Məhkəmə qərarları › İş №2(102)-1678/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1678/2024

08.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1678/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1678/2024 Kateqoriya: İş üzrə icraata xitam verilməsi (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa) Bakı şəhəri 8 may 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X21 (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İ ddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-214/2024 nömrəli, 1 mart 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 8 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 1972-ci il 2 iyul tarixində X14 ilə rəsmi nikah bağlayıb.

2. Mübahisə predmeti Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov (indiki Əlihüseyn Əsgərov) küçəsində, 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m olan 24 saylı fərdi yaşayış evidir (faktiki olaraq 2 tikilidən ibarətdir – ümumi sahəsi 218,48 kv.m olan 2 mərtə bəli və 146,2 kv.m ümumi sahəsi olan 2 mərtəbəli evlər) və həyətyanı torpaq sahəsidir. Sözügedən ev 2013-cü il 9 iyul tarixində X7 adına xüsusi mülkiyyəti hüququ əsasında qeydiyyatdan keçmişdir.

3. X14 (bundan sonra – miras qoyan) 2020-ci il 14 dekabr tarixində ölmüşdür. Ondan bir neçə daşınmaz əmlak, o cümlədən, hazırkı iş üzrə mübahisə predmeti olan ev miras qalmışdır.

4. Miras qoyanın özündən sonra 6 vərəsəsi qalmışdır: iddiaçı və onun övladları – Cavabdeh1, Cavabdeh2, X9, X15 və X16.

5. İddiaçı tərəfindən imzalanan 3 mart 2021-ci il tarixdə notarial qaydada tərtib edilmiş ərizəyə əsasən, mərhum ərinin ölümündən sonra Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsi, 0,0644 ha torpaq sahəsində yerləşən 218,48 kv.m ümumi sahəsindən ibarət olan 2 mərtəbəli və 146,2 kv.m ümumi sahə sindən ibarət olan 2 mərtəbəli evlər və həyətyanı torpaq sahəsi miras qalmışdır. Həmin miras əmlakdan ona düşən qanun üzrə vərəsəlik payını qəbul etməmişdir və etmir. Mirasın ona çatası hissəsindən oğlu X17 xeyrinə imtina etmişdir. Ərizədə “Xalıqov” sözü sonradan düzəliş edilərək əl yazısı yolu ilə icra edilmişdir.

6. İddiaçı tərəfindən 15 mart 2021-ci il tarixdə notarial qaydada imzalanan ərizəyə əsasən, o, mərhum əri X7 ölümündən sonra ondan birgə nikah dövründə əldə etdikləri və miras qalmış yuxarıda göstərilən evlər və həyətyanı torpaq sahəsindən ona düşən ½ hissə əmlakdan imtina etmişdir.

7. X1 və X9 26 fevral 2021-ci il tarixdə notarial qaydada ərizə verərək, mübahisəli miras əmlakdan onlara düşən qanun üzrə vərəsəlik payını qəbul etmədiklərini bildirmiş və mirasın onlara çatan hissə sindən imtina etmişlər.

8. X3 3 mart 2021-ci il tarixdə notarial qaydada ərizə verərək, sözügedən miras əmlakdan ona düşən qanun üzrə vərəsəlik payını qəbul etmədiyini və mirasın ona çatası hissəsindən qardaşı X17 xeyrinə imtina etdiyini göstərmişdir. Ərizədə “Xalıqov” sözü sonradan düzəliş edilərək əl yazısı yolu ilə icra edilmişdir.

9. Mübahisəli miras əmlaka dair 16 mart 2021-ci ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə görə Cavabdeh1 mübahisəli miras əmlakdan 2/3 hissədə pay ayrılmış, Cavabdeh2 miras əmlakdan düşən 1/3 hissə açıq saxlanılmışdır. xx.xx.2021-ci il tarixdə şəhadətnaməyə “24 nömrəli yaşayış evindən və 0,0644 ha torpaq sahəsindən ibarətdir” düzəlişi edilmişdir.

10. Vərəsələr arasında yaranmış mübahisə üzrə əvvəllər iddiaçı Cavabd eh1 cavabdehlər X10, X5, X11 və Cavabdeh2 qarşı miras paylarının bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iş üzrə X9 və X2 Zaur Şirinbala oğluna qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Həmin iş üzrə həmçinin İddiaçı X5, X11 və Cavabdeh1 qarşı birgə mülkiyyətdə olan əmlaklardakı payların müəyyən edilməsi və mülkiyyətə verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təqdim edərək, mərhum əri Ş.Xalıqovdan miras qalmış bir neçə daşınmaz əmlaklarda, o cümlədən, ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvandakı 0,0644 ha torpaq sahəsində yerləşən 218,48 kv.m. ümumi sahədən ibarət olan 2 mərtəbəli və 146,2 kv.m. ümumi sahədən ibarət olan 2 mərtəbəli evlərdən və həy ətyanı torpaq sahəsindən ibarət daşınmaz əmlaklarda onun ½ hissə payının tanınması və həmin hissələrin onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Sözügedən iş üzrə qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin 2(012)4377/2021 nömrəli, 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 cavabdehlər X10, X5, X11 və Cavabdeh2 qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, mərhum X6 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evində Cavabdeh1 payının 1/3 hissədə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 n ömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyriyaşayış sahəsinin isə hər birində Cavabdeh1 payının 1/5 hissədə müəyyən edilməsi, hər iki qarşılıqlı iddia tələbinin rədd edilməsi qət olunmuşdur.

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-939/2022 nömrəli iş üzrə 16 may 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddiaçı Cavabdeh1 iddiası və İddiaçı iddiası qismən təmin edilmiş, mərhum X6 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sah əsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3nömrəli fərdi yaşayış evində Cavabdeh1 payı 1/6 hissədə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin isə hər birində Cavabdeh1 payı 1/10 hissədə müəyyən edilmiş, X4, X8 qarşılıqlı iddia tələbi təmin edilməmiş, mərhum X6 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evində İddiaçı payı 1/2 hissədə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyriyaşayış sahəsinin isə hər birində İddiaçı payı 1/2 hissədə müəyyən edilmiş, qalan hissədə iddia təmin edilməmişdir.

13. İddiaçı kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5157/2022 nömrəli, 2022-ci il 11 oktyabr tarixli qərarı ilə təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin adıçəkilən qərarı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instan siya məhkəməsində icraat

14. İddiaçı iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə) ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, mübahisəli miras əmlakın 2/3 hissəsinin Cavabdeh1, 1/3 hissəsinin isə Cavabdeh2 adına qeydə alınması barədə Abşeron rayonu 2 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə verilmiş 2V-49 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və həmin yaşayış sahəsinə dair Cavabdeh1 və Cavabdeh2 verilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli fərdi yaşayış evini iddiaçı mərhum X12 ilə birgə nikah dövründə əldə etmişdir və həmin əmlak onların ümumi birgə mülkiyyətlərində olmuşdur. Abşeron Rayon Məhkəməsində miras əmlakın bölünməsi barədə mülki işə baxılarkən məlum olmuşdur ki, iddiaçının oğlu Cavabdeh1 həmin fərdi yaşayış evinə dair Abşeron rayon 2 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, həmin şəhadətnaməyə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsindəki mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m olan 24 saylı fərdi yaşayış evinin 2/3 hissəsi onun adına qeydə alınmış, 1/3 hissəsi açıq saxlanılmışdır. Məhkəməyə təqdim olunmuş sənədlərə əsasən, ərinin ölümündən 6 ay keçməmiş iddiaçı birgə nikah dövründə əldə etdikləri əmlaklara dair sərəncam vermişdir. Həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsızdır və onun ə sasında daşınmaz əmlakın dövlət reyestrindəki çıxarış ləğv edilməlidir. Çünki iddiaçı mübahisəli fərdi yaşayış evindən ona düşən 1/2 hissə paydan imtina etməmişdir. O, heç vaxt notariat kontoruna getməmiş və həmin məzmunlu ərizələr yazmamışdır. Həmin fərdi yaşayış evinin yarısı iddiaçının mərhum ərinə məxsus olmuşdur. İddiaçının razılığı olmadan və ya qanun üzrə vərəsələr dairəsi müəyyən edilmədən iddiaçı həmin qeyri-yaşayış sahəsi üzərində sərəncam verə bilməzdi. Qanunvericiliyin həmin tələbləri müqaviləni təsdiqləmiş notarius tərəfindən pozulmuşdur.

16. Birinci instansiya məhkəməsində iddiaçının vəkili-nümayəndəsi əlavə olaraq göstərmişdir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin ona düşən 1/2 hissəsini Cavabdeh1 notarial qaydada təsdiqlənmiş müqavilə əsasında verə bilərdi, aralarında belə bir müqavilə bağlanmamışdır. İddiaçı ərizə ilə miras əmlakdan ona çatası hissədən imtina edə bilərdi. Notariat icraatına əsasən, iddiaçı, mübahisəli evlərdən və həyətyanı torpaq sahəsindən ona düşən 1/2 hissə paydan imtina etmişdir. Ərizəsində payından kimi xeyrinə imtina etməyi qeyd edilməmişdir. Həmin payın hansı əsasla Cavabdeh1 adına qeydiyyata alınması əsassızdır. Miras əmlakdan iddiaçıya çatası paydan Cavabdeh1 xeyrinə imtina etməsi barədə ərizə də əsassızdır. Ərizədəki imza iddiaçıya məxsus deyildir. Ərizədə “Xalıqov” sözü pozularaq əl ilə yazılmışdır. Qeyd edilən ünvanda iki yaşayış evi vardır, həmin fakt ərizələrdə də qeyd olunmuşdur. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə yalnız Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsindəki 0,0644 ha torpaq sahəsin də yerləşən ümumi sahəsi 364,68 kv.m olan 24 saylı fərdi yaşayış evinə aid hissədə verilmişdir. Həmin ünvanda yerləşən 2 mərtəbəli ümumi sahəsi 146,2 kv.m olan evə dair şəhadətnamə verilməmişdir.

17. Birinci instansiya məhkəməsində Cavabdeh1 vəkili-nümayəndəsi iddiaya yazılı etiraz verərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

18. Birinci instansiya məhkəməsində Cavabdeh2 bildirmişdir ki, bölünən 2 evin də sənədləri yoxdur. Evlərin necə qeydiyyatdan keçərək bölünməsi ona məlum deyildir. O, qardaşı Cavabdeh1 ilə danışmır və əlaqələri yoxdur. Odur ki, vərəsələrə eyni payda əmlakın bölünməsini məhkəmədən xahiş edir.

19. Abşeron Rayon Məhkəməsinin 2(010)-2196/2021 nömrəli iş üzrə 24 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia təmin edilməmişdir.

20. Birin ci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli əmlak iddiaçı ilə birgə nikah dövründə əldə olunduğundan, 1/2 hissəsi ümumi birgə mülkiyyət kimi hazırkı iş üzrə iddiaçıya məxsus olmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə Abşeron 2 saylı Notariat ofisinə müraciət edərək həyat yoldaşı Şirinbala Xalıqovdan miras qalmış ünvan 3 ünvanında 0.0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364.68 kv.m. (2 mərtəbəli ümumi sahəsi 218.48 kv.m. və 2 mərtəbəli ümumi sahəsi 146.2 kv.m. olan) yaşayış evindən ona qanun üzrə vərəsə kimi çatacaq paydan oğlu Cavabdeh1 xeyrinə imtina etmişdir. Bundan sonra İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə Abşeron 2 saylı Notariat ofisinə müraciət edərək Şirinbala Xalıqovun adına reyestrdə qeydə alınmış ünvan 3 ünvanında 0.0644 ha to rpaq sahəsində yerləşən ümumi sahəsi 364.68 kv.m. (2 mərtəbəli ümumi sahəsi 218.48 kv.m. və 2 mərtəbəli ümumi sahəsi 146.2 kv.m. olan) yaşayış evinin 1/2 hissəsindən (əmlak payından) imtina etmişdir.

21. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsində və məhkəmədə verdiyi ilkin izahatında iddiaçı Abşeron 2 saylı Notariat ofisinə getmədiyini, paydan imtina barədə ərizələrin ona məxsus olmadığını bildirsə də, məhkəmə tərəfindən notariat işində olan sənədlərin əsli notariusdan götürülərək, məhkəmədə tədqiq olunan zaman İddiaçı Abşeron 2 saylı Notariat ofisinə getdiyini, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il ərizələrin onun tərəfindən könüllü olaraq imzalandığını bildirmişdir.

22. Birinci instansiya məhkəməsi işin qeyd edilən faktiki hallarına əsasən hesab etmişdir ki, adı çəkilən əqdlər 2021-ci ilin mart ayında Abşeron 2 saylı Notariat ofisinə icra olunarkən həmin əqdləri imza edən şəxslərə heç bir təyziq olmamış, onlar sərbəst surətdə iradə ifadələrini bildirmiş, həmin əqdlərin könüllü icra olunmaması ilə bağlı məhkəmədə hər hansı bir mötəbər sübut müəyyən edilməmiş, iddiaçı və hazırkı iş üzrə üçüncü şəxslərin qanun üzrə vərəsəlik hüququ ilə onlara çatacaq paydan imtina etməsi tam qanuni olmuş, eyni zamanda həmin imtinanın geri götürülməsi qanunda nəzərdə tutulmamışdır.

23. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə Abşeron 2 saylı Notariat ofisinə müraciət edərək, Şirinbala Xalıqovun adına reyestrdə qeydə alınmış ünvan 3 ünvanında 0.0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364.68 kv.m. (2 mərtəbəli ümumi sahəsi 218.48 kv.m. və 2 mərtəbəli ümumi sahəsi 146.2 kv.m. olan) yaşayış evinin və həyətyanı torpaq sahəsinin 1/2 hissəsindən (əmlak payından) imtina etmiş, öz payına münasibətdə sərəncam vermiş və heç kəsin (digər payçının) mənafeyinə toxunmamışdır.

24. Birinci instansiya məhkəməsi göstərilən hallar baxımından hesab etmişdir ki, Abşeron 2 saylı Notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 2V-49 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və həmin yaşayış sahəsinə dair Cavabdeh1 və Cavabdeh2 verilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Hazırkı halda iddia qanunvericiliyin müəyyən etdiyi 1 il ərzində qaldırılmamış, bununla da əqdlərin etibarl ılığını mübahisələndirmək hüququ iddiaçı tərəfindən itirilmişdir.

25. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsaslanmaqla mülkiyyətlə bağlı mübahisələrə iddia müddətinin tətbiq edilməməsi barədə dəlillərini də yuxarıda göstəilən kəsici müddət baxımından əsaslı saymamışdır.

26. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 213.1, 213.2, 215.6, 221, 347.1, 354, 1261, 1262, 1268.1-ci maddələrinə, Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə” 2020-ci il 12 mart tarixli və “Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

27. İddiaçı apellyasiya şikay əti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

28. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, hazırkı iddia tələbi mülkiyyətçi kimi pozulmuş hüquqlarının aradan qaldırılması barədədir və bu tələblərə iddia müddəti şamil olunmur, digər tərəfdən, iddia müddəti ötürülməmişdir. İddiaçı həmin pozuntudan Cavabdeh1 iddiası üzrə mülki işə baxılarkən məlumatlı olmuş və iddia müddətini ötürmədən məhkəməyə müraciət etmişdir. Qeyd edilmişdir ki, iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə verilməmişdir. Mübahisəli tikililərdən biri daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və birgə mülkiyyətdə olan həmin evlərdə paylar müəyyən edilməmişdir. İddiaçının ümumi əmlak üzərində sərəncam vermək hüququ yoxdur. Bildirilmişdir k i, iddiaçı mübahisəli fərdi yaşayış evinin ona düşən ½ hissəsini Cavabdeh1 notarial qaydada təsdiqlənmiş müqavilə əsasında verə bilərdi, onlar arasında belə bir müqavilə bağlanmamışdır. İddiaçı mərhum ərindən miras qalmış əmlaka qanun üzrə birinci dərəcəli vərəsələr qəbul etmədən və miras əmlak barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almadan sərəncam verilə bilməzdi. İddiaçı öz payını notarial qaydada təsdiqlənmiş müqavilə ilə özgəninkiləşdirə bilərdi. Mübahisəli yaşayış evi iddiaçının xüsusi mülkiyyətində olmamışdır. Notariat icraatına əsasən, iddiaçı evlərdən və həyətyani torpaq sahəsindən ona düşən ½ hissə paydan imtina etmişdir, ərizəsində payından kimin xeyrinə imtina etməyi qeyd edilməmişdir. Həmin payın hansı əsasla Cavabdeh1 adına qeydiyyata alınması isə bəlli dey ildir. İşə baxan məhkəmə qeyd olunan hallara əsaslı hüquqi qiymət verməmiş, heç bir əsas olmadan iddia müddətinin ötməsi səbəbi ilə iddianı rədd etmişdir.

29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1036/2023 nömrəli mülki iş üzrə 19 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Almaz Süleymanova və Lalə Rəhimli) birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov (indiki Əlihüseyn Əsgərov) küçəsində 0,0644 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 364,68 kv.m olan 24 saylı fərdi yaşayış evinin 2/3 hissəsinin Cavabdeh1, 1/3 hissəsinin isə Cavabdeh2 adına qeydə alınması barədə Abşeron Rayonu 2 saylı Notariat Ofisi t ərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2V-49 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və həmin yaşayış sahəsinə dair Cavabdeh1 və Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir.

30. Apellyasiya instansiya məhkəməsi rayon məhkəməsinin mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, iddia tələbi mülkiyyətin müdafiəsi ilə bağlı olmaqla, iddiaçı hazırda xx.xx.2021-ci il tarixdə verilmiş 2V-49 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini tələb etmişdir, tələbinin əsasını isə miras əmlakın ərinin ayrıca əmlakı deyil, onunla birgə nikah dövründə əldə edilmiş əmlak olması təşkil etmişdir. İddiaçının irəli sürdüyü arqumentlərə gör ə, miras əmlakın predmeti olan fərdi yaşayış evi onların birgə nikah dövründə əldə edildiyindən, onun həmin əmlaka ½ hissədə mülkiyyət hüququ mövcud olmuş və ərinin (miras qoyanın) miras payı əmlakın qalan ½ hissə ilə məhdudlaşmışdır. Başqa sözlə, mübahisəli əmlaka dair cavabdehlərin payı yalnız atalarından miras qalmış hissədən müəyyənləşdirilməlidir. Bu səbəbdən, xx.xx.2021-ci il tarixli, 2V-49 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərəflərin əmlakla bağlı həqiqi hüquqi vəziyyətini əks etdirməmişdir, Şirinbala Xalıqovun vərəsələri fərdi yaşayış evindən yalnız miras kütləsindən irs almalı olduqları halda, əmlak tam olaraq miras əmlak kütləsinə daxil edilmişdir.

31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli fərdi yaşayış evi il ə bağlı bu nəticəyə gələrkən, həmin evin birgə nikah dövründə əldə olunmasına, iddiaçının da həmin əmlak üzərində mülkiyyət hüququnun olmasını tam araşdırmamış, nəticədə evin ər-arvadın ümumi birgə mülkiyyətinə daxil olub-olmamasına düzgün qiymət verməmişdir. Halbuki təqdim olunmuş sübutlar belə qənaətə gəlməyə əsas verir ki, mübahisəli əmlak iddiaçı ilə onun mərhum ərinin birgə nikah dövründə əldə olunmuş və iddiaçının həmin əmlaka birgə nikah rejimi yaranmışdır. Lakin iddiaçının əri Şirinbala Xalıqov öldükdən sonra ondan miras qalmış əmlaklar, o cümlədən hazırkı mübahisəli əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notariat ofisinə müraciət olunmuş və iddiaçı ərindən miras qalmış əmlakdan oğlu Zaur Xalıqovun xeyrinə imtina etmişdir. İddiaçı ərindən miras qalmış əmlakdan imtina etməklə yanaşı, həm də özünə düşən ½ hissə əmlakdan da imtina etmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi həmin ərizənin məzmunu ilə bağlı göstərmişdir ki, həmin vaxt notarius tərəfindən hətta Mülki Məcəllənin vərəsəlik münasibətlərini tənzimləyən 1256,1268 və 1269-cu maddələrinə istinad olunmuşdur. Halbuki həmin normalar yalnız miras əmlakdan imtinanın hüquqi əsaslarını müəyyən edir. Mülkiyyətdən imtina olunmasına bu normalar tətbiq oluna bilməz.

33. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan mübahisəli əmlakdan ona düşən ½ hissə paydan imtina edilməsi barədə iddiaçının ərizəsinə münasibətdə bildirib ki, mülkiyyətdən bu formada (ərizə verməklə) imtina olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Əmlakın digər şəxsin adına keçməsi yalnız özgəninkil əşdirilmə barədə əqd əsasında mümkündür. Lakin göründüyü kimi notarius qeyd olunan ərizəyə istinad edərək iddiaçının ½ hissə payını da miras əmlak kütləsinə daxil etməklə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Halbuki “Notariat haqqında” Qanunun 62-ci maddəsinə əsasən (ər-arvaddan biri öldükdə şəhadətnamənin verilməsi) ər-arvaddan biri öldükdə ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir. Şəhadətnamə ümumi əmlakın yarısına verilə bilər. Mülkiyyət hüququ haqqında şəhadətnamədə mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsinə əsasən sağ qalmış ərin (arvadın) razılığı ilə, ölmüş ərin (arvadın) ümumi əmlakdan payı da müəyyən edilə bilər.

34. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, nə qədər ki, qanunvericilikdə qeyd olunan ərizə şəklində əmlakın digər şəxsin adına keçməsi, o cümlədən miras kütləsinə daxil edilməsi nəzərdə tutulmamışdır, bu halda həmin ərizənin mübahisələndirilib-mübahisələndirilməməsindən asılı olmayaraq, ərizə özlüyündə əhəmiyyətsizdir. Qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir.

35. Apellyasiya instansiyası məhkəməsi onu da göstərmişdir ki, tərəflər arasında oxşar mülki mübahisə üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)939/2022 nömrəli, 16 may 2022-ci il tarixli qətnaməsində qeyd olunan göstəriş əsasında iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Həmin qətnamə ilə iddianın rədd olunmasına səbəb vərəsəlik hüququ haqqında şəhadətnamənin mübahisələndirilməməsi olmuşdur. Hər iki iş üzrə tərəflər eyni olsa da, iddianın predmet və əsasları dəyişmişdir. Başqa sözlə iddiaçı hazırkı tələbində vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməklə, mülkiyyətinin müdafiəsini tələb etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, İddiaçı mübahisələndirilən əmlakın ½ hissəsinə mülkiyyət hüququ yarandığından iddia tələbi yalnız həmin hissədə əsaslıdır. Çünki qanunvericiliyin tələbinə əsasən mirasdan imtinanın geri götürülməsi yol verilməz olduğundan bu tələb mülkiyyətdən imtinaya aid edilməməlidir.

36. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın qismən ləğvi gələcək icra mərhələsində problemlərə, dövlətin adından çıxarılmış qətnamənin uzun müddət icra olunmamasına yol açdığından, hər iki sənəd tam ləğv edilməli, gələcəkdə vərəsələrin dairəsi nəzərə alınmaqla Şirinbala Xalıqovdan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə rəsmiləşdirilərkən i ddiaçının ½ hissəyə dair əmlakda mülkiyyət payının olması nəzərə alınmalıdır.

37. Cavabdeh tərəfin nümayəndəsinin müddətin keçməsi dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, hazırkı iddianın bir hissəsi vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvinə yönəlsə də, tələb əslində mülkiyyətin müdafiəsinə yönəlmişdir. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.

38. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 6, 152, 157.2, 157.4, 213.1, 213.2, 215.1, 215.6, 225.1, 223.2, 337.3, 384.0.4, 1133.1, 1133.2, 1159.1.1, 1243, 1245, 1252, 1255-ci maddələrinə, Ailə Məcəlləsinin 29.1, 32.1, 32.2.2, 3 4.2.3-cü maddələrinə, “Notariat haqqında” Qanunun 62-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” 99-cu bəndinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

39. Cavabdeh1 (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən miras payının qəbulu ilə bağlı notariat hərəkətlərini qanuni hesab etsə də, iddiaçının birgə nikah dövründə əldə edilmiş əmlakdakı payından imtinanı və o na müvafiq notariat hərəkətini qanunsuz (etibarsız) hərəkət kimi qiymətləndirmişdir. İddiaçı mübahisəli yaşayış evinin və həyətyanı torpaq sahəsinin ½ hissəsindən (ümumi birgə mülkiyyətdəki əmlak payından) imtina etmiş, bu imtina notarial qaydada təsdiq edilmişdir ki, iddiaçı öz payına münasibətdə sərəncam vermiş və bu iradə ifadəsi heç kəsin (digər payçının) mənafeyinə toxunmamışdır. Başqa sözlə, iddiaçının öz əmlak payından notarial qaydada imtina ərizəsi bir mənalı olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə yönəldilmiş təktərəfli əqddir, sərbəst iradə ifadəsidir. Qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi əmlak ümumi birgə mülkiyyət olduğundan, yəni paylar müəyyən edilmədiyindən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyətçi kimi yalnız miras qoyan çıxış edir. Birgə mülkiyyət də olan (payları müəyyən edilməyən) əmlakın özgəninkiləşdirilməsi isə məhkəmə kollegiyasının iddia etdiyi kimi heç də yalnız “özgəninkiləşdirmə barədə əqd” əsasında deyil, eyni zamanda notariusda aydın ifadə edilmiş iradə ifadəsi, yəni ərizə əsasında da mümkündür. Hazırkı mülki iş üçün preyudisial əhəmiyyət daşıyan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-5157/2022 saylı Qərarında müəyyən edilmişdir ki,.... mübahisəli əmlaklar kassatorun mərhumla birgə nikah dövründə əldə edilmiş əmlaklar olsa da, qarşılıqlı iddiaçı həmin əmlaklara münasibətdə özünün notariat qaydasında təsdiq edilmiş ərizəsi ilə həmin əmlaklardan imtina etdiyindən və bu imtinaları məhkəmə qaydasında mübahisələndirmədiyindən onun iddiası əsassızdır və təmin edilməməlidir. Göründüyü kimi, A zərbaycan Respublikası Ali Məhkəməsi iddiaçının ümumi birgə mülkiyyətdə olan ½ hissə paydan imtina edilməsi barədə ərizəsinə əhəmiyyətsiz əqd kimi deyil, mübahisə edilən əqd kimi yanaşmışdır. Hazırkı halda iddia qanunvericiliyin müəyyən etdiyi 1 il ərzində qaldırılmamış, bununla da əqdlərin etibarlılığını mübahisələndirmək hüququ iddiaçı tərəfindən itirilmişdir. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, hazırkı halda iddiaçı mülkiyyətçi deyildir, mülkiyyətçi cavabdehlərdir (mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində cavabdehlərin adına rəsmiləşdirlmiş və çıxarış verilmişdir), belə olan halda mülkiyyətçi olmayan iddiaçının tələbi hansı hüquq məntiqlə “mülkiyyətin müdafiəsinə yönəlmişdir”, bu, məlum deyildir. Hazırkı iddia tələbi sırf cavabdehlərin mülkiyyət hüququnun qeydə alınmas ı üçün əsas olmuş əqdin etibarsızlığına yönəlib. Buna görə də əslində, məhkəmə kollegiyası tərəfindən kəsici müddətlərin keçib-keçməməsinə hüquqi qiymət verilməli idi. məhkəmə kollegiyasının iddiaçının imtina etdiyi ½ hissəni ümumi birgə mülkiyyətdəki payı miras əmlak kütləsinə daxil etməklə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməsinə dair notariusun hərəkətlərinə irad bildirməsi, bunu qanunsuz hesab etməsi cavabdehin əmlak hüquqlarından məhrum edilməsi ilə nəticələnə bilməz. Əvvəla, qeyd edilən notariat hərəkəti texniki məsələdir, onsuz da qanunvericilik iddiaçıya (birgə mülkiyyətçiyə) öz əmlak payından notarial qaydada verilmiş ərizə əsasında imtina etməyi qadağan etmir, ikincisi, qeyd edilən ərizə (həm mülkiyyətdəki paydan imtina barədə, həm də miras əmlakdakı paydan imt ina barədə) iddiaçının sərbəst iradə ifadəsi olmuşdur (baxmayaraq ki, iddiaçı sonradan digər vərəsələrin təzyiqi ilə fikrindən daşınmışdır), yəni, istənilən halda iddiaçının məqsədi (iradə ifadəsi) əri ilə birgə nikah dövründə əldə olunmuş əmlakın bütün şəkildə vərəsələrə (müvafiq halda oğlanlarına) keçməsi olmuşdur, üçüncüsü, hər bir halda əmlak (həm miras hissəsi, həm də digər hissəsi) bir tam şəklində reyestrdə qeydə alınmalı, vəfat etmiş şəxsin adından çıxmalı idi ki, notarius bunu əlavə rəsmiləşdirmə qaydasında deyil, prosessual qənaətlə etmişdir, digər tərəfdən fərz edilsə ki, iddiaçının birgə mülkiyyətdəki paydan imtina barədə ərizəsinin rəsmiləşdirilməsi notariat orqanı tərəfindən yanlış aparılmışdır, bu halda belə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və onun əsasında veril miş çıxarın bütünlükdə ləğv edilməsi qanunsuzdur, bu yenidən əlavə məhkəmə mübahisələrinin yaranması ilə nəticələnəcəkdir.

41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(105)3814/2023 nömrəli mülki iş üzrə 9 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Aqil Abbasov (sədrlik edən və məruzəçi), Vidadi Məmmədov və Zaur Əliyev) Cavabdeh1 kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1036/2020 nömrəli, 19 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qət edilmişdir.

42. Kassasiya instansiyası məhkəməsi qərarını belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli əmlakdan ona düşən ½ hissə paydan imtina etməsi barədə iddiaçının ərizəsinə m ünasibətdə bildirmişdir ki, mülkiyyətdən bu formada (ərizə verməklə) imtina olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Əmlakın digər şəxsin adına keçməsi yalnız özgəninkişləşdirilmə barədə əqd əsasında mümkündür. Lakin göründüyü kimi notarius qeyd olunan ərizəyə istinad edərək iddiaçının ½ hissə payını da miras əmlak kütləsinə daxil etməklə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Apellyasiya instansiyası bu nəticəyə gələrkən həmçinin tərəflər arasında oxşar mülki mübahisə üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)939/2022 nömrəli, 16 may 2022-ci il tarixli qətnaməsində qeyd olunan göstəriş əsasında iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsini qeyd etmişdir.

43. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əvvəla, apellyasiya instansiyası m əhkəməsi iddiaçının Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)939/2022 nömrəli, 16 may 2022-ci il tarixli qətnaməsində qeyd olunan göstəriş əsasında iddiaçının indiki tələblə məhkəməyə müraciət etməsini göstərsə də, həmin qətnamənin 12ci səhifəsinin (İİ cild, i.v.24) birinci abzasında iddiaçının mübahisələndirməli olduğu əmlaklar sırasında hazırkı iddiada göstərilən mübahisəli əmlakın adı yoxdur. Buna görə də, iddiaçının indiki tələblə məhkəməyə müraciət etməsinin Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 may 2022-ci il tarixli qətnaməsindən irəli gəlməsi barədə apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi dəlil əsassızdır. Bundan əlavə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 may 2022-ci il tarixli qətnaməsindən görünür ki, hazırkı iş üz rə iddiaçı olan İddiaçı mübahisəli əmlakda onun ½ hissədə payının tanınması və həmin hissənin onun mülkiyyətinə verilməsini xahiş etmiş və tələbinin əsası kimi də onun ½ hissədə öz mülkiyyət hüququndan imtinasının hər hansı hüquqi nəticəsinin olmamasına, daşınmaz əmlakdakı payın yalnız notarial qaydada bağlanmış müqavilə ilə özgəninkiləşdirilməsinin mümkünlüyünə istinad etmişdir.

44. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı mübahisəli əmlakda ½ hissədə payının tanınması və həmin hissənin onun mülkiyyətinə verilməsini xahiş etməklə, faktiki olaraq mübahisəli əmlakın cavabdehlərin adına aparılmış qeydiyyatını əvvəlki işdə mübahisələndirmişdir. İndiki iddiasında isə iddiaçı mübahisəli əmlaka dair cavabdehlərin adına verilmiş şəhadətnamə və çıxarışı mübahisələndirməklə yenə də təkrar olar aq eyni faktiki əsasa (½ hissədə öz mülkiyyət hüququndan imtinasının hər hansı hüquqi nəticəsinin olmaması, daşınmaz əmlakdakı payın yalnız notarial qaydada bağlanmış müqavilə ilə özgəninkiləşdirilməsinin mümkünlüyü) istinad etmişdir. Başqa sözlə, iddiaçının həm əvvəlki, həm də indiki işdə arzu etdiyi nəticə mübahisəli əmlakda ½ hissədə payının tanınması və həmin hissənin onun mülkiyyətinə verilməsidir. Bu da hər iki halda cavabdehlərin adına aparılmış qeydiyyatın düzgün olub-olmamasının müəyyən edilməsindən asılıdır. İşdən görünür ki, əvvəlki iş üzrə İddiaçı mübahisəli əmlakda ½ hissədə payının tanınması və həmin hissənin onun mülkiyyətinə verilməsi barədə iddiası rədd edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən İddiaçı mübahisəli əmlakla bağlı iddiasının hansı əsasla rə dd edilməsi görünməsə də, nəticə ondan ibarətdir ki, iddia rədd edilib və cavabdehlərin adına aparılmış qeydə düzəliş edilməyib. Belə olan halda, adı çəkilən mülki işə tam şəkildə baxış keçirilməklə, qəbul edilmiş məhkəmə aktlarının hazırkı işə preyudisial əhəmiyəti və ya eyni tərəf, eyni əsas və eyni predmet üzrə iddianın olub-olmaması müəyyən edilməli və bunun nəticəsindən asılı olaraq hüquq münasibətlərinə qiymət verilməli idi. Yəni, müəyyən edilməli idi ki, əvvəlki iş üzrə İddiaçı mübahisəli əmlakda ½ hissədə payının tanınması və həmin hissənin onun mülkiyyətinə verilməsi barədə iddiasına baxılarkən onun öz payına düşən əmlakdan imtina etməsi barədə ərizəsinin hüquqiliyinə qiymət verilib, ya yox. Əks halda, İddiaçı eyni xarakterli iddiasının həlli ilə bağlı iki müxtəlif məhkəmə aktın ın olması halı yarana bilər ki, bu da yolverilməzdir.Qeyd edilmişdir ki, iddiaçının ½ hissədə payından imtina barədə ərizəsi əşya hüququ ilə bağlı birtərəfli əqddir. Həmin əqdin etibarsız olmasına istinad etməklə iddiaçının əmlakda ½ hissədə payının tanınması və həmin hissənin onun mülkiyyətinə verilməsi barədə iddiası rədd edilib. Bu baxımdan, onun bu tələbinə baxılaraq qiymət verildiyi halda, əvvəlki işlə müqayisəli təhlil aparılmadığı üçün sonradan həmin əqdə əsaslanan iddiaya ayrıca baxılıb qiymət verilməsinin düzgün olub-olmamasını müəyyən etmək olmur.

45. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, eyni tərəflər, eyni predmet və eyni əsaslar üzrə işlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğu halda, mahiyyət və məzmun etibarilə eyni predmet və eyni əsaslar üzrə fərqli formada eyni şəxslərə qarşı iddia qaldırılması istisna edilir. Başqa sözlə, eyni tərəflər, eyni predmet və eyni əsaslar üzrə iddia dedikdə, yalnız sözbəsöz eyni iddianın qaldırılması deyil, həm də mahiyyət və məzmun etibarilə eyni iddianın qaldırılması başa düşülür. Əks halda bu, eyni tələblə bağlı müxtəlif variasiyalarda sonsuz sayda iddiaların qaldırılmasına imkan yaradar ki, bu da hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipinə zidd olmaqla yanaşı, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin əhəmiyyətini heçə endirərdi.

46. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əvvəlki işin hazırkı işlə hər hansı əlaqəsinin olmadığı müəyyən edildiyi halda isə, iddiaçının mübahisəli əmlakda ½ hissədə payından imtina barədə ərizəsinin həmin hissənin bağışlamaya yönələn iradə if adəsinin olub-olmaması Mülki Məcəllənin 404-cü maddəsinin tələblərinə uyğun olaraq təfsir olunmalıdır.

47. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 404-cü maddəsi müqavilənin təfsiri ilə bağlı olsa da, iddiaçının mübahisəli əmlakda ½ hissədə payından imtina barədə iradəsini əks etdirən ərizəsi də bir tərəfli əqd olduğu və hüquqi nəticə yaratdığı üçün qeyd edilən normanın təsiri altına düşməklə təfsirə məruz qala bilər. İşdən görünür ki, iddiaçı tərəfindən 3 mart 2021-ci il tarixdə notarial qaydada tərtib edilmiş ərizədə miras əmlakdan ona düşən qanun üzrə vərəsəlik payından oğlu X17 xeyrinə imtina etmiş, bundan 12 gün sonra, 15 mart 2021-ci il tarixdə isə notarial qaydada ərizə verməklə ərinin ölümündən sonra birgə nikah dövründə əldə etdikləri mübahisəli əmlakdan ona düşən ½ hissə əmlakdan imtina etmişdir.

48. Qeyd edilənlərə əsasən, iddiaçının ərinin ölümündən sonra birgə nikah dövründə əldə etdikləri mübahisəli əmlakdan ona düşən ½ hissə əmlakdan imtina barədə 15 mart 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəyə tərəflərin iradə ifadəsinin həqiqi mənasına, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla, Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələri kontekstində bağışlama olub-olmasına, iddiaçının mirasdan imtina etdikdən 12 sonra verdiyi ərizənin hansı niyyətlə verilməsinə qiymət verilməlidir.

49. Eyni zamanda məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın tam ləğv ed ilməsini qət etməklə də səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi bir tərəfdən qanunvericiliyin tələbinə əsasən mirasdan imtinanın geri götürülməsinin yol verilməz olduğundan həmin tələbin əsassız olmasını qeyd etmiş, digər tərəfdən də vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışı tam ləğv etməklə ziddiyyətli nəticəyə gəlmişdir. Halbuki ən azı bu halda, vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında verilmiş çıxarış qismən – mirasa aid hissə istisna olunmaqla – ləğv edilməli idi.

50. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın qismən ləğvi edilməsinin gələcək icra mərhələsində problemlərə, dövlətin adından çıxarılmış qətnamənin uzun müd dət icra olunmamasına yol açması ilə izah etməsini əsaslı saymır. Əksinə, vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında verilmiş çıxarışın qanuni hesab edilən hissəsinin ləğv edilməsi gələcək icra mərhələsində problemlərə və əlavə məhkəmə mübahisələrinə yol açır.

51. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 213.1, 213.2, 215.1, 223.2, 225.1, 337.3, 354.1, 354.2, 1133.1, 1133.2, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1245, 1252, 1255, 1261, 1262, 1268.1-ci maddələrinə, Ailə Məcəlləsinin 32.1, 32.2, 32.2.1, 32.2.2-ci maddələrinə, “Notariat haqqında” Qanunun 62-ci maddəsinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

52. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-214/2024 nömrəli mülki iş üzrə 1 mart 2024 -cü il tarixli qərardadı ilə (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Ruhiyyə Əsgərova və İlqar Dəmirov) apelyasiya şikayəti qismən təmin olunaraq, Abşeron Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(012)290/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir.

53. Məhkəmə kollegiya mövqeyini belə əsaslandırmışdır ki, əvvəlki iş üzrə İddiaçı mübahisəli əmlakda ½ hissədə payının tanınması və həmin hissənin onun mülkiyyətinə verilməsi barədə iddiası rədd edilib və cavabdehlərin adına aparılmış qeydə düzəliş edilməyib. Həmin mülki işə baxış keçirilərkən müəyyən olunmuşdur ki, hazırkı iş üzrə tərəflər və üçüncü şəxslər həmin işdə iştirak edən şəxslər olmuşlar.

54. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dig ər miras əmlaklarla yanaşı eyni zamanda ünvan 4 ünvandakı 0,0644 ha torpaq sahəsində yerləşən 218,48 kv.m ümumi sahədən ibarət olan 2 mərtəbəli və 146,2 kv.m ümumi sahədən ibarət olan 2 mərtəbəli evlərdən və həyətyanı torpaq sahəsindən ibarət daşınmaz əmlaklarda onun ½ hissədə payının tanınması və həmin hissənin onun mülkiyyətinə verilməsini xahiş etmiş və tələbinin əsası kimi də onun ½ hissədə öz mülkiyyət hüququndan imtinasının hər hansı hüquqi nəticəsinin olmamasına, daşınmaz əmlakdakı payın yalnız notarial qaydada bağlanmış müqavilə ilə özgəninkiləşdirilməsinin mümkünlüyünə istinad etmişdir. Həmin işdə olan xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasının protokolundan da (İİ cild səh. 28) görünür ki, Cavabdeh2 izahatında anasının qarşılıqlı iddia ərizəsinin bütövlükdə təmin edilm əsini xahiş etmişdir.Həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından görünür ki, İddiaçı mübahisəli həmin əmlaklarla bağlı göstərilən tələbi əsassız olduğundan təmin edilməmişdir.İddiaçı mübahisəli əmlakda ½ hissədə payının tanınması və həmin hissənin onun mülkiyyətinə verilməsini xahiş etməklə, faktiki olaraq mübahisəli əmlakın cavabdehlərin adına aparılmış qeydiyyatını əvvəlki işdə mübahisələndirmişdir.

55. Məhkəmə kollegiyası qeyd etmişdir ki, indiki iddiasında isə iddiaçı mübahisəli əmlaka dair cavabdehlərin adına verilmiş şəhadətnamə və çıxarışı mübahisələndirməklə yenə də təkrar olaraq eyni faktiki əsasa (½ hissədə öz mülkiyyət hüququndan imtinasının hər hansı hüquqi nəticəsinin olmaması, daşınmaz əmlakdakı payın yalnız notarial qaydada bağlanmış müqavilə ilə özgəninkiləşdiri lməsinin mümkünlüyü) istinad etmişdir. Başqa sözlə, iddiaçının həm əvvəlki, həm də indiki işdə arzu etdiyi nəticə mübahisəli əmlakda ½ hissədə payının tanınması və həmin hissənin onun mülkiyyətinə verilməsidir.

56. Məhkəmə kollegiyası bildirmişdir ki, iddianın predmeti iddia ərizəsinə əsasən tələb edilənlərlə məhdudlaşmayaraq, irəli sürülmüş tələblə ehtiva olunan və ona mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymətin verilməsi üçün zəruri olan hüquq münasibətlərini də əhatə edir. Belə ki, iddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir. Ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından kompleks şəkildə qiymət verilməlidir. Mübahisəli əmlakla bağlı mövcud mübahisənin əsasını təşkil edən məsələlərə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mahiyyəti üzrə qiymət verilmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, eyni hüquqi nəticəni əldə etmək üçün verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi kimi zahirən fərqli görüntü yaradan hazırkı tələbə yenidən baxılmasına zərurət yoxdur. Məhkəmə aktlarına yenidən baxılmas ı üçün əsaslar isə mülki-prosessual qanunvericilikdə göstərilmişdir.

57. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəllənin 261, 372, 372.7, 384, 385, 400, 402, 420-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

58. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

59. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-214/2024 saylı 1 mart 2024-cü il tarixli qərardadının ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

60. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlara obyektiv, qərəzsiz, hərtərə fli və tam baxılmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 iyun 2023-cü il tarixli 2(105)1036/2023 saylı qətnaməsində qeyd edilən hallar hərtərəfli, tam və obyektiv araşdırılmış və düzgün hüquqi qiymət verilərək, hazırkı mübahisənin əvvəllər məhkəmələrdə baxılmış mübahisələrə aid olmadığı qeyd edilmişdir. Ali Məhkəmənin Mülki kollegiyasının 9 oktyabr 2023-cü il tarixli 2(102)-3814/2023 saylı qərarındakı kassasiya instansiyası məhkəməsinin göstərişləri MPM-nin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində deyildir və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırılmamışdır, ona görə də işə yenidən baxan apellyasiya in stansiyası məhkəməsi üçün məcburi ola bilməz. Kassasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli əmlakda ½ payından imtinası barədə ərizəsi həmin hissənin bağışlamaya yönələn iradə ifadəsinin olub-olmaması MM-nin 404-cü maddəsinin tələblərinə uyğun olaraq təfsir olunmalıdır, iddiaçının mübahisəli əmlakda ½ payından imtinası barədə iradəsini əks etdirən ərizəsi də birtərəfli əqd olduğu və hüquqi nəticə yaratdığı üçün qeyd olunan normanın təsiri altına düşməklə təfsirə məruz qala bilər. Vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında verilmiş çıxarışın qismən—mirasa aid hissə istisna olmaqla—ləğv edilməli idi, apellyasiya instansiyası məhkəməsi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-939/ 2022 saylı 16 may 2022-ci il tarixli qətnaməsinə istinad etməkdə haqlı olmamışdır. Hesab edilir ki, hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin göstərişləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarında təsbit edilmiş tələblərə uyğun deyildir, ona görə də yenidən apellyasiya qaydasında işə baxılarkən kassasiya instansiyası məhkəməsinin həmin göstərişləri nəzərə alınmamalıdır. Kassasiya instansiyası məhkəməsi hər hansı göstəriş verməmiş, həmin qərarı qəbul edərkən özü kobud prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ali Məhkəmənin Mülki kollegiyasının 12 iyul 2023-cü il tarixli 2(102)-2712/2023 saylı qərarı ilə Sumqayıt Apellyasi ya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 07 mart 2023-cü il tarixli 2(105)176/2023 saylı qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Eyni tərkibli məhkəmə kollegiyası yenidən eyni tərəflər arasında, eyni predmet üzrə işə baxa bilməzdi. Hakimlər özləri özlərinə etiraz etməli olduqları halda, təkrar işə baxmışlar. Məhz həmin səbəbdəndir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 100% qanuni və əsaslı qətnaməsi hakimlərin şəxsi mülahizələri və tutduqları mövqedən sui-istifadə etmələri nəticəsində ləğv olunmuşdur. Kassasiya instansiyası məhkəməsinin bu iş üzrə hazırkı qərarı tərəflər arasında mövcud olmuş əvvəlki mübahisə üzrə qəbul edilmiş qərarın əsaslı və qanuni olmasına yönəlmişdir. Əgər hazırkı mübahisəyə məhkəmədə əvvəllər b axılmışdırsa və həmin əsaslarla iş üzrə icraata xitam verilməli idisə, onda hansı əsaslarla kassasiya instansiyası məhkəməsi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 07 mart 2023-cü il tarixli 2(105)-176/2023 saylı qətnaməsi dəyişdirmədən, kassasiya şikayəti təmin edilmədən saxlanmışdır. Kassasiya instansiyası məhkəməsinin ikili mövqeyi anlaşılmazdır. Qeyd edilmişdir ki, işə baxan hakim tərəfindən mübahisəli evlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmaması, iddiaçının həmin evləri bağışlamaq hüququnun (subyektiv hüququnun) olub-olmaması, həmin evlərin mülkiyyətçisinin kim olması faktları araşdırmamışdır. Əgər həmin hallar araşdırılaraq obyektiv hüquqi qiymət verilsəydi, düzgün olmayan qətnamə qəbul edilməzdi.

61. Kassasiya şikayəti Mülki Proses sual Məcəllənin 81, 82, 88 və 261.0.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarına istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

62. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 63. 129-cu maddəsinin 1- ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Maddə 15.2 Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

66. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

67. Maddə

88. Məhkəmə sübutlara o byektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

68. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

69. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa.

70. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi n əticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

71. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

72. Maddə 417.1.1.Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

73. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

74. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnə n prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

76. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.

77. Məhkəmə kollegiyası həmçinin izah edir ki, Mülki Prosessual Məcəllənin 261.0.2ci maddəsinə görə, işin mahiyyətindən, tərəflərin şəxsiyyətlərindən, iddianın hansı məqsədlərlə verilməsindən və s. amillərdən asılı olmayaraq, iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında qanuni qüvvədə olan qərardadın mövcudluğu özü-özlüyündə yenidən eyni tərəflər arasında eyni tələb üzrə və eyni əsaslarla olan mübahisənin məhkəmə qaydasında baxılmasını istisna edir.

78. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir, kassasiya şikayətinin dəlilləri qərardadın ləğvinə əsas vermir.

79. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-214/2024 nömrəli iş üzrə 1 mart 2024-cü il tarixli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar