Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1656/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, ipoteka predmetinin ilkin satış qiyməti, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun tutulmasının ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1134/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 28 fevral 2013-cü il tarixli, 17L000001567 saylı kredit xətti müqaviləsi ilə İddiaçı QSC tərəfindən Cavabdeh3 120 ay müddətinə, yəni 28 fevral 2023-cü il tarixədək 30000 ABŞ dolları kredit xətti açılmışdır. 30 iyun 2014-cü il tarixli sazişlə kredit xəttinin məbləği 50000 ABŞ dolları müəyyən edilmişdir.
2. Kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün 28 fevral 2013-cü il tarixli zaminlik müqavilələri ilə Cavabdeh1 və Cavabdeh2 borcalanın öhdəliklərinin yerinə ye tirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşlər. 30 iyun 2014-cü il tarixli sazişlərlə zaminlik müqavilələrinə kredit xətti müqaviləsinə uyğun dəyişiklik edilmişdir.
3. Həmçinin kreditin təminatı olaraq 18 iyun 2014-cü il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı 4 nömrəli fərdi yaşayış evini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri 21176,10 manat müəyyən edilmişdir. İpoteka ilə yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. Kredit xətti müqaviləsi çərçivəsində İddiaçı QSC tərəfindən Cavabdeh3 30 iyun 2018-ci il tarixli, 17R000007035 saylı kredit razılaşması ilə 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5833 % olmaqla 30000 ABŞ dolları məbləğində k redit verilmişdir. 5. 17 mart 2015-ci il tarixli 17R000007035S saylı, 22 fevral 2016-cı il tarixli 17R000007035SA saylı, 21 oktyabr 2016-cı il tarixli 17R000007035SB saylı, 17 aprel 2017-ci il tarixli 17R000007035SC saylı və 16 oktyabr 2017-cı il tarixli 17R000007035SD nömrəli sazişlərlə İddiaçı QSC və Cavabdeh3 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, son nəticədə kreditin son qaytarılma tarixi 22 sentyabr 2020-ci il müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə 17R000007035 saylı kredit razılaş ması üzrə 15597,16 ABŞ dolları kredit borcu, 11823,71 ABŞ dolları faiz borcu və 8028,40 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 35449,27 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin ünvan 1 ünvanında yerləşən 2 otaqlı 4 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, 35449,27 ABŞ dolları borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 ümumi qaydada tutulması, fərdi yaşayış evinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilərək fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, borcalan kredit razılaşmasının tələbini pozaraq, ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır.
8. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 21 yan var 2021-ci il tarixli rəyinə əsasən, iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatları və iddiaçı AccessBank QSC ilə Cavabdeh3 arasında bağlanılmış 16 oktyabr 2017-ci il tarixli sazişin şərtləri əsas götürülməklə Cavabdeh3 İddiaçı QSC-yə iddia tələbinin tarixinə, yəni 19 dekabr 2019-cu il tarixə olan borcu 11248,04 ABŞ dolları (əsas borc üzrə 11248,04 ABŞ dolları; faiz borcu üzrə 00,00 ABŞ dolları) məbləğində müəyyən edilmişdir. Rəydə həmçinin qeyd olunmuşdur ki, Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış 16 oktyabr 2017-ci il tarixli, 17R000007035SD saylı, kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də, hazırki tədqiqatla Cavabdeh3 cərimə hesabl anmır.
9. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair məhkəmə ekspertizası üzrə "xxxx" MMC-nin verdiyi 25 fevral 2021-ci il tarixli hesabata əsasən, ünvan 1-də, istifadədə olan 0.00664 ha torpaq sahəsi üzərində yerləşən, Cavabdeh3 mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 53,9 kv.m ümumi, 37,2 kv.m yaşayış, 16,7 kv.m yardımçı sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin bazar qiyməti 33000 manat; likvid qiyməti 28000 manat təşkil edir.
10. İş üzrə keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 26 may 2021-ci il tarixli rəyinə əsasən hesabdan çıxarış məlumatları və 28 fevral 2013-cü il tarixli, 17L000001567 saylı kredit xətti müqaviləsinə əsasən 30 iyun 2014-cü il tarixli 1567 saylı sazişlə, kredit xətti müqaviləsinə əsasən aşağıdakı sazişlər əlavə və dəyişikliklər olun muşdur; 17 mart 2015-ci il tarixli, 17R000007035S saylı saziş razılaşması, 22 fevral 2016-cı il tarixli, 17R000007035SA saylı saziş razılaşması, 21 oktyabr 2016-cı il tarixli, 17R000007035SB saylı saziş razılaşması, 17 aprel 2017-ci il tarixli, 17R000007035SC saylı saziş razılaşması, 16 oktyabr 2017-ci il tarixli, 17R000007035SD saylı saziş razılaşmasının qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh3 İddiaçı QSC-yə iddia tələbi verildiyi 19 dekabr 2019-cu il tarixə borcu 36494,91 ABŞ dolları məbləğində müəyyən edilir (əsas borc üzrə 16808,71 ABŞ dolları; faiz borcu üzrə 11657,8 ABŞ dolları; cərimə borcu üzrə 8028,40 ABŞ dolları). Qeyd edilir ki, Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış yuxarıda göstərilən sazişlərə əsasən 20 fevral 2017-ci il tarixdə, 20 fevral 2018-ci il tarixdə və 20 fevral 2019-cu il tarixlərdə illik faiz dərəcələri dəyişdirilərək faiz dərəcələri azaldılmışdır. Həmin faiz dərəcələri tərtib olunmuş cədvəl məlumatında göstərilmişdir.
11. Abşeron Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(012)-180/2021 nömrəli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 30 iyun 2014-cü il tarixli 17R000007035 saylı kredit razılaşması üzrə əsas borca görə 15597,16 ABŞ dolları, faiz borcuna görə 11657,80 ABŞ dolları, cərimə borcuna görə 500 ABŞ dolları olmaqla, ümumilikdə 27754,96 ABŞ dolları borcun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, məhkəmə xərclərinə görə 60 manatın İddiaçı QSC-nin xey rinə tutulması, tutmanın Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı 4 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin likvid satış qiymətinin 28000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən cəmi 27754,96 ABŞ dolları borcun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, məhkəmə xərclərinə görə 60 manatın İddiaçı QSC-nin hesabına, 200 manat ekspertiza xərcinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, İddiaçı QSC-yə tam ödənildikdən sonra qalan məbləğin Cavabdeh3 qaytarılması, ünvan 1 ünvanında yerləşən 2 otaqlı 4 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda Cavabdeh4 fərdi yaşayış evini boşaldaraq ən gec i bir ay ərzində həmin fərdi yaşayış evindən çıxarılması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi həmin nəticəni iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının rəyləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.3.1, 317, 319.1, 319.6, 385.1, 425.1, 439.1, 442, 443.1, 448.1, 448.2, 445, 467, 472.1, 472.2, 472.3, 739.1, 739.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 88, 101.3, 102.1, 103.1, 106.1, 107, 119.1, 218.3, 220.5-ci, “İpoteka haqqında” Qanunun 33, 39.3.3, 47.4, 59.3, 59.4-cü maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində bi rinci icraat
13. Cavabdeh3 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(012)-180/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2(105)-1835/2022 nömrəli qətnaməsi ilə (hakimlər - T.O.Quliyev /sədrlik edən və məruzəçi/ G.F.Tağızadə və L.M.Məmmədova) Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(012)-180/2021 nömrəli qətnaməsi Cavabdeh3 aid hissədə dəyişdirilmədən saxlanılmışdır.
15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, apellyant kredit müqaviləsi üzrə mövcud borcun v ə ipoteka predmetinin qiymətinin qəbul edilməməsi barədə apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim edə bilməmiş və bu hallar məhkəmə-mühasibatlıq ekspertizasının rəyi və "xxxx" MMC tərəfindən tərtib edilmiş 25 fevral 2021-ci il tarixli hesabat ilə inkar olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. b) Kassasiya instansiyası məhkəməsində birinci icraat
16. Cavabdeh Cəfərov Mətanət Bilal qızı kassasiya şikayət i verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2(103)-1835/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
17. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarına əməl etməmiş və istinad etdiyi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. İşə baxan birinci instansiya məhkəməsi kredit borcunun vaxtında ödənilməməsinin səbəblərini, eləcə də onun nə qədər ödəniş etdiyini araşdırmamış, həm əsas borc və həm də faiz borcu ekspert rəyi ilə şişirdilmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər Elşad Şamayev (sədrlik edən və məruzəçi), Əhliman Xıdırov və Elşanə Vəliyeva) 2(102)1004/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qərarı ilə cavabdeh Cəfərov Mətanət Bilal qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2(105)-1835/2022 nömrəli qətnaməsinin qismən, yəni kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi hissəsində ləğv edilməsi və işə həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdı r.
19. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyildir. Ekspertin rəyi məhkəmədə tədqiq olunmalı və digər sübutlarla yanaşı qiymətləndirilməlidir.
20. Lakin məhkəmə kollegiyasının qənaətinə görə, hazırki halda işin faktiki hallarını araşdıran məhkəmələr iş üzrə verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 26 may 2021-ci il tarixli rəyini təhlil etməmiş və həmin rəyin verilməsi üçün aparılan tədqiqatı işdə olan sübutlarla birlikdə qiymətləndirməmişdir.
21. Qeyd olunduğu kimi, cavabdehə kredit 30 iyun 2018-ci il tarixdə verilsə də, sonradan əlavə sazişlərlə kreditin qaytarılması şərtlərində dəyişikliklər edilmiş və sonuncu belə saziş 16 oktyabr 2017-ci il tarixdə razılaşdırılmışdır. Qeyd olunan sazişə əlavə olunmuş ödəniş planından isə müəyyən olunur ki, tərəflər həmin tarixə restrukturizasiya məbləğinin 180236,22 ABŞ dolları olmasına razılaşmışlar.
22. Lakin məhkəmə-mühasibatlıq ekspertizasının 26 may 2021-ci il tarixli rəyinin tədqiqi hissəsində olan cədvəldən müəyyən olunur ki, ekspert kreditin verildiyi tarixdən hesablamaqla və 20 oktyabr 2017-ci il tarixdə 202 ABŞ dolları ödəniş nəzərə alınmaqla, həmin tarixə qalan əsas borcun 19032,67 ABŞ olmasını müəyyən etmişdir.
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında olan razılaşma ilə 16 oktyabr 2017-ci il tarixə olan əsas borcun məbləği müəyyən edildiyindən, ekspert sonrakı borcu hesablayarkən məhz həmin məbləği əsas götürməli idi. İşin bu hallarının nəzərə alınmaması ekspert tərəf indən kredit müqaviləsi üzrə həm əsas, həm də faiz borcunun düzgün hesablanmamasına səbəb ola bilər. Cavabdeh apellyasiya şikayətində hesablanan əsas və faiz borcunun şişirdilməsini göstərsə də, apellyasiya məhkəməsi tərəfindən işin bu hallarına hüquqi qiymət verilməmiş və bununla da, kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi zamanı ekspert rəyinin qiymətləndirilməsi ilə bağlı Mülki Prosessual Məcəllənin 88, 101.7, 103.1-ci maddələrinin tələbləri pozulmuşdur. b) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
24. Apelyasiya instansiyası məhkəməsində işə yenidən baxılanda ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 9/5188 nömrəli, 29 avqust 2023-cü il tarixli rəyinə əsasən xx.xx.2015-ci il tarixli 17R000007035S saylı saziş razılaşması, xx.xx.2016cı il tarixli, 17R0000 07035SA saylı sazis razılaşması, xx.xx.2016-cı il tarixli, 17R000007035SB saylı saziş razılaşması, xx.xx.2017-ci il tarixli, 17R000007035SC saylı saziş razılaşması, xx.xx.2017-ci il tarixti, 17R000007035SD saylı saziş razılaşmasının şərtləri əsas götürülməklə Cavabdeh3 iddiaçı "xxxx" QSC-yə iddia tələbi verilən xx.xx.2019-cu il tarixə borcu 36.494,91 ABŞ dolları (əsas borc üzrə 16.808,71 ABŞ dolları; faiz borcu üzrə 11.657,8 ABŞ dolları) məbləğində müəyyən edilmişdir.
25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2023-cü il tarixli, 2(105)-1134/2023 nömrəli qətnaməsi ilə (hakim İ.K.Dəmirov sədrliyi və məruzəsi ilə, hakimlər F.Ə.Məmmədov və L.E.Rəhimli iştirakı ilə) Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tar ixli, 2(012)180/2021 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 30 iyun 2014-cü il tarixli 17R000007035 saylı kredit razılaşması üzrə əsas borca görə 15597,16 ABŞ dolları, faiz borcuna görə 11657,80 ABŞ dollarının İddiaçı QSC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılmış, birinci instansiya məhkəməsinin qətnaməsi cərimə borcuna aid hissədə dəyişdirilmiş, cərimə borcu 100 ABŞ dolları məbləğində müəyyən edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada cəmi 27354,96 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmə xərclərinə görə 60 manatın idd iaçının xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır.
26. Apellyasiya instansiyası gəldiyi nəticəni iş üzrə keçirilmiş ekspertizanın rəyinin nəticələrinə istinadla əsaslandırmış, həmçinin qeyd etmişdir ki, 16 oktyabr 2017-ci il tarixli sazişlə cavabdehlərin əsas borcunun 18023,22 ABŞ dolları müəyyən edən və həmin sazişin ayrılmaz tərkib hissəsi olan işin 1-ci cildinin 28-ci vərəqində olan ödəniş planına və hesabdan çıxarış məlumatlarına əsasən müəyyən olunur ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək 12 dəfə, yəni 202 ABŞ dolları olmaqla ödəniş planına uyğun ödənişlər aparılmış və həmin vəsaitlər ödəniş planına əsasən əsas borcdan silinərək əsas borc 15599,22 (18023,22-2424=15599,22) ABŞ dolları qalmışdır. Həmin ödəniş planına əsasən ödənilməmiş faiz borcu isə 11823,23 (11436,45+387,26) ABŞ dolları təşkil edir.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 442, 739.1, 739.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri.
28. Cavabdeh Cəfərov Mətanət Bilal qızı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 oktyabr 2023-cü il tarixli, 2(105)-1134/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 448-ci, Mülki Prosessual Məcəllənin 9 və 14-cü maddələri pozulmuşdur. Belə ki, k redit məbləğinin vaxtında ödənilməməsi cavabdehin təqsiri ilə bağlı deyil, oğlunun şəhid olması və həyat yoldaşının işini itirməsi ilə əlaqəli olmuşdur. Həmçinin ipoteka predmetinin ilkin satış qiyməti düzgün müəyyən olunmamışdır. Belə ki, fərdi yaşayış evinin bazar qiyməti 45000-50000 manat, likvid qiyməti isə 40000 manat təşkil edir. Bundan əlavə, cavabdehin həm əsas borcu, həm də faiz borcu ekspert rəyi ilə şişirdilmişdir.
30. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. b) Kassasiya şikayətinə etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdə liyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
33. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
34. Maddə 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.
35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditoru n) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
37. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
38. Maddə
739. Borc müqaviləsinə görə iştirakçılardan biri (bor c verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Qanun
39. Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin sat ış (likvid) qiymətidir.
40. Maddə 33 Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
41. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları süb ut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına u yğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
51. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
52. Azərbaycan Respublikası mülki prosessual qanunve riciliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
53. Hazırkı kassasiya şikayətində qətnam ə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi barədə kassatorun dəlilləri ilə bağlı qeyd edir ki, bu dəlil apelyasiya instansiyası məhkəməsində yenid ən işə baxılması zamanı araşdırma predmeti olmamışdır.
56. Çünki iş üzrə Ali Məhkəmənin Mülki kollegiyasının 09 mart 2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2022-ci il tarixli qətnaməsinin qismən, yəni kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmış, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Yəni ipoteka predmetinin qiymətinin müəyyən olunmasına aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsi artıq qanuni qüvvəyə minmişdir. Buna görə də ipoteka predmetinin qiyməti ilə bağlı dəlil üzrə araşdırma aparılmır.
57. Borcun düzgün hesablanmaması barədə kassatorun dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir k i, bu dəlil qətnamənin ləğvinə əsas vermir. Çünki iş materiallarından göründüyü kimi apelyasiya instansiya məhkəməsi kredit borcunun məbləğinin düzgün hesablanmadığı barədə cavabdehlərin dəlillərini araşdırmaq üçün xüsusi bilik tələb olunduğuna görə ekspertiza təyin etmiş, ekspert tədqiqatının aparılması üçün bütün sübutları ekspertə təqdim etmiş, borc məbləğini həmin rəyə uyğun müəyyən etmişdir. Cavabdeh borcun şişirdildiyini bildirməsinə baxmayaraq, ekspert rəyi ilə məhz nəyə görə razılaşmadığını əsaslandırmamışdır.
58. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nətic ə əsaslandırılmışdır.
59. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1134/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.