Məhkəmə qərarları › İş №2(102)-1673/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1673/2020

22.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1673/2020 22.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə, X13 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan “xxxx” KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması fondunun cavabdehlər X3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracdan satılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 saylı, 04 noyabr 2019-cu il ta rixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan “xxxx” KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan “xxxx” KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması fondu cavabdehlər X3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 55 868.35 (əlli beş min səkkiz yüz altmış səkkiz manat 35 qəpik) manat məbləğində kredit borcunun - bundan 30 601.11 (otuz min altı yüz bir manat 11 qəpik) manat əsas borcun və 25 267.24 (iyirmi beş min iki yüz altmış yeddi manat 24 qəpik) manat isə fai z borcunun, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində rüsumun Cavabdeh2 tutularaq ləğv prosesində olan “xxxx” X11 Səhmdar Cəmiyyətinə ödənilməsi; Tutmanın tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus X5 küçəsində yerləşən 19 nömrəli, 3 mərtəbəli binanın 72.8 kv.m ümumi, 47.0 kv.m yaşayış və 25.8 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı 16 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 40000 (qırx min) manat məbləğində müəyyən edilməklə həmin qiymətlə hərracdan satılması, mənzilin satışından əldə olunmuş pul vəsaitinin Cavabdeh2 ləğv prosesində olan “xxxx” X11 Səhmdar Cəmiyyətinə olan kredit borcunun ödənilməsinə yönəldilməsi, mənzil hərra cdan satıldıqdan sonra mənzildə qeydiyyatda olan Cavabdeh1, X5 və X4 ən geci 1 (bir) ay ərzində mənzildən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İ.Abbasova) 02 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 033/06 saylı kredit müqaviləsi üzrə 30592,18 manat əsas borcun, 14403,82 manat faiz borcunun, ümumilikdə 44995,99 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumun iddiaçı “xxxx” KB ASC-nin xeyrinə tutulması,tələbin Cavabdeh1 məxsus X5 küçəsi, ev 19, 16 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 68 000 manat müəyyən olunmaqla açıq hərracdan satılması, s atışdan əldə olunmuş vəsait hesabına Cavabdeh2 banka olan borcunun ödənilməsi, həmin ipoteka predmeti satıldıqdan sonra bir ay müddətində mənzilin cavabdehlər Cavabdeh1, X9 və X6 (əşyaları ilə birlikdə) tərəfindən boşaldılmadığı təqdirdə məcburi boşaldılması, iddianın tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 80 %, yəni 24 manat cavabdehlərdən tutularaq, iddiaçıya ödənilməsi, qalan 20%, yəni 06 manat iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər E.Nəbiyev, R.Qurbanov, A.Hüseyn) 04 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli qətnaməsi iddiaçı ləğv prosesində olan “xxxx” KB ASC-nin l əğvedicisi Əmanətlərin Sığortalanması Fonduna münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Ləğv prosesində olan “xxxx” KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır, hər iki məhkəmə instansiyasının qətnamələri maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışlarına əsasən, cavabdeh X1 banka ödənilməmiş 30601.11 manat əsas borcu, 25267.24 manat isə faiz borcu olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş mədaxil qəbzləri ilə iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışlar üst-üstə düşdüyü təqdirdə məhkəmə öz təşəbbüsü ilə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul etmişdir. Mülki iş üzrə təyin edilmiş ekspertizanın rəyi məhkəməyə daxil olduqdan sonra tərəflərə göndərilməli olduğu halda həmin rəy iddiaçının hüquqi ünvanına göndərilməmişdir. İddiaçının nümayəndəsi ekspert rəyi ilə tanış olmaq və ekspert rəyinə yazılı münasibət bildirmək üçün məhkəmədən mülki işin qısa bir müddətə təxirə salınması barədə şifahi vəsatət versə də məhkəmə tərəfindən bu nəzərə alınmamış və vəsatət təmin edilməmişdir. Mülki Prosessual Məcəllənin tələblərinə məhəl qoymadan ekspert rəyini digər sübutlarla birgə tədqiq e tməli olan məhkəmə, digər sübutlara əsaslanmadan, sadəcə ekspert rəyini qeyd etməklə kifayətlənərək qətnamə qəbul etmişdir. Ekspert rəyində müəyyən səhvlərin olması məhkəmə qətnaməsində qeyd edilmişdir. Lakin səhvlərin mövcud olması belə məhkəmə tərəfindən təkrar ekspertizanın keçirilməsi və ya ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirməməsi ilə nəticələnməmişdir. Qətnamədə səhvlərin olduğu qeyd edilən ekspert rəyinə istinad edərək qəbul edilmiş qətnamənin qanuni və əsaslı olmasına yetərincə şübhələr mövcuddur. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini tam araşdırılmamış, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan sübutlar nəzərə alınmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır ki, faiz borcunun düzgün hesablanması və müəyyən edilməsi iddia çının qanunla qorunan maraqlarının təminat üsuludur. Lakin nə birinci instansiya, nə də apellyasiya instansiyası tərəfindən bu məsələyə diqqət yetirilməmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən mülki işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri kobud şəkildə pozulmuş, məhkəmə tərəfindən mülki işin müvəffəqiyyətli həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, işə birtərəfli qaydada baxılmış, iş üzrə mövcud olan sübutlara mülki prosessual qanunvericiliyinin sübutların qiymətləndirilməsinə dair tələblərinə uyğun hüquqi qiymət verilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qətnamədən yalnız iddiaçı kassasiya şikayəti verdiyindən, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri əsasında qətnamənin iddianın təmin edilməmiş hissəsinin qanuniliyini yoxlayır. Məhkəmələr tərəfindən iş materialları ilə müəyyən edilmişdir ki, “xxxx” KB ASC-nin Bərdə filialı ilə Cavabdeh2 arasında 14.04.2014-cü il tarixli 033/06 №-li kredit müqaviləsi bağlanmış və “xxxx” KB ASC-nin “Bərdə” filialı tərəfindən illik 25% olmaqla 36 ay müddətinə Cavabdeh2 40000 manat məbləğində kredit ver ilmişdir. Cavabdeh kreditin qaytarılması və faizlərin ödənilməsi üzrə öhdəliyini lazımınca icra etməmiş və nəticədə borcu yaranmışdır. İş materialında olan “xxxx” KB ASC-si tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh2 ilə bank arasında bağlanılmış 14 aprel 2014-cü il tarixli, 033/06 saylı “kredit müqaviləsi”nə əsasən cavabdehin banka 17 may 2018-ci il tarixə olan borcu 30601.11 manat məbləğində əsas borc, 25267 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 55868.35 manat kredit borcu təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 iyun 2019-cu il tarixli, 10953 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən 14 aprel 2014-cü il tarixli, 033/06 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla sual üzrə 14 aprel 2017-ci il tarixinə cavabdeh Məmmədov Cavabdeh2 iddiaçı “xxxx” ASC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir: 30592,18 manat əsas, 14403, 82 manat faiz. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ekspert rəyi ilə Cavabdeh2 14 aprel 2014-cü il tarixli, 033/06 saylı kredit müqaviləsi üzrə müqavilənin bitdiyi tarixə əsas borc 30592,18 manat; faiz borcu 14403,82 manat müəyyən edildiyindən, iddianın borcun qalan hissəsində təmin edilməməsi düzgün olmuşdur. Həmçinin apellyasiya məhkəməsi iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 iyun 2019-cu il tarixli, 10953 nömrəli məhkəmə ekspertizasının rəyinə qiymət verərək, rəyin tədqiqat hissəsində qeyd edilmiş borc faktiki 14 aprel 2017-ci il tarixə hesablandığı halda, rəyin nəticə hissəsində həmin məbləğlərin 05 iyun 2017-ci il tarixinə hesablanmış borc kimi göstərilməsini texniki səhv kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi qətnamənin yoxlanılan hissələri üzrə düzgün nəticəyə gəlmiş və maddi və prossesual hüquq normalarının pozuntusuna yol verməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştira kçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-c u maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İddiaçının məhkəməyə təqdim etdiyi arayışdan görünür ki, 14 aprel 2014-cü il tarixli, 033/06 saylı “kredit müqaviləsi”nə əsasən cavabdehin banka 17 may 2018-ci il tarixə olan borcu 30601.11 manat məbləğində əsas borc, 25267 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 55868.35 manat kredit bor cu göstərilmişdir. Kredit müqaviləsinin müddəti 14.04.2017-ci il tarixdə birdiyindən, məhkəmə tərəfindən həmin tarixə borcun müəyyə edilməsi üçün ekspertiza təyin edilmiş və maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla,müqavilənin müddətinin bitdiyi tarixə ödənilməli olan əsas borc və faiz məbləği ekspert tərəfindən müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İddiaçı kassasiya şikayətində cavabdehdən tutulmalı olan əsas və faiz borcunun məbləğinin düzgün hesablanmadığı və iş üzrə alınmış ekspert rəyinin yanlış olduğunu qeyd etsə də, kassasiya şikayətinə bunlara dair heç bir sübut əlavə edilməmişdir. Rəyin nəticə hissəsində borcun müəyyən edildiyi tarixin 05.06.2017-ci il göstərilməsi isə texniki səhv olmaqla, rəyin tədqiqat hissəsində 14.04.2017-ci il tarixə aparılmış hesablamanın səhv olmasını deməyə əsas vermir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün hə ll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələbləri ni nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhk əməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx saylı, 04 noyabr 2019-cu il tarixli qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar