Məhkəmə qərarları › İş №2(102)-1654/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1654/2025

12.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1654/2025 12.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh (Abşeron Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) qarşı tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsi və fərdi yaşayış evinin boşaldılaraq çıxarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-5434/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 18 iyun 2008-ci il tarixli, 706 №-li sərəncamına əsasən Abşeron rayonunun X18 Fondunda saxlanılmış torpaqlardan Hövsan Südçülük KTMİ müəssisəsi ərazisindən sahibkarlıq tikinti məqsədilə 1,5 hektar 99 il müddətinə icarə qaydasında İddiaçı torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədlərinin təsdiq edilməsi qərara alınmışdır.

2. Abşeron rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış 18 iyun 2008-ci il tarixli, 706 nömrəli icarə müqaviləsinə əsasən 1,5 ha torpaq sahəsi 99 il müddətinə sonuncuya icarəyə verilmişdir.

3. Azərbaycan Respublikasının Dövlət Torpa q və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı verilmiş torpaq sahəsinin planı və ölçüsü haqqında sənədinə əsasən, Abşeron rayon İHB-nın 18 iyun 2008-ci il tarixli 706 nömrəli Sərəncamı və 18 iyun 2008-ci il tarixli 706 nömrəli icarə müqaviləsi əsasında Abşeron rayonu Hövsan qəsəbəsində 15000.36 kv.m torpaq sahəsi İddiaçı adına X15 kitabında 02 sentyabr 2009-cu il tarixdə 13003 nömrə ilə uçota alınmışdır. 4. 30 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, X3 DİN-in 102 “Xidməti-Zəng” mərkəzi sisteminə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. 5. 19 oktyabr 2023-cü il tarixli aktının surətinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları baş məsləhətçi-müfəttiş X7, aparıcı məsləhətçi X14 və məsləhətçi X8 iştirakı ilə aktı tərtib etmişlər, ona görə ki, Suraxanı rayonu, Südçülük Sovxozunda yerləşən (39T X422881: Y4473852 nömrəli koordinatlar) yaşayış məntəqələri təyinatlı, dövlət mülkiyyətində olan təxminən 0.03 ha torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsi faktı aşkar edilmişdir. Araşdırma zamanı tikinti işlərinin Rüstəm adlı şəxs tərəfindən müvafiq qurumların icazəsi eləcə də, torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər olmadan aparıldığı müəyyən edilmişdir. Qeyd olunan torpaq sahəsinin dövlət qeydiyyatından keçib-keçməməsini müəyyənləşdirmək üçün Milli Qeydiyyat Sisteminin və Necas proqramının bazasında yoxlanılmış, lakin məlumatlar əldə olunmamışdır. İş üzrə qəbul ed ilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı məhkəməyə müraciət edərək, özünə məxsus olan torpaq sahəsində inşa etdiyi evdən və həmin torpaq sahəsindən cavabdeh və ailəsinin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus olan torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evi inşa etdirmişdir. Həmin ev cavabdeh və ailə tərəfindən özbaşına zəbt edilmişdir. Cavabdeh hazırda həmin evdən və torpaq sahəsinin 9 sota yaxın hissəsindən heç bir qanuni əsas olmadan istifadə edir. Dəfələrlə cavabdehdən evdən çıxması tələb olunsa da, məhəl qoymamışdır. Hətta, cavabdeh həyətdə olan iddiaçının öz vəsaiti hesabına aldığı tikinti avadanlıqlarını, o cümlədən su çənlərini satmışdır. Cavabdeh saxta sənədlərlə ona məxsus torpaq sahəsini qanunsuz yolla əldə etmək istədiyi üçün polisdə araşdırma aparılmış və ona qanunsuz əməllərinə görə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq cavabdehin özbaşınalığı hələ də davam edir.8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı istifadəsinə verilmiş Abşeron rayon Hövsan Südçülük KTMİ müəssisəsi ərazisində yerləşən 1,5 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyata alınmamışdır. Lakin məhkəmə tərə findən təqdim olunmuş iş materiallarında ləğv olunmuş DTXK-si tərəfindən İddiaçı verilmiş 1.5 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə İddiaçı nümayəndəsi tərəfindən tanıdılan torpaq sahəsi üst-üstə düşür. Məhkəmə tərəfindən təqdim olunmuş iş materiallarında ləğv olunmuş DTXK-si tərəfindən İddiaçı adına verilmiş 1,5 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə İddiaçı nümayəndəsi tərəfindən tanıdılan torpaq sahəsindən əlavə (zəbt olunmuş) torpaq sahəsindən istifadə etmir. Məhkəmə tərəfindən təqdim olunmuş iş materiallarında ləğv olunmuş DTXK-si tərəfindən İddiaçı verilmiş 1.5 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşür.

8. Azərbayca n Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 fevral 2024-cü il tarixli, 3-16-/2-10/8125 mömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Sahib Şərifovun tərtib etdiyi 27 sentyabr 2023-cü il tarixli, 321-3- 32/2-11538/2023 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı istifadəsinə verilmiş X13 KTMİ müəssisəsi ərazisində yerləşən 1.5 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyata alınmamışdır. Lakin məhkəmə tərəfindən təqdim olunmuş iş materialla rında ləğv olunmuş DTXK-si tərəfindən İddiaçı verilmiş 1.5 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə İddiaçı nümayəndəsi tərəfindən tanıdılan torpaq sahəsi üst-üstə düşdüyü müəyyən edilmişdir. İş materiallarında olan ləğv olunmuş DTXK-si tərəfindən İddiaçı adına verilmiş 1.5 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə İddiaçı nümayəndəsi tərəfindən tanıdılan torpaq sahəsindən əlavə (zəbt olunmuş) torpaq sahəsindən istifadə etmədiyi müəyyən edilmişdir. İş materiallarında olan ləğv olunmuş DTXK-si tərəfindən İddiaçı adına verilmiş 1.5 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi üstüstə düşdüyü müəyyən edilmişdir.

9. Cavabdeh izahatında iddia tələbin i qəbul etmədiyini, evin iddiaçı tərəfindən deyil, Rüstəm adlı şəxs tərəfindən tikildiyini, evin sonuncu tərəfindən tikilməsi barədə məhkəməyə sənəd təqdim etməsini, eyni zamanda sözügedən 1.5 ha torpaq sahəsinin yaşayış evlərindən ibarət olduğunu bildirmişdir.

10. Suraxanı Rayon Məhkəməsinin (hakim Leyla Talıbova)xx.xx.2024-cü il tarixli, 2(010)- 27/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf məhkəməyə həmin torpaq sahəsinin onun istifadəsinə verilməsi barədə müəyyən sənədləri təqdim etmiş, həmçinin aparılmış ekspertiza rəyinə əsasən İddiaçı adına verilmiş 1,5 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi üstüstə düşdüyü müəyyən edilmişdir. Cavabdeh tərəf isə h əmin torpaq sahəsinin ona ayrılması barədə hər hansı bir sübut təqdim etməmişdir. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmiş və məktubla ona cavab verilmişdir ki, xidmətin əməkdaşları tərəfindən araşdırma aparılan zaman sözü gedən ərazidə vətəndaş S. Əsədovanın icarəsində olan 1,5 hektar torpaq sahəsində əvvəlki illərdə naməlum şəxslər tərəfindən fərdi yaşayış evlərinin inşa edilməsi faktı müəyyən edilmişdir. Hazırkı halda İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə dair sərəncam mövcuddur və həmin sərəncam əsasında icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X15 kitabında xx.xx.2009-cu il tarixdə 13003 nömrə ilə İddiaçı adına 15000,36 kv.m torpaq sahəsi sahibkarlıq tikinti məqsədilə qeydiyyata alınmışdır. İddiaçı icarəçi kimi həmin torpaq sahəsi üzərində bir sıra hüquq və vəzifələrə malikdir, həmçinin dövlət mülkiyyətində olan torpaq sahəsi özəlləşdirildiyi halda həmin sahənin ilk növbədə ona təklif edilməsini icarəyəverəndən tələb etmək barədə qanuni gözləntiyə malikdir. Cavabdeh tərəf mübahisəli torpaq sahəsini sovxoz tərəfindən verilmiş sənədlər əsasında aldığını və ona məxsus olduğunu iddia etsə də, həmin torpaq sahəsinin onun istifadəsinə ayrılması barədə məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddia tələbi təmin olunmalı və hazırkı mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1 35.4, 139.1, 139-1, 157.2, 157.8, 158.1, 158.2, 158.4, 180.1, 180.3, 706.1, 706.2, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 12, 13, 84, 111- ci maddələrinə, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4, 12, 22, 23, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0, 8.0.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2. 77.1, 88, 217.3. 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozu ə razisində yerlşən torpaq sahəsini 2010-cu ildə almış və orada ev tikmişdir. Həmin vaxt torpaq sahəsini Cavabdeh üçün onun əmisi X12 almışdır. 2012-ci il tarixdən mübahisəli evin elektrik sayğacı qoyulmuşdur. X1 adında olmuş, 2021-ci ldə Cavabdeh öz adına keçirmişdir. Qaz sayğıacı 2017-ci ildən X9 adında olmuş, 2021-ci ildən Cavabdeh adına keçirilmişdir. Bu barədə müqavilələr və qəbzlər vardır. Lakin torpaq formal olaraq İddiaçı adına olmuş, 1,5 hektar torpaq sahəsini ayr-ayrı şəxslərə satmışlar. X2 adlı şəxs torpağın onun olduğunu bildirmiş və əvvəlki alqı-satqıları ləğv etmişdir. Suraxanı RPİ 30-cu PŞ-nin təhqiqatçısı Şəhriyar Babayevin 30 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında qeyd olunur ki, izahatı alınmış vətəndaş X11 bidirmişdir ki, ərazi ni 2008-ci ildə qohumu İddiaçı adına almışdır. Torpaq sahəsi icarə qaydasında İddiaçı torpaq sahəsi ayrılsa da, həmin torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 18 İyun 2008-ci il tarixli 706 saylı sərəncamı sənədlər hal-hazırda qüvvədə olub-olmaması məlum deyildir. Hal-hazırda həmin ərazinin Suraxanı rayonuna məxsus olması barədə heç bir sənəd yoxdur. Məhkəmə nəzərə almamışdır ki, torpaq sahəsi mübahisəli olsa da, fərdi yaşayış evi Cavabdeh tərəfindən tikilmişdir. İddiaçı da həmin evin onun tərəfindən neçənci ildə tikilməsi və evin ona məxsus olması barədə heç bir sənəd təqdim etməmişdir. Əgər mübahisəli ev İddiaçı tərəfindən tikilmişdirsə, onda necə olub ki, evin qaz və elektrik sayğacları onun adına deyil, əvvəlcə Cavabdeh qohumlarının, sonra da öz adına olmuşdur.

15. Apellyasiya icraatı zamanı məhkəmənin sorğusu əsasında “Azəriqaz” İB tərəfindən təqdim olunmuş sənəddə, Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ev 0019 mənzil 0800-da qaz sayğacının cavabdehin adına rəsmiləşdirildiyi, lakin müqavilənin bağlanması üçün əsas olmuş sənədlərin mövcud olmadığı qeyd olunmuşdur.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: Fərrux H.Qasımov – sədrlik edən və məruzəçi, Günay T.Axundova, Xəyal Ə.Sarıyev) xx.xx.2024cü il tarixli, 2(103)-5434/2024 nömrəli qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin ilkin dəlilini o təşkil edir ki, Cavabde h Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozu ərazisində yerlşən torpaq sahəsini 2010-cu ildə almış və orada ev tikmişdir. Lakin iş materiallarına bu xüsusatı təsdiq edən hər hansı bir mötəbər sübut əlavə olunmamışdır. Cavabdeh həmin torpaq sahəsinin əmisinin adına ayrıldığını bildirsə də, qeyd etmək lazımdır ki, İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə dair sərəncam mövcuddur, həmin sərəncam əsasında icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq olunmuşdur və ən əsası da Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X15 kitabında xx.xx.2009-cu il tarixdə 13003 nömrə ilə İddiaçı adına 15000,36 kv.m torpaq sahəsi qeydiyyata alınmışdır. İddiaçının torpaq sahəsi üzərində hüquqlarını təsdiq edən sənədlər, xüsusilə də X15 kitabında torpaq sahəsinin qeydə alınmasını təsdiq edən sənəd hal - hazırda da qüvvədədir.

18. Digər dəlil isə koomunal xidmətlərə görə sayğacların cavabdehin adına qeydə alınması ilə bağlıdır. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etmişdir ki, bu barədə hər hansı bir sübut birinci instansiya məhkəməsinə təqdim olunmamışdır. Halbuki, MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Sonradan təqdim olunmuş abonent kodlarının isə hazırkı ünvana aidiyyatını müəyyən etmək mümkün deyildir. Onu da qeyd etmək lazımdır ki, həmin abonent kodları Hövsan qəsəbəsinə deyil, Binə qəsəbəsinə aiddir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, bu sənədlərin torpaq sahəsi üzərində hər hansı bir hüququnu müəyyən edən sənəd kimi qiymətləndirilməsi mümkün deyildir.

19. Şikayətin dəlillərindən biri kimi istinad olunan Suraxanı RPİ 30-cu PŞ-nin təhqiqatçısı Şəhriyar Babayevin 30 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından ki, cavabdehin bacısı X4 izahatında torpaq sahəsini qardaşı Əliniyazla birlikdə əmisi X6 almış, sonuncu onlara Bakı şəhərində torpaq almaq adı ilə 80000 avro pul alara q əvəzində 3 ədəd sovxoz sənədini vermiş, lakin sonradan sənədlərin saxta olmasını və torpaq sahəsinin başqa sahibi olduğunu bilmişlər. Qeyd olunan izahatın məzmunu ilə də təsdiq olunur ki, cavabdehin mübahisə predmeti olan torpaq sahəsi üzərində hüquqlarını müəyyən edən hər hansı bir sənəd mövcud deyildir və onlara təqdim edilən sənədlərin saxta olması özlərinə də məlumdur.

20. Ərazi aidiyyəti ilə bağlı şikayətin dəlilini qiymətləndirərək məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi əvvəllər Abşeron rayonuna təhkim edilmiş torpaqlara aid olsa da, həmin ərazi (Hövsan qəsəbəsi) inzibati cəhətdən Bakı şəhərinin Suraxanı rayonuna aiddir və işə baxılarkən ərazi aidiyyətinin pozulmasına yol verilməmişdir.

21. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin d əlilləri ilə razılaşmamış və qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

22. Apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139-1.1, 157.2, 157.8, 158.1, 158.2, 158.4, 180.1, 180.3, 706.1, 706.2, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84, 111- ci maddələrinə, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu nun 4, 12, 22, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0, 8.0.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2. 77.1, 78.1, 217.1. 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5434/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin tam ləğv edilməsi və mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı bildirir ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə Abşeron rayonunun X18 Fondunda sax lanılmış torpaqlardan Hövsan Südçülük KTMİ müəssisəsi ərazisindən sahibkarlıq tikinti məqsədilə 1.5 hektar 99 il müddətinə icarə qaydasında ona torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsünə dair sənəd verilmiş və torpaq sahəsinin koordinatları müəyyən olunmuşdur. Cavabdeh və onun ailəsi isə iddiaçıya məxsus evi və torpaq sahəsini zəbt edərək qanunsuz şəkildə istifadə edirlər. Lakin Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi S üdçülük sovxozu ərazisində yerlşən torpaq sahəsini 2010-cu ildə almış və orada ev tikmişdir. Həmin vaxt torpaq sahəsini Cavabdeh üçün onun əmisi X12 almışdır. 2012-ciil tarixdən mübahisəli evin elektrik sayğacı qoyulmuşdur. X1 adında olmuşdur. 2021-ci ldə Cavabdeh öz adına keçirmişdir. Qaz sayğacı 2017-ci ildən X9 adında olmuşdur. 2021-ci ildən Cavabdeh adına keçirilmişdir. Bu barədə müqavilələr və qəbzlər vardır. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 18 İyun 2008-ci il tarixli 706 saylı sərəncamı ilə Abşeron rayonunun X18 Fondunda saxlanılmış torpaqlardan Hövsan Südçülük KTMİ müəssisəsi ərazisindən sahibkarlıq və tikintiməqsədi ilə 1.5 hektar 99 (doxsan doqquz) il müddətinə icarə qaydasında İddiaçı torpaq sahəsi ayrılmışdır. Lakin torpaq formal olaraq İddiaçı adına olmuşdur. Əslində bir qrup torpaq alverçiləri bu işlə məşğul olmuşdur. Həmin əraziyə əvvəlcə başqa şəxslər nəzarət etmişdir. 1.5 hektar torpaq sahəsini ayr-ayrı şəxslərə satmışlar. Sonradan aralarında mübahisə yaranmış, X11 adlı şəxs torpağın onun olduğunu bildi rmiş və əvvəlki alqı-satqıları ləğv etmişdir. Hətta işdə olan Suraxanı RPİ 30-cu PŞ-nin təhqiqatçısı Şəhriyar Babayevin 30 aprel 2022-ci il tariuxli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında qeyd edilir ki, izahatı alınmış vətəndaş X11 bidirmişdir ki, ərazini 2008-ci ildə qohumu İddiaçı adına almışdır. Torpaq sahəsi icarə qaydasında İddiaçı torpaq sahəsi ayrılsa da, həmin torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 18 iyun 2008-ci il tarixli 706 saylı sərəncamı, sənədlər hal-hazırda qüvvədə olub-olmaması məlum deyildir. Ərazi aidiyyəti məsələsi də pozulmuşdur. Halhazırda həmin ərazinin Suraxanı rayonuna məxsus olması barədə heç bir sənəd yoxdur. Məhkəmə nəzərə almamışdır ki, torpaq sahəsi mübahisəli olsa da, fərdi yaşayış evi Cavabdeh tərəfindən tikilmişdir. İddiaçı da həmin evin onun tərəfindən neçənci ildə tikilməsi və evin ona məxsus olması barədə heç bir sənəd təqdim etməmişdir. Əgər mübahisəli ev İddiaçı tərəfindən tikilmişdirsə, onda necə olub ki, evin qaz və elektrik sayğacları onun adına deyil, əvvəlcə Cavabdeh qohumlarının, sonra da öz adına olmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçı torpaq sahəsində yerlşən evin onun tərəfindən tikildiyini bildirsə də, bununla əlaqədar heç bir sübut təqdim etməmiş, evi neçənci ildə tikdiyini sübut edə bilməmişdir. Halbuki cavadeh 2010-cu ildə torpaq sahəsini almış və orada ev tikmişdir. Apellyasiya instansiyası məhkəməsinin iddiaçının mübahisəli ev üzərində sahibliyinin qanuni olub-olmamasını, həmin evə əmlak hüquqlarının mövcud olduğunu araşd ırmadan və gəldiyi nəticəni əsaslandırmadan, yalnız iddiaçının formal tələblərinə istinad etməklə cavabdehin həmin evdən çıxarılması barədə qərarı ədalətli hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, qətnamədə göstərilən dəlillər işin hallarına uyğun olmamış, sübutlara obyektiv, hərtərəfli və tam baxmamış, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sübutları lazımı şəkildə araşdırmamış və həmin sübutlara lazımı hüquqi qiymət verməmişdir və nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.

25. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 15 8.4, 180.1, 180.2, 560.2, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 217.3cü maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

28. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməs inin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

30. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

31. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ.

32. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

33. M addə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

34. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

35. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçü

36. Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.

37. Maddə 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

38. Maddə 84.

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutu lmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

39. Maddə 111.

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu:

40. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus ola n daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların t əqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol ver ilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq müna sibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası əlavə hüquqi dəyərləndirməyə lüzum görmür və apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

56. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2024-cü il tarixli 2(103)-5434/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar