Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1675/2022 25.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağışlama müqaviləsinin ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “müqavilənin və çıxarışın ləğvi, əmlakın qaytarılması” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2851/2021 nömrəli mülki iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayətinə 25 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qayd asında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) 05 avqust 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini (bundan sonra – mübahisəli ev) qızı, xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh mülkiyyətinə vermış, bağışlama müqaviləsini qızının adından anası Qanuni nümayəndə imzalamışdır.
2. Mübahisəli ev 12.08.2020-ci ildə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə cavabdehin adına qeydə alınmışdır.
3. Qanuni nümayəndə 12.08.2020-ci il nikahın pozulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(012)-3287/2020 saylı qətnaməsi ilə Qanuni nümayəndə ilə iddiaçı arasında nikah ləğv edilmiş, cavabdeh ana sının himayəsində saxlanmış, uşağın saxlanması üçün hər ay 130 manat alimentə görə pulun 12.08.2020-ci il tarixdən başlayaraq iddiaçıdan tutularaq Qanuni nümayəndə verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli evin cavabdehə bağışlanması barədə 05 avqust 2020-ci il tarixli müqavilənin ləğv edilməsi, həmin əmlakla bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və həmin evin onun mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə, tələbini belə əsaslandırmışdır ki, əmlak bağışlandıqdan sonra Qanuni nümayəndə ona qarşı nikahın pozulması təl əbinə dair iddia qaldırmışdır. Bundan başqa, onun bağışladığı evi başqa bir şəxsə satmaq istəyir və həmin şəxsdən beh almışdır. Ona görə də həmin evin bağışlanmasından imtina etmək istəyir, çünki mövcud hal Qanuni nümayəndə əsassız varlanmasına gətirib çıxarır. Həmin əmlakdan qızının istənilən zaman faydalanmaq hüququ vardır və gələcəkdə də vərəsəlik qaydasında qızına məxsus olacaqdır.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (anası) Qanuni nümayəndə vəkili (nümayəndəsi) X1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdehin anasının həmin evi satması barədə iddiaçının iddiası tamamən əsassızdır, iddiaçının behin alınmasına dair sübut yoxdur və iddiaçı həmin evdə qeydiyyatdadır və mənzildə qeydiyyatda olan şəxsin notarial qaydada yazılı razılığı olmadan əmlak alqı-satqı edilə bilmə z. Əlavə olaraq uşağın adına daşınmaz əmlak varsa, həmin əmlakla bağlı hər-hansı bir əqdi yalnız qəyyumluq və himayəçilik komissiyasına müraciət edildikdə və həmin orqan tərəfindən himayəçi, qəyyum “uşağın əmlakının idarəçisi” kimi tanındıqdan sonra bağlaya bilər. Hazırda cavabdeh anası ilə birgə yaşayır. Əmlakı isə iddiaçının qardaşı mənimsəmək istəyir.
7. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-842/2021 nömrəli iş üzrə 16 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, müqavilə hər hanası şərtlə məhdudlaşdırılmamışdır, iddiaçı mülkiyyətində olan evi keçmiş arvadı Qanuni nümayəndə deyil, öz qızı Cavabdeh bağışlamışdır, Qanuni nümayəndə iddiaçıy a qarşı nikahın ləğvinə dair iddia qaldırması, onun bağışlama müqaviləsindən imtina etməsi üçün əsas ola bilməz və iddiaçı hal-hazırda da bağışlanan evdə qeydiyyatda olmaqla orada yaşayır və iddiaçının həmin evdən istifadə hüququ mövcuddur. Həmçinin, işin məhkəmə tərəfindən araşdırılan hallarında mübahisəli evin satılması məqsədilə tərəflərin kimdənsə beh alması öz təsdiqini tapmamışdır.
9. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 36.2, 666.1, 666.2, 666.3, 673.1, 673.1.1, 673.1.2, 673.1.3, 673.2, 673.2.1, 673.2.2, 673.2.3, 673.3, 673.4 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edi lməsini xahiş etmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-2851/2021 saylı mülki iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.O.Quliyev (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və L.M. Məmmədova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməs ini xahiş etmişdir.
14. Şikayət onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən pozuntulara göz yumulmuş və nəticədə ədalətsiz qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlar ilə müəyyən olunmuşdur ki, Məhkəmə bağışlamadan dərhal sonra Qanuni nümayəndə ona qarşı nikahın pozulması barədə məhkəməyə müraciət etdiyini, mübahisəli evi digər şəxsə satmaq istədiyini, bunun üçün beh aldığını nəzərə almamışdır. Sonuncu onu aldatmış və hal-hazırda da digər şəxslə ailə həyatı quraraq azyaşlı qızını da özü ilə apararaq onu çətin vəziyyətdə qoymuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
16. Maddə 36.2. Qəyyumluq və himayəçilik orqanının q abaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir.
17. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədi yyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
18. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.
19. Maddə 666.3. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır.
20. Maddə 673.1 – 673.1.3. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlə rinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda və o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.
21. Maddə 673.2-673.2.3. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda, vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə, vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda.
22. Maddə 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hə diyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər.
23. Maddə 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Mülki Prosessual Məcəllə
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilm əli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməli dir.
32. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyas ı kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilmişdir.
35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Məhkəmə kol legiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2851/2021 nömrəli mülki iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.