Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1678/2025 11.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qızına qarşı qarşılıqlı iddia tələbləri üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikililər ilə bağlı mübahisələr, qanunsuz tikilinin sökülməsi, qonşuluq hüququ, ekspert rəyi, hüquqdan sui-istifadə, kassasiya instansiyası məhkəməsini göstərişləri) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun müdafiəsi və tikilinin sökülməsi” barədə ilk, Cavabdeh İddiaçı qarşı “pulun ödənilmə si” barədə qarşılıqlı iddia tələbləri üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-277/2025 nömrəli, 07 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı kassasiya şikayətinə 11 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi əvvəllər İddiaçı mərhum əri X1 mülkiyyətində olmuş, onun ölümündən sonra fərdi yaşayış evinin 1/6 hissəsi vərəsəlik əsasında İddiaçı mülkiyyətinə keçmiş, 5 paydan ibarət qalan hissələr isə digər vərəsələrin mülkiyyətindədir. İddiaçı fərdi yaşayış evinin 1/6 hissəsinə dair mülkiyyət hüququ xx.xx.2019-cu il tarixində daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydiyyata alınmışdır.
2. İddiaçı fərdi yaşayış evinin qonşuluğunda, onun sol divarına bitişik vəziyyətdə, ünvan 2 ünvanında Cavabdeh tərəfindən 4 mərtəbədən ibarət fərdi yaşayış inşa edilmişdir. Həmin evə dair hər hansı hüquq müəyyənedici sənəd yoxdur, yalnız həmin ünvanda sənədsiz evin əldə olunması barədə X5 və Cavabdeh (üç nəfər şahidin imzası ilə) arasında xx.xx.2021-ci il tarixli evlərin alqı-satqısı barədə sadə yazılı müqavilə və 66 saylı MKİS tərəfindən verilmiş evin sxemi mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı (bundan sonra “iddiaçı” və ya “qarşılıqlı cavabdeh”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ara məsafəsi gözlənilmədən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin divarına bitişik vəziyyətdə Cavabdeh (bundan sonra “cavabdeh” v ə ya “qarşılıqlı iddiaçı”) tikdirdiyi 4 mərtəbəli tikilinin onun öz vəsaiti hesabına sökülməsi və cavabdehin üzərinə qanunvericilikdə nəzərdə tutulan icazə sənədləri alındıqdan sonra, ara məsafəsi normalarına riayət etməklə tikili tikmək vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşayış evinin əvvəlki mülkiyyətçisi olan əri X3 vəfat etdikdən sonra ev iddiaçının mülkiyyətinə keçmişdir. İddiaçı 2002-ci ildən həmin evdə yaşayır. Təxminən 2021-ci ilin sentyabr ayında cavabdeh iddiaçının evinin divarına bitişik qonşu sahədə tikinti işləri aparmağa başlamışdır. İddiaçı cavabdehə dəfələrlə tikdirdiyi tikilinin onun evinə bitişik olması və ara məsafəsinin gözlənilməsi ilə bağlı müraciət etsə də, heç bir faydası olmamış və ca vabdeh qanunsuz şəkildə tikintini davam etdirmişdir. İddaçı qeyd olunan qanunsuz hərəkətlərin dayandırılması və qarşısının alınması üçün polisə müraciət etmiş, Bakı şəhəri Xətai PRİ-nin 37-ci PŞ-də onun şikayəti ilə bağlı araşdırma aparılmış və xx.xx.2022-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Hazırda cavabdeh tərəfindən tikilmiş 4 mərtəbəli tikili tam iddiaçının evinin divarına bitişikdir və heç bir ara məsafəsi saxlanılmamışdır. Bundan əlavə, iddiaçının evinə bitişik olan torpaq sahəsinə cavabdehin hüquqları müəyyən edən sənədlər və müvafiq tikilinin tikilməsi üçün icazə sənədləri yoxdur. Qeyd olunan halların mövcudluğu gələcəkdə baş verəcək hər hansı bədbəxt və fövqəladə vəziyyətlərin qarşısının alınmasında ciddi problemlər yaradacaqd ır. Cavabdeh tərəfindən qanunsuz tikilinin aparılması nəticəsində iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur və pozulmağa davam edir.
5. Cavabdeh də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının fərdi yaşayış evində etdiyi təmir-tikinti işlərinə görə xərclədiyi 7000 manat məbləğində pulun tam olaraq iddiaçıldan alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2021-ci il tarixində X4 ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evini x6nin, x7in şahidliyi və alqısatqı agenti X2 vasitəçiliyi və şahidliyi ilə 19.900 manata almışdır. Həmin evin iddiaçının yaşadığı evlə bir ortaq divarı var idi. Cavabdeh evi oğlunu evləndirərək oraya köçürmək məqsədi ilə almışdır. Lakin ev yaşa yış üçün xeyli darısqal, əlverişsiz olduğuna görə söküb yerində yenisini tikmək qərarına gəlmişdir. O, iddiaçı ilə əvvəlcədən razılaşmışdır ki, həmin ortaq divara toxunmadan, yəni ortaq divarı iddiaçının sərəncamına verərək, fərdi yaşayış evinin divarını həmin divarın yanından tikdirəcək və iddiaçının həyətində öz maddi vəsaiti hesabına iddiaçının istədiyi qaydada təmir-tikinti işləri edəcək, görülən işlər müqabilində heç bir ara məsafəsi saxlanılmadan, divarının yanından öz evinin divarını hörərək tikinti işlərinin aparılmasına və mənzilinin pəncərələrinin onun tərəfinə baxmasına iddiaçı etiraz etməyəcək. Beləliklə, müəyyən şərtlərlə aralarında şifahi müqavilə öhdəlikləri yaranmışdır. Razılığa əsasən, cavabdeh iddiaçının həyətində hamam, tualet, rəngləmə, kafel-metlax, hasar, suvaq, san itar qovşağı və s. işləri görmüş və bu işlər üçün 7.000 manatdan artıq maddi vəsait xərcləmişdir. Əvvəllər iddiaçı üzərinə götürdüyü öhdəliklərə vicdanla yanaşmışdır. Lakin tikinti yekunlaşmağa doğru getdikcə iddiaçıda aralarındakı danışıqların, razılaşmanın əksinə olaraq ara-sıra mövqe, fikir dəyişiklikləri yaranmağa başlamışdır. İddiaçı cavabdehdən daha çox maddi tələblər etməyə başlamış, əlavə olaraq 2000 manat pul istəmiş, öz evinin dam örtüyünün də onun vəsaiti hesabına dəyişdirilməsi fikrinə düşmüşdür. İddiaçı rədd cavabı eşitdikdə isə cavabdehi müvafiq orqanlara şikayət edəcəyi ilə hədələməyə, təhdid etməyə başlamışdır. Hazırda iddiaçının yaşadığı fərdi yaşayış evində uzun müddət tikinti işlərinin aparılmasının onun iradəsindən kənar olması absurddur. İddiaçı nəinki bütün işlərdən x əbərdar idi, hətta bu işlərin birbaşa iştirakçısı idi. Həyətində görülən işlərə bir çox hallarda iddiaçı özü nəzarət edir, rəng, material, dizayn seçimini özü edirdi. İddiaçı evin tikintisindən, hündürlüyündən, pəncərələrin qoyulmasından, doğura biləcək hər hansı təhlükədən ehtiyat edirdisə, onda nəyə görə tikinti gedən zaman deyil, yalnız tamamlandıqdan sonra etirazlar etməyə başlamışdır. Özünə aid olan torpaq sahəsi üzərində tikdirdiyi fərdi yaşayış evi tam olaraq tikinti normalarına uyğun, möhkəm özülə malik, cüt daş konstruksiyalı, keyfiyyətli dəmir-beton bərkitmələri ilə, ixtisaslı mühəndisin rəhbərliyi və digər mütəxəssislərin məsləhəti ilə tikilmişdir və heç bir təhlükə doğurmur.
7. Birinci insyansiya məhkəməsi 13 oktyabr 2022-ci il tarixli qərardadla məhkəmə tikinti-texniki ekspert izası təyin etmişdir.
8. Məhkəmə Ekspertiza Mərkəzinin 10/7828 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən ünvan 2 ünvanında cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evinin inşa olunmasına dair müvafiq icra hakimiyyəti orqanlarından icazə sənədləri olmadığından yaşayış evinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişiklik edilməməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərinin və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5. 2-1-ci maddəsinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Həmçinin həmin ünvanda cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evinin iddiaçıya məxsus fərdi yaşayış evinin istismarına hər hansı maneə (təbii işıqlandırma, havalandırma, giriş-çıxışa mane olan və s.) törədib-törətməməsi məsələsinin müəyyən olunması tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından bu hissədə tədqiqat aparılmamışdır.
9. Birinci instansiya məhkəməsi 3 mart 2023-cü il tarixli qərardadla ilə mülki iş üzrə mütəxəssis rəyinin verilməsi “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” publik hüquqi şəxsinə həvalə etmişdir. Həmin qurum tərəfindən verilmiş rəyə görə ünvan 5 ünvanında cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəb əli fərdi yaşayış evində aparılmış laborator müayinələrin nəticəsi olaraq, İddiaçı yaşadığı mənzilin yataq və qonaq otaqlarına ölçmələr aparılmışdır. Yataq otağının pəncərəsi açıq vəziyyətdə olduqda hava cərəyanının sürəti 1,0; 1,1; m/s, pəncərə bağlı vəziyyətdə 0,01; 0,02 m/s (norma 0,3 m/s), işıqlanma 57,6 Lk (norma 150 Lk), qonaq otağında hava cərəyanının sürəti pəncərə açıq vəziyyətdə 1,2; 1,3 m/s, pəncərə açıq vəziyyətdə 1,2; 1,3 m/s, pəncərə bağlı vəziyyətdə 0,02; 0,03 m/s (norma 0,3 m/s), işıqlanma 86,4; 89,4 Lk (norma 150 Lk) olmuşdur (i/v 134).
10. Birinci instansiya məhkəməsi mübahisəli ünvana baxış keçirmişdir. Yerli müayinə protokoluna görə cavabdehə məxsus 4 mərtəbəli tikili iddiaçıya məxsus evin divarına bitişik vəziyyətdədir. Cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fə rdi yaşayış evinin bir hissəsi evlərin yerləşdiyi torpaq sahəsini ayıran daş hasarın üzərində inşa edilmiş, eyni zamanda cavabdehin inşa etdiyi fərdi yaşayış evinin divarının (tərəflərin fərdi yaşayış evlərinin ümumi yola tərəf olan istiqamətdə) sağ arxa divarının bir hissəsi iddiaçıya məxsus fərdi yaşayış evinin qabaq sol hissəsində yerləşən mətbəx otağının divarının üzərində inşa edilmiş, mətbəx otağının divarlarına və tavanına çəkilmiş boya nəmişlikdən qopmuş, həmçinin mətbəx otağının divarına quraşdırılmış mebellər qaralmışdır.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7 iyun 2023-cü il tarixli 2(011)-137/2023 nömrəli qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilmiş, ünvan 6 ünvanında Cavabdeh tərəfindən tikilmiş 4 mərtəbəli fərdi yaşayış evinin ünvan 7 ünvanında İddiaçı paylı mülkiy yətində olan fərdi yaşayış evinə bitişik olan hissəsinin (Bakı şəhəri, Xətai rayonu, Xküçəsi istiqamətində Cavabdeh tərəfindən tikilmiş 4 mərtəbəli fərdi yaşayış evinin İddiaçı paylı mülkiyyətində olan fərdi yaşayış evinin mətbəx otağına bitişik olan hissəsi) Cavabdeh vəsaiti hesabına sökülməsi qət edilmiş, iddia tələbi qalan hissədə, qarşılıqlı iddia tələbi isə tam olaraq rədd edilmişdir. (hakim Pərviz Zamanlı)
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ilkin iddia tələbini şərti olaraq iki hissəyə ayırmaq olar. Tələbin birinci hissəsi ara məsafəsi gözlənilmədən iddiaçıya məxsus fərdi yaşayış evinin divarına bitişik vəziyyətdə tikdirdiyi 4 mərtəbəli tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi, ikinci hissəsi isə cavabdehin üzərinə qanunvericilikdə nəzərdə tutulan icazə sənədlə ri alındıqdan sonra, ara məsafəsi normalarına riayət etməklə tikili tikmək vəzifəsinin qoyulmasıdır.
13. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının birinci tələbi mahiyyətcə, mülkiyyətində olan daşınmaz əmlaka cavabdeh tərəfindən qanunsuz müdaxiləni təşkil edir.
14. Belə ki, işin məhkəmə araşdırılması zamanı, eləcə də məhkəmə tərəfindən tərəflərə məxsus fərdi yaşayış evlərinə yerində müayinə zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evinin bir hissəsi evlərin yerləşdiyi torpaq sahəsini ayıran daş hasarın üzərində inşa edilmiş, eyni zamanda cavabdehin inşa etdiyi fərdi yaşayış evinin divarının (tərəflərin fərdi yaşayış evlərinin ümumi yola tərəf olan istiqamətdə) sağ arxa divarının bir hissəsi iddiaçıya məxsus fərdi yaşayış evini n qabaq sol hissəsində yerləşən mətbəx otağının divarının üzərində inşa edilmiş, mətbəx otağının divarlarına və tavanına çəkilmiş boya nəmişlikdən qopmuş, həmçinin mətbəx otağının divarına quraşdırılmış mebellər qaralmışdır.
15. Birinci instansiya məhkəməsi göstərmişdir ki, işin faktiki hallarına əsasən iddiaçının fərdi yaşayış evinə 1/6 hissədə mülkiyyət hüququ dövlət tərəfindən qeydiyyata alınsa da, cavabdeh fərdi yaşayış evini özbaşına inşa etmiş və onun tikdiyi nə evə, nə də evin yerləşdiyi torpaq sahəsinə dair qanunla müəyyən edilmiş hüquq müəyyənedici sənədi vardır. Göründüyü kimi, iddiaçının (müdaxiləyə məruz qalan tərəfin) yaşadığı evə dair mülkiyyət hüquqlarının qanuni əsası olsa da, cavabdehin inşa etdiyi ev özbaşına tikinti olduğu üçün onun həmin evə dair belə bir hüququ yoxdur. Bu kontekstdə, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdehin inşa etdiyi fərdi yaşayış evinin onun fərdi yaşayış evinin divarına bitişik hissəsinin sökülməsini tələb etməsi də tərəflərin maraqları arasında mütənasiblik (ədalətli balansın qorunması) meyarına zidd deyil. Çünki əvvəla, iddiaçı cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin bütövlükdə deyil, yalnız onun mülkiyyət hüquqlarını pozan həcmdə, yəni onun fərdi yaşayış evinə bitişik olan hissəsinin sökülməsini tələb edir. İkincisi, cavabdeh özbaşına inşa etdiyi evin yan divarının bir hissəsini iddiaçının mülkiyyətində olan evin divarına bitişik tikdiyi üçün özbaşına tikilmiş evin divarından süzülən yağış sularının içəriyə axması nəticəsində iddiaçının evinin mətbəx otağı zədələnmiş, bununla da onun mülkiyyət hüququ pozulmuşdur.
17. Bununla belə, birinci instansiya məhkəməsi iddiaçının ikinci tələbini əsassız saymış və göstərmişdir ki, iddiaçı cavabdehin üzərinə qanunvericilikdə nəzərdə tutulan icazə sənədləri alındıqdan sonra ara məsafəsi normalarına riayət etməklə tikili tikmək vəzifəsinin qoyulmasını tələb edir. Mülki hüquq münasibətləri çərçivəsində tərəfin üzərinə hər hansı öhdəliyin qoyulması üçün hüquqi əsaslar olmalıdır. Belə hüquqi əsaslar ya qanundan, ya da tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir.
18. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evində apardığı təmir işlərinə görə sərf etdiyi pulu sonuncudan tələ b edir və ona istinad edir ki, öz aralarında razılaşmışlar ki, o, özbaşına tikili olan evini iddiaçının fərdi yaşayış evinə bitişik inşa etməsinə görə iddiaçının icazə verməsi qarşılığında sonuncunun evinin həyətində təmir işləri aparacaq. Cavabdeh razılaşmaya əməl edərək təmir işləri apardığını və buna görə 7.000 manat pul xərclədiyini bildirsə də, həmin halın təsdiqi üçün məhkəməyə sübut təqdim etməmişdir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 152.5-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
20. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbu l edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə qərəzli yanaşaraq yalnız iddiaçının mövqeyindən çıxış edərək, təqdim edilmiş sübutlara qiymət verməmişdir. Bundan başqa, tərəflər şifahi qaydada razılaşmışlar ki, o, öz evini iddiaçının evinə bitişik inşa etməsinə görə onun həyətində müəyyən işlər görəcəkdir. Razılığa əməl edərək 7.000 manatlıq təmir-tikinti işləri aparmışdır, lakin bu, məhkəmə tərəfindən nəzərə alınmamışdır.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5673/2023 nömrəli, 7 noyabr 2023-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Kamr an Əkbərov, Elşən Kazımov)
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış, öz mövqeyinə dair isə qeyd etmişdir ki, iş materiallarında olan sübutlara əsasən cavabdeh inşa etdiyi evin yan divarının bir hissəsini iddiaçının mülkiyyətində olan evin divarına bitişik tikdiyi üçün özbaşına tikilmiş evin divarından süzülən yağış sularının içəriyə axması nəticəsində iddiaçının evinin mətbəx otağı zədələnmiş, bununla da onun mülkiyyət hüququ pozulmuşdur. Bu səbəbdən, iddiaçı cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin bütövlükdə deyil, yalnız onun mülkiyyət hüquqlarını pozan həcmdə, yəni onun fərdi yaşayış evinə bitişik olan hissəsinin sökülməsini tələb etməkdə, birinci instansiya məhkəməsi də qeyd edilən sübutlar a əsasən cavabdeh tərəfindən inşa edilmiş tikilinin bir hissəsinin iddiaçının mülkiyyət hüquqlarını pozduğu üçün iddia tələbini həmin hissədə təmin etməkdə haqlı olmuşdur.
24. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin digər dəlili, yəni tərəflərin öz aralarında onun özbaşına tikili olan evi iddiaçının fərdi yaşayış evinə bitişik inşa etməsinə görə iddiaçının həyətində təmir tikinti işləri görməsi müqabilində razılaşması, onun da iddiaçının həyətində bunun müqabilində 7.000 manatlıq təmir işləri görməsi ilə bağlı hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Ko nstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 152.5, 180.1, 180.4-cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
26. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)969/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qərarı ilə qətnamə ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
28. Kassasiya instansiya məhkəməsinin mövqeyi belə omuşdur: - hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbi nin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir; - Mülki Məcəllənin 180.4-cü maddəsinin dispozisiya şərtlərinə əsasən iddiaçı özünə aid olmayan torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsini o halda tələb edə bilər ki, bu onun maraqlarına toxunsun. Yəni mübahisəli tikilinin qanunsuz tikili olması hər bir halda iddiaçıya onun sökülməsini tələb etmək üçün subyektiv hüquq vermir və qeyd edilən tikilinin iddiaçıya hansı maneələr yaratmaqla ( giriş-çıxışa maneə, işıqlandırma və ya havalandırmaya məhdudiyyət və s.) hüququnu məhdudlaşdırdığı və ya pozduğu müəyyən olunmalıdır. Əks halda qanunsuz tikililərin sökülməsini tələb etmək aidiyyəti dövlət qurumlarının səlahiyyətinə aid olacaqdır; - hazırki iddiada iddiaçı qonşu torpaq sahəsində 2021-ci ilin sentyabr ayından tikintisinə başlanılmış və artıq inşa edilmiş 4 mərtəbəli yaşayış evinin sökülməsini yalnız həmin tikilinin onun evinin divarına bitişik vəziyyətdə, ara məsafəsi gözlənilməməklə aparılması əsası ilə tələb edir və qeyd edir ki, onun tərəfindən cavabdehə bu barədə edilmiş xəbərdarlıqların faydası olmamış, tikinti davam etmişdir. Bu məqsədlə o, Xətai RPİ-nin 37-ci PB-nə şikayət etmişdir; - cavabdeh isə iddiaya etirazında və qarşılıqlı iddiasında həmin evi 2021-ci ildə alq ısatqı yolu ilə aldığını, həmin ev qəzalı olduğundan söküb yenidən inşa etdiyini, sökülən evlə iddiaçının paylı mülkiyyətində olan evin divarını ortaq olduğunu və yeni ev inşa edilərkən həmin ortaq divardan istifadə etmədiyini, onun qarşısından yeni divar inşa etdiyini, tikinti zamanı iddiaçının hər hansı etiraz etmədiyini, əksinə iddiaçının razılığı ilə tikintinin bu qaydada aparıldığını, ev tikiləndən sonra isə iddiaçının bu iddianı qaldırmasının başqa məqsədlər daşıdığını göstərmişdir; - işdə olan ekspert rəyindən görünür ki, ünvan 5 ünvanında cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evinin mövcudluğu iddiaçıya məxsus fərdi yaşayış evinin istismarına hər hansı maneə (təbii işıqlandırma, havalandırma, giriş-çıxışa mane olma və s.) yaradırmı sualına ekspert cavab verməmi ş, məhkəmə tikinti-texniki ekspertin həll etdiyi məsələlər dairəsinə aid olmadığından həmin sual üzrə tədqiqat aparılmadığını göstərmişdir; - işin hərtərəfli araşdırılması və obyektiv nəticə əldə olunması üçün cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evinin mövcudluğunun iddiaçıya məxsus fərdi yaşayış evinin istismarına hər hansı maneənin (təbii işıqlandərma, havalandırma, giriş-çıxışa mane olma və s.) yaradılıb-yaradılmaması ilə bağlı sual üzrə tədqiqat aparılmasını zəruri hesab edən məhkəmə bu barədə müvafiq mütəxəssis rəyinin verilməsi üçün Respublika Gigiyena və X6 hüquqi şəxsinə müraciət etmiş, həmin qurum tərəfindən verilmiş rəydə iddiaçının yaşadığı mənzilin yataq və qonaq otaqlarına ölçmələr aparılmış, yataq otağının pəncərəsi açıq vəziyyətdə olduqda hava cərəyanı nın sürəti 1,0; 1,1; m/s, pəncərə bağlı vəziyyətdə 0,01; 0,02 m/s (norma 0,3 m/s), işıqlanma 57,6 Lk (norma 150 Lk), qonaq otağında hava cərəyanının sürəti pəncərə açıq vəziyyətdə 1,2; 1,3 m/s, pəncərə açıq vəziyyətdə 1,2; 1,3 m/s, pəncərə bağlı vəziyyətdə 0,02; 0,03 m/s (norma 0,3 m/s), işıqlanma 86,4; 89,4 Lk (norma 150 Lk) olmuşdur. Həmin rəydə də, iddiaçının mənzilində günəş işiğının az olmasının məhz cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evinin mövcudluğu ilə əlaqəsi olmasının müəyyən edilməsinin Respublika Gigiyena və X6 hüquqi şəxsinin səlahiyyətinə aid olmadığı qeyd edilmişdir; - həmçinin cavabdeh əvvəlki tikilinin də iddiaçının evinə bitişik olduğunu və bu barədə “Google yer” proqramından illər üzrə ortofoto planlar təqdim etməsinə baxmayaraq məhkəmələr tərə findən bu istiqamətdə hər hansı araşdırma aparılmamışdır; - bundan başqa, iddiaçı iddiasında tikinti aparılan zaman tiklinin onun evinə bitişik aparılması və ara məsafəsinin gözlənilməməsi ilə bağlı cavabdehə etiraz etdiyini və polis orqanlarına şikayət etdiyini bildirsə də, bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə qonşusu Cavanşir tərəfindən evinə su axıdılması ilə bağlı şikayət etmiş, izahatında qonşusu Cavanşirin 1 il olar ki, özünə 4 mərtəbəli həyət evi tikdiyini və evinin damının su borusunu onun evinin damına qoyduğundan, dəfələrlə Cavanşirə su borusunun kanalizasiya xəttinə birləşdirməsini dediyini, bu iş yubandığından polisə zən g vurub Cavanşirin hərəkətlərindən bezdiyinə görə özünü Amerika səfirliyinin qarşısında yandıracağı barədə məlumat vermişdir. Cavabdeh isə izahatında iddiaçıya dəymiş ziyanı aradan qaldırdığını və iddiaçının evinin damını təmir etdirdiyini, yağış suları borusunun istiqamətini dəyişib kanalizasiya sisteminə qoşduğunu göstərmişdir; - iddiaçının cavabdeh tərəfindən tikinti işləri aparılarkən tikilinin onun evinin divarına bitişik inşa edilməsi və ara məsafəsi ilə bağlı iradının olmaması, yalnız ev inşa edilib başa çatdıqdan sonra bu iddianı qaldırmasına işə baxmış məhkəmələr önəm verməmiş, iddiaçı tərəfindən hüquqdan sui-istifadəyə yol verilib-verilmədiyi müzakirə edilməmişdir; - bundan başqa, məhkəmələr iddianı iddiada göstərilən əsasla deyil, birinci instansiya məhkəməsinin yerli müayinə ak tına istinad edərək, cavabdehin özbaşına inşa etdiyi evin yan divarının bir hissəsini iddiaçının mülkiyyətində olan evin divarına bitişik tikdiyi üçün özbaşına tikilmiş evin divarından süzülən yağış sularının içəriyə axması nəticəsində iddiaçının evinin mətbəx otağının zədələnməsi, mətbəx otağının divarlarına və tavanına çəkilmiş boyanın nəmişlikdən qopması, həmçinin mətbəx otağının divarına quraşdırılmış mebellərin qaralması, bununla da iddiaçının mülkiyyət hüququnun pozulması qənaətinə gəldiklərinə görə iddianı qismən təmin etmişlər; - bu zaman nə birinci, nə də apellyasiya instansiyası məhkəməsi iddiaçının mətbəxində mövcud olan qüsurların məhz cavabdehin özbaşına inşa etdiyi evin yan divarının bir hissəsini iddiaçının mülkiyyətində olan evin divarına bitişik tikdiyi üçün özbaşına tikil miş evin divarından süzülən yağış sularının içəriyə axması nəticəsində baş verməsinin müəyyən edilməsi barədə müvafiq ekspertiza rəyi almamış, həmçinin bu hal mövcud olsa belə, iddiaçıya dəymiş ziyanın cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evinin iddiaçının mətbəx otağına bitişik olan hissəsinin sökülməsindən başqa digər üsullarla aradan qaldırlımasının mümkünlüyü istiqamətində də lazımi araşdırmalar aparmamışdırlar; - həmçinin məhkəmələr cavabdehin 4 mərtəbəli fərdi yaşayış evinin iddiaçının paylı mülkiyyətində olan fərdi yaşayış evinə bitişik olan hissəsinin (mətbəx otağına bitişik olan hissəsinin) cavabdehin vəsaiti hesabına sökülməsini qət edərkən evin bu qaydada qismən sökülməsinin texniki cəhətdən mümkün olub-olmamasını araşdırmamış, nəticədə icrası mümkün olmaya n qətnamə qəbul etmişdirlər. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
29. İşin təkrar apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin icrası məcburi olan göstərişləri nəzərə alınaraq iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və qeyd edilən məsələlərlə bağlı Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6269 nömrəli ekspert rəyi alınmışdır.
30. Həmin rəyə əsasən iddiaçıya məxsus fərdi yaşayış evinin mətbəxində mövcud olan qüsurların iddiaçıya məxsus fərdi yaşayış evinin dam örtüyünün köhnə olmasından və cavabdehə məxsus fərdi yaşayış evinin dam örtüyündən axan yağış sularının axıdılması üçün quraşdırılmış su borusundan axan suların sözügedən mətbəxə axması nəticəsində yarana bilər. İddiaçıya məxsus fərdi yaşayış evinin dam örtüyünün yenilənməsi və cavabdehə məxsus fərdi yaşayış evinin dam örtüyündən axan yağış sularının axıdılması üçün quraşdırılmış su borusunun ümumi kanalizasiya xəttinə birləşdirməklə, tədqiq olunan mətbəxə su axmasının qarşısı alına bilər.
31. Təkrar apellyasiya baxışında mübahisəli ünvanın yerində müayinə edilmişdir.
32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-277/2025 nömrəli, 07 yanvar 2025-ci il tarixli qətnaməsi ilə cavabdehin (qarşılıqlı iddiaçının) apellyasiya şikayəti qismən olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni ilk iddianın qismən təmin edilməsi, ünvan 9 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş tikilmiş 4 mərtəbəli fərdi yaşayış evinin İddiaçı məxsus və Xküçəsi 10 ünvanında yerləşən fərdi yaşayış evinə bitişik olan hissəsinin (Xküçəsi istiqamətində cavabdeh tərəfindən tikilmiş 4 mərtəbəli fərdi yaşayış evinin iddiaçının paylı mülkiyyətində olan fərdi yaşayış evinin mətbəx otağına bitişik olan hissəsi) Cavabdeh vəsaiti hesabına sökülməsi, 100 manat ekspertiza xərcinin Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, ilk iddiaçının iddiası “ünvan 9 ünvanında cavabdeh tərəfindən inşa edilmiş tikilmiş 4 mərtəbəli fərdi yaşayış evinin iddiaçıya məxsus və Xküçəsi 10 ünvanında yerləşən fərdi yaşayış evinə bitişik olan hissəsinin (Xküçəsi istiqamətində cavabdeh tərəfindən tikilmiş 4 mərtəbəli fərdi yaşayış evinin iddiaçının paylı mülkiyyətində olan fərdi yaşayış evinin mətb əx otağına bitişik olan hissəsi) cavabdehin vəsaiti hesabına sökülməsi” hissəsində rədd edilmiş, qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
33. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddiasında tikinti aparılan zaman tikilinin onun evinə bitişik aparılması və ara məsafəsinin gözlənilməməsi ilə bağlı cavabdehə etiraz etdiyini və polis orqanlarına şikayət etdiyini bildirsə də, bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, təkrar apellyasiya icraatı zamanı məhkəmə tərəfindən keçirilmiş yerində müayinə nəticəsində də məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin evinə aid yağış suları borusu kanalizasiya xəttinə qoşulmuşdur. İddiaçıya məxsus evə cavabdehin evinin dam örtüyündən axan yağış sularının a xıdılması üçün quraşdırılmış su borusundan yağış sularının axıdılması halı mövcud deyildir (Qeyd: yerində müayinə keçirilən tarixdə hava yağmurlu olmuşdur).
34. Təkrar məhkəmə araşdırması nəticəsində iddiaçının mətbəxində mövcud olan qüsurların məhz cavabdehin özbaşına inşa etdiyi evin yan divarının bir hissəsini iddiaçının mülkiyyətində olan evin divarına bitişik tikdiyi üçün özbaşına tikilmiş evin divarından süzülən yağış sularının içəriyə axması nəticəsində baş verməsi halı müəyyən edilməmişdir.
35. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, əvvəlki tikilinin də iddiaçının evinə bitişik olması barədə cavabdeh tərəfin dəlili təqdim edilmiş “Google yer” proqramından illər üzrə ortofoto planlarla öz təsdiqini tapmışdır.
36. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddi açının cavabdeh tərəfindən tikinti işləri aparılarkən tikilinin onun evinin divarına bitişik inşa edilməsi və ara məsafəsi ilə bağlı iradının olmaması, yalnız ev inşa edilib başa çatdıqdan sonra bu iddianı qaldırmasına işə baxmış birinci instansiya məhkəməsi tərəfindən əhəmiyyət verilməmiş, iddiaçı tərəfindən hüquqdan sui-istifadəyə yol verilib-verilmədiyi müzakirə edilməmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işdə olan sübutlara müəyyən etmişdir ki, iddiaçıya məxsus evin divarına bitişik tikilinin inşa edilməsindən iddiaçının məlumatı olmuş, lakin bu halı tikinti işləri aparılan zaman mübahisələndirməmişdir. İddiaçı tərəfindən tikinti işləri başa çatdıqdan sonra bu halın mübahisələndirilməsi halı isə hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.
38. Apellyasi ya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, təkrar apellyasiya baxışı zamanı cavabdehin 4 mərtəbəli fərdi yaşayış evinin iddiaçının paylı mülkiyyətində olan fərdi yaşayış evinə bitişik olan hissəsinin (mətbəx otağına bitişik olan hissəsinin) cavabdehin vəsaiti hesabına sökülməsinin texniki cəhətdən mümkün olubolmaması istiqamətində də araşdırma aparılaraq, bununla bağlı ekspert qarşısında da sual qoyulmuş, lakin tədqiqat zamanı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin mütəxəssisləri iştirak etmədiyindən həmin sual üzrə tədqiqat aparılması mümkün olmamışdır. Həmin halın aradan qaldırılması mümkün olsa da, cavabdeh tərəfindən inşa edilmiş tikilidən iddiaçıya məxsus evə suyun axıdılması halı müəyyən edilmədiyindən hüquqi qənaət prinsipinə riayət olunmaqla qeyd edilən halın müəyyən edilməsi məqsədi ilə əlavə araşdırma aparılmasına zərurət qalmamışdır.
39. Qarşılıqlı iddia ilə bağlı isə apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi qarşılıqlı iddianı sübuta yetməməsi əsası ilə rədd etməkdə haqlı olmuşdur. Çünki cavabdeh iddiaçıya qarşı irəli sürdüyü qarşılıqlı iddiada onunla iddiaçı arasında onun özbaşına tikili olan evi iddiaçının fərdi yaşayış evinə bitişik inşa etməsinə görə iddiaçının həyətində təmir-tikinti işləri görməsini, bu işlərin görülməsi üçün 7.000 manat məbləğində xərc çəkməsini bildirsə də, bu halı təsdiq edə biləcək hər hansı sübutu (sübutları) məhkəmələrə təqdim edilməmişdir.
40. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyas ının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 152.5, 170.1, 170.2, 180.3, 180.4-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
41. İddiaçı (qarşılıqlı cavabdeh) (vəkil-Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehin inşa etdiyi fərdi yaşayış evinin onun fərdi yaşayış evinin divarına bitişik hissəsinin sökülməsini tələb etməsi tərəflərin maraqları arasında mütənasiblik (ədalətli balansın qorunması) meyarına zidd deyil. Ona görə ki, əvvəla, iddiaçı cavabdeh tərəfindən inşa edilmiş fərdi ya şayış evinin bütövlükdə deyil, yalnız onun mülkiyyət hüquqlarını pozan həcmdə, yəni onun fərdi yaşayış evinə bitişik olan hissəsinin sökülməsini tələb edir. Lakin apellyasiya instansiyası məhkəməsi buna əhəmiyyət verməmişdir. Cavabdeh özbaşına inşa etdiyi evin yan divarının bir hissəsini iddiaçının mülkiyyətində olan evin divarına bitişik tikdiyi üçün özbaşına tikilmiş evin divarından süzülən yağış sularının içəriyə axması nəticəsində iddiaçının evinin mətbəx otağı zədələnmiş, bununla da onun mülkiyyət hüququ pozulmuşdur. Cavabdehin evə dair hər hansı hüquq müəyyənedici sənəd yoxdur, yalnız həmin ünvanda sənədsiz evin əldə olunması barədə X5 və cavabdeh arasında (üç nəfər şahidin imzası ilə) xx.xx.2021-ci il tarixli “evin alğı-satqısı barədə” adlı sadə yazılı müqavilə və 66 saylı MKİS tərə findən verilmiş evin sxemi mövcuddur. Bu sənədlərin olması mülkiyyət hüququnun əldə olunması sayıla bilməz və qanuni əsasla tikilmiş evdən söhbət gedə bilməz. Bundan başqa, çoxmənzilli və 4 mərtəbəli bina özbaşına tikinti obyektidir, çünki tikintisinə icazə alınmayıb. İddiaçı özbaşına tikinti obyektinin sökülməsini tələb edə bilər. Cavabdehə aid çoxmənzilli bina ilə fərdi yaşayış evlərinin arasında yanğına qarşı ara məsafəsinin pozulduğu artıq təsdiq olunub. Bu isə onu təsdiq edir ki, yanğına qarşı ara məsafəsinin təmin edilməsi, habelə binanın perimetri boyunca yanğın avtomobillərinin hərəkətinin təmin edilməsi üçün bina sökülməli və müvafiq məsafə gözlənilməklə yenidən tikilməlidir. İddiaçının evinin yararsız hala düşməsi işin mübahisəsiz halıdır. Bu yararsız hala düşmənin səbəbkarı cava bdeh və onun inşa etdiyi 4 mərtəbəli evdir. Heç bir halda ekspert rəyi verilməmişdir. Verilən rəylərdə onların səlahiyyətinə aid olmaması qeyd olunmuşdur. Lakin işə birinci instansiya məhkəməsi zamanı işə baxan hakim yerli baxış keçirmiş və orada yararsız vəziyyətə düşmənin məhz cavabdeh tərəfindən törrədilmiş qanunsuzluq nəticəsində baş verdiyi göstərilmişdir. Odur ki, iddia təmin olunmalı və mülkiyyətə qarşı olan qəsddən mülkiyyət qorunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13 (hissə 1). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29 (hissə 4). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 170.1.İkitərəfli təsirlərin törəyə biləc əyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2.Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan m ənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının süb ut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası m əhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və y a düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Kassasiya şikayətində qətnamənin tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
46. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüqu q normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
49. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 3338-ci bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır.
50. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, həmin tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual h üquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları, o cümlədən ekspert rəyini MPM-in 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul etmişdir.
51. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
52. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər əsasən ilk iddia tələbinin dəlilləri ilə eynilik təşkil edir. Məhz həmin dəlillərə də təkrar baxış zamanı apellyasiya instansiyası məhkəməsi qiymət verməklə, onları qəbul etməyib. Üstəlik, bu dəlillər kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə əvvəlki qərarında göstərilənlər baxımından da əsaslı sayıla bilməz.
53. Məhkəmə kollegiyası qeyd olu nanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-277/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.