti ilə 57 (əlli yeddi) ay müddətinə uzadılmışdır. Həmçinin, Baş Kredit Razılaşmasına əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq tərəflər arasında 30.06.2014-cü il tarixli, 235391 saylı “Zaminlik müqaviləsi”nə dəyişiklik edilməsi barədə 01 saylı 27.07.2016-ci il tarixli razılaşma bağlanmışdır. Həmçinin, Baş Kredit Razılaşmasına əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq tərəflər arasında 26.12.2012-ci il tarixli, 109724-NEDVİJ-684 saylı “Daşınmaz Əmlak İpoteka Müqaviləsinə”nə dəyişiklik edilməsi barədə 01 saylı, 12.09.2014-cü il və 26.07.2016-cı il tarixli 02 saylı razılaşmalar bağlanmışdır. Lakin borclu şəxs Cavabdeh1 MMC öz üzərinə götürdüyü kredit öhdəliklərini 04.04.2017-ci il tarixdən icra etməmiş və nəticəsində Cavabdeh1 MMC -nin banka 1197347.78 (bir milyon yüz doxsan yeddi min üç yüz qırx yeddi manat, 78) AZN məbləğində əsas borc, 62566.00 (altmış iki min beş yüz altmış altı manat) AZN məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 1259913.78(bir milyon iki yüz əlli doqquz min doqquz yüz on üç manat, 78) AZN məbləğjndə borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin və qanunvericiliyin tələblərinə əsasən Cavabdeh1 MMC və Cavabdeh3 bank qarşısında birgə məsuliyyət daşıyırlar. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən Cavabdeh1 MMC-yə və Cavabdeh3 xəbərdarlıq edilmiş, lakin bundan sonra da kredit müqaviləsinin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Eyni zamanda bank ilə Cavabdeh2 və Cavabdeh4 arasında bağlanmış ipoteka müqaviləsinin tələbinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır. İddiaçı bank tələbin ipoteka ilə yüklü edilmiş əmlaka tutma yönəldilməsini və yaşayış sahəsinə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin yaşayış sahəsini ən gec bir ay ərzində tə rk etməsini tələb etməkdə haqlıdır. Bu səbəbdən, müstəqil qiymətləndiricinin rəyi əsasında ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Bu məqsədlə hazırki mübahisə üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməli, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən olunmalı və məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Qeyd edilənləri nəzərə alaraq, xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanmış 109255-1-4971/3/3 saylı, 04.10.2016-cü il tarixli “Kommersiya krediti müqaviləsi”nə əsasən 10.07.2(H8-cı il tarixə banka borclu olduğu 1197347.78 (bir milyon yüz doxsan yeddi min üç yüz qırx yeddi manat, 78) AZN məbləğində əsas borc, 62566.00 (altmış iki min beş yüz altmış altı manat) AZN məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 1259913.78 (bir milyon iki yüz əlli doqquz min doqquz yüz on üç manat, 78) AZN məbləğində pulun, 30 (otuz) manat məhkəmə üçün və 30 (otuz) manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 (altmış) manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh1 MMC-dən və Cavabdeh3 “xxxx Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ipoteka predmetlərinin ilkin satış qiymətini müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləği bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 3 ünvanında yerləşən, 1163.8 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə yönəldilməsinə, qeyriyaşayış sahəsinin açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsaitin xxxx Açı q Səhmdar Cəmiyyətinə ödənilməsi və qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o, satıldıqdan sonra ən gec bir ay ərzində boşaldılmadıqda, qeyri-yaşayış sahəsinin məcburi qaydada boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh3 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh3 və vəkili Qanbayev Emil Məhəmməd oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işə baxılması barədə cavabdehə məlumat verməyərək ünvanına məhkəmə bildirişi göndərməmiş, ekspertizanın keçirilməsi barədə vəkilin vəsatəti təmin edilməmiş, kredit müqaviləsinə edilmiş sonrakı dəyişiklik cavabdehlə razılaşdırılmamış, bununla bağlı zaminlik müqaviləsində dəyişiklik edilməmiş və qeydiyyat aparılmamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” ASC-nin vəkili Kərimov Əsgə r Elyaz oğlu kasasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 MMC-nin nümayəndəsi, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçı “xxxx” ASC-nin vəkili Kərimov Əsgər Elyaz oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh3 kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsin in tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apel yasiya şikayətinin təmin edilməli olmaması ilə bağlı apelyasiya instansiyası məhkəməsinin qətnaməsi aşağıdakı kimi əsaslandırılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin “xxxx” (Azərbaycan) ASC-yə 109255-1-4971/3/3 saylı, 04.10.2016-cı il tarixli kommersiya krediti müqaviləsi üzrə 10.07.2018-ci il tarixə 1197347.78 manat əsas, 62566 manat cərimə borcu vardır. İş materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edilmişdir. İş materiallarına əlavə edilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin surətindən görünür ki, “xxxx” (Azərbaycan) ASC cavabdehlə ri kredit müqaviləsi üzrə öz öhdəliyini yerinə yetirməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan ona məxsus avtomobilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş pretenziya məktublarından görünür ki, cavabdehlər iddiaçı “xxxx” (Azərbaycan) ASC tərəfindən borcun ödənilməsi üçün xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin 16.10.2018-ci il tarixli, LP114/18 saylı ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən, 1163.8 kv.m. ümumi, 1163.8 kv.m. əsas, - kv.m. yardımçı sahəsi olan qeyri-yaşayış sahəsinin real bazar qiyməti ******* manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə m üəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Apelyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən hesab etmişdir ki, müqavilələrdə nəzərdə tutulan öhdəliklər cavabdehlər tərəfindən yerinə yetirilmədiyindən iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni aşağıda göstərilənlərə əsasən qanuni və əsaslı hesab etmir. İş materiallarından görünür ki, Cavabdeh1 MMC-nin təsisçiləri Cavabdeh3 və X2r. İş materiallarından müəyyən olunur ki, bank ilə Cavabdeh1 MMC arasında bağlanmış 30.06.2014-cü il tarixli, 109255-1-4971/2 saylı, “Bərpa olunmayan Kredit xətti müqaviləsi”nə və 09.01.2015-ci il tarixli, 109255-1-4971/3 saylı “Bərpa olunmayan Kredit xətti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə 02 saylı razılaşmaya əsasən Cavabdeh1 MMC-nin 27 iyul 2016-cı il tarixinə mövcud olan borcu Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsi ilə konvertasiya edilərək ******* (bir milyon iki yüz on bir min beş yüz yetmiş üç) AZN məbləğində olan borcu illik 15 (on beş) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə uzadılmışdır (i/v 40-41). Həmçinin iş materiallarına əsasən müəyyən olunur ki, yuxarıda qeyd olunan müqaviləyə dəyişikliklər və əlavələr edilməsi ilə bağlı 27 iyul 2016-cı il tarixdə bank ilə zamin Cavabdeh3 arasında “Zami nlik müqaviləsi”nə dəyişikliklər edilməsi barədə “Əlavə Razılaşma” imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 474.1-ci maddəsinə əsasən: ”Əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir”. İşə birinci instansiya məhkəməsinə baxılarkən Cavabdeh3 vəkili Qanbayev Emil Məhəmməd oğlu tərəfindən vəsatət verilərək, vəsatətdə tələb olunan 1.259.913,78 AZN borc məbləğinin reallığı əks etdirməməsi göstərilərək məhkəmə -mühasibatlıq ekspertizasının təyin edilməsi xahiş olunmuşdur. Həmin vəsatətdə həmçinin ipoteka predmetinin təkrar qiymətləndirilməsinə dair ek spertiza keçirilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin iclas protokolunun qərarına əsasən həmin vəsatət təmin olunmamışdır. Lakin həmin məhkəmə iclas protokolunda vəsatətin təmin olunmaması ümumiyyətlə əsaslandırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 263.5-ci maddəsinə əsasən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri göstərilməlidir. Bundan əlavə ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən sahəsi 1163,8 kv.m. olan qeyri-yaşayış sahəsinin bazar qiymətinin, “xxxx” MMC-nin mütəxəssis rəyi ilə 1.760.000 manat təşkil etməsi göstərilsə də, iş materiallarına həmin qeyri-yaşayış sahəsinin hər hansı foto şəkli əlavə edilməmiş, həmin qeyri-yaşayış sahəsinə məhkəmə tərəfindən yerli baxış keçirilməmişdir. Bununla əlaqədar həmin rəyin digər sübutlarla əlaqəli qiymətl əndirilməsi mümkün olmamışdır. Bundan əlavə Cavabdeh3 apelyasiya şikayətində qətnamənin əsaslandırıcı hissəsində düzgün olmayaraq tutmanın “avtomobilə” yönəldilməsindən bəhs edildiyi göstərilsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlilə qiymət verilmədən birinci instansiya məhkəməsinin səhvi təkrarlanaraq aşağıdakılar qeyd olunmuşdur: “İş materiallarına əlavə edilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin surətindən görünür ki, “xxxx” (Azərbaycan) ASC cavabdehləri kredit müqaviləsi üzrə öz öhdəliyini yerinə yetirməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan ona məxsus avtomobilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir...” Qeyd olunanlardan göründüyü kimi Cavabdeh3 apelyasiya şikayətinin dəlillərinə hüquqi qiym ət verilməməklə onun ədalətli məhkəmə araşdırılması hüququ pozulmuşdur. İnsan Hüquqlarının və Əsas Azadlıqlarının X3 Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmədə işinin ədalətli araşdırılması hüququna malikdir. Həmçinin iş materiallarından görünür ki, 04 oktyabr 2016-cı il tarixdə İddiaçı ilə Cavabdeh1 MMC arasında “Bərpa olunmayan Kredit xətti müqavilələri”nə və onların tərkib hissələri sayılan razılaşmalara dəyişiklik və əlavələr edilməsi barədə 03 saylı Razılaşma əldə olunmuşdur. Həmin Razılaşmaya əsasən əsas borcun kapitallaşdırılaraq 1.225.396 AZN olduğu göstərilmişdir. Lakin həmin “Razılaşma” cavabdeh olan zamin Cavabdeh3 tərəfindən imzalanmamışdır. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 477.0.1- ci maddəsinin tələbləri baxımından apelyasiya şikayətinin dəlilinə hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Cavabdeh3 kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyul 2019 il tarixli, 2(103)-10080/2019 saylı qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar