Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1644/2025 12.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlaka edilən yaxşılaşdırmaların dəyərinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “birgə nikah dövründə tikilmiş evin təmirinə xərclənmiş vəsaitin alınıb verilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1082/2024 nömrəli, 16 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçılar (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı1 Cavabdeh1la ailə həyatı qurduqdan sonra digər Cavabdeh2 məxsus Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar.
2. İddiaçı1 ilə Cavabdeh1 boşanmışlar və Füzuli Rayon Məhkəməsinin 2 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı1 sözügedən fərdi yaşayış evindən çıxarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı birgə iddia ərizəsi və iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət e dərək Cavabdeh1 ilə birgə nikah dövründə atası Cavabdeh2 adına qeydiyyata alınmış evdə əsaslı təmir və bərpa işlərinə xərclənmiş xərclərin müəyyən edilməsi və həmin məbləğin, 50 manat mediasiya xərcinin və 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq onların xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını, iddia ərizəsində qeyd olunanlarla yanaşı, Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində yerləşən Cavabdeh2 adına qeydiyyata alınmış ev üzərində ½ hissədə pay hüquqlarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Cavabdeh1 ilə nikah dövründə yaşadığı evdə əsaslı tikinti və bərpa işləri görmüşlər. Həmin işlərin pulunu anası İddiaçı2 ödəmişdir. Bunu hər kəs təsdiq edə bilər. Həmin evi anas ı ilə təmir etdirib ki, ailəsi və uşaqları ilə birgə yaşasın. Lakin onların nikahları pozulduqdan sonra onu və uşaqların həmin evdən çıxarmağa cəhd edirlər. Hətta Füzuli Rayon Məhkəməsinin 2 mart 2021-ci il tarixli qətnaməsi ilə onun həmin mənzildən çıxarılması qət edilmişdir. Hesab edirlər ki, çəkilmiş xərclər müəyyən edilməli və dəyərinin onlara qaytarılması barədə qətnamə çıxarılmalıdır.
5. İddiaçı2 iddia ərizəsində qeyd olunanlarla oxşar məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, qızı sabiq əri Cavabdeh1la digər Cavabdeh2 razılığı ilə onun Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində yerləşən Cavabdeh2 adına qeydiyyata alınmış evdə uzun müddət yaşamışlar. Həmin evdə tam şərait olmadığına görə müəyyən təmin və bərpa işləri aparılmışdır. Cavabdehlərin maddi vəziyyətləri qənaə tbəxş olmadığından Cavabdeh2 razılığı ilə o, da həmin evdə bəzi təmir-tikinti işlərinin aparılmasına, o cümlədən su, kanalizasiya, elektrik xətlərinin çəkilməsi, pəncərələrə dəmir barmaqlıqların vurulması, hasarın çəkilməsi və sair işlərə köməklik göstərərək 10.000 manata yaxın vəsait xərcləmişdir. Sonradan qızı boşandığından və məhkəmə qətnaməsi ilə qızının uşaqları ilə birlikdə evdən çıxarılmaları qət edildiyindən o, çəkilmiş xərclərin geri qaytarılmasını tələb edir.
6. Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, sabiq qayınanası İddiaçı2 tərəfindən onun iddia etdiyi kimi külli miqdarda deyil, az bir məbləğdə vəsait xərclənmişdir. Belə ki, İddiaçı2 cəmi 5 pəncərəyə dəmir barmaqlıq vurdurmuşdur. Evin təmirinə qalan vəsait atası Cavabdeh2 tərəfindən çəkilmişdir.
7. Cava bdeh2 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, onun razılığı ilə oğlu Cavabdeh1 arvadı İddiaçı1 ilə onun şəxsi mülkiyyətində olan evində xeyli müddət ərzində yaşamışlar. Sonradan evdə şərait olmadığına görə təmir və genişləndirmə işləri aparılmış və onun razılığı ilə oğlu Cahidin qayınanası İddiaçı2 tərəfindən müəyyən vəsait xərclənmişdir. Belə ki, evin su və kanalizasiya xətti İddiaçı2 vəsaiti hesabına çəkilmişdir və iddiaçı istədiyi vaxt həmin xəttləri söküb apara bilər.
8. X2 məhkəmə iclasında bildirmişdir ki, o, qeyd olunan evdə usta işləmişdir. Belə ki, evin çardağını düzəltmiş, hasarını hörmüşdür. İddiaçı2 təxmini olaraq müxtəlif vaxtlarda ona 3.000 manat, Cavabdeh2 isə 800 manat vermişdir.
9. X5 məhkəmə iclasında bildirmişdir ki, İddiaçı2 həmin vaxtlar onların evində qalı rdı, onun qeyd olunan mübahisəli evin tikintisi üçün nə qədər pul verdiyini bilmir.
10. X25 Əlabbas məhkəmə iclasında bildirmişdir ki, qeyd olunan evin su xəttini o, çəkmişdir. İddiaçı2 həmin iş üçün ona 150 manat vermişdir.
11. X3 məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh2 sifarişi ilə evin təmiri üçün lazım olan tikinti materiallarını özünə məxsus yük maşını ilə aparmışdır. Həmin vaxt Cavabdeh2 zəhmət haqqı olaraq ona 70 manat vermiş, tikinti materiallarına isə nə qədər pul verdiyini xatırlamır.
12. X6 məhkəmə iclasında bildirmişdir ki,, qeyd olunan evin tikintisi üçün Cavabdeh2 ondan 2.000 manat borc almışdır. Həmin pulun 1500 manatını qaytarsa da 500 manatını hələ də qaytarmamışdır. Təxmini onu deyə bilər ki, Cavabdeh2 tərəfindən həmin evə 7-8 min vəsait xərclənmişdir.
13. X1 məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh2 təklifi ilə həmin evdə 6 gün fəhlə işləmiş və zəhmət haqqı olaraq Cavabdeh2 tərəfindən ona cəmi 60 manat verilmişdir.
14. X12 məhkəmə iclasında bildirmişdir ki, o, mübahisəli evdə iddiaçıların dəvəti ilə 10 il bundan əvvəl qaynaqçı kimi işləmişdir. Belə ki, evin pəncərələrinə dəmir örtük yığmış və qapı düzəltmişdir. Həmin vaxt nə qədər pul aldığı yadında deyil.
15. X8 məhkəmə iclasında bildirmişdir ki, o, həmin evdə 5 ədəd plastik pəncərə düzəltmişdir. Cavabdeh2 tərəfindən ona 475 manat verilmişdir.
16. Füzuli rayonu, Kürdmahmudlu kənd sakini X9 notarial qaydada təsdiqlənmiş ərizəsində qeyd etmişdir ki, Füzuli rayonu, Kürdmahmudlu kəndində yerləşən Cavabdeh2 məxsus olan evin elektrik işini o görmüşdür, zəhmət haqqını qudası İddiaçı2 ödəmişdir.
17. Füzu li rayonu, Horadiz kənd sakini X10 notarial qaydada təsdiqlənmiş ərizəsində qeyd etmişdir ki, Füzuli rayonu, Kürdmahmudlu kəndində yerləşən Cavabdeh2 məxsus evdə inşaat işləri, hörgü, suvaq, “pol”, “patoloq”, dam örtüyü işləri aparmışdır. Zəhmət haqqını 3.200 manat Yaşarın qudası İddiaçı2 vermişdir.
18. Məhkəmə qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş və müvafiq ekspert rəyi əldə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 may 2023-cü il tarixli, 10/7883 saylı ekspert rəyində qeyd edilmişdir ki, Füzuli rayonu, Kürdmahmudlu kəndində yerləşən iddia predmeti olan evə artırılmış 12x4 metr ölçüdə zalın, 5x5 metr ölçüdə otağın və 3x2,5 metr ölçüdə mətbəxin tikinti və təmiri üçün çəkilmiş xərcin ümumi dəyəri təqribən 13.502 manat məbləğindədir.
19. Füzuli Rayon Məhkəməsi nin (2(064)-87/2023 nömrəli iş üzrə 31 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Yaşar Həşimov) iddia qismən təmin edilmiş, Cavabdeh2 İddiaçı2 xeyrinə 4.798 manat və ödənilmiş dövlət rüsumuna görə 100 manat tutulması qət edilmiş, iddia tələbi digər hissədə rədd edilmişdir.
20. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı1 Cavabdeh1la ailə həyatı qurduqdan sonra uzun müddət digər Cavabdeh2 məxsus Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar. Həmin yaşayış evində şərait qənaətbəxş olmadığından mülkiyyətçi-Cavabdeh2 təklifi və razılığı müəyyən təmirtikinti işləri aparılmışdır. İddiaçı2 bu işlər üçün 10.000 manata yaxın vəsait xərclədiyini iddia etsə də, bu hal ı sübuta yetirə bilməmişdir. Lakin dindirilmiş şahidlərin ifadələri və tədqiq edilmiş sənədlərlə bu məbləğin 4.798 manat təşkil etməsi müəyyən edilmişdir. Belə ki, evin inşaat işləri, o cümlədən hörgü, tavan, dam örtüyü və sair işlər üçün 3.200 manat, pəncərələrinə quraşdırılmış 5 ədəd dəmir barmaqlıq üçün cəmi 500 manat, elektrik xətləri və işləri üçün 300 manat, su və kanalizasiya xətləri üçün 300 manat, evin həyətində hasarın çəkilməsi üçün 498 manat vəsaitin İddiaçı2 tərəfindən xərcləndiyi öz təsdiqini tapmışdır. Qeyd olunan vəsaitin İddiaçı1 tərəfindən deyil, onun anası digər İddiaçı2 tərəfindən xərcləndiyi müəyyən edildiyinə görə qeyd olunan məbləğ də onun xeyrinə tutulmalıdır. Digər tərəfdən həmin vəsait mülkiyyətçi-Cavabdeh2 razılığı ilə onun şəxsi mülkiyyətində olan fərdi yaşayı ş evinin yaxşılaşdırılması üçün çəkildiyindən məhkəmə həmin xərcin məhz Cavabdeh2 tutulmasını əsaslı hesab etmişdir.
21. İş materialları ilə müəyyən edilir ki, əvvəla əsaslı təmir, yenidən quraşdırma işləri aparılmış fərdi yaşayış evi tərəflərin, yəni sabiq ər-arvadın ümumi və ya hər birinin ayrıca əmlakı deyil, Cavabdeh2 əmlakıdır. Digər tərəfdən, qeyd olunan evin təmir-tikintisinə vəsait İddiaçı1 tərəfində deyil, digər iddiaçı anası İddiaçı2 tərəfindən xərclənmişdir.
22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsinə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 35-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin təmin edilməyən hissədə dəyişdirilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı1 Cavabdeh1 ilə nikah dövründə yaşadığı evdə əsaslı tikinti və bərpa işləri görmüşlər. Həmin işlərin pulunu Baharın anası İddiaçı2 ödəmişdir. Bunu hər kəs təsdiq edə bilər. O, həmin evi anası ilə təmir etdirdi ki, ailəsi və uşaqları ilə birgə həmin evdə yaşayır. Lakin nikahları pozulduqdan sonra cavabdeh onu və uşaqlarını həmin evdən çıxarmağa cəhd edirlər. Baharın keçmiş əri Cavabdeh1la digər Cavabdeh2 razılığı ilə onun Füzuli rayonu Yuxarı Kürdmahmudlu kəndində yerləşən Cavabdeh2 adına qeydiyyata alınmış evdə uzun müddət yaşamışlar. Həmin evdə tam şərait olmadığına görə müəyyən təmir və bərpa işləri aparılmışdır. Cavabdehlərin maddi vəziyyətləri qənaətbəxş olmadığından Cavabdeh2 razılığı ilə iddiaçılar da həmin evdə bəzi təmir-tikinti işlərinin aparılmasına, o cümlədən su, kanalizasiya, elektrik xətlərinin çəkilməsi, pəncərələrə dəmir barmaqlıqların vurulması, hasarın çəkilməsi və sair işlərə köməklik göstərərək 10000 manata yaxın vəsait xərcləmişdir. Bahar boşandığından və məhkəmə qətnaməsi ilə qızının uşaqları ilə birlikdə evdən çıxarılmaları qət edildiyindən o, çəkilmiş xərclərin geri qaytarılmasını tələb edir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 may 2023-cü il tarixli 10/7883 saylı ekspert rəyində qeyd edilmişdir ki, Füzuli rayonu Kürdmahmudlu kəndində yerləşən iddia predmeti olan evə artırılmış 12x4 metr ölçüdə zalın, 5x5 metr ölçüdə otağın və 3x2,5 metr ölçüdə mətbəxin tikinti və təmiri üçün çəkilmiş xərcin ümumi dəyəri təqribən 13 502 manat məbləğində müəyyən edilmişdir. İşdə olan Füzuli rayonu Kürdmahmudlu kənd sakini X4 notarial qaydada təsdiqlənmiş ərizəsində qeyd etmişdir ki, Füzuli rayonu Kürdmahmudlu kəndində yerləşən Cavabdeh2 məxsus olan evin elektrik işini o, görmüşdür, zəhmət haqqını qudası İddiaçı2 ödəmişdir. İşdə olan Füzuli rayonu Horadiz kənd sakini X10 notarial qaydada təsdiqlənmiş ərizəsində qeyd etmişdir ki, Füzuli rayonu Kürdmahmudlu kəndində yerləşən Cavabdeh2 məxsus evdə inşaat işləri, hörgü, suvaq, pol, tavan, dam örtüyü işləri aparmışdır. Zəhmət haqqını 3200 manat Yaşarın qudası İddiaçı2 vermişdir.
25. Cavabdeh2 nümayəndəsi Vəkil1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
26. Cavabdehin verdiyi apellyasiya şikayəti onunla əsaslandırılmışd ır ki, həmin evə əlavə olunmuş tikililərin hamısını Cavabdeh2 tikdirmiş, həm ustaların pulunu, həm də materialın pulunu özü ödəmişdir. İddiaçı tərəf heç bir sübut təqdim etmədiyi halda, hakim sadəcə iddiaçı tərəfin qeyri-dəqiq və həqiqətə uyğun olmayan fikirləri əsasında qətnamə çıxarmışdır. Hesab edir ki, iş üçün əhəmiyyətli olan heç bir hal sübut edilməmiş, bu barədə hər hansı dəllillər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qətnaməsində göstərilmiş nəticə işin həqiqi hallarına uyğun deyil. Məhkəmə işi hərtərəfli və düzgün araşdırmamış, sübutları nəzərə almamışdır. Belə ki, iş üzrə qarşı tərəfdən təqdim edilmiş şahidlər dindirilməsinə və onların hamısının həmin evin təmirinə, həm mal-materiala, həm də ustalara pulun onun tərəfindən verilməsinin deyilməsinə baxmayaraq hakim şahid ifadəl ərini qətnamədə göstərməmişdir.
27. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1082/2024 nömrəli 16 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Cahid İmanov və Tale Kərimov) apellyasiya şikayətləri təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 2(064)-87/2023 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
28. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflərin izahatları ilə, habelə işin halları ilə İddiaçı2 tərəfindən dəmir barmaqlıqların, su, kanalizasiya, elektrik xətlərinin çəkilməsi, habelə təmir və genişləndirmə işlərinin aparılması işin mübahisəsiz halıdır. Həmin işlərin görülməsi üçün çəkilən xərclərin məbləği birinci insta nsiya məhkəməsi tərəfindən şahid ifadələri, habelə işdəki ekspert rəyi ilə müəyyən olunmuşdur. Kollegiya bu baxımdan, birinci instansiya məhkəməsinin mövqeyi ilə razıdır. İddiaçılar apellyasiya şikayətində qeyd edilən işlərin görülməsi üçün 10000 manat məbləğində xərcin məhz onlar tərəfindən çəkilməsini bildirsələr də, həmin dəlili təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişlər.
29. Cavabdeh də eyni şəkildə mübahisəli evdəki bütün tikililəri öz vəsaitini hesabına həyata keçirdiyini bildirsə də, bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmiş, habelə şahid ifadələri ilə bu hallar öz təsdiqini tapmamışdır. Diqqətə çatdırılmalıdır ki, MPM-nin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Bundan əlavə, MPM-nin işdə iştirak edən şəxslər üçün tanıdığı hüquqlara istinadən nəzərə alınmalıdır ki, cavabdehlər tərəfindən məhkəmədə izahat verərkən etiraf edilmiş faktlar məhkəmə iclasının protokolunda və qətnamədə öz əksini tapmış, lakin onlar tərəfindən protokola bu barədə qeydlər verilməmişdir. Hansıki, hazırda həmin izahatlarda göstərilənləri təkrarən qəbul etmirlər və hətta birinci instansiya məhkəməsində vəkil vasitəsilə təmsil olunmuşlar.
30. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ-İV hissələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.5, 157.6, 157.7-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 78.1, 106.3, 217.4-cü ma ddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçılar (Vəkil2) kassasiya şikayəti verərək Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)-1082/2024 saylı qətnaməsinin ləğv edilməsinə, iddia tələblərininin təmin edilməsi məqsədi ilə işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edəsiniz.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmələr işi obyektiv araşdırmayaraq yanlış nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh1 ilə nikah dövründə yaşadığı evdə əsaslı tikinti və bərpa işləri görmüşlər. Həmin işlərin pulunu anası İddiaçı2 ödəmişdir. Bunu hər kəs təsdiq edə bilər. Həmin evi anası ilə təmir etdirm işdir ki, ailəsi və uşaqları ilə birgə həmin evdə yaşayır. Lakin nikahları pozulduqdan sonra onu və uşaqlarını həmin evdən çıxarmağa cəhd edirlər. Hətta Füzuli Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsi ilə onun həmin mənzildən çıxarılmağı qət edilmişdir. Hesab edir ki, çəkilmiş xərclər müəyyən edilməli və ona qaytarılması barədə qətnamə çıxarılmalıdır. Bundan sonra məhkəmədə iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd olunanlarla yanaşı, Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində yerləşən Cavabdeh2 adına qeydiyyata alınmış ev üzərində ½ hissədə pay hüquqlarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirir ki, sabiq həyat yoldaşım Cavabdeh1la digər Cavabdeh2 razılığı ilə onun Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində yerləşən Cavabdeh2 adına qeydiyyata alınmış evdə uzun müddət yaşamışlar. Həmin evdə tam şərait olmadığına görə müəyyən təmir və bərpa işləri aparılmışdır. Cavabdehlərin maddi vəziyyətləri qənaətbəxş olmadığından Cavabdeh2 razılığı ilə o da həmin evdə bəzi təmirtikinti işlərinin aparılmasına, o cümlədən su, kanalizasiya, elektrik xəttlərinin çəkilməsi, pəncərələrə dəmir barmaqlıqların vurulması, hasarın çəkilməsi və sair işlərə köməklik göstərərək 10.000 manata yaxın vəsait xərcləmişdir. Sonradan qızı boşandığından və məhkəmə qətnaməsi ilə qızının uşaqları ilə birlikdə evdən çıxarılmaları qət edildiyindən o, çəkilmiş xərclərin geri qaytarılmasını tələb edir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 may 2023- cü il tarixli, 10/7883 saylı ekspert rəyində qeyd edilmişdir ki, Füzuli rayonu, Kürdmahmudlu kəndində yerləşən iddia predmeti olan evə artırılmış 12x4 metr ölçüdə zalın, 5x5 metr ölçüdə otağın və 3x2,5 metr ölçüdə mətbəxin tikinti və təmiri üçün çəkilmiş xərcin ümumi dəyəri təqribən 13.502 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İşdə olan Füzuli rayonu, Kürdmahmudlu kənd sakini X9 notarial qaydada təsdiqlənmiş ərizəsində qeyd etmişdir ki, Füzuli rayonu, Kürdmahmudlu kəndində yerləşən Cavabdeh2 məxsus olan evin elektrik işini o, görmüşdür, zəhmət haqqını qudası İddiaçı2 ödəmişdir. İşdə olan Füzuli rayonu, Horadiz kənd sakini X13 notarial qaydada təsdiqlənmiş ərizəsində qeyd etmişdir ki, Füzuli rayonu, Kürdmahmudlu kəndində yerləşən Cavabdeh2 məxsus evdə inşaat işləri, hörgü, suvax, pol, pataloq, dam örtüyü işləri aparmışdır. Zəhmət haqqını 3.200 manat Yaşarın qudası İddiaçı2 vermişdir.
33. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 36.1,36.3. 37.1-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytar ılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
36. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zə ruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
37. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normaların a müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. M addə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən ed ilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
54. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı2 və Quliyeva (Misirova) Bahar Vəli qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 avqust 2024-cü il tarixli 2(106)-1082/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.