Məhkəmə qərarları › İş №2(102)-1672/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1672/2024

31.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1672/2024 31.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin özgəsinin sahibliyindən geri alınması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 dekabr 2023-cü il tarixli 2(105)-27/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Quba rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 02 saylı qərarına əsasən xx.xx.2004-cü il tarixdə JN-137F, KOD 30304018 saylı şəhadətnamə tərtib edilərək 0.17 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir.

2. Quba rayonu Alekseyevka kənd ərazisində yerləşən ümumi sahəsi 116,8 kv metr, yaşayış sahəsi 72,6 kv m. olan 3 otaqdan ibarət fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 iyul 1998-ci il tarixli “Qeydiyyat vəsiqəsi” və Torpağın mülkiyyətə verilməsinə dair JN- 137F nömrəli KOD 30304018 kodlu şəhadətnamə əsasında ona məxsus həyətyanı torpaq sahəsində Cavabdeh1 və onun oğlu Cavabdeh2 tərəfindən sökülmüş hasar onların şəxsi vəsaiti hesabına hörülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla qonşuluqda yaşayan cavabdehlər Cavabdeh1 və onun oğlu X2 ona məxsus torpaq sahəsində tərəfindən mişar daşından hörülmüş hasarını sökərək ona məxsus torpaq sahəsinə təxminən 1 metr uzunluqda girərək həyətyanı torpaq sahəsini zəbt etmişlər. Qanunsuz əməllərdən çəkinərək torpaq sahəsindən çıxmalarını onlardan dəfələrlə xahiş etsə də, onlar qanunsuz əməllərini davam etdirərək onun mülkiyyət hüququnu pozmuşlar. Bundan başqa, onlar torpaq sahəsini zəbt edərkən həmin ərazidə ona məxsus 1 ədəd gilas, bir neçə fınd ıq və gavalı ağaclarını kəsərək məhv etmişlər. Bununla birgə onlar 1 gilas ağacının qabığını soyaraq ağaca zərər vurmuşlar. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində qanunla qorunan mülkiyyət hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etməli olmuşdur.

5. FAME PRO” MMC-nin xx.xx.2020-ci il tarixli, 01/010 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı adına 0.17 ha fərdi yaşayış təyinatlı torpaq sahəsinin müəyyən hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən faktiki olaraq zəbt edilib və istifadə olunur.

6. Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texnikası ekspertizasının xx.xx.2020-ci il tarixli, 4583 saylı rəyinə əsasən "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, 01/010 saylı mütəxəssis rəyi ilə İddiaçı mülkiyyətində olan Quba rayonu, Alekseyevka kəndində yerləşən JN-137F, KOD 30304018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə ilə ona məxsus 0.17 ha torpaq sahəsinin döngə nöqtələri, mövqeyi və ölçüləri yerində tanınmışdır. Həmin torpaq sahəsinin 0.02 ha hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən hal-hazırda fatiki olaraq istifadə edildiyi müəyyən olunur. Cavabdehlər tərəfindən istifadə olunan 0.02 ha torpaq sahəsinə dair sənəd təqdim edilməmişdir.

7. Quba Rayon Məhkəməsinin (hakim R.Həsənov) 19 may 2020-ci il tarixli, 2(027)234/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbinə dair mülki iş üzrə iddianın təmin edilməsi, torpağın mülkiyyətə verilməsinə dair JN-137F, KOD 30304018 saylı şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan 0,17 ha torpaq sahəsinin 0,02 ha hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya verilməsi, həmin torpaq sahəsində iddiaçıya məxsus cavabdehlər tərəfindən sökülmüş hasarın cavabdehlərin hesabına yenidən bərpa edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki,məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla müəyyən olunmuşdur ki, JN-137F, KOD 30304018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində Quba rayonu, Alekseyevka kəndi ərazisində 0,17 ha torpaq sahəsi vardır. İddiaçı iddia edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus torpaq sahəsini zəbt edərək, qanunsuz olaraq oradan istifadə etməklə onu mülkiyyətindən məhrum etmişlər. Ekspertiza zamanı müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan 0,17 ha torpaq sahəsinin 0,02 ha hissəsi Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilir. İddiaçı ona məxsus torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən alınaraq ona verilməsini, zəbt edilmiş torpaq sahəsində cavabdehlər tərəfindən sökülmüş hasarın onların hesabına yenidən bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 isə iddianı qəbul etməyək, mübahisəli torpaq sahəsinin 1982-ci il tarixdə onun və ailə üzvlərinin istifadəsinə verildiyini bildirmiş, lakin bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

9. Birinci instansiya məhkəməsi mülki iş üzrə mübahisəyə dair ekspert rəyini mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2İddiaçı mül kiyyətində olan torpaq sahəsindən istifadə etməsinə mane olması iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri ilə tanınan və qorunan mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməli, iddiaçının pozulmuş hüquqlarının bərpası üçün iddia təmin edilərək, cavabdehlər zəbt etdikləri torpaq sahəsindən çıxarılmalıdırlar.

10. Məhkəmə ekspertizanın rəyini mötəbər sübut kimi qəbul edərək hesab etmişdir ki, İddiaçı mülkiyyətində olan Quba rayonu, Alekseyevkakəndi ərazisində yerləşən 0,17 hektar torpaq sahəsinin 0,02 hektar hissəsi Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmişdir. Zəbt olunmuş torpaq sahələri cavabdehin qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya verilməli, həmin torpaq sahəsində cavabdehlər tərəfindən sökülmüş hasar cavabdehlərin hesabına yenid ən bərpa edilməlidir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 157.8, 158.2, 180.1, 180.4-cü, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 54.1, 57.2.1, 57.2.2, 57.2.5, 71.1-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinın (bundan sonra-MPM) 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia cavabdehlərdən Cavabdeh2 qarşı düzgün verilməmişdir. Belə ki, Cavabdeh2 qeyd olunan ünvanda yaşamır, təsərrüfata onun heç bir aidiyyatı yoxdur və Cavabdeh1 adına işlənmiş toprağın mülkiyyətə verilməsinə dair JN-138F, Kod30304018 saylı şəhadətnamədə onun adı da yoxdur. Onun yaşayış yeri tamamilə başqadır. Bu səbəbdən o, cavabdehlər sırasından çıxarılmalıdır. Qeyd olunan mütəxəssis rəyində “torpaq sahəsinin müəyyən hissəsinin” guya zəbt edilməsi, həmin “müəyyən hissənin” nə qədər olması bilinmir. Başqa sözlə mütəxəssis rəyi konkret deyil, mücərrəddir. Belə ki, mütəxəssis rəyində “torpaq sahəsinin müəyyən hissəsinin” guya zəbt edilməsi, həmin “müəyyən hissənin” nə qədər olması bilinməsə də, məhkəmə biraz da irəli gedərək, ekspert rəyinə istinad etməklə torpaq sahəsinin 0.02 ha hissəsinin zəbt edilərək istifadə edilməsini qeyd edir. Halbuki, məhkəmənin istinad etdiyi ekspert rəyini vermiş ekspert ümumiyyətlə ər azidə olmamışdır. Qətnamə tamamilə əsassız və qanunsuzdur.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X4 (sədrlik edən və məruzəçi), X5 və X1) 20 dekabr 2023-cü il tarixli 2(105)-27/2023 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli, 2(027)-234/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması barədə iddia tələbinin rədd edilməsini qət etmişdir

15. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu sübut etməli, ikinci, iddiaçı tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.

16. Belə ki, hər bir şəxsin mülkiyyətində istənilən daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ şəxsin əmlak üzərində istədiyi kimi maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi yalnız mülkiyyətçinin razılığı və iradə ifadəsi ilə mümkün ola bilər. Əmlakın mülkiyyətçisi olan şəxsin iradəsinə zidd əmlakdan istifadə etmək mülkiyyət hüququna müdaxilə təşkil edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyinə son qoyularaq, əmlakını geri tələb edə bilər. Quba rayonu Alekseyevka kənd ərazisində yerləşən 0,17 ha torpaq sahəsinə mülkiyyət hüququ əldə edən iddiaçı qonşu sahədə yerləşən cavabdehlərin ona məxsus torpaq sahəsində mişar daşından hörülmüş hasarını sökərək ona məxsus torpaq sahəsinə təxminən 1 (bir) metr uzunluqda girərək həyətyanı torpaq sahəsini zəbt etməsini qeyd etsə də, bunu təsdiq edən tutarlı sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Əksinə apellyasiya baxışı zamanı təyin edilmiş ekspert rəyləri ilə bu hal təkzib olunmuşdur.

17. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/1269 nömrəli və 24 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7406 №-li rəyləri ilə müəyyən edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmə tinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində göstərildiyi kimi torpağın mülkiyyətə verilməsinə dair kodu 30304018 olan JN-137F saylı şəhadətnaməyə əsasən Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli 2 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş Quba rayonu, Alakseyevka kəndində 0,17 ha həyətyanı torpaq sahəsinin hər hansı bir hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunmur.

18. İşdən görünür ki, iddianın təmin edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsi "xxxx" MMC-nin mütəxəssisi tərəfindən verilmiş rəyə əsaslanmışdır.

19. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin, ziddiyyətlərin aradan qaldırılmasının ən etibarlı üsullardan bir i isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsi və ya iş üzrə əlavə və ya təkrar ekspertizaların keçirilməsidir (Mülki Prosessual Məcəlləsinin 77.3, 102.1, 102.2-ci maddələri).

20. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən, ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilə bilər.

21. Göründüyü kimi prosessual qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməsə də, belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən sualların aydınlaşdırılması üçün iş üzrə ekspertiza tə yin oluna bilər.

22. Nəzərə almaq lazımdır ki, ekspertin rəyi də mülki iş üzrə sübut növlərindən biridir və hüquqi baxımından hər hansı digər sübut növünə nisbətdə heç bir üstünlüyə malik deyil.

23. Ekspertin rəyinin məhkəmə üçün məcburi olmaması dedikdə- rəydə gəlinmiş nəticələrin, rəyin məzmununun məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununu qiymətləndirmək hüququnun olması başa düşülür.

24. Lakin, ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq olunmalı və digər sübutlarla yanaşı qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 101.3 və 205.1-ci maddələri).

25. Bu baxımdan məhkəmə kollegiyası "xxxx" MMC-nin mütəxəssis rəyi əsasında verilmiş ekspert rəyinə münasibətdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssisləri tərəfindən verilmiş rəy əsasında tərtib edilmiş ekspert rəylərində göstərilən məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksək olduğu qənaətinə gəlir.

26. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ərizəsində qeyd etdiyi hallar iş materialları ilə təkzib olunduğundan, eləcə də iddiaçıya məxsus torpaq sahəsi cavabdehlərin qanunsuz sahibliyində olmadığından, cavabdehlərin apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir.

27. Apellyasiya instansiyası məhkəm əsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 157.2-ci və Mülki Prosessual Məcəlləsinın (bundan sonra-MPM) 77.3, 97.1, 101.3, 102.1, 102.2 və 205.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-27/2023saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğvi və mülki işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Onun da tələbi bu idi. Bundan əlavə konstitusiyamızın 13 və 29-cu maddələrini tələbləri də pozulmuşdur. Belə ki, torpaq sahəsinin müəyyən hissəsinin zəbt edilməsi barədə mütəxəssis rəyi nəzərə alınmayıb.

30. Hesab edir ki, Mülki Prosesual Məcəllənin 217.1, 217.2, 217.3 və 217.4-cü maddəsinin tələbləri pozulmuşdur.Belə ki, məhkəmə işi düzgün araşdırmadan 1-ci instansiya məhkəməsinin qətnaməsini ləğv etmişdir.

31. Hesab edir ki, apellyasiya məhkəməsi işi hərtərəfli araşdırmadan, tərəflərin fikirlərinə məhəl qoymadan qərar qəbul edərək mənim mülkiyyət hüququmu pozmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi

33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilə r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

34. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 416.1 kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2 apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 417.1.1 kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

41. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

42. Maddə 4 18.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

44. İddiaçının kassasiya ş ikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

48. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsin in qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 2(105)-27/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar