Məhkəmə qərarları › İş №2(102)-1655/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1655/2024

31.05.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1655/2024 31.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19inə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi və işə bərpa (ƏM-nin 70-ci maddəsinin ç bəndi), məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19ə qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2421/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2011-ci il tarixdə Naftalan şəhər xəstəxanasına qeydiyyatçı tibb bacısı vəzifəsinə təyin edilmiş, xəstəxananın baş həkiminin xx.xx.2013-cü il tarixli əmri ilə tutduğu vəzifədən azad edilmişdir; -xəstəxananın baş həkiminin xx.xx.2014-cü il tarixli əmri ilə həmin tarixdən qismən ödənişli sosial məzuniyyət yerinə müvəqqəti tibb bacısı vəzifəsinə təyin edilmişdir; -xəstəxananın baş həkiminin xx.xx.2015-ci il tarixli əmri ilə həmin tarixdən daimi tibb bacısı vəzifəsinə keçirilmişdir; -“Naftalan Şəhər M ərkəzi Xəstəxanası” X19in direktor vəzifəsini icraedicisinin xx.xx.2023-cü il tarixli əmri ilə həmin tarixdən əmək müqaviləsi əsasında Tibb bacıları şöbəsinin böyük tibb bacısı vəzifəsinə yerdəyişmə edilmiş və TTTY şöbəsi üzrə öhdəliklərin yerinə yetirilməsi həvalə edilmişdir; 2. “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19in direktorunun “böyük tibb bacısının üzərində olan bütün dərman vasitələrinin təhvil-təsliminə dair” 12 aprel 2023-cü il tarixli PHŞ-6-62/3-1-113/2023 saylı əmrindən görünür ki, TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı üzərində olan bütün dərman preparatlarının TTTY şöbəsinin müdiri X4 təhvil təslim edilməsi barədə X14 - Dəstək xidməti şöbəsinin müdiri, X16 - ümumi şöbənin müdiri, X10 baş tibb bacısı, X18 - böyük tibb bacısı və X17 – mühasibdən ibarət tərkibdə komissiya yar adılmış, əmrin icrasına nəzarət TTTY şöbəsinin müdiri X4 həvalə edilmişdir. 3. “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19in direktorunun 13 aprel 2023-cü il tarixli PHŞ-6-62/3-1-120/2023 №li “TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı üzərində olan narkotik tərkibli və psixotrop dərman preparatlarının TTTY şöbəsinin şöbə müdiri Hikmət İbrahimova təhvil-təslim edilməsinə dair əmrin təsviri hissəsinə əlavə”də göstərilir ki, Naftalan şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13-99/2-2222/2023 nömrəli TƏBİB-in icraçı direktoru cənab Vüqar Qurbanova ünvanlanmış məktubda göstərilən cinayət xarakterli -faktlar, yəni İddiaçı xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4 (mənimsəmə və ya israf etmə) maddələri ilə 3 il müddətində azadlıqdan məhr um etmə cəzasına, təkrarən xx.xx.2013-cü il tarixdə AR CM-nin 243.1, 244.2.1 və 66.3 (fahişəliyə cəlb etmə, əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi göstərilmişdir. Eyni zamanda İddiaçı tərəfindən müəssisədaxili nizam-intizam qaydalarını pozaraq nüəssisəyə gəlmiş Polis əməkdaşları ilə mübahisə etməsi, onların qarşısına əmək funksiyasına aid olamayn tələblər qoyması Xəstəxananın iş ahənginin pozulmasına səbəb olmuşdur.

4. İddiaçı yuxarıda göstərilən AR CM-nin 179.2.2, 179.2.3 və 179.2.4 ( mənimsəmə və ya israf etmə) maddələri ilə 3 il müddətində azadlıqdan məhrum edilməsini nəzərə alaraq onun üzərində narkotik tərkibli və psixotrop dərman preparatiarının və digər ləvazimatların maddi məsuliyyətin qoyulmasını məqsədə uyğu n və mümkün hesab etmirəm. Göstərilənləri nəzərə alaraq - əmr edirəm: TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı üzərində olan narkotik tərkibli və psixotrop dərman preparatlarının və digər ləvazimatlar TTTY şöbəsinin şöbə müdiri Hikmət İbrahimova təhvil-təslim edilsin. Əsas: TƏBİB-in xx.xx.2023-cü il tarixli PHŞ-6/2-1762/2023 nömrəli məktubu və Naftalan şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13-99/2-2222/2023 nömrəli məktubu (i.v.46). 5. “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19in direktoru tərəfindən imzalanmış 20 aprel 2023-cü il tarixli, PHŞ-6- 62/3-1-134/2023 saylı əmrdən görünür ki, “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19də xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə tibb xidmətinin təşkilinin monitoringi nəticəsində aşkar olunan nöqsanlara görə həkim məsləhət komissiyasının səd ri, terapiya şöbəsinin müdiri – X6, terapiya şöbəsinin böyük tibb bacısı X7 və təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin böyük tibb bacısı – İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir.

6. X3 25 aprel 2023-cü il tarixdə vermiş olduğu izahatda göstərilir ki, 24 aprel 2023cü il tarixdə TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı mənim icazəm olmadan xəstəxana aptekindən dərman preparatları götürmüşdür.

7. X3 27 aprel 2023-cü il tarixdə “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19in direktoruna yazdığı məlumatda göstərilir ki, xx.xx.2023-cü il tarixdə 13:00-da şöbənin böyük tibb bacısı İddiaçı heç bir tələbnamə verilmədən və “mənim icazəm olmadan” xəstəxananın aptekindən spazmalqon 5 qutu, metoqlopramid 5 qutu, eqilon 5 qutu, furasemid 5 qutu və dimedrol 4 ampula götürərək şöbəyə gətirmiş tibb bacılarına paylayarkən xəbəri olmuşdur. Həmin dərmanlar qanunsuz götürüldüyü üçün aptekə geri qaytarılmışdır. Həmin vaxtı İddiaçı şöbənin kollektivi qarşısında onun iş masasının üzərində olan sənədləri yerə atmış. Onu təhqiramiz sözlərlə təhqir etmişdir. 8. “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19də baş tibb bacısı işləyən X1 27 aprel 2023-cü il tarixdə vermiş olduğu izahatında göstərmişdir ki, 24 aprel 2023-cü il tarixdə TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı heç bir tələbnamə olmadan spazmalqon 5 qutu, metoqlopramid 5 qutu, eqiloq 5 qutu, furasemid 5 qutu, dimedrol ampula və plastr 3 qutu vermişdir. Sonra TTTY şöbəsinin müdiri Hikmət İbrahimov onun yanında olarkən İddiaçı gəlmiş və onlar bir-birinə sə slərini yüksəltmişlər. O, onları sakitləşdirməyə çalışmış, sonra verdiyi dərmanları geri istəmiş və dərmanları götürərək aptekə aparmışdır. 9. “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19in direktoru tərəfindən “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19 ilk HTK-nın sədrinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 97 saylı məktubda göstərilir ki, xəstəxananın TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı dəfələrlə, mütəmadi olaraq müəssisə daxili intizam qaydalarını pozur və əmək müqaviləsi üzrə əmək funksiyasını layiqincə yerinə yetirmir. Şöbədə dava-dalaş salmaqla digər işçilərinin əmək funkiyasını yerinə yetirməyə maneçilik törədir. Bu da şöbənin eləcədə xəstəxananın bütün işçilərinin haqlı narazılıqlarına səbəb olur. Göstərilənləri nəzərə alaraq İddiaçı əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” b əndinə əsasən xitam veriməsinə öz münasibət bildirməyinizi xahiş edirəm. 10. “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19 İHT-nın sədri tərəfindən “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19 TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 103 saylı məktubda göstərilir ki, “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19in direktoru tərəfindən xx.xx.2023-cü il tarixli 97 saylı məktubu ilə sizin əmək funksiyanızı layiqincə yerinə yetirməməyiniz və müəssisə daxili intizam qaydalarını pozduğunuza görə barənizdə intizam tənbehi tətbiq edilərək, AR ƏM-nin “70”-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə müraciət daxil olmuşdur. Odur ki, 01 may 2023-cü il tarixdə müəssisə İHT komitəsinin iclasına dəvət olunursunuz. İclasda iştirak etmədiyiniz halda siz in iştirakınız olmadan məktub müzakirə olunaraq, müvafiq qərar qəbul edilmişdir. 11. “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19 X9 127 nömrəli iclas protokolundan görünür ki, TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı Kəniş qızının müəssisə daxili intizam qaydalarını mütəmadi olaraq pozması və əmək funksiasını layiqincə yerinə yetirməməməsi barədə TTTY şöbəsinin müdiri X2 direktorunun adına yazılan xx.xx.2023cü il tarixli məlumatı xx.xx.2023-cü il tarixli iclasda müzakirə edilmiş və İddiaçı barəsində ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməmişdir. 12. “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19 X15 tərəfindən “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19inə ünvanlanmış 03 may 2023-cü il tarixli 104 nömrəli məktubdan görünür ki, HTK İddiaçı intizam t ənbehi olaraq ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə etiraz etməmişdir. 13. “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19in direktorunun 15 may 2023-cü il tarixli PHŞ-6-62/3-1-166/2023 №li əmrindən görünür ki, “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19in Tibb bacıları şöbəsinin təcili və təxirəsalınmaz tibbi yardım üzrə böyük tibb bacısı vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş əmrin ləğv olunmasına, işə bərpa və məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunduğu günədək ödənilməli olan əmək haqqının cavabdeh müəssisədən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh orqan işdən çıxarılma əmrini onunla əsaslandırmışdır ki, onun tərəfindən dəfələrlə daxili intizam qaydaları pozulduğuna görə ona xx.xx.2023-cü il tarixdə yazılı xəbərdarlıq edilmişdir. Xəstəxanada TƏBİB tərəfindən xx.xx.2023-cü il tarixində keçirilən monitorinq yoxlaması zamanı yol verdiyi nöqsanlara görə (əmək funksiyasını layiqincə yerinə yetirmədiyinə görə) xx.xx.2023-cü il tarixli PHŞ6-62/3-1-134/2023 əmrlə intizam tənbeh növü kimi “töhmət” verilmişdir. Lakin verilən intizam tənbehindən nəticə çıxarmayaraq İddiaçı xx.xx.2023-cü il tarixdə tələbnamə olmadan aptekdən dərmanlar götürülməsinin onun səlahiyyətində olmamasını v ə dərmanların sənədsiz götürülməsini irad tutmaqla həmin dərmanların yenidən aptekə geri qaytarılması ondan tələb edilmişdir. Lakin İddiaçı nümayişkaranə şəkildə, kollektivin gözü qarşısında müəssisə daxili intizam qaydalarını pozmaqla X5 təhqir etmiş və nalayiq ifadələr işlətmişdir. Baş vermiş hadisə barədə TTTY şöbəsinin müdiri X8 xəstəxanın direktorunun adına xx.xx.2023-cü il tarixdə məlumat yazmışdır. Məlumatın əsasında araşdırma aparılaraq xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Müəssisənin həmkarlar təşkilatının sədri Y.İ.Nəcəfovaya İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq bildirilməsi barədə müraciət olunmuş və X9 xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən xx.xx.2023-cü il tarixli məktubla İddiaçı intizam tənbehi olaraq əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir. Qeyd olunan əsaslarla işdən çıxarılması qanunsuz və əsassızdır. Məlumat üçün qeyd olunmalıdır ki, xx.xx.2020-ci il tarixdə vətən müharibəsi başlayarkən həmin xəstəxana hərbi hospital elan olunmuşdur. O, xx.xx.2020-ci il tarixədək tibb bacısı kimi əsgər və zabitlərə xidmət göstərmişdir. Bununla bağlı olaraq hərbi biletində qeydlər aparılmışdır. Əlavə olaraq fəxri fərmanlarla təltif edilmişdir. Onun iş fəaliyyəti təkcə əsgər və zabit qardaşlarına xidmət göstərilməklə bitməyib, ümumi əhaliyə göstərdiyi tibb xidmətinə görə də fəxri fərmanlarla təltif edilmişdir. xx.xx.2023-cü il tarixdə ona hər hansı yazılı xəbərdarlıq edilməmiş, ona şifahi xəb ərdarlıq edilmişdir. Ona şifahi xəbərdarlıq verilməsinə səbəb xx.xx.2023-cü il tarixdə DİN “102” xidmətinə müraciət etməsi olmuşdur. Müraciətinin səbəbi onunla bağlı olmuşdur ki, Daxili İşlər Nazirliyinə məxsus olan post patrul avtomobili xəstəxananın girişində təcili tibbi yardım maşınının yerində saxlanılmışdır. O, polis əməkdaşlarına avtomobildə ağır xəstə olduğunu bildirmişdir. Polislər isə onun dediklərinə məhəl qoymamışlar. Xəstənin sağlamlığını nəzərə alaraq avtomobilin çıxarılması ilə bağlı DİN-in 102 xidmətinə müraciət etmişdir. Bununla bağlı olaraq xx.xx.2023-cü il tarixdə şəxsən izahat yazmışdır. İkincisi, işlədiyi müddətdə ona hər hansı töhmət verilməmişdir. Onun əmrdə göstərilən xx.xx.2023-cü il tarixli töhmətdən xəbəri yoxdur. Əgər ona töhmət verilmişdirsə, bununla bağlı ol araq izahatı alınmalı idi. Töhmət elan edilməklə ona verilməli idi. Xəstəxananın aptekindən xx.xx.2023-cü il tarixdə tələbnamə olmadan hər hansı dərman preparatı götürməmişdir. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan da xəbəri yoxdur. Özlərindən tərtib etdikləri aktın heç bir istinad nöqtəsi ola bilməz. xx.xx.2023-cü il tarixdə X9 iclası keçirilməmişdir. Ən azından həmkarlar təşkilatı işçinin hüquqlarını müdafiə etdiyi üçün həmin iclasda onun iştirakını təmin etməli idi.

6. Cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini əsassız hesab edərək məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçının işdən azad olunmasına dair əmr qanuni və əsaslıdır. Belə ki, İddiaçı işdən azad olunan günə kimi qalmaqalların içərisində olmuş, daim xəstəxananın normal fəaliyyətinə mane olmuşdur. İclas keçirilərək etik davranış qaydaları hazırlanmış və kollektiv qaydalarla tanış edilmişdir. Lakin iddiaçı nalayiq ifadələr işlətmək və tabesizlik gəstərməklə daim bu qaydaları pozmuşdur. Halbuki xəstəxana bu hərəkətlərin xüsusi ilə yolverilməz sayıldığı bir yerdir. Hadisə baş verən gün xəstəxananın əczaçısı işləyən səxs üzrlü səbəbdən işdə olmamış, Bakı şəhərində olmuşdur. Bu səbəbdən həmin vaxt üçün əczaçının səlahiyyətlərinin yerinə yetirilməsi rəsmi əmr ilə baş tibb bacısı Məhəbbət xanıma həvalə olunmuşdur. Təlimat üzrə belədir ki, istənilən şöbə lazım olan dərman preparatlarını götürməli idisə, həmin dərmanlara uyğun tələbnamə yazmalı, həmin tələbnamə direktor tərəfindən təsdiq olunmalı, bundan sonra apetkdən dərman vasitələri şöbələrə göndərilməlidir. Yəni ki, tələbnamə olmadan dərman vasitələri aptekdən çıxarıla bilməz. Qeyd olunan məsələ ilə isə daha əvvəldən İddiaçı rəsmi əmr ilə dərman vasitələrinə münasibətdə məsul şəxs olmaqdan azad edilmiş, həmin məsələyə görə məsul şəxs şöbənin müdiri olan Hikmət İbrahimov təyin edilmişdi. Əczaçı səlahiyyətini yerinə yetirən Məhəbbət xanım isə izahat verərək bildirmişdir ki, İddiaçı səsküy ilə onun üzərinə gəlmiş, o isə özünü itirərək dərmanları ona vermişdir. Hikmət doktor İddiaçı ilə dərmanların özbaşına götürülməsi ilə bağlı mübahisə etdikdən sonra İddiaçı dərmanları qutu ilə birgə sərt şəkildə yerə çırpmış və dərmanlar yerə dağılmışdır. Dərhal sonra isə Məhəbbət xanım şəxsən özü dərmanları toplayaraq aptekə qaytarmışdır. Lakin İddiaçı yalan ifadə verərək bildirmişdir ki, guya dərmanları aptekə özü qaytarmışdır. Halbuk i İddiaçı maddi məsuliyyət üzərindən götürüldüyünə görə, hətta tələbnamə olsa idi belə, aptekdən dərman vasitələrini götürmək kimi səlahiyyəti olmamışdır. İddiaçının qeyd edilən hərəkəti birbaşa müəssisə daxili intizam qaydalarını pozmaqdır. Hadisə araşdırıldıqdan sonra şöbə müdiri Hikmət doktorun özünə də töhmət verilmişdir. Qeyd edilməlidir ki, iddiaçı ilk dəfə töhmət aldıqdan sonra altı ay müddət keçmədən yenidən qaydaları pozmuşdur. Bu səbəbdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əsasən işdən azad olunmuşdur. Həmçinin İddiaçı üzərindən maddi məsuliyyət götürüldükdən sonra heç bir sənədi imza etməmişdir. Düzdür, o, maddi məsuliyyət üzərində olan zaman dərmanların dövriyyəsini tam olaraq yazmışdır. Lakin, məsuliyyət üzərindən götürüldükdə sonra ondan tələb olunan yalnız təcil i tibbi yardımın çağırış vərəqələrinin üzərində istifadə edilmiş dərmanların siyahısının tərtib edilməsi olmuşdur. İddiaçının üzərindən maddi məsuliyyət götürülmüş olsa da, onun əmək haqqı tam olaraq saxlanılmışdır. Daha dəqiq deyilərsə, onun sadəcə olaraq əmək şəraitinin şərti dəyişdirilmişdir. İddiaçı həmçinin ilk vaxtlarda təcili tibbi yardımın əməkdaşı olmasına baxmayaraq özbaşına şəkildə xəstəxananın poliklinika hissəsində yerləşən otağın qapısının üzərinə kağıza böyük tibb bacısı sözü yazmışdır. Halbuki xəstəxananın otaqlarının qapısının öz yazısı vardır və əlavə yazının yapışdırılması qadağandır. Bunu görən direktor isə onun təcili tibbi yardım şöbəsinin əməkdaşı olduğunu, poliklinikada oturmasına icazəsi olmadığını bildirmişdir. Direktor tərəfindən dəfələrlə ona otağı boşaltması ba rədə xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı göstərişə məhəl qoymayaraq otaqdan çıxmamışdır. Yekunda həmin otaqda oturmalı olan həkim direktora şikayət etdikdən sonra direktor şəxsən otağı açaraq oranı boşaltmışdır. Məhz həmin hadisədən sonra İddiaçı otağı olmadığı üçün artıq dərmanları saxlamayacağını dediyi üçün o, maddi məsuliyyətdən azad edilərək həmin məsuliyyət onun işlədiyi şöbənin müdirinin üzərinə qoyulmuş və dərmanları şöbə müdirinə otağında saxlaması tapşırılmışdır. Bundan sonra İddiaçı ard-arda prokurorluq orqanlarına “mənim dərmanlarımı əlimdən alıblar” mövzusunda şikayətlər etməyə başlamışdır. Halbuki, həmin ərəfələrdə hətta Məkahət Məmmədovanın dərəcəsi də artırılmışdır ki, nəticədə onun əmək haqqının 25 manat artmasına səbəb olmuşdur. Dərman vasitələri onda olduğu zama nlarda o, həmin vasitələrə münasibətdə öz istədiyi kimi sərəncam vermişdir. Bu imkan əlindən çıxıdığı üçün rəhbərlikdən şikayətlər etməyə başlamışdır.

7. Naftalan Şəhər Məhkəməsinin (hakim Ayaz Səlimov) 17 avqust 2023-cü il tarixli, 2(052)-166/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

8. Məhkəmə hesab etmişdir ki, Məhkəmə hesab edir ki, iş üzrə aparılmış araşdırma və tədqiq olunmuş sübutlarla İddiaçı iddiasının əsassız olması qənaətinə gəlinir. Belə ki, iş materialları ilə iddiaçı barəsində 20 aprel 2023-cü il tarixdə müəssisənin rəhbəri tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən töhmət verilmiş olması müəyyən olunur. İddiaçı qeyd edilən əmri mübahisələndirməmiş və əmr qüvvədədir. Həmçinin müəyyən olunur ki, iddiaçı, barəsində verilmiş intizam tənbehindən qısa müddət keçdikdən sonra, yəni 24 aprel 2023- cü il tarixdə tələbnamə olmadan, həmçinin götürülməsinin onun səlahiyyətlərində olmadığını bilməsinə baxmayaraq aptekdən dərman vasitələri götürərək tibb bacılarına paylamış, bu zaman ona iradını bildirən şöbə müdiri Hikmət İbrahimov ilə mübahisə etmiş, kollektivin gözü qarşısında müəssisə daxili intizam qaydalarını pozmaqla onu təhqir etmişdir. Qeyd edilən hadisə onu deməyə əsas verir ki, İddiaçı əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur. Bu isə işçinin əmək vəzifələrini kobud şəkildə pozması hesab edilir ki, nəticədə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi ilə nəticələnmişdi r

9. Məhkəmə iddianın “məcburi boşdayanma ilə əlaqədar əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddianın 15 may 2023-cü il tarixli əmrin ləğv edilməsi hissəsi rədd edildiyindən, qeyd edilən hissənin də müzakirəsi hər hansı əhəmiyyət kəsb etmir.

10. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci və 2-ci hissələrinə, 70-ci maddəsinə 72-ci maddəsinin “ə” bəndinə, 76-cı maddəsinin 1-ci hissəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə, 80, 154-cü maddəsinin 1 –ci bəndinə, 187-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasın ı xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılma aparılmamış, nəticədə hüquqlarının kobud pozulması ilə qətnamə qəbul edilmişdir. Məhkəmə tərəfindən izahatı təhrif edilmişdir. Belə ki, qəbul edilmiş qətnamənin izahat hissəsində onun adından göstərilir ki, “o, həmçinin ona aid olmayan məsələyə görə töhmət almışdır. Belə ki, təbibdən gələn audit yoxlaması zamanı təcili tibbi yardım avtomobilinin içərisində depilyator və saturasiya aparatının olmadığı müəyyən edildiyinə görə ona töhmət verilmişdir. Halbuki həmin aparatların olub-olmamasına görə cavabdeh şəxs o deyildir. Bu məsələyə cavabdeh şöbə rəisi Hikmət doktor olmuşdur. Lakin sonda Hikmət doktora verilməli olan töhmət ona verilmişdir. Direktora bu barədə ira dını bildirən zaman isə o cavabında “mən belə istəyirəm” demişdir. Bundan sonra direktora heç bir söz deməmişdir. İzahatı ilə bağlı olaraq onu bildirmişdir ki, o məhkəmə iclası zamanı iddia tələbinə uyğun izahat vermişdir. Bu ziddiyət araşdırılmalı və sənədlərlə təsdiq edilməli idi. İkincisi, töhmətin mübahisələndirilməsi qanunvericilikdə nəzərdə tutulmuşdur. Məhkəmə o halda töhmətə istinad edə bilərdi ki, töhmətin verilməsindən xəbəri olsun. Məhkəmə töhmətdən xəbərdar olmağını izahatını təhrif etməklə əsaslandırmışdır. Bu isə kobud pozuntudur. xx.xx.2023-cü il tarixdə ona hər hansı yazılı xəbərdarlıq edilməmiş, yalnız ona şifahi xəbərdarlıq edilmişdir. İşlədiyi müddətdə ona hər hansı töhmət verilməmişdir. Onun əmrdə göstərilən xx.xx.2023-cü il tarixli töhmətdən xəbəri olmamışdır. Əgər o na töhmət verilmişdirsə, bununla bağlı olaraq izahatı alınmalı idi. Töhmət elan edilməklə ona verilməli idi. Bundan başqa xəstəxananın aptekindən xx.xx.2023-cü il tarixdə tələbnamə olmadan hər hansı dərman preparatı götürməmiş, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan da, xəbəri olmamışdır. Özlərindən tərtib etdikləri aktın heç bir istinad nöqtəsi ola bilməz. xx.xx.2023-cü il tarixdə X9 iclası keçirilməmişdir. Ən azından həmkarlar təşkilatı işçinin hüquqlarını müdafiə etdiyi üçün həmin iclasda onun iştirakı təmin edilməli idi. Cavabdeh orqan işdən çıxarılma barədə əmrini əsaslandıra bilməmişdir. İstinad etdiyi hüquqi əsaslandırmanın nə məntiqi, nə də hüquqi əsaslandırması yoxdur.

13. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri i lə razılaşmayaq, birinci istansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, xəstəxananın direktoru iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmasına razılığını bildirməsi ilə bağlı müəssisənin X15na müraciət etmiş, müraciətlə bağlı X15 iclas keçirtmiş, iddiaçı iclasa dəvət edilmiş olsa da, iclasda iştirak etməmişdir. İlk həmkar təşkilatı iddiaçının işdən çıxarılmasına etiraz etməmişdir.

14. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2421/2023 nömrəli iş üzrə 13 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Afiq Hüseynzadə) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Naftalan Şəhər Məhkəməsinin 17 avqust 2023-cü il t arixli, 2(052)-166/2023 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmış, iddianın təmin edilməsi, “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19in direktorunun 15 may 2023-cü il tarixli, PHŞ-6-62/3-1166/2023 nömrəli əmrinin ləğv edilməsi və İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixdə Naftalan şəhər xəstəxanasına qeydiyyatçı tibb bacısı vəzifəsinə təyin edilmiş, xx.xx.2013-cü il tarixli əmrlə tutduğu vəzifədən azad edilmiş, xəstəxananın baş həkiminin xx.xx.2014-cü il tarixli əmri ilə xəstəxanada tibb bacısı vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixli əmrlə həmin tarixdən əmək müqaviləsi əsasında T ibb bacıları şöbəsinin böyük tibb bacısı vəzifəsinə yerdəyişmə edilmiş və TTTY şöbəsi üzrə öhdəliklərin yerinə yetirilməsi həvalə edilmişdir. Xəstəxanada TƏBİB tərəfindən xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə keçirilən monitorinq yoxlaması zamanı yol verdiyi nöqsanlara görə (əmək funksiyasını layiqincə yerinə yetirmədiyinə görə) xx.xx.2023-cü il tarixli PHŞ6-62/3-1-134/2023 əmrlə intizam tənbeh növü kimi “töhmət” verilmişdir. “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19in direktorunun 12 aprel 2023-cü il tarixli PHŞ-6-62/3-1-113/2023 saylı əmri ilə TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı üzərində olan bütün dərman preparatlarının TTTY şöbəsinin müdiri X4 təhvil-təslim edilməsi barədə komissiya yaradılmış, əmrin icrasına nəzarət TTTY şöbəsinin müdiri X4 həvalə edilmişdir. Xəstəxana rəhbərliyi ninin xx.xx.2023-cü il tarixli əmri ilə dərman preparatlarının TTTY şöbəsinin tibb işçilərinə paylanması şöbə müdirinə həvalə edilmiş olsa da, sonuncu xx.xx.2023-cü il tarixdə (TTTY şöbəsinin müdiri X8 həmin tarixi gah xx.xx.2023-cü il, gah da xx.xx.2023-cü il kimi qeyd edir) dərman vasitələrinin aptekdən götürülüb tibb işçilərinə verilməsini iddiaçıya tapşırmış, iddiaçı şöbə müdirinin tapşırığına uyğun olaraq dərman preparatlarını xəstəxananın aptekində baş tibb bacısından alaraq şöbənn tibb işçilərinə paylamışdır. TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı dərman preparatlarını qəbul edib tibb işçilərinə paylamaq səlahiyyətinin üzərindən götürüldüyünü baş tibb bacısı da bildiyi halda tələbat olunan sayda dərman preparatlarını iddiaçıya vermişdir. Bu isə onu deməyə əsas verir ki, aptekdən d ərman vasitələrinin götürülməsi üçün iddiaçıya müvafiq tələbnamə verilmişdir. Əks halda tələbnaməsiz aptekdən dərman vasitələri iddiaçıya verilməzdi. Ona görə ki, aptek də hesabatlılıq (dərman preparatlarının hesabdan silinməsi üçün) üçün tələbnaməni qəbul etməli idi. TTTY şöbəsinin müdiri X8 da iş materiallarında olan izahatında iddiaçının həmin gün dərman preparatlarını onun icazəsi olmadan götürdüyünü göstərmişdir. Halbuki onun bu kimi icazə vermək səlahiyyəti yox idi. Lakin bununla belə iddiaçı dərmanları şöbənin tibb işçilərinə payladıqdan sonra nəyə görə dərmanları alıb tibb işçilərinə payladığını iddiaçıya irad tutduqdan sonra aralarında münaqişə yaranmış və bir-birinə etik davranışdan kənar ifadələr işlətmişlər. TTTY şöbəsinin müdirinin məlumatı əsasında PHŞ-nin direktoru iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam verilməsi üçün X15 komitəsinə müraciət etmiş, İlk HTK iddiaçını müdiriyyəin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair müraciətinin müzakirə ediləcək həmkarlar təşkilatının xx.xx.2023-cü il tarixli iclasına dəvət edilməsinə dair məktubu təqdim etmiş olsa da, həmin məktubda iclasın keçiriləcək vaxtı (saatı) dəqiq göstərilməmiş, əslində isə ilk HTK-nin iclası (təqdim olunmuş protokola görə) xx.xx.2023-cü il tarixdə keçirilmiş, iddiaçı isə həmin iclasa dəvət olunmamışdır. HTK-nin iclasında isə “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19in direktorunun xx.xx.2023cü il tarixli müraciəti müzakirə olunması əvəzinə, TTTY şöbəsinin müdiri X2 direktorunun adına yazdığı xx.xx.2023-cü il tarixli məlumat müzakirə edilmiş, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz edilməmiş və “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19in direktorunun 15 may 2023-cü il tarixli PHŞ-6-62/3-1-166/2023 №li əmri ilə “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19in Tibb bacıları şöbəsinin təcili və təxirəsalınmaz tibbi yardım üzrə böyük tibb bacısı vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İddiaçı cavabdehin həmin əmrini qanunsuz sayaraq yuxarıda qeyd olnan iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmı şdır ki, iş üzrə aparılmış araşdırma və tədqiq olunmuş sübutlarla İddiaçı iddiasının əsassız olması qənaətinə gəlinir. Belə ki, iş materialları ilə iddiaçı barəsində 20 aprel 2023-cü il tarixdə müəssisənin rəhbəri tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən töhmət verilmiş olması müəyyən olunur. İddiaçı qeyd edilən əmri mübahisələndirməmiş və əmr qüvvədədir. Həmçinin müəyyən olunur ki, iddiaçı, barəsində verilmiş intizam tənbehindən qısa müddət keçdikdən sonra, yəni 24 aprel 2023-cü il tarixdə tələbnamə olmadan, həmçinin götürülməsinin onun səlahiyyətlərində olmadığını bilməsinə baxmayaraq aptekdən dərman vasitələri götürərək tibb bacılarına paylamış, bu zaman ona iradını bildirən şöbə müdiri Hikmət İbrahimov ilə mübahisə e tmiş, kollektivin gözü qarşısında müəssisə daxili intizam qaydalarını pozmaqla onu təhqir etmişdir. Qeyd edilən hadisə onu deməyə əsas verir ki, İddiaçı əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur. Bu isə işçinin əmək vəzifələrini kobud şəkildə pozması hesab edilir ki, nəticədə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi ilə nəticələnmişdir. Məhkəmə iddianın “məcburi boşdayanma ilə əlaqədar əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddianın 15 may 2023-cü il tarixli əmrin ləğv edilməsi hissəsi rədd edildiyindən, qeyd edilən hissənin də müzakirəsi hər hansı əhəmiyyət kəsb etmir.

17. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegi yası qeyd etmişdir ki, məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1 /4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və kollegiyanın qənaətinə görə iddiaçının yol verdiyi iddia olunan pozuntulara görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların - əgər pozuntu hesab edilsə belə - xarakterinə adekvat olmamışdır.

18. Bundan başqa həmkarlar ittifaqı təşkilatının xx.xx.2023-cü il tarixli qərarında qeyd olunub ki, İddiaçı barəsində ƏM-nin 186-cı maddəsinin “ç” bəndində əsasən əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz etmir. Lakin qərarın aid olduğu protokoldan görünür ki, həmkarlar ittifaqı təşkilatının yığıncağında cəmi 3 nəfər - Həmkarlar İttifaqı Komitəsinin sədri Yeganə Nəcəfova, katib Rəhimə Babayeva və komitə üzvü Aybəniz Babayeva iştirak etmişdir. Üç nəfərin y etərsayı təşkil edib-etməməsi protokoldan görünmür. “Həmkarlar ittifaqları haqqında” Qanunun 1-ci maddəsində qeyd olunub: “Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin... əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün... birləşdiyi... müstəqil ictimai, qeyri-siyasi təşkilatdır”. Göründüyü kimi, həmkar ittifaqı “işçilərin birləşdiyi təşkilat” kimi xarakterizə olunur. Həmin Qanunun 11-ci maddəsində isə qeyd olunub ki, həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir. Odur ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin ləğv edilməsi üçün “həmkarlar ittifaqı təşkilatının razılığı” deyildikdə həmkarlar ittifaqı təşkilatının bütün üzvlərinin yığıncağında verilmiş razılıq nəzərdə tutulu r. İşçi həmkarlar ittifaqı təşkilatına ona görə üzv olur ki, əmək müqaviləsinin ləğvi zamanı öz həmkarları tərəfindən müdafiə olunsun. Ona görə də iddiaçı ilə olan əmək müqaviləsinin ləğvinə razılıq verilməsi məsələsinə 3 nəfərdən ibarət yığıncaqda deyil, X15 komitəsinin bütün üzvlərinin yığıncağında baxılmalı idi. Həm də barəsində intizam tənbehinin tətbiq edilməsi müzakirə olunan şəxs iclasa dəvət olunmalı idi. Cavabdehin nümayəndəsinin bildirdiyinə görə “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19də 120 nəfər işçi işləyir. Ona görə də əmək müqaviləsinin ləğv edilməsinə 3 nəfərin iştirakı ilə verilən “razılıq” həmkarlar ittifaqı təşkilatının razılığı kimi qiymətləndirilə bilməz.

19. Əlavə olaraq qeyd edilməlidir ki, “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19i X15 İddiaçı xx.xx.2023-cü il tarix li məktub ünvanlayaraq xx.xx.2023-cü il tarixdə müəssisə İHT komitəsinin iclasına dəvət edilməsi barədə məktub göndərilmiş, lakin iş materiallarında olan protokoldan göründüyü kimi hımkarlar təşkilatının iclası xx.xx.2023-cü ildə keçirilmiş və qərar qəbul edilmişdir. Göründüyü kimi İddiaçı həmkarlar komitəsinin iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməmiş, məktubda xx.xx.2023-cü il tarixə təyin edilməsinə baxmayaraq qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Beləliklə də xəstəxananın həmkarlar təşkilatı qanunvericiliyin tələblərinə əməl etmədən müvafiq qərar qəbul etmişdir. 20. “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19in direktoru tərəfindən “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19in İlk HTK-nın sədrinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 97 saylı məktubdan (təqdi matdan) həmin məktuba hər hansı sənəd əlavə edildiyi görünmür. Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19in İlk HTK isə X19in direktoru tərəfindən verilmiş təqdimatı müzakirə etmək əvəzinə TTTY şöbəsinin müdiri X2 direktorunun adına yazdığı xx.xx.2023-cü il tarixli məlumatı müzakirə etmişdir.

21. İddia ərizəsindən, həmçinin iddiaçının izahatından göründüyü kimi ona xx.xx.2023-cü il tarixdə verilmiş töhmətdən xəbəri yoxdur, həmin intizam tənbehi ilə bağlı ondan izahat alınmamışdır.

22. Lakin iş materiallarından iddiaçıya xx.xx.2023-cü il tarixli intizam tənbehi verilməmişdən əvvəl ondan izahat verilməsini tələb edilməsini təsdiq edən sübut mövcud olduğu görünmür.

23. Cavabdeh tərəfindən təqdim edilərək işə əlavə edilmiş cavabdeh müəssisədə 2023-cü il üçün əmrlərin qeydə alınması kitabından çıx arışdan görünür ki, əmrlər kitaba sistemsiz olaraq daxil edilmişdir. Belə ki, həmin kitabdan görünür ki, xx.xx.2023-cü il tarixli əmr qeydiyyata alındıqdan sonra xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və s., hətta xx.xx.2023-cü il tarixli əmrlər qeydiyyata alınmışdır.

24. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 71, 72, 80, 83, 186, 187 və 300-cü maddələrinə, MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək Gəncə Аpеllyаsiyа Məhkəməsinin 13 dеkаbr 2023-cü il tаriхli, 2(104)-2421/2023 nömrəli qətnаməsini ləğv еdərək, iddiа tələbinin təmin еdilməməsinə dаir yеni qərаr çıхаrılmasını xa hiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə оlаn iddiаçının inzibаti tənbеh tətbiq еdilməklə оnа töhmət vеrilməsi bаrədə əmrin vеrilməsi həmin əmrin qüvvədə оlmаsı və mübаhisələndirilməməsi о, cümlədən 6 аy müddəti ərzində iddiаçının yеnədə əmək funksiyаlаrını pоzmаsı qеyd оlunаn mаddi hüquq nоrmаlаrının pоzulmаsı kimi qimətləndirilməlidir.

27. İş mаtеriаllаrındа оlаn intizаm tənbеhi ilə bаğlı 6 аy müddətində iddiаçının оnа vеrilmiş töhməti nəzərə аlmаyаrаq təkrаr оlаrаq işə götürənin nizаm intizаm qаydаlаrınа riаyət еdilməsi və müəssisə dахili dаvrаnış qаydаlаrınа riаyət еtməməsi, əmək funksiyаlаrını pоzmаsı bir mənаlı оlаrаq Əmək Məcəlləsinin 72-ci mаddəsinin tətbiqini zəruri еdir.Məhkəmə qətnаməsində iddiаçının оnа töhmət vеrilməsi ilə bаğlı izаhаtının аlınmа sını önə çəkməsi və iddiаçının isə оnа töhmət vеrilməsi ilə bаğlı hеç bir məlumаtının оlmаmаsı bаrədə gəldiyi nəticə əsаssızdır.Bеləki, iddiаçı оnа töhmət vеrilməsi ilə bаğlı məlumаtının оlmаmаsı bаrədə məhkəməyə hеç bir sübut təqdim еtməmişdir.Hаzırdа kаssаsiyа şikаyətinə əlаvə еdilmiş аktdаndа görünür ki, iddiаçı ümumiyyətlə müəssisə dахilində hеgаmоnluq еtməklə işləmiş və оnа izаhаt vеrilməsi ilə bаğlı bildirildikdə isə izаhаt vеrməkdən imtinа еtmişdir.Həmçinin iş mаtеriаllаrındа оlаn və hаzırdа qüvvədə оlаn əmrdəndə görünür ki, iddiаçı оnа vеrilmiş töhmətlə bаğlı əmri mübаhisələndirməmiş və bu əmrlə rаzılаşmışdır və bеlə оlаn hаldа məhkəmənin işdə оlаn əmri qiymətləndirməməsi mаddi hüquq nоrmаsının tətbiqində səhvə yоl vеrdiyini göstərir.

28. İş mаtеriаllаrındа оlаn аktа əsаsən işəgötü rən tərəfindən iddiаçıyа оnun intizаmsızlığı ilə bаğlı izаhаt vеrilməsi təklif еdilsədə iddiаçı izаhаt vеrməkdən imtinа еtmişdir.Bеləki, işçinin əmək fəаliyyəti zаmаnı hərəkətləri ilə еtdiyi intizаmsızlıq əmək fəаliyyətinə və işəgötürən о, cümlədən əmək kоllеktivinə qаrşı еtdiyi tаbеsizlik əmək funksiyаsının pоzulmаsı kimi qəbul еdilməklə оnun müəssisə dахili dаvrаnış qаydаlаrınа riаyət еdilməməsi tаbеsizlik kimi qiymətləndirilməlidir. Хüsusilədə işçinin хəsətəхаnаdа işləyərək intisаmzılıq еtməsi qəbul еdilməzdir.Məhkəmənin həmkаrlаr ittifаqınа əsаslаndırılmış təqdimаtlа bаğlı sənədlərin təqdim еdilməməsi ilə bаğlı mövqеyidə qəbul еdilməzdir.Bеləki, həmkаrlаr ittifаqınа təqdim еdilmiş təqdimаtdа işçinin əmək müqаviləsi üzrə dаvrаnış qаydаlаrınа riаyət еtməyərək əmək müqаviləsindən irəli gə lən öhdəliklərini icrа еtməməsi ilə intizаmsızlıq еtməsi, özünü işə götürən tərəfindən müəyyən еdilmiş qаydаdа əmək fəаliyyətinin təşkili və inzibаti idаrə еtmə ilə bаğlı əmrləri nəzərə аlmаyаrаq işləməsi və оnа еdilmiş хəbərdаrlığа əməl еtməməsi оnun bаrəsində АR Əmək Məcəllsinin 70-ci mаddəsinin dispozisiyаsının əlаmətlərini tаmаmiylə əhаtə еdir.İddiаçının inzibаti tənbеhə məruz qаlmаsı ilə bаğlı iş mаtеriаllаrındа öz təsdiqini tаpır.Həmçinin qеyd оlunmаlıdır ki, mülki işin mаtеriаllаrınа əlаvə еdilmiş sənədlərdəndə görünür ki, təqdimаtа nоrmаnın tələbinə əsаsən müvаfiq sənədlər əlаvə еdilmişdir və həmkаirlаr təşkilаtının vəzifəsi оlаrаq işçiyə iclаsа dəvət еdilməsi il bаğlı sənədləri оnа göndərməsi vəzifə kimi nəzərə аlınmаmışdır.О, cümlədən həmkаr təşkilаtının qərаrı qəbul еdilməklə iş ə götürənə təqdim еdilmişdir.Bu оnu dеmyə əsаs vеrir ki, müəssisə həmkаrlаr təşkilаtı müstəqil qurum оlаrаq оnun fəаliyyətinə işə götürənin müdахilə еtməsi qəbul еdilməzdir.

29. İş mаtеriаllаrındа оlаn iddiа ərizəsində göstərilən dəlillər sübut yаlnız iddiаçının mülаhizəsinə söykənməsi ilə məhkəmənin iddiаçının izаhаt vеrməməsi ilə bаğlı və həmkаrlаr ittifаqının müstəqil bir qurum оlаrаq qеyri-hökümət təşkilаtı оlmаsı və işəgötürənin müəssisə həmkаrlаr təşkilаtının işinə müdахilənin qаdаğаn оlmаsı həmin qurumun fəаliyyətinə müdахilə еtmək hüququnun оlmаmаsı ilə bаğlı hаllаr düzgün qiymətləndirməməklə, iş mаtеriаllаrındа оlаn sübutlаrlа о, cümlədən аpаrılmış inzibаti yаzışmаlаrın və mürаciətlərin dəlilləri ilə əmrin qаnunui оlmаsını təsdiq еdir və iddiаçının guyа əmək hüquqlаrının pоzulmаsı və əmrin qаnunsuz оlmаsı kimi qiymətləndirilə bilməz. Həmçinin о, hаldа nəzərə аlınmаlıdır ki, iddiаçının məhkum еdilməsi hаlıdа nəzərə аlınmаlıdır.Bеləki, iş mаtеriаllаrındа iddiаçının məhkum оlunduğu nоrmа оnunlа bаğlı əmək münаsibətlərində аyrı-sеkiliyə yоl vеrilməsinə imkаn vеrməsə də оnun хəstəхаnаnın nəzdində еyni hərəkətləri еtməsi ilə bаğlı dəlilin dоlаyısı sübut оlmаqlа işin digər hаlı kimidə qiymətləndirilməlidir.

30. Məhkəmə tərəfindən iddiа tələbi üzrə mübаhisənin bаş vеrmə səbəbi və cаvаbdеhin hərəkətləri və dаvrаnışı iddiаçının inzibаti tənbеhə məruz qаlmаsı, əmək funksiyаlаrının tələblərini pоzmаsı, iş yеrində оnun səlаhiyyətlərinə аid оlmаyаn və əmək fəаliyyəti üzrə inzibаti idаrə еtmə və dаvrаnış qаydаlаrınа riаyət еtməməsi, əmək funksiyаlаrının tələblərini pоzmаsı, о, cümlədən iddiаçı bаrəsində inzibаti tənbеh tətbiq еdilmə bаrədə əmrin mübаhisələndirilməməsi həmin əmrin hаzırdа qüvvədə оlmаsının qiymətləndirilməməsi və iddiаçının həmkаrlаrın iclаsınа dəvət еdilməsi bunа dаir bildirişin göndərilməsi hаllаrınа məhkəmə tərəfindən düzgün hüquqi qiymət vеrilməmişdir.

31. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 –ci maddəsinin “ç” bəndinə,72-ci, 80-ci, Azərbaycan Rerspublikasının MPM-in 14.2 və 77.1-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. İddiaçı kassasiya şikayətinə etiraz edərək kassasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

33. Ma ddə 70, “ç” bəndi. Əmək müqaviləsi işəgötürən tərəfindən, həmçinin, işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər.

34. Maddə 71

2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymi ş olsun.

35. Maddə 72.Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dö vlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

36. Maddə 80 Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqca dan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

37. Maddə 83.

1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asıl ı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

38. Maddə 186.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 7 0-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

39. Maddə 187.

1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt hə min müddətə daxil edilmir.

3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

40. Maddə 300

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdik ləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol ve rilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

48. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

49. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) mü əyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19 X9 127 nömrəli iclas protokolundan görünür ki, TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı Kəniş qızının müəssisə daxili intizam qaydalarını mütəmadi olaraq pozması və əmək funksiasını layiqincə yerinə yetirməməməsi barədə TTTY şöbəsinin müdiri X2 direktorunun adına yazılan xx.xx.2023-cü il tarixli məlumatı xx.xx.2023-cü il tarixli iclasda müzakirə edilmiş, həmin iclasda iclasın sədri Yeganə Nəcəfova, iclasın katibi Rəhimə Babayeva və komitə üzvü Aybəniz Məmmədovadan ibarət cəmi 03 nəfər iştirak etmiş və İddiaçı barəsində ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməmişdir.

54. Kassasiya kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19 X9 127 nömrəli iclas protokolunda iclasda 3 nəfərin iştirak etdiyinə dair məlumat yoxdur.İclasa sədrlik edənin məlumat verməsi və digər iki şəxsin çıxış etməsinə dair məlumat var.Apellyasiya instansiyası məhkəməsi isə bu hala düzgün hüquqi qiymət verməyərək iclasda 3 nəfərin iştirak etd iyi qənaətinə gəlmişdir.

55. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin ləğv edilməsi üçün “həmkarlar ittifaqı təşkilatının razılığı” deyildikdə həmkarlar ittifaqı təşkilatının bütün üzvlərinin yığıncağında verilmiş razılıq nəzərdə tutulur.İşçi həmkarlar ittifaqı təşkilatına ona görə üzv olur ki, əmək müqaviləsinin ləğvi zamanı öz həmkarları tərəfindən müdafiə olunsun. Ona görə də iddiaçı ilə olan əmək müqaviləsinin ləğvinə razılıq verilməsi məsələsinə 3 nəfərdən ibarət yığıncaqda deyil, X15 komitəsinin bütün üzvlərinin yığıncağında baxılmalı idi. Həm də barəsində intizam tənbehinin tətbiq edilməsi müzakirə olunan şəxs iclasa dəvət olunmalı idi. Cavabdehin nümayəndəsinin bildirdiyinə görə “Naftalan Şəhər Mərkəz i Xəstəxanası” X19də 120 nəfər işçi işləyir. Ona görə də əmək müqaviləsinin ləğv edilməsinə 3 nəfərin iştirakı ilə verilən “razılıq” həmkarlar ittifaqı təşkilatının razılığı kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir.“Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19in direktoru tərəfindən “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19in İlk HTK-nın sədrinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 97 saylı məktubdan (təqd imatdan) həmin məktuba hər hansı sənəd əlavə edildiyi görünmür. Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19in İlk HTK isə X19in direktoru tərəfindən verilmiş təqdimatı müzakirə etmək əvəzinə TTTY şöbəsinin müdiri X2 direktorunun adına yazdığı xx.xx.2023-cü il tarixli məlumatı müzakirə etmişdir.

56. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmək müqaviləsi həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan ləğv edildiyinə görə bu barədə olan əmr qanunsuzdur.

57. Kassasiya kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19in İlk HTK-nın qərarları qəbul etməsi qaydasını kifayət qədər araşdırıb hüquqi qiymət verməmişdir.

58. Eləcə də Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19in direktoru tərəfindən “Naftalan Şəhər Mərkəzi Xəstəx anası” X19in İlk HTK-nın sədrinə xx.xx.2023-cü il tarixli 97 saylı təqdimat ünvanladığı işin mübahisələndirilməyən halıdır.Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, (təqdimatdan) həmin məktuba hər hansı sənəd əlavə edildiyi görünmür. Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19in İlk HTK isə X19in direktoru tərəfindən verilmiş təqdimatı müzakirə etmək əvəzinə TTTY şöbəsinin müdiri X2 direktorunun adına yazdığı xx.xx.2023-cü il tarixli məlumatı müzakirə etmişdir. “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19 X9 127 nömrəli iclas protokolundan görünür ki, TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı Kəniş qızının müəssisə daxili intizam qaydalarını mütəmadi olaraq pozması və əmək funksiasını layiqincə yerinə yetirməməməsi barədə TTTY şöbəsinin müdiri X2 direktorunun adına yazılan xx.xx.2023-c ü il tarixli məlumatı xx.xx.2023-cü il tarixli iclasda müzakirə edilmiş və İddiaçı barəsində ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməmişdir.

59. Məhkəmə kollegiyası göstərilənlərlə əlaqədar qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən məsələyə həddən çox formal yanaşmışdır.Əvvəla apellyasiya instansiyası məhkəməsinin qeyd etdiklərindən analaşılır ki, təqdimata ən azından TTTY şöbəsinin müdiri X2 direktorunun adına yazdığı xx.xx.2023-cü il tarixli məlumat əlavə edilmişdir.İkincisi təqdimatın verilməsinə səbəb məhz həmin məlumat olmuşdur ki, Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19in İlk HTK tərəfindən də həmin məlumatlar müzakirə olunmuşdur.Protokolda təqdimatın deyil, məlumatın müzakirə olunduğunun qeyd edilməsinə görə qəbul edilmiş qərarın qanunsuzluğu nəticəsinə gəlinməsi həddən çox formallıqdır.

60. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19i X15 İddiaçı xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq xx.xx.2023-cü il tarixdə müəssisə İHT komitəsinin iclasına dəvət edilməsi barədə məktub göndərilmiş, lakin iş materiallarında olan protokoldan göründüyü kimi həmkarlar təşkilatının iclası xx.xx.2023-cü ildə keçirilmiş və qərar qəbul edilmişdir.Göründüyü kimi İddiaçı həmkarlar komitəsinin iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməmiş, məktubda xx.xx.2023-cü il tarixə təyin edilməsinə baxmayaraq qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Beləliklə də xəstəxananın həmkarlar təşkilatı qanunvericiliyin tələblərinə əməl etmədən müvafiq qərar qə bul etmişdir.

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası göstərilən halları da tam araşdırıb hüquqi qiymət verməmişdir.Apellyasiya instansiyası məhkəməsi işi hərtərəfli araşdırmaqla müəyyən etməli idi ki, əslində həmkarlar komitəsinin iclası hansı tarixdə keçirilməli idi və həmin iclas təxirə düşüb-düşməyib, işçiyə ünvanlanmış məktubda iclasın tarixi barədə texniki yanlışlığa yol verilib, yoxsa yox. Bu araşdırmadan sonra göstərilən məsələlərlə əlaqədar əsaslı nəticəyə gəlinə bilərdi.Lakin apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə kifayət qədər araşdırma aparmamışdır.

62. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, id diaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olubolmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir.

63. Məhkəmə kollegiyası hesab edir ki, bu halda da apellyasiya instansiyası məhkəməsinin araşdırması lazımi səviyyədə olmamışdır.Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının hansı müsbət keyifiyyətlərinin olduğunu, peşəkarlıq səviyyəsinin hansı səviyyədə olduğunu, ailə vəziyyətinin necə olduğunu araşdırıb müəyyən etmədən müvafiq qənaətə gəlmişdir.

64. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsindən, həmçinin iddiaçının izahatından göründüyü kimi ona xx.xx.2023- cü il tarixdə verilmiş töhmətdən xəbəri yoxdur, həmi n intizam tənbehi ilə bağlı ondan izahat alınmamışdır.İş materiallarından iddiaçıya xx.xx.2023-cü il tarixli intizam tənbehi verilməmişdən əvvəl ondan izahat verilməsini tələb edilməsini təsdiq edən sübut mövcud olduğu görünmür.

65. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hallarla əlaqədar apellyasiya instansiyası məhkəməsinin hüquqi qiymətləndirməsi mülki prosessual hüquq normalarının tələblərinə cavab vermir.Belə ki, MPM-i 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının göstərilənlər barədə izahatı digər sübutlarla yanaşı yoxlanılmamış və qiymətləndirilməmişdir.Digə r tərəfdən “töhmət” intizam tənbehi verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrin qanuniliyinin yoxlanılması hazırkı iş üzrə iddianın predmeti deyil, həmin əmr ayrıca mübahisələndirilib ləğv edilmədiyinə görə qüvvədədir.

66. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilərək işə əlavə edilmiş cavabdeh müəssisədə 2023-cü il üçün əmrlərin qeydə alınması kitabından çıxarışdan görünür ki, əmrlər kitaba sistemsiz olaraq daxil edilmişdir. Belə ki, həmin kitabdan görünür ki, xx.xx.2023-cü il tarixli əmr qeydiyyata alındıqdan sonra xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və s., hətta xx.xx.2023-cü il tarixli əmrlər qeydiyyata alınmışdır.

67. Kassasiya kollegiyası qeyd edir ki, əmrlərin qeydiyyatının aparılması ilə əlaqədar kargüzarlıq qaydalarının pozulması ilə iş üzrə mübahisələndirilən əmrin qanunsuz olması nəticəsinə gəlinməsi arasında hansı əlaqənin olması isə apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılımamışdır.

68. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

69. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

70. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

71. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

72. Qeyd edilənlərə görə cavabdeh “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli,Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 dekabr 2023-cü il tarixli 2(104)-2421/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin.

73. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş ə yenidən baxılarkən şərh edilən nöqsanlar aradan qaldırılmaqla maddi və prosessual hüquq normalarının tələbinə uyğun qanuni və əsaslı yekun məhkəmə aktı qəbul edilməlidir.

74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X19 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 dekabr 2023-cü il tarixli 2(104)-2421/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar