Məhkəmə qərarları › İş №2(102)-1643/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1643/2025

12.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1643/2025 12.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, əmrin əsasının dəyişdirilməsi, əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinin əsasları, əmrin əsaslandırılması, ədalətli araşdırma hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 mart 2025-ci il tarixli, 2(106)431/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh MMC-də əmək müqaviləsinə əsasən işləmiş və onunla bağlanmış əmək müqaviləsinə 10 oktyabr 2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir.

2. İddiaçı 28 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, işlədiyi "xxxx" MMC-dən 3 ayın əmək haqqını ala bilmədiyini, işdən çıxma ilə bağlı ərizə ilə müraciət etdiyini, müraciət etdiyi gündən işə giriş kartının ondan alındığı üçün iş yerinə daxil ola bilmədiyini bildirmiş və bununla bağlı köməklik göstərilməsini xahiş etmişdir.

3. İddiaçı 11 sentyabr 2023-cü il tarixdə təkrarən Azə rbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə işəgötürənə müraciət etməsinə baxmayaraq əmək müqaviləsinə xitam verilmədiyini və son haqq-hesabının ödənilmədiyini bildirmişdir.

4. İddiaçı tərəfindən Xətai Rayon Prokurorluğuna ünvanlanmış şikayətdən görünür ki, o, 30 aprel 2022-ci il tarixdə Cavabdeh MMC-də sənədlər üzrə mütəxəssis vəzifəsində işə başladığını, işlədiyi Cavabdeh MMC-də mütəmadi olaraq son 3 ayın əmək haqqını ala bilmədiyini, əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın ödənilməsi üçün müəssisəyə yazılı ərizə ilə müraciət etsə də, əmək müqaviləmə xitam verilmədiyini, 26 avqust 2023-cü ildə yenidən yazılı ərizə ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etməyinə baxmayaraq heç bir nəticə olmadığını, əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə yazılı müraciət etdiyi gündən işə giriş kartı ondan alındığı üçün iş yerinə daxil ola bilmədiyini, işlədiyi Cavabdeh MMC əmək müqaviləsinə rəsmi qaydada xitam vermədiyi üçün yeni işə başlamağının da hal-hazırda mümkün olmadığını, 28 avqust 2023-cü il tarixdə və 11 sentyabr 2023-cü il tarixdə X4 əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın ödənilməsi üçün müraciət etsə də, ünvanladığı hər iki müraciətin cavablandırılmadığını göstərərək, Cavabdeh MMC-nin qanunsuz əməllərinə son qoyulmasını, əmək müqaviləsinə xitam verilməsinə və son haqq-hesabın ona (iddiaçıya) ödənilməsinə köməklik edilməsini xahiş etmişdir.

5. X3 tərəfindən İddiaçı ünvanlanmış 06 oktyabr 2023-cü il tarixli teleqramla, əvvəlki xəbərdarlığa və töhmətə baxmayaraq yazılan rəsmi məktubdan sonra iş yerinə gəlmədiyinə görə Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq İddiaçı işdən azad edilməsi və şirkətə vurduğu zərərin (370 saat) onun hesabından tutulacağı barədə İddiaçı xəbərdarlıq edilmişdir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 13 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə X5 Xidmətinin Bakı şəhər idarəsində baxılmışdır. Müraciətin araşdırılması ilə əlaqədar ətraflı məlumat verilməsi məqsədilə iddiaçının ünvanına (ünvan 43232/2023 nömrəli, 02 sentyabr 2023-c ü il tarixli məktub göndərilmiş və müvafiq qaydada 4 saylı Bakı DOST Mərkəzində izahat və ödəniş kartı üzrə çıxarış təqdim edilmişdir. Müraciətlə əlaqədar Cavabdeh MMC-nin ünvanına (Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 54) 3-17-5/2-33417/2023 nömrəli, 04 sentyabr 2023-cü il tarixli məktubla müraciət olunaraq İddiaçı aid olan sənədlərin, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuş, lakin məktub poçt xidməti tərəfindən 19 sentyabr 2023-cü il tarixdə çatdırılsa da, tələb olunan sənədlər təqdim olunmadığından müraciətin araşdırılması mümkün olmamışdır. Ərizəçiyə aid tələb olunan müvafiq sənədlər Cavabdeh MMC tərəfindən təqdim olunduğu təqdirdə müraciətə yenidən baxılaraq cavab veriləcəkdir. Həmçinin, araşdırma zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq “ altsisteminə baxış keçirilərkən, İddiaçı ilə Cavabdeh MMC arasında 13 may 2022-ci il tarixindən 31 dekabr 2023-cü il tarixinədək bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən 10 oktyabr 2023-cü il tarixdə xitam verildiyinə dair bildirişin mövcud olduğu müəyyən edilmişdir. Bununla yanaşı İddiaçı əmək müqaviləsinə öz xahişinə əsasən xitam verilməsi barədə ərizənin C avabdeh MMC-nin rəhbərliyinə təqdim edilməsini təsdiq edən sənədlər təqdim edilmədiyindən müraciətdə qeyd olunan məsələlərə münasibət bildirmək mümkün olmadığı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların| dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-lVQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların 01 yanvar 2024-cü il tarixədək dayandırıldığından göstərilən halların yerində araşdırılmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh "xxxx" MMC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsaslanan 10 oktyabr 2023-cü tarixli əmrin ləğv edilməsi, əmək müqaviləsinə 24 avqust 2023-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən iddiaçının öz xahişi ilə xitam verilməsi, iyun, iyul, avqust ayları üzrə ödənilməmiş əmək haqlarının ödənilməsi, məhkəmə qətnaməsi qəbul olunub icra olunanadək işləmədiyi günlərə görə aylıq əmək haqqının, son haqq-hesabın hesablanıb ödənilməsi, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün 1 faiz olmaqla ödənc məbləğinin ödənilməsi, mediasiya xərci üçün ödədiyi 50 manat, nümayəndəyə etibarnamə verilməsi üçün 17,25 manat məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 30 aprel 2022-ci il tarixdə n cavabdeh MMC-də sənədlər üzrə mütəxəssis vəzifəsində əmək fəaliyyətinə başlamış, işlədiyi müəssisədə son aylar əmək haqları gecikdirilməyə başlanmış və buna görə işçilər ilə müdiriyyət arasında haqlı narazılıqlar başlamışdır. Müdiriyyət narazılıq edən şəxsləri çağıraraq, işçilərə öz xahişləri ilə ərizə yazıb işdən çıxmalı olduqlarını bildirmişdir. İddiaçı da 24 avqust 2023-cü il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazaraq şirkətin direktoru X2 şəxsən təqdim etmişdir. Direktor iddiaçıya şirkətdən heç bir tələbinin olmadığını və gələcəkdə də olmayacağını qeyd etməsini demişdir. İddiaçı direktorla razılaşmamış, işə giriş-çıxış kartı iddiaçıdan alınmış və bundan sonra iş yerinə daxil ola bilməmişdir. Lakin əmr, son haqq-hesab və əmək kitabçası ona verilməmişd ir. Bundan dərhal sonra, 28 avqust 2023-cü il və 11 sentyabr 2023-cü il tarixlərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 şikayət ərizəsi (3 aylıq əmək haqqını ala bilməmək, işdən çıxma ilə bağlı ərizə ilə müraciət etdiyi, müraciət etdiyi gündən işə giriş kartının ondan alındığı üçün iş yerinə daxil ola bilməməyi və s.) ilə müraciət etmişdir. Əmək Müfəttişliyi tərəfindən araşdırma başlandıqdan sonra qeydiyyatda olduğu ünvana 19 sentyabr 2023-cü il tarixdə cavabdeh şirkətin direktoru X1 teleqram gəlmişdir. Teleqramın mətnində qeyd edilmişdir ki, “Hörmətli Nərmin xanım özbaşına 6 ay ərzində 370 iş saatı işdə olmadığınıza, şirkətə ziyan vurduğunuza görə və dəfələrlə sizə xəbərdarlıq olmağına baxmayaraq hazırda özbaşına iş yerinə gəlmədiyinizə və sizdən xəbər olmadığına görə qanunvericiliyin tələblərinə uyğun olaraq haqqınızda tədbir görüləcək”. Bundan sonra ünvanına (iddiaçının) ikinci teleqramı gəlmişdir. Həmin teleqramın mətnində qeyd edilir ki, “Əvvəlki xəbərdarlığa və töhmətə baxmayaraq yazılan rəsmi məktubdan sonra iş yerinə gəlmədiniz, siz Azərbaycan Respublikasının Qanunlarına uyğun işdən azad edilirsiz, şirkətə vurduğunuz zərər (370 saat) sizin hesabınızdan tutulacaq”. Sonradan əmək müfəttişliyi tərəfindən iddiaçıya şifahi bildirilmişdir ki, əmək müqaviləsinə 10 oktyabr 2023-cü il tarixdən Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. 24 avqust 2023-cü il tarixdən öz xahişi ilə işdən azad olma barədə ərizə ilə müraciət etməyinə baxmayaraq, təxminən 45 gün sonra əmək müqaviləsinə qanunsuz və əsassız ola raq Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

9. Cəlilabad Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, e-2(073)-218/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “ç” bəndi ilə xitam verilməsi barədə Cavabdeh MMC-nin 10 oktyabr 2023-cü tarixli əmrinin ləğv edilməsi; həmin əmək müqaviləsinə 24 avqust 2023-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən İddiaçı ərizəsinə əsasən xitam verilmiş hesab edilməsi; Cavabdeh MMC tərəfindən iyun, iyul, avqust ayları üzrə ödənilməmiş əmək haqlarının, son haqq-hesabın, məhkəmə qətnaməsi icra olunanadək işləmədiyi günlərə görə əmək haqqının və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc məbl əğinin hesablanaraq İddiaçı ödənilməsi, notariat xidməti üçün ödənilmiş 17,25 manat pul və 50 manat mediasiya xərcinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə, 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2 və 3-cü hissələrinə, 76-cı maddəsinin 2-ci hissəsinə, 84-cü maddəsinin 1 və 2-ci hissələrinə, 172-ci maddəsinə, 292-ci maddəsinin 1-ci hissəsinə, 294-cü maddəsinin 1-ci hissəsinə, 300-cü maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı yanvar ayından əmək müqaviləsi ləğv edilənə qədər, yəni 10 oktyabr 2023-cü il tarixədək işə vaxtında gəlməmiş, işdən üzrsüz səbəblərdən erkən ayrılmışdır. Həmçinin 2023-cü ilin fevral ayının 9-dan 19na, mart ayının 7-dən 19-na, aprel ayının 7-i, 14-ü, iyulun 13-ü və 21-də daxil olmaqla qeyd edilən tarixlərdə ümumiyyətlə işdə olmamış, əmək müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Əgər bu hallar davam edərsə, işdən azad olunacağı barədə iddiaçıya dəfələrlə xəbərdarlıq edilmişdir. Lakin, iddiaçı üzrsüz səbəblərdən işə gəlməməyə davam etdiyi üçün iddiaçıya ikinci xəbərdarlıq da edilərək işdən azad olunmağı barədə ona məlumat verilmişdir. Qanunvericiliyə əsa sən işçinin üzrlü səbəbi olmadan bütün günü işdə olmaması əmək vəzifələrinin kobud surətdə pozulması hesab olunur. İddiaçı təxminən 10 ay ərzində bir dəfə də olsun işə vaxtında gəlib-getməmişdir. Beləliklə, iddiaçı əmək müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirmədiyi və əmək vəzifələrini kobud şəkildə pozduğu üçün işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. İşçinin səhlənkarlığı nəticəsində vəzifə borcunu yerinə yetirmədiyinə görə həm əmək intizamının normal ahəngi pozulmuş, həm də işəgötürənin və əmək kollektivinin hüquqlarına və qanunla qorunan maraqlarına zərər dəymişdir. İddiaçı üzrsüz səbəbdən işə gəlməyərək, həmçinin bu barədə heç bir məlumat verməyərək və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərinə dava m etmiş, beləliklə də müəssisədaxili intizam qaydalarına bilərəkdən tabe olmamış və əmək müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Digər tərəfdən, məhkəmə mübahisəyə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə istinad edərək işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsinin məhkəmə iclasına gəlmədiyini və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyini göstərilmişdir. Halbuki, məhkəmənin 11 iyun 2024-cü il tarixli məktubu ilə məhkəmə qətnaməsi təkrarən cavabdehə göndərilmiş, həmin məktubda da göstərilmişdir ki, iddia ərizəsində iddiaçının göstərdiyi ünvan düzgün qeyd olunmadığı üçün məhkəmə qətnaməsinin göndərildiyi zərf 20 aprel 2024-cü il tarixdə Cəlilabad Rayon Məhkəməsinə geri qaytar ılmışdır. Bu isə o deməkdir ki, iddia ərizəsi və məhkəmə bildirişləri də cavabdehə çatdırılmamış və verilməmişdir. Bu halda məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin məlumatı ola bilməzdi.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 mart 2025-ci il tarixli, 2(106)-431/2025 nömrəli qətnaməsi ilə (hakim C.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.Əliyev və T.Kərimov) Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, e-2(073)218/2024 nömrəli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə iddiaçının öz xahişi ilə xitam verilməsi, ödənilməmiş əmək haqlarının və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir.

14. Ape llyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və mövqeyini aşağıdakılarla əsaslandırmışdır.

15. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, “Müəssisəyə giriş-çıxış məlumatı”ndan məlum olur ki, iddiaçı 2023-cü ilin fevral ayının 9-dan 19-na, mart ayının 7-dən 19-na, aprel ayının 7-i, 14-ü, iyulun 13-ü və 21-də daxil olmaqla, qeyd edilən tarixlərdə ümumiyyətlə işdə olmamış, əmək müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir.

16. Cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş “Müəssisəyə girişçıxış məlumatı”ndan məlum olur ki, iddiaçı həqiqətən də 2023-cü ilin fevral ayının 9-dan 19-na, mart ayının 7-dən 19-na, aprel ayının 7-i, 14-ü, iyulun 13-ü və 21-də daxil olmaqla qeyd edilən tarixlərdə ümumiyyətlə işdə olmamışdır.

17. İddia ərizəsindən müəyyən edilir ki, iddiaçı 24 avqust 2023-cü il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazaraq şirkətin direktoruna təqdim etdiyini bildirir. Bu isə o deməkdir ki, iddiaçı 24 avqust 2023-cü ilədək qanuna müvafiq olaraq işdə olmalı idi. Lakin “Müəssisəyə giriş-çıxış məlumatları”ndan məlum olur ki, iddiaçı həqiqətən də 2023-cü ilin fevral ayının 9-dan 19-na, mart ayının 7-dən 19-na, aprel ayının 7-i, 14-ü, iyulun 13-ü və 21-də işdə olmamışdır. Göründüyü kimi cavabdeh qeyd edilən tarixlərdə iddiaçının işdə olmadığına dair müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, lakin iddiaçı bunlara dair hər hansı təkzib olunmaz sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin müəyyən edilir ki, qeyd edilən tarixlər iddiaçının işdə olmalı o lduğu dövrlərə düşən tarixlərdir. Çünki iddiaçı qeyd edir ki, o, öz xahişi ilə məhz 24 avqust 2023-cü ildə ərizə yazaraq əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir.

18. Bundan başqa, iddiaçı 24 avqust 2023-cü il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazaraq, şirkətin direktoru X2 şəxsən təqdim etməsini bildirsə də, qeyd edilənlərə dair hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir.

19. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, 19 sentyabr 2023-cü il tarixdə cavabdeh şirkətin direktoru T.İsmayılov iddiaçıya teleqram vurmuş və həmin teleqramın mətnində qeyd edilmişdir ki, “Hörmətli Nərmin xanım özbaşına 6 ay ərzində 370 iş saatı işdə olmadığınıza, şirkətə ziyan vurduğunuza görə və dəfələrlə sizə xəbərdarlıq olmağına baxmayaraq hazırda öz başına iş yerinə gəlmədiyinizə və sizdən xəbər olmadığına görə qanunvericiliyin tələblərinə uyğun olaraq haqqınızda tədbir görüləcəkdir”.

20. Eyni zamanda 06 oktyabr 2023-cü il tarixində cavabdeh tərəfindən iddiaçının ünvanına ikinci teleqram vurulmuş və həmin teleqramın mətnində qeyd edilmişdir ki, “Əvvəlki xəbərdarlığa və töhmətə baxmayaraq yazılan rəsmi məktubdan sonra iş yerinə gəlmədiniz, siz Azərbaycan Respublikasının Qanunlarına uyğun işdən azad edilirsiz, şirkətə vurduğunuz zərər (370 saat) sizin hesabınızdan tutulacaqdır”.

21. Göründüyü kimi, əgər iddiaçının öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı cavabdehdə 24 avqust 2023-cü il tarixli ərizə mövcud olsa idi, cavabdeh həmin ərizə üzrə iddiaçı ilə aralarında olan əmək müqaviləsinə xitam vermiş olardı, əksinə idd iaçıya 19 sentyabr 2023-cü və 06 oktyabr 2023-cü il tarixlərində yuxarıda bəhsi keçən teleqramları vurmazdı.

22. Apellyasiya instansiyası məhkəməsi gədiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 127, 129-cu maddələri, Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi, 10-cu maddəsi, 68-ci maddəsi, 70-ci maddəsinin “ç” bəndi, 72-ci maddəsi, 76-cü maddəsinin 1 və 2-ci hissələri, 80-ci maddəsinin 1 və 2-ci hissələri, 83, 84-cü maddələri, 296-cı maddəsinin 2-ci hissəsi, 300-cü maddəsi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

23. İddiaçı kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 mart 2025-ci il tarixli, 2(106)-431/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və idd ianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndi, 70-ci maddəsi, 83cü maddəsinin 1 və 2-ci hissələri, 154, 172, 300-cü maddələri, Mülki Prosessual Məcəllənin 88, 217-ci maddələri pozulmuşdur.

25. Belə ki, iş materialları ilə sübut olunur ki, İddiaçı cavabdeh tərəfindən iyun, iyul, avqust ayları üzrə əmək haqqı ödənilmədiyinə (Kapital bankdan əmək haqqından çıxarışa əsasən) görə narazılıq yaranmış və buna görə öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə işəgötürənə müraciət etmişdir. İddiaçı tərəfindən bu məzmunlu ərizənin verilməsi cavabdehin səlahiyyətli şəxsi direktor X3 ilə iddiaçı arasında aparılan “Wh atsapp” yazışmalarının mətni açıq-aydın sübut edir. Bundan əlavə, əgər iddiaçı “öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi barədə” ərizə verməyibsə, o zaman niyə görə bu barədə 2 dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 xidmətinə və Xətai Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edirdi? İddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə əmr nə iddiaçının özünə, nə də məhkəməyə təqdim edilməmişdir. İşəgötürən müəssisə tərəfindən iddiaçının əmək kitabçası ona verilməmiş və ya ünvanına rəsmi poçt vasitəsilə göndərilməmişdir.

26. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

27. Kassasiya şikayətinə qa rşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:

28. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun poz ulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

29. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının predmetini qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normalarına riayət olunmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

30. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndin ə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləs i işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci mad dəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 187-ci maddəsin in 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdi m etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu v ə ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin n əticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 32. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbay can Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki,... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. 33. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində mü əyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlər in dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

35. İddiaçı iddia edir ki, işlədiyi son üç ayın əmək haqqısı ödənilmədiyi üçün o, öz xahişi ilə işdən azad olunması barədə 24 avqust 2023-cü ildə işəgötürənə müraciət etmiş, lakin onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq Əmək Məcəlləsinin “ç” bəndi ilə 10 oktyabr 2023-cü ildə xitam verilmişdir.

36. İddianı rədd edən apellyasiya instansiyası məhkəməsi isə hesab etmişdir ki, iddiaçı işəgö türənə ərizə ilə müraciət etməsini sübut edə bilməmiş, əksinə o, müəyyən tarixlərdə işdə üzrsüz səbəblərdən olmadığı üçün əmr qanuni olmuşdur.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməmiş, qətnamədə cavabdehin apellyasiya məhkəməsində təqdim etdiyi sübutları sadalamaqla, iddiaçının təqdim etdiyi sübutlara ümumiyyətlə hüquqi qiymət verməmiş və bunun nəticəsində qanunsuz və əsassız nəticəyə gəlmişdir.

38. Belə ki, nəzərə alınmalıdır ki, iddiaçının işdən azad olunması ilə bağlı işəgötürənə ərizə ilə müraciət etdiyi halda, həmin ərizənin sübut kimi ondan tələb edilməsi məntiqə uyğun deyildir. Onun bu dəlili dolayı sübutlarla təsdiq oluna bilər.

39. İddiaçı belə sübutlar qismində Əmək və Əhalinin Sosial Müdafiə si Nazirliyinə etdiyi müraciətlərə dair 23 avqust 2023-cü il və 11 sentyabr 2023-cü il tarixli Müraciət vərəqələrini təqdim etmişdir. Həmin sənədlərdən müəyyən olunur ki, iddiaçı işlədiyi müəssisədə, son 3 ayın əmək haqqını ala bilmədiyini, işdən çıxma ilə bağlı ərizə ilə müraciət etdiyi gündən işə giriş kartının alındığı üçün iş yerinə daxil ola bilmədiyi, əmək müqaviləsinə xitam verilmədiyini və son haqq-hesabının ödənilmədiyini bildirmişdir.

40. Oxşar məzmunlu şikayətlə iddiaçı həmçinin Xətai Rayon Prokurorluğuna 21 sentyabr 2023-cü il tarixdə müraciət etmişdir.

41. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin rəisinin iddiaçıya ünvanladığı 13 oktyabr 2023-cü il tarixli məktubun məzmunundan müəyyən olunur ki, həmin idarə cavabdehə 04 sentyabr 2 023-cü il tarixdə sorğu verərək, iddiaçıya aid olan sənədlərin təqdim edilməsi xahiş olunmuş, lakin məktub poçt xidməti tərəfindən 19 sentyabr 2023-cü il tarixdə çatdırılsa da, tələb olunan sənədlər təqdim olunmamışdır.

42. Göründüyü kimi, cavabdeh MMC azı 19 sentyabr 2023-cü il tarixdən iddiaçının şikayətlərinin məzmunundan məlumatlı olmuş, lakin göstərilənlərə heç bir etiraz etməmiş, əksinə həmin tarixdə iddiaçıya işə gəlməməsi barədə xəbərdarlıq xarakterli birinci teleqramı ünvanlamış və yalnız 10 oktyabr 2023-cü il tarixdə əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam vermişdir.

43. Nəzərə alınmalıdır ki, iddianın mahiyyətinə görə iddiaçı ödənilməyən əmək haqqını cavabdehdən tələb etdiyi üçün sonuncu əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu deyil, qərəzli olaraq həmin Məcəlləni n 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir.

44. Göründüyü kimi, cavabdehin hərəkətləri iddiaçının onun barəsində səlahiyyətli dövlət orqanlarına şikayət verilməsi barədə məlumat alan kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə sonuncu üçün mənfi nəticələrə səbəb olan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsas yaradan, yəni qərəzli hərəkətlər kimi qiymətləndirilə bilər.

45. Digər tərəfdən, iddiaçının dəlillərinin əsaslılığı ona ərizənin verdiyi iddia olunan tarixdən əvvəlki 3 ayının əmək haqqısının ödənilib-ödənilməməsinin yoxlanılması ilə müəyyən oluna bilərdi.

46. Lakin, iddia ərizəsində bununla bağlı ayrıca tələb olsa da, apellyasiya instansiyası məhkəməsi bu tələbi ümumiyyətlə araşdırmamış və ona hüquqi qiymət verməmişdir.

47. Bundan əlavə qeyd ol unmalıdır ki, hazırkı iddia Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə əsasən cavabdeh hüquqi şəxsin rəsmi ünvanının olduğu yer üzrə Cəlilabad Rayon Məhkəməsinə verilmişdir. Belə ki, cavabdeh işə aidiyyət qaydalarının pozulması ilə baxılmasını iddia etməmiş və apellyasiya instansiyası məhkəməsi bu halı müəyyən etməmişdir.

48. Birinci instansiya məhkəməsi də məhkəmə bildirişlərini cavabdehin yerləşdiyi yer üzrə Cəlilabad rayonunun Məmmədrzalı kəndinə göndərmişdir. İş materiallarında məhkəmə bildirişlərinin cavabdehə poçt orqanı tərəfindən rəsmi verilib-verilməməsi barədə sənəd əlavə olunmasa da, müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin ünvanının tam olmaması qeydi ilə məhkəməyə qaytarılmışdır.

49. Apellyasiya şikayəti verən cavabdeh birinci instansiya məhkə məsində məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılmamasını göstərməklə, iddianın əsassız olduğu üçün apellyasiya qaydasında ləğv edilməsini xahiş etmiş və apellyasiya şikayətində irəli sürdüyü dəlilin sübutu kimi yalnız “Müəssisəyə giriş-çıxış məlumatı” adlı sənədi əlavə etmişdir. Apellyasiya instansiyası məhkəməsi də, həmin sənədə istinad etməklə, iddiaçının 2023-cü ilin fevral, mart, aprel, iyul aylarında bir neçə gün işdə olmamasını müəyyən etmiş və onun barəsində verilmiş əmrin qanuni olması qənaətinə gəlmişdir.

50. Lakin, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən mübahisələndirilən əmrin iş materiallarına əlavə olunmamasını nəzərə almamış, həmin əmri və onun əsaslandıran sənədləri cavabdehdən tələb etməmiş (iddiaçı əmrin ona verilməməsini həm məhkəməyə ünvan ladığı iddiada, həm də digər dövlət orqanlarına etdiyi şikayətlərdə dəfələrlə qeyd etmişdir), bu əsasların həqiqiliyini, o cümlədən iddiaçının həqiqətən qeyd olunan tarixlərdə iş yerində olmaması müəyyən olunsa belə, bunun üzrlü səbəblərdən baş verib-verməməsini araşdırmamış, faktiki olaraq cavabdehin apellyasiya şikayətində göstərilənləri həqiqət kimi qəbul edərək, sonuncunun yerinə əmək müqaviləsinə xitam verilməsi barədə əmri əsaslandırmışdır.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin bu qaydada əsaslandırılmış qətnaməsi Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 218.1, 372.2, 392.1.5-ci maddələrinin tələblərinə uyğun olmamışdır.

52. Nəhayət, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin göstərdiyi hallar, yəni iddiaçının 2023-cü ilin fevral ay ının 9-dan 19-na, mart ayının 7-dən 19-na, aprel ayının 7-i, 14-ü, iyulun 13-ü və 21-də işdə üzrsüz səbəbdən olmaması müəyyən olunarsa belə, işəgötürənin mübahisələndirilən əmrinin qəbulu zamanı (10 oktyabr 2023-cü il tarixdə) Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbləri pozulub-pozulmaması məsələsinə hüquqi qiymət verilməmişdir.

53. Belə ki, iddiaçının sonuncu dəfə üzrsüz səbəbdən işdə olmaması 21 iyul 2023cü il tarixə təsadüf etdiyi halda, onun barəsində intizam tənbehlərindən biri hesab olunan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi, 21 avqust 2023-cü il tarixdən sonra maddi hüquq normasının pozuntusu kimi qiymətləndirilə bilər.

54. Nəzərə alınmalıdır ki, iddiaya görə iddiaçı 24 avqust 2023-cü il tarixdə işdən azad olunması bar ədə ərizə ilə məhkəməyə müraciət etmiş və bu halın həqiqətə uyğunluğu yuxarıda qeyd olunan göstərişlərin icrası nəticəsində sübut olunduğu halda, Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci hissəsinə görə həmin gündən bir təqvim ayı bitdikdən sonra iddiaçının işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququ, cavabdehin isə iddiaçının bu tələblərini yerinə yetirmək vəzifəsi yaranmışdır.

55. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır.

56. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfində n qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

57. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

58. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

59. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

60. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli h üquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4, 372.2-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

61. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 mart 2025-ci il tarixli, 2(106)-431/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar