Məhkəmə qərarları › İş №2(102)-167/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-167/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-167/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi) Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5126/2024 nömrəli, 16 sentyabr 2024cü il tarixli qətnaməsindən id diaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2015-ci il tarixli, 970/15 saylı kredit müqaviləsinə əsasən "Azərbaycan Beynəlxalq Bank” ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank borcluya illik 24% tətbiq edilməklə, 24 ay müddətinə 10.000 (on min) manat məbləğində kredit verilmişdir. 2. xx.xx.2015-ci il tarixli 970/15 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh2 borcalan Cavabdeh1 bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır.

3. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarix li 2(103)-2789/2019 saylı qərardadına əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0100- 3008/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı «X4 edilməsi Agentliyi» MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əsas və faiz borcunun tutulması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır 4. “X4 Edilməsi Agentliyi” MMC-nin xx.xx.2023-cü il tarixli Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehlər müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada xx.xx.2015-ci il tarixli № 970/15 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 7.092,66 manat, faiz borc üzrə 1.713,93 manat olmaqla, cəmi 8.806,59 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 108,07 manat məbləğində dövlət rüsumunun İddiaçı QSCnin xeyrinə ödənilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İd diaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC ilə İddiaçı QSC arasında SFK-54 saylı, xx.xx.2017-ci il tarixli sənədlərin təhviltəsliminə dair akt tərtib edilmiş, daha sonra isəİddiaçı QSC tərəfindən borclu şəxs Cavabdeh1 dair sənədlər təhvil-təslim aktına əsasən “Aqrarkredif’ QSC -yə verilmişdir. "xxxx" ASC-nin Suraxanı filialı ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə, 970/15 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 24% tətbiq edilməklə, 24 ay müddətinə 10.000 (on min) manat məbləğin də kredit verilmişdir. xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi Cavabdeh1 ayrılmış ssuda hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq X2 ilə Bank arasında xx.xx.2015-ci il tarixdə, № 970/15 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda əsas borc üzrə 7.092,66 (yeddi min doxsan iki manat, 66 qəpik) manat, faiz borcu üzrə 1.713,93 ( bir min yeddi yüz on üç manat, 93 qəpik) manat olmaqla, cəmi 8.806,59 (səkkiz min səkkiz yüz altı manat, 59 qəpik) manat təşkil edir. Cavabdeh1 xx.xx.2019-cu il tarixində “Fiziki şəxslərin “Aqrarkredif’ QSC-də olan vaxtı keçmiş əsas kredit borclarının restruktruzisiyası ilə bağlı bildiriş göndərilmiş, lakin cavabdeh restruktruzisiya müqaviləsi bağlamaqdan imtina etmişdir. “X4 Edilməsi Agentliyi” MMC xx.xx.2018-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək cavabdeh ilə Cavabdeh1 “əsas və faiz borcunun qaytarılmasına dair” qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin 2(0102)- 3008/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 7.092,66 manat əsas borc, 1.713,93 manat faiz borcu, cəmi 8.806,59 (səkkiz min səkkiz yüz altı manat, 59 qəpik) manat borcun tutularaq "xxxx" QSCyə verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30 (otuz) manat dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh1 Apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2( 103)-2789/2019 saylı qərardadı ilə Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsi, Suraxanı Rayon Məhkəməsinin 2(0102)-3008/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qaldıqda, bu yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydas ı qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduğumuz maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Odur ki, hesab edirik ki, İddiaçı QSC tərəfindən cavabdehlərə qarşı iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir.

7. Cavabdehlər tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlanmış və həmin etirazda qeyd olunmuşdur ki, işlə bağlı iddia müddəti tətbiq edilməli və iddia ərizəsindən imtina edilməsi barədə qərardad (qərar) qəbul edilməlidir. Belə ki, xx.xx.2015-ci il tarixindən 9 il müddət keçmişdir. 18 fevral 2019-cu il tarixli Apellyasiya məhkəməsinin qərardadından isə 4 ildən çox bir müddət ötmüşdür. Müddət ötürülməklə iddia verilmişdir. Odur ki, hazırkı iş üzrə iddia müddəti keçdiyindən iddia ərizəsinə baxılmasından imtina edilməsi barədə qərardad (qərar) qəbul edilməsini xahiş etmişdirlər.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(010)1528/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Rübabə Qafarova).

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh1 qarşı məhkəmədə aralarında bağlanmış kredit müqaviləsi üzrə pul tələbinə dair iddia qaldırm ağa müvafiq subyektiv hüququ olmuşdur.

10. Məhkəmə iddiaçının subyektiv hüququ ilə bağlı məsələni aydınlaşdırdıqdan sonra qeyd etmişdir ki, Cavabdeh1 tərəfindən verilmiş iddia müddətinin tətbiqi ilə əlaqədar ərizə əsaslı olduğundan iddia təmin edilməməlidir.

11. Məhkəmə müəyyən etmişdir ki, “X4 Edilməsi Agentliyi” MMC xx.xx.2018-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək cavabdeh ilə Cavabdeh1 “əsas və faiz borcunun qaytarılmasına dair” qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin 2(0102) 3008/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 7.092,66 manat əsas borc, 1.713,93 manat faiz borcu, cəmi 8.806 manat borcun tutularaq İddiaçı QSC-yə verilməsi, cavabdehlər C avabdeh1 və Cavabdeh2 30 (otuz) manat dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-2789/2019 saylı qərardadı ilə Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsi, Suraxanı Rayon Məhkəməsinin 2(0102)-3008/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi (MPM-in 259.0.3-cü maddəsinə əsaslanmaqla) və iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.

12. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, hazırkı mülki mübahisə kredit müqaviləsindən irəli gələn öhdəliklə bağlı yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəyə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Göründüyü kimi iddiaçı iddia müddətini ötürməklə məhkəmə yə müraciət etmiş, iddia müddətinin üzrlü səbəbdən ötürülməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.

13. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəf mübahisənin məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddətin iddia müddətinə daxil edilməli olmamasında israrlı olsa da, iddiaçı kredit borclarının restruktruzasiyası üçün 2019-cu ildə cavabdehə müraciət etdikdən sonra hansı zəruri prosedurların həyata keçirildiyini və həmin prosedurlar üçün hansı ağlabatan müddətə zərurət olduğunu əsaslandıra bilməmişdir.

14. Bundan başqa, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh2 qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddiası ilə bağlı məhkəmə hesab etmişdir ki, həmin şəxsə münasibətdə də iddia təmin edilməməlidir.

15. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinə istinad edərək daha sonra qeyd etmişdir ki, cavabdeh iddia müddətini tətbiq etməklə tələbin rədd edilməsini istəsə də, iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi 2015-ci il tarixində bağlanmışdır. Bu baxımdan, Cavabdeh2 qarşı irəli sürülmüş iddia tələbi ilə bağlı İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında 2015-ci ildə bağlanmış kredit müqaviləsinin müddəti 2017-ci ilin yanvar ayına kimi müəyyən edilsə də, onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində iddiaçı tərəfindən cavabdehlərə qarşı iddia tələbi irəli sürülməmişdir. Bu hal isə yuxarıda qeyd olunan Qanunun normasına əsasən zaminlik öhdəliyinə xitam verild iyinə dəlalət edir.

16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 442, 443, 448, 470, 472, 477, 739-cu; Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

17. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. Fərmanda gö stərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qaldıqda, bu yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduqları maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilmə z. Bundan başqa bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Bundan əlavə məhkəmə iddia müddəti ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Ona görə ki, məhkəmə kredit müqaviləsinin qüvvədə olma müddətini xx.xx.2015-ci il tarix göstərmiş və həmin iddia müddətinin axımını xx.xx.2017-ci ildən hesablamışdır. 14.3-cü bəndində göstərilir ki, tərəflər Bu Müqavilə üzrə vəzifə lərini tam həcmdə icra etdikləri andan öhdəliklərinə xitam verilir. İşin hallarından da müəyyən olunur ki, cavabdeh tərəfindən kredit tam həcmdə ödənilməmişdir. Belə olan halda məhkəmə tərəfindən iddia müddətini tətbiq etməli deyildir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5126/2024 nömrəli, 16 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Fərrux Qasımov və Günel Abbasova).

20. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətini n dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.

21. Məhkəmə kollegiyası mülki qanunvericiliyin müvafiq normalarına istinad edərək qeyd etmişdir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pu l məbləğini cavabdehə vermiş, bunun nəticəsində bankın cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə bank qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, öhdəliklər icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

22. Kollegiya, iddiaçı tərəfin apellyasiya şikayətində iddia müddətinin ötürülməməsinə dair dəlili ilə bağlı qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə borcun qaytarılması məqsədilə xx.xx.2018-ci il tarixdə Suraxanı rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2(0102) 3008/2018 saylı, xx.xx.2018ci i l tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 7.092,66 manat əsas borc, 1.713,93 manat faiz borcu, cəmi 8.806 manat borcun tutularaq İddiaçı QSC-yə verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30 (otuz) manat dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-2789/2019 saylı qərardadı ilə Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsi, Suraxanı Rayon Məhkəməsinin 2(0102)-3008/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi (MPM-in 259.0.3-cü maddəsinə əsaslanmaqla) və iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmış, səbəbi İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh1 qarşı məhkəmədə aralarında bağlanmış kredit müqa viləsi üzrə pul tələbinə dair iddia qaldırmağa müvafiq subyektiv hüququ olmaması ilə əlaqədar olmuşdur. Hazırkı iddia qaldırıldıqdan sonra birinci instansiya məhkəməsi iddiaçının kredit müqaviləsi üzrə pul tələbinə dair iddia qaldırmağa müvafiq subyektiv hüququ olması müəyyən edilsə də, mübahisəyə iddia müddəti tətbiq edilməklə qiymət verilmişdir.

23. Kollegiya Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman qəbul edildiyin tarixdən qanuni qüvvəsinə minmiş və həmin ilin axırına kimi (31 dekabr) qüvvədə olduğunu həmçinin qeyd edərək, iddiaçının qeyd edilən müddət ərzində məhkəməyə müraciət edilməməsinin səbəbi kimi apellyasiya şikayətinin sadaladığı dəlill ərini ağlabatan və inandırıcı saymamış və hesab etmişdir ki, iddiaçı Fərmanda göstərilən müddət ərzində iddia qaldırmaq hüququndan istifadə edə bilmək imkanı olduğu (bunun əksini təsdiq edən sübutlar təqdim edilməmişdir) halda bunu etməmişdir.

24. Kollegiya həmçinin hesab etmişdir ki, iddiaçının iddia ərizəsini baxılmamış saxlanılmasına dair qərardadın qəbulundan 3 ildən çox müddətdən sonra hazırkı iddia ilə yenidən məhkəməyə müraciət etməsini ağlabatan müddət kimi qiymətləndirilməməlidir. Belə ki, sözügedən fərman xx.xx.2019-cu il tarixdə qüvvədən düşmüş və iddiaçı isə 2024cü ilin yanvar ayında eyni iddia ilə məhkəməyə müraciət etmişdir.

25. Məhkəmə kollegiyası fikrin davamı olaraq daha sonra qeyd etmişdirdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hazırkı mübahisə üzrə müddətlə bağ lı hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarını tətbiq etmiş və işin araşdırılmış halları ilə düzgün olaraq bu qənaətə gəlmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 2(0102)-3008/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanılması qərara alındıqdan sonra iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə 31 yanvar 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bundan başqa iddiaçı kredit borclarının restruktruzasiyası üçün 2019-cu ildə cavabdehə müraciət etdikdən sonra hansı zəruri prosedurların həyata keçirildiyini və həmin prosedurlar üçün han sı ağlabatan müddətə zərurət olduğunu əsaslandıra bilməmişdir Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi 2015-ci il tarixində bağlanmışdır.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinə istinad edən məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında 2015-ci ildə bağlanmış kredit müqaviləsinin müddəti 2017-ci ilin yanvar ayına kimi müəyyən edilsə də, onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində iddiaçı tərəfindən cavabdehlərə qarşı iddia tələbi irəli sürülməmişdir.

27. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmişdir ki, kredit müqavilələri üzrə yaranan münasibətlərdə qanunvericiliyin yuxarıda istinad edilən normalarında hər hansı bir ağlabatan müddətdən deyil, dəqiq və aydın ifadə edilmiş müddətlərdən bəhs edilmişdir.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə Mülki Məcəllənin 367-ci maddəsinə istinad edərək həmçinin qeyd etmişdir ki, kredit müqaviləsində borc alanın öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirdikdən sonra onun xitam olunacağının nəzərdə tutulmuş olması müqavilənin qeyri-müəyyən müddətə bağlanmış olması kimi qəbul edilə bilməz. Çünki müddət hüquqi anlayış kimi özündə həmişə konkretliyi ehtiva edir. Bu baxımdan, əsasını həmin müqavilə təşkil etdiyi tələblər üzrə hazırda iddia müddəti ötürülmüş hesab edilməlidir.

29. Apellyasiya instansiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 442, 443, 448, 470, 472, 477, 739-cu; Mülki Prosses ual Məcəlləsinin 14.2, 77.1, 80, 88, 106, 217, 218, 384, 405-ci maddələrinə həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarına, «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayət inin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı (Vəkil) apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və mülki işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin iddianı qəbul etməsini nəzərə almadan, onun iddia müddətinin tətbiqi barədə ərizəsi ilə kifayətlənmişdir. Halbuki, öhdəliyin icra müddəti ilə bağlı şərtlər cavabdehlə bağlanmış kredit müqaviləsində nəzərdə tutulmuşdur. Həmçinin cavabdehlə bağlanmış kredit müqaviləsində müqavilənin qüvvədə olma müdddəti və xitamı öz əksini tapmışdır. İş materiallarında olan sənədlərdən göründüyü kimi cavabdehin banka olan borcu öd ənilməmiş, kredit öhdəliyi yerinə yetirilməmişdir. Buradan da göründüyü kimi bankla cavabdeh arasında müqavilənin qüvvədən düşməsinin konkret vaxtı müəyyən edilməmişdir. İstər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi tərəfindən bütün bu hallar nəzərə alınmamışdır. Bundan başqa, İddiaçı QSC onun adından çıxış edən törəmə müəssisəsi olan “X4 Edilməsi Agentliyi” MMC xx.xx.2018-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, yəni ilk dəfə məhkəməyə müraciət edilən zaman iddia müddəti ötürülməmişdir. Lakin Suraxanı Rayon Məhkəməsi tərəfindən bu hal nəzərə alınmamışdır. Hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub–olmamasını və cavabdeh tərəfindən isə həmin hüququn p ozulubpozulmadığını araşdırmalıdır.

32. Eyni zamanda hesab edir ki, müqavilənin qüvvəsi bitməmişdir. Birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi əsası ilə iddianı təmin etməkdən imtina etməklə mülki qanunvericiliyin normalarını nəinki pozmuş, faktiki olaraq cavabdeh tərəfindən iddia tələbinin olmadığı və əqdin iştirakçıları arasında bu barədə hər hansı mübahisənin olmadığı halda kredit müqaviləsinin qaydalarına qiymət verməmiş, son nəticədə qeyri-obyektiv bir qətnamə qəbul etmişdir.

33. Bundan başqa apellyasiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1- ci maddəsinin qaydalarını nəzərə almamışdır. Belə ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verməklə öhdəliyin icrasından birtərəfli qaydada imtina etmişdir ki, işə baxmış məhkəmə lər də bunu qəbul etməklə, həmin maddənin tələblərinin cavabdeh tərəfindən pozulmasına rəvac vermişlər.

34. İddiaçı QSC Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 Respublikası Prezidentinin 2015-ci il 15iyul tarixli, 570 nömrəli Fərmanının icrası üçün iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçının əsas məqsədi həmin Fərmanının icrasını təmin etmək üçün məhkəmə qaydasında cavabdehlərdən kredit borcunu alınaraq dövlət büdcəsinə ödəməkdir. Məhkəmə kollegiyasının diqqətinə onu da çatdırmaq istəyirik ki, dövlət vəsaitinin geri qaytarılması cəmiyyət tərəfindən 2015-ci il ta rixdən başlanılmışdır. Qeyd edilən hallar məhkəmə tərəfindən nəzərə alınmamış və düzgün olmayan nəticəyə gəlmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

36. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır

37. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 38. `Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı idd ia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 41.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən m addi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, kollegiya qətnaməni tam yoxlayır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Məhkəmə kollegiyası hesab edir k i, kassasiya şikayətində qeyd edilən dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya məhkəməsinin həmin dəlillərə verdiyi hüquqi qiymətlə isə kassasiya məhkəməsi razılaşır. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

51. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1. 4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

52. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nət icəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2024-cü il tarixli 2(103)-5126/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar