Məhkəmə qərarları › İş №2(102)-1672/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1672/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1672/2025 12.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi, əhəmiyyətsiz əqd Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-350/2025 nömrəli 30 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayə tinə 12 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı MMC və Cavabdeh arasında avtomobil alqı-satqısına dair xx.xx.2022-ci il tarixli B-296AAE-22 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən dəyəri ƏDV daxil 103730 manat müəyyən edilən “Changan UNİ-K” markalı, buraxılış ili 2022 olan (VİN: LS4ASE2A8NA707139, rəngi tünd göy) avtonəqliyyat vasitəsi satıcı tərəfindən alıcının istifadəsinə verilmiş, avtomobilin dəyəri tam ödənildikdən sonra onun alıcının mülkiyyətinə verilməsi şərtləşdirilmişdir.

2. Həmin müqavilənin 2.1-ci bəndinə avtomobilin qiyməti tərələrin razılığı ilə 103.730 manat müəyyən edilmiş, alıcı 6710 manat ilkin ödəniş ödəməyi, qalaq 97.020 manat məbləği isə xx.xx.2022-ci il tarixdən baş layaraq 60 ay müddətinə, ayda 1617 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

3. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən "Alıcı” nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq "Satıcı"ya ödəməlidir. Gecikdirilən hər gün üçün X2 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir.

4. Müqavilənin 3.2.2-ci bəndinə əsasən alıcını müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə Müqavilənin icrasından birtərəfli qaydada imtina etmək satıcının hüququdur.

5. Müqavilənin 3.2.5.-ci bəndinə əsasən alıcının bu Müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi üçün üçün maliyyə qabiliyyəti olmalıdır. Bu müqavilə bağlanıldığı tarixdən etibarən Alıcı bu Müqavilə üzrə müvafiq ödə nişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malik olur. Bu halda, Avtomobil, onun ani likvid dəyəri ilə Satıcı tərəfindən üçünçü şəxslərə satıldıqdan sonra, satış məbləği “Alıcı”-nın borcunu tam bağladıqda Satıcı yerdə qalan məbləği Alıcıya geri qaytarır. Bu məbləğ “Alıcı”-nın borcunu ödəmədiyi təqdirdə “Alıcı” qalıq borc məbləğini “Satıcı”-ya ödəməlidir. “Alıcı” bundan imtina etdiyi təqdirdə “Satıcı” Məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir.

6. Cavabdeh müqavilə üzrə ilkin ödəniş də daxil olmaqla, cəmi 18.210 manat ödəniş etmiş, sonradan həyata keçirməli olduğu aylıq ödənişlərini icra etməmiş, nəticədə müqavilə predmetini (avtomobili) xx.xx.2023-cü il tarixində İddiaçı MMC-yə təhvil vermişdir.

7. İddiaçı öhdəliklərinin yerinə yetirilməyəcəyi təqdirdə tərəflərindən xx.xx.2022ci il tarixli B296-AAE-22 saylı müqavilənin 3.2-ci bəndinə əsasən müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi barədə cavabdehə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmiş, xx.xx.2023-cü il tarixli növbəti xəbərdarlıq məktubu ilə xx.xx.2022-ci il tarixli B-296-AAE-22 saylı müqaviləyə birtərəfli qaydada xitam verildiyi cavabdehə bildirlmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli B-296-AAE-22 say lı müqavilə üzrə İddiaçı MMC-yə dəymiş zərərin, yəni əldən çıxmış fayda kimi 7904 manat ödənilməyən məbləğ, 4850 manat cərimə borcu (dəbbə pulu), avtomobilin amortizasiyası nəticəsində dəyərdən düşməsi ilə iddiaçıya dəymiş real zərər olaraq 15559,50 manat olmaqla, ümumilikdə 28313,50 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən iddiaçı müqaviləyə xitam vermək məcburiyyətində qalmış və bunun nəticəsində ziyana düşmüşdür. Buna görə də, iddiaçıya avtomobil qaytarıldığı günədək, yəni 2023-cü ilin oktyabr ayınadək cavabdeh tərəfindən 7904 manat ödənilməyən borcun, 4850 manat cərimə borcunun və avtomobilin amortizasiyası nəticəsində dəyərdən düşməsinə görə 15.559,5 manat ödənilməlidir.

10. Birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Avtomobil üçün 6710 manat ilkin ödəniş etmişdir. 5 il ərzində hər ay 1617 manat ödəniş etməli idi. Ümumilikdə ilkin ödəniş çıxılmaqla, 11000 manatdan çox ödəniş etmişdir. İddiaçı tərəflə şifahi razılaşmaya əsasən bəzən 2-3 aydan bir ödənişləri həyata keçirmişdir. Daha sonra, maddi vəziyyəti ilə əlaqədar ödənişləri həyata keçirə bilməmişdir. İddiaçı tərəf avtomobili təhvil verməyi tələb etmiş, o isə avtomobili təhvil vermişdir. Avtomobili şəxsi istifadə üçün almışdır. Maşının dəyəri 69900 manat olmuşdur.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2711/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia rədd edilmişdir.

12. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC (“Satıcı”) və Cavabdeh (“Alıcı”) arasında Avtomobil Alqı-satqısı üzrə bağlanmış xx.xx.2022-ci il tarixli B-296-AAE-22 saylı Müqaviləyə əsasən satıcı dəyəri ƏDV daxil 103730 manat müəyyən edilən Changan Uni-K markalı avtomobili dəyəri tam ödənilənədək texniki saz halda alıcının istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini hazırkı müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə alıcı avtomobili texniki saz vəziyyətdə əldə etsə də, müqavilə üzrə ö hdəliklərini tam icra edə bilməmişdir. Həmin müqavilə üzrə Cavabdeh tərəfindən alıcıya cəmi 18720 manat məbləğində ödəniş olmuşdur. Daha sonra, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməməsi səbəbindən iddiaçı tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilmiş, Cavabdeh “Changan Uni-K” markalı avtomobili İddiaçı MMC-yə qaytarmışdır.

13. Məhkəmə hesab etmişdir ki, iddianın əsaslı hesab edilməsi üçün ilk olaraq tərəflər arasında etibarlı alqı-satqı müqaviləsinin bağlanması halı müəyyən edilməlidir. Tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinin predmetini avtonəqliyyat vasitəsi təşkil edir.

14. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onla rın qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının” Siyahısının 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən avtonəqliyyat vasitələri rəsmi reyestrdə qeydə alınan daşınar əşyalar hesab olunur, onlar dövlət qeydiyyatına alınır və həmin qeydiyyatı Daxili İşlər Nazirliyi həyata keçirir. Mülki Məcəllənin 650-ci maddəsinə görə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 144.1-ci maddəsində isə təsbi t olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Lakin tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edilməmişdir. Mülki Məcəllənin 329.1-ci maddəsində isə göstərilmişdir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Göründüyü kimi tərəflər arasında imzalanmış müqavilə Mülki Məcəllənin əqdlərin forma tələblərinə riayət etməməklə bağlandığı üçün etibarsız əqddir.

15. Mövcud qanunvericilikdə nəqliyyat vasitələrinə dair alqı-satqı müqavilələrinin digər formada bağlanması da nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazi rlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə əsasən bütün fiziki və hüquqi şəxslər mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Dövlət qeydiyyatından keçirməlidirlər (bənd 1.2). Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar (dövlət yol polisi) nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı, həmçinin nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməs inin sənədləşdirilməsini həyata keçirirlər (bənd 1.6). Qeyd olunan qərarla nəqliyyat vasitələrinin dövlət yol polisi orqanında alqı-satqısı və dəyişdirilməsi müqavilələrinin forması təsdiq edilmişdir.

16. Lakin tərəflər arasında imzalanmış müqavilə qeyd olunan Qərarın tələblərinə uyğun olaraq da dövlət yol polisində rəsmiləşdirilməmişdir.

17. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında etibarlı alqı-satqı müqaviləsi bağlanılmamışdır. Belə olan halda isə iddiaçının Mülki Məcəllənin 600.4-cü və 600.5-ci maddəsinə əsasən həmin müqaviləyə əsaslanmaqla pul tələb etməsi əsassızdır.

18. Həmçinin məhkəmə qeyd etmişdir ki, tərəflər arasında imzalanmış müqavilə etibarsız əqd kimi qiymətləndirilsə də, iddianın predmeti həmin əqdin etibarsız hesab edilməsi və ya etibarsız əqd üzrə alınanların geri qa ytarılması ilə bağlı olmadığına görə Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar mövcud deyil.

19. Məhkəmə hesab etmişdir ki, müqavilə etibarlı olduğu halda belə dəymiş zərərin, yəni əldən çıxmış fayda kimi 7904 manat ödənilməyən məbləğ, 4850 manat cərimə borcu (dəbbə pulu), avtomobilin amortizasiyası nəticəsində dəyərdən düşməsi ilə iddiaçıya dəymiş real zərər olaraq 15559,50 manat olmaqla, ümumilikdə 28313,50 manat pul vəsaitinin cavabdehdən tələb edilməsi əsassızdır. Belə ki, tərəflər arasındakı avtomobil alqı-satqısına dair bağlanmış xx.xx.2022-ci il tarixli B-296-AAE-22 saylı müqaviləyə cavabdeh tərəfindən birtərəfli qaydada xitam verilmiş, alqı-satqı müqaviləsi üzrə alıcıya verilmiş avtomobil ondan geri alınmışdır. Bundan sonra, iddiaçının artıq xitam verilmiş m üqavilə üzrə alıcı tərəfindən ödənilməli olan məbləğləri, əsas məbləğə hesablanmış faizləri və avtomobilin amortizasiyası nəticəsində dəyərdən düşməsi ilə bağlı məbləğləri tələb etməsi əsassızdır. Belə olduğu təqdirdə, iddiaçı yalnızca avtomobilin alıcının istifadəsində olduğu müddət ərzində avtomobilə hər hansı zərər dəymişsə onu tələb edə bilər.

20. İş materiallarında olan arayışdan da göründüyü kimi, cavabdeh nəqliyyat vasitəsinin onun sahibliyində və istifadəsində olduğu 11 ay müddətində cəmi 18720 (ilkin ödəniş də daxil edilməklə) manat məbləğində iddiaçıya pul ödəmişdir. Buradan da görünür ki, cavabdeh iddiaçının avtomobilinin amortizasiyası nəticəsində dəyərdən düşməsi ilə iddiaçıya dəymiş real zərər olaraq hesab etdiyi 15559,50 manatdan daha çox pul ödəmişdir. Bununla yanaşı, Mülki Məcəllənin 600.4-cü maddəsindən də göründüyü kimi, əşyanı təhvil almış alıcı əşyanın dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yəni satıcı qeyd edilənlərdən yalnız birini həyata keçirə bilər. Satıcı tərəfindən müqavilə üzrə alıcıya verilənlərin geri alınması, eyni zamanda, müqavilə üzrə əldən çıxmış fayda kimi 7904 manat ödənilməyən məbləğin, 4850 manat cərimə borcunun (dəbbə pulu), tələb edilməsi düzgün hesab edilə bilməz.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4 və 600.5-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəs mi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının” Siyahısının 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayətində göstərilmişdir ki, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Həm iş materiallarından, həm də tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlardan məlum olmuşdur ki, hər iki tərəf “Changan UNİ-K” modelli, buraxılış ili 2022 olan nəqliyyat vasitəsinin alqı-satqısına dair xx.xx.2022-ci il tarixli B-296-AAE-22 saylı müqavilə imzaladıqlarını və avtomobilin cavabdehin istifadəsinə verilməsi faktını təsdiq etmişər. Eyni zamanda, cavabdeh tərəfindən nəqliyyat vasitəsinin istifadəyə qəbul edilməsi və xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il ta rixlərində müqavilə üzrə ödənişlərin həyata keçirilməsi, cavabdehin əqdi əmələ gətirən iradəsinin mövcud olduğunu bir daha təsdiq etmişdir. Başqa sözlə, tərəflər arasında faktiki olaraq avtomobilə dair müqavilədə qeyd olunan münasibətlər yaranmışdır. Bu səbəbdən, tərəflər arasında imzalanmış müqavilə etibarsız hesab edilə bilməz. Lakin sözügedən əqd etibarsız hesab olunsa belə, hər iki tərəfin həmin əqdi təsdiq etməsini nəzərə alaraq, tərəflər onlara çatası hər şeyi bir-birinə verməyə borclu idilər. Bu səbəbdən məhkəmə əqdi etibarsız hesab etdiyi halda, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərini də nəzərə almalı idi. Lakin məhkəmə tərəfindən sözügedən hallar nəzərə alınmamış və bu səbəbdən işə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə nəzərə almalı idi ki, tərəflər arasında baş tut an münasibətlərin xarakteri və şərtləri alqı-satqı müqaviləsindən daha çox, lizinq müqaviləsinin elementlərini özündə əks etdirir. Lizinq müqavilə münasibətlərində də olduğu kimi, cavabdeh tərəfindən avtomobilə görə müqavilədə qeyd olunan aylıq ödənişlər ödənilməyə başlamış, bu əsnada avtomobil üzərində mülkiyyət hüququ iddiaçıda olmuş, cavabdeh həmin avtomobili etibarnamə əsasında sürmüş, yalnız ödənişləri həyata keçirib qurtardıqdan sonra avtomobil üzərində mülkiyyət hüququnun cavabdehə keçməsi razılaşdırılmışdır. Bu mənada məhkəmə mübahisəyə lizinq müqaviləsi münasibətlərini tənzimləyən maddi hüquq normaları baxımından qiymət verməli idi. İşin hallarından göründüyü kimi, məhz cavabdeh müqavilə üzrə öhdəliyini pozduğu, yəni aylıq ödənişləri həyata keçirmədiyi üçün iddiaçı avtomobili cava bdehdən geri alaraq müqavilədən birtərəfli qaydada imtina etmiş, onun müqavilədən birtərəfli qaydada imtina etməsi və avtomobili geri alması isə həm müqavilənin şərtlərinə, həm də qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olmuşdur. Buna görə də cavabdeh müqaviləyə xitam verilən (avtomobilin ondan geri alındığı) tarixədək icra etməli olduğu öhdəliyin icrasından, yəni ödəməli olduğu pul vəsaitlərinin ödənilməsindən yayına bilməz. Məhkəmənin digər yanaşması ondan ibarət olmuşdur ki, nəqliyyat vasitəsini alıcıdan geri aldıqdan sonra satıcı yalnız avtomobilə dəymiş real zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Lakin məhkəmənin bu yanaşması iddiaçının hüquqlarının məhdudlaşdırılmasına və kobud şəkildə pozulması gətirib çıxara bilər. Buna görə də formal bərabərlik baxımından m üqavilədə onun qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin də xitamına səbəb olan şərt yoxdursa (yəni tərəflər MM-in 399.3-cü maddəsi ilə onlara təklif olunan dispozitiv hüquqdan istifadə etməmişlərsə), bir qayda olaraq, müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. İstənilən halda məhkəmələr bu kimi məsələlərə baxarkən müqavilə azadlığı, azad sahibkarlıq fəaliyyəti, sosial dövlət və s. kimi müxtəlif konstitusiya dəyərləri arasında balansı gözləməli, işlə əlaqədar hər hansı qərarı qəbul etməmişdən əvvəl onun iqtisadi və sosial nəticələrini qabaqcadan görməlidirlər. Məhkəmə qətnamə qəbul edərkən maddi hüquq norması kimi Mülki Məcəllənin 600.4-cü maddəsinə əsaslanaraq qeyd etmişdir ki, “Bundan so nra, iddiaçının artıq xitam verilmiş müqavilə üzrə müqaviləyə xitam verilən tarixədək alıcı tərəfindən ödənilməli olan məbləğləri tələb etməsi əsassızdır. Belə olduğu təqdirdə, iddiaçı yalnızca avtomobilin alıcının istifadəsində olduğu müddət ərzində avtomobilə hər hansı zərər dəymişsə onu tələb edə bilər”. Hakim bu əsasla qətnamə qəbul edərkən yuxarıda qeyd edilən müddəaları, həmçinin Mülki Məcəllənin 21-ci və 399.3-cü maddələrini nəzərə almamış və nəticə etibarı ilə iddiaçının “dəymiş zərərin əvəzinin tələb edilməsi”nə dair hüquqlarını məhdudlaşdırmışdır.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-350/2025 nömrəli 30 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər X5 (məruzəçi), X1 və X4) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qə tnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən - Cavabdeh müqavilə öhdəliyi üzrə 7904 (yeddi min doqquz yüz dörd) manat əsas, 500 (beş yüz) manat cərimə borcu olmaqla, cəmi 8404 (səkkiz min dörd yüz dörd) manat pulun tutularaq İddiaçınə ödənilməsi hissəsində təmin edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməkdə səhvə yol vermiş, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün müəyyənləşdirməmiş, bu səbəblə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq ş ərtləri də nəzərdə tutulmuşdur. Predmetini avtomobilin təşkil etdiyi alqı-satqı müqaviləsi baxımından isə xüsusi etibarlılıq şərti olaraq onun notarial qaydada bağlanmalı olduğu müəyyənləşdirilmişdir. Mövcud qanunvericilikdə nəqliyyat vasitələrinə dair alqı-satqı müqavilələrinin digər formada (dövlət yol polisi orqanında) bağlanması da nəzərdə tutulmuşdur.

26. İşin hallarından aydın olur ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə notarial qaydada təsdiqlənməmiş, nə də dövlət yol polisi orqanında bağlanmamışdır. Bu isə o deməkdir ki, əslində həmin müqavilə etibarlı alqı-satqı müqaviləsi deyildir. Bununla yanaşı, hazırkı işin halları baxımından nəzərə alınmalıdır ki, hər iki tərəf xx.xx.2022-ci il tarixli müqaviləni imzaladıqlarını (bağladıqlarını) təsdiq edirlər və a vtomobil müqavilə bağlandıqdan sonra cavabdehin istifadəsinə verilmiş, onun tərəfindən xx.xx.2022-ci il tarixdə 6710 manat məbləğində ilkin ödəniş və müxtəlif tarixlərdə digər ödənişlər həyata keçirilmişdir. Başqa sözlə, tərəflər arasında faktiki olaraq avtomobilə dair müqavilədə qeyd olunan münasibətlər yaranmışdır və bu baxımdan onlar, əgər iddiaçının iddia tələbini əsaslandırdığı əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.

27. Tərəflər arasında baş tutan münasibətlərin xarakteri və şərtləri alqı-satqı müqaviləsindən daha çox, lizinq müqaviləsinin elementlərini özündə əks etdirir. Belə ki, lizinq müqavilə münasibətlərində də olduğu kimi, cavabdeh tərəfindən avtomobilə görə müqavilədə qeyd olunan aylıq ödənişlər ödənilməyə başlamış, bu əsnada avtomobil üzərində mülkiyyət hüququ iddiaçıda olmuş, cavabdeh həmin avtomobili etibarnamə əsasında sürmüş, yalnız ödənişləri həyata keçirib qurtardıqdan sonra avtomobil üzərində mülkiyyət hüququnun cavabdehə keçməsi razılaşdırılmışdır. Bu mənada, mübahisəyə lizinq müqaviləsi münasibətlərini tənzimləyən maddi hüquq normaları baxımından qiymət verilməlidir.

28. İşin hallarından göründüyü kimi, məhz cavabdeh müqavilə üzrə öhdəliyini pozduğu, yəni aylıq ödənişləri ödəmədiyi üçün iddiaçı avtomobili cavabdehdən geri alaraq müqavilədən birtərəfli qaydada imtina etmiş, onun müqavilədən birtərəfli qaydada imtina etməsi və avtomobili geri alması isə həm müqavilənin şərtlərinə, həm də qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olmuşdur. Buna görə də cavabdeh müqaviləyə xitam verilən (av tomobilin ondan geri alındığı) tarixədək icra etməli olduğu öhdəliyin icrasından, yəni ödəməli olduğu lizinq ödənişlərinin ödənilməsindən yayına bilməz.

29. Apellyasiya baxışı zamanı Cavabdeh qeyd edilən müqavilə üzrə xx.xx.2023cü il tarixinə olan əsas borcu və ona hesablanmış cərimə borcunun, eləcə də əldən çıxmış fayda məbləğinin (cavabdehin etdiyi bütün ödənişlər nəzərə alınmaqla) nə qədər olmasının araşdırılması məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, nəticədə Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli 9/7979/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə xx.xx.2023-cü tarixə olan ödənilməmiş əsas borcu (19404-11500) 7904 manat və həmin müqavilənin şərtlərinə əsasən ödənilməli olan cərimə borcu 3039,96 manat t əşkil edir. Tərəflər arasında bağlanmış müqavilədə əldən çıxmış fayda ilə bağlı hər hansı qeyd olmadığından bu hissədə araşdırma aparılmamışdır.

30. Kollegiya qeyd etmişdir ki, məhkəmə iclası zamanı iddiaçı tərəf də iddia ərizəsində qeyd olunan 7904 manat pul məbləğinin müqaviləyə xitam verilən anadək hesablanmış əsas borc olduğunu bildirmişdir.

31. Ekspert rəyi ilə cavabdehin müqavilə üzrə müvafiq tarixə olan cərimə borcunun 3039, 96 manat olduğu müəyyən edilsə də, kollegiya işin halları baxımından cavabdehdən 500 manat cərimənin tutulmasını məqsədəmüvafiq hesab etmişdir.

32. İddianın amortizasiya xərci ilə bağlı hissəsinə münasibətdə kollegiya bildirmişdir ki, Mülki Məcəllənin normalarına görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amort izasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Göründüyü kimi lizinq müqaviləsinə xitam verilməsi ilə əlaqədar llizinq alan obyekti lizinq verənə geri qaytardıqda onun istifadədən dolayı normal köhnəlməsi nəzərə alınmalıdır, başqa sözlə lizinq verən normal köhnəlməyə məruz qalan obyektə görə lizinq alandan hər hansı zərər tələb etməkdə haqlı deyildir. Bu baxımdan, hazırda iddiaçı avtomobilin istismarı ilə əlaqədar cavabdehdən amortizasiya xərci qismində 15559,50 manat məbləğ tələb etsə də, avtomobilin istifadədə olduğu müddət ərzində normadan çox köhnəlməyə məruz qaldığını əsaslandıracaq hər hansı tutarlı dəlil və ya sübut məhkəməyə təqdim etməmişdir. Buna görə də həmin hissədə iddia əsassız hesab edilm əlidir.

33. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 14.2.1, 21.1, 21.2, 181.1, 181.2, 181.4, 337.5, 351.1, 351.2, 351.3, 351.4, 351.5, 385, 386.1, 390.1, 390.2, 394, 399.4, 406.1, 421.1, 421.2, 423.1, 425, 442, 448.1, 467, 567, 600.1, 650, 747.1, 748-1.12.4, 748-10.2, 748-1.8, 748-1.8-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 1.2, 1.6, 4.3, 4.3-1-ci bəndlərinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil ) qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində araşdırma zamanı müəyyən edilmişdir ki, müqavilə notarial qaydada təsdiqlənməmiş və ya dövlət yol polisində rəsmiləşdirilməmişdir. Belə olan halda alqı-satqı müqaviləsi etibarsızdır. Bu səbəbdən də, həmin müqaviləyə (etibarsız müqaviləyə) əsaslanmaqla iddiaçının pul tələb etməsi əsassızdır. Həmçinin bağlanmış müqaviləyə birtərəfli qaydada xitam verildiyindən alqı-satqı müqaviləsi üzrə cavabdehə verilmiş avtomobil satıcıya geri qaytarılmışdır.

36. İş materiallarında olan arayışdan da göründüyü kimi, nəqliyyat vasitəsi cavabdehin sahibliyində və istifadəsində olduğu 11 a y müddətində cəmi 18720 (ilkin ödəniş də daxil edilməklə) manat məbləğində iddiaçıya pul ödənilmişdir. Belə olan halda, iddiaçının avtomobilin amortizasiyası nəticəsində dəyərdən düşməsi ilə iddiaçıya dəymiş real zərər olaraq hesab etdiyi 15559,50 manatdan daha çox pul ödəmiş olduğu aydın şəkildə görünür. Avtomobili təhvil verdikdən təxminən 2 ay sonra iddiaçı avtomobili cavabdehin xəbəri olmadan və iş üzrə yekun məhkəmə aktının çıxarılmasını gözləmədən sataraq mənfəət əldə etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı iddiaçının nümayəndəsi X3 tərəfindən etiraz daxil olmuşdur.

38. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin şikayətində avtomobilin ikinci dəfə satılmasına istinad etməsi iş üçün əhəmiyyət kəsb etmir. Belə ki, avtomobilin iki nci alqı-satqısı məhkəməyə müraciət edildikdən sonra baş tutduğundan, iddia onun verildiyi zaman iddiaçının mövcud zərəri nəzərə alınaraq verilmişdir.

39. Bundan əlavə, avtomobil şikayətdə qeyd edildiyi kimi iddiaçının mülkiyyətində və balansında olduğu, eyni zamanda, iddiaçının sahibkarlıq fəaliyyətinin əsas istiqamətinin avtomobil alğı-satqısı olduğunu nəzərə alaraq avtomobilin ikinci dəfə satışa çıxarılmaması həmin avtomobilin dəyərdən düşməsi, nəticədə iddiaçıya əlavə zərər vurulmasına səbəb ola bilər.

40. Həmçinin iş üzrə iddia tələbinin əsasını cavabdehdən avtomobilin sahibliyində olduğu, lakin həmin müddət üçün ödənilməmiş aylıq annuitet ödənişlərin və həmin ödənişlərin gecikdirilməsinə görə hesablanmış dəbbə pulunun ödənilməsi tələbi təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Resp ublikasının Mülki Məcəlləsi

41. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

42. Maddə 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.

43. Maddə 181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi.

44. Maddə 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər.

45. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

46. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.

47. Maddə

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

48. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

49. Maddə

394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

50. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə m üddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

51. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

52. Maddə 606.1. Əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vard ır.

53. Maddə

650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

54. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

55. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

56. Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.

57. Madə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.

58. Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə

59. Bənd 1.2. Bütün fiziki və hüquqi şəxslər mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər.

60. Bənd 1.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar (dövlət yol polisi) nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı, həmçinin nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini həyata keçirirlər.

61. Bənd 4.3. Nəqliyyat vasitəsinin sahibi dəyişdikdə təkrar qeydiyyat mülkiyyətçinin ərizəsi və bu Əsasnamənin 2.9.-cu bəndində sadalanan müvafiq sə nədlərdən birinin əsasında 2.8-ci bəndinə müvafiq qaydada aparılır.

62. Bənd 4.3-1. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən, notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə, habelə bu Əsasnamənin 2.8-3-cü bəndində nəzərdə tutulmuş məlumatları dərhal Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi texniki vasitələrdən istifadə etməklə, həmin məlumatı 1 (bir) gün müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərir. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 3 (üç) gün müddətində nəqliyyat vasitəsinin təkra r dövlət qeydiyyatını həyata keçirir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edir. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilə notarius tərəfindən təsdiq edilmədikdə, nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatı bu Əsasnamədə nəzərdə tutulmuş ümumi qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

63. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

65. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qa baqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

66. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

67. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

68. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

70. Maddə 416.2. Apellyasiy a instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

71. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

72. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəm ələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

73. Hazırki kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən və mübahisənin predmeti bölünməz olduğundan apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

74. Kassasiya kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

75. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı mübahisəyə lizinq müqaviləsindan irəli gələn öhdəliklər aspektindən yanaşmış, münasibətlərin alqısatqı müqaviləsindən da ha çox lizinq müqaviləsinin elementlərini özündə əks etdirdiyini bildirmiş və buna görə də, lizinq münasibətlərini tənzimləyən maddi hüquq normalarına uyğun olaraq müqaviləyə xitam verilən anadək hesablanmış əsas borcu və faizi cavabdehdən tutmuş, avtomobilin istismarı ilə əlaqədar cavabdehdən amortizasiya xərci qismində 15559,50 manat tutlması hissəsində isə iddianı təmin etməmişdir.

76. Məhkəmə kollegiyası hesab edir ki, forma şərtinə cavab verməyən avtomobilin nisyə alqı-satqı müqaviləsi üzrə yaranan münasibətlərə lizinq müqaviləsində irəli gələn kimi münasibətlər kimi qiymət verilməsi əsassızdır.

77. Belə ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərtlə avtomobilin nisyə-alqı satqısına dair müqavilə bağlanmış, lakin bu müqavilə Mülki Məcəllənin 394 və 650-ci maddələrinin tələblərinə zidd olaraq notarial qaydada deyil, sadə yazılı əqd kimi bağlanmış, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə uyğun qeydə alınmamışdır.

78. Qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (Mülki Məcəllənin 329-cu maddəsi).

79. Əqdin notariat qaydasında təsdiqlənməsi onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış yazılı sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir (Mülki Məcəllənin 331 və 334-cü maddələri).

80. Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alğısatqısı, ipoteka və s.) eti barlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir.

81. Hər iki məhkəmə instansiyası haqlı olaraq bu əqdin forma şərtinə əməl edilmədiyinə görə etibarsız olduğu qənaətinə gəlmişdir.

82. Lakin avtomobilin nisyə alqı-satqısı haqda müqaviləni etibarsız hesab edən apellyasiya məhkəməsi əqdin etibarsızlığından çıxış edərək verilən tələblərə qiymət verməmiş, əksinə Mülki Məcəllənin 351.2, 351.3 və 351.4-cü maddələrinə istinad edərək hesab etmişdir ki, tərəflər bu əhəmiyyətsiz əqdi təsdiq etdiklərindən və qismən icra etdiklərindən faktiki olaraq onlar arasında avtomobilə dair müqavilədə qeyd edilən münasibətlər yaranmışdır və bu baxımdan onlar, əgər iddiaçının iddia tələbinin əsaslandırdığı əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.

83. Lakin apellyasiya məhkəməsi bu dəfə də mübahisəni tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən yox, lizinq münasibətlərini tənzimləyən Mülki Məcəllənin normalarına əsasən həll etmiş və nəticədə ziddiyyətli mövqe sərgiləmişdir.

84. Məhkəmə kollegiyası hesab edir ki, müqavilənin düzgün müəyyənləşdirilməsi üçün onun məzmununun, ondan irəli gələn hüquq və vəz ifələrin, onun bütün şərtlərinin düzgün anlaşılmasının böyük əhəmiyyəti vardır.

85. Tərəflərin hansı müqavilə münasibətlərinin qurulması üçün iradələrini ifadə etdikləri müəyyən olunmalı, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.5-ci maddəsi). Bunun üçün bütün hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər və tərəflərin sonrakı davranışları nəzərə alınmalıdır (Mülki Məcəllənin 404.2-ci maddəsi).

86. İşin hallarının ümumi xüsusatlarından görünür ki, tərəflərin hüquqi niyyəti, iradə ifadəsi mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərtlə avtomobilin nisyə alqı-satqısı müqavilə sini bağlamaq olmuşdur.

87. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən nisyə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

88. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin hallarından məlum olduğu ki, cavabdeh mübahisəli avtomobili artıq iddiaçıya qaytarmış və müqaviləyə satıcı tərəfin dən xitam verilmişdir.

89. Məhkəmə kollegiyası hesab edir ki, nisyə alqı-satqı müqaviləsi ilə lizinq müqaviləsinin oxşar tərəfləri olsa da, tərəflərin bağladığı müqaviləyə analogiya kimi lizinq müqaviləsinin xüsusiyyətlərinin tətbiq olunmasında apellyasiya instansiyası məhkəməsi səhvə yol vermişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi əqdlərin etibarlığına hüquqi qiymət verilərkən, tərəflərin hüquqi iradəsi ilə yanaşı, həm də müqavilə iştirakçıların subyektiv tərkibi, müqavilənin şərtləri, onların hüquqi vəziyyəti baxımından da qiymət verilməlidir.

90. Belə ki, lizinq mühüm iqtisadi-hüquqi hadisə olub, iqtisadiyyata investisiya qoyma forması, istehsalı maliyyələşdirmə üsuludur. Lizinq dünya kommersiya təcrübəsinə bəlli olan elə bir vasitədir ki, onun köməyi ilə sahibkar sahibkarlıq fəaliy yətini həyata keçirmək üçün lazım olan yeni əmlakı müvəqqəti istifadə üçün əldə edir, istifadə müddəti başa çatdıqda isə o, həmin əmlakı ya sahibinə qaytarır, ya istifadə müddətini uzadır, ya da mülkiyyət hüququ ilə əldə edir. Nə alqı-satqı, nə icarə, nə də kredit müqavilələrinin bu kimi kompleks məsələni ayrı-ayrılıqda həll etmək qabiliyyəti və imkanı vardır. Odur ki, lizinq, qeyd olunan müqavilələrin hər biri ilə müqayisədə əlverişli, sərfəli və münasib vasitədir.

91. Mülki Məcəlləyə əsasən lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir); Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir; Lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir; Satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir; Lizinq verən (lizinq şirkəti) və lizinq alan arasında (müştəri) lizinq müqaviləsinin bağlanması lizinq alanın müraciəti təsdiq edildikdən sonra lizinq verən və lizinq alan arasında lizinq müqaviləsi bağlanır; Alqı-satqı müqaviləsinin bağlanması – lizinq verən və avadanlığın satıcısı (mal verən) arasında alqı-satqı müqaviləsi bağlanır. Lizinq verən satıcı ilə alqısatqı müqaviləsini lizinq alanın marağında bağlayır. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. Eyni zamanda, lizinq əməliyyatı özündə həm də satış elementini daşıyır. Beləliklə, lizinq müqaviləsinin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, bu müqavilədə üç tərəf iştirak etməlidir. Mövcud mülki qanunvericilik lizinq əməliyyatlarının aparılmasında satıcının iştirakını vacib şərt kimi göstərir. Lizinqlə əlaqədar satıcı ilə alqı-satqı müqaviləsinin bağlanması mütləqdir. Mülki Məcəllənin 747-5-ci maddəsinin tələbinə əsasən, lizinqlə əlaqədar bağlanmış alqı-satqı müqaviləsində mütləq lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edildiyi göstərilməlidir. Hüquq ədəbiyyatında lizinqin əsasən 2 növü fərqləndirilir: 1) Əməliyyat (operativ) lizinqi; 2) Maliyyə lizinqi. Maliyyə lizinqi lizinqin ən geniş yayılan formasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində əsasən maliyyə lizinqi nəzərdə tutulmuşdur. Maliyyə lizinqində avadanlığın uzun müddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu avadanlığın müqavilədə əvvəlcədən müəyyənləşdirilmiş qaydada lizinq alanın mülkiyyətinə keçməsi nəzərdə tutulur. Bu lizinq növündə müqavilələrin müddəti adətən avadanlıqların amortizasiya müddətləri ilə eyni olur. Maliyyə lizinqində avadanlıqları əsasən müştəri (lizinq alan) seçir və lizinq şirkətinə bu avadanlığın alınması üçün sifariş verir. Maliyyə lizinqində avadanlığın cari və əsaslı təmiri lizinq alan tərəfindən öz vəsaiti hesabına həyata keçirilir. Maliyyə lizinqi da ha çox bir maliyyələşdirmə növüdür və müştəri tərəfindən seçilən avadanlığın lizinq şirkəti tərəfindən yalnız satın alınmasından ibarətdir.” (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 12 yanvar tarixli Qərarı)

92. Göstərilən hüquqi xüsusatlar onu deməyə əsas verir ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi lizinq müqavilə münasibətlərinin hüquqi xarakteri hazırkı iş üzrə xüsusilə tərəflərin subyektiv tərkibi, məzmunu və tərəflərin həqiqi iradə ifadələri ilə uzlaşmır. Buna görə də, apellyasiya məhkəməsi tərəfindən lizinq münasibətlərinə istinadı maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir.

93. Kassasiya kollegiyası hesab edir ki, avtomobilin nisyə alqı-satqısı haqda müqaviləni etibarsızlığına istinad edilirsə, apellyasiya məhkəməsi etibarsızlığın hüquqi nəticələri tətbiq edilməklə mübahisənin düzgün həllinin mümkün olub-olmamasını araşdırmalı, bu əhəmiyyətsiz əqdin təsdiqi barədə qənaətə gəldiyi halda isə mübahisəyə tərəflər arasında bağlanmış nisyə alqı-atqı müqaviləsindən irəli gələn münasibətlər çərçivəsində hüquqi qiymət verməklə həmin müqavilə şərtləri nəzərə alınmaqla hüquqi dəyərləndirmə aparmalı idi.

94. Mülki Məcəllənin 600.4-cü maddəsindən də göründüyü kimi, əşyanı təhvil almış alıcı əşyanın dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini ic ra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yəni satıcı qeyd edilənlərdən yalnız birini həyata keçirə bilər. Qeyd edilənlərin təhlili onu deməyə əsas verir ki, satıcı tərəfindən müqavilə üzrə alıcıya verilənlərin geri alınması ilə yanaşı həm də, müqavilə üzrə əldən çıxmış fayda kimi 7904 manat ödənilməyən məbləğin, 4850 manat cərimə borcun (dəbbə pulu) tələb edilməsi düzgün hesab edilə bilməz. Avtomobilin istifadəsi nəticəsində dəyərinin azalmasına görə maddi zərərin tutulması hissəsini də məhkəmə lizinq münasibətləri çərçivəsindən yanaşma nəticəsində təmin etmədiyindən məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də apellyasiya məhkəməsinin mövqeyi səhv olmuşdur.

95. Kassasiya kollegiyası belə qənaətə gəlir ki, apellyasiya ins tansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələr ziddiyyətli olmuş, maddi hüquq normalarının tələbləri pozulmaqla qətnmə qəbul edilmişdir.

96. Kassasiya kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

97. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kas sasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

98. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan hüquqi mövqelərə uyğun əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir.

99. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-350/2025 nömrəli 30 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar