Məhkəmə qərarları › İş №2(102)-1633/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1633/2021

10.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1633/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlak tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1486/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Şəki rayonunda Öryət kəndində yerləşən mal-qara binası və quş damı xx xxx 2005-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən “Səadət” kiçik müəssisəsinə məxsus olmuş və xx xxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin əmlak Cavabdeh 63.800 manata nisyə şəklində satılmışdır. “Səadət” kiçik müəssisəsinin təsisçiləri X3, X1 və İddiaçı alqı-satqı müqaviləsinin etibarsız sayılması və əmlak tələbi ilə məhkəməyə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamə ilə eyni zamanda Cavabdeh maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şəki şəhər sakini M.Zəkəryəyev Cavabdeh qarşı iddia və əlavə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonuncunun ona məxsus 19 baş keçini, 1 baş atı, 4 baş inəyi, bir baş dananı qanunsuz ələ keçirdiyi fermada saxlamaqla ona qaytarmamasını əsas göstərməklə həmin heyvanları və fermada su quyusunun qazılmasına və elektrik xəttinin çəkilməsinə görə sərf etdiyi 22.600 manatın Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının razılığı ilə M.Zəkəryəyev əsl İddiaçı ilə əvəz edilmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-6/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim: P.V.Hacıyev) iddia qismən təmin edilərək cavabdehdən bir başının orta satış b azar qiyməti 160 manat olmaqla 261 baş qoyunun, bir başının orta satış bazar qiyməti 140 manat olmaqla 130 baş quzunun, bir başının orta satış bazar qiyməti 80 manat olmaqla 19 baş keçinin və bir başının orta satış baş qiyməti 800 manat olmaqla 1 baş atın, onların qaytarılması mümkün olmadıqda dəyərinin alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1486/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və M.A.Əsədli) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-6/2020 saylı qətnaməsi qismən – bir başının orta satış ba zar qiyməti 160 manat olmaqla 18 baş qoyunun və bir başının orta satış bazar qiyməti 140 manat olmaqla 130 baş quzunun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində ləğv edilib həmin hissənin qətnamədən xaric edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll edərkən iddiaçı tərəfindən cavabdehdən 243 baş qoyun-quzunun, 207 baş əldən çıxmış fayda üzrə qoyun-quzunun, o cümlədən 19 baş keçinin, 1 baş atın və 1 baş inəyin naturada, bu mümkün olmadıqda dəyərinin alınaraq ona verilməsinin tələb olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbindən kənara çıxılaraq 261 baş qoyun və 130 baş quzunun cavabdehdən alınaraq iddiaçıya verilməsinin qət olunmasını, Ş əki Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə fermanın alqı-satqısının onun avadanlıqları və içərisində olan 243 baş qoyunla alınmasının müəyyən edilməsi ilə əlaqədar Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən həmin halın sübuta yetirilməsinin ehtiyac olmamasını əsas göstərməklə qətnaməni qismən ləğv etmiş, qalan hissədə iddianın təmin edilməsini qanuni və əsaslı saymışdır. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh kassasiya şikayəti verərək onunla A.Qaffarov arasında bağlanmış alqı-satqı müqaviləsində ferma ilə birlikdə heyvanların da satılmasının qeyd olunmamasını, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş xx xxxxxx 2018 -ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş hala istinad olunmaqla Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin qüvvəsinin tətbiqinin qanunsuz olmasını və s. əsas göstərməklə qətnamənin qismən ləğv edilib işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İş üzrə cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verməklə təmin olunmasını xahiş etmişdir. İddiaçının vəkili şikayətlə razılaşmayaraq iddianın təmin edilməsinin qanuni olmasını əsas göstərməklə şikayətin rədd edilməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Res publikasının Mülki Məcəlləsi Maddə 21 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziya n və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəf li və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməy ə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunduğundan kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında yaranmış mübahisəni iş üzrə müəyyən olunmuş sübutlara düzgün qiymət verməklə və mübahisəli hüquq münasibətin i tənzimləyən maddi hüquq normalarının qüvvəsini düzgün tətbiq etməklə həll etmiş, qətnaməni tərəflərin qarşılıqlı münasibətinə və qanunun tələblərinə uyğun əsaslandırmışdır. Kollegiya qeyd olunanlarla əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olmaqla, onun ləğv edilməsinə əsas verən qanun pozuntularına yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1486/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar