Məhkəmə qərarları › İş №2(102)-1658/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1658/2024

01.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1658/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin boşaldıması, iş üzrə icraata xitam verilməsi əsasları – eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olarsa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, sökülmüş evin dəyəri olan 51.000 manat məbləğində maddi zərər, 20.000 manat məbləğində mənəvi zərərin tutulması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-603/2024 nömrəli, 2024-cü il 23 fevral tarixli qərardadından iddiaçı Hüseynov Rafiq Əjdər oğlunun kassasiya şikayətinə Ali Məhkəmənin binasında 01 may 2024-cü il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı (bundan sonra - iddiaçı) iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək Cavabdeh (bundan sonra “cavabdeh”) ünvan 1 ünvanında yerləşən, sahibliyində və istifadəsində olmuş 0.10 ha torpaq sahəsindən çıxarılması, sökülmüş evin dəyəri olan 51000 (əlli bir min) manat məbləğində maddi zərər, 20000 (iyirimi min) manat məbləğində mənəvi zərər, müvəqqəti təminat tədbirləri barədə ərizənin verilməsinə görə ödənilən 30,30 ( otuz manat otuz qəpik) manat rüsumun və iddia ərizəsinin verilməsinə görə ödənilən 303 manat rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 19 iyun 1998-ci il tarixli, 149 saylı sərəncamı ilə Saray qəsəbə icra nümayəndəliyinin istifadəsi üçün ayrılmış 24.00 ha. və Aqrar İslahat Komissiyasının qərarı ilə 50 ha. ayrılmış torpaq sahəsindən Saray qəsəbəsi üzrə nümayəndəsinin 07 oktyabr 1999-cu il tarixli, 35 nömrəli sərəncamına əsasən iddiaçıya Abşeron rayonu Saray qəsəbəsində 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində yaşayış evinin tikintisinə icazə verilmişdir. Beləliklə, iddiaçı 1999-cu ilin payız aylarında sahibliyində və istifadə sində olan 0,10 ha torpaq sahəsinin dörd bir yanını mişar daşı ilə hasarladıqdan sonra bir mərtəbəli, 4 otaq və ümumi sahəsi 230.19 kv.m.-dən ibarət fərdi yaşayış evini tikərək həmin vaxtdan 2022-ci ilin sentyabr ayına kimi orada yaşamışdır. 3.Cavabdeh 2014-cü ildə iddiaçıya qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və həmin torpaqda tikilmiş qeyri-qanuni tikililərin sökülməsi”nə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli, 2(012)-219/2015 saylı qətnaməsi ilə iddia təmin edilmiş və “Abşeron rayonu Saray qəsəbəsində yerləşən, iddiaçı Cavabdeh mülkiyyətində olan 0,10 ha. torpaq sahəsində qanunsuz inşa edilmiş tikililər cavabdeh İddiaçı hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılması və cavabd eh İddiaçı həmin torpaq sahəsindən çıxarılması” qət edilmişdir. 4.Həmin qətnamə 2019-cu ilin aprel ayında qismən icra edilərək yaşadığı evin bir hissəsi iddiaçının təşəbbüsü və xərci hesabına sökülmüş, qanuni yolla ayrılmış torpaq sahəsi iddiaçıya məxsusdur, iddiaçı orada yaşamağa davam etmiş və cavabdehə heç bir aidiyyəti yoxdur. Eyni zamanda iddiaçı qismən söküntüyə məruz qalmış evinin dəyərini müəyyən etməkdən ötəri "xxxx" MMC-yə müraciət etmiş və xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatına görə evinin bazar qiyməti 51000 (əlli bir min) manat müəyyən olunmuşdur. 5.İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 158.1, 158.2, 158.4 və 159-cu maddələrinə istinad etmişdir.

6. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya etiraz edərək göstərmişdir ki, Abşeron Rayon Məhkəməsi nin 2(012)-219/2015 saylı 18 Fevral 2015-ci il tarixli qətnaməsi ilə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, onun mülkiyyətində olan 0.10 ha torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin Hüseynov Rafiq Əjdər oğlunun hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsi boşaldılması və cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3464/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-219/2015 saylı 18 Fevral 2015-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmış, Hüseynov Rafiq Əjdər oğlunun apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3916/2018 saylı 29 iyun 2018-cı il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və qərar qanuni qüvvəsini almışdır. X10 Əjdər oğlunun arasında olan mübahisə predmeti Abşeron rayonu Saray qəsəbəsində yerləşən Rafiq Hüseynov tərəfindən zəbt edilmiş torpaq sahəsindən çıxarılma və həmin torpaqda tikilmiş qeyri-qanuni tikililərin sökülməsi ilə bağlı olmuşdur. 7.Abşeron Rayon Məhkəməsinin e-2(012)-3751/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma və mülki hüquqpozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia tələbinin «torpaq sahəsindən çıxarılması» hissəsində icraata xitam verilmişdir. (hakim Elman Məmmədov)

