Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1637/2025 29.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): mənzilə istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı "mənzilin boşaldılması, mənzildən çıxarılma və mənzilə köçürülmə” barədə ilk, Cavabdeh İddiaçı qarşı "yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Su mqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-234/2025 nömrəli, 31 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı aəbul etdi İşin halları X9 Sumqayıt şəhəri, 42-ci məhəllə, 11 nömrəli yataqxananın 72 nömrəli otağına köçmək hüququna dair “Sumqayıt Kimya Sənayesi” Birliyi Mənzil İstismar İdarəsi tərəfindən xx.xx.1997-ci il tarixli, 38 nömrəli order verilmişdir. X2 ailə tərkibi kimi arvadı X23, övladları - İddiaçı, X7 və X10 göstərilmişdir.
1. X8 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir.
2. Hazırda həmin mənzildə İddiaçı qeydiyyatdadır.
3. X16 xx.xx.2007-ci ildə X7 ilə nikaha daxil olmuş, onların nikahı Sumqayıt Şəhər Məh kəməsinin xx.xx.2010-cu il tarixli, 2(060)-799/2010 saylı qətnaməsi ilə pozulmuşdur.
4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-cu il tarixli, 2(060)-2413/2011 saylı qətnaməsi ilə Cavabdeh mübahisəli mənzildən (Sumqayıt şəhəri, 42-ci məhəllə, 11 nömrəli yataqxananın 72 nömrəli otağından) istifadə hüququ tanınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Sumqayıt şəhəri, 42-ci məhəllə, 11 nömrəli yataqxananın 72 nömrəli mənzilindən çıxarılması və özünün həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun qardaşı X1 həyat yoldaşıdır. Onların birgə nikahdan xx.xx.2008-ci ildə Xanoğlan adlı övla dları doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2009-cü il qətnaməsi ilə onların nikahları pozulmuşdur. Cavabdeh 1992-ci ildə Zəngilan rayonunun Vənətli kəndindən valideynləri ilə birlikdə köçkün düşərək yaşadığı yataqxana ilə yanaşı olan 42-ci məhəllə, 9 saylı yataqxanada məskunlaşmışdır. İddiaçı qeydiyyatda olduğu 72 saylı otağı təmir etdirmiş, işıq, su, kanalizasiya xətlərini dəyişdirmiş, mətbəxi tam yararlı hala gətirmişdir. Otağa görə bütün kommunal xidmətləri ödəmiş və bu günə kimi də ödənişləri davam etdirmişdir. İddiaçı cavabdehin qardaşının həyat yoldaşı və himayələrində bir körpə uşaqlarının olmasını nəzərə alaraq 2009-cu ildə onların müvəqqəti olaraq özünə məxsus mənzildə yaşamalarına icazə vermişdir. Lakin cavabdeh qardaşından boşandıqdan sonra iddiaçıya məxsus mənzildən q ardaşını qovmuş, həmin mənzilin qapısının qıfılını dəyişərək yaxınlıqda yerləşən 9 saylı yataqxanaya valideynlərinin yanına köçmüş, valideynləri ilə birlikdə yaşamış, sonradan Sumqayıt şəhəri 11 mikrorayonda valideynlərinə məxsus evində yaşamağa başlamışdır. İddiaçıya məxsus əmlaklar hazırda mübahisəli mənzildədir. Cavabdeh iddiaçını mənzilə buraxmır. İddiaçının digər yaşayış yeri olmadığı üçün yaşamağa öz mənzilinə gələrkən qapının qıfılının dəyişdirildiyini, qapının bağlı olduğuna görə mənzilinə girə bilməmiş və cavabdehdən qapını açmasını tələb etmişdir. Hazırda iddiaçı 21-ci məhəllə, mənzil 1-də qaynanasının evində müvəqqəti yaşayır. Cavabdeh mübahisəli mənzildə köçkün kimi məskunlaşmamışdır, o Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 9-da valideynlərinin yanında məskunlaşmışdır.
7. C avabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində mübahisələndirdiyi yataqxanadakı bir otağın atası X4 1994-cü ildə verildiyini göstərsə də, iddia ərizəsinə əlavə etdiyi orderin surətindən görünür ki, həmin otaq atasına Sumqayıt Kimya Sənayesi İstehsal Birliyində sürücü işləyərkən xx.xx.1997-ci il tarixdə verilmişdir. Xanoğlan İbrahimovun ölüm haqqında şəhadətnaməsində xx.xx.2005-ci il tarixdə vəfat etməsi, atasının adı “Məhyəddin” deyil, “Məhərrəm” olması göstərilmişdir. Atası rəhmətə getmiş, anası, qardaşı və bacısı qeydiyyatdan çıxaraq başqa ünvana getmiş, hazırda mübahisəli otaqda yalnız özü qeydiyyatdadır. La kin özünün hansı tarixdən otaqda qeydiyyatda olduğunu və bildirdiyi ailə üzvlərinin hansı tarixdə, hansı ünvan üzrə pasport qeydiyyatına alınmasının səbəbini göstərməmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və Sumqayıt MKTİB 4 saylı MKS-nın 137 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, iddiaçının anası X21 xx.xx.2003-cü il tarixdə Sumqayıt şəhəri, 7-812-ci məhəllə, 1A saylı evin iki otaqlı 10 saylı mənzili üzərində xüsusi mülkiyyət hüququ əldə etdikdən sonra İddiaçı və ailənin digər üzvləri 2003-cü ildə yataqxanadan köçmüş, xx.xx.2014-cü il tarixdə həmin mənzil satılanadək həmin mənzildə yaşamışlar. xx.xx.2007ci il tarixdə iddiaçının qardaşı X7 ilə toyları olmuş və həmin gün Adilə İbrahimovanın Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 1A saylı evin iki otaqlı 10 saylı xüsusi mülkiyyətində olan mənzilinə gəlin köçmüşdür. Həmin vaxt İddiaçı ailəsi ilə xalasının Bakı şəhəri, Zabrat qəsəbəsində olan evində yaşayırdı. Gəlin köçdükdən təxminən 4-5 ay həmin mənzildə yaşadıqdan sonra Avtandil və anasının məsləhəti ilə onlar Teymurun Zabrat qəsəbəsində yaşadığı xalasının evinə köçmüşlər. Teymur isə ailəsi ilə birlikdə yaşamaq üçün Sumqayıt şəhərinə anasının evinə köçmüşdür. Sonra yenə də onların məsləhəti, razılığı və atasının maddi köməyi ilə 2008-ci ilin may ayında iddiaçının mübahisələndirdiyi yataqxanadakı otağı yüngülvari (divar kağızın yenilənməsi) təmir edib yaşamaq üçün həmin otağa köçmüşlər. 2008-ci ilin iyun ayının 5-də Xanoğlan adlı oğlu anadan olmuşdur. Ailə münasibətləri pozulduğuna görə 2008-ci ilin təxminən noyabr ayında Avtandil evdən çıxıb getmişdir və həmin vaxtdan ayrı yaşayırlar. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(060)-799/2010 saylı qətnaməsi ilə aralarında qeydə alınmış nikah pozulmuşdur. Vəfa isə oğlu Xanoğlanla bu günə kimi həmin otaqda yaşayır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-cu il tarixli, 2(060)-2413/2011 saylı qətnaməsi ilə iddiaçının mübahisələndirdiyi ünvan 1 yataqxananın 72 ünvanda yerləşən otağa onun istifadə hüquqları tanınmışdır. Bundan sonra göstərilən qətnaməyə əsasən həmin otağa pasport qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, o, otağa hüquqlarının tanınması haqqında qətnamənin qəbul edilməsindən 3 ay sonra, 6 oktyabr 2011-ci il tarixdə, mə hkəmə qətnaməsindən məlumatı olan kimi qərəzli olaraq, yaşamadığı halda, otağın ona məxsus olması görüntüsü yaratmaq məqsədilə mübahisələndirdiyi otağa pasport qeydiyyatına alınmışdır. Onun əvvəlki yaşadığı və ərizəsində göstərmədiyi ünvandan qeydiyyatdan çıxıb yaşadığı otağa razılığı olmadan qanunsuz olaraq qeydiyyata alınması bu fikri təsdiq edir. Göründüyü kimi o, ərizəsində mübahisələndiridiyi otaqda yalnız özünün qeydiyyatda olmasını göstərsə də, bu həqiqətə uyğun deyildir, Sumqayıt şəhər Pİ-nin xx.xx.2023-cü il tarixli 3-13-58/2-55394/23 nömrəli arayışından görünür ki, onunla bərabər İddiaçı və tanımadığı X17 da həmin otaqda qeydiyyatdadır. İddiaçı iddia ərizəsində həmçinin mübahisələndirdiyi otağı təmir etdiyini, işıq, su, kanalizasiya xətlərini dəyişdirdiyi göstərsə də, bu işləri g ördüyü vaxtı bildirməmiş, ərizəsinə bu halı təsdiq edən heç bir sübut əlavə etməmişdir. Eyni zamanda ərizəsində ailəsi ilə bu otaqda yaşamaq məqsədi olmadığı halda bu işləri görməsinin səbəbini də bildirməmişdir. Öncə qeyd etdiyi kimi 2008-ci ildə otağı yüngülvari təmir etdikdən sonra həmin otağa köçmüş və valideynlərinin ona hədiyyə etdiyi cehiz əşyalarını həmin otaqda yerləşdirilmişdir. 2015-ci ilin yayında özü otağı kosmetik təmir etdirmiş, işıq, su, kanalizasiya xətlərini dəyişmiş və taxtadan olan qapını dəyişib dəmir qapı qoymuşdur. Bu halı yataqxanada yaşayan qonşularının tərtib etdiyi xx.xx.2024-cü il tarixli akt təsdiq edir. İddiaçı iddia ərizəsində həmçinin yaşadığı bir otaqda özünəməxsus hansı əmlaklarının qalmasını və 16 ildən sonra yadına düşməsinin səbəbini göstərməmişdir. Mən zilə köçmək məqsədilə yaşadığı otağa gəlməsi barədə ərizəsində göstərdikləri həqiqətə uyğun deyil. Yaşayış yeri olmaması, hazırda müvəqqəti olaraq qayınanasının 21-ci məhəllədə olan mənzilində yaşaması da həqiqətə uyğun deyil. Hal-hazırda ailəsi ilə birlikdə özünün iddia ərizəsində qeyd etdiyi kimi Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 39/16 saylı evin 16 saylı mənzilində yaşayır. Lakin həmin mənzilin anası X11 adına olmasını məqsədli olaraq ərizəsində qeyd etməmişdir. Öncə iddiaçının anası X11 xx.xx.2003-cü il tarixdə Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 1A saylı evin iki otaqlı, 10 saylı mənzilini aldığını və əri Xanoğlan İbrahimov, oğlu Teymur (iddiaçı), Aftandil və qızı ilə yataqxanadan həmin mənzilə köçüb yaşamasını bildirmişdir. 2014-cü ildə isə Adilə İbrahimova bu mənzil i satıb Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 39/16 saylı evin 16 saylı mənzilini almışdır. Həmin vaxtdan bu günə kimi iddiaçı həmin mənzildə anası və ailəsi ilə birlikdə yaşayır. Keçmiş əri Avtandil İbrahimov da həmin mənzilə pasport qeydiyyatına alınmışdır və yeni ailəsi ilə Sumqayıt şəhəri, 10-cu mikrorayonda yaşayır. İddiaçı, həmçinin iddia ərizəsində otağın kommunal xərclərini ödədiyini göstərmişdir. Halbuki, ərizəsinə əlavə etdiyi 2004-cü ildə kommunal xərclərin ödəniş qəbzindən görünür ki, onun atası İbrahimov Xanoğlan tərəfindən ödənilmişdir. Özü tərəfindən kommunal ödənişlər 2020, 2021, 2022 və 2023-cü ildə həyata keçirilmişdir. Özünə məxsus hesab etdiyi otağa görə 2005-ci ildən 2020-ci ilə qədər hər il ödəmə etməməsinin səbəbini ərizəsində göstərməmişdir. İddiaçı mübahisələndird iyi otaqda məhkəmə qətnaməsinə əsasən istifadə hüququ əldə etmişdir. İddiaçı mübahisələdirdiyi otağa order 1997-ci ildə verildiyi üçün tərəflər arasında yaranmış mübahisəyə Azərbaycan Respublikasının 1982-ci il tarixli 8 iyul tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. İddiaçı iddia ərizəsinə əlavə etdiyi orderdən görünür ki, mübahisələndirilən yataqxanadakı yaşayış sahəsi xidməti yaşayış sahəsidir, X5 Sumqayıt Kimya Sənayesi İstehsal Birliyində işlədiyi dövr üçün verilmişdir. Göstərilənlərə əsasən İddiaçı yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü oğlu Xanoğlanla birlikdə iddiaçının Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 11, otaq 72-dən çıxarılmaları, özünün isə həm in otağa köçürülməsi barədə iddia ərizəsinin təmin edilməməsi, yataxanadakı qeydiyyatda olduğu yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
9. Məhkəmə iclasında İddiaçı izahat verərək, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
10. Sumqayıt Şəhər Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(060)-1503/2024 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) ilk iddia tələbinin rədd edilməsi, məhkəmə xərclərinin ilk iddia üzrə iddiaçıya aid edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 11, otaq 72-yə olan istifadə hüququnun itirilmiş hesab olunması qət edilmişdir.
11. Məh kəmə tərəfindən müəyyən edilmişdfir ki, mübahisə predmeti olan mənzil xx.xx.1997-ci il tarixli, 38 nömrəli orderə əsasən X6 5 nəfər ailə tərkibi nəzərə alınmaqla istifadəsinə ayrılmış, ilkin iddia üzrə iddiaçı və ailə üzvləri həmin tarixdən etibarən mənzildən istifadə edib yaşamağa başlamış, ilkin iddiaçının ailə üzvləri 2003-cü ildən yeni mənzilə köçmüşlər. 2008-ci ildən həmin mübahisəli mənzilə cavabdeh və həyat yoldaşı İbrahimov Aftandil köçmüş, sonradan ailə münasibətləri pozulmuş, ayrılmışlar. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən cavabdehin mübahisəli mənzildən istifadə hüququ tanınmışdır.
12. MPM-in 4.1-ci maddəsinə, Mülki Məcəlləsinin 27.1-ci maddəsinə, Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə istinad edərək qeyd et mişdir ki, iddiaçı tərəfindən cavabdehin istifadə hüququna xitam verilməsi barədə tələb irəli sürülmədiyindən (cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi əsas, mənzildən çıxarılması törəmə tələb olmaqla, törəmə tələbin təmin edilməsi əsas tələbin təmin edilməsindən asılıdır) cavabdeh həmin mənzildən çıxarıla bilməz. Həmçinin İddiaçı köçürülməsini iddia etdiyi mənzilə olan bağlılığını itirdiyindən, 17 ildir ki mübahisəli mənzildə yaşamadığından və bu müddət ərzində mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmədiyindən ilk iddia tələbini təmin etməmişdir.
13. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə isə 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinə, 87-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkə məsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına istinad edərək İddiaçı qeyd edilən mənzili könüllü olaraq tərk etdiyindən, 2007-ci ildən başlayaraq hazırkı məhkəmə mübahisəsi başlananadək mübahisəli mənzilə dair hər hansı iddia, tələb (köçürülmə və s.) sürülmədiyindən, onun faktiki olaraq mənzildən istifadəyə ehtiyacının olmaması qənaətinə gəlmiş, və qeyd etmişdir ki, belə olan halda qarşılıqlı iddia tələbi təmin edilərək, İddiaçı Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 11, otaq 72-yə olan istifadə hüququ itirilmiş hesab edilməlidir.
14. Məhkəmə həmçinin qarşılıqlı iddia üzrə iddiaçı tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, məhkəmənin qənaətincə Mülki Məcəllənin 384.0.4-cü m addəsinin tələbi baxımından araşdırılan mübahisə iddia müddəti şamil edilməyən tələblərə aid olduğundan iddia müddəti tətbiq edilə bilməz. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Lakin məhkəmənin mübahisələndirilən qətnaməsi mahiyyətcə və qəbul olunma qaydası ilə göstərilən müddəaların tələblərinə zidd olmuşdur. Mübahisələndirilən qətnamədə məhkəmə iclasları zamanı tədqiq edilmiş faktiki hallar tə hrif olunmuş halda göstərilmişdir. Məhkəmə işi birtərəfli apararaq ancaq cavabdehin nümayəndəsini ifadəsini, izahını dinləmiş, onun gətirdiyi sübutları araşdırmamış, nəticədə əsassız qətnamə çıxarmışdır. Qarşılıqlı iddiaçının iddiasını qeyri-qanuni və əsassız hesab edərək aşağıdakı göstərilən səbəblərə görə qəbul etməmişdir. Qarşılıqlı iddiaçı iddiasında eyni gündə, yəni xx.xx.2007-ci ildə həm onun anasına məxsus Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 1 A, mənzil 10-a, həm də ona məxsus Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 11 saylı yataqxananın 72-ci otağına gəlin köçdüyünü qeyd etmişdir. Əsl həqiqətdə isə qarşılıqlı iddiaçı anasına məxsus evə gəlin köçmüş, cehiz əşyalarını da həmin evə gətirmiş, anası və iddiaçının həyat yoldaşı ilə birlikdə həmin mənzildə yaşamış, oradan da atası ev inə qayıtmışdır. Gedərkən özü ilə əmlaklarını Sumqayıt şəhəri 11-ci mikrorayon, ev 21, mənzil 8-ə aparmışdır. Qarşılıqlı iddiaçı ona məxsus otaqda bir gün də yaşamamışdır. İşıq, qaz və suya görə sərfiyyatın olmaması, iddiaçının otaqda yaşamamasını bir daha sübut edir. Beləliklə qarşılıqlı iddiaçı 2007-ci ildə ona məxsus otağa köçməmiş, həmin otağa cehiz əmlaklarını gətirməmişdir. Balaca, 17 m² sahəsi olan bir otağa cehiz əmlaklarının yerləşdirilməsi mümkün deyil. Mübahisəli otağa qarşılıqlı iddiaçı həyat yoldaşı ilə müvəqqəti olaraq 2008-ci ildə köçsə də, həyat yoldaşı ilə münaqişələri olduğu üçün elə həmin ildə əvvəllər yaşadığı 11-ci mikrorayon ev 21, mənzil 8-ə valideynlərinin yanına qayıtmışdır. Sumqayıt Şəhər Məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2011-ci tarixli qətnaməsi üzrə maraqlarına toxunan şəxs kimi işə cəlb edilməyi və buraxılmış müddətin bərpa edilməsinə dair ərizəni təmin etməmiş, şikayətini geri qaytarmışdır. Həmin qərardadda məhkəmə hesab etmişdir ki, həmin mənzilə aid orderdə onun adı və soyadı yoxdur. Bu isə tamamilə absurddur. Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətini təmin etməmiş, qərardaddan kassasiya şikayəti verə bilməmişdir. Birinci instansiya məhkəməsi, Mülki Prosessual Məcəlləsinin 8, 9-cu maddələrinin tələblərini pozmuşdur. Məhkəməyə çağırılmamış, dindirilməmişdir. İddiaçıya borcu yoxdur. İş araşdırılmamışdır və səhv nəticəyə gəlməsi ilə bağlı hallar göstərilməli və bunun nədən ibarət olduğuna aydın şəkildə izah verilməlidir.
17. Sumqayıt Apellyasiya Məhkəməsin in Mülki kollegiyasının 2(105)-234/2025 nömrəli, 31 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Elman Əhmədov və Mirbahəddin Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(060)-1503/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının mənzildən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmək üçün onun yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. İlkin iddiaçı məhkəmə proseslərində izahatında 2009cu ildən mübahisə predmeti olan y ataqxanada yaşamadığını qeyd etmiş və cavabdehə yaşamaq üçün verdiyini bildirmişdir. Göründüyü kimi iddiaçı 2009-cu ildən sözügedən mənzildə yaşamamış və ona olan bağlılığı itmişdir. Həmçinin Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2413/2011 nömrəli, 26 iyul 2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh ünvan 1 yataqxananın 72 saylı ünvanında yerləşən otağa istifadə hüququ tanınmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-234/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti ilk iddia tələbi və apellyasiya şikay əti ilə analoji aqrumentlərlə əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarının tətbiq edilməsində səhv etmiş, tətbiq edilməli olan qanuni aktları tətbiq etməmiş, prosessual hüquq normalarına riayət etməmiş, nəticədə Azərbaycan Respublikası MPM-in 417-ci maddəsinin tələblərini pozaraq qanunsuz qətnamə qəbul etmişdir. Həmçinin qətnamədə məhkəmə iclasları zamanı təsdiq edilmiş faktiki hallar təhrif olunmuş halda göstərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Cavabdeh kassasiya şikayətinə etiraz edərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
22. Maddə
43. Heç kəs yaşad ığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
24. Maddə 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
25. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
26. Maddə
54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ: İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlə rinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
27. Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya hə min sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir..
28. Maddə
87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarı
29. Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci ma ddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və et irazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkə mə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilə r (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
39. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
40. Bununl a yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruiri sayır ki, baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi mübahisəli mənzil dövlət mənzil fonduna aiddir. Həmin mənzil iddiaçının ailə üzvlərinə order əsasında verilmiş və İddiaçı ailə üzvləri ilə 2003-cü ildən yeni mənzilə köçmüşlər. 2008-ci ildən həmin mübahisəli mənzilə cavabdeh və həyat yoldaşı İbrahimov Aftandil köçmüş, sonradan ailə münasibətləri pozulmuş, ayrılmışlar. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən cavabdehin mübahisəli mənzildən istifadə hüququ tanınmışdır.
41. Göründüyü kimi tərəflər mübahisəli mənzilə 01 oktyabr 2009-cu il tarixədək olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən istifadə hüququ əldə etmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi eyni zamanda müəyyən et mişdir ki, İddiaçı mənzilin keçmiş sаkini olmuş, daimi yaşamaq üçün köçüb bаşqа yerə getmiş və getdiyi ünvanda daimi olaraq yaşamışdır. İddiaçı 17 ildir ki mübahisəli mənzildə yaşamamışdır və bu müddət ərzində mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmələr bu fakta, habelə İddiaçı yаşаyış sаhəsinə ehtiyаcı аrtıq köçüb yаşаdığı yerdə təmin оlunduğunа görə onun mənzilə köçürülməsini rədd etmiş, mənzildən istifadı hüququnun itirildiyi qənaətinə gəlmişdir.
42. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və əsaslandırması ilə məhkəmə kollegiyası razılaşır.
43. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh edilməsinə dair” 12 mart 1999-cu il tarixli qərarında vurğulamışdır ki,...Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.
44. Həmin maddəyə əsasən, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
45. İddiaçının daimi yaşamaq üçün köçüb bаşqа yerə getməsi, habelə yаşаyı ş sаhəsinə ehtiyаcı аrtıq köçüb yаşаdığı yerdə təmin оlunduğu apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir.
46. Bu hal onu göstərir ki, iddiaçının uzun müddət və davamlı olaraq mənzildə yaşamaq ehtiyacını könüllü olaraq başqa yerdə qarşıladığı üçün onun mübahisə predmeti olan mənzildə yaşamaqla bağlı qanuni mənafeyi aradan qalxmışdır.
47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
48. Qeyd olunmalıdır ki, işin f aktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddə lərini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-234/2025 nömrəli, 31 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.