Məhkəmə qərarları › İş №2(102)-1646/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1646/2021

17.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1646/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-44/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Sumqayıt şəhəri, 3-cü mikrorayon, 56/1 saylı evin 16 saylı iki otaqlı mənzilin kirayəçisi X8 olmuşdur. xx xxxx 2013-cü il tarixdə Reyhanət Turacova vəfat etmiş və onun oğlu İddiaçı X4 ilə nikaha girmişdir. Birgə nikahdan uşaqları olmadığı üçün xx xxxx 1983-cü il təvəllüdlü X10 xx xxxxxxxx 1988-c il tarixdə İddiaçı və X3 övladlığa verilmişdir. 1989-cu ildə Rahib və Nərminə Bayramovaların birgə nikahdan uşaqları doğulmuş, bundan sonra uşağın həqiqi atası X1 Əfqan Rahib oğlunu özü ilə aparmış və uşaq doğma valideynlərinin yanında yaşamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qiyabi qətnaməsi ilə X2 iddiası təmin edilərək xx xxxx 1983-cü il təvəllüdlü Cavabdeh övladlığa götürülməsi ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2017-ci ilin oktyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hazırkı iş üzrə Cavabdeh övladlığa götürsə də, özünün uşağının d oğulması ilə əlaqədar atasının Əfqanı 1989-cu ildə öz evinə aparmaqla onun yaşadığı dövlət mənzil fonduna aid yaşayış sahəsində Cavabdeh yaşamamasını və s. əsas göstərməklə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən Cavabdeh Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 56/1–də yerləşən 16 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-16377/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim: İ.M.Mahmudov) İddiaçı iddiası təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-44/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.M.Məmmədova (sədrlik edən və məruzəçi), T.O.Quliyev və G.F.Tağızadə) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-16377/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin təmin edilməklə Cavabdeh mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdeh Rəsulov X11 Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək mübahisəli mənzilə mülkiyyət hüququna dair hüquqmüəyyənedici sənədlərin Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə etibarsız hesab olunmaqla mənzil hazırda dövlət fonduna aid ols a da, İddiaçı mənzilin özəlləşdirilməsində iştirak etməkdən imtina etdiyi üçün mənzilin hazırda dövlətə aid olması onun özəlləşməsində iştirak etmək hüququndan imtinasını ləğv etmədiyi üçün İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmamasını, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiy a işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsi Maddə 60 İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87 Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayı ş sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418. 3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikay ətinin dəlilləri qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından görünür ki, Cavabdeh İddiaçı tərəfindən övladlığa götürülməsi ilə əlaqədar 1988-ci ildə mübahisəli mənzilə köçürülmüş, lakin 1989-cu ildə doğma atası tərəfindən aparılması və övladlığa götürməsini məhkəmə qətnaməsinə əsasən ləğv edilməsi ilə əlaqədar həmin vaxtdan mübahisəli mənzildə yaşamamışdır. Yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə əlaqədar mübahisəli hüquq münasibəti tərəflər arasında 1989-cu ildə yarandığından məhkəmə həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə əsaslanmaqla iddianı təmin etmişdir. Məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, cavab deh 1989-cu ildən mübahisəli mənzildən çıxaraq başqa daimi yaşayış yerinə köçmüşdür. İşin müəyyən olunmuş həmin halları cavabdehin mənzildən istifadə hüququnu itirməsi nəticəsinə gəlmək üçün əsas verdiyindən, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Mübahisəli mənzil, işdən göründüyü kimi, dövlətə məxsus olmaqla, onun sonradan etibarsız sayılmış özəlləşdirilməsi zamanı İddiaçı mülkiyyətçi olmaqdan imtina etməsi onu hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. Kollegiya hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Ca vabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-44/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar