Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1675/2020 12.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, icra sənədi üzrə borclu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, icra məmurunun qərarının maraqlarına toxunduğunu irəli sürən X2 iştirakları ilə, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəm əsinin Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC ilə arasında 18.02.2017-ci il tarixdə bağlanmış alqısatqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən kooperativ binanın 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 241 m2 olan qeyri-yaşayış sahəsini hər m2 üçün 730 manat ödəmək şərtilə ümumilikdə 176 000 manat ödəməklə MMC-dən aldığını, müqavilənin 5-ci bəndində qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənildiyinin qeyd olunduğunu, müqavilə üzrə bütün öhdəliklərini vaxtında icra etdiyini, lakin MMC tərəfindən qeyri-yaşayış sahəsinin onun sahiblik və istifadəsinə verilmədiyini irəli sürmüş, buna görə də sözügedən qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, qeyri-yaşayış sahənin sahibliyinə və istifadəsinə verilməsi, həmin sahədə təmir işlərinin aparılmasına şəraitin yaradılması, qeyri-yaşayış sahəsinə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması vəzifələrinin MMC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 26 iyul 2018-ci il tarixli qiyabi qətnaməsi ilə (sədrlik edən F.Qasımov, iş 2(001)-6299/19) iddia təmin olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev, iş № 2(103)-1509/2019) cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəm iyyətinin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 26 iyul 2018-ci il tarixli qətnaməsi ləğv olunmaqla iş üzrə yeni qətnamə çıxarılmış, iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən “xxxx” MMC-yə məxsus binanın 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 241 m2 olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı sahiblik və istifadə hüququnun tanınması və həmin qeyri-yaşayış sahənin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətitərəfindən onun sahibliyinə və istifadəsinə verilməsi, ünvan 1 ünvanında yerləşən “xxxx” MMC-yə məxsus binanın 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 241 m2 olan qeyri-yaşayış sahəsində təmir işlərinin aparılmasına şəraitin yaradılması, sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması vəzifələrinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi, iddia ərizəsinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumunun əvəzi kimi 30 manat 40 qəpik məbləğində pulun (bank xidməti xərcləri ilə birlikdə) “xxxx” MMC-dən alınaraq İddiaçı ödənilməsi, cavabdehin apelyasiya icraatı üçün ödəmiş olduğu rüsum məbləğinin isə onun özünə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 08 avqust 2019-cu il tarixli qərarı ilə (hakimlər Q.Allahverdiyev (sədrlik edən və məruzəçi), İ.Xələfov və Ə.Şadıyev, iş № 2(102)-5612/2019) cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli qət naməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmurunun 28 oktyabr 2019-cu il tarixli qərarından Cavabdeh MMC-nin direktoru tərəfindən şikayət verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 noyabr 2019-cu il tarixli qərardadı ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev, iş № 2(103)-1509/2019) şikayət təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1509/2019 saylı 08 yanvar 2019-cu il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmurunun 28 oktyabr 2019-cu il tarixli qərarı“xxxx” MMC-nin direktorunun şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Mə hkəməsinin 08 yanvar 2019-cu il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmurunun 28 oktyabr 2019-cu il tarixli qərarından icra məmurunun qərarının maraqlarına toxunduğunu irəli sürən X3 tərəfindən şikayət verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 noyabr 2019-cu il tarixli qərardadı ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev, iş № 2(103)-1509/2019) X2 şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1509/2019 saylı 08 yanvar 2019-cu il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmurunun 28 oktyabr 2019-cu il tarixli qərarıləğv olunaraq icra sənədi üzrə icraatın davam etdirilməsi qərara alınmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, icra məmurunun qərarının maraqlarına toxunduğunu irəli sürən X2 izahatları dinl ənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC ilə arasında 18.02.2017-ci il tarixdə bağlanmış alqısatqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən kooperativ binanın 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 241 m2 olan qeyri-yaşayış sahəsini hər m2 ü çün 730 manat ödəmək şərtilə ümumilikdə 176 000 manat ödəməklə MMC-dən aldığını, müqavilənin 5-ci bəndində qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənildiyinin qeyd olunduğunu, müqavilə üzrə bütün öhdəliklərini vaxtında icra etdiyini, lakin MMC tərəfindən qeyri-yaşayış sahəsinin onun sahiblik və istifadəsinə verilmədiyini irəli sürmüş, buna görə də sözügedən qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, qeyri-yaşayış sahənin sahibliyinə və istifadəsinə verilməsi, həmin sahədə təmir işlərinin aparılmasına şəraitin yaradılması, qeyri-yaşayış sahəsinə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması vəzifələrinin MMC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 26 iyul 2018-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 26 iyul 2018-ci il tarixli qətnaməsi ləğv olunmaqla iş üzrə yeni qətnamə çıxarılmış, iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən “xxxx” MMC-yə məxsus binanın 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 241 m2 olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı sahiblik və istifadə hüququnun tanınması və həmin qeyri-yaşayış sahənin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən onun sahibliyinə və istifadəsinə verilməsi, ünvan 1 ünvanında yerləşən “xxxx” MMC-yə məxsus binanın 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 241 m2 olan qeyriyaşayış sahəsində təmir işlərinin aparılmasına şəraitin yaradılması, sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması vəzifələrinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi, iddia ərizəsinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumunun əvəzi kimi 30 manat 40 qəpik məbləğində pulun (bank xidməti xərcləri ilə birlikdə) “xxxx” MMC-dən alınaraq İddiaçı ödənilməsi, cavabdehin apelyasiya icraatı üçün ödəmiş olduğu rüsum məbləğinin isə onun özünə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 08 avqust 2019-cu il tarixli qərarı ilə cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdir ilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmurunun 28 oktyabr 2019-cu il tarixli qərarından Cavabdeh MMC-nin direktoru tərəfindən şikayət verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 noyabr 2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1509/2019 saylı 08 yanvar 2019-cu il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmurunun 28 oktyabr 2019-cu il tarixli qərarı“xxxx” MMC-nin direktorunun şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmurunun 28 oktyabr 2019-cu il tarixli qərarından icra məmurunun qərarının maraqlarına toxunduğunu irəli sürən X3tərəfindən şikayət verilmişdir. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Bakı Apellyasiya Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixdə verdiyi icra sənədi üzrə icraata 28 oktyabr 2019-cu il tarixli qərarla xitam vermiş, xitamın əsası kimi icra sənədinin icra olunduğunu göstərmişdir. Elman Nağıyevin şikayətinə əlavə etdiyi sənədlərdən aydın olmuşdur ki, ünvan 1 ünvanında yerləşən kooperativ binanın 2-ci mərtəbəsindəki ümumi sahəsi 331,1 m2 olan qeyri -yaşayış sahəsi 02.11.2018-ci il tarixliçıxarış əsasında onun mülkiyyətindədir; adı şəkilən şəxsin irəli sürdüyü hala görə isə, icra məmuru məhz ona məxsus sahəni tələbkar İddiaçı təqdim edərək icra sənədi üzrə icraata xitam vermişdir. Apelyasiya instansiyası məhkəməsi şikayətçinin irəli sürdüyü halın onun mülkiyyət hüququ ilə əlaqədar olduğunu və icra sənədi üzrə icraat davam etdirilmədən həmin halı araşdırmanın qeyrimümkünlüyünü nəzərə alaraq hesab etmişdir ki, Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmurunun 28 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilərək icra sənədi üzrə icraat davam etdirilməli, icra məmuru Elman Nağıyevə məxsus sahənin yerləşdiyi yeri onun texniki pasportunun göstəricilərinə əsasən dəqiqləşdirərək (zəruri olarsa mütəxəssis dəvət etməklə) və mü vafiq ölçmə işləri apararaq icra sənədinin icrasına xitam verilməli olub-olmadığına dair əsaslandırılmış qərar çıxarmalıdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə prosessual hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə görə, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir; 20.3-cü maddəsinə görə isə, icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. “İcra haqqında” Qanunun 20.6-cı maddəsinə görə, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haq qında qərarın qəbul edildiyi vaxtdan hesablanır. İddiaçıkassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulduğuna istinad edərək, əsasən bir neçə prosessual hüquq normasının mətnini köçürsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun p ozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli qərardadının ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1675/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1675/2020
12.03.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver