Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-165/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı LPO "xxxx" Kommersiya Bankı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-165/2023 Açar sözlər: borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi, ipotekanın ilkin satış qiyməti Bakı şəhəri 25 yanvar 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı LPO "xxxx" Kommersiya Bankı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cava bdeh2 qarşı borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-214/2022 nömrəli, 04 avqust 2022ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 25 yanvar 2022- ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 08 iyul 2013-cü il tarixli, 2254 saylı kredit müqaviləsi ilə "xxxx" X6 Səhmdar Cəmiyyətinin “Lada” filialı tərəfindən Cavabdeh1 illik 22% dərəcəsi ilə 36 ay müddətinə 8800 manat məbləğində kredit verilmişdir.
2. Qeyd edilən kredit müqaviləsinin təminatı kimi "xxxx" Kommersiya Bankı ASC-nin “Lada” filialı ilə Cavabdeh1 arasında 08 iyul 2013-cü il tarixli, 2254 saylı ipoteka müqaviləsi bağlan mışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 məxsus “VAZ-21703” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka predmetinin dəyəri 10000 manat məbləğində müəyyən edilmişdir.
3. Həmçinin "xxxx" X6 Səhmdar Cəmiyyətinin “Lada” filialı ilə Cavabdeh2 arasında 11 dekabr 2014-cü il tarixli, 2254 saylı zaminlik müqaviləsi bağlanmış və Cavabdeh2 08 iyul 2013-cü il tarixli, 2254 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərini tam şəkildə icra etməsi üçün borcalanla birgə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhk əməyə müraciət edərək, 4233,38 manat məbləğində əsas borc, 2793,96 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 619,13 manat isə kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 7646,47 manat məbləğində kredit borcunun, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti “VAZ-21703” markalı (Tip-sedan, buraxılış ili 2013, Ban-0437665), ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********278 saylı xx.xx.2019-cu il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh1 27 may 2019-cu il tarixə kredit üzrə borcu cəmi 7646,47 manat təşkil edir. Bundan 4233,38 manat əsas borc, 2793,96 faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 619,13 manat faiz borcu təş kil edir.
6. Cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya münasibət bildirməmişdirlər.
7. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-2451/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia təmin edilmiş, 08 iyul 2013-cü il tarixli, 2254 saylı kredit müqaviləsi üzrə 4233,38 manat məbləğində əsas borcun, 2793,96 manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun, 619,13 manat isə kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 7646,47 manat məbləğində kredit borcunun, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" K B ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, tutmanın ipoteka predmeti olan «VAZ-21703” markalı (Tip-sedan, buraxılış ili 2013, Ban0437665), ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilnə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətinin 10000 (on min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu arasında kredit müqaviləsi, həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi və zaminlik müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Həmçinin Cavabdeh1 08 iyul 2013-cü il tarixli, 2254 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur.
9. Məhkəmə iddiaçının cavabdehdən Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 619,13 manat məbləğində borcun tələb etməsi ilə bağlı hesab etmişdir ki, bu təl əbin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
10. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlmişdir ki, Cavabdeh1 (borcalan) kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabd eh olan Cavabdeh2 öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan fərdi yaşayış evinin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır.
12. Məhkəmə hesab etmişdir ki, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiyməti 10000 (on min) manat həddində müəyyən edilməlidir. Belə ki, ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh1 arasında bağlanmış 08 iyul 2013-cü il tarixli, 2254 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus «VAZ-21703” markalı (Tip-sedan, buraxılış ili 2013, Ban-0437665), ** EV *** dövlət qey diyyat nişanlı avtomobil 10000 (on min) manat qiymətləndirilmişdir. Həmçinin həmin qiymət məhkəmədə mübahisə predmeti olmamışdır.
13. Məhkəmə həmçinin hesab etmişdir ki, ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" KB ASC-yə ödənilməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1, 425.1, 443.1, 445.1, 445.2, 445.2.1, 445.2.2, 448.1, 448.2, 472.1, 472.2, 472.3-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiy a instansiyası məhkəməsindəki icraat
15. İddiaçı qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin əmlakın ilkin satış qiymətinin təyin olunması hissəsində ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən həmin hissədə ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbinin həcmindən kənara çıxmışdır. İpoteka predmetini təşkil edən əmlak avtomobil olduğu üçün iddia tələbində həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi tələbi qoyulmamışdır. Belə ki, daşınar əmlak ipoteka predmeti olduğu halda, qətnamə üzrə həmin əmlakın ilkin satış qiymə tinin müəyyən edilməsi düzgün deyildir. Avtomobil hazırda duracaq meydançasında deyildir, gündəlik istifadədədir, kim tərəfindən və harada idarə edildiyi bilinmir, hazırda hansı texniki vəziyyətdə olması barədə məlumat yoxdur. Belə olan halda qətnamə üzrə ilkin satış qiymətinin qoyulması icra mərhələsində əlavə çətinliklər yaradacaqdır. İddia tələbinin həcmindən kənara çıxılmasından əlavə, qətnamədə qeyd edilən qiymət tamamilə əsassızdır. Belə ki, qətnamədə qeyd edilən 10000 manat qiymət heç bir ekspert rəyinə, əmlaka baxışa əsaslanmadan qoyulmuşdur. Həmçinin qanunun tələbinə əsasən tərəflərin razılığı olmadan, ekspertiza təyin etmədən əmlakın ilkin satış qiymətini müəyyən etmək mümkün deyildir. Məhkəmə əsassız olaraq əmlakın ilkin satış qiymətini 10000 manat müəyyən etmişdir.
17. Apellyas iya instansiya məhkəməsi tərəfindən avtomobilin likvid dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilərərk ekspertizanın aparılması “B+Ş Audit”MMC-nə həvalə edilmiş, lakin avtomobilin yeri və mövcudluğu müəyyən edilmədiyinə görə qərardad icrasız geri qaytarılmışdır.(iş v 119)
18. Məhkəmə yenidən ekspertiza təyin edərək, avtomobilin likvid dəyərinin müəyyən edilməsi, avtomobilin ekspertizaya təqdim edilməsi mümkün olmadıqda isə işdə olan sənədlər əsasən aşınma dərəcəsi nəzərə alınmaqla avtomobilin likvid dəyərinin müəyyən edilməsi barədə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir.
19. Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2022-ci il tarixli, 9/2945 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, “VAZ-21703” markalı, 2013-cü il buraxılışlı, normal vəziyyətdə saxlanılmış, istifa dəyə yararlı avtomobilin likvid dəyəri 9000 manatdır. Rəydə göstərilmişdir ki, avtomobil ekspertiza tədqiqatına təqdim edilmədiyindən ona baxış keçirmədən faktiki olaraq avtomoblin hazırda istismar nəticəsində hansı vəziyyətdə olmasını müəyyən etmək mümkün deyildir.
20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-214/2022 nömrəli, 04 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X3 (sədrlik edən və məruzəçi), X1 və X2) iddiaçı ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2451/2021 saylı qətnaməsinə ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinə aid hissə də dəyişiklik edilməsi, Cavabdeh1 məxsus, buraxılış ili 2013-cü il olan “VAZ-21703” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda ilkin satış qiymətinin 9000 (doqquz min) manat müəyyən edilməsi, qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin təyin olunmasına aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiymətinin təyin olunmasına aid hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlsə də, Cavabdeh1 məxsus, buraxılış ili 2013-cü il olan “VAZ-21703” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti dəyişdirilərək 9000 manat müəyyən edilməlidir.
22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.2, 269.4, 270, 295, 317, 385.1, 442, 443.1, 445.1, 445.2, 448.1, 448.2, 449.4, 739, 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 4.1, 33, 34.1, 34.1.1, 34.1.2, 39.3.3-cü, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 3, 5.7, 5.8, 6.2-ci, “MPM-in 88, 384.0.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı LPO "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək, qətnamənin əmlakın ilkin satış qiymətinin təyin olunması hissəsində ləğv olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya və apellyasiya məhkəmələri iddia tələbinin həcmindən kənara çıxmışdır. Belə ki, ipoteka pred metini təşkil edən əmlak avtomobil olduğu üçün iddia tələbində həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi tələbi qoyulmasa da hər iki məhkəmə, ekspertiza rəylərinə əsasən avtomobilin ilkin satış qiymətini müəyyən etmişdir.
25. Həmçinin Sumqayıt Apellyasiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Belə ki, ipoteka predmeti olan avtomobilin kimin istifadəsində olması, hansı texniki vəziyyətdə olması, ümumiyyətlə hazırda mövcud olub-olmaması müəyyən olunmadığı halda, hətta avtomobilin müəyyən edilməsinə cəhd belə edilmədən, nəzəri olaraq avtomobilin dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə ekspertizası təyin edilmiş, qiymətləndirmə ekspertizasının rəyinə əsasən avtomobilin ilkin satış qiyməti müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, bu hal gələcəkdə icra mərhələsində əlavə çətinliklər yaradacaqdır. Belə ki, qətnamənin icrası zamanı bu avtomobil tapılıb hərrac yolu ilə satışa çıxarıldığı halda belə ilkin satış qiymətinin 9000 manat olması onun hərrac yolu ilə realizə edilməsinin qarşısını alacaqdır. Belə olan halda isə ipoteka haqqında qanunvericiliyin tələblərinə əsasən sözügedən avtomobili tələbkar balansa götürməlidir. Balansa götürülən zaman isə avtomobilin ilkin satış qiymətinin yüksək müəyyən olunması iddiaçının qanunla qorunan maraqlarını pozur. b)
26. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İpo teka haqqında” Azərbaycan Respublikası Qanunu
27. Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
28. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunu
29. Maddə
3. Qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmla k qiymətləndirmə fəaliyyətinin obyektidir.
30. Maddə 6.2. Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yo xdur.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmü ş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Apellyasiya instansiyasının qətnaməsi yalnız ipotekanın ilkin satış qiymətinin müəyyən edilməsinə aid olduğundan hazırkı kassasiya şikayətinin dəlilləri əsasında apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayəti üzrə mübahisələndirilən ipotekanın satış qiyməti hissəsi üzrə hesab edir ki, apelly asiya məhkəməsi tərəfindən maddi və prosesual hüquq normalarının tələblərinə əməl edildiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
44. Belə ki, işdən görünür ki, ipoteka predmetinin qiyməti tərəflərin bağladıqları xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsində 10.000 manat olaraq razılaşdırılmış, iddiaçı məhkəmə prosesi gedişində həmin qiymətlə razılaşmadığını bəyan etmiş və apellyasiya baxışında ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur.
45. Apelyasiya instansiyası məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinə dair ekspertiza təyin edilərkən ekspert qarşısında əmlakın likvid qiymətinin müəyyən olunmasına dair sual qoyulmuş, ekspert avtomobilin ekspertizaya təqdim edilmədiyi nəzərə alaraq, baxış keçirilmədən faktiki olaraq avtomobilin hazırda istismar nəticəsində hansı vəziyyətdə olmasını müəyyən etməyin mümkün olmadığını, buna görə də istismarda olan avtomobilin nəzəri hesablama yolu ilə avotomobilin qeydiyyat şəhadətnaməsindəki göstəricilər əsasında eyni markalı, eyni buraxılışlı normal vəziyyətdə saxlanılmış istifadəyə yararlı avtomobilin likvid dəyərinin 9.000 manat müəyyən etmişdir.
46. Məhkəmə kollegiyası kassasiya şikayətinin ipotekanın ilkin satış qiyməti ilə bağlı tələb olmadığı halda, məhkəmənin bu qiyməti müəyyən etməsinin iddia tələbindən kənara çıxma kimi qyimətləndirilməsi və bu hissədə qətnamənin ləğv edilməsi barədə dəlilini əsassız hesab edir.
47. Belə ki, məhkəmənin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipotekanın ilkin sa tış qiymətini müəyyən etməsi “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsindən irəli gələn imperativ bir tələbdir və bu hal Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 218.3-cü maddəsində nəzərdə tutulmuş hakimin iddia tələblərindən kənara çıxmasına əsas verən qanunda göstərilən müstəsna haldır.
48. Buna görə də, kassasiya şikayətinin qətnamədə ümumiyyətlə ipotekanın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğvi tələbi əsassızdır.
49. Apellyasiya məhkəməsinin ipoteka predmetinin yerinin müəyyən edilməsinə cəhd etmədən, avtomobilə baxış keçirilmədən qoyulmuş nəzəri qiyməti əsas götürməsi barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmetinin yerinin müəyyən edilməsi məhkəmənin səlahiyyəti deyildir, məhkəmə sadəcə tərəflə rin bu barədə müvafiq ərizələri əsasında avtomobilin üzərinə həbs qoymaq və digər zəruri müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilərdi ki, bu barədə ipotekasaxlayan kimi iddiaçının hər hansı bir ərizəsi olmamışdır.
50. Həmçinin iddiaçı həmin avtomobilin dəyərinin daha az olması, rəyin düzgün olmaması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir.
51. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış, məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
52. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilə nlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı LPO "xxxx" Kommersiya Bankı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-214/2022 nömrəli, 04 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.