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin “torpaq sahəsindən çıxar ılma” hissəsində Abşeron Rayon Məhkəməsinin 2(012)- 219/2015 saylı 18 Fevral 2015-ci il tarixli qətnaməsi ilə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, iddiaçı X1 mülkiyyətində olan 0.10 ha torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin cavabdeh X4 hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılması və cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3464/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsini 2(012)-219/2015 saylı 18 Fevral 2015-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3916/2018 saylı 29 iyun 2018-cı il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci i l tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və qərar qanuni qüvvəsini almışdır.

9. Birinci instansiya məhkəməsi qeyd edilən hala və MPM-in 261.0.2-ci maddəsinə istinad edərək belə nəticəyə gəlmişdir ki, iddiaçının cavabdehə qarşı «torpaq sahəsindən çıxarılması» tələbinə dair iddiasına dair mülki işə artıq məhkəmələr tərəfindən baxıldığı üçün iddia tələbinin «torpaq sahəsindən çıxarılması» hissəsində mülki iş üzrə icraata xitam verilməlidir.

10. İddiaçı qərardaddan şikayət verərək, birinci instansiya məhkəməsinin icraata xitam verilmə haqqında qərardadını ləğv edilməsini xahiş etmişdir.

11. Şikayəti belə əsaslandırılmışdır: - məhkəmənin qəbul etdiyi xx.xx.2023-cü il tarixli, e-2(012)-3751/2023 nömrəli qərardadı tam əsassızdır və ləğv edilməlidir. Belə ki, cavabdeh xx.xx.2013-cü il tarix ində saxta bölgü eskizi tərtib edərək 1 saylı Abşeron rayon Notariat Kontorunda təkbaşına təsdiqlətmişdir, halbuki bölgü eskizində “Bölgü ilə razıyam, şikayətim, etirazım və əlavəm yoxdur. Bölgü eskizini imzamızla təsdiq edirik” qrafası var, bu da ona dəlalət edir ki, həmin bölgü eskizini torpaq sahəsini satan X5 mütləq imzalamalı idi. Aydın görünür ki, cavabdeh xx.xx.2013-cü il tarixli ikinci bölgü eskizini saxtalaşdırdığı üçün X2 gizli saxlamaq qərarına gəlmişdir. Həmin saxta bölgü sxeminə əsasən cavabdeh xx.xx.2013-cü il tarixində (alqısatqı müqaviləsi bağlanandan 7 il sonra, saxta bölgü eskizinə əsasən) çıxarış ala bilmişdir ki, bunun da nəticəsində Abşeron Rayonu Saray qəsəbəsi Rza Təhmasıb küçəsində yerləşən və 1999-cu ildə iddiaçı tərəfindən inşa edilən evin sökdürülməsinə nail olmu şdur; - lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 15 mart 2019-cu il tarixli, **********77 saylı cavab məktubunda göstərilmişdir ki, “...Hüseynov X6 rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 07 oktyabr 1999-cu il tarixli, 35 nömrəli sərəncamı ilə ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,10 ha. torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Xidmətin 4 saylı Abşeron Ərazi idarəsinə müraciət etməmiş, adıçəkilən torpaq sahəsi və inşa edilmiş fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır; - əlavə ola raq bildirir ki, Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına və təqdim olunan sənədlərə əsasən aparılmış araşdırma nəticəsində iddiaçının faktiki istifadəsində olan 0,10 ha. torpaq sahəsi ilə cavabdehin mülkiyyətində olan, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə aldığı 0,10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının üst-üstə düşməsi halı aşkar edilməmişdir; - daha sonra xx.xx.2021-ci il tarixli, 383 saylı vəkil sorğusuna verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********76 saylı cavab məktubunda göstərilmişdir ki, “Abşeron rayonu, Saray qəsəbəsində yerləşən İddiaçı faktiki istifadəsində olan 0.10 hatorpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan **********43 reyestr nömrəsi ilə xx.xx.2013-cü il tarixdə verilmiş 0.10 ha. torpaq sahəsinin sənəd üzrə döngə nöqtələrinin koordinatları əsasında üst-üstə düşmə halı aşkar edilməmişdir”; - bundan sonra 3-cü dəfə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 4-saylıAbşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-3223/2023 saylı cavab məktubunda bir daha təsdiqlənmişdir ki, “İddiaçı faktiki istifadəsində olan 0,10 ha. torpaq sahəsi ilə vətəndaş GülmalıyevVahid Abbas oğlunun mülkiyyətində olan, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə aldığı 0,10 ha torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarını n üst-üstə düşməsi halı aşkar edilməmişdir”; - cavabdeh məhkəməyə xx.xx.2021-ci il tarixli **********98 reyestr nömrəli çıxarışı təqdim etmişdir hansı ki, bu çıxarış ona xx.xx.2013-cü il tarixli **********43 reyestr nömrəli çıxarış əsasında verilmişdir. xx.xx.2021-ci il tarixli **********98 reyestr nömrəli çıxarışda isə cavabdehin mülkiyyətində olan torpaq sahəsinin 0,07 ha-dan ibarət olması göstərilmişdir. Lakin həmin çıxarışda göstərilən torpaq sahəsi ilə də iddiaçının faktiki istifadəsində və sahibliyində olmuş 0,10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları üst-üstə düşmür; - daha sonra İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3- 32/2-H0097-8 saylı cavab məktubu ilə bir daha təsdiqlənmişdir ki, “...sözügedən torpaq sahəsinin **********06 reyestr nömrəli çıxarışla ləğv edilmiş DT və XK tərəfindən verilmiş JN-1843 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə başqa şəxsə (X3) məxsus sənəd üzrə torpaq sahələri üst-üstə düşdüyü müəyyən edilmir”; - həmin torpaq sahəsi isə X3 məxsusdur, yəni cavabdehin mülkiyyətində olan 0,07 ha torpaq sahəsi başqa yerdə olmalı olduğu halda səhvən iddiaçının istifadəsində olan torpaq sahəsinə yönəldilərək iddiaçının evi söküntüyə məruz qalmışdır; - hazırda Sumqayıt İnzibati Məhkəməsinin icraatında iddiaçının cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4-saylı Abşeron Ərazi İdarəsinə qarşı “Torpaq sahəsi üzərində mül kiyyətn hüququnun daşınmaz əmlakın dövlət reyetstrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə 2-1(118)- 761/2024 nömrəli inzibati iş baxılmaqdadır. Həmin işlə əlaqədar məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir; - hazırki qərardad qəbul edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsaslanması səhvdir, çünki tərəflər eyni olsa da, iddianın predmeti tam fərqlidir; - məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər Nazirlər kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə "Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron u çotunun aparılması və xəritələşdirilməsi yolu ilə tоrраqlаrın elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin оlunmаsıпа dair Tədbirlər Planı” hazırlanmışdır. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra Sumqayıt İnzibati Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır. Bu rəydən də görünür ki, cavabdehin çıxarışında göstərilən torpaq sahəsindən belə, söhbət getmir, ona məxsus torpaq sahəsi tamamilə başqa yerdə yerləşir; - Abşeron Rayon Məhkəməsi tərəfindən 2(012)- 219/2015 nömrəli 18 fevral 2015-ci il tarixli qətnamə qəbul edilərkən 4 saylı Abşeron Ərazi İdarəsi işə cəlb olunmamış, nə də ondan mütəxəssis rəyi istənilməmişdir, bunun nəticəsində səhv qənaətə gəlinərək qeyriobyektiv qətnamə qəbul olunmuş, iddiaçı öz halal torpaq sahəsindən çıxarılaraq evi sökülmüşdür. Hazırki qərardad qəbul edilərkən Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə istinad olunması səhvdir,

12. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, xx.xx.2023-cü il tarixli qərardadını dəyişdirilmədən saxlamış və şikayət baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsi 2(105)-603/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2023cü il tarixli və onunla bağ lı xx.xx.2024-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanunun mənasına görə iş üzrə xitam verilməsi üçün eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi barədə məhkəmə qərardadının olmasıdır.

15. Belə olan halda birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edilməlidir.

16. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsi ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

18. Kassiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin 07 dekabr 2023-cü il tarixli baxış iclasında cavabdeh bildirmişdir ki, o, mübahisəli torpaq sahəsini satıb, yəni 0,07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi artıq özgəninkiləşdirilmişdir. İddiaçının vəkili mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair sübutun cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsini xahiş etmişdir. Çünki mübahisəli torpaq sahəsi özgəninkiləşdirilmişsə, MPM-nin 54.1-ci maddəsinə əsasən iddiaçı iddianın “cavabdehin torpaq sahəsindən çıxarılması” hissəsinə dair cavabdehi əsil cavab dehlə əvəz edə bilərdi ki, bunun da nəticəsində iddia tələbinin “torpaq sahəsindən çıxarılması” hissəsində icraata xitam verilə bilməzdi. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 321-332/2-01936/24 saylı, xx.xx.2024-cü il tarixli məktubundan bəlli olmuşdur ki, mübahisəli torpaq sahəsi həqiqətən də mübahisəyə məhkəmədə baxılan zaman cavabdeh tərəfindən özgəninkiləşdirilmişdir, artıq cavabdehin mülkiyyətində deyil. Buna baxmayaraq, birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, mübahisəli torpaq sahəsinin xüsusi mülkiyyət hüququ üzrə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömr əsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Apellyasiya məhkəməsi isə mübahisəli torpaq sahəsinin hal-hazırda kimin mülkiyyətində olmasını araşdırmamışdır. Birinci və apellyasiya instansiya məhkəmələri torpaq sahəsinin mülkiyyətçisinin kim olduğunu aydınlaşdırmamışdır, halbuki cavabdeh birinci instansiya məhkəməsində 07 dekabr 2023-cü il tarixli baxış iclasında bildirmişdir ki, o, artıq mübahisəli torpaq sahəsini satmışdır. Lakin məhkəmə buna əhəmiyyət verməmiş və birinci instansiya məhkəməsinin qərardadını ləğv edərək “cavabdehin torpaq sahəsindən çıxarılması” hissəsində ərizəni baxılmamış saxlamaq əvəzinə, birinci instansiya məhkəməsinin qərardadını qüvvədə saxlamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəll ənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxu d qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

21. Kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır.

22. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. İddia cavabdehin torpaq sahəsindən çıxarılması barədədir.

25. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarından görünür ki, Abşeron Rayon Məhkəmə sinin 2(012)- 219/2015 saylı 18 Fevral 2015-ci il tarixli qətnaməsi ilə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, iddiaçı X1 mülkiyyətində olan 0.10 ha torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin cavabdeh X4 hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılması və cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3464/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3916/2018 saylı 29 iyun 2018-cı il tarixli qərarı ilə də Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və qərar qanuni qüvvəsini almışdır.

26. Bu baxımdan, m əhkəmə kollegiyası məhkəmələrin gəldiyi nəticə ilə razılaşır.

27. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.

28. İddiaçının nümayəndəsi və vəkilinin apellyasiya və kassasiya şikayətlərinin məzmundan da görünür ki, iddiaçı tərəf eyni tərəfə eyni predmet və eyni əsaslara iddia verilməsini qəbul edir.

29. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, cavabdeh birinci instansiya məhkəməsinin 07 dekabr 2023-cü il tarixli baxış iclasında mübahisəli torpaq s ahəsini satmasını bildirib, mübahisəli torpaq sahəsi satılıbsa, MPM-nin 54.1-ci maddəsinə əsasən iddiaçı iddianın “cavabdehin torpaq sahəsindən çıxarılması” hissəsinə dair cavabdehi əsil cavabdehlə əvəz edə bilərdi ki, bunun da nəticəsində iddia tələbinin “torpaq sahəsindən çıxarılması” hissəsində icraata xitam verilə bilməzdi.

30. Məhkəmə kollegiyası şikayətinin dəlillərini əsassız sayır. Belə ki, əvvəla, cavabdehin birinci instansiya məhkəməsinin 07 dekabr 2023-cü il tarixli baxış iclasında mübahisəli torpaq sahəsini satmasını deməsi həmin məhkəmə iclasının protokolu ilə təkzib edilir. Cavabdehin həmin məzmunda da hər hansı izahat verməsi protolkoldan görünmür. Bundan əlavə, iddiaçı bu dəlili apellyasiya şikayətində irəli sürməyib. Həmçinin bu dəlil qərardadın ləğv edilməsi üçün də əsas deyil.

31. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsasızdır, buna görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-603/2024 nömrəli, 2024-cü il 23 fevral tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